AZƏrbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə1/17
tarix13.06.2017
ölçüsü1,4 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   17


 
AZƏRBAYCAN  MĠLLĠ  ELMLƏR  AKADEMĠYASI 
A.A.BAKIXANOV ADINA TARĠX  ĠNSTĠTUTU 
 
 
 
 
 
 
 
ĠKRAM AĞASĠYEV 
 
 
 
 
 
 
 
XVIII ƏSRĠN SONU — 
XX ƏSRĠN ƏVVƏLLƏRĠNDƏ 
ALMANLARIN QAFQAZDA 
MƏSKUNLAġMASI 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2009 
 


 
Azərbaycan  Milli  Elmlər  Akademiyası  AA.Bakıxanov  adına  Tarix  İnstitutu 
Elmi Şurasının 05 iyun 2009-cu il tarixli qərarı ilə çap edilir (pr. № 04). 
 
 
 
 
Elmi redaktor:             Ġ.S.Bağırova, 
                                    tarix elmləri doktoru 
Rəyçilər:                     H.Y.Verdiyeva, 
                                    tarix elmləri doktoru 
                                    S.Ġ.Əliyeva, 
                                    tarix elmləri namizədi 
 
 
 
Ġkram Ağasiyev  
A 29 XVIII əsrin sonu — XX əsrin əvvəllərində almanların Qafqazda 
məskunlaşması, Bakı, «Təhsil», 2009, 304 səh. 
 
 
Monoqrafiyada XVIII əsrin sonlarından Qafqazda məskunlaşmağa başlamış 
alman əhalisinin sosial-iqtisadi, siyasi, mədəni və dini həyatının aktual məsələləri 
işıqlandırılır. 
Müəllif geniş arxiv materialları və sair yazılı mənbələr əsasında XVIII əsrin 
sonundan XX əsrin əvvəllərinə qədərki dövrdə Şimali və Cənubi Qafqazda mövcud 
olmuş  250-yə  yaxın  alman  koloniyasının  fəaliyyət  xüsusiyyətlərini  göstərmiş, 
regionun inkişafında onların roluna obyektiv qiymət vermişdir. 
Üç  fəsildən  ibarət  olan  tədqiqat  işi  mütəxəssislər,  aspirantlar,  magistrlar, 
tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 
 
 
 
M   4306020600     2009 
            053 
 
 
 
«Təhsil», 2009 
 
 


 
GĠRĠġ 
 
Müasir  xalqlararası,  dövlətlərarası  münasibətlər  insan  nəslinin  kütləvi 
şəkildə məhv edildiyi İki Dünya müharibəsi ilə yanaşı, etnik, dini münaqişələrin də 
dünyanın  ictimai-siyasi  həyatında  oynadığı  mənfur  rola  dair  acı  təcrübə  ilə 
zəngindir. 
Milli-etnik zəmində yaranan münaqişələrin müasir dünya qaydası üçün necə 
böyük təhlükə törətdiyini keçmiş SSRİ və digər sosialist respublikalarının yaşadığı 
tale  əyani  şəkildə  sübut  edir.  Müasir  dövrdə  dünyada  mövcud  olan  əsas  etnik 
münaqişələrin  əksəriyyəti  Qafqaz  regionunun  payına  düşür.  Etnik  xəritəsinə  görə 
dünyanın  ən  spesifik  regionlarından  biri  olan  Qafqazda  onlarla  xalqın,  etnik 
qrupların, müxtəlif konfliktfessiyaların nümayəndələri yüzillərlə yan-yana yaşamış, 
əməkdaşlıq  etmişlər.  SSRİ  kimi  nəhəng  bir  dövlət  dağıldıqdan  sonra  dünyanın 
etnoqrafik  muzeyi  sayılan  Qafqaz  təəssüflər  olsun  ki,  etnik  və  dini  münaqişələr 
meydanına çevrilmişdir. Bölgədə mövcud olan ekstremist qüvvələr Qafqaz xalqları 
arasında  düşmənçilik  toxumu  səpir,  öz  xalqları  haqqında  uydurulmuş  müsbət 
avtostereotipin  formalaşması  istiqamətində  geniş  təbliğat  və  təşviqat  fəaliyyəti 
göstərirlər  ki,  bu  da  regionda  etnik  və  konfessional  qarşıdurmanın  daha  da 
güclənməsinə  gətirib  çıxara  bilər.  Qloballaşma  dövründə  bu  problem  Qafqaz 
hüdudlarından  kənara çıxaraq, təkcə bölgə dövlətləri üçün  deyil, dünyanın aparıcı 
dövlətləri,  onların  Qafqazda  işbirliyi  yaratmaq  siyasəti  üçün  müəyyən  narahatlıq 
yaradır.  Məhz  buna  görə  də  Qafqazın  etnik  tarixinin  öyrənilməsinə  kompleks 
yanaşılmalı,  sivilizasiyaya  böyük  fəlakətlər  gətirən  etnik,  dini  münaqişələrin 
yaranma  səbəbləri,  kökləri,  inkişaf  dinamikası,  habelə  bu  münaqişələrdən  çıxma 
yolları  elmi  cəhətdən  ciddi  təhlil  edilməli,  əldə  olunmuş  nəticələr  əsasında  etnik 
münaqişələrin həllinə dair konkret təkliflər verilməlidir. 
Bu  baxımdan  XVIII  əsrin  sonlarından  başlayaraq  Qafqaza  köçürülmüş 
alman  əhalisinin  yeni  etnik,  konfessional,  siyasi,  iqtisadi  şəraitə  uyğunlaşması, 
onun  Qafqazın  yerli  əhalisi  və  bu  regiona  miqrant  kimi  gəlmiş  başqa  etnoslarla 
qarşılıqlı münasibətləri məsələləri böyük maraq doğurur. 
Qafqazda  yaşamış  alman  əhalisinin  tarixinin  öyrənilməsinin  aktuallığını 
artıran  başqa  bir  amil  bugünkü  qloballaşan  dünyada  Qərb-Şərq  qarşıdurmasının 
yaranma təhlükəsidir. Avropa mədəniyyətində Şərqin Qərbə qarşı qoyulmasının iki 
min  ildən  artıq  tarixi  var.  Müxtəlif  amillərin  təsiri  ilə  Qərb  və  Şərq  xalqları 
arasında, dünyanın bu iki hissəsi haqqında müxtəlif obrazlar formalaşmışdır: Şərq 
aləmi Qərb dünyasını mənəvi dəyərlərdən uzaq, özünəməxsusluğunu itirmiş, yalnız 
maddi  rifah  marağı  ilə  yaşayan  bir  toplum  kimi  təsəvvür  edirdisə,  Qərb  Şərqə 
«Özgə mədəniyyətin, adət və ənənələrin, psixologiyanın daşıyıcısı kimi baxmışdır. 
Avropa  ictimai  şüurunda  Şərq  dünyasına  münasibət,  bəzən  «sivil»,  yüksək 
mədəniyyətli  dünyanın  «barbar»  dünyasına  münasibəti  formasını  almışdı  və 
təəssüflər  olsun  ki,  bu  cür  stereotiplər  bu  gün  də  qalmaqdadır.  Qərb-Şərq 


 
qarşıdurmasının yaranması onun gələcəkdə daha təhlükəli qarşıdurmaya — dünya 
dinlərinin  əsasında  formalaşan  sivilizasiyalararası  qarşıdurmanın  meydana 
gəlməsinə  zəmin  yarada  bilər.  Bu  nöqteyi-nəzərdən  müasir  dövrdə  bəşər 
sivilizasiyalarının  zaman  və  məkanda  əlaqəliliyinin  bərpasına,  müxtəlif 
konfessiyalara  aid  xalqlar  arasında  qarşılıqlı  inamın  yaranmasına,  qarşılıqlı 
anlaşmaya, birliyə, razılığa xidmət edən, Qərb və Şərq mədəniyyətlərini birləşdirən 
ümumi cəhətlərin üzə çıxarılmasına və təbliğ edilməsinə böyük ehtiyac var. Qərblə 
Şərqin qovşağında yerləşən Qafqazın etnik tarixi və ilk növbədə Avropanın xristian 
xalqlarının,  o  cümlədən  almanların  bu  regionda  məskunlaşması,  təsərrüfat  həyatı 
qurması,  yerli  xalqlarla  sosial-iqtisadi,  mədəni  inteqrasiya  məsələlərinin 
öyrənilməsi bu məqsədə çatmaqda əhəmiyyətli rol oynaya bilər. 
Qafqaz  almanlarının  tarixinin  öyrənilməsi  region  dövlətləri  və  ilk  növbədə 
Azərbaycan  üçün  vacib  olan  bir  sıra  məsələlərə  aydınlıq  gətirilməsinə  köməklik 
edə  bilər.  Belə  ki,  çarizmin  XVIII  əsrin  II  yarısından  başlayaraq  apardığı 
məskunlaşdırma  siyasətinin  əsas  obyektlərindən  biri  də  Qafqaz  regionu  idi.  Bu 
siyasət  Qafqazdan  türksoylu  və  digər  müsəlman  xalqların  sıxışdırılmasına,  bu 
bölgənin xristianlaşdırılmasına, onun daha  çox  Avropa  mədəniyyətinə  —  xristian 
dininə  aid  xalqlarla  məskunlaşdırılmasına  xidmət  edirdi.  Bu  mənfur  siyasətin 
həyata  keçirilməsində  çar  hökumətinin  əlində  alətə  çevrilən  alman  əhalisinin 
tarixinin  tədqiqi  Rusiyanın  Qafqaz  siyasətinin  əsas  məzmununu,  istiqamətlərini 
aydınlaşdırmağa  imkan  verər,  müasir  dövrdə  Azərbaycan  cəmiyyəti  üçün  aktual 
olan  bəzi  məsələlərin  və  ilk  növbədə  Qafqazda  slavyan,  erməni  elementlərinin 
sayının  artması,  türk  mənşəli,  islam  dininə  aid  xalqların  öz  tarixi  torpaqlarından 
sıxışdırılması faktlarının bir daha sübut olunmasında yardımçı ola bilər. 
XII  əsrdən  başlayan  almanların  kütləvi  miqrasiyası  tarixdə  baş  verən  ən 
möhtəşəm,  dünyanın  siyasi  xəritəsinə,  onun  etnik,  konfessional  tərkibinə  önəmli 
təsir  etmiş  ən  güclü  əhali  miqrasiyalarından  biri  olmuşdur.  XX  əsrin  ortalarına 
qədər,  yəni  səkkiz  əsrə  yaxın  davam  etmiş  bu  proses  geniş  coğrafi  areala  malik 
olmuş,  Şimali  və  Cənubi  Amerikanı,  Afrikanı,  Ön  Asiyanı,  Şərqi  Avropadan 
tutmuş  Uzaq  Şərqə  qədər,  yəni  ingilis  politoloqu  C.Makinderin  «yerin  ürəyi» 
adlandırdığı  böyük  bir  Avrasiya  məkanını  əhatə  etmişdir.  Göründüyü  kimi, 
almanların  məskunlaşması  müxtəlif  istiqamətlərdə  getmiş,  müxtəlif  dövrlərdə, 
müxtəlif regionlarda bu prosesin xarakteri, məqsədləri, məzmunu, sosial və siyasi 
bazası eyni olmamışdır. Əhalinin bu qlobal yerdəyişməsi prosesində 10 mln. yaxın 
alman əhalisi iştirak etmişdir. 
Almanların  məskunlaşmasının  əsas  və  ilk  istiqaməti  Şərq  istiqaməti 
olmuşdur  ki,  800  il  ərzində  alman  əhalisi  Mərkəzi  Avropadan  başlayaraq  geniş 
Avrasiya  məkanına  —  Baltikyanı  dövlətlərin,  indiki  Polşa,  Macarıstan,  Çexiya, 
Slovakiya,  Bolqarıstan,  Türkiyə,  Avstriya,  Rumıniya  və  keçmiş  SSRİ  ərazilərinə 
yayılmağa başlamışdır. 


 
Postsovet  məkanında  almanlar  Pribaltika,  Şimal-Qərb  rayonu  (Peterburq), 
Mərkəzi  rayon  (Moskva),  Cənub-Qərbi  Ukrayna,  Şimali  Qara  dəniz  sahilləri, 
Şimali  və  Cənubi  Qafqaz,  Volqaboyu,  Ural,  Qazaxıstan,  Mərkəzi  Asiya,  Qərbi 
Sibir,  Şərqi  Sibir,  Altay,  Uzaq  Şərq  (Saxalinə  qədər)  kimi  regionlarda  kompakt 
halda  məskunlaşmışlar.  Postsovet  məkanının  elə  bir  guşəsi  olmamışdır  ki,  orada 
almanlar  məskunlaşmasınlar.  Yuxarıda  yalnız  onların  kompakt  yaşadığı  regionlar 
göstərilir. 1897-ci ildə əhalinin siyahıyaalınmasına görə çar Rusiyasının ərazisində 
2 milyona yaxın alman yaşamışdır. XX əsrin əvvəllərində onların sayı bir qədər də 
artmışdır.
1
 
Stalinizm  dövründə  SSRİ-nin  başqa  xalqları  ilə  yanaşı,  almanlar  da 
repressiyalara  məruz  qalmış,  ədalətsiz  olaraq  onlara  «casus»,  «diversant» 
damğaları  vurulmuş,  yaşadıqları  ərazilərdən  Orta  Asiya,  Sibir  və  Uzaq  Şərqə 
deportasiya  edilmişlər.  Bütün  bunlara  baxmayaraq,  SSRİ  dövründə  də  alman 
əhalisi  sovet  cəmiyyətinin  əhəmiyyətli  hissəsini  təşkil  etmişdir:  1989-cu  ildə 
əhalinin  siyahıyaalınmasının  nəticələrinə  görə,  SSRİ-də  2  milyondan  artıq  alman 
əhalisi  qeydə  alınmışdır.
2
  Son  20  il  ərzində  onların  müəyyən  hissəsi  xaricə 
mühacirət  etsə  də,  bu  gün  postsovet  məkanında  almanların  sayı  700  mindən 
artıqdır və onların da təqribən 30 mini Qafqazda yaşayır.
3
 
Təqdim  olunan  monoqrafiyanın  tədqiqat  obyekti  Qafqazda  XVIII  əsrin 
sonlarından  yaranmağa  başlamış  alman  məskənlərinin  sosial-iqtisadi,  siyasi,  dini 
və mədəni həyatının aktual məsələləridir. 
Qafqazda almanlar kompakt şəkildə Don-hərbi dairəsində, Kubanda, Şimali 
Osetiyada, Kabarda-Balkariyada, Şimali Dağıstanda, Çeçenistanda, Azərbaycan və 
Gürcüstanda  məskunlaşmışlar.  Əgər  XX  əsrin  əvvəllərində  Azərbaycanda  8, 
Gürcüstanda  19  koloniya  mövcud  olmuşsa,  Şimali  Qafqazda  koloniyaların  sayı 
220-yə çatırdı və bu koloniyalarda 120 minə yaxın əhali yaşayırdı. 
Tədqiqat  işinin  xronoloji  çərçivəsi  XVIII  əsrin  sonlarından  1914-cü  ilə 
qədər olan dövrü əhatə edir. Xronoloji çərçivənin alt hüdudu XVIII əsrin sonlarına 
təsadüf edir. Məhz 1770—1780-ci illərdə çar Rusiyası Şimali Qafqazın böyük bir 
hissəsini  işğal  etdi  və  bu  vaxtdan  başlayaraq  Qafqazda  alman  kolonistlərinin 
məskunlaşdırılması siyasəti həyata keçirilməyə başlandı. 
Xronoloji  çərçivənin  üst  hüdudu  1914-cü  illə  məhdudlaşır,  çünki  I  Dünya 
müharibəsinin  başlanması  ilə  həm  Şimali,  həm  də  Cənubi  Qafqazın  siyasi 
həyatında  mühüm  dəyişikliklər  baş  verdi  və  Qafqaz  almanlarının  tarixində 
məzmunca  yeni  bir  dövr  başladı  ki,  bu  da  tədqiqat  obyekti  kimi  xüsusi  yanaşma 
tələb edir. 
Ərazi  baxımından  əsərdə  Qafqaza  daxil  olan  bütün  regionlarda  yaşayan 
alman əhalisinin keçdiyi tarixi yol araşdırılmışdır. Qafqazın böyük hissəsini əhatə 
edən Şimali Qafqaz bu gün Rusiya Federasiyasının tərkibinə daxil olan 10 federal 
subyektdən—Rostov vilayətindən, Stavropol və Krasnodar diyarlarından, Adıgey, 


 
Qaraçay-Çərkəz,  Kabarda-Balkariya,  Şimali  Osetiya,  İnquşetiya,  Çeçenistan  və 
Dağıstan respublikalarından ibarətdir. 
Tədqiqat işinin xronoloji çərçivəsində, yəni XVIII əsrin sonlarından 1914-
cü  ilədək  Şimali  Qafqaz  ərazisində  dəfələrlə  inzibati  islahatlar  keçirilmiş,  yeni 
inzibati vahidlər yaradılmış, köhnələri ləğv edilmiş, onların birləşməsi və ayrılması 
nəticəsində  sərhədlər  dəfələrlə  dəyişdirilmişdir.  Yalnız  XIX  əsrin  60-cı  illərindən 
başlayaraq  Şimali  Qafqazın  inzibati  quruluşunda  nisbi  sabitlik  yaranmışdı.  Kiçik 
ərazi  vahidlərinin  birləşdirilməsi  nəticəsində  5  böyük  inzibati  vahid  -  Don  Hərbi 
Dairəsi,  Stavropol,  Kuban,  Terek  və  Dağıstan  vilayətləri  yaradıldı.  I  Dünya 
müharibəsinin sonlarınadək bu inzibati bölgü dəyişməz qalmışdır. 
İnzibati  bölgünün  qeyri-sabitliyi  Qafqazın  ikinci  hissəsinə  —  Cənubi 
Qafqaza  da  xas  olmuşdur.  XIX  əsrin  I  yarısında  çarizmin  inzibati  siyasəti 
dəyişkənliyi  ilə  xarakterizə  olunurdu.  Yalnız  XIX  əsrin  II  yarısından  Cənubi 
Qafqaz  ərazisi  əhalinin  əksəriyyətinin  azərbaycanlılardan  ibarət  olan  Bakı, 
Yelizavetpol,  İrəvan  və  gürcülərin  çoxluq  təşkil  etdiyi  Tiflis  və  Kutais 
quberniyalarına  bölündü.  Cənubi  Qafqaz  almanları  dispers  şəkildə  bütün  adı 
çəkilən  quberniyalarda  yaşasalar  da,  onların  kompakt  yaşayış  məntəqələrinə 
Yelizavetpol,  Kutais  və  xüsusən  də  Tiflis  quberniyalarında  rast  gəlinirdi.  Şəhərdə 
alman əhalisi daha çox Bakıda və Tiflisdə məskunlaşmışdı. 
Qafqaz  almanlarının  tarixi  lazımi  səviyyədə  hələ  tədqiq  olunmamışdır  və 
keçmiş  Rusiya  ərazisində  almanların  məskunlaşması  problemi  ilə  məşğul  olan 
müasir tədqiqatçılar bu məsələyə dəfələrlə diqqət yetirmişlər
4

Rusiya imperiyasının əhalisinin etnik tərkibi haqqında yazılan ilk əsərlərdən 
biri  rus  tədqiqatçısı  P.İ.Keppenə  məxsusdur
5
.  Toplanmış  məlumatlar  əsasında 
İ.P.Keppen  1851-ci  ildə  Rusiyanın  etnik  xəritəsini  nəşr  etdirdi  və  Rusiyanın 
əhalisinin  etnik  tərkibini  tədqiq  etmək  üçün  tarix  elmi  çox  qiymətli  mənbə  əldə 
etdi. 
XIX  əsrin  70-ci  illərinin  əvvəllərində  tədqiqatçı  A.Klaus  alman 
kolonistlərinin  tarixinə  aid  bir  neçə  əsər  yazdı
6
.  Tədqiqatçı  alman  kolonistlərinin 
XVIII əsrin ortalarından başlayan iqtisadi, siyasi, mədəni fəaliyyətini təhlil edərək 
gələcək üçün çox dəyərli təkliflər irəli sürürdü. A.Klausun əsərləri birbaşa Qafqaz 
almanlarının tarixinə aid olmasa da, müəllifin Rusiya almanlarının sosial-iqtisadi, 
mənəvi  həyatı  haqqında  nəticələri  almanların  məskunlaşma  prosesinin  ümumi 
qanunauyğunluqlarını  və  onun  regional  xüsusiyyətlərini  ayırd  etməkdə  böyük 
əhəmiyyət kəsb edir. 
XIX  əsrin  90-cı  illərində  Rusiya  ictimaiyyətinin  diqqətini  cəlb  edən 
əsərlərdən biri A.A.Velitsina məxsus olmuşdur
7
. Bu əsərin çatışmayan cəhəti kimi 
müəllifin  alman  kolonistlərinin  Rusiya  tarixində  oynadığı  rola  bir  qədər  qərəzli 
münasibət  bəsləməsidir:  müəllifin  fikrincə,  alman  əhalisinin  Rusiyada 
məskunlaşmaqda  əsas  niyyəti  burada  panqermanizm  ideyalarını  təbliğ  etmək, 
Almaniyanın gələcək işğalları üçün platsdarm yaratmaq olmuşdur. 


 
Alman  məskunlaşması  ilə  bağlı  Rusiyada  1917-ci  ilə  qədər  çap  olunmuş 
əsərlər  sırasında  Q.Q.Pisarevskinin,  Y.Ştaxın,  S.P.Şeluxinin,  K.E.Lindemanın 
əsərlərini, xüsusilə qeyd etmək lazımdır.
8
 
Yuxarıda  adlarını  çəkdiyimiz  əsərlərin  heç  biri  xüsusi  olaraq  Qafqaz 
almanlarının  tarixinə  həsr  olunmamışdır,  bu  əsərlərdə  Ümumrusiya  xarakterli 
proseslər  əks  olunmuşdur.  Lakin  bununla  yanaşı,  adı  çəkilən  bütün  bu  əsərlər 
Qafqazda  alman  məskunlaşmasının  regional  xüsusiyyətlərinin  ayırd  edilməsində 
mühüm rol oynaya bilərlər. 
1917-ci 
ilə  qədər  çap  olunan  əsərlərdə  almanların  Qafqazda 
məskunlaşmasının Rusiya imperiyası və Qafqaz tarixində yeri, rolu və əhəmiyyəti 
haqqında  söylənilən  fikirlər,  əksər  hallarda  rəsmi  dövlət  orqanlarının  nəzər-
nöqtəsini əks etdirdiyindən, onlara tənqidi yanaşmaq lazımdır. 
Sovet dövründə SSRİ-də yaşayan almanların tarixinin öyrənilməsinə qadağa 
qoyulmuşdu. Hakimiyyət orqanları hər vasitə ilə Qafqazda 150 ildən artıq yaşamış 
alman əhalisinin tarixini unutdurmağa çalışırdılar. Məhz bunun nəticəsidir ki, sovet 
tarixşünaslığında  Qafqaz  almanlarının  tarixinin  bütün  məsələlərini  kompleks 
şəkildə  əks  etdirən  heç  bir  fundamental  əsər  yazılmamışdır.  Baxdığımız  dövrdə 
Cənubi  Ukraynada,  Sibirdə,  Altayda,  həmçinin  Qafqazda  mövcud  olmuş  alman 
koloniyalarının  tarixinin  bəzi  məsələlərinə  bu  regionların  tarixinə  aid  ümumi 
əsərlərdə səthi şəkildə toxunulmuşdur
9

Qafqazda mövcud olmuş alman koloniyalarının tarixinə dair xüsusi tədqiqat 
işlərinin aparılması siyasi konyunkturanın sifarişləri ilə izah olunur. Məlumdur ki, 
sovet  dövründə  almanlara  «frist»,  «faşist»,  «şpion»  və  sair  kimi  damğalar 
vurulmuşdu  və  sovet  almanlarının  tarixinin  tədqiq  olunması  birbaşa  siyasi 
məqsədli  sifarişlərə  xidmət  edirdi.  1974-cü  ildə  işıq  üzü  görmüş 
Q.X.Mandjqaladzenin «Zaqafqaziyada alman kolonistləri (1817-1920-ci illər)» adlı 
əsəri  məhz  bu  qəbildəndir
10
.  Baxmayaraq  ki,  monoqrafiyada  Gürcüstan  və 
Azərbaycanda  yaranan koloniyaların  sosial-iqtisadi,  mədəni həyatına  dair maraqlı 
faktlara  rast  gəlinir,  «Soyuq  müharibə»nin  qızışdığı  bir  dövrdə  yazılmış  və  siyasi 
sifariş  xarakteri  daşıyan  bu  əsərdə  almanların  bütün  həyat  fəaliyyətinin 
panqermanizmin  planlarına  xidmət  etdiyi  vurğulanır,  almanlara  «casus», 
«diversant» damğası vurulur. 35 il bundan əvvəl yazılan bu əsərdə almanların tarixi 
təhrif olunmuş şəkildə əks etdirilir və bugünkü reallıq üçün qəbuledilməzdir. 
SSRİ  dağıldıqdan  sonra  postsovet  respublikalarında  almanların 
məskunlaşması probleminə tədqiqatçıların marağının artması müşahidə olunur. Bu 
baxımdan  Azərbaycanda  mövcud  olmuş  alman  koloniyalarının  tarixinin  tədqiq 
edilməsində  yerli  tədqiqatçılar  nisbətən  daha  çox  fəallıq  göstərmişlər.  Onların 
arasında 
Ç.Abdullayevin, 
B.Quliyevanın, 
Q.Cavadovun, 
E.Kərimovun, 
N.İbrahimovun,  K.Əliyevin,  M.Cəfərlinin,  M.Muradovun,  H.Verdiyevanın, 
T.Axundovanın, S.Zeynalovanın, T.Hümbətovanın əsərlərini qeyd etmək olar.
11
 


 
Gürcüstanda  yaranan  alman  koloniyalarının  tədqiq  edilməsində  müəyyən 
boşluqlar  mövcuddur.  Gürcüstan  tarixinin  sosial-iqtisadi,  siyasi  və  mədəni 
məsələlərinə  həsr  olunmuş  Q.V.Pipiyanın,  P.V.Ququşvilinin,  M.M.Diqvilavanın, 
N.Q.Volkovanın,  K.D.Antadzenin  və  Y.D.Ançabadzenin  əsərlərində  Gürcüstan 
almanlarının  tarixinə  də  ötəri  şəkildə  toxunulmuşdur.
12 
Adı  çəkilən  müəlliflərin 
əsərlərində  Gürcüstanda  yaranmış  alman  koloniyalarının  tarixinə  dair  fraqmentar 
faktlar  verilmişdir  ki,  onlarla  tanışlıq  tədqiqat  işinin  daha  da  dolğunluğuna 
yardımçı olmuşdur. 
Şimali Qafqaza gəldikdə, bu regionda mövcud olmuş alman kolonistlərinin 
də tarixi lazımınca tədqiq edilməmişdir. 
Bu  günə  qədər  Şimali  Qafqaz  almanları  haqqında  yazılan  ən  dəyərli  əsər 
T.N.Ploxotnyukun yazdığı «Российские немцы на Северном Кавказe» («Rusiya 
almanları Şimali Qafqazda») monoqrafiyasıdır
13
. Əsərdə, əsasən Şimali Qafqazda 
alman koloniyalarının yaranması prosesi, onların təsərrüfat və dini həyatının aktual 
məsələləri  əks  olunmuşdur.  Monoqrafiyada  Şimali  Qafqaz  almanlarının  siyasi  və 
mədəni  həyatı  lazımınca  işıqlandırılmamışdır.  Əsasən,  1917—1941-ci  illərin 
hadisələrini  əks  etdirən  bu  əsər  tədqiqat  zamanı  müqayisə  mənbəyi  rolunu 
oynamışdır. 
Son  illər  alman  kolonistlərinin  tarixinə  marağın  artması  müxtəlif  elmi 
konfransların  təşkilində  də  özünü  göstərir.  1995-2008-ci  illərdə  keçirilən  elmi-
konfranslarda  Şimali  Qafqaz  almanlarının  tarixinə  həsr  edilmiş  bəzi  məqalələr, 
çıxışlar  dərc  edilmişdir  ki,  onlardan  T.N.Ploxotnyukun,  İ.B.Serbakovun, 
A.Q.Tereşenkonun,  E.B.Çesnokun,  İ.İ.Alekseyenkonun,  L.K.Qostiyevanın, 
E.Y.Aqoyevanın,  Z.V.Kanukovanın,  S.İ.Akkiyevanın  məqalələrini  qeyd  etmək 
olar
14
.  Bu  kiçikhəcmli  məqalələrdə  Şimali  Qafqazın  ayrı-ayrı  regionlarında 
yaşayan almanların ictimai-siyasi həyatının bəzi məsələlərinə toxunulmuşdur. 
Rusiya  tarixçiləri  V.M.Kabuzan,  V.B.Vinoqradov,  M.M.Alekseyenko, 
V.S.Belozyorovun  Şimali  Qafqaza  həsr  olunmuş  ümumi  xarakterli  əsərlərində 
almanların da tarixinin bəzi məsələləri tədqiq olunmuşdur
15

Əfsuslar olsun ki, Şimali Qafqazın bütün regionlarında — Don ərazisində, 
Kubanda,  Kabarda-Balkariyada,  İnquşetiyada,  Çeçenistanda,  Şimali  Osetiyada, 
Dağıstanda mövcud olmuş alman koloniyalarının mürəkkəb, çoxtərəfli tarixi lazımi 
səviyyədə tədqiq edilməmiş və öz qiymətini almamışdır. 
Qafqaz  almanlarının  tarixinin  öyrənilməsində  Almaniya  tarixçiləri  də  öz 
töfhələrini vermişlər. Xarici tarixşünaslıqda Qafqaz almanları haqqında ilk əsərlər 
İkinci  Dünya  müharibəsindən  sonra  işıq  üzü  görmüşdür  və  bu  sarıdan  keçmiş 
Rusiya  almanlarının  Ştutqartda  yaratdığı  «Rusiya  almanlarının  həmyerlilər 
cəmiyyəti»  («Die  Landsmannschaft  der  Deutschen  aus  Rusland»)  böyük  rol 
oynamışdır.  Cəmiyyətin  mütəmadi  olaraq  nəşr  etdirdiyi  «Heimatbuch  der 
Deutschen  aus  Rusland»  («Rusiya  almanlarının  Vətən  kitabı»)  adlı  almanaxda 
Rusiyanın müxtəlif regionlarında, o cümlədən Qafqazda yaşamış alman əhalisinin 


 
tarixinə  dair  çox  maraqlı  və  vacib  materiallar  dərc  olunmuşdur.  Almanaxın 
müxtəlif  nömrələrində  çap  olunan  K.Stumppun,  M.Xaberlinin,  İ.Şnurrun, 
J.Hummelin,  J.Schleiningin  məqalələrində  Qafqaz  almanlarının  sosial-iqtisadi, 
siyasi həyatına dair qiymətli məlumatlar verilir
16

Almaniyalı tarixçi Eva-Mariya Aux Cənubi Qafqaz almanlarının tarixinə bir 
neçə məqalə həsr etmişdir
17
. Müəllif almanların Cənubi Qafqazdakı həyatının bəzi 
məsələlərinə  toxunaraq,  təhrifedici  mülahizələr  irəli  sürmüşdür  və  baxdığımız 
problemin tədqiqatı zamanı Y.M.Auxun əsərlərinə tənqidi yanaşılmış, onun alman 
kolonistlərinin  tarixi  haqqında  qeyri-elmi  mülahizələrinə  əks-arqumentlər 
qoyulmuşdur. 
Qafqazda  almanların  məskunlaşması  probleminin  tarixşünaslığına  nəzər 
saldıqdan  sonra  belə  nəticəyə  gələ  bilərik  ki,  Qafqaz  regionunda  mövcud  olmuş 
alman  koloniyalarının  tarixinin  bəzi  məsələləri  tədqiq  olunmuş  və  bu  baxımdan 
Azərbaycanda məskunlaşmış almanların tarixinin öyrənilməsində daha çox fəallıq 
nəzərə  çarpır.  Qafqazın  yuxarıda  adı  çəkilən  regionlarında  yaşamış  almanların 
tarixinin araşdırılmasına böyük ehtiyac duyulur. 
Baxdığımız  problemin  araşdırılma  səviyyəsindən  irəli  gələrək  tədqiqat 
işinin  əsas  məqsədi  ayırd  edilmişdir  ki,  bura  Qafqaz  almanlarının 
məskunlaşmasının əsas mərhələlərinin təyin olunması və əsaslandırılması, onların 
təsərrüfat-iqtisadi  fəaliyyətinin  regional  xüsusiyyətlərinin  ayırd  edilməsi,  Qafqaz 
koloniyalarının  konfessional  mənsubiyyəti  və  koloniyaların  fəaliyyətinə  dini 
amillərin  təsiri,  Rusiya-Almaniya  münasibətlərinin  Qafqaz  almanlarının  ictimai-
siyasi  həyatına  təsiri  və  sair  hələlik  lazımınca  tədqiq  olunmayan  məsələlərin 
işıqlandırılması daxildir. 
Qafqaz  almanlarının  tarixinin  tədqiq  olunmasını  mürəkkəbləşdirən 
amillərdən biri problem üzrə mənbələrin  müxtəlif dövlətlərin mərkəzi və regional 
arxivlərində  yerləşməsidir.  Müəllif  tədqiq  etdiyi  mövzu  üzrə  geniş  mənbələrdən 
istifadə etmişdir ki, onların böyük əksəriyyəti ilk dəfə olaraq elmi dövriyyəyə daxil 
edilir. 
Əsərin  hazırlanması  zamanı  10  arxivdə  saxlanılan  materiallardan  istifadə 
olunmuşdur:  1)  Azərbaycan  Respublikasının  Dövlət  Tarix  arxivi  (Bakı);  2) 
Gürcüstan  Respublikasının  Dövlət  Tarix  arxivi  (Tiflis);  3)  Ukrayna  Dövlət 
Mərkəzi Tarix arxivi (Kiyev); 4) Jitomir Vilayət Dövlət arxivi (Jitomir, Ukrayna); 
5)  Rusiya  Dövlət  Qədim  Aktlar  arxivi  (Moskva);  6)  Rusiya  Dövlət  Tarix  arxivi   
(Sankt-Peterburq); 7) Krasnodar   Diyarı  Dövlət  arxivi   (Krasnodar, Rusiya); 8) 
Stavropol  Diyarı  Dövlət  arxivi  (Stavropol,  Rusiya);  9)  Rostov  Vilayət  Dövlət 
arxivi (Rostov, Rusiya); 10) Şimali Osetiya Respublikasının Mərkəzi Dövlət arxivi 
(Vladiqafqaz, Rusiya). 
Çap  olunmuş  mənbələr  sırasında  ən  əhəmiyyətlisi  çar  hökumətinin 
qanunverici  aktlarını  özündə  cəmləşdirən  «Rusiya  imperiyasının  tam  qanunlar 
toplusu»dur («Полное Собрание законов Российской империи»)
18


10 
 
Müəllif  «Tam  qanunlar  toplusu»nda  nəşr  edilən,  alman  kolonistlərinin 
sosial-iqtisadi, siyasi, mədəni həyatına birbaşa və dolayısı ilə aid olan qanunverici 
aktlardan  (manifestlər,  nizamnamələr,  Dövlət  Şurasının  qərarları,  reskriptlər, 
konvensiyalar və sair sənədlər) geniş istifadə etmişdir. 
Çap  olunmuş  mənbələrdən  Qafqaz  canişininin  arxivi  əsasında  hazırlanmış 
«Qafqaz arxeoqrafiya komissiyasının aktları»nın böyük əhəmiyyəti var
19

Xüsusi  mənbə  növü  kimi  statistik  məlumatlar  toplularından  da  tədqiqat 
zamanı  geniş  istifadə  olunmuşdur.
20 
Rusiya  imperiyasının  müxtəlif  regionlarına 
həsr olunmuş bu toplularda Qafqaz almanlarına aid materiallara da rast gəlinir və 
müəllif zərurət yarandıqda bu mənbələrdən də istifadə etmişdir. 
Çar  Rusiyası  zamanı  nəşr  edilən  qanunlar  toplusunun  başqa  bir  nümunəsi 
kimi  «Rusiya  imperiyasının  qanunlar  külliyatı»nı  («Свод  законов  Российской 
империи»)  göstərmək  olar.  1857-ci  ildə  nəşr  edilən  «Rusiya  imperiyasının 
qanunlar  külliyatı»  xüsusi  əhəmiyyətə  malikdir.  Bu  nəşrin  12-ci  cildinin  ikinci 
hissəsində  «İmperiyada  yaşayan  əcnəbi  koloniyalar  haqqında  Nizamnamə»  dərc 
edilib.
21 
Müxtəlif profilli alim və səyyahların əsərləri mənbələr sırasında xüsusi yer 
tutur.  Türk  tarixçisi,  səyyah  Övliya  Çələbinin  «Səyahətnamə»  əsərində  rus 
işğalından  və  almanların  kütləvi  məskunlaşmasından  əvvəlki  Qafqazın 
etnokonfessional,  sosial-iqtisadi  vəziyyəti  haqqında  əvəzolunmaz  məlumatlar  əks 
olunmuşdur
22

XIX əsrin I yarısı üçün akademik P.S.Pallasın, İ.Lepexinin, S.Q.Qmelinin, 
Klaprotun, Qüldenstedtin əsərləri çox dəyərlidir
23
. Bu alimlər Qafqazın coğrafiyası, 
əhalisi,  alman  koloniyalarının  həyatı  və  məişəti  haqqında  dəyərli  material 
toplamışlar. 
Vacib  və  az  tədqiq  olunmuş  mənbələrdən  biri  də  1897-ci  ildə  keçirilmiş 
Ümumrusiya  əhalisinin  birinci  siyahıyaalınmasının  nəticələridir
24
.  Bu  sənəddə 
Şimali və Cənubi Qafqazın quberniyaları, vilayətlərində yaşayan alman əhalisinin 
sosial-iqtisadi,  mənəvi  həyatı,  koloniyalarda  əhalinin  demoqrafik,  sosial  və 
professional vəziyyəti haqqında məlumatlar əldə etmək olar. 
XIX əsrin II yarısı — XX əsrin əvvəllərində Qafqaz alman koloniyalarının 
siyasi həyatı, kolonistlərə qarşı Almaniya və Rusiya hökumətlərinin apardığı siyasi 
kursun  məzmunu  haqqında  ən  dolğun  məlumatlar  Almaniyanın  xarici  siyasətinə, 
alman-rus  münasibətlərinə  dair  sənədlər  toplusunda  cəmləşmişdir  və  müəllif  bu 
qiymətli mənbələrdən geniş istifadə etmişdir
25

Rusiya  almanlarının  200  illik  tarixinə  dair  hüquqi-normativ  sənədlər 
V.A.Auman  və  V.Q.Çebotaryovanın  redaktorluğu  ilə  hazırlanmış  «Rusiya 
almanlarının  tarixi  sənədlərdə»  adlı  topluda  nəşr  edilmişdir
26
.  Bu  topluda  Qafqaz 
almanlarının  XIX  əsrin  II  yarısı  —  XX  əsrin  əvvəllərindəki  tarixinə  aid  qiymətli 
sənədlər  vardır.  Xüsusilə  almanların  I  Dünya  müharibəsi  illərində  ictimai-siyasi 
həyatına dair sənədlər çoxluq təşkil edir. 

11 
 
XIX əsrin II yarısı — XX əsrin əvvəllərində Rusiyada  müxtəlif regionlara 
həsr  edilmiş  çox  dəyərli  materiallar  toplusu  nəşr  edilmişdir.  Bu  toplularda 
Qafqazda yaşayan xalqların, o cümlədən almanların etnoqrafiyası, onların adət və 
ənənələri haqqında məlumatlar əks olunmuşdur. Materiallar toplusunda çap olunan 
məqalələrin  əksəriyyəti  rəsmi  dövlət  sənədləri  əsasında  yazıldığından  onlara 
tənqidi yanaşmaq vacibdir
27

Nəşr  edilmiş  mənbələr  sırasında  dövri  mətbuatın  özünəməxsus  yeri  var
28

XIX əsrin I yarısında rəsmi pressdə, xüsusən də Daxili İşlər Nazirliyinin və Dövlət 
Əmlak  Nazirliyinin  nəşr  orqanlarında  Rusiya  imperiyası,  o  cümlədən  Qafqazda 
məskunlaşan alman kolonistləri haqqında geniş statistik materiallar, zəngin yazılar 
dərc edilmişdir. XIX əsrin II yarısı  — XX əsrin əvvəllərində qəzet və jurnallarda 
çap  olunan  məqalələrdə  Qafqaz  almanları  haqqında  statistik  məlumatlar  verilir, 
almanların  yerli xalqlarla  —  azərbaycanlılarla, ruslarla,  gürcülərlə, ermənilərlə  və 
başqa  etnoslarla  qarşılıqlı  münasibətləri,  onların  adət-ənənələri,  məişəti  haqqında 
maraqlı faktlar əks olunmuşdur. 
Qiymətli  mənbələrdən  biri  də  epistolyar  materiallardır.
29 
Epistolyar 
mənbələr  sırasında  alman  kolonistlərinin  qohumlarına  yazdıqları  məktubları, 
onların  xatirələrini,  oçerklərini,  o  cümlədən  dövrün  tanınmış  siyasi  xadimlərinin 
memuarlarını, xatirələrini göstərmək olar. Bu mənbələrdə Qafqaz almanlarına dair 
epizodik faktlara rast gəlinir. 
Tədqiqat zamanı çar Rusiyası və SSRİ dövründə, həmçinin başqa ölkələrdə 
nəşr edilmiş təqvimlərdən, ensiklopedik lüğətlərdən geniş istifadə olunmuşdur
30

Müəllif  geniş  və  müxtəlif  çeşidli  mənbələr  əsasında  Qafqazın  alman 
əhalisinin  tarixinin  aktual  məsələlərini  tədqiq  etmiş  və  Azərbaycan 
tarixşünaslığında,  demək  olar  ki,  tədqiq  olunmayan  Şimali  Qafqaz  və  Gürcüstan 
alman koloniyalarının tarixinə aid çoxlu sayda arxiv materiallarını elmi dövriyyəyə 
buraxmışdır.  Təqdim  olunan  bu  monoqrafiyada  müəllifin  Qafqaz  almanlarının 
tarixinin  müxtəlif  aspektlərinə  dair  çap  olunmuş  bütün  elmi  məqalələrində 
söylənilən müddəalar əks olunmuşdur
31

Monoqrafiyada  əks  olunan  bir  çox  məsələlər  —  Qafqaz  almanlarının  dini 
həyatının xüsusiyyətləri, «alman məsələsi» və çarizmin antialman siyasəti, I Dünya 
müharibəsi illərində, Azərbaycan və Gürcüstan müstəqil dövlətlərinin mövcudluğu 
illərində  kolonistlərin  ictimai-siyasi  həyatı,  Qafqaz  almanlarının  yerli  xalqlarla 
qarşılıqlı  münasibətləri  və  sair  vacib  məsələlər  alman  koloniyalarının 
tarixşünaslığında  ilk  dəfə  tədqiqat  predmeti  olmuşdur  ki,  bu  da  monoqrafiyanın 
elmi yeniliyini təşkil edir. Monoqrafiya işi AMEA-nın A.A.Bakıxanov adına Tarix 
İnstitutunun  «Qafqaz  tarixi»  şöbəsində  yerinə  yetirilmişdir.  Müəllif  tədqiqat  işi 
aparılan  dövrdə  verdiyi  metodoloji  məsləhətlərə  görə  AMEA-nın  müxbir  üzvü, 
A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, prof. Y.M.Mahmudova, həmin 
İnstitutun  «Qafqaz  tarixi»  şöbəsinin  müdiri,  tarix  elmləri  doktoru  İ.S.Bağırovaya 
və öz dəyərli qeydlərinə görə şöbə əməkdaşlarına  təşəkkürünü bildirir. 

12 
 


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə