AZƏrbaycan miLLİ elmlər akademiyasinin məRKƏZİ NƏbatat bağI 75



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
tarix29.05.2017
ölçüsü0,96 Mb.

 

 



 

O.V. İbadlı, N.B. Hüseynova 

 

 

 



AZƏRBAYCAN  MİLLİ  ELMLƏR  AKADEMİYASININ 

MƏRKƏZİ    NƏBATAT   BAĞI  - 75 

(AMEA Mərkəzi Nəbatat Bağının inkişaf tarixi haqqında qısa 

məlumat)  

 

 



Azərbaycan Milli Elmlər Akademiyasının 65 illiyinə həsr olunur 

 

 



 

Bakı – 2009 

Mərkəzi Nəbatat Bağının Elmi şurasının qərarına əsasən 

Azərbaycan Milli Elmlər Akademiyasının 65 illiyi ilə 

əlaqədar çap olunur. 

 

 



 

 

 



 

Redaktorlar : b.e.n V.S. Fərzəliyev 



                                  R.İ. Babayev 

 

A M E A  M Ə R K Ə Z İ   N Ə B A T A T  B A Ğ I  - 75 (Mərkəzi  



Nəbatat  Bağının  inkişaf    tarixi  haqqında  qısa  məlumat).  Bakı, 

«Elm», 2009 

 

Kitabçada  1934-2009-cu  illər  ərzində  AMEA  Mərkəzi  



Nəbatat  Bağının  keçdiyi    tarixi  inkişaf  yolu,  laboratoriyaları  və 

ekspozisiyaları haqqında məlumat verilir. Kitabça  Bağın tikintisi, 

ekspozisiyaların  yerləşməsi,  müxtəlif  bitkilərin  fotoşəkilləri  ilə 

zənginləşdirilmişdir. 

Kitabça  nəbatatçılar,  Bağa  gəzintiyə  gələnlər,  o  cümlədən 

müəllim,  tələbə,  bağ  həvəskarları    və  geniş  oxuçu  kütləsi  üçün 

nəzərdə tutulmuşdur. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Ön söz 



Elmi-tədqiqat işləri aparılmayan Nəbatat bağı – adicə parkdır, 

elmi-tədqiqat işləri aparılan Bağ isə cəmiyyətin inkişafında, onun 

maarifləndirilməsində mühüm rol oynayır. 

Belə  bağlardan  biri  də  ərazisi  45,5  hektar  olan  və  Bakının 

cənub-şərq  sisteminin  yaşıl  zonasına  daxil  olaraq,  onun  yaşıl 

mədəni  mərkəzi  hesab  olunan  Azərbaycan  MEA-nın  Mərkəzi 

Nəbatat Bağıdır. 

Yarandığı 

1934-cü 

ildən 


Azərbaycan 

Milli 


Elmlər 

Akademiyası  Botanika  İnstitutunun  nəzdində  bir  şöbə  kimi 

fəaliyyət  göstərən  Nəbatat  bağı  2000-ci  ildə  Azərbaycan  MEA 

Rəyasət Heyətinin qərarı ilə Botanika İnstitutunun strukturundan 

ayrılaraq  Biologiya  Elmləri  Bölməsi  nəzdində  sərbəst  elmi-

tədqiqat təşkilatına çevrildikdən sonra ictimaiyyət arasında daha 

böyük marağa səbəb olmuşdur. 

 

Bağın nadir bitki kolleksiyaları ilə tanış olmaq, onun çiçək 



ətirli havasını udmaq və fisünkar gözəlliyini seyr etmək üçün hər 

il 


minlərlə 

şagird 


və 

tələbə, 


şəhərimizin 

qonaqları, 

respublikamızda  fəaliyyət  göstərən  səfirliklərin  nümayəndələri, 

xarici ölkələrin alimləri Bağı ziyarətə gəlirlər. Burada elə bitkilərlə 

tanış  olmaq  olar  ki,  onlar  artıq  itmək  təhlükəsi  altındadırlar. 

Seyrçilər  sahəsi  45,5  hektar  olan    Mərkəzi  Nəbatat  Bağının 

xiyabanları  ilə  irəliləyərkən    maraqlandıqları  bitkilərin  adını, 

cinsini,  vətənini  azərbaycan,  rus  və  latın  dillərində  bitkilərin 

üzərindən asılmış lövhəciklərdən öyrənə bilərlər. 

Bitki aləmi hədsiz deyildir, yalnız onlara göstərilən diqqət və 

qayğı  təbiətin  bizə  bəxş  etdiyi  bu  gözəlliyi  qoruyub  saxlamağa 

imkan  verir.  Bağda  Azərbaycan  florasından  olan  bitkilərlə 

bərabər,  dünyanın  müxtəlif  botaniki-coğrafi  zonalarından  olan 

(Şərqi  Asiya,  Şimali  Amerika,  Aralıq  dənizi  hövzəsi  və  s.)  çox 

qiymətli ağac, kol, çiçək, ot bitkiləri vardır. 


 

 



Şəhərimizin  ən  yüksək  nöqtəsində  yerləşən  Mərkəzi 

Nəbatat  Bağı  həm  də  bir  mədəni-maarif  ocağı  kimi  biologiya 

elminin nailiyyətlərini əhali arasında təbliğ edir.  

 

MƏRKƏZİ NƏBATAT BAĞININ İNKİŞAF TARİXİ 

 

Başlanğıc (1934-1940) 

 

1934-cü  ilin  iyun  ayının  15-də  Azərbaycan  SSR  Xalq 

Komissarları Soveti Bakı Sovetinə Nəbatat bağının salınması üçün 

vəsait ayrılmasını tapşırır. Beləliklə, 1934-cü ilin ikinci yarısından 

bağın  tikintisinə  başlanılır  və  inşaat  materialları  almaq  üçün 

maliyyə xərcləri ayrılır. 1934-cü ilin iyul ayının 3-də Nəbatat bağı 

və  Nəbatat  institutu  üçün  Dağüstü  parkdan  (indiki  «Şəhidlər 

xiyabanı»ndan) başlamış «Qurd qapısı»na gedən yol arasında 80-

100 hektar sahə ayrılması və sahənin su ilə təchiz edilməsi barədə 

qərar qəbul edilir. 

1935-ci  ildə  Nəbatat  bağının  ilk  direktoru  Mixail  Vasilyeviç 

Brjezitski  təyin  olunur  və  bağda      toxum,  qələm,  tinglərlə  əkin 

işinə  başlanılır. 

 

 



 

Bağın əsas sahəsinin nəzərdə tutulmuş layihə planı 

 

 



 

Bağın salınması üçün ayrılmış ərazi 

Nəbatat  bağının  bazası  əsasında  1936-cı  ildə  Botanika 

institutu  təşkil  olunur  və  Nəbatat  bağı  bir  şöbə  kimi  institutun 

nəzdində  fəaliyyət  göstərməyə  başlayır.  1938-ci  ildən  Nəbatat 

bağının  direktoru  vəzifəsinə  Həmid  Musa  oğlu  Qədirov    təyin 

edilir.   

1935-1938-ci  illər  ərzində  Nəbatat  bağında  institut  binası, 

oranjereyalar, istixanalar, bağın əməkdaşları üçün yaşayış binası, 

emalatxana,  təsərrüfat  binası    inşaat    olunur.    Bu    vaxtdan  

etibarən      bağın      sahəsində  Azərbaycan  florasından,  eləcə  də 

ekzot  texniki,  dərman  bitkilərinin  kolleksiyasının  yaradılması  ilə 

yanaşı, onların üzərində elmi-tədqiqat işləri aparılır. 

1936-1937-ci  illərdə  ekspedisiya,  ezamiyyətlər  və  toxum 

mübadiləsi  yolu  ilə  digər  Nəbatat  bağlarından  alınan  əkin  və 

səpin materialları hesabına açıq və örtülü sahələrdə (oranjereya və 

istixanalarda) bir çox bitkilərin kolleksiyası yaradılır. 

1937-1940-cı illər ərzində  bağ üçün  nəzərdə  tutulan ərazidə 

neft quyularının qazılması ilə əlaqədar olaraq bu əsas sahə alınır 

və bağda yalnız  16  hektar qalır.  


 

 



 

 

 



 

 

    



 

Tikinti və əkin işlərinin başlanması 

 



Müharibə və müharibədən sonrakı  illər 



(1941-1960) 

 

Ağır  müharibə illəri  (1941-1945) ilə  əlaqədar olaraq  tikintinin 

dayandırılmasına, 

introduksiya 

işlərinin 

ləng 


getməsinə 

baxmayaraq,  yerli  floradan  olan  ot  və  ağac  bitkilərinin  üzərində 

tədqiqatlar,  həmçinin    kolleksiyaların  genişləndirilməsi  işləri 

davam etdirilir. 

1948-ci 

ildən 


H.M.Qədirovun 

Azərbaycan 

Pedoqoji 

İnstitutuna   keçməsi ilə əlaqədar Nəbatat bağına rəhbərlik 1949-

cu ildən  müvəqqəti olaraq    Əhməd  Şərbət oğlu Hacıyevə  həvalə 

olunur. Ə.Hacıyev az müddət işlədikdən sonra vəfat edir və onun 

yerinə  1950-ci  ildə    bağın  əməkdaşı  Muxtar  Əli  oğlu  Rəhimov 

təyin  olunur.  Bu  vaxt  bağın  ərazisini  genişləndirmək  məqsədilə 

Əhmədli  yaylasında  yeni  bağ  sahəsi  ayrılır  və  orada    xeyli  işlər 

görülməklə  ağaclar  əkilir.  1954-cü  ildə  Əhmədlidə  olan  sahə 

bağdan alınır və əsas işlər bağın indiki ərzində aparılır. 

1952-ci  ildən  Nəbatat  bağına  rəhbərlik  Qasım  Fərrux  oğlu 

Axundova  tapşırılır.  Bir  neçə  il  ərzində  bağda  xeyli  işlər  görən 

Q.F.Axundovun  Nəbatat  institutunun  elmi  işlər  üzrə  direktor 

müavini  vəzifəsinə  keçməsi ilə əlaqədar olaraq Vahid  Cəlal  oğlu 

Hacıyev  bağa  yeni  direktor  təyin  olunur.  V.C.Hacıyev  1956-cı 

ildən 1957-ci ilin iyun ayına kimi Nəbatat bağına rəhbərlik edir və 

xeyli əkin kompaniyası aparır. 

1957-ci  ilin  iyun  ayından  bağa  rəhbərlik  Leninqrad  Meşə 

Mühəndisliyi 

Akademiyasını 

bitirmiş 

Azərbaycan 

Kənd 


Təsərrüfatı  İnstitutunun  müəllimi,  k.-t.e.n.  Üzeyir  Musa  oğlu 

Ağamirova həvalə edilir. 

1950-1960-cı  illər  ərzində  Nəbatat  bağında  suvarma  suyunun 

olmaması introduksiya işlərinin aparılmasına maneçilik törədirdi. 

1960-cı ildə Ceyranbatan su ambarının tikilməsi və həmin suyun 

Nəbatat  bağına  verilməsi,  orada  əkin  və  elmi-tədqiqat  işlərinin 

genişləndirilməsinə  imkan  verdi.  Elə  həmin  dövrdə  bağın  16 


 

hektarlıq sahəsinə yaxın olan  25 hektar yaşıllıq sahəsinin Nəbatat 



bağına verilməsi, bağın sahəsinin 41 hektaradək artmasına səbəb 

oldu. 


 

 

 

Bağın xiyabanları (1945- 1965- cı illər) 

 



 



İntibah illəri (1960-1980) 

 

1960-1978-ci  illər  bağın  çiçəkləndiyi  illər  hesab  olunur.  Bu 

illərdə  Nəbatat  bağı  Bakı,  Gəncə,  Sumqayıt  şəhərlərinin  və 

Naxçıvan  MR-nın  yaşıllaşdırılması  üçün  100  növdən  ibarət  10 

minlərlə  ağac,  kol  və  çiçək  bitkiləri  vermiş,  o  cümlədən  Bakı 

şəhərinin  Yaşıllaşdırma  İdarəsinə  və  Abşeronun  sənaye 

müəssisələrinə,    Bakı  Məişət  Kondisionerləri  zavoduna, 

Azərelektroterm,  Radio,  Gəmi  təmiri  zavodlarına,  məktəb  və 

bağçaların  yaşıllaşdırmasına  köməklik  göstərmişdir.  Bu  illərdə 

Nəbatat 


Bağında 

M.Brjezitski, 

İ.Səfərov, 

M.Mikayılov, 

R.Rəhimova,  A.Əliyev,  S.Pityayev,    Ü.Ağamirov,  M.Ağamirova, 

M.Rəhimov,  K.Quliyev,  Ə.Məsiyev,T.Kazımova,  İ.Qolniyeva, 

Ş.Babayev,  R.Babayev,  C.Mirzəliyev,  A.İsgəndərov,  N.Babayev, 

A.Bayramov,  O.İbadlı,  M.Qurbanov    və  başqa  görkəmli  alimlər 

tədqiqat işləri aparmışlar.  

Həmin  illərdə  Nəbatat  bağı  70  xarici  ölkənin  290  Nəbatat 

bağları  ilə  toxum  mübadiləsi  aparmış,  dərman,  efiryağlı,  sənaye 

və  bəzək  əhəmiyyətli  bitkilərin  aqrotexniki  tövsiyələrini 

hazırlayıb təsərrüfatlara vermişdir.  

1970-ci  ildən  başlayaraq  «Abşeronun  və  Bakı  şəhərinin 

yaşıllaşdırılması  haqqında»  verilən  dövlət  qərarları  Nəbatat 

bağında  ağac  və  kol  bitkilərinin  introduksiya  işlərinin  daha  da 

genişləndirilməsinə  səbəb  olur.  Bu  illərdə  Nəbatat  bağının  yeni 

ərazisində botaniki-coğrafi prinsipə görə sahələrin yaradılmasına 

başlanılır. Bu məqsədlə Dövlət Layihə İnstitutunda xüsusi layihə 

hazırlanır.  Layihədə  yeni  istixana  və  oranjereyaların  tikilməsi 

nəzərdə  tutulur.  Ancaq  Nəbatat  institutunun  yeni  binasının 

tikilməsi  ilə  əlaqədar  vəsaitin  çatışmaması  səbəbindən  tikintinin 

sonraya  saxlanılmasına  baxmayaraq,  elmi-tədqiqat  işləri  davam 

etdirilir. 



 

10 


1977-ci  ildə  akademik  Həsən  Əliyevin  rəhbərliyi  ilə  xüsusi 

komissiya  yaradılır.  Həmin  komissiya  Bakı  şəhər  Yaşıllaşdırma 

Trestinin,  Milli  Elmlər  Akademiyasınin,  Biologiya  Elmləri 

Bölməsinin bir sıra institutlarının alimlərinin, Bakı şəhər Sovetinin 

nümayəndələrinin  iştirakı  ilə  bağın  inkişafı  haqqında  tədbirlər 

hazırlayır.  Həmin  tədbirlər  Akademiya  tərəfindən  Nazirlər 

Sovetinə təqdim edilir və Nazirlər Sevetinin qərarı ilə bağın abad-

laşdırılması  məsələsi  Bakı  şəhər  Abadlaşdırma  Trestinə  həvalə 

olunur  və  1978-1980-cı  illərdə  yenidən  Nəbatat  bağın  sahəsinin 

abadlaşdırılması  işlərinə  başlanılır,  lakin  çox  təəssüflər  olsun  ki, 

bu işlər ləng aparılır. 

1980-cı ilin axırlarında  bağın direktoru vəzifəsinə b.e.n. Arif 

Əli oğlu Bayramov təyin edilir. 

 

Durğunluq illləri 

 

1980-cı  illərin  axırı  və  1990-cı  illərin  əvvəllərindən 



Respublikadakı  ümumi vəziyyətlə əlaqədar olaraq bağda heç bir 

iş  aparılmamış,  yay  mövsümündə  suyun  çatışmaması,  qışda 

oranjereyalarda istiliyin olmaması, əmək haqlarının az olması ilə 

əlaqədar fəhlə qüvvəsinin çatışmaması üzündən Nəbatat bağının 

qiymətli 

kolleksiyaları: 

Soğangülü 

(georgin), 

payızgülü, 

qarğasoğanı,  buynuzbaş,  qiymətli  ağaclar,  güllər,  çəmən  (qazon) 

və oranjereya bitkilərinin bir hissəsi məhv olub aradan çıxmışdı. 

 

 

 

 

 

 

 

 

 


 

11 


  

                          

   

         Mixail   Vasilyeviç             Həmid Musa oğlu                                  



               Brjezitski                              Qədirov 

              (1935-1938)                        (1952-1956) 

                                                              

 

                                 



  

 

 



 

 

 



 

 

           



               Muxtar Əli oğlu                        Qasım  Fərrux oğlu                                    

               Rəhimov                                  Axundov 

                 (1950-1952)                                  (1952-1956) 

 

  



 

12 


 

                                

 

 

 



 

 

 



 

 

 



 

      Vahid Cəlal oğlu                               Üzeyir Musa oğlu                      

             Hacıyev                                   Ağamirov 

         (1956-1957)                                  (1957-1980) 

 

 

                                   



 

 

 



 

 

 



 

 

 



          

 

          Arif Əli oğlu                             Oruc Vəli oğlu 



            Bayramov                                      İbadlı 

           (1980-2000) 

 

             (2000 - hal-hazıradək) 



 

 

 

13 


Mərkəzi Nəbatat Bağı – iri elmi-tədqiqat müəssisəsidir 

 (2000-2009) 

 

Akademik  Cəlal  Əlirza  oğlu  Əliyevin  şəxsi  təşəbbüsü  və 

Azərbaycan  MEA-nın  Rəyasət  Heyətinin  «Nəbatat  bağının 

fəaliyyətinin  yaxşılaşdırılması  haqqında»  04  fevral    2000-ci  il 

tarixli  7/2  saylı  qərarına  əsasən  Nəbatat  bağı  Botanika 

İnstitutunun  tərkibindən  ayrılaraq  Biologiya  Elmləri  Bölməsi 

nəzdində  müstəqil  elmi-tədqiqat  muəssisəsi  kimi  fəaliyyətə 

başladı.  Bağın  direktoru  vəzifəsinə  biologiya  elmləri  namizədi 

(hazırda  Azərbaycan Milli  Elmlər  Akademiyasının  müxbir  üzvü, 

biologiya  elmləri  doktoru)  O.V.  İbadlı,  elmi  işlər  üzrə  direktor 

müavini  vəzifəsinə  kənd  təsərrüfatı  elmləri  namizədi  Ü.M.Ağa-

mirov  (hazırda  biologiya  elmləri  namizədi  V.S.Fərzəliyev),  elmi 

katib  vəzifəsinə  isə  biologiya  elmləri  namizədi,  dosent  N.B. 

Hüseynova seçildilər. 

Bağın  Nizamnaməsi,  strukturu,  Elmi  şurasının  tərkibi  təsdiq 

edildi,  Bağın  nəzdində  aspirantura  fəaliyyətə  başladı  və  Nəbatat 

bağının  adı  dəyişdirilərək  «Azərbaycan  Elmlər  Akademiyasının 

Mərkəzi Nəbatat Bağı» adlandırıldı. 

Hazırda  Mərkəzi  Nəbatat  Bağının  nəzdində  aşağıdakı 

laboratoriyalar fəaliyyət göstərir: 

1.

 

«Ağac və kol bitkiləri» laboratoriyası (rəhbəri b.e.n., dos. E. 



İsgəndər) 

2.

 



«Nadir  və  nəsli  kəsilməkdə  olan  bitkilər»  laboratoriyası 

(rəhbəri AMEA-nın müxbir üzvü O.İbadlı) 

3.

 

«Örtülü şəraitdə becərilən bitkilər» laboratoriyası (rəhbəri 



b.e.d., prof. A. Bayramov) 

4.

 



«Çiçəkçilik» laboratoriyası (rəhbəri b.e.n. A. İsgəndərov) 

5.

 



«Bitkilərin  mühafizəsi  və  monitorinqi»  laboratoriyası 

(rəhbəri b.e.n. V. Fərzəliyev) 



 

14 


Bu laboratoriyalarla yanaşı Mərkəzi Nəbatat Bağının nəzdində 

«Toxumçuluq»    və  «Bitkilərin  xəstəlik  və  zərərvericilərlə 

mübarizə» sektorları da fəaliyyət göstərir. 

Bu    bölmələrdə  123  əməkdaş,  o  cümlədən  23  nəfər  elmi  işçi 

çalışır ki, onlardan 2 nəfəri Azərbaycan MEA-nın müxbir üzvü, 3 

nəfəri  elmlər doktoru, 13 nəfəri  isə elmlər namizədidir. 

Müstəqil  elmi-  tədqiqat  müəssisəsi  kimi  fəaliyyətə  başladığı 

vaxtdan  Bağın  əməkdaşları  tərəfindən  yerli  və  xarici  mətbuatda 

400- dən artıq məqalə, 4 monoqrafiya, 4 əsərlər toplusu, «Müalicə 

bitkiləri»  seriyasından  10  kitabca  və  4  dildə  2  hissəli  «Nəbatat 

terminləri və bitki adları » lüğəti çapdan çıxmışdır. 

Mərkəzi  Nəbatat  Bağının  75  illiyi  ilə  əlaqədar  olaraq  Bağda 

AMEA  Biologiya  Elmləri  Bölməsi,  Azərbaycan  «Botaniklər 

Cəmiyyəti»  və  Mərkəzi  Nəbatat  Bağının  dəstəyi  ilə  «Bioloji 

müxtəliflik  və  bitkilərin  introduksiyası»  Beynəlxalq  elmi 

konfransı keçirilmişdir. 

Hal-hazırda  Bağda  dünya  standartları  səviyyəsində  1 

oranjereya və 2 istixananın tikintisinə başlanmışdır. 



 

15 


 

 

Himalay sidri 

 

 

 



 

16 


İstiqaməti 

 

Mərkəzi  Nəbatat  Bağında  elmi  tədqiqatlar  Azərbaycanda 



flora biomüxtəlifliyinin öyrənilməsi, genofondunun qorunması və 

səmərəli  istifadəsi    istiqamətində  davam  etdirilir.  Bağın  bütün 

elmi  strukturları  sənaye  əhəmiyyətli  nadir  və  nəsli  kəsilməkdə 

olan  bitkilərin  biomüxtəlifliyi,  introduksiyası  və  məlumat 

bankının yaradılması problemi üzrə  elmi-tədqiqat işləri aparırlar.  

Ötən  75  il  ərzində  Mərkəzi  Nəbatat  Bağı  geniş  dairədə 

tanınmış  iri  tədqiqat  mərkəzinə  çevrilmişdir.  Bağ  tərəfindən 

aparılmış  elmi  tədqiqatların  nəticələri  bir  sıra irihəcmli  əsərlərdə 

əks etdirilmiş və  dünyanın mötəbər nəşrlərində çap etdirilmişdir. 

2006-cı ildən Mərkəzi Nəbatat Bağı Dünya Nəbatat bağlarının 

üzvü seçilmişdir. 

75 il ərzində Bağda bir neçə min ağac, kol, çiçək, dərman və 

başqa texniki bitkilərin növ, forma və sortları  (çeşidləri) sınaqdan 

keçirilmişdir.  Nəticədə  hazırda  Bağda  2500-ə  yaxın  faydalı 

bitkilərin  növ,  forma  və  sortlarının  zəngin  kolleksiyası 

toplanmışdır.  Bunlar  yerli  və  dünyanın  müxtəlif  botaniki-coğrafi 

rayonlarının florasındandırlar. Kolleksiyada 250 növə qədər ağac 

və kol Şərqi Asiya florasından olub, 30 növə qədər dovşanalması, 

yapon  kriptomeriyası,  himalay  sidri,  20  növ  dekorativ  alma,  25 

növ  zirinc,  ağcaqayın,  itburnu,  yemişan,  sərv,  tuya  və  s.  vardır. 

Şimali  Amerika  florasından  tikanlı  küknarı,  nəhəng  sekvoyanı, 

iriçiçək  maqnoliyanı,  30  növə  qədər  yemişan,  göyrüş,  Aralıq 

dənizi florasından atlas sidrini, livan sidrini, çiyələk ağacını, qara 

şamı,  bir  çox  buxur  kolu  növlərini,  Qafqaz  florasından 

şabalıdyarpaq  palıd,  eldar  şamı,  dəmirağacı,  vələsyarpaq  azad 

ağacını,  mantar və  daş  palıdını, ipək  akasiyasını və s.  göstərmək 

olar.  

Hazırda  Bağda    Qafqaz  florasından  olan  149  növ  nadir  və 



nəsli kəsilməkdə olan və adları keçmiş SSRİ-nin və Azərbaycanın 

«Qırmızı  Kitab»larına  daxil  edilmiş  geofit  bitkilərin  kolleksiyası 



 

17 


vardır.  Uzun  illər  boyu  Azərbaycan  şəraitinə  uyğunlaşan  əzvay, 

zəfəran,  çiriş,  qulançar  və  ya  mərəçüyüd  və  onlarla  sənaye, 

texniki,  dərman,  ətirli-ədviyyalı,  qida  əhəmiyyətli  bitkilər  iş 

adamlarının diqqətini cəlb edə bilər və az məsrəflə, çox gəlir əldə 

etmək imkanı verər. 

Mərkəzi  Nəbatat  Bağında  çiçək  bitkilərinin,  o  cümlədən 

soğanaqlı 

bitkilərdən-Soğangülü, 

Payızgülü, 

Qarğasoğanı, 

Dağlaləsi,  Nərgiz,  Sünbülçiçək,  Süsən,  400-ə  qədər  qızılgül 

sortunun kolleksiyası toplanmışdır.  

Mərkəzi Nəbatat Bağı dünyanın 100-dən artıq Nəbatat bağları 

ilə  əlaqə  saxlayır,    toxum  mübadiləsi  edir  və  onlardan 

introduksiya üçün toxum alır. 

Respublikamızın  mərkəzində  yerləşən  yeganə  Nəbatat 

Bağının kollektivi onu dünya standartları səviyyəsinə çatdırmaq, 

gələjək nəsillərə ərməğan etmək və  inkişaf etdirmək üçün əlindən 

gələni əsirgəmir. 

 

 

 

 


 

18 


 

 

Bağdan bir görünüş 

 

Bağda ekskursiya 

 

 

19 


«Ağac və kol bitkiləri»  

laboratoriyası 

 

2000-ci  ildə  yaradılmış  «Ağac  və  kol  bitkiləri»  laboratoriyası  

Botanika  İnstitutu  nəzdində  1994-cü  ildən  fəaliyyət  göstərən 

«Ağac  bitkilərinin  introduksiyası»  laboratoiaysının  bazası 

əsasında  yaradılmışdır.  Vaxtilə  laboratoriyada  Ü.  M.  Ağamirov, 

M.  Ağamirova,  T.  Mehdiyev,  Y.  Zeynalov,  N.  Babayev,  T. 

Məmmədov, R. Həsənova və b. çalışmışlar. 

2000-2007-ci  ilərdə  laboratoriyaya  k./t.e.n.  Ü.  M.Ağamirov 

rəhbərlik  etmiş,  hazırda  «Ağac  və  kol  bitkiləri» laboratoriyasının 

rəhbəri dosent E. O.  İsgəndərdir.  

Əməkdaşları: AMEA-nın müxbir üzvü M. R. Qurbanov, b.e.n. 

C. D. Mirzəliyev, b.e.n., dos.  E.P.Səfərova, b.e.n. dos. E. Y. Əliyev, 

b.e.n.  dos.  C.  N.  Nəcəfova,  b.e.n.  Ş.  Hüseynov,  elmi  işçi  S. 

Qarayev, böyük laborant E. Fərəcovadır. 

Laboratoriya əməkdaşlarının yerinə yetirdikləri  elmi-tədqiqat 

işlərinin  istiqamətini  Azərbaycan  florasına  daxil  olan  sənaye 

əhəmiyyətli,  eləcə  də nadir  və  nəsli  kəsilməkdə olan  ağac  və  kol 

bitkilərinin  introduksiyası,  reproduksiyası  və    repatriasiyasının, 

meyvə  və  toxumların  biomorfologiyasının  tədqiq  edilməsi,  

genofondunun  qorunması  və  məlumat  bankının  yaradılması 

təşkil edir.  

 

  



 

  

 



 

 

 



 

 


 

20 


 

            

 

 

 



Bağın xiyabanlarından bir görünüş 

 

 



 

21 


«Nadir və nəsli kəsilməkdə olan bitkilər» laboratoriyası 

 

«Nadir  və  nəsli  kəsilməkdə  olan  bitkilər»  laboratoriyası  hal-



hazırda  Azərbaycan  MEA  –  nın  Biologiya  Elmləri  Bölməsi 

tərkibində müstəqil elmi-tədqiqat təşkilatı kimi fəaliyyət göstərən 

Mərkəzi Nəbatat Bağının ən qabaqcıl laboratoriyalarından biridir. 

Bu  laboratoriyada  nadir  və  nəsli  kəsilməkdə  olan  bitkilərin 

biomüxtəlifliyinin  öyrənilməsi,  introduksiyası,  reintroduksiyası 

(təbiətə  qaytarılması),  mühafizəsi  və  genofondunun  yaradılması 

istiqamətində  geniş  elmi-tədqiqat  işləri  aparılır.  Laboratoriyaya 

AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru Oruj Vəli oğlu 

İbadlı  rəhbərlik  edir.  Əməkdaşları:  k.-t.e.n.,  dos.  K.  S.  Əsədov, 

b.e.n.,  dos.  N.  B.  Hüseynova,  k.e.i.  S.  Q.  Quliyeva,  k.e.i.  G.  T. 

Əliyeva, böyük laborantlar - A. O. Nəsibova, S. N. Kazımova, A. 

A.  Zərgərlidir.  Laboratoriyada  2  aspirant  və  5  dissertant  elmi-

tədqiqat işləri aparır.  

«Nadir  və  nəsli  kəsilməkdə  olan  bitkilər»  laboratoriyasının 

ekspozisiya sahəsi Mərkəzi Nəbatat Bağının şimal-qərb hissəsində 

yerləşir.  Nadir  və  nəsli  kəsilməkdə  olan  ot  bitkilərinin 

öyrənilməsi, onların gələçək nəsillər üçün qorunub saxlanması ən 

vacib  və  aktual  məsələ olduğundan  Azərbaycan  florasında  bitən 

nadir  növlərin  öyrənilməsi,  itib  batmaqda  olan  növlərin 

çoxaldılaraq  geniş  surətdə  artırılması  və  onların  genofondunun 

toplanması  vacib  məsələlərdən  biridir.  Uzun  müddət  floramızda 

bitən  bir  çox  nadir  növlər  bir  sıra  səbəblər  üzündən  itib  batmaq 

təhlükəsi  altındadır.  Bu  təhlükəni  aradan  qaldırmaq  üçün 

Mərkəzi  Nəbatat  Bağında  geofit  bitkilərindən  ibarət  dünya 

standartları  səviyyəsində  kolleksiya  sahəsi  yaradılmışdır.  Bu 

kolleksiya  introduksiya  tədqiqatları  üçün  baza  təşkil  etdiyindən 



 

22 


geniş nümayiş üçün bağlı olan ərazidə yerləşmişdir. Hal-hazırda 

9  kolleksiyada  96  cins,  610  növ,  300-dən  artıq  çeşid  bitki  vardır. 

Toplanmış  kolleksiyanın  323  bitkisi  üzərində  sınaq  keçirilmiş  və 

onlardan 150-yə  qədəri  təsərrüfatlara  tövsiyə  edilmişdir.  Bu işlər 

haqqında  2  müəlliflik  şəhadətnaməsi  alınmışdır.  Bundan  əlavə 

nadir  və  nəsli  kəsilməkdə  olan  149  bitkinin  kolleksiyasını 

yaradılmış,  həmin  kolleksiya  hesabına  genofond  yaradılaraq 

Azərbaycanda tükənməkdə olan nadir bitkilərin 60-dan çox növü 

reintroduksiya (təbiətə qaytarilmış) olunmuşdur.  

O.  V.  İbadlı  və  onun  tələbələrinin  gərgin  əməyi  nəticəsində 

yaradılan  bu  kolleksiyada  uzun  illərin  introduksiya  sınağından 

keçmiş soğan, qulançar və ya mərəçüyüd, asfodelina, sünbülçiçək, 

çiriş,  laləvər,  qazsoğanı,  qarğasoğanı,  gəmirici  soğan,  süsən, 

iksiolirion, iridodiktum,  dağlaləsi,  zambaq, nərgiz,  zəfəran    və s. 

kimi    bitkilər  vardır  ki,  onların    160-a  qədəri  Azərbaycanın  və 

keçmiş  ittifaqın  «Qırmızı  Kitab»larına  daxil  edilmişdir.  Bu 

bitkilərin  bir çoxu  xalq  təbabətində geniş  istifadə  olunur.    Geofit 

bitkilərdən  ibarət  ekspozisiya səhəsi yaz  aylarında  öz  əsrarəngiz 

gözəlliyi ilə insanı valeh edir 


 

23 


 

 

 



Nadir geofit bitkiləri sahəsi 

 

 



 

Süsən kolleksiyası 

 

24 


«Örtülü şəraitdə becərilən bitkilər» laboratoriyası  

 

«Örtülü  şəraitdə  becərilən  bitkilər»    laboratoriyası  2000-ci 

ildən  yəni,  Nəbatat  bağı  müstəqil  Mərkəzi  Nəbatat  Bağı  statusu 

aldıqdan sonra təşkil olunmuşdur. Laboratoriyaya b.e.d, professor 

Arif Əli oğlu Bayramov rəhbərlik edir. 

Əməkdaşları:  b.e.n.,  dosent  Ş.  N.  Qasımov,  elmi  işçi  Z.  B. 

İslamova və böyük laborant M. Abdullayevadır.  

Laboratoriyanın  elmi  istiqaməti  tropik  və  subtropik 

zonalardan  məhv  olmaq  təhlükəsi  altında  olan  bitkilərin 

introduksiyası 

və 

mədəni 


floranın 

onların 


hesabına 

zənginləşdirilməsidir.  Bu  istiqamətdə  aparılan  işlər  Nəbatat 

bağarı  üçün  1985-ci  ildə  Las-Palmasda  qəbul  edilmiş    «Bitkilərin 

qorunması strategiyası»na uyğundur. 

Laboratoriyanın  oranjereyalarında  200-dən  artıq  tropik  və 

subtropik  bitkilərin  kolleksiyası  toplanmışdır  ki,  bunlardan  da 

inzibati,  sosial  və  ictimai  obyektlərin    daxili  intryerlərinin  

yaşıllaşdırılmasında istifadə olunmaq üçün təklif edilir. 

Hazırda 

laboratoriyanın 

bir 

oranjereyasının 



və 

iki 


istixanasının  tikintisi  gedir.  Bununla  eyni  vaxtda  tropik  və 

subtropik kolleksiyasının zənginləşdirilməsi işləri davam etdirilir. 

 

 

 



 

 

 



 

 

25 


 

 

 



 

Oranjereyanın kompozisiyası bölməsindən görünüş 

 

26 


 

«Çiçəkçilik» laboratoriyası 

 

Mərkəzi Nəbatat Bağında 75 il ərzində əsasən yaşıllaşdırmada 



istifadə  edilən  dekorativ  ağac  və  kol  bitkiləri  ilə  yanaşı,  çiçək 

bitkilərinin də introduksiyası, öyrənilməsi və becərilməsinə geniş 

yer  verilmişdir.  Uzun  illər  Nəbatat  Bağının  əməkdaşları  

dekorativ  bitkilərin introduksiyası, cinslər üzrə kolleksiyalarının 

yaradılması  ilə  məşqul  olmuş,  Bakı,  Abşeron  və  Azərbaycanın 

digər  iri  sənaye  şəhərlərinin  yaşıllaşdırılmasına  çoxlu  sayda 

dekorativ  ağac,  kol  və  çiçək  bitkiləri  tətbiq  olunmuş,    bununla 

bağlı aqrotexnoloji təkliflər işləyib hazırlamışlar. 

2000-ci  ildə  təşkil  olunmuş  «Çiçəkçilik»  laboratoriyasında 

hazırda  yeni  çeşidli  çiçək  bitkilərinin  introduksiyası  ilə  yanaşı, 

əvvələr  Bağda  kolleksiyaları  olmuş,  lakin  zaman  keçlikcə  itmək 

təhlükəsində  olan  çiçək  bitkilərinin  bərpa  olunması  işlərinə 

başlanmışdır. 

«Çiçəkçilik»    laboratoriyası  təşkil  olunduğu  və  fəaliyyətə 

başladığı gündən laboratoriyaya b.e.n. A. T. İsgəndərov rəhbərlik 

edir. 


Əmərdaşları:  k.e.i.    A.  M.  Hüseynova,  k.e.i.  O.  O.  Qafarova, 

aqronom R. Əliyev. 

“Çiçəkçilik”  laboratoriyasında  tədqiqat  işləri  əsasən  qızılgül 

sortlarının  introduksiyası  və  seleksiyası  istiqamətində  aparılır. 

Qızılgül kolleksiyasında müxtəlif bağ qruplarına mənsub ümumi 

sayı  8  mindən  artıq  olan  450-ə  yaxın  qızılgül  sortu  introduksiya 

olunmuşdur.  Bu  sortlar  xarici  ölkələrin  (ABŞ,  Fransa,  Böyük 

Britaniya,  Hollandiya,  Rusiya,  Ukrayna,  Qazaxstan  və  s.) 

kultivarlarıdırlar.  Bununla  yanaşı  seleksiya  yolu  ilə  xeyli  hibrid 

toxmacarlar  yetişdirilmişdir.  Onların  hər  biri    gələcəkdə  sort 

statusu  almağa  namizəddirlər.  Azərbaycan  Respublikası  Kənd 


 

27 


Təsərrüfatı  Nazirliyinin  4  aprel  2008-  ci  il  tarixli  96  saylı  əmrinə 

əsasən  Mərkəzi 

Nəbatat 

Bağında 


tumurcuq 

mutasiyası 

nəticəsində  yaradılmış  “Əsrin  müqaviləsi”,  ”Sarı  gəlin”, 

“Nazpəri”  qızılgül  sortları  üçün  Müəlliflik  şəhadətnaməsi  və 

Patent alınmışdır. (İcraçı: b.e.n A.T İsgəndərov ).  

 

 



 

 

Qızılgül kolleksiyası 



 

28 


 

 

Plefist qızılgüllər 



 

 

29 


“Bitkilərin mühafizəsi və monitorinqi”  

laboratoriyası 

 

«Bitkilərin  mühafizəsi  və  monitorinqi» laboratoriyası  2009-cu 

ildən  fəaliyyət  göstərir.    Laboratoriyaya  b.e.n.  Vahid  Sabir  oğlu  

Fərzəliyev rəhbərlik edir.  

Əməkdaşları: k.e.i.  F. S. Seyfullayev,  k.e.i. A. A. Şərifova,  baş 

laborant  A.  N.  Səfərova  və  P.  H.  Əliyevdir.  Laboratoriyanın 

tərkibində 

«Toxumçuluq» 

və 

 

«Bitkilərin 



xəstəlik 

və 


zərərvericilərlə mübarizə» sektorları fəaliyyət göstərir. 

Laboratoriyanın  elmi  istiqaməti  Azərbaycanın  bitki  örtüyünə 

antropogen təsirin öyrənilməsi, xüsusi mühafizə olunan ərazilərin 

bitkiliyinin  monitorinqi,  texnogen  landşafın  rekultivasiyası 

işlərindən ibarətdir.  

     


Şamaxı Dayaq Məntəqəsi 

(1984-2009) 

 

1984-  cü  ildən  Botanika  institutunun  nəzdində  fəaliyyət 



göstərən və sahəsi 30 ha olan Şamaxı dayaq məntəqəsi də Nəbatat 

Bağının 


strukturuna 

daxil 


edilmişdir.    Şamaxı 

dayaq 


məntəqəsinin  yaradılmasında  əsas  məqsəd  mayili,  əkin  yararsız 

və  tamamilə  eroziyaya  uğramış  torpaqlarda  terras,  xəndək,  çala 

üsullarından  istifadə  edərək  qozmeyvəlilərdən  ibarət  kolleksiya 

yaratmaqdan ibarət olmuşdur.  

Əvvəllər  dayaq    məntəqəsində  krımdan gətirilmiş  30 çeşiddə 

qozmeyvəli bitki kolleksiya olduğu halda, son illərdə burada 100- 

ə qədər çeşiddə badam, qoz, şabalıd, fındıq bitkisinin kolleksiyası 

yaradılmışdır.  




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə