AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu vəfa iSGƏNDƏrova



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə5/12
tarix08.05.2017
ölçüsü5,53 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   12

2. 
Dinləyicilərin  diqqətinin  yoxlanılması  üçün  formullara 
daha çox müasir dövrlərdə  yaranan nağıllarda rast gəlinir.  Bu da 
istedadlı  söyləyicinin  fantaziyasından,  improvizə  etmə  qabiliy­
yətindən asılıdır.  Müəyyən bir vaxtda söyləyici görür ki, dinləyi­
cilər  yorulub,  hətta  bəziləri  də  yatıb,  birdən  o  bir  söz,  replika 
deyir  və  dinləyicilər  də  başqa  sözlə  ona  cavab  verirlər.  Bu  for­
mula  daha çox  Avropa xalqlarının  nağıllarında müraciət edirlər. 
Məsələn,  Fransız  Breton  söyləyicisi  görür  ki,  dinləyicinin mara­
ğı zəifləyib, deyir. “Krik!” ona cavab verirlər.  “Krak!” (121, 94). 
“Danimarkada  və  İngiltərədə  ritmik  söz  oyunu  bitdikdən  sonra 
dinləyicilərin  “amma  da yalan”  deyə  qarşılıq  vermələri  adətdir. 
Cavab  alan  söyləyici  nağılına  davam  edir.  Əgər  cavab  replikası 
gecikirsə  və  ya heç  gəlmirsə,  bu  o  deməkdir ki,  dinləyicilər  çox 
yorulub və yatıblar.  Və nağılın nəqli başqa günə keçirilir.
N.Roşiyanuya  görə,  dinləyicilərin  diqqətinin  yoxlanılması 
üçün  istifadə olunan  formullar hərbçilər,  dənizçilər  arasında çox 
tətbiq  olunurdu.  Klassik  nağıllarda  isə  nadir  hallarda bu tip  for­
mullar  müşahidə  olunur.  Həmçinin  ola  bilsin  ki,  belə  formullar 
nağıllar  yazıya  almanda  gərəksiz  hesab  olunduğundan  qələmə 
alınmır.  Buna görə  də  Azərbaycan  və  Türkiyə  xalq  nağıllarında 
belə formullara təsadüf edilmir.
63

3. 
Dünya  xalqlarının  nağıllarında  xarici  təhkiyə  (medial) 
formulları  içərisində  ən  geniş  yayılam  keçid  formuludur.  Çünki 
onlar şifahi  xalq  nəsrinin  spesifik  cəhətidir.  Say  etibarilə  üstün­
lük  təşkil  edən  keçid  formulları  çox  rəngarəng  deyillər.  N.Roşi- 
yanuya  görə,  onlar  spesifik  kompozisiya  elementidir,  hadisənin 
məkanı dəyişiləndə,  yeni epizod başlayanda istifadə olunur.  Belə 
ki,  formul  iki  hissədən  ibarətdir:  bir  qayda  olaraq  “qoymaq’’, 
“tərk  etmək”  feili  və  “öyrənmək”  mənalı  “görmək”  feili  (121, 
95).  Yəni  bu  formul  bir  hadisədən,  əhvalatdan  digərinə  keçidə 
xidmət edir.  Bəzən isə  söyləyici  formulun  yalnız qəhrəmanın  iş­
tirak etdiyi ikinci hissəsini işlədir.
Azərbaycan  nağıllarında  əsasən  “bu  burada  qalsın”,  “bunlar 
burada  qalmaqda  olsun”,  “hansısa  situasiya  davam  etməkdə 
olsun”  formul  nümunələrinə  müraciət  olunur.  Bəzi  nümunələrdə 
isə  birincə  hissə  ilə  ikinci  hissə  arasında  “kimdən  və  ya  nədər 
xəbər  verim”  və  ya  “al  xəbəri  kimdən”  sualı  qoyulur.  Məsələn, 
“Keçəl  bazaman  getməkdə  olsun.  Sizə  beş  kəlmə  xəbər  verim 
lotubaşınnan”  (36,  37);  “Bunlar  toy  tədarükündə  olsunlar,  al 
xəbəri  kimdən,  Pəri  xanımın  atasından”  (24,  199),  “Kiçik qardaş 
qurbağa  ilə  bir  daxmada  məyus,  başı  aşağı  gününü  ah-vayla 
keçirməkdə olsun,  sizə xəbər verim padşahdan”  (27,  216-217)  və 
s.  Çox  vaxt  eyni  nağıl  mətnində  keçid  formulunun  cüzi  dəyişik­
liklə  bir  neçə  dəfə  işlənməsinə  təsadüf olunur.  Məsələn,  “Sehrli 
üzük”  nağılında  aşağıdakı  şəkillərdə  bu  formullar  işlənmişdir: 
“Bunları  burada  qoyax,  görək  keçəlin  başına  nə  gəldi”.  “Bunları 
burada  qoyaq,  sizə  xəbər  verək  padşahdan”;  “Keçəl  Hindistana 
çatmaqda  olsun,  sizə  kimdən  xəbər verim,  padşahdan”  (53,  101- 
102).  Sözügedən  formulun  başqa  epik  əsərlər,  xüsusən  də  das­
tanlar  üçün  də  xarakterik  olan  bu  variantı  da  var:  “Əhməd  Tacir 
belə xoş yaşamaqda olsun,  qulluğunuza hardan  ərz edim,  Əhməd 
Tacirin  qonaq  qaldığı  şahdan”  (55,  161).  Dinləyicilərin  diqqətini 
cəlb  etmək  məqsədi  daşıyan  xatırlatdığımız  “Sabah  üzünüzə 
xeyirliklə  açılsın”  alqış  xarakterli  formul  həm  də  zamanın  dəyi­
şilməsini,  yeni  epizodun  başlanmasını  göstərir:  “Sabah  üzünüzə
64
xeyirliklə  açılsın,  sabah  açıılanda  şah qocaya bir ovuc  qızıl  verdi 
ki, bazardan bizə lazım olan şeyləri al...” (55, 66- 67).
O.Əliyevin fikrincə, keçid formulları funksiyasına görə təh­
kiyədə üç cür işlənir: birincisi, bir epizodun başa çatması və yeni 
epizodun  başlanması  zamanı  keçid  formullarına  müraciət  olu­
nur, ikincisi, keçid formulu vasitəsilə yeni epizodun başa çatma­
sı  və  bir  daha  əvvəlki  epizoda  -   qəhrəmanın  həyatımn  əvvəlki 
tarixçəsinin  danışılmasına başlanılır,  üçüncüsü,  bu vasitənin kö­
məyi  ilə  nağılın  ümumi  məzmununa  uyğun  əlavə  bir  epizodun 
söylənilməsi  üçün zəmin yaradılır.  Və buna uyğun olaraq,  “İbra­
himin nağılı”nı  misal  gətirir.  Burada qəhrəmanın düşdüyü vəziy­
yətlə  bağlı  olaraq  epizodlar  biri-birini  əvəz  edir.  Buna  uyğun 
olaraq  keçid  formullarına tez-tez müraciət edilir və hadisələr bir 
süjet xətti ətrafında birləşdirilir (53,  102). Azərbaycan nağılında- 
kı  keçid  formulları  ilə  forma  və  məzmunca  eyni  olan  “nə  ise 
yapmaya dursun, biz gəlelim ötekilere,  yaxud, ’’bırakalım onları, 
biz  gelelim  ötekilere”  kimi  ifadə  olunan  keçid  formullarına 
Türkiyə  nağıllarında  çox  təsadüf  olunur:  “O,  kuyunun  içinde 
bekleye  dursun,  biz  gelelim  ötekilere”  (83,  66);  “Biz  bırakalım 
onları  kendi  hallerine,  gelelim küçük Şahzadeye” (83,  66);  “On­
lar gide dursunlar, biz gelelim Kaplan Adama” (98,105); “Onlar 
birlikte otura dursunlar, bakalım sarayde neler oluyor” (98,  140). 
Azərbaycan  nağıllarında  olduğu  kimi,  Türkiyə  nağıllarında  da 
bəzən  keçid  formulunun  qəhrəmanın  iştirak  etdiyi  ikinci  hissə­
sindən  istifadə  olunur.  Məsələn,  “Biz  gelelim  Acara”  (98,  57); 
“Biz gelelim ormandaki kıza” (98,  139) və s.
Keçid  formulunun  başqa  bir  variantı  əvvəldə  də  nəzərdən 
keçirtdiyimiz  zaman,  vaxt  məfhumlarının  bir-birini  əvəz  etməsi 
yolu ilə əmələ  gəlir.  Azərbaycan nağıllarında istifadə olunan be­
lə  formul  cümlələr aşağıdakılardır:  “bir gün belə,  beş  gün belə”, 
“otuz doqquz gün belə keçdi”, “az keçdi, çox keçdi”,  “ay keçdi”, 
”gün  keçdi,  ay  dolandı”,  “gecəni  gündüzə  qatdı,  gündüzü 
gecəyə,  on  günlük  yolu  bir  gündə  getdi”,  “gethaget  illər,  aylar 
gəldi hərləndi”,  “günlər,  aylar keçdi”,  “ay dolanır,  il keçir”.  Mə­
65

sələn,  “Bəli, günlər, aylar keçdi” (34,  292); “Ay dolanır,  il  keçir, 
kişi  canını  oğlanlarına  tapşırıb  ölür”  (34,  315);  “Ay  keçdi,  il 
keçdi,  devin  qəbrinin  üstündən  yeddi  gül  bitdi”  (36,  197);  “Bir 
gün  belə,  iki  gün  belə,  bir  ay  belə,  iki  ay  belə,  axırda  arvad  da, 
ana  da  durdular  üzünə”  (31,  248);  “Gethaget  illər,  aylar  gəldi 
hərləndi...”  (33,  104);  “Vaxt  keçdi,  gün  keçdi,  ay  dolandı.  Bir 
vaxtdan  sonra həmin  cavanlar məktəbi  qurtardılar”  (55,  164)  və 
s.  Türkiyə  nağıllarında  bunlara  bənzər  “gel  gün  git  gün”,  “ gel 
zaman,  git zaman”,  “gel  böyle,  git  böyle”,  “gün  geçtikce” keçid 
formullarından yararlanırlar.  Məsələn,  “Böğlece giinler, haftalar, 
aylar  bir  ruya  gibi  gelib  geçmiş”  (98,  204);  “Gel  zaman,  git 
zaman,  aradan geçmiş epey zaman” (99,  136);  “Gel  gün,  git  gün 
padişahın karısı gebeleşir” (100, 26) və s.
Bir  sözlə,  həm  Azərbaycan,  həm  də  Türkiyə  nağıllarında  ən 
maraqlı  və çox yayılan medial formullar epik ənənə üçün səciyyə­
vi  olan  məhz  zamarnn  tez  keçməsi  ilə  bağlı  olan  formullardır. 
Azərbaycan nağıllarında ən çox işlənən formul “Nağıl dili yüyürək 
olar”  və  ya  “Nağıllarda  vaxt  tez  başa  gəlir”  formuludur:  “Nağıl 
yüyrək olar” (74,  134);  “Nağıllarda vaxt tez başa gələr” (31,276); 
“Nağıl  dili  yüyürək  olar,  amma  iş  yüyürək  olmaz”  (33,  196).  Bu 
formulun  Qarabağ və  onun ətraf rayonlarının dilində eyni mənanı 
ifadə edən “Nağıl  atı  yüyrək  olar”  variantına rast gəlinir.  Türkiyə 
nağıllarına  isə  “Zaman  geçer,  günler  geçer”  (96,  32)  formulu 
xarakterikdir.  Yaxud,  “Zamanın  erken  geçmesini  istemiş.  Günleri 
ayları  iple  çekmiş.  Gün  gelmiş”  (86,  79);  “Günler  su  gibi  akmış. 
Aradan üç  yıl  geçmiş.”  (86,  421);  “Geceler  gündüzleri,  gündüzler 
geceleri  kovalamış,..  Ay  Güneşin,  Güneş  Ayın  peşinden  koş- 
muş...Günler  haftalarla,  haftalar  aylarla  el  ele  tutmuş  da  gene 
arabın  bulunduğu  yere  varamamışlar...”  (98,  112);  “Böylece, 
günler,  haftalar,  aylar  bir  rüya  gibi  gelib  geçmiş”  (98,  204); 
“Günler günleri, günler de haftalan doldurmuş” (99, 53); “Eh, gün 
olur,-yıl gibi geçer; yıl olur, yel gibi geçer” (84, 240);  “Yıl dediyin 
nedir ki!  Ay olur, gün sanırsın;  yıl  olur, dün sanırsın.  Bu yıl böyle 
geçer, yaylanın, yurdun çiçek açdığı aylar gelir.” (84, 245) və s.
66
Sözügedən keçid formullarına folklorda çox rast gəlinən na­
ğıl  qəhrəmanlarının  möcüzəli  şəkildə  tez böyüməsi  ilə  əlaqədar 
olan formullar da daxildir.  Bu tip formullar da hər iki xalqın na­
ğıllarında oxşardır:  “Sizə kimdən deyim, uşaxdan, uşax, nə uşax. 
Saatbasaat,  günbəgün  boy  atırdı.  Bir  aym  içində  üç  yaşında 
uşağa  dönmüşdü”  (27,  156);  “Bu  uşax  yekəldi,  bir  yaşınnan  iki 
yaşma, ikidən üçə,  belə-belə  gəldi çatdı yeddi yaşına” (36,  124); 
“Aradan  bir  az  zaman  geçer  masal  çocuğu  çabuk  büyür”  (96, 
166);  “Gel  zaman  git  zaman,  en küçükleri  birini  bitirmiş  ikisine 
basmış,  ortancıl  desen  yedisini  doldurmuş,  sekizine değmiş,  bö­
yüyün de yaşı varmış, on beşini ellemiş...” (84,  187).
Keçid  formulları  qrupuna  yalnız  Azərbaycan  nağıllarında 
rast  gəlinən  hamilə  qadınlara aid  olan  “doqquz  ay,  doqquz  gün, 
doqquz  gecədən  sonra  bari-həmlini  yerə  qoydu”,  “yükünü  yerə 
qoydu”  formullarını  da daxil  etmək  olar.  Məsələn,  “Bəli,  aradan 
doqquz ay, doqquz  gün, doqquz saat,  doqquz dəqiqə,  doqquz sa­
niyə  keçdi,  padşahın  arvadı  yükün  yerə  qoydu”  (31,  104-105); 
“Nisə  bir  vədə  gördü  ki,  heç  doqquz  ayı  tamam  olmamış  bari- 
həmlin qoyub yerə, bir oğlan doğdu” (31, 275) və s.
Deməli,  keçid  formulları  mühüm  kompozisiya  elementi 
olub əsasən, epizodları  bir süjet xətti ətrafında birləşdirməyə  kö­
mək  edən hazır ənənəvi  ifadələrdir.  Bu ənənəvi  ifadələrdən xalq 
nağılları  hadisələrə  uyğun  olaraq  yeri  gəldikcə  istifadə  edərək 
hadisələri  müəyyən  ardıcıllıqla  söyləməyə  nail  olur  və  təhkiyə­
nin təbiiliyi, maraqlılığı artırılır (53,  104).
Hər  iki  xalqın  şifahi  yaradıcılığında  xarici  medial  formul­
larla,  daha  dəqiq  desək,  keçid  formulları  ilə  əlaqədar  olan  bəzi 
ifadə və deyimlər (“yaxşı”,  “belə”, “yadımdan çıxmışdı, deyim”, 
“uzun sözün qısası”,  “işte böyle”) də epizodlar arasında işlədilir. 
Məsələn,  “Nəysə,  uzun  sözün  gödəyi,  axır  bu bilir  ki,  Allahnan 
bunun arasında bir əngəl var” (22, 301).
Sözaçılan  ifadə  və  deyimlərin  təsadüfi,  mexaniki  xarakter 
daşımadığını  demək,  daha  məqsədəuyğundur.  Çünki  onlann 
başlıca funksiyası fasilələri bildirmək, yorğunluğu aradan qaldır­
67

maq,  detallarım  yada  salmaq  və  ya  improvizə  etmək  və  s.  ola 
bilər.  Məsələn,  “Yadımdan  çıxmışdı,  deyim”  ifadəsi  daha  çox 
dəqiqləşdirmək  məqsədilə  işlədilir.  Bu  formula  az  rast  gəlinir, 
həm  də  bu  söyləyicinin  şifahi  nitqilə  sıx  bağlı  olduğu  üçün  çox 
zaman yazıya alınmır.
Bu  mənada  İ.Razumovamn  təbirincə,  nağıllar  üçün  birbaşa 
münasibət  və  dolayı  nitq  böyük  əhəmiyyət  daşıyır.  Nağıl  for­
mullarını  da bu əlamətlərə görə,  birbaşa (personajların söylədik­
ləri)  və  dolayı  nitq  (söyləyicilərin  danışığındakı)  formullarına 
bölmək  olar.  Bu  formullar  arasında  tam  sərhəd  mövcud  deyil. 
Keçid  formullarım  medial  formullardan  ayrı  araşdıran  İ.Razu- 
mova həm onu, həm də  başlanğıc və  sonluq  formullarını hər za­
man  dolayı  nitqə  aid  edir,  bir  çox  medial  formulları  isə  həm 
söyləyicinin nitqinə, həm də birbaşa nitqə aid edir (123, 20).
Beləliklə,  xarici  medial  formullara  daha  uzun  və  çoxsaylı 
epizod  və  detallardan  ibarət  sehrli  nağıllarda  çox  müraciət  olu­
nur.  Çünki  onların  köməyi  ilə  söyləyici  bir  epizoddan  digərinə 
keçid üçün zəmin yaradır.  Həmçinin nağıl  söyləyiciləri hadisələ­
ri  müəyyən  ardıcıllıqla  söyləməyə  nail  olur,  hadisələr,  epizodlar 
arasında əlaqə yaradılır.
2.2.  Daxili təhkiyə formulları
Daxili  təhkiyə  (medial)  formulları  ənənənin  o  elementidir 
ki,  onunla hər bir yaradıcı şəxs fəxr edə və nağıla yüksək yaradı­
cı  qiymət verə  bilər.  Bu  tip  formullardan  yalnız dili  zəngin  olan 
çox  bacarıqlı  usta söyləyicilər yüksək  səviyyədə  yararlana bilər. 
N.Roşiyanuya  görə,  daxili  təhkiyə  formulları  əsasən  beş  qrupa 
bölünür:
1.  Nağıl  qəhrəmanlarının  simasını müəyyən  edən və  onlara 
aid olan predmetləri müəyyən edən formullar;
2.  Nağıl qəhrəmanlarının fəaliyyətini, hərəkətini təsvir edən 
formullar;
3.  Dialoqa girən formullar;
4.  Sehrli formullar;
68
5. 
Başlanğıc  formullarına  xarakterik  olan  elementləri  daşı­
yan formullar (121,98).
1.  Birinci  qrupa  nağıl  qəhrəmanlarının  həm  daxili  aləmini, 
qabiliyyətini, həm  də  xarici  görünüşünü  göstərən  və həmin qəh­
rəmana aid olan əşyaları təsvir edən formullar daxildir.  Belə for­
mullar Azərbaycan və Türkiyə nağıllarında demək olar ki, ortaq­
dır.  Məsələn,  “Qız da ki, elə  gözəldi ki,  görən deyərdi elə baxım. 
Ağlı da gözəlliyinnən bir gələrdi.  Qərəz, nə deyim, gəl məni gör, 
dərdimdən öl”  (37,  275);  “Qəhrəmanın  atı  suda balıq kimi  üzür, 
göydə də quş kimi  uçurdu (32,  349);  “Bir de  bakar ki,  doğar aya 
doğma  ben  doğayım,  çalan  güne  çalma  ben  çalayım,  diyecek 
kadar  güzel  bir  kız  çıkar”  (96,  271);  “Bakar  ki,  eşek  öyle  altın 
saçıyor öyle altın saçıyor ki,  yer yurt almıyor” (96,  148);  Saf,  tə­
miz  qəlbli  insanların  təsvirində  Azərbaycan  folklorunda  işlədi­
lən  “Aydan  arı,  sudan  duru”  ifadəsi  Türkiyə  nağıllarında  oxşar 
“Aydan arı,  günden dum;  hiçbirinin  kalbinde kara yok”  (84,  28) 
formulu  ilə  göstərilir.  Həmçinin  “əlinə  su  tökməyə  yaramaz” 
deyimi  Türkiyə  nağıllarında  da  rast  gəlinir:  “Eee,  kocakarı  de­
mişlər ona,  ne ofsunçu,  ne  düzenbaz,  kimseler eline  su dökemez 
onun” (84, 79).
İ.Razumova  isə  personajlar  sistemi  ilə  əlaqədar  olan  for­
mulları, həmçinin motivləri  iki yerə ayırır:
a)  onlar  personajları  adlandırır  və  bununla  da  ifadə  olunan 
və tipikləşən funksiyaları yerinə yetirir;
b)  bir çox  formullar əsas  nağıl qəhrəmanları  ətrafında qrup­
laşır,  onların  atributlarını,  hərəkətlərini  və  ya  deyimlərini,  həm 
də digər personajlara münasibətini göstərir (123,  81).
Sözügedən  təhkiyə  formullarına  aid  nümunələr  Azərbayca­
nın  və  Türkiyənin  m üxtəlif  bölgələrindən  toplanan  nağıllarda 
həddindən  artıq  çox  və  rəngarəngdir.  Əsasən  kişi  və  qadın  per­
sonajların  xarici  görünüşünü,  gözəlliyini  göstərən  formullar çox 
sadalanır.  Məsələn,  “Bunun  bir  qızı  oldu  ki,  bəeyni  misli  pəri, 
aya  deyər,  sən  çıxma,  mən  çıxım,  günə  deyər,  sən  çıxma,  mən 
çıxım.  Bu  elə  bir  qızıdı  ki,  allah-taala  xoş  gündə,  xoş  saatda
69

yaratmışdı”  (32,  91);  “Gördü ki,  Güllü başını  yuyur,  bulud  kimi 
qara  saçları  üzünə  tökülüb.  Bir  qızdı  ki,  günə  deyir,  sən  çıxma, 
mən çıxım, aya deyir,  sən çıxma, mən çıxım” (32,  321).
Aşağıdakı  formulda  N igar  adlı  qızm  hər  bir  cizgisi,  əzası 
xüsusi  incəliklə,  bənzətmələrlə  təsvir  olunur:  ’’Nigar  nə  Nigar, 
hər  saç  hörüyü  bir  salxım,  qara  şanı.  Alnı  ay  kimi,  zülmatlara 
işıq  salır.  Qaşları  elə  bil  qüdrəti  -   ilahinin  qələmiynən  çəkilib. 
Gözləri  qara,  kiprikləri  yayından  çıxmış  ox  kimi,  rəngi  sürməyi 
çalır.  Bumu hind  fındığı.  Yanaqlarına elə  bil  şüşə  qan  çilənmiş­
di,  ləbləri  şəkər,  sinəsi  mərmər  kimi,  par-par  parıldayır.  İncə 
belli,  uzunboylu,  şux  dayanıqlı,  ceyran  yerişli  bir  maraldı”  (32, 
311).  Gözəl  qızlar  m üxtəlif  bədii  təsvir  vasitələri  ilə  “Bunun 
gözünün  ağı-qarası  Pəri  deyilən  bir  qızı  var  idi.  Özü  də  qız  nə 
qız...  Qaşlar kaman,  gözlər qan piyaləsi, burun hind fındığı,  sinə 
səmərqənd  kağızı,  zəri-ziba içində,  on beş  yaşmda,  cavan tovuz 
misalı bir qız” (31,  234);  “Mələk  elə  gözəl  qız  idi  ki,  onun kimi 
dünya üzündə gözəl yox idi.  Qaşları  qara, kiprikləri müjgan oxu, 
yanaqları  bir  kasa  qan,  bumu  püstə,  dodaqları  zərif,  beli  incə, 
boyu  sərv  ağacı”  (31,  308).  Allahın  yaratdığı  gözəl  bəndələrdən 
bir  neçəsi  də  aşağıdakı  ənənəvi  formullarla  təsvir  olunur:  “Elə 
gözəl  qızdı  ki,  yanaqları  yaqutun  kənarı  kimi,  dişləri  inci, 
mirvari  kimi,  nazik-bədən,  sünbül  nişan bir qızdı  ki,  Allah-taala 
xoş  gündə,  xoş  saatda yaradıb”;  “Elə  bir qızdı ki,  saç topuğunda 
,  qaşları  qüdrət  qələmiynən  çəkilib,  gözü  ceyran  gözü  kimidi” 
(33,  69);  “Qızların  gözəllyi  hər  ikisini  valeh  etmişdi.  Qızlar  nə 
qızlar...  Tanrının kərəmi  cuşə gələndə bu nazəninləri yaratmışdı” 
(33,  221).  Qeyd  edək  ki,  bu  tip  təsvir  vasitələrindən  yazılı 
ədəbiyyatda da geniş şəkildə istifadə olunması məlumdur.
Sadalanan  təhkiyə  formulu  nümunələrinin  oxşar  variantları 
bəzi  fərqli  cəhətlərlə  Türkiyə  nağıllarında  da  mövcuddur:  “Bir 
güzel  gız.  Aya der  sen  dur da ben  doğayım”  (102,  52);  “Kızlann 
güzellikleri  dünyanın  her  tarafmda  dilden  dile  dolaşıyormuş.  O 
kadar  ki,  ayın  on  dördü  günün  on  beşi  kadar  güzelmişler”  (98, 
74);  “Bunun  içinden  de  öyle  bir  kız  çıkar,  öyle  bir  kız  çıkar  ki,
70
ötekiler ne özüm!  Misli menendi bir daha bu cahana ne gelmiş, ne 
gelir,  yanaklan  al  gibi,  dudaklan  bal  gibi,  boyu  dersen  çiçek 
açmış dal gibi...” (84,  15);  “Bu da binbir emekle meydana gelmiş, 
güzeller güzeli, eşsiz emsalsız bir kızmış” (98,  188); “Bir az sonra 
tül  elbiseler içinde  ,  güneş  kadar parlak  san  saçlı,  aym on dördü, 
günün on beşi gibi  güzel  altın kız gelmiş” (99,  59);  ”Kıza bakmış. 
Hayretten  küçük  dilini  yutmuş.  Dünya  güzeli  bir  kızmış. 
Görenlere  “Ya  al,  ya alayım  der  gibiymiş.  Altın  renginde  sapsan 
saçlan  omuzlanndan  aşağıya  dökülüyormuş”  (85,  117);  “Kızlar 
aya  “Ya  sen  doğ  yada  ben  doğayım”  derlermiş.  Güzellikleri  ba- 
kanların göz nurlannı eritecek kadar çokmuş” (98, 219) və s.
Bir  çox  türk  xalqlarının  nağıllarında  xanımların  gözəlliyi 
əfsanəvi  Züleyxanın  gözəlliyi  ilə  müqayisə  olunur.  Məsələn, 
“Gördü  ki,  qız  əyləşib,  amma  doğrudan  da  heç  özündən  qalan 
qız deyil.  Gözəllikdə  heç  Züleyxa ona deyə  bilməz ki, yerin  əy- 
ridi  düz  otur”  (31,  299);  “Murtuz  bir qıznan  yatıbdı  ki,  dünyada 
heç  misli  yoxdu.  Gözəllikdə  bəeyni  Züleyxa”  (31,  299).  Ancaq 
formulun Türkiyə nağıllarında variantlarına rast gəlmədik.
Göründüyü  kimi,  həm  Azərbaycan,  həm  də  Türkiyə  xalq 
nağıllarında qadınların gözəlliyinin səma cismləri, əsasən Günəş 
və Ayla, bəzən də ulduzlarla müqayisəsi,  onlardan üstün olmala­
rını  göstərən  formullar  çoxluq  təşkil  edir.  Türk  xalqları  tanrıçı 
olduqlarına  görə  səma  cismləri  ilə  müqayisələr  çoxluq  təşkil 
edir.  Azərbaycan və Türkiyə xalq nağıllarında gözəllər daha çox 
on  dörd  və  on  beş  gecəlik  Aya bənzədilir.  İslamiyyətdə  Allahla 
insanlar arasında əlaqə yaradan Ay hesab  olunur.  Hətta peyğəm­
bərlər də  Aya bənzədilirlər.  Göy cismlərinin rəsulu  sayılan Ayın 
adı  -   Qəmər  Quranda  iyirmi  yeddi  dəfə  çəkilir.  Bu  mənada 
islamiyyətdə müqəddəs  sayılan  Ay həm  də  gözəllik  simvoludur. 
“Dastanlarda  Ay  kağan  qadın  başlanğıcı  kimi  təqdim  olunur. 
Aym  kişi  başlanğıcı  kimi  təsəvvür  edildiyi  mətnlər  isə  daha 
çoxdur”  (74,  141).  İnanclara  görə,  Aym  m üxtəlif  vaxtlarda 
aldığı aypara forması gənc qıza, bədirlənmiş forması yetkin qıza, 
digər forması isə yaşlı qadına bənzədilirdi. Bir sözlə, eyni  köklü,
71

oxşar  mədəniyyətli,  eyni  dini  paylaşan  Azərbaycan  və  Türkiyə 
xalqlarının  folklor  ənənəsində  Ayın  on  dörd  və  ya  on  beşinci 
gündə  aldığı  bədirlənmiş  formasının  gözəl  görüntüsü  qadınların 
gözəlliyi  ilə  müqayisə  olunur.  Məsələn,  “Bu  elə  qızdı  ki,  günə 
deyir  sən  çıxma,  mən  çıxım,  aya  deyir,  sən  çıxma,  mən  çıxım’’ 
(36,  321);  “Əhməd  tacir  gördü  ki,  vallah,  bu  elə  bir  zənəndi  ki, 
bu  bayıra  çıxanda  ay,  gün,  ulduz  hamısı  batil  olub  getdi.  Zalım 
qızı elə  bil on beş  gecəlik aydı, buludların içindən görsənir.  Saç­
lar  əbri-siyah  kimi  tökülüb  bunun  çiyinlərinə,  elə  bil  ki,  bəeyni 
iki  tərəfdən  asılan  iki  dənə  şahmardı,  elə  vaxt  eləyirdilər  ki, 
dolaşsınlar gərdəninə”  (31,  329);  “Gördü  paho,  budu bir cüt  na­
zənin Sənəm gəlir, deyirsən on dörd gecəlik aydı,  buludun altın­
dan çıxıb.  Yeriyəndə yerə naz edib deyir ki, ay yer,  fəxr elə sənə 
qədəm basıram” (32,  227).
Səma cismlərilə  qadın,  bəzən  də  kişi  pesonajlann  gözəlliklə­
rinin  müqayisəsini  ifadə  edən  ortaq  formulların  Türkiyə  nağıl­
larında aşağıdakı  nümunələri  mövcuddur:  “Bir güzel  gız.  Aya der 
sen  dur da ben doğayım”  (102,  52);  “İçeri  giriyor bakıyor ki,  ayın 
on  dördü  gibi  güzel.  Hiç  bir  tarafdan  noksanlık  olmaksızın 
oluşuyor”  (81,  91);  “Şimdi  ayın  on  dördü  kadar  göz  kamaşdmcı 
güzellikte  bir  kız  oturuyormuş”  (98,  100);  “Bir  de  görür  ki,  ne 
görsün, bu turunç, turunç  deyil,  sana bir aym on dördü,  acep insan 
bakmayla doyarmı ki...” (83,  14); “Tulum üzerindeki torbayı atarak 
ayin on beşi gibi güzel, yakışıklı bir delikanlı olunca, kiz sevincden 
adeta uçacak gibi olmuş, kocasmın boynuna sanlmış...” (98, 68).
Kişi  obrazların  səma  cismləri  ilə  müqayisəsini  ifadə  edən 
formullar  Azərbaycan  nağıllarında  azlıq  təşkil  edir:  “İçəri  girib 
gördü,  bir  oğlanı  zindana  salıblar ki,  misli  bərabəri  nə  insdə,  nə 
cinsdə, nə mələkdə var...  Allah-taala bunu xoş gündə, xoş saatda 
xəlq  edib.  İşıq  da  bunun  üzünün  işığıdı  ki,  hər tərəfə düşüb,  elə 
bil  gündü,  şəfəqini  dünyaya  salıb”  (33,  91).  E.C.Güneyin  topla­
dığı nağıllarda tez-tez işlənən “Aydan arı,  günden duru” (84,  28) 
ifadəsinin  “aydan arı,  sudan duru” variantını nağıllarda aşkar et­
məsək də, Azərbaycan folklorunda mövcud olduğu bəllidir.
72
Həm  Azərbaycan,  həm  də  Türkiyə  nağıllarında  Qəmər, 
Şəms-Qəmər adlı  baş  qəhrəmanların adlan da çəkilir.  Bu bir çox 
Şərq  xalqlarının  nağıllarında  və  yazılı  abidələr  olan  “Min  bir 
gecə”  və  “Kəlilə  və  Dimnə”də  də  oxşardır.  İ.Rüstəmzadə  hesab 
edir ki,  Azərbaycan  nağıllarının  süjet  tərkibinə  diqqət  yetirdikdə 
burada  şifahi  ənənədən  gələn  süjetlərlə  yanaşı,  yazılı  mənbələr­
dən, xüsusən də  “Min bir gecə” və “Kəlilə və Dimnə” abidələrin­
dən alınmalann da xüsusi  çəkiyə sahib olduğunu görmək olar (68, 
85).  Məsələn,  Azərbaycan  nağılı  olan  “Şəms-Qəmər”  “Min  bir 
gecə”dəki  “Qəmər  əz  Zaman  və  şah  qızı  Budurun  hekayəsi”  ilə 
forma və  məzmun  baxımından yaxındır (60,  139-157).  Bu  özünü 
bəzən  süjetin  göstəricisinə  çevrilən  formullarda  da  göstərir. 
Məsələn,  “Sonra  mən  on  dörd  gecəlik  ay  kimi  bir  qız  gördüm, 
onun  qaşlan  çatma,  kirpikləri  qara,  dodaqları  çobanyastığı  kimi 
zərif  idi,  ağzı  isə  Süleyman  möhürünə  bənzəyirdi,  dişləri  də, 
şairin dediyi kimi, elə bil ipə düzülmüş mirvari idi” (60,141).
N.Roşiyanuya  görə,  səma cismlərinin termin kimi  müqayi­
səsinə  nağıllarda  tez-tez  rast  gəlinir,  onlann  parıltısı  gözəllik 
təcəssümçüsüdür.  Bu  formul  sintaktik  nöqteyi-nəzərdən üç  sadə 
cümlədən  ibarət  mürəkkəb  cümlədən  ibarətdir:  bir baş cümlə  və 
iki  budaq  cümlə.  Formulun  daimi  komponenti  bərabər  olaraq 
təkrarlanan,  baş  cümləyə  aid  olan  budaq  cümlədir.  Söhbət  iki 
hissədən  ibarətdir:  onlardan  biri  xarakterik  cəhətlərdən  birini 
göstərən  müqayisə  predmeti  adlanır  (gözəllik,  parıltı,  qürur  və 
s.),  ikinci  hissə  onu  günəşə  aid  edən  uyğun  keyfiyyəti  müəyyən 
edir.  A.N.Veselovskiyə görə,  “günəşdən alman” qadın gözəlliyi­
nin  xarakteristikası  yeni  yunan  lirikasına  aiddir  (121,  99).  Bir 
sözlə,  epik  ənənədə  baş  qəhrəmanların  Ay  və  ulduzlara  bənzə­
dilməsi çox geniş yayılmışdır.
Kişi  obrazların  xarici  gözəlliyinin  Səma  cismlərinə  bənzə­
dilməsi  Azərbaycan  nağıllarında  nisbətən  az  rast  gəlinir:  “İçəri 
girib  gördü  ki,  bir  oğlanı  zindana  salıblar  ki,  misli  bərabəri  nə 
insdə,  nə  sinsdə,  nə  mələkdə  var...  Allah-  taala  bunu  xoş  gündə, 
xoş  saatda  xəlq  edib.  İşıq  da  bunun  üzünün  işığı  ki,  hər  tərəfə
73

düşüb,  elə bil  gündü,  şəfəqini  dünyaya salıb”  (33,  91).  Yaraşıqlı 
cavan  oğlanlar  digər  fərqli  formullarla  da  tərif  edilir:  Gördü, 
bunların  içində  bir  oğlan  var,  yemə,  içmə,  gecə,  gündüz  bunun 
xətt-xalına,  gül  camalına  tamaşa  elə.  Baxıb  gördü  ki,  doğrudan 
da bir oğlandı,  dünyalar malına dəyər” (32,  22);  “Başını qaldınb 
gördü  ki,  nə,  elə  gözəl  oğlandı  ki,  adam  gözünü  ondan çəkmək 
istəmir. Bığ yeri bənəfşə kimi yenicə baş qaldırıb” (33, 297).
Həm Azərbaycan, həm də Türkiyə nağıllarında kişi qəhrəman­
lar  daha  çox  yaraşıqda  gözəllik  mücəssəməsi  olan  Yusifə, 
qoçaqlıqda Rüstəmə bənzədilir:  “O bir oğlan olmuşdu ki,  daha ye­
mə,  içmə  xətti-xalına,  gül  camalına  tamaşa  elə!  Gözəllikdə  misl- 
Yusif, qüvvətdə, biləkdə də misl-Rüstəm bir oğlan olmuşdu...” (31, 
290);  “Gördü  vallah, bir  oğlan  uzanıb  zınldayır,  deyirsən  Yusifdi 
qəbirdən  çıxıb.  Bığlan  bənəfşə  kimi  təzə  dit  verir.  Qaşlan  kaman 
kimi,  üz  ay  kimi.  İki  yanaqlar  solmuş  qızıl  gülə  bənzəyir”  (32, 
225);  “Gözəllikdə  elə  bir  afəti-zaman  idi  ki,  Yusif Kənan  onun 
əlinə  su  tökə  bilməzdi”  (31,  94);  “Her  taraf  bembeyaz.  Hüsn-ü 
Yusufun abadi kağıt gibi olan tenine benzer” (86,146) və s.
Yalnız Türkiyə  nağılları  üçün xarakterik olan bir daxili  təh­
kiyə  formulunun  bir-birindən  az  fərqlənən  müxtəlif  variantlan 
vardır: “Gız çok güzelmiş. O gadar güzel ki, gülünce güller, güna- 
sırlar  açarmış.  Ağlayınca  gözlerinden  inciler  mercanlar  dökülür- 
mtiş.  Yürüyünce  ardında  otlar  çimenner  bitermiş”  (102,  16); 
“Padişahın  oğluna  dedilər  ki,  gülüncə  güllər  açan,  yürüyünce 
arkasmda  otlar  biter.  Ağlayınca  da  gözlerinden  inciler  dökülür. 
Ellerini  ikayınca da ellerinden  gümüşler  dökülür”  (102,  86);  “Su 
sunası melek huri dediginde,  güldüyü zaman  güller açar, ağladığı 
zaman  inci  mercan  dökülür,  yıkanmca  suyu  altın  kesilir”  (96, 
183).  Naki  Tezelin  toplayıb  nəşr  etdirdiyi  nağıllarda  da  bu  tip 
formul  nümunələri  çoxdur.  Məsələn,  “Bir  gün  haber  almışlar  ki, 
falan memlekette ağladıkca gözlerinden inciler dökülen, güldükce 
yanaklannda  güller  açan  güzel  bir  kız  var...”  (98,  136).  Yalnız 
“Üç  bacımn  nağılf’nda  rast  gəlinən  “Qızın  bir  ayağı  qızıl  kəsir, 
bir  ayağı  gümüş”  ənənəvi  formulunu  bu  qəbildən  hesab  etmək
74
olar.  Ancaq bu formul digər nağıllarda rast gəlinmir.  Azərbaycan 
nağıllannda  təsadüf  olunmayan  personajın  daxili  aləmini, 
qabiliyyətini  təsvir  edən  digər  daxili  təhkiyə  formullan  belə 
səslənir:  “Gözü  kor  dediysem  harama  bakmıyor.  Ayağı  topal 
dediysem  haram  yollara  gitmiyor.  Kulağı  ağır  dediysem  kötü 
laflar  işitmek  istemiyor”  (81,  103);  “Bir  gün  dedesi  bunu  gördü. 
Uçarak keklik  dutar,  koşarak tavşan”  (102,  91).  Bu tip  formullar 
bir çox türk xalqlarının nağıllannda da işlədilməsinə baxmayaraq, 
yazıya alman Azərbaycan xalq nağıllannda rast gəlinmir.
Yeni doğulmuş körpələr, xüsusən də oğlan uşaqlan Türkiyə 
nağıllannda “nur topu kimi”, “nur parçası  kimi”  formul  ifadələri 
ilə təqdim olunurlar.  Məsələn,  “Biri  aym on dördü gibi  güzel  bir 
gız, o biri de nur parçası gibi yakışıklı bir oğlan olur ” (102, 67); 
”Bir  az  sonra da nur topu gibi bir oğlan  çocuğu doğurmuş”  (98, 
207);  “Dünyalar  güzeli,  nur  topu  gibi  bir  kızları  daha  olmuş” 
(85,  135).  Bu  formulun  da  Azərbaycan  nağıllannda  oxşar 
variantına rast gəlinmir.
Xalq  nağıllarının  baş  qəhrəmanları  hər  zaman  müsbət  xa­
rakterli olmurlar.  Azərbaycan və Türkiyə nağıllarında pis niyyət­
li  mənfi  obrazlar da ustalıqla və oxşar  formullarla təsvir  olunur: 
“Gəlin  var elə  düşmən,  mala düşmən,  ərə  deyər  can,  qaynanaya 
qusdurar qan” (32,  314);  “Qarı var ipəkdi, qan var köpəkdi,  qan 
var  iman,  qurban  nəsib  olsun.  Bu  qarı  köpək  qandı”  (33,  5); 
“Belə  deyirlər,  qarı  var  imanlı,  qarı  var  imansız,  dad  imansız 
əlindən”  (32,  303);  “Deyirlər  qarılar  cürbəcür  olurlar.  Qarı  var 
mat-matı,  qarı  var  çarğatı,  qarı  var  mamılı-matan,  yük  üstə  ya­
tan,  şıllaq atan,  qarı  var plov yeməz,  üzü gülməz,  dabanı çatdax, 
baldırı  çılpax,  ipəyi  qan,  köpəyi qarı,  yaxası  açıx,  ombası  batıx, 
tumanı  cınx,  dişləri  qırıx,  işləri  fınx,  küpəgirən,  buzov  minən, 
sərçə  yeyən”  (34,  106);  “İki  büklüm,  kara  kuru,  sivri  burunlu, 
sivri  çeneli,  dişsiz  bir  kocakan  ile  karşılaşmış...”  (98,  53); 
“Adamdan azma,  dişleri kazma, üçbuçuk telli,  kurbağa belli, kaş 
göz  dersen  görünmüyor  sürmeden!  Gözlerine  inanamamışlar” 
(86,  18);  “Kurban olduğum Allah “dünyası  issız kalmasm!” diye
75

mi  yaratmış,  ne  yapmış:  yüzüne,  gözüne  bakılacak  gibi  deyil, 
çilin, çopurun biri” (84, 55) və s.
Hər iki xalqın nağıllarında “ifritə” qadınlar (nağıllarda ifritə 
sehrli,  tilsimli,  kinli,  ən  kafir  bir  varlıq  kimi  təsvir  edilir  (34, 
210),  divin  arvadları,  anaları,  qorxunc  ərəblər  və  başqa bədxah, 
şər  məxluqlar  ortaq  formulla-  “alt  dodağı  yerdə,  üst  dodağı 
göydə”  və  ya “alt  dodağı  yer  süpürür,  üst  dodağı  göy  süpürür” 
ortaq metaforik ifadələr  ilə  təsvir  olunur.  Məsələn,  “Bir naham- 
var  ifritədi  ki,  alt  dodağı  göy  süpürür,  üst  dodağı  yer  süpürür” 
(24,  247);  “Gördü  bir  dev  anası  əmcəklərini  çiynindən  aşırıb 
yeddi  qazan xörək  bişirir”  (26,  185);  ’’Bakmış  ki,  ne  baksın,  bir 
dev  karısı!  Bir  ağzı  Harekte,  bir  ağzı  Terekde,  ne  gördüyü  var, 
ne  ördüyü  var...”  (83,  8)  “Kapının  önünde  bir  dudakları  yerde, 
bir  dudakları  gökde  olan  kocaman  korkunc  arap  görünce  aklı 
başına  gelmiş”  (99,  57).  Sadalanan  formullara  uyğun  olaraq, 
Türkiyə  nağıllarında  qəhrəmanın  düşməni  olan  divin  qüdrətini 
göstərmək  üçün  belə  bir  formuldan  da  istifadə  olunur:  “Dev  o 
kadar  iriymiş  ki,  bir  eliyle  gökde  uçan  kuşları  yakalıyor,  öteki 
eliyle de yerdeki yılanları, ciyanları topluyormuş” (98,151).
Qorxunc  divin,  hətta  ifritə  qadının  gəlişini  isə  həm  Azər­
baycan,  həm  də  Türkiyə  söyləyicıləri  təbiət  hadisələrini  təsvir 
edən  oxşar  formullarla  göstərməyə  çalışırlar:  “Dev  bir  qara  bu­
lud  olub  qızın  yanına  düşdü.  Reyhan  gördü  ki,  hər  tərəfi  qara 
bulud  basdı”  (26,  150);  “Məlikməmməd  qulaq  asmayıb  bir  az 
oturdu,  bir  də  gördü  ki,  göy  guruldadı,  ildınm  çaxdı,  dağ  kimi 
bir  dev  gəldi”  (26,  194);  “Birdən  göy  guruldadı,  ildırım  çaxdı, 
gurultuynan  göydən  bir  ifritə  endi”  (34,  210);  “Gece  yarısı 
olduğundan tufan gibi bir yel  çıkmış.  Yer sallanmış.  Her yan pus 
bulanık  olmuş.  Ardından  da  gürültü  kopmuş  ama  ortanca  oğul 
uyanamamış bile” (86,  79) və s.
Dünya xalqlarının  sehrli  nağılları  üçün xarakterik olan  “kü­
pəgirən  qarı”  surəti  Azərbaycan  və  Türkiyə  nağıllarında özünə­
məxsus  fərqli  şəkildə  təsvir olunur:  ’’Qarı  neçə  cürdür.  Qarı  var 
mamlı-matan, yük üstə yatan, bəlxun sağrı, plov yeməz, üzü gül­
76
məz, dabanı çattax, baldırı çılpax, ipəyi qara, köpəyi qara, yaxası 
açıq,  tumanı  arıq,  saçları  qırıq  küpəgirən,  buzov  minən  qarı. 
Bizim  bu  qarı  şaman  qarı  idi”  (38,  95);  “Gəl  sənə  xəbər  verim 
kimdən.  Su  ağacı,  cüvəllağı,  şeytan  əməlli,  küpəgirən  qarının 
əlindən su içən tacir İlyasdan” (32,  315).
Misallardan  da  görünür  ki,  İ.Razumovanın  atributiv  adlan­
dırdığı  daxili  medial  formulların  bir  hissəsi,  yəni  vəzn  düzümü 
və  qafiyə  ilə  xarakterizə  olunanlar  çox  yayılıb.  Bu  sıradan  olan 
Azərbaycan  və  Türkiyə  nağıllarmdakı  ortaq  “boyu  bir  qarış, 
saqqalı  yeddi  və  ya  iki  qarış”  formulu  daha məşhurdur.  Formul 
ilə  həm  müsbət,  həm  də  mənfi  xarakterlər  təqdim  olunur:  “Hə­
mən  o  boyu  bir qarış,  saqqalı  yeddi  qarış  burada gəşt  eləyip,  bu 
meşədə  qalırmış”  (74,  228);  “Bı  Məlik  Əhməd  bir  də  düdüyü 
çaldı,  genə özü  bir qarış,  saqqalı  iki  qarış  gəldi” (36,  59); “Boyu 
bir  qarış,  saqqalı  iki  qarış  o  saat  gedib  gətirdi”  (34,  274);  “Boy­
ları  bir  karış,  sakkalları  iki  karış  iki  cüce  gelir...”  (84,  216). 
Yeraltı  dünyaya  girişi  qoruyan  bu  obrazın  gücü  onun  saqqalın- 
dadır.  Qədim təsəvvürlərə  görə,  saç (tük)  ruhun və  magik gücün 
tapındığı  yerdir.  Onun  yeri  və  mövqeyi  o  biri  dünyaya  girişlə 
məhdudlaşdırılır (44,  60).
Digər tip formullar isə personaj  və predmetlərə verilən daha 
lakonik  adlardır.  Məsələn,  hər  iki  xalqın  şifahi  ənənəsində  “Nar 
qızı” və “Nar tanesi” kimi tanınan ortaq motivli nağılda adı çəki­
lən  oxşar  personaj  Azərbaycan  nağılında  aşağıdakı  nəzmdən, 
təkrarlardan ibarət formul  vasitəsilə təsvir olunur:
Mən bir Nar qızı idim,  incim, düzül,  düzül, düzül,
Almadan qırmızı idim, incim, düzül, düzül, düzül,
Çıxdım ağac başına,  incim, düzül, düzül, düzül,
Məni ağacdan saldı quyuya, incim, düzül, düzül,
Bitdim, oldum gül ağacı,  incim, düzül,  düzül,
Məndən bir dəstə gül dərdilər, incim, düzül,düzül,
Otaqdan məni tulladılar küllüyə,  incim, düzül,  düzül, 
Qalxdım, oldum, çinar ağacı, incim,  düzül, düzül,
İndi  gəldim inci düzməyə, incim, düzül, düzül (36,  110)!
77

Türkiyə  nağılında  isə  Narlı  ovada,  Narlı  şəhərdə,  Narlı  sa­
rayda,  Narlı  bağçada  yaşayan  “Nar  tanesi”  belə  təsvir  olunur: 
“El  değmedik,  göz  görmedik,  bir  dünya  güzeli...hem  ne  güzel, 
ne  güzel!  Eşi  yok  menendi  yok,  kime  benzeteyim?  Nardan  kır- 
mızı,  kardan  beyaz,  kumru,  kumru  duruşu,  ahu  ahu  bakışı,  bir 
yana,  sade  gözleriyle  kaşları,  Acem  ülkesinin  tacma,  tahtma 
değer;  hele  dilleri,  hele  dilleri,  günde  yüz  bin  kan  eder,  eder de 
sözmü? Neler etti, ne yiğitler narına yanıp gitti” (84,  158).
Beləliklə,  Azərbaycan  və  Türkiyə  nağıllarında  adlarında 
müəyyən  dəyişikliklər  olsa  da,  oxşar  “küpəgirən  qan”,  “münəc- 
cimbaşı”,  “Nar  qızı”,  “Keçəl”  (“Keloğlan”);  ‘‘Zümrüd  quşu”, 
“Qırat”, fərqli “Ovçu Pirim”, “cırtdan”,  ‘4əpəgöz”,  “ərəb” və baş­
qa bu kimi  lakonik  adlı  obrazlar var.  Ə.Əsgərə görə,  Azərbaycan 
folklorunda  Kəlniyyət  adı  ilə  də  mövcud  olan  Keçəl  digər  türk 
xalqlarının  folklorundakı  kal,  kalça,  kaloğlan  adları  ilə  tanınan 
eyni qəhrəmandır (54,  69).  M.Təhmasibin “Aşıq Qərib” dastanın­
da Güloğlan surətinin Kaloğlan kimi  izah  etməsi  də bu baxımdan 
maraqlıdır.  Onun  fikrincə,  Azərbaycan  dilində  Kal-Kəl  sözünün 
“keçəl” mənası unudulmuşdur.  Bunun nəticəsində Kaloğlan surəti 
xalq  etimologiyası  yolu  ilə  Güloğlana  çevrilmişdir.  Azərbaycan 
nağıllarında  Kəlniyyət  surəti  də  türk  xalqlarının  folklorunda 
mövcud  olan  kal  (kalça,  kaloğlan)  surətinin  ifadə  formalarından 
biridir (54,  69).  Bunlardan başqa,  hər iki xalqın nağıllarında ortaq 
“Beyrək”,  “Beyböyrek”,  “Dirsə  xan”,  “Şəmsi  Qəmər”,  “Cahan 
şah”,  “Şah  Abbas”,  “Məlik  Məmməd”,  “Koroğlan”,  “Hızır”, 
“Fərhad” kimi personajların adlarına rast gəlmək olar.
Nağıllarda  təsvir  olunan  qəhrəmanların  adları  təkcə  nomi- 
nativ  funksiya  daşımır,  xarakterlərin  açılmasına  da  yardımçı 
olur.  Adlar  söyləyicilər tərəfindən  dəfələrlə  söylənilərək,  təkrar­
lanaraq  stereotipləşir,  yaddaşlara  həkk  olunur.  Minqajetdinova 
görə,  aydın  olmayan  sözlərdən  nağıllarda  qeyri-adi,  ecazkar 
personajları  və  sehrli  realiləri  adlandıran  formulların  yaranması 
üçün  istifadə  olunur.  Belə  sözlər  də  aydın  semantikaya  malik 
olanlarla  (məsələn,  “Ölməz  Koşşey”)  birgə  yaşayırlar (122,  61).
78
Bu  tip  ffazeologizmlər  janrın  “əfsanəvi  mahiyyəti”ndən  irəli 
gəlir, desək, yanılmarıq.
Nağıl qəhrəmanlarının xarakterlərinin açılmasım N.V.Novi- 
kov  da  araşdırıb.  O  göstərir  ki,  pesonajlar  ya  doğum  şəraiti,  ya 
şəxsi  keyfiyyətləri,  sosial  mənşəyi,  ya da həyat  şəraiti  və davra­
nışından  asılı  olaraq  adlandırılırlar.  Bəzən də  mifoloji dünyagö­
rüşdən,  arxaik-totemik təsəvvürlərdən irəli gələn qeyri-adi,  sehr­
li  nağıl  qəhrəmanlarına  rast  gəlmək  olar  (123,  62).  C.Y.Nekl- 
yudov da nağıl  qəhrəmanlarının zahiri  görünüşcə  mifoloji qeyri- 
müəyyənliyin varisləri olduğunu söyləmişdir (123, 63).
Daxili  təhkiyə  formullarının  birinci  qrupuna  nağılların  əsas 
personaj lanna  aid  olan  canlı  varlıqların  və  predmetlərin  təsviri 
də  daxil  olur.  Bunlar  əsasən  qəhrəmana  aid  olan  atlar,  onların 
yaşadıqları  saraylar,  geyindikləri  geyimlər,  döyüş  paltarları  və 
şairənin  təsviri  də  ola  bilər.  Məsələn,  “Oğlan  baxdı  qabaqdakı 
ata, gördü doğrudan da at bir atdı ki, Qırat onun yanında bir pula 
dəyməz”  (36,  277);  “At  iki  əlləri  üstündə  qalxdı  göyə,  ucadan 
bir  kişnədi,  elə  götürüldü  ki,  elə  bil  ox  yayından  çıxıb,  bir  göz 
qırpımında  gözdən  itdi”  (36,  281)  Qəhrəmanın  atının  qeyri-adi 
görünüşü  və  gücü  ənənəvi  formullar  vasitəsilə  ustalıqla  təsvir 
olunur:  “Qəhrəman  gəlir,  özü  də  altında bir at  var  ki,  altı  ayağı, 
alnında  bir  gözü,  iki  dənə  də  maral  buynuzuna  oxşar  buynuzu” 
(32,  347);  “Elə  söz  ağzından  qurtarmışdı  ki,  at iki  əlləri  üstündə 
qalxdı  göyə,  ucadan  bir  kişnədi,  elə  götürüldü  ki,  elə  bil  ox 
yayından çıxıb, bir göz qırpımında gözdən itdi” (31,212);  “Qəh­
rəmanın atı  suda balıq kimi  üzür, göydə də quş kimi  uçurdu.  Bir 
aylıq  yolu  iki  günə  gəlib  Rum  vilayətinə  çatdılar”  (32,  349). 
Atın  quşa  bənzədilərək  yel  kimi  uçmasım,  külək  kimi  hərəkət 
etməsini  göstərən  formullar  onun  sürətinin,  qaçarkən  burun 
deşiklərindən qığılcım, ağzından od,  tüstü çıxması  isə onun odlu 
təbiətinin  göstəricisidir.  Məsələn,  “At  bunları  yel  kimi  aparırdı. 
Get ha get,  get ha get bir şəhərə yetişdilər” (32, 283).
Bu  qəbildən  olan  formullar  Türkiyə  nağıllarında  da  oxşar 
variantlarla təsvir olunur:  “Altın at o  güne kadar gördüyü atların,
79

hatta  hayvanların  en  güzeli  imiş.  Gözleri  işıl-işıl  parlıyor,  altm 
tellere  benzeyen  yelisi,  ata  bir  gelin  güzelliyi  veriyormuş.  İnce, 
yüksek  bacakları  yerinde  duramıyor,  bırakılsa  kuş  gibi  uçacak- 
mış  hissini  veriyormuş.  Derisinin parlaklığı,  düzgünlüyü heç bir 
hay vanda yokm uş...  (99,  62);  “Uçar  gibi  giden  atlan,  onları  bir 
kaç  saat  içinde  A eann  bulunduğu  şehre  ulaşdırmış”  (98,  59); 
“Ata  dokunmuş.  At  yelle  yarışıp  bulutlara  ulaşmış”  (86,  22); 
“Dağlarda,  bayırlarda  atmı  dört  nala  sürüyor,  adeta  bir kuş  gibi 
uçuyormuş”  (98,  11.0);  “Rüzgar  gibi  giden  atım  dört  nala  sür­
müş.  Dereler,  tepeler,  dağlar,  atının  ayakları  altmda uçuyormuş 
sanki...” (98,  55-56) v əs.
Göründüyü  kimi,  bu  metaforik  ifadələrdə  hansısa  müqayi­
sənin  mövcudluğu  göstərilir.  Unutmaq  olmaz  ki,  atm  bu  cür 
göstəriciləri  inanc elementi kimi əsasən Türk xalqlarının mifolo­
giyasında  rast  gəlinir.  At  kultu  ilə  od  kultunun  eyniləşdiril- 
məsinin  isə  Hind  mifologiyasında  və  şamanizmdə  mövcudluğu 
bəllidir. N.M.Jirmunski, X.T.Zərifovun qəhrəmanın atının qeyri- 
adi görünüşünü “xalq nağıllarının sadəlövh demokratizmi” kimi, 
V.Propp  adi  nağıl  kontrastı  kimi  xarakterizə  edirsə,  Ə.Əsgər 
bunu  onlarm  marginal  mənşəyi  ilə  əlaqələndirir.  Ə.Əsgər hesab 
edir ki,  nağıl  qəhrəmanının  fəaliyyəti  onun  bahadırlıq atributları 
(qılınc,  qalxan,  döyüş  paltarı,  at)  əldə  etməsi  ilə  başlayır  (54, 
122).  V.M.Jirmunskiyə  görə,  eposda at  döyüşkən  dost və qəhrə­
manın  əsas  köməkçisi  kimi  real  şəraitlərə  uyğun  olaraq  böyük 
rol  oynayır.  Nağıllarda  isə  o,  qəhrəmanın  sehrli  köməkçisi  kimi 
ecaskar  xüsusiyyətlərə  malikdir  (108,  23).  Novikov  qeyd  edir: 
“Sehrli  nağılların qəhrəmanının köməkçiləri və tərəfdarları müx­
təlif və  saysızdır.  Qəhrəman  onlarla  hər  addımda  qarşılaşır  və 
məkrli  düşmənlə  mübarizədə  onlarm  dəstəyindən  istifadə  edir 
(116,  131).  Əsasən  sehrli  nağıllarda  istifadə  olunan  sehrli  kö­
məkçi  vasitələr  qəhrəmanların  qarşısında  duran  tapşırıqların 
yerinə  yetirilməsində  yardımçı  olur.  F.Bayat  onları  aşağıdakı 
şəkildə  qruplaşdırır:  a)  silah-  qılınc,  qalxan,  ox  və  s;  b)  meyvə 
və  giləmeyvələr-  alma,  armud,  gavalı  və  s;  c)  məişət  əşyaları  -
80
xalça,  süfrə,  papaq,  üzük  (44,  52).  Sadalanan  əşyalar  bütün 
nağıllarda tətbiq  olunur  və  onlarm daxil  olduğu ifadə və  cümlə­
ləri ənənəvi formul hesab etmək lazımdır.
Bu  medial  formul  qrupuna  qəhrəmanın  yaşadığı  dəbdəbəli 
sarayların,  saraylardakı  otaqlann,  bağların,  hamamların,  qəhrə­
mana aid  olan  döyüş  silahlarının  (qılınc,  qalxan,  dəmir əşyalar), 
geyiminin təsviri  də  daxildir.  Bu tip  formullar həm Azərbaycan, 
həm  də  Türkiyə  nağıllarında geniş  və  fərqli  variantlarda yayılıb. 
Məsələn, “Burda bir imarət var idi.  Şah Abbasm öz imarətindən 
yaxşı  idi.  Şah Abbasla vəzir Allahverdi xan imarətə tərəf yaxın­
laşıb  gördülər ki,  bu  imarətdə  çilçıraqlar  yanıb,  aləmi  işıqlandı­
rır” (33,  172-173);  “Saray,  ama ne saray!..Allah yapmış yapışını 
devler  açmış  kapısını”  (83,  12).  Gözəl  və  səfalı  bağ-bağatlann 
geniş surətdə təsviri və cənnətlə müqayisəsini ifadə edən formul­
lar Azərbaycan nağıllarında daha çoxdur. Məsələn: “Çəməni ba- 
səfa  yerdə  düşdülər.  Bura heç  gördüyün  yerə  oxşamır,  hər  tərəf 
gül, çiçək,  ağaclar baş çəkib ərşəfələyə,  bülbüllər cəh-cəh vurur, 
vallah  deyəsən  bura  cənnətin  bir  guşəsidi.  Hər  aşiq  öz  yarma 
min dilnən  naz eyləyir”  (32,  41).  Yaxud,  “O  getdi,  mən  getdim, 
axırda  gəlib  çıxdıq  dağın  döşündə  bir  açıqlığa.  Gördüm  bura 
basəfa  bir  yerdi.  Sular  şırhaşır  hər  tərəfdən  axır,  bülbüllər  cəh- 
cəh  vurur,  güllər pəh-pəh  verir.  Vallah  bir yerdi,  deyirsən,  cən­
nətin  bir  guşəsidi.  Dünyada  nə  qədər  gül-çiçək  varsa,  hamısın­
dan  burda  var”  (33,  118);  “Bağ  nə  bağ,  şair  gərək  ki,  onu  tərif 
eləsin.  Ağaclar baş çəkib ərş- fələyə, hər tərəf çəməni-basəfə, çi­
çəklərin ətrindən qarın doyur,  insan az qalır bihuş  olsun.  Sulann 
şırıltısı, quşların nəğməsi, bülbüllərin cəh-cəhi insanı valeh edir” 
(33,  234);  “Gördü  ki,  Pəri  Soltanın  bu  mülkü  dörd  tərəfdən 
bağdı.  Hər  yana  baxırsan  mərmər  hovuzdan  su  fəvvarə  verib 
qalxır.  Ağaclar  çəkilib  ərşəfələyə,  bülbüllər oxuyur,  rəngbərəng 
çiçəklər,  güllər ətrafı  bürüyüb,  quşların nəğməsi, quş və  çiçəklə­
rin  qoxusu  insanı  bihuş  eləyir”  (33,  243)  və  s.  Azərbaycan 
söyləyiciləri  gözəl  bağları  Gülüstani-İrəmə  bənzədirlər:  “Bağın 
adı  xəzan bağı  idisə  də,  amma bahar bağından  da  gözəl  idi.  Hər
81

tərəfdən sular gülab kimi  axırdı.  Bülbüllər cəh-cəh vururdu, gül­
lər  rəngbərəng  çalırdı.  Vallah,  deyirdin  Gülüstani-İrəmdən  bir 
parçadı.  Hər şey öz məhbubunu yad eləyib öz dilində, öz aşiqinə 
raziniyaz edirdi” (32,238-239).
Bunlara bənzər daxili  təhkiyə  formulları  fəqli  formada Tür­
kiyə  nağıllarında da mövcuddur:  “Gide  gide,  ormanlar ortasında 
büyük bir sarayın üzerine  gelmişler.  Kocakan, küpü hemen yere 
doğru  alçaltmaya  başlamış.  Küp  alçaldıqca,  saray  yaklaşıyor, 
yaklaşdıkca da çok  büyük,  etrafı  yüksek  duvarlarla  geniş nehir- 
lerle  çevrili,  beyaz  mermerlerden  ve  billur gibi  adeta camlardan 
yapılmış  işıl,  işıl  bir  saray  meydana çıkıyormuş”  (99,  56);  “Zira 
önünç,  ucu  bucağı  görünmeyen,  cennet  gibi  bir  bahçe  çıkmış. 
Bahçenin  ortasında  mermerden  büyük  bir  bahçe  çıkmış.  Havu- 
zun  etrafında,  padişahlarda  bile  bulunmayan,  yakut  ve  zümrüt- 
lerle  süslü,  pınl-pınl  tahtlar  duruyormuş.  Havuzun  fıskıyelerin- 
den  göz  alıcı  renklerde  sular  fıskınyor,  bülbüllerin  tatlı  sesleri 
hiç rastlamadığı çeşid,  çeşid, renk, renk çiçeklerin kokuları insa- 
mn adeta başını döndürüyormuş” (99,  195); “Bu da evvelki gibi, 
göklere  yükselen  bahçe  içinde,  güneşte  pırıl-pırıl  parlayan  bir 
saraymış”  (98,  154);  və  s.  Göründüyü kimi, Azərbaycan və Tür­
kiyə  nağıllarında  bağ  və  bağatların,  sarayların  epik  formullarla 
təsvirində eynilə ənənədən gələn vasitələrdən, mərmərlərdən, qı­
zılı  və  ya  gümüşü  predmetlərdən,  xalılardan  və  başqa  əşyalar­
dan, canlı  varlıqlardan  istifadə  olunur.  Hətta məscid,  hamam  və 
başqa  tikililər  də  bu  formada  təsvir  olunur:  “Cami  o  kadar  göz 
alıcıymış ki,  göklere  yükselen beyaz minareleri  uzak şehirlerden 
bile  görülüyor,  altın  yıldızlı  kubbeleri  güneş  gibi  panldıyor, 
yüzlerce  penceresindeki  renkli  camlardan  içeriye  çeşitli  işıklar 
sızıyormuş”  (98,  145).  Formullarda  təsvir  olunan  bağ  və  bağat- 
ların cənnət ilə müqayisəsini də ortaq cəhət hesab etmək olar.
Hər iki  xalqın  folklorunda təqdim  olunan  saraylardakı  çox­
saylı' otaqların  dolğun  təsvirini  də  daxili  təhkiyə  formulu  hesab 
etmək  olar.  Qırx  otaqdan  ən  gözləniləni,  möcüzəlisi  sonuncu 
qırxıncı  otaq  epik  formullarla  daha  ətraflı  təsvir  olunur.  Məsə­
82
lən:  “Gördü nə, bu otaq ağ mərmərdən tikilib, hər tərəfdən zərrin 
pərdələr, qiymətli  qumaşlar asılıb,  xalılar döşənib, hər divara bir 
bədənnüma ayna vurulub,  qızıl  çilçıraqlar asılıb,  ayağı  zəbərcəd 
daşlı  sandallar  düzülüb.  Xülasə,  bu  evdə  olan  ziynət-dövlət  heç 
padşahda  yoxdu,  təzə  gəlin  otağı  kimi  bəzənib  ətrafa işıq  salıb” 
(31,  242);  “Nihayet  en  son  açtığı  kapınm  önünde  durarak 
içerisini hayran hayran seyre dalmış. Burası, babasının sarayında 
bile görmediyi kadar güzel bir yatak odası imiş.  Pml- pırıl cilalı, 
ceviz ağacından yapılmış, oymalı bir karyola odanın bir köşesin- 
de  duruyor,  üzerindeki  altın  sırmalarla  işlenmiş,  kırmızı  atlas 
yorğun  gözleri  kamaştırıyormuş.  Yerlerde  bir  karış  kalmlığmda 
acem  halıları  varmış.  Karyolanın  etekliyi,  yastıklar,  hep  yakut- 
larla  süslüymüş.  Kristal  şimdanlardakı  mumlar  göz  kamaştırı- 
yor,  kocaman  pencerelerde  yerlere  kadar  sarkan  koyu  kırmızı 
renkli  kadife  perdeler,  odaya  başqa bir güzellik veriyormuş.  Al­
tın  işlemeli  terlikler  karyolanın  ayak  ucunda  duruyor,  sahibini 
bekliyormuş” (98,  78-79).
Söhbət  açılan  nümunələrdən  görürük  ki,  nağıl  qəhrəmanla­
rının ən universal, dayanıqlı  və çox istifadə olunan atributu qızılı 
və  gümüşü  əşyalar  və  onları  ifadə  edən  formullardır.  Belə  for­
mullar  həm  Azərbaycan,  həm  də  Türkiyə  nağıllarında  çox  işlə­
nir.  Məsələn,  “Qəsirdə  Qəni  şahın qızı Püstə xanım özünə yeddi 
qələm  ilə  zinət  verib,  qızıl  sandal  üstündə  qərar  tutubdur”  (38, 
62);  “O  gecə  sən  qızıl  pıçaq  əlində  gəldin,  mən  də  gecə  səni 
yuxumda görmüşdüm”  (38,  209);  Ağa Həsən Mirzəzadənin top­
ladığı  “Lotu  Kəmanə  və  lotu  Cəfər”  nağılında  tez-tez  qızıl  sər- 
pic,  qızıl  nimçə,  qızıl  ləgən,  qızıl  aftaba  və  şairədən  söhbət  ge­
dir.  Türkiyə  xalq  nağıllarında  qızılı  çalarlı  canlı  varlıqların  təs­
viri  cansız  əşyaların  təsvirindən  daha  çoxdur:  “Tavanları  altın 
kakmaklı,  yerlerinde  birer  kanş  kalmlığmda  halılar  serili,  en 
kiymetli  kumaşlardan  yapılmış  divanlar  ve  döşemelerle  süslü 
odalarda,  sofralarda  inler,  cinler  top  oynuyormuş..”  (98,  35); 
“Odanın  içinde  altın  bir  karyola pırıl-  pm l  yanıyor.  Karyolanın 
yanında  da da  gene  altından  bir beşik  varmış.  Beşikde  nur  topu
83

gibi  bir  çocuk  yatıyormuş...”  (98,  95);  ”Bir  altın  elmamız  var, 
Birbirimize  atar tutarız.  Güleriz,  eyleşiriz”  (86,  404)  və  s.  Hətta 
Türkiyə nağıllarında “Qızıl dağ”, “Gümüş dağ”,  “İnci dağ” lako­
nik adlarına da rast gəlmək olar (86,  71).
Bu  formullarda  söhbət  sözün  əsl  mənasında  qiymətli  əşya­
ların  parıltısından  gedir.  Bu  zaman  formulun  mənası  genişlən­
miş  olur.  Qızılılıq təkcə paltarlara  deyil,  həm  də  fiziki  görünüşə 
də  aid  olmağa  başlayır.  Məsələn,  “Oğlanın  kəkli  qızıl,  alnı  ay, 
dişləri  inci” (31,  199).  Azərbaycan  və Türkiyə  nağıllarından nü­
munə gətirilən formullarda qızılı  çaların  cansız  əşyalarla yanaşı, 
atlara,  ilanlara və başqa canlı varlıqlara da şamil  olunduğu görü­
nür:  “Altın  atın  yanına  iyice  yaklaşıb,  şırma  yeleli,  altm  nallı 
altın  atım”,  demiş,  seni  görmeye  geldim  (99,  62);  “Altm  at  o 
güne  kadar  gördüyü  atların,  hatta  hayvanların  en  güzeli  imiş. 
Gözleri  işıl-işıl  parlıyor,  altın tellere  benzeyen  yelesi  ata bir ge­
lin güzelliyi veriyormuş.  İnce,  yüksek bacaklan  yerinde duramı- 
yor,  bırakılsa  kuş  gibi  uçacakmış  hissini  veriyormuş”  (99,  62); 
“Bakar  ki  eşek  öyle  altm  saçıyor  öyle  altm  saçıyor  ki,  yer  yurt 
almıyor”  (96,  148);  “Səfər  kişi  baş  üstə  deyib,  qızıl  ilana  baş 
endirib getdi” (31, 294).
V.Y.Proppa  görə,  qızılılıq  allahlara,  ölülərə  və  ithaf  olun­
muşlara  xasdır  və  əzəmətə,  uzunömürlülüyə,  uğura  işarədir.  Na­
ğılda isə qızılı çalar o dünyanın sabit komponenti kimi daxil  olur. 
Qızılı rəng sanki  başdan başa qızıldan ibarət olan o biri  dünyanın 
möhürüdür.  Qızılı  çalar odun,  atəşin  sinonimidir.  Yəni,  dünyanın 
o  başı  ilə  əlaqəli  olan  əşyaların  qızılı  çalan  Günəşin  rəngidir, 
oddan qaynaqlanır (120,  364,  375).  H.Zeynallmm topladığı  “Peşə 
dalınca” nağılında buna bariz nümunə var:  “Dərviş  qonaqlar üçün 
aş  bişirif,  üstünə  bir  cürə  yağ  töhdü  ki.  Qonaqlann  əlləri  dəyən 
saat  od  alıf  yandılar,  qızıl  oldular”  (31,  161).  İ.Razumova  isə 
hesab  edir  ki,  “qızıl”  epitetinin  əsas  anlamı  ecazkarlığın,  xüsusi 
keyfiyyətlərin  sübutu  kimi  göstərilir  (122,  65).  Onun  fikrincə, 
bəzən  “qızıl”  epiteti  “gümüş”  epiteti  ilə  semantik  cütlük  əmələ 
gətirir  və  strukturuna  görə  simmetrik  atributiv  formul  yaranır.
84
Məsələn,  “Pınl-pınl  elbiseleri  içinde,  altm,  gümüş  işlemeli  silah- 
lanyla  bir heykel  gibi  görünen  levent  delikanlıyı  begenmiş”  (99, 
106);  “O  imarət  üç  mərtəbə  olsun.  İmarətin  bir  kərpici  qızıl,  bir 
kərpici  gümüş,  eyvanı  da  on  altı  sütunlu  olsun”  (39,  228);  “Sa­
rayın  daşmm  biri  qızıl,  biri  gümüşdəndir”  (46,  145);  “Qız  baxdı 
ki, nə... oğlanm başının bir tərəfi qızıldı, bir tərəfi gümüş.  Qız min 
ürəkdən  bir  ürəyə  vuruldu  oğlana”  (31,  124)  və  s.  İslam  inanc­
larına görə, qızıl qadına, gümüş isə kişiyə yaraşdırılır.
Qorxulu,  çətin  keçilən,  əlçatmaz yerlər hər iki xalqın nağıl­
larında  oxşar  məzmunlu  “quş  uçmaz,  karvan  keçməz”  və  “quş 
quşluğu ilə  qanad  sala bilmir”  formulları  ilə  ifadə  olunur:  “Kuş 
uçmaz  kervan  geçmez  yerde  sen  nasılsm  bakalım?”  (86,  65); 
“Ay axmaq, bura üç qardaşlar baxçasıdı, bura heç  quş quşluğuy- 
nan  qanad  sala  bilmir,  burda  bəni-adəm  nə  qayırır”  (31,  170). 
Azərbaycan  nağıllarında  eyni  məzmunlu  və  “bura  qatır  gələr- 
dırnaq,  quş  gələr-qanad  salar”  fərqli  variantına  da  təsadüf olu­
nur:  “Ana,  adam-badam  iysi  gəlir,  yağlı  badam  iysi  gəlir.  Bura 
qatır  gələr  dırnaq,  quş  gələr  qanad  salar”  (33,  215);  “Ay  nadü­
rüst,  buraya  quş  gəlsə  qanad  salar,  qatır  gəlsə  dırnaq  salar,  sən 
hara  bura  hara?”  (31,  240).  Türkiyə  nağıllarında  isə  “kuş 
konmaz, yılan bağrım  sürümez” variantı  səslənir:  “Kuş konmaz, 
yılan bağrını sürümez bu yerlerde ne edersin?” (85,  60) və s.
2. 
Nağıl  personajlarının  hərəkətini,  fəaliyyətini  təsvir  edən 
formullarda  qəhrəmanın  getdiyi  yol  əks  olunur.  Burada  keçid 
formullarından fərqli  olaraq  gedilən yoldan deyil,  qəhrəmanların 
məhz  özünəməxsus  davranış  və  hərəkətlərindən  söhbət  gedir. 
Məsələn,  “Mələk  xanım  alıb  paltarı  başdan  geyinib  ayaqdan 
qıfıllandı,  ayaqdan  geyinib  başdan  qıfıllandı,  əlinə  əsa  alıb, 
altdan qılıncını  bağladı,  qulu götürüb  çıxdı  küçəyə...”  (31,  315); 
“Məlik  Əhməd  altdan  geyinib,  üstdən  qıfıllandı,  üstdən  geyinib 
altdan  qıfıllandı,  qılıncı  bağladı,  qalxanı  götürdü,  düşdü  yola” 
(32,  274);  Bu  qrupa  daxil  olan  “Keçəl  bərkitdi  çarıqların 
dabanın,  qırdı  yerin  damarın  günə  bir  mənzil  gedib  bir  şəhərə 
çıxdı”  (33,  258)  və  “Asiman  düşdü  yolun  ağına,  gəmilər mindi,
85

dəryalar  keçdi,  cəzirələr  aşdı,  uzaq  yolu  yaxın  elədi,  axır,  gəlib 
öz  ölkəsinə  çatdı”  (33,  99)  formulları  Azərbaycan  nağıllarında 
geniş  yayılıb.  Bunlara  oxşar  Türkiyə  nağıllarında  “Keloğlan, 
sihrli  kuyunun  yolunu  tutar,  tutar  ama,  o  gider,  yol  gider,  o  gi- 
der,  yol  gider,  gölgesi  de  peşi  sıra tin,  tin  eder,  derken  akşamm 
bir  saatinde  kuyunun  başına  varır”  (84,  125);  “Çoban  yola 
çıkmış.  Az  bir  az  gittikden  sonra  üzerindeki  sarsmtıyı  atlatmış. 
Tabanları  yağlamış.  Tozu  dumana  katmış,  Pilav  suyu  kaynaya- 
cak  kadar  bir  zamanda  şehre  varmış.  Sokak-sokak  dolaşmış. 
Sarraf aramış” və ya ’’Şehzade bu sözleri kulağma küpe yaparak, 
az  gider,  uz  gider,  yokuşlarda ter  dökerek,  inişlerde tımak söke- 
rek коса yümağın bittiyi  yere kadar gider”  (83,  11)  və  ya “Gön- 
lündeki  kızı  bulmak  için  yine  taban  tepmeye  başlamış.  Yol 
gitmiş,  o  gitmiş.  O  gitmiş,  yol  gitmiş”  formulları  mövcuddur. 
Yaxud,  “Nuşapəri  xanım  bir  dəs  pəhləvan  paltarı  götürüb, 
başdan  geyindi,  ayaqdan  qıfıllandı,  ayaqdan  geyindi,  başdan 
qıfıllandı,  atını minib,  özünü yetirdi  dəryanın qırağına”  (32,  21); 
“Bəli,  İbrahim  altdan  geyinib  üstdən  qıfıllandı,  üstdən  geyinib 
altdan  qıfıllandı,  ya  mədəd  deyib  düşü  yola,  başladı  getməyə” 
(31,  300);  “Şehzade  el  ayak  çekildikden  sonra,  demir  çarık, 
demir asa yola düşmüş” (84, 45).
Folklorşünaslar  formullarda  təsvir  olunan  dəmir  çarıq  və 
dəmir  əsanı  o  biri  dünyanı  göstərən  atributlar  hesab  edirlər. 
Həmçinin  bir  çox  türk  xalqlarının  dəmir  və  dəmir  materialdan 
hazırlanmış  bir  predmetdən  qorxuluğu  götürmək  üçün  istifadə 
etmək  kimi  inancları  var  (44,  134).  Daha  çox  Azərbaycan 
nağıllarında  rast  gəlinən  belə  bir  formul  tipini  də  xatırlatmaq 
yerinə düşər:  “Nigar xanım özünü otağa yeridib, vəzndə yüngül, 
qiymətdən  ağır  əlinə  düşəni  yığıb  düyünçə  bağladı,  özünü 
yetirdi Məstana” (32, 314).
N.Roşiyanu  sözügedən  formul  növünü  sintaktik  nöqteyi- 
nəzərdən üç yerə bölür:
1.  Hərəkəti bildirən;
2. Zamanı göstərən;
86
3.  Məkanı göstərən feillər (121,  153).
Belə  ki,  yuxarıda  nümunə  gətirilən  təhkiyə  formulları  bu 
elementlərin  yalnız  birini,  bəziləri  isə  hamısını  əhatə  edir.  Bir 
çox  nağıllar  isə  bunların  ən  azı  ikisini  əhatə  edir.  Məsələn, 
“Axşam qazı  ağa başına bir top  ağdan əmmamə,  belində on beş 
arşın  parçadan  qurşaq,  ayağında  bəzəkli  başmaq,  əynində  əba, 
əlində  təsbeh,  saqqalı  yırğalana-yırğalana  Güllü  qıza  qonäq 
gəldi”  (33,  322);  “Atı  minib,  quyuya  gedib  alt  paltarı  geyinib, 
yaraq  əsbabmı  taxdı,  al  ələmini  götürüb  qara  atı  mindi,  yola 
düşüb  cədələ  gəldi.  Bir  dövrə  vurub  qılıncını  siyirdi,  bir  nərə 
çəkib  padşahın  oğlu tərəfə  atı  çarpdı”  (62,  16)  və  s.  Bu qəbildən 
olan  formullar  Türkiyə  nağıllarında  da  var:  “Ceylan  gibi  güzel 
atma biner,  yay gibi  hızlı  giden  iki  köpeyini yanına alır,  her attı- 
ğını  vuran  tüfegini  de  omuzuna  asarak  sabahlara  ava  çıkarmış” 
(99,  37).  N.Roşiyanu  qəhrəmanın  ilanla  döyüşünü  də  bu 
formullar qrupuna aid edir.
Bu  tip  formul  nümunələri  məhz  Naki  Tezelin  topladığı 
Türkiyə  nağıllarında daha  çoxdur.  Məsələn:  “İki  arkadaş,  konu- 
şa,  otura  kalka,  günlerce  yol  almışlar.  Atlardan  inip  yaya  yürü- 
dükleri  derelerden  yüzerek  geçtikleri  oluyor,  bazı  gecelerini  or­
manlarda  ağac  dallarında  geçiyor,  bazan  da  köylerde  müsafir 
kalıyorlarmış.  Durmadan  gitmişler,  gitmişler...  Dere-tepe  düz 
gece gündüz gitmişler, bir memlekete varmışlar” (98,42); “Sağa 
koşmuş,  sola  koşmuş,  oraya  gitmiş,  buraya  gitmiş,  yok,  yok... 
Yorularak inine gidib,  uzanmış,  uyuya kalm ış...”  (98,  100);  “Ne 
ise...Yolculuk  hazırlığına  başlanmış.  Güneşli  bahar  gününde 
atlas  ve  kumaslarla  süslenmiş,  her  birini  altışar  atın  çekdiyi  on 
altın  araba,  Mısıra  doğru  yola  çıkmış”  (98,  105).  M.Gökçəoğ- 
lunun  topladığı  Kıbns  xalq  nağıllarından  olan  aşağıdakı  formul 
variantı  da  Azərbaycan  nağıllarında  təsadüf olunmur:  “Vurmuş 
sandığı  omuzuna.  Seyirtmiş  saraya.  Yokuşlarda  “Ah”,  inişlerde 
“Vah” demiş.  Dump dinlenmemiş.  Varmış  saraya.  Padişahın hü­
zuruna  çıkmış”  (86,  130).  Yuxarıda  qeyd  etdiyimiz qəhrəmanın 
atla  hərəkət  etməsini  təsvir  edən  formulları  bu  qrupa  da  aid
87

etmək  olar.  Məsələn,  “Dərələrdən  sel  kimi,  təpələrdən  yel  kimi, 
badeyi-sərsər  kimi,  ata  bir  mahmız  vurdu,  atm  quyruğu  oldu 
ələm,  qulaqları  oldu  qələm.  Ayaq  üzəngidə,  diz  qabırğada,  özü­
nü  yetirdi  bir  çəmənin  qırağına...”  (32,  300);  “Rüzgar oğlu  cey- 
lan gibi  güzel  atma  biner,  yay  gibi  hızlı  iki kopegini  yamna alır, 
her  attığmı  vuran  tüfeğin  de  omuzuna  asarak  sabahları  ava 
çıkarmış” (99, 37) və s.
Qəhrəmanın  yolu  tez  getməsini  fantastik  formada  göstərən 
fərqli  formullardan  Azərbaycan  və  Türkiyə  nağıllarında istifadə 
olunur.  Məsələn,  “Bəli,  Hatəm  çəkib  çarığın  dabanım,  qınb  ye­
rin  amanını,  günə  bir  mənzil,  təyyi-mənazil,  nağıllarda  mənzil 
olmaz;  az  getdi,  üz  getdi,  dərə-təpə  düz  geti,  bir  neçə  gündən 
sonra  gəldi  çıxdı  həmin  dərviş  nişan  verdiyi  yerə”  (32,  28); 
“Hatəm  dərələrdən  yel  kimi,  təpələrdən  sel  kimi,  badeyi-sərsər 
kimi,  dağların  dabamynan,  yolların  kənanynan,  gündə  bir mən­
zil, teyyi-mənazil bir müddət  sonra gəlib çıxdı həmin kor padşa­
hın  vilayətinə”  (32,  33);  “Hiç  vakit  kaybetmeden  yollara  düş­
müş.  Her  bir  adımı  atmış  arşmmış.  Bunda  basmış,  onda bulun­
muş.  Durmamış,  dinlenmemiş.  Yürümüş.  Üç  aylık yolu iki gün- 
de  almış”  (85,  27);  “Yedi  saatlık  yola  ateş  püskürterek,  yedi 
deniz  karşıya geçti”  (85,  67);  “Dört  iklim  yedi  deniz  aşmış var­
mış karşıya” (85,  68) və s.
Nümunələrdən  də  göründüyü  kimi,  Kıbrıs  Türk  nağılları 
qəliblənmiş  sözlər  yönündən  daha  zəngindir.  M.Gökçəoğlunun 
təbirincə  desək,  yalnız  bir  yerdən  başqa  yerə  getmə  anı  altmış- 
dan  çox  qəliblənmiş  sözlə  anladılır.  Məsələn,  “Tabanlarını 
yağlamış,  koşa  koşa  kaçmış”,  “Onda  basmış  bunda  bulunmuş, 
bunda basmış  onda bulunmuş”,  “Yel  yepelek  koşmuş”,  “Yolğa- 
lamış  yola  düşmüş”,  “Git  gitmemesine,  git  gitmemesine  yürü­
müş”, “Bir ayağı  kalk gidelim, demiş, bir ayağı oturduğun yerde 
su  mu  çıkdı,  demiş” ,  “Meymele  mesmele,  don  çözüp  uçkur 
bağlayana kadar iş işten geçmiş...” (85, 20) və s.
Azərbaycan  nağıllarına uzun  məsafəni  uzun  zaman və real­
lıqdan  uzaq  olaraq  qısa  müddətə  qət  etməni  bildirən  aşağıdakı
88
təhkiyə  formulları  xasdır:  “Bu  minvalla  otuz  doqquz  gün,  otuz 
doqquz gecə yol  getdilər” (39,  133); “Beləliklə, tamam qırx gün, 
qırx  gecə  yol  getdilər,  ta  ki  gəlib  çıxdılar  Gülüstani-İrəmin 
sərhəddinə” (25,  34).  Sözügedən formul qrupuna qismən reallığa 
yaxın “ Səttarla Ülkər meşə  ilə yeddi  gün,  yeddi  gecə  yol  gedib, 
bir böyük  dağa  çıxdılar”  (39,  30);  “Səttar  qızla  görüşüb,  daban 
aldı,  üç  gün, üç  gecə  gedib, bir gəmi  düşərgəsinə çıxdı” (39,  32) 
tipli formullar da çoxdur.  Məsələn, “Altı gün,  altı  gecə yol getdi. 
Dərələrdən  keçdi,  təpələrdən  aşdı,  gəldi  bir  dağın  ətəyindəki 
mağaraya” (34,  36);  “Yeddi  gün, yeddi  gecə yol  gedəndən sonra 
gəlib  çıxdılar  həmin  yeddi  yolun  ayrıcına”  (28,  74)  və  başqa 
formullar  daxildir.  Oxşar  formullar  Türkiyə  nağıllarında  da 
mövcuddur:  “Az  gitmiş,  uz gitmiş, dere tepe düz  gitmiş, üç  gün, 
üç gece yol almış...” (98,  55).
Göründüyü  kimi,  həm  Azərbaycan,  həm  də  Türkiyə  söylə- 
yiciləri  təhkiyə  (medial)  formullarında  epik  zamanın  təsvirində 
daha  çox  yer  alan  “yeddi”  rəqəmindən  yararlanırlar.  “yeddi’Mə 
yanaşı, “üç”, “qırx”,  “on”,  “altı” rəqəmləri də nağılların müxtəlif 
yerlərində  tez-tez  işlənir.  Bu  rəqəmlər  xalqların  mifologiyasın­
dan,  İslam  inanclarından,  mərasim  və  adətlərdən  irəli  gələrək, 
müqəddəs sayılaraq  folklor janrlarında kök salıb.  Y.V.Çəmənzə- 
minliyə görə,  hər bir irqin özünəməxsus  bir rəqəmi var, türkün -  
9, samilərin -  40, 7, qədim Misir və yunanın -1 2  və s.  (49, 279). 
D.N.Medriş  hesab  edir ki,  bu  məsələdə  milli  və  regional  ənənə­
lər  əsas  rol  oynayır.  Əsasən  milli  ənənələrdən  irəli  gələn  sakral 
rəqəmlərin  təhkiyədə  variasiya olunması  onların  şərti  xarakterli 
olmasını xüsusi vurğulayır, hətta çox hallarda bu müddətlər real­
lıqdan uzaqlaşır (111, 20-21).
Xalqımızın inamına görə, müəyyən “sehrli saylar” magik təsir 
edir,  belə  ki,  onlar  xeyir,  şadlıq  və  yaxud  əksinə  bədbəxtlik,  itki 
gətirir.  Deməli,  insanlar  saylann  “sehrli  qüvvələrindən”,  “bəd- 
xahlar”dan xilas olmaq üçün kömək gözləmiş və nəsillərin ənənəsi 
müəyyən  saylar  yaratmışdır  (53,  118).  Belə  ki,  “sehrli  saylar”dan 
ibarət olan formulları da sehrli formullar qrupuna aid etmək olar.
89

3. 
Dialoqa girən  formullar  qrupu  ən geniş  yayılmış  formul­
lar  qrupudur.  Belə  ki,  ayrı-ayn  nağıl  qəhrəmanlarının  işlətdiyi 
ifadələr,  icazələr,  müraciətlər və xitablara Azərbaycan və Türki­
yə  xalq nağıllarında tez-tez rast gəlinir.  Bura qəhrəmanla padşa­
hın,  düşmənin,  qəhrəmanla  xilaskarın,  köməkçilərin,  iki  dostun, 
tanış olmayan iki adamın, analıqla atanın, ögey uşaqların dialoq­
larım təsvir edən formullar daxildir. Məsələn, aşağıdakı dialoqda 
çətin  situasiyadan  çıxmağın,  düşməndən  xilas  olmağın  yollan 
araşdırılır:
Dedi:
Quyunu görürsənmi?
Dedim:
-  Görürəm.
Dedi:
-  Üç dəfə əyilib quyuya deyəcəksən:
“Astan, Astan, Astan, çıx”.  Çıxdı, çıxdı, çıxmadı, yay oxun­
la  göydə  ulduzu  paraladın,  paraladm,  paralamadm,  bax  bu 
adamlar kimi, sən də daş olacaqsan, mən də...” (74,159).
Aşağıdakı  dialoqlarda  tanış  olmaq  məqsədilə  gənc  oğlanla 
gənc qızın biri- birini  sınaması özünü göstərir:
-   Terzi  kızı,  terzı  kızı!  Dikersin,  biçersin,  gökde  yıldız 
kaçdır, bilirmisin?
-  Beyoğlu,  beyoğlu!  Okursun,  yazarsın.  Karanfılin  yaprağı 
kaçdır, bilirmisin? (81,46);
-  Nerden geliyorsun?
-  Dere köyden?
-  Nereye gediyorsun?
-  Tepe köye?
-  Adın ne?
-  Ese!
-  Benimki de Köse!  (84,  92).
Sadalanan  dialoqlar  bir  sıra  nağıllarda  rast  gəlinir.  Bunları 
ənənəvi  formullar  hesab  etməmək  də  olar.  Ancaq  söylədiyimiz 
macəraları  əhatə  edən oxşar dialoq formullar  var  ki,  onlar həqi-
90
qətən  də  ənənəviləşib  və  klassik  formul  növü  kimi  bütün nağıl­
larda  istifadə  olunur.  Məsələn,  “Adam-badam  iysi  gəlir,  yağlı 
badam iysi gəlir.  Qatır gələr dırnaq  salar,  quş  gələr,  qanad salar. 
De  görək  bura  kim  gəlmişdi?”  (25,  117)  formuluna  həm  Azər­
baycan,  həm  də  Türkiyə  nağıllarında  rast  gəlmək  olar.  Formul 
qəhrəmanın  düşdüyü  mövcud  şəraitlə  uyğunsuzluğu,  sonra  bu 
şəraitin qeyri-təbiiliyi, əfsanəvili və bunlarla əlaqədar olaraq, ya­
xın gələcəkdə  baş  verəcək qəhrəmanla düşmən  arasındakı  döyüş 
epizodu  ilə  bağlıdır.  Formulun  Ağa  Həsən  Mirzəzadənin  topla­
dığı  “Məlik Məmməd” nağılındakı  variantındakı  sonluğu da ma­
raqlıdır: 
Ey  çəpəl,  adam-badam  iysi  gəlir,  yağlı  gödəm  iysi
gəlir,  de  görüm  buraya  kim  gəlib?  -   Ey  kafir,  o  qədər  yemisən 
ki.  Dişivin  dibinnən  gəlir”  (62,  11).  Formulun  oxşar  variantı 
Türkiyə  nağıllarında  da  var:  “Bre  oğul,  buralarda  in  yok,  çin 
yok,  insana  dediyin  ne  gezer,  olsa,  olsa  dişinin  dibinde  kalmış- 
dır”  (84,  46).  Qəhrəmanla düşmənin dialoqunu  bəzi  sözlərdə  və 
sintaktik qaydalarda fərqlər olsa da,  hər  iki  xalqın nağılları üçün 
ortaq  dialoq  formul  hesab  etmək  olar.  Məsələn,  “Üç  Turunçlar 
dediyin yedi  başlı  bir devin bahçesinde  dalları  göklere  varan bir 
ağacın tepesinde el  ermez,  göç yetmez  ona:  “İyisi  mi,  ahım  yel- 
lere, derdini sellere ver de gel  bu sevdadan vaz geç” demiş, daha 
da  ne  diller  dökmüş  ya,  şehzade:  “Dev  kardeş,  yel  üfürür,  sel 
köpürür,  söndürürse  Üç  Turunçlar  söndürür  ateşini.  Ben  de  bu 
başı  bu yola koydum  bir kere,  kader ne  ise  öyle  olur gayn”  (83, 
10);  “Pəhləvan,  onu  bil  ki,  pəhləvanlarda  üç  nişan  olar:  bir- 
birinə hərbə-zorba gəlmək, qılmc çalmaq,  güləşmək.  Mən üçünə 
də varam, buyur, bu meydan, bu şeytan” (25,  154).
Ancaq  Azərbaycan  və  Türkiyə  nağılları  üçün  xarakterik 
olan  bir-birindən  fərqli  dialoqlar  da  var.  Azərbaycan  nağılları 
üçün  səciyyəvi  olan qəhrəmanın sehrli  köməkçilərinin (göyərçin 
bacıların) dialoqunu əks etdirən formullar buna misal ola bilər:
’’Böyük göyərçin dilə gəlib kiçik göyərçinə dedi:
-  Bacılı, bacılı.
-  Can bacılı.  Böyük göyərçin dedi:
91

-  Bu qarını tanıyırsan? Kiçik göyərçin dedi:
-   Bu  qarının  başına  gələni  Allah  heç  kafirə  qismət  elə­
məsin.  Kiçik göyərçin dedi:
-   Bacılı,  bacılı,  danış  görək,  bu  qarının  başına  nə  gəlib?” 
(33, 9).
Bacılı, bacılı, tanıyırsan bu oğlanı?
-  Yox tanımıram.
-  Bu Məlik Duçardı,  atası bunun gözlərini çıxartdırıb” (25,
176).
Bu  tip  dialoqların  ənənəviləşməsi  təsadüfi  deyil.  Bir  çox 
xalqların mifologiyasında göyərçin quşu müqəddəs sayılır. Hətta 
bəzi  arxaik  dinlərdə,  sonralar  isə  xristianlıqda  göyərçin  göylə 
yer, Allahla insan arasında vasitəçi hesab olunurdu (44, 43-44).
Azərbaycan  nağıllarında  çox  təsadüf olunan  şahm  qəhrəma­
na, sarayın işçilərinə əmrini  əks etdirən cümlələri  də bu qrupa aid 
etmək  olar: 
Uzun  danışma,  qırx  günə  kimi  almanı  gətirdin,
gətirdin,  gətirmədin,  boynunu  vurduracağam”  (25,  95).  Özündə 
hədəni  ifadə  edən  belə  nümunələrin  sayı  çoxdur.  Ögey  ananın 
uşaqları  barədə hədə-qorxudan ibarət əmrləri də  bu qəbildən olan 
formul  dialoqlardır.  Gələcək  döyüş  təhlükəsi  barədə  xəbərdarlığı 
ifadə edən  bu  dialoq  formul  daha  çox  Azərbaycan nağıllan  üçün 
xarakterikdir,  desək,  yanılmarıq: 
H eyif  deyilsən,  bu  quyuya
enmisən?!  İndi  səni  bilsə,  ətinə  aşiq  olar,  qanma  qaşıq!  Məlik 
Məmməd  dedi:  -  De  görüm  div  haradadır?  Qız  dedi:  -  Bu otaq­
dan o otağa keçərsən, orada yatıbdır” (62,11).
Yalnız  Türkiyə  nağıllarında  təsadüf  etdiyimiz  dialoq  for­
mullar isə bunlardır:
Ne  yapıyorsun, ne ediyorsun,  in misin, cin misin, ne  işin 
var burada? -  demiş.
O da olayı anlatmış.  Demiş:  Böyle,  böyle” (81, 34);
-  Sen is misin, cis misin? — diye seslenmiş.
Limon kızı  saklandığı  yerden çıkarak: -  Ne inim, ne de cin, 
demiş.  Bir  peri  kızıyım.  Ama  artık  senin  gibi  bir  insan  oldum” 
(99, 91).  Yaxud,
92
-  “Sen neyin nesi, kimin fesisin? Ben nereden bileyim?
-  Ben senin dostunum.
-  İn misin cin misin?
-  İnsanoğluyum”  (86,  295).  Günahı  üzə  çıxan  mənfi  obra­
zın  cəzalandırılması  üçün  ona  təklif olunan  cəza  üsulunu  ifadə 
edən  müxtəlif variantlı  dialoq  formullara  da  yalnız  Türkiyənin 
bölgələrindən  toplanmış  nağıllarda  rast  gəlmək  olar:  “Padişah 
oğlu  sormuş:  -   At  mı  istersin,  yoksa  kılıç  mı?  -   Kılıç  düşman 
boynuna.  At  isterim,  binip  seyran  edeymiş,  demiş”  (86,  165). 
Yaxud: -  “Ay mı  güzel,  gün mü  güzel, sen mi  güzel  ben mi  gü- 
zel,  Nardane  mi  güzel?  -  Ne  ay  güzel,  ne  de  gün  güzel.  Ne  sen 
güzelsin, ne de  ben güzelim.  İlla Nardane  Hamm,  illa da Narda­
ne  Hanım,  diye  bir  ses  eşitir”  (96,  137)  dialoq  formuluna  da 
Azərabaycan nağıllarında rast gəlinmir.
Bəzən  nağıllar  bütünlüklə  dialoqlardan  ibarət  olur.  Məsə­
lən,  H.Zeynallınm  topladığı  Azərbaycan  nağıllarının  birinci  cil- 
dindəki “Keçəlin  divanı”  nağılı  demək  olar ki,  dialoqlardan  iba­
rətdir.  (36,  303).  M.Oğuzun  Kıbrıs  Türk  folklorundan  topladığı 
“Sarılı  ipim  pırla  yopuzum”  (85,  452);  “Kambur  Ahmet”  (102, 
200)  nağılları  da  bütünlüklə  dialoqlardan  təşkil  olunub.  Bu  amil 
daha  çox  heyvanlar  haqqında  nağıllara  xasdır.  Ümumən,  dialoq 
oyunu  həqiqətən  ifa -  oyun  mədəniyyətinin  bir  sıra mərhələləri­
nin  meydana  gəlməsinə  gətirib  çıxarır.  Bu  söyləyicinin  əyləndi- 
rici  oyun qabiliyyəti ilə izah olunur ki,  dinləyicilər yorulmasın.
4. 
Nağıllarda sehrli qüvvələrə,  əşyalara, vasitələrə müraciət­
lərdən,  məsləhətlərdən,  əmrlərdən  ibarət  magik  mahiyyət  daşı­
yan  formullar da mövcuddur.  Cadu,  tilsim  şifahi  xalq yaradıcılı­
ğının  ən qədim  formalarından biridir.  O,  hər hansı  dini  etiqadlar 
meydana gələnədək insanların təbiətin gücünə təsir etmək  məqa­
mında  yaranıb.  N.Roşiyanuya  görə,  bu  formullar  nağıllarda  ya 
ovsunun  sonrakı  təsiri  altında  meydana  gəlir,  ya  da  ovsundan 
asılı  olmayaraq,  birbaşa  ənənədən  irəli  gəlir  (121,  118-119). 
Azərbaycan  folklorşünaslığında  uzun  müddət  iyirmi  dörd  oğuz 
boyundan  biri  olan  Bayat  boy  adına  bağlı  olaraq  izah  olunan
93

“bayatı”  termini  və  slavyan  dilindəki  “bayat”  sözü  həm  söylə­
mək, həm də sehrləmək mənalarını verməsi də məlumdur.
İ.Razumova  hesab  edir  ki,  nağılın  nəql  olunması  ilə  bağlı 
olan  “tabu”  (qadağa)  sistemi,  həmçinin  tipoloji  cəhətdən  mətnə 
uyğun  digər  birbaşa  dəlillər  təhkiyənin  ilkin  funksiyalarından 
xəbər  verir  (122,  87).  Belə  müşahidələrdən  sonra  D.K.Zeleninə 
görə,  bir  çox  xalqların  şifahi  ənənəsində  başlanğıc  və  sonluq 
formullarına  görə  nağıllara  qadağa  qoyulurdu  (122,  87).  Çünki 
başlanğıc  və  sonluq  formullarına  xüsusi  magik  əhəmiyyət 
verilirmiş.  N.M.Gerasimova  da  nağıl  eposunun  inkişafının  ilkin 
mərhələsində  başlanğıc  və  sonluq  formullarının  xüsusi  magik 
əhəmiyyət  daşıdığını  vurğulayıb.  D.K.Zeleninin  fikrincə,  sözü­
gedən qadağalar sözün guya insanlara doğru “meşə  şeytanlarf’nı 
cəlb  etməyə  çağırış  kimi  rolunun  göstərilməsindən doğur.  Digər 
tərəfdən  isə  sonluğun  magik  funksiyası  əksinə,  xeyirli  ovsunla 
əlaqədardır  (122,  88).  Neklyudov  hesab  edir  ki,  ümumiyyətlə, 
nağıl sehri “klassik” sehrli nağıllardan qədimdir (90,  195).
Hətta bu günədək bəzi yerlərdə belə bir inam var ki, nağılın 
nəqli  axşamlar  şər  qüvvələri  uzaqlaşdırır,  onların  evə  daxil 
olmasma  mane  olur.  Belə  ki,  həm  tilsimə,  həm  də  nağıla  aid 
olan  sehrli  formullar  insanın  sözə  verdiyi  əhəmiyyəti  ilə  bağlı­
dır.  İnsanın  şüuruna  təsir  edə  bilən  qeyri-adi,  cazibəli  sözlərlə, 
formullarla  nağıllardakı  personajlar  öz  istəklərinə  nail  ola 
biləcəklərini  düşünürlər.  Belə  formullar  həm  müstəqil,  həm  də 
dialoq  tərkibində  mövcud  olur.  Azərbaycan  və  Türkiyə  nağılla­
rında qəhrəmanlar “sehrli  at”,  “sehrli  süfrə”,  “özü  yeriyən ayaq­
qabı”, “sehrli üzük”, “uçan xalça”, “sehrli çubuq”, “sehrli alma”, 
“sehrli  süfrə”,  “sehrli  dovşan”,  “sehrli  bulaq”  “sehrli  ayna”, 
“sehrli  xoruz”,  “sehrli  əncir  ağacı”,  “sehrli  dəyirman”  və  başqa 
köməkçi  vasitələrdən  ibarət  ənənəvi  formulların  köməyi  ilə  ar­
zularının  həyata keçməsinə  nail  olurlar.  “ Sehrli  alma”dan ibarət 
epik  formullar  Azərbaycan  və  Türkiyə  nağıllarında  daha  geniş 
yayılıb.  Məsələn,  “Bu  almanı  görəndə  o  saat  başa  düşdü  ki,  bu 
almada  bir  sirr  var.  Xudavəndi-aləmin  qüdrətindən  deyir,  yaxa
94
qurtarsa,  təbib  qarşı  gələr  öz-özünə  (74,  139);  “Aldım  ele,  vur­
dum  yere,  veren  Allah bir can  vere,  deyip  alır elmayı,  vurur ye- 
re, şehzade de elma gibi kızara, bozara gelir meydana” (84,46);
“Sehrli  üzük”  nağılında  möcüzəli  xalçanı  və  üzüyü  ələ 
keçirən keçəl çətinliyə düşən kimi onlara müraciət edir:
-   “Üzük,  Həzrət  Süleyman  eşqinə  səndən bir  imarət istəyi­
rəm  bir  kərpici  qızıldan,  bir  kərpici  gümüşdən.  Özü  də  o  qədər 
hündür  olsun  ki,  başı  buluddan  binəsi  də  yerdən  nəm  çəksin”. 
Bu  mürəkkəb  formulda  həm  dialoq,  həm  personaja  aid  olan 
predmetin təsviri, həm də  sehrli formul öz əksini tapıb.
Yaxud keçəl:
-  “Xalça,  Həzrət Süleyman eşqinə bizi apar öz qızıl kərpicli 
evimizə» -  deyir, arzusu yerinə yetir” (53,  108)
Azərbaycan  nağıllarında  az  rast  gəlinən  “Açıl  süfrəm,  açıl” 
sehrli  formulunda  söhbət  bir  anda  üstü  naz-nemətlərlə  dolan 
möcüzəli  süfrədən  gedir.  Məsələn,  “Açıl  sofram  açıl,  bir  iki  tür 
saçıl”  (96,  148).  Epik  əsərlərdə  sehr-cadu,  falabaxma  ilə  məşğul 
olan “Münəccimbaşı” obrazı və onun dili  ilə deyilən sehrli formul­
lar  da  həm  Azərbaycan,  həm  də  Türkiyə  nağıllarında  rast  gəlinir. 
Şah  Abbasın  arvadı  nağıllar  toplusunda  “Münəccim”,  “Rəmmal” 
adlı  nağıllarda  sehrli  formullardan  istifadə  olunub:  “Münəccimlər 
nə illah elədilər bu vəğiyəni yoza bilmədilər. Münəccimbaşı dedi: -  
Şah  sağ  olsun,  bizə  qırx  gün  möhlət  ver,  tapaq”  (74)  və  ya  “Mü- 
neccimbaşı  baxandan  sonra:  “Allah  encamım  hayra  tebdil  etsin!” 
demiş”  (84,  42);  “Dünyada  cinci,  sihrbaz,  efsuncu,  düzenbaz 
kalmamış,  gelip  toplanmış.  Bey  oğlunin  sağına  geçmişler,  soluna 
geçmişler, allem etmişler, kallem etmişler, nafile...” (84,76).
Zümrüd quşu və  onunla bağlı olan formulları  Azərbaycan və 
Türkiyə  nağılları  üçün  ortaq  təhkiyə  (medial)  formulları  hesab 
etmək  olar.  Hər  iki  xalqın  nağıllarında  sehrli  Zümrüd  quşu 
qəhrəmandan  onu  qaranlıq  dünyadan  işıqlı  dünyaya  çatdırmaq 
üçün  eyni  müraciəti  edir:  ’’Padşahdan  qırx  şaqqa  ət  və  qırx  tuluq 
su al.  Elə ki, mənim dediklərimə əməl  elədin,  bu tükümü oda tut, 
mən hazır olaram, səni işıqlı dünyaya çıxararam” (33, 306); “Kırk
95

gövde  etle  kırk  tulum  su  olsa,  olsa  ile  bulsa  bir  araya  gelse, 
dileyin yerini  bulur,  senin için dügün menim için bayram olurdu” 
(84,  267).  Türkiyə  nağıllarında  Zümrüd  ağacında  yatan 
“Zümrütanka”  adLı  bu  quş  E.C.Güneyin  topladığı  nağıllarda 
hərtərəfli  təsvir  olunur:  “Hani  gördüyümden,  bildiyimden  degil 
ya,  ben  de  ilin yalancısıyım;  sözde  bu  kuşun yüzü  insane yüzüne 
benzermiş ama iki yanında dört kanadı varmış.  Tüyleri öyle yeşil, 
öyle yeşilmiş ki,  her göz ne  ise  ne ya,  kem  gözler kaşını kaldmp 
da  bakamazmış.  Ağzında  bir  dili  varmış,  her  kanadıyla  bir  fili 
kaldınrm ış...Bu kuş her yıl,  ne  bir eksik,  ne bir fazla iki yumurta 
yumurtlarmış; hem de nasıl, bu dağ büyüklüyünde deyilse, şu dağ 
büyüklüyünde...Velakin 
yumurtalardan 
çıkanlar, 
kabuğunu 
begenir  mi,  begenmez  mi  orasını  bilmem  ama  kendileri  ufak mı 
ufak;  bıldırçmdan  büyük,  güverçinden  küçükm üş...”  (84,  265). 
Azərbaycan  nağıllarında  isə  xeyirxah  Simurq  quşu  qısa  şəkildə 
təsvir olunur:  “Simurq  elə bir quşdu ki,  yerin altını  da, üstünü də 
bilir.  Simurq elə bir quşdu ki, fəqirləri çox sevər” (31,  53).
Azərbaycan  və  Türkiyə  nağılları  üçün  ortaq  olan  aşağıdakı 
dialoq  həm  sehrli,  həm  də  dialoq-formula  yaxınlaşır:  “Sinan 
Güle  neyledi,  Gül  Sinana  neyledi?”  (96,  159);  “De  görüm,  Gül 
Sənavərə  neynədi,  Sənavər  Gülə  neynədi?”  (31,  132).  Çünki 
küpəgirən  ifritəyə  çevrilən qoca  qarı  ilə  baş  qəhrəmanın bu  dia­
loqu tilsimli  sözlərdir.  Əgər  qəhrəman  bu  sözlərin  mənasını  aça 
bilməzsə,  küpəgirən  qan  onu  sehrli  çubuqla  daşa  çevirir.  Ümu- 
mən,  “Gül  Sənavərə  neynədi,  Sənavər  Gülə  neynədi?”  adlı  bu 
sehrli  nağıl  əvvəldən  sonadək  sehrli  çubuq  vasitəsilə  müxtəlif 
heyvanlara  çevrilmələr  və  ovsunlarla  zəngindir.  Məsələn,  “Qız 
bir  kasa  su  gətirdi,  bir  əfsun  oxuyub  pilədi  suya,  tökdü  mənim 
başıma.  Sonra çubuqla məni vurub dedi:  -  Ol  Sənavər padşahı!” 
(31,  139).  Sözügedən  dialoq  yalnız  bir neçə  nağılda rast  gəlinsə 
də, forma və ritm baxımından onu qəlib ifadə hesab etmək olar.
Dünya  xalqlarının  nağıllarında  bağlı  qapıya  müraciət  olu­
nan  oxşar  “Sim  sim  açıl”  sehrli  formulu  çox  yayılıb.  Həmçinin 
Azərbayacan və Türkiyə  sehrli nağıllarında müəyyən dəyişiklik­
96
lərə  uğramış  bu  tip  formullara  rast  gəlinir.  Məsələn,  “Açıl  ka- 
pım,  açıl!”  der,  açılır  kapı;  gümüş  eşiyi  geçerler.  Akça  kız  da 
sabırsızlanır:  “Örtül  kapım,  örtül!”  der  ,  örtülür  kapı;  bir bahçe- 
ye  girerler ama...”  (84,  202);  “O  devlər gedəndə  bir lov  oxuyur­
lar, qapılar açılır, çıxırlar bağçadan çölə” (32, 40) və s.
Türkiyə  nağıllarında  müraciət  olunan  “sehrli  dovşan”, 
“sehrli  eşşək”,  “sehrli  xoruz”,  “sehrli  div  qarısı”,  “sehrli  dəyir­
man”,  “küpəgirən  q arf’dan  fərqli  olaraq,  yalnız  xoşniyyətli 
“Akca nine”,  “Акса  baba” köməkçi  vasitəli  formullar  isə  Azər­
baycan  nağıllarında təsadüf olunmur.  Məsələn,  “Küçük  şehzade 
sihrli  tavşana binmiş,  hemen yola koyulmuşlar kuşlar gibi  uçub, 
rüzgarlar gibi  eserek kuşlar padişahının  sarayına varmışlar”  (99, 
63);  “Tır  eşeyim,  dur  eşeyim”,  deyə  müraciət  olunan  sehrli 
uzunqulağı  Türkiyə  söyləyiciləri  belə  təsvir  edirlər:  “Bu  horoz 
yenmek  için  deyildir.  Çok  marfetleri  vardır.  Gördüyünü  bir 
görür,  duyduğunu  bir  duyar.  Sorana  anlatır”  (86,  226);  “Sağa 
çevirirsen,  altın  öyütür,  sola  çevirirsen,  gümüş  ögütür,  bugüne 
de  yeter,  yarına  da  yeter,  dügüne  de  yeter  bayrama  da  yeter! 
Bilegine  kuvvet,  çek  çeke  bildigin,  çevir,  çevirebildigin  kadar” 
(84,  126);  “Akca  nine!  Altında  bir  hasır,  karşısında  bir  ayna, 
hemen  egilip  eline  varmış.  Meger o  ayna devran  aynası  im iş...” 
(84,  3)  və  s.  Türkiyə  nağıllarında  geniş  yayılan  tüklərin  bir- 
birinə  sürtülərək,  yandırılaraq  sehrli  ata  və  paltarlara  malik 
olaraq  düşməndən  qurtulma  motivinə  (Kanayan  kanadımdan  üç 
tüy alıp da sakla;  günlerden bir gün başın derde düşerse,  ne şuna 
bak,  ne  buna  bak;  bu  tüylerden  birini  yak;  ateşi  bitip  dumanı 
tütmeden  beni  karşında  bularsan)  (84,  157)  Azərbaycan 
nağıllarında  da  rast  gəlinir.  Məsələn,  “Elə  ki,  o  getdi,  oğlan 
durdu  ayağa,  atın  tükünü  çıxardıb  tutuzdurdu.  At  hazır  o ldu...” 
(36,  281);  “Simurq  atın  tükünü  çəkdi  bir-birinə,  o  saat  Simanın 
atı  gəlib hazır oldu” (31,  80).
Ümumiyyətlə,  düşməndən  qorunmaq  üçün  sehr-cadu  oxu­
yub cildini  dəyişmə motivli  təhkiyə  formulları  həm Azərbaycan, 
həm  də  Türkiyə  nağıllarında  mövcuddur.  Məsələn,  “Qız  bir
97

sehr-cadu  oxuyub  M əlik  Məmmədi  bir  süpürgə  etdi,  qoydu  bir 
divarın  küncünə”  (62,  11);  “Qorxma  ağacda  almalar  dil  açıb 
deyəcəklər ki:  “m əni  dərdilər”,  səs  gələcək:  “kim  dərdi”.  Deyə­
cək  ki,  “ağac”,  ağac  ağacı  dərməz.  Bu  kimi  sözlər eşidəcəksən, 
qulaq  asma,  çıx  gəl!  İbrahim   tilsimi  oxuyub  oldu  quş,  qanad 
çalıb qalxdı'göyə,  gəlib  çatdı  həmən yerə”  (31,  91);  “Dev karısı 
şahzadenin  iki  yanağına  iki  tokat vurmuş,  ne  Amasya,  ne  Yafa, 
bir Tokat elması  yapar onu,  götürüp  kor rafa”,  sonra isə “Aldım 
ele  vurdum  yere,  veren  Allah  bir  can  vere”  (84,  45)  sehrli 
sözlərini  deyərək,  əvvəlki  cildinə qayıdır.  Qorunmaq üçün həya­
ta keçirilən bu m otiv düşməni  aldadıb ona qalib gəlmək məqsədi 
daşıyır.  O.Əliyev  vurğulayır  ki,  nağıl  qəhrəmanlarının müxtəlif 
cildlərə  düşməsi,  çevrilməsi  və  ya başqalarım  müxtəlif şəkillərə 
salması  sehrli  nağıllar üçün  xarakterikdir.  Geyim-paltardəyişmə 
motivlərinə  isə  sehrli  nağıllarla  yanaşı,  digər  nağıllarda  da 
təsadüf etmək  olar.  M əsələn,  sehr,  cadu  öyrənməklə  cildini  də­
yişmənin üstünlük təşkil etdiyi “Sehrkar padşahla sehrkar vəzir” 
nağılı  məhz  çevrilmələr  üzərində  qurulmuşdur.  Müəyyən  işləri 
yerinə  yetirmək  üçün  geyim  -   paltardəyişmə,  ümumiyyətlə, 
folklor  poetikasının  mühüm  xüsusiyyətlərindən  biridir  (53,  90). 
Araşdırıcılar nağıllardakı  fərqli  süjetlərdə  rast gəlinən cilddəyiş- 
mələrin, çevrilmələrin mifdən keçməsi, əski inamlardan qaynaq- 
lanması  fikrini  irəli  sürürlər.  E.Tursunov  hesab  edir ki,  adam  o 
dünya  sakinləri  ilə  kontakt  nəticəsində  cildini  dəyişir,  eybəcər 
şəklə,  o  dünya  sakinlərinin  şəklinə  düşür  (125,  111).  Motiv  və 
süjetlərin  göstəricisinə  çevrilən  sehrli  sözləri  də  sehrliu  formul­
lar qrupuna aid etmək lazımdır.
L.Parpulova  sehrli  (magik)  formulları  canlı  nitqin nağıllar­
da  kvintenssensiyası  hesab  edir.  Maddi  sübut,  güc  kimi  deyilən 
hər bir  sözə  münasibət  ona  gətirib  çıxarır  ki,  nağıl  yaxınlaşdırır 
və həmin an da cadunu, deyilən adi sözü qaydaya salır (123,92). 
İ.Razumova qeyd  edir ki,  “sözün magik funksiyasının qalıqları 
yazılı  ədəbiyyatda  da özünü  göstərirsə,  nağıl  onu  xüsusən qoru­
yub  saxlayır  (123,  87).  Ancaq  nağıllarda  sözlər hər  zaman  sehr
98
effektinə hesablanmayıb,  sözlər daha çox hərəkəti müşayiət edir, 
onu  təkrarlayır.  Bununla  İ.Razumova  “müraciət  olunan”  tipin 
təkrarlarının  dominantlığını  izah edir:  1.  köməkçinin qəhrəmanı 
antoqonistə  qalib  gəlməyə  öyrətdiyi  sözlər;  2.  stereotip  replika­
lar;  3.  döyüşün ətraflı  təsviri.  Azərbaycan və Türkiyə nağılların­
dan  gətirilən  nümunələrdə  daha  çox  birinci  və  ikinci  növ  ifadə 
cümlələrə rast gəlinir.


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə