AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu muxtar kazimoğlu folklorda obrazin iKİLƏŞMƏSİ baki – elm – 2011



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə1/14
tarix27.06.2017
ölçüsü2,44 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   14

1
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU
MUXTAR KAZIMOĞLU
FOLKLORDA
OBRAZIN İKİLƏŞMƏSİ
BAKI – ELM – 2011

2
REDAKTORU:
filologiya üzrə fəlsəfə doktoru
Əfzələddin ƏSGƏR
Muxtar  Kazımoğlu.  Folklorda  obrazın  ikiləşməsi
(monoqrafiya)– Bakı: “Elm” nəşriyyatı, 2011, 228 səh.
ISBN 978-9952-34-8
Kitab  indiyəcən  xüsusi  və  sistemli şəkildə  araşdırılmamış  bir
məsələyə – folklorda  obrazın  ikiləşməsi  probleminə  həsr  olunub.
Müəllif nağıl, dastan, lətifə və s. janrlara əsaslanıb “ciddi” və komik
yönlü  ikiləşmənin  folklordakı mahiyyətinə,  mifoloji  köklərinə  və
təzahür  formalarına  nəzər  salır,  həmçinin  məsələni  yazıçı  və  folklor
çərçivəsində izləməyə çalışır.
4604000000
655 (07) - 2011
© «Елм» няшриййаты, 2011

3
ÖN SÖZ
Yaxşı-yaman, gözəl-çirkin, ağıllı-axmaq, yuxarı-aşağı, dost-
düşmən,  yaxın-uzaq  və  s.  kimi əksmənalı  sözlərin bu  gün  dildə
çox işlək olması ikitərəfli qarşıdurmanın şüurumuzda dərin iz bu-
raxmasından  xəbər  verir. Şüurumuzda  dərin  iz  buraxan  bir  mə-
sələ isə, heç şübhəsiz, öz ifadəsini folklorda da tapır. Amma ora-
sı da var ki, ikitərəfli qarşıdurmanı folklorda yalnız xeyirlə şərin
mübarizəsi  ideyası ətrafında  izləmək  özünü  doğrultmur.  Çünki
ikitərəfli  qarşıdurma  folklorun  yalnız  ideya istiqamətinin  yox,
həm də obrazlar sisteminin əsaslı mənbələrindən biri kimi ortaya
çıxır.  Bu  mənbədən  qidalanan  folklor  obrazları  xeyir  və şər
qarşıdurmasını müxtəlif və bir çox hallarda isə mürəkkəb forma-
larda əks etdirir. Müxtəlifliyin və mürəkkəbliyin əlamətlərindən
biri eyni obrazın folklorda gah xeyir, gah da şər təmsilçisi kimi
təqdim olunmasıdır. Məsələn, nağıllarda yeraltı dünyaya məxsus
obrazlar  qəhrəmana  qarşı  çıxdığı  kimi,  qəhrəmanın  yardımçısı
da  ola  bilirlər.  Yəni  əksər  hallarda bədxah  qüvvə  kimi  təqdim
olunan  bir  obraz  bəzi  folklor  nümunələrində  xeyirxah  qüvvə
funksiyası daşıyır.
Məsələnin  mürəkkəbliyini  göstərən  əlamətlərdən  biri  də
eyni  folklor  nümunəsində  hər  hansı  bir  obrazın  xeyir  və şər
qütblərini birləşdirməsi, özündə həm müsbət, həm də mənfi cə-
hətləri ehtiva etməsidir. Əgər belədirsə, onda folklor obrazların-
dakı xeyir – şər yerdəyişmələrinə xüsusi diqqət yetirmək lazım
gəlir.
Amma məsələ xeyir – şər yerdəyişmələri ilə də bitmir. Xe-
yiri, yaxud şəri təmsil etməsindən, mənfi, yaxud müsbətliyindən
asılı  olmayaraq,  müxtəlif  obrazların  folklorda  tez-tez  paralellik
yaratmasının şahidi oluruq. Qardaş qardaşla (yaxud bacı ilə), ata
oğulla, qəhrəman köməkçi ilə, ağa nökərlə paralellik yaradır. Bu
cür  paralellik  şəri  təmsil  edən  qüvvələr  arasında  da  müşahidə
edilir. Şəri təmsil edən qüvvələrin öz aralarında paralellik yarat-
masının folklorda ən geniş yayılmış bir nümunəsi böyük qardaş

4
və ortancıl qardaşın (yaxud böyük bacı və ortancıl bacının) eyni
funksiya  daşıması,  vahid  bir  mövqe  nümayiş  etdirməsi,  kiçik
qardaşa (yaxud bacıya) qarşı dayanmasıdır.
Bir-birini  tamamlayan  müsbət  obrazlarda  və  bir-birini  ta-
mamlayan  mənfi  obrazlarda  ikiləşmə  axtarmaq,  bir  obrazı  ona
yaxın olan başqa obrazın “ikinci nüsxəsi” hesab etmək, yəqin ki,
mübahisə doğurmaz. Amma əks qütblərdə dayanan obrazlardan
birini  o birinin  “ikinci nüsxəsi” hesab  etmək  ilk  baxışda  şübhə
doğura bilər. Şübhəni dağıtmağın yolu arxaik qatlara enmək, il-
kin  mənbəni  nəzərə  almaqdır. İlkin  mənbədə  xeyirlə şər  qar-
daşdır. Xeyirlə şər arasında toqquşma məhz iki qardaşın toqquş-
masıdır. Toqquşma hər halda qardaşları qardaşlıqdan çıxarmır və
doğma  adamlar  arasında  baş  verən  toqquşma  olaraq  qalır.  Bu
doğmalıq əsas  verir  ki, əks  qütblərdə  dayanan  tərəflər  arasında
da  ikiləşmə  axtaraq,  mənfi  tərəfi bəzən müsbət  tərəfin “dvoy-
nik”i kimi qiymətləndirək.
Komizm  folklor  mətninin  məzmununda  əsaslı  dəyişiklik
yaradır  və  dəyişiklik,  təbii  ki,  obrazın  ikiləşməsində  də  özünü
göstərir.  Komik  olmayan  folklor  nümunəsində  obrazın  “dvoy-
nik”i  həm  müsbət,  həm  də  mənfi  obrazdan  ibarət  ola  bilirsə,
komik olan folklor mətnində fərqli mənzərə ilə qarşılaşırıq. Baş-
lıca fərq ondadır ki, komik yönlü “dvoynik”ə mənfi  obraz kimi
baxmaq çətinləşir. Komik obraz bir tərəfdən “ciddi” yöndə təq-
dim  edilən  obrazla  paralellik  yaradır,  digər  tərəfdən  isə  daxili
ikiləşmə mahiyyəti qazanır. Komik obrazın daxilində müsbət və
mənfi cəhətlər üz-üzə gəlib vəhdət yaradır.
Ayrı-ayrı  obrazların  paralelliyi  və  eyni  obrazda  müxtəlif
qütblərin vəhdət yaratması folklordan yazılı ədəbiyyata keçir və
yazılı ədəbiyyatda  obrazın  ikiləşməsinin  rəngarəng  nümunələri
ortaya çıxır.

5
“CİDDİ” YÖNDƏ İKİLƏŞMƏ
1. Dəyişən libas, dəyişən ad
Folklorda obrazın ikiləşməsi mahiyyətcə bir obrazın iki ob-
raz  kimi  özünü  göstərməsidirsə,  onda  bu  məsələnin  araşdırıl-
masını, ilk növbədə, libas dəyişmədən başlamaq lazımdır. Çünki
folklorda  libas  dəyişmə,  bildiyimiz  kimi,  özünü  gizlədib  bam-
başqa  şəxs  vücudunda  görünmək,  bambaşqa  ad  altında  tanın-
maqdır. Bu cür başqalaşmanın folklordakı mahiyyətini anlamaq-
da sehrli qüvvələrin dondan-dona, cilddən-cildə girmək möcüzə-
sini nəzərdən keçirmək mühüm əhəmiyyət daşıyır.
Folklordakı cilddən-cildə girmək süjetlərinin ən geniş yayı-
lanlarından biri sehrli don motivi ilə bağlıdır. Bu don, təbii ki,
adi adamlara yox, sehrli qüvvələrə məxsus dondur. Donu ələ ke-
çirməklə nağıl qəhrəmanı sehrli qüvvəyə əsaslı şəkildə təsir gös-
tərə bilir. Yada salın göyərçin donunda ağaca qonan, bir az sonra
gözəl  qızlara  çevrilən  və  paltarını  soyunub  çimməyə  başlayan
pəri  bacıları.  Nağıl  qəhrəmanı  pəri  bacılardan  birinin  paltarını
oğurlamaqla paltar sahibini özündən asılı vəziyyətə sala və pəri
qızının köməyi ilə öz istəyini həyata keçirə bilir (24, 134-40).
Libas dəyişib başqalaşmanın ənənəvi süjetlərindən biri qur-
bağanın  gözəl  qıza  çevrilməsi  əhvalatını əks  etdirir:  Padşahın
böyük oğlu vəzirin qızına, ortancıl oğlu vəkilin qızına alma atdı-
ğı halda, kiçik oğlunun atdığı alma hər dəfəsində gedib bir qur-
bağaya  dəyir.  Kiçik  qardaş “qismətdən  qaçmaq  olmaz” deyib
qurbağa ilə evlənəsi olur. Və çox keçmir ki, qurbağa – gəlin mö-
cüzələr  göstərməyə  başlayır – gəlinlər  içində  ən  gözəl  xalını  o
toxutdurur, ən  gözəl  paltarı  o  tikdirir.  Möcüzənin  ən  böyüyü
geyinib-kecinib əri  ilə  birlikdə  padşah  hüzuruna  getmək  lazım
gələndə baş verir – qurbağa dönüb nazənin bir sənəm olur və öz
gözəlliyi  ilə  həm  ərini,  həm  qayınatasını,  həm  də  qayınları  və
qayın arvadlarını mat qoyur. Sehrli don söhbəti nağılın məhz bu
yerində ortaya çıxır. Gözəl-göyçək arvadının təzədən qurbağaya
dönməsini qətiyyən istəməyən kiçik qardaş böyük qardaşlarının

6
sözü ilə sehrli donu yandırmaq qərarına gəlir. Sehrli donun yan-
dırılması  kiçik  qardaşın  başına  bəlalar  gəlməsinə  səbəb  olur –
qurbağa-gəlin  qeybə  çəkilir,  dəmir  çarıq,  dəmir  əsa  geyib  dün-
yanı dolaşan, yeraltı dünyada qurbağalar səltənətinə gedib çıxan
kiçik  qardaş  istəkli  arvadına  min  bir əzab-əziyyətdən  sonra
qovuşa bilir (32, 217-228).
Əlbəttə,  folklorda  sakral  qüvvələrin  libas  dəyişib  gözəl
qıza çevrilməsi süjetləri ilə  yanaşı, gözəl oğlana çevrilməsi sü-
jetləri də var. Məsələn, belə bir süjet: İlan bir kişinin əvvəl bö-
yük,  sonra  ortancıl,  sonra  da  kiçik  qızına  elçi  düşür.  Qızlardan
kiçik qız ilana ərə getməyə razılıq verir. İlan qızı götürüb dağlar
aşır,  meşələr  keçir,  gəlib  bir  mağaraya  çatır.  Mağaradan  içəri
(yeraltı dünyaya) girir. Qız burada bir kərpici qızıldan, bir kər-
pici gümüşdən olan cah-cəlallı imarət görür. İlan evə girib liba-
sını dəyişir və dönüb gözəl bir oğlan olur. Böyük bacılarının tə-
kidi ilə sehrli libası yandıran kiçik qızın təzədən öz ərinə qovuş-
ması  uzun  yol  keçəndən  və  divlərin  tilsimindən  qurtarandan
sonra mümkün olur (32, 229-236).
Göyərçinin,  qurbağanın  gözəl  qıza,  ilanın  gözəl  oğlana
çevrilməsi bir dondan ikinci bir dona girmək nümunəsidir. Ha-
mıya bəllidir ki, folklorda sehrli varlığın bir yox, iki yox, neçə-
neçə dona girmək nümunələri də vardır. Belə nümunələrə sehrli
nağıllardan nə qədər desən, misal çəkmək olar. Amma bir nağıl-
dan qismən ətraflı bəhs etməyi bu məqamda daha münasib təhlil
variantı  hesab  sayırıq. Ətraflı  bəhs  etmək  istədiyimiz  nağıl
“Oxxay”dır. Folklorşünas H.Seyidovun yazıya alıb nəşr etdirdiyi
bu nağıl donunu, cildini dəyişmək epizodları üzərində qurulub.
Həmin epizodlar hər kəsdən qabaq Oxxayla, onun sehrbazlığı ilə
bağlıdır.  Sudan  baş  qaldırıb  adi  bir  insan  gözünə  görünən  Ox-
xay,  təbii  ki,  yeraltı  dünyanın  sakinidir. Əhməd  adlı  bir  oğlanı
sənət  öyrətmək  adı  ilə  yeraltı  dünyaya  aparan  Oxxayın  bədxah
qüvvə  olduğunu Əhməd  çox  tez  başa  düşür: “Əhməd  gəmiyə
minib,  başlayır  getməyə.  Yeddi  gün,  yeddi  gecə  suyun  üzündə
yol  gedir. Bir də baxıb görür ki, qabağında bir elə divar durub
ki,  dibi  dəryada,  başı  göyün  yeddi  qatında.  Divar  tamam  insan

7
kəlləsindən hörülüb. Əhməd divara yaxınlaşan kimi doxsan doq-
quz yerdən səs gəlir: – Ey cavan, özünə yazığın gəlsin, nə badə
gəmidən düşəsən. Ayağın yerə dəyən kimi, Oxxay səni də bizim
günümüzə salacaq. Bu qalaçanın sirrini bir onun qızından başqa
heç kim bilmir. Çalış o qızdan bu sirri öyrən” (32, 204). Qala-
çanın qırxıncı otağında dustaq olan qızdan sirri öyrənmək, təbii
ki, Əhmədə  qismət  olur.  Çünki  Əhməd,  nağıl  qəhrəmanı  kimi,
gözəlliyi,  ağıl-mərifəti  və  cəsarəti  ilə  qızın  diqqətini  cəlb  edə,
onun rəğbət və məhəbbətini qazana bilir. İçərisində hər nə varsa,
qara  rəngdə – ölüm  rəngində  olan  qırxıncı  otaqda  qız Əhmədə
qalanın sirrini belə açır: “Qalaçanın qabağındakı bu baxçaya qır-
mızı  baxça  deyirlər.  Burada  nə  əksən,  hamısı  qırmızı  rəngdə
çıxar. Atam bu baxçada o qədər baş kəsib ki, ağaclar, otlar, çi-
çəklər su əvəzinə qan içib. Odur ki, burada hər nə bitsə, qırmızı
rəngdə olur.
Qalaçanın  o  biri  tərəfinə  keçib  vəhşi  heyvanları  görürlər.
Qız deyir: – Əhməd, bu gördüyün cürbəcür heyvanların hamısı
vaxtilə insan idilər. Atam bunları tilsimləyib. Hərəsini bir hey-
vanın şəklinə salıb…
Axırda onlar gəlib, dəryanın qırağında dayanırlar, qız yenə
deyir: – Bu dərya günahsız ölənlərin göz yaşlarından əmələ gəlib
(32,  206).  Qız  sehrli  qalaçada  nələr  baş  verdiyini  söyləməklə
kifayətlənmir, həm də Oxxayın əlindən yaxa qurtarmağın yolunu
göstərir: “Oxxay adamları gətirib əvvəlcə oxudur. Gündə onlara
bir  tilsim  öyrədir.  Aradan  doxsan  doqquz  gün  keçəndən  sonra
onları imtahan eləyir. Yaxşı bilənləri öldürür. Korazehinləri qur-
da,  quşa,  heyvana  döndərir.  Heç  nə  bilməyənləri  buraxır.  İndi
sən atam öyrətdiyi tilsimlərin hamısını yaxşı öyrən. Amma im-
tahan eləyəndə hər nə soruşsa, denən bilmirəm. Ancaq bu yolla
onun əlindən  qurtara  bilərsən” (32,  206). “Heç  nə  bilmirəm”
deyib, Oxxayın razılığı ilə sehrli qalaçadan xilas olan, at cildinə
girib atasına pul qazandıran Əhməd əvvəl-axır Oxxayla yenidən
qarşılaşmalı  olur  və  dondan-dona  girmək  epizodlarının  silsiləsi
məhz bu qarşılaşmada başlanır. Əhməd sehr oxuyub bir dəli cey-
ran  olur,  başlayır  meşələrlə,  dağlarla  qaçmağa.  Oxxay  da  sehr

8
oxuyub,  dönüb  mahir  bir  ovçu  olur; əlində  ox-yay  düşür  cey-
ranın dalınca. Ovçu ceyrana çataçatda ikən Əhməd bir qızıl balıq
olub  özünü  dəryaya  vurur.  Bunu  görən  Oxxay  bir  qoca  torçu
olub,  bu  balığı tutmağa  çalışır.  Tora  düşəcəyini  görən  Əhməd
qoz  ağacı  olub  bağın  bir  küncündə  bitir.  Oxxay  dərhal  bir  ala
qarğa  olub  ağacdan  qozaları  daşımağa  başlayır. “Əhməd  görür
ki, Oxxay yenə ondan əl çəkmir, dönüb bir qızıl alma olur, girib
sandıqda gizlənir. Oxxay iyləyib, iyləyib Əhmədin  yerini tapır,
sandığı  açır. Əhməd  tez  dönüb  bir  alacəhrə  olur.  Oxxay  da  bir
çalağan  olub  başlayır  onu  qovmağa. Əhməd  qaçır,  Oxxay  qo-
vur… Gəlib  bir şəhərin  üstünə  çatırlar.  Həmin şəhərin  padşahı
öz  arvadı  ilə  yasəmən  bağında oturmuşmuş.  Oxxay Əhmədi
qova-qova gəlib bu baxçanın üstünə çatır. Əhməd tez bir dəstə
qızılgül olub düşür padşahın arvadının qucağına. Oxxay işi belə
görəndə  bir  dərviş  olub  başlayır  padşahın  yanında  oxumağa.
Oxxay avazla oxuyur, adamı valeh eləyir. Dərviş oxuyub qurta-
randan sonra padşah ona hər nə verirsə almır,  deyir: – Padşah,
indi ki mənə yaxşılıq etmək istəyirsən, elə o arvadının qucağın-
dakı bir dəstə gülü versən, kifayətdir…
Padşah  gülü  vermək  istəyir.  Əhməd  işi  belə  görəndə  bir
vird oxuyub, bir ovuc darı olub  yerə tökülür. O saat dərviş bir
cücəli toyuq olub, başlayır darıları dənləməyə. Oxxay darını ye-
yib  qurtarır.  Arxayın  olur  ki,  daha Əhməd  öldü.  Demə  darının
bir  dənəsi  padşahın  ayağının  altında  qalıbmış. Əhməd  tez  bir
çaqqal  şəklinə  düşüb,  toyuğu  da,  cücələri  də  boğub  öldürür.
Oxxayı cəhənnəmə vasil eləyir” (32, 208-209).
Təqdirəlayiq  haldır  ki,  H.Seyidov  bu  nağılın  1926-cı  ildə
“Azərbaycanı  öyrənmə  yolu” məcmuəsinin  ikinci  nömrəsində
çap  edilmiş  bir  variantını  da  oxucuya  xatırlatmağı  vacib  bilir.
H.Seyidovun  xatırlatmalarından  nağılın  1926-cı  il  variantında
müsbət qəhrəmanın Əhməd yox, Qouz adlanması, həmçinin Qo-
uzla Oxxayın nəzmlə deyişməsi barədə məlumat əldə edirik. Dü-
şünürük ki, “Qouz” başqa bir şey yox, “Oğuz”dur və Gəncəba-
sardan toplanmış folklor nümunəsində bu adın işlənməsi təbiidir.
Çünki  bu  bölgədə  Oğuzla  bağlı  rəvayətlərin  yayıldığı  folklor-

9
şünaslığımıza çoxdan bəllidir. Həmin rəvayətlərdə oğuzlar boy-
buxunca indiki adamlardan seçilən nəhəng adamlar kimi təqdim
olunur. Oğuzların nəhəng adamlar olması haqda təsəvvürün ifa-
dəsidir  ki,  bu  gün  Gəncəbasarda,  xüsusən  Gədəbəy-Daşkəsən
tərəflərdə “Uğuz  (Oguz)  ölüsü” ifadəsini  işlədir,  bir şəxsin
yekəpərliyini,  uzundrazlığını  bildirmək  üçün  onu bəzən “Uğuz
(Oguz) ölüsü” adlandırırlar.
“Oxxay” nağılının göstərilən variantında müsbət qəhrəma-
nın “Qouz” (“Oğuz”)  adlanması  rəvayətlərdə  oğuzların  nəhəng
adamlar kimi təqdim olunması ilə, söz  yox ki, səsləşir. Məsələ
burasındadır ki, xalq öz qəhrəmanını yenilməz görmək və sehrli
nağılda  bu  yenilməzliyi  ifadə  etmək  istəyir.  Xalq  qəhrəmana
“Qouz” (“Oğuz”)  adı  verməklə  onun  qeyri-adi  fiziki  gücünə
işarə etmiş olur. Amma yenilməzlik üçün fiziki gücün yetərli ol-
madığını nəzərə alan xalq öz qəhrəmanını həm də sehrli aləmlə
əlaqələndirmək  istəyir  və  Oxxay  əhvalatı  bu  istəkdən  doğulur.
Yeraltı dünyanın nümayəndəsi olan Oxxaydan Qouzun öyrəndi-
yi ən başlıca sehr məhz dondan-dona, cilddən-cildə girmək seh-
ridir.  Dondan-dona  girmək  nağılda  o  qədər  əsaslı  yer  tutur  ki,
nağılın 1926-cı ildə nəşr olunmuş variantında libas dəyişmə Qo-
uzla Oxxay arasındakı deyişmənin başlıca mövzusuna çevrilir:
Qouz
Sən qılıcı ələ alıb
Məni öldürməli olsan,
Mən bir dəli ceyran olub
Düzlərə qaçsam, neynərsən.
Oxxay
Sən bir dəli ceyran olub
Düzlərə qaçmalı olsan,
Mən bir mahir ovçu olub
Ceyranı vursam, neynərsən.

10
Qouz
Sən bir mahir ovçu olub
Ceyranı vurmalı olsan,
Mən bir qızıl balıq olub
Dənizə getsəm, neynərsən.
Oxxay
Sən bir qızıl balıq olub
Dənizə getməli olsan,
Mən bir qoca torçu olub
Balığı tutsam, neynərsən. (32, 278)
Bundan sonrakı bəndlərdə Qouzun “dəli əsgər” olub Salya-
na qaçmasından, Oxxayın “cavan zabit” olub onu tutmasından;
Qouzun qoz ağacı olub bağlarda bitməsindən, Oxxayın ala qarğa
olub qoz ağacının meyvəsini dimdiyində daşımasından söhbət
açılır və deyişmə belə tamamlanır:
Qouz
Sən bir ala qarğa olub
Qozumu daşımalı olsan,
Mən bir qızıl alma olub
Sandığa girsəm, neynərsən.
Oxxay
Sən bir qızıl alma olub
Sandığa girməli olsan,
Mən bir paslı açar olub
Göylərə uçsam, neynərsən. (32, 279)
Belə deyişmə əsasında ayrıca xalq mahnısının yaranması
da göstərir ki, libasını dəyişib dondan-dona, cilddən-cildə gir-
mək məsələsi xalq təsəvvüründə dərin iz buraxmış bir məsələdir
və bu məsələnin arxaik qatlarına enmədən ötüşmək mümkün
deyil.

11
Özünü gizlədib başqa dona girməyin ən arxaik mənası
qəhrəmanın dəyişib o dünya sakinlərinin görkəminə uyğun bir
görkəm alması inamı ilə bağlıdır. O dünya sərhədinə çatan qəh-
rəman o dünyanın eybəcər sakinlərinin görkəmini qəbul edir ki,
təhlükədən qoruna bilsin. Zahiri görünüşün, o cümlədən geyimin
magik gücünə inam xalq arasında bu gün də yaşamaqdadır.
Məsələn, belə bir inam var ki, uşağa köhnə par-paltar, cır-cındır
geyindirsən, o, şərdən uzaq olar. Çünki cır-cındır geydirdiyin
uşağı eybəcər şəklə salıb, onu şər qüvvələrin oxşarına çevirirsən.
Bununla şər qüvvələr uşağı özününkü hesab edir və ona zərər
toxundurmur. Paltarın, ümumiyyətlə, zahiri görkəmin bu cür
kimlik göstəricisi olması folklorda çox geniş yayılıb. O dünyaya
məxsus qeyri-adi varlıqlar kimi, bu dünyanın da adamları folklor
mətnində qəhrəmanı, hər şeydən qabaq, əyin-başına görə tanı-
yırlar. Qız, oğlan libası geydimi, hər yerdə oğlan kimi qarşılanır.
Dərviş libası geymiş adamın padşah oğlu olduğunu heç kim
ağlına gətirmir. Qəhrəman, çoban paltarı geycək çoban kimi qə-
bul edilir. Başına qoyun dərisi keçirən qızıl saçlı şahzadəni hamı
keçəl kimi tanımağa başlayır. Özgə libasına bürünüb öz görkə-
mini gizlətməklə folklor qəhrəmanı o dünyaya məxsus varlıq-
lardan qorunduğu kimi, bu dünyadakı düşmənlərindən də qoruna
bilir. Diqqət yetirdikdə aydın olur ki, folklor qəhrəmanının hiylə
işlədib büründüyü libaslar içərisində kələkbazlığın birbaşa sim-
voluna çevrilən libas daha çox keçəllikdir. “Keçəl” dedikdə
istər-istəməz hər birimizin təsəvvüründə hiyləgər adam obrazı
canlanır. Bunun ən başlıca səbəblərindən biri keçəl obrazının
genezisində digər mifoloji obrazlarla yanaşı, demonik varlıqların
da iştirak etməsidir. Öz mənşəyini başqa mifoloji obrazlarla ya-
naşı, həm də demonik varlıqlardan götürməsi hiyləgərliyi keçə-
lin ayrılmaz xüsusiyyətinə çevirir. Bu xüsusiyyəti “Koroğlunun
Toqat səfəri”ndə də aydın görmək olur. Koroğlu ilə qarşılaşdığı
ilk epizodda boy-buxununa, qol-biləyinə, kəl buynuzu kimi
“deşərəm ha, deşərəm” deyən qara bığlarına, tərlan gözü kimi
oyur-oyur oynayan gözlərinə, adamı vahiməyə salan qılıncına
baxan kimi qarşısındakının başqa birisi yox, Koroğlu olduğunu

12
Keçəl Həmzə dərhal başa düşür və hiylə niqabını üzünə çəkir.
Həmzə yazıq adam donuna girib, yağlı dilini işə salır, bıldır-
bıldır göz yaşı töküb, Koroğlunun ayaqlarına düşür. Onun mər-
həmətini qazanandan, saqqızını oğurlayıb Çənlibelə qədəm qo-
yandan sonra Keçəl Həmzə özünü son dərəcə üzüyola və zirək
bir buyruq qulu kimi göstərib, dəlilərin və xanımların da az-çox
hörmətini qazana bilir. Özünü Koroğluya ilxıçı kimi təqdim
edən və ilxıçı rolunu məharətlə oynayıb Düratı qaçırmağa nail
olan Keçəl Həmzə sözün hərfi və məcazi mənasında dəyirmançı
donuna da girib Koroğlunu növbəti dəfə aldadır və Qıratı ələ
keçirir.
Koroğlunun hiyləgərliyinə gəlincə, qeyd edilməlidir ki,
hərfi və məcazi mənada libas dəyişmək Koroğlunun da təsadüfi
yox, dastan boyu müşahidə edilən bir cəhətidir. Dastanın
V.Xuluflu nəşrində Koroğlu belə səciyyələndirilir: “Koroğlu
iyit, qoçaq... olmaqla barabar, həm də çox ağıllı və fəndgir bir
adam imiş. Qılınc ilə iş aşmayan zaman söz ilə və ya paltarlarını
dəyişib, el aşığı sifətinə düşməklə və qeyri cür donlara girməklə
həmişə qalib gələrmiş” (97, 22). V.Xuluflu nəşrində bu cür xü-
susi qeyd edilən libas dəyişib, hiylə işlətmək Koroğlunu digər
dastanlarımızdakı baş qəhrəmanlardan fərqləndirən bir cəhət ol-
sa da, bu cəhətin heç bir epos ənənəsinə söykənmədiyini iddia
etmək fikrində deyilik. Yada salırıq ki, “Dədə Qorqud” epo-
sunda – Beyrəyin əsirlikdən qayıtmasının təsvirində məşhur bir
libas dəyişmə əhvalatı var. Həmin əhvalatda da libas kimliyin
bir göstəricisidir. On altı il əsirlikdə qalıb sir-sifətcə dəyişən
Beyrəyi bacıları tanıya bilmirlər. Elə ki Beyrək on altı il əvvəlki
paltarını geyməli olur, onda bacıları duyuq düşürlər, naməlum
adamın Beyrək olduğunu güman etməyə başlayırlar. O məqamda
özünün tanınmasını istəmədiyindən Beyrək on altı il əvvəlki
paltarını təzədən soyunmalı, dəvə çulunun ortasını deşib boy-
nuna keçirməli və əlinə bir qopuz alıb dəli ozan donuna girməli
olur. Ağlagəlməz hərəkətlərə yol verməsi, yəni qazanları böyrü
üstə aşırıb yeməyi yerə tökməsi, zurnaçıları, nağaraçıları toydan
qovması, kimini döyüb, kiminin də başını yarması Beyrəyin

13
“dəliliy”inə bir sübut olur. Bu cür dəlilik donuna girməklə Bey-
rək, axır ki, öz məqsədinə çatır: qızlar, gəlinlər oturan məclisə
gedib sevgilisi Banıçiçəklə kəlmə kəsə və özünü ona nişan verə
bilir.
Özünün tanınmasını istəmədiyi məqamlarda Koroğlunun
da ən çox aşıq libası geydiyinin şahidi oluruq. Qıratın dalınca
Toqata yollanarkən, eləcə də Ərzurum, Bağdad və Qarsa səfər
edərkən Koroğlu özünü məhz aşıq kimi qələmə verir. Aşıq Ko-
roğlunun paşa qabağında ən böyük çətinliyi Koroğlu barədə su-
ala münasib cavab verməklə bağlıdır. Koroğlu öz kimliyini açıq
şəkildə də bildirə bilər və biz bunun dönə-dönə şahidi olmuşuq.
Dəfələrlə görmüşük ki, özünü birbaşa nişan verən Koroğlu düş-
mənin qabağında tək dayanmağa hazır olduğunu bildirir. Aşıq
Koroğlu isə özünü əlbəəl tanıda bilməz. Çünki onun bədii funk-
siyası bambaşqadır. Aşıq Koroğlunun funksiyası özünü gizlət-
mək, qoç Koroğlunun döyüşdə göstərdiyi məharətin heç olmasa
yarısını hiyləgərlikdə nümayiş etdirməkdir. Odur ki, Aslan pa-
şanın verdiyi: “Koroğlunun sözlərindən bilirsənmi?” – sualına
Koroğlu məharətlə: “Koroğlu nə adamdı ki, onun sözü belə məc-
lisdə oxuna?!” – cavabını verir. Sonra paşanın sifarişi ilə Ko-
roğludan söz oxumaq lazım gələndə rol dəyişir. Bu dəfə artıq
aşıq Koroğlu qoç Koroğlunun rolunda çıxış etməli olur:
Koroğlu içəndə düşmən qanını,
Mərd meydanda nərəsindən tanını,
Qırın vəzirini, tutun xanını,
Leş leşin üstünə qalanmaq gərək! (95, 104)
Aşıq Koroğlunun qoç Koroğlu rolunda çıxış etməsi, söz
yox ki, daha təbii alındığından Aslan paşa: “Sağ ol, aşıq! Lap
Koroğlu kimi oxuyursan”, – deyir (95,  104). Koroğlu özünün
məclis aparan bir aşıq olduğuna Hasan paşanı lap çox inandıra
bilir. Paşa: “Koroğlunu tanıyırsanmı?” – sualını vercək Koroğlu
Qıratla bağlı yarıuydurma, yarıciddi bir əhvalat danışmağa baş-
layır. Əhvalatın məzmunu bundan ibarətdir ki, bir gün Qıratın

14
dəliliyi tutur. Bu aşığı götürüb Çənlibelə aparırlar. Aşıq üç gün,
üç gecə çalıb-oxuyandan sonra Qırat sağalır və “kəlpeysər” Ko-
roğlu da çalıb-oxumağı o vaxt bu aşıqdan öyrənir. Bu əhvalatı
danışarkən Koroğlu bir yandan özünü aşıq kimi tanıdıb, paşanı
tam arxayın salırsa, o biri yandan da oğurlanıb Toqata gətirilmiş
Qıratın yanına getməyə bir zəmin yaradır.
Dastanda Koroğlunun libas dəyişməyi heç də aşıq libası ilə
bitmir. Toqat, Ərzurum, Bağdad və Qars səfərlərində aşıq palta-
rında gördüyümüz Koroğlunu İstanbul səfərində çavuş libasında,
Naxçıvan və Təkə-Türkman səfərlərində çodar libasında, “Dü-
ratın itməsi” qolunda ilxıçı libasında, “Koroğlu ilə Bolu bəy”
qolunda qoruqçu libasında, Paris nüsxəsindəki Qars səfərində
falçı libasında görürük. Dastanın V.Xuluflu nəşrində Koroğlu-
nun hətta dilənçi libası da geydiyinə işarə edilir. Aşıq, çavuş,
çodar, falçı, ilxıçı, qoruqçu... libaslarında Koroğlunu tanımaq
çox çətindir. Tanınanda da (“Koroğlu ilə Bolu bəy” qolundakı
kimi) Koroğlu olduğunu onun boynuna qoymaq müşkül məsələ-
dir: ən ağır işgəncələr Koroğlunu sındıra bilmir və o, kefini poz-
madan: “heç belə də Koroğlu olar?” – deyib (95, 206) kim oldu-
ğunu danır və düşməni çıxılmaz vəziyyətə salır. Libas dəyişmə
eposda o qədər geniş yer tutur ki, bu cəhət Koroğlu ilə yanaşı,
onun dəlilərində və başqa dostlarında da müşahidə olunur.
“Məhbub xanımın Çənlibelə gəlməyi”ndə Bəlli Əhməd aşıq
libası, “Koroğlunun Ərzurum səfəri”ndə Telli xanım pəhləvan li-
bası, “Mərcan xanımın Çənlibelə gəlməyi”ndə Mərcan xanıma
qovuşmaq və Koroğlunun dəlilərini dardan xilas etmək istəyən
Kankanoğlu dilənçi libası geyinir. Maraqlıdır ki, dastanda Ko-
roğlunun bütövlükdə qoşununun libas dəyişdirib dondan-dona
girməsi faktı ilə də qarşılaşırıq. Düşmən üzərinə yürüş edən Ko-
roğlu qoşunu, bəzən yaraq-yasaq üstündən adi paltar geyir ki,
düşmən onu (yəni qoşunu) tanıya bilməsin (96, 128).
Təhlükə məqamında dondan-dona girmək Qırata da məx-
sus bir xüsusiyyətdir və burada təəccüblü bir şey yoxdur. Məlum
məsələdir ki, o dünya sərhədinə çatanda, yaxud sosial düşmənin
məskəninə qədəm qoyanda qəhrəmanın özü ilə bərabər atının da

15
zahiri görkəminin dəyişməsi ümumtürk folklorunun ənənəvi mo-
tivlərindəndir. “Akbi” adlı altay nağılında, “Kan-Şentey” adlı
qazax nağılında təhlükəli məkana çatan qəhrəmanın özü keçələ
çevrildiyi kimi, onun atı da eybəcər bir dayçaya çevrilir (199,
269; 199, 278). Altay eposu "Maaday Qara"da qəhrəmanın qar-
tala, atının isə qurda çevrilməsi epizoduna rast gəlirik (230, 82).
Koroğlu ilə bərabər Qıratın da görkəmcə dəyişməsi faktı dasta-
nın Axısqa türklərindən toplanan və V.Xuluflu nəşrinə daxil edi-
lən bir qolunda belə təsvir edilir: “Gəlin xəbəri nerdən verəyim –
Koroğlunun və atının hünərlərindən. Koroğlu bəzi zamanlarda
Çamlıbeldən qalxıb təbdili-libas ilə siyahətə gedərmiş və bu
siyahət zamanında bəzi yerlərdə kəndisi dilənçi libasına, dilənçi
qiyafəsinə girərmiş. Atı da haman qulaq töküb dilənçi atı kimi
olurmuş” (97,  132). Yad bir yerə qədəm qoyarkən Qıratın öz
görkəmini dəyişməsi, tez-tez təkrar olunan bir əlamət kimi,
dastanın Paris nüsxəsində də qeydə alınıb. Həmin nüsxənin dör-
düncü məclisində deyilir: “Qıratın bir xasiyyəti var idi. Bir şə-
hərə, yaxud bir kəndə çatanda qulaqlarını eşşək qulağı kimi
sallayar, tüklərini ürpəşdirib quyruğunu yelləyərdi” (96, 51). Qı-
ratın yad yerdə öz cildini dəyişməsi dastanın əsas nəşri sayılan
M.H.Təhmasib nəşrində də qorunub saxlanılıb. Bu nəşrin “Dur-
na teli” qolunda düşmən əlinə keçən Qırat qulaqlarını sallayıb,
quyruğunu qısıb, gözünün birini yumub, axsaya-axsaya yeriyib
özünü tanınmaz şəklə salır və onu şilxor yabı bilib adi bir qo-
ruqçuya verirlər (95, 97). “Həmzənin Qıratı aparması” qolunda
Qıratın özünü dəliliyə vurmasının da arxasında, bizcə, bir az hiy-
ləgərlik məzmunu gizlənir. Dastançı bu yerdə Qıratın özünü ax-
saqlığa vurub şilxor yabı kimi göstərməsindən danışa bilməzdi.
Ona görə ki, Qıratın  Qırat  olduğu  Hasan  paşaya  artıq  bəlli idi.
Aşıq  libasında  Toqata  gəlmiş  Koroğlunu  Hasan  paşanın  tövlə-
sinə salınmış Qıratla görüşdürmək üçün dastançıya tamam başqa
süjet  variantı  lazım  idi. Belə  bir  süjet  variantı  məhz  Qıratın
dəlilik etməsi və bu dəliliyə sazla, sözlə çarə qılacaq aşıq – Ko-
roğlunun Qırat saxlanan yerə aparılması ola bilərdi. Beyrək özü-
nü dəliliyə vurub Banıçiçəyin məclisinə vara bildiyi kimi, Qırat

16
da dəlilik etməklə Koroğlunun aşıq libasında onun yanına bura-
xılmasına bir şərait yaratmış olur.
Libas  dəyişib  başqalaşma  folklorda  “ciddi”  yöndə  təqdim
edildiyi kimi, komik yöndə də təqdim edilə bilər. Libas dəyişmə-
nin  komik  yöndə  təqdim  olunmasına  ayrıca  toxunmadığımıza
görə burada elə folklor nümunələrini təhlilə cəlb etdik ki, həmin
nümunələrin bəziləri (məsələn, Beyrəyin, Koroğlunun libas də-
yişməsinə  aid  epizodlar)  az-çox  gülməli  məzmun  daşısın  və
müəyyən qədər komik yönlü ikiləşməni də əhatə etmiş olsun.

17


Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə