AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 7,17 Mb.
Pdf görüntüsü
səhifə1/30
tarix01.08.2017
ölçüsü7,17 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   30

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU 

 

 

 

RÖFƏT QULİYEV 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI – 2015

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ 

TARİXİNDƏ GÖMRÜK İŞİ 

AZƏRBAYCAN RESPUBLİKASINDA 

GÖMRÜK SİSTEMİNİN İNKİŞAFI 

(1991-2014) 

 

 

 

 

“...Azərbaycanın müstəqilliyini qorumaq və onu inkişaf 

etdirmək yalnız bütün istiqamətlərdə görülən tədbirlər nəticəsində 

mümkün ola bilər. Bu istiqamətlərdən biri də gömrük xidməti 

işinin yüksək səviyyədə təşkilidir...” 

 

HEYDƏR  ƏLİYEV  



Ümummilli lider  

 


 

 

 

 

 

 

 

 

 

 

 

“Azərbaycan Respublikasının gömrük sistemi xalqımızın 

Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilən siyasətə 

uyğun olaraq formalaşmış  və inkişaf edərək dövlət müstəqilliyinin 

əsas atributlarından biri olan çoxfunksiyalı sistemə çevrilmişdir” 

 

 

İLHAM  ƏLİYEV  

Azərbaycan Respublikasının Prezidenti  

 

 “Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci 

illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi 

haqqında 1 fevral 2007-ci il tarixli Sərəncamından

 

 



Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına  

Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çap olunur 

 

Elmi redaktor: 



İsmayıl Hacıyev,  Azərbaycan Respublikası 

Milli Məclisinin üzvü, AMEA-nın həqiqi 

üzvü, tarix üzrə elmlər doktoru, professor 

 

Rəyçilər: Amil 

Məhərrəmov,  Bakı Dövlət Universi-

tetinin “İqtisadiyyat və idarəetmə” kafed-

rasının müdiri, iqtisad elmləri doktoru, 

professor 



 

Cəbi Bəhramov, AMEA Tarix İnstitutunun 

elmi işlər üzrə direktor müavini, t.ü.f.d. 

 

 

Kitabda 1991-ci il oktyabrın 18-də müstəqilliyinə qovuşan Azərbaycan 



Respublikasının dövlət idarəçiliyinin ayrılmaz tərkib hissəsi olan gömrük xidmə-

tinin təşkili və formalaşması  mərhələləri araşdırılır. Ulu öndər Heydər  Əliyevin 

rəhbərliyi və tövsiyələri əsasında dövlətinin gömrük siyasətinin iqtisadi, təşkilati və 

hüquqi mexanizmləri işlənilib-hazırlandı. Azərbaycan Respublikasının Prezidenti 

İlham Əliyevin gündəlik qayğısı ilə milli gömrük sistemi daha da təkmilləşdirildi, 

iqtisadi təhlükəsizliyimizin qorunmasında rolu və  əhəmiyyəti daha da artırıldı. 

Kitabda həmçinin ölkənin iqtisadi-ticarət  əlaqələrinin ildən-ilə genişlənməsi kon-

tekstində gömrük nəzarətinin iqtisadi nəticələrinin yüksəlməsi, qaçaqmalçılıq və 

gömrük qaydalarının pozulmasına qarşı mübarizə  işinin səmərəsinin artması, 

gömrük işi sahəsində qabaqcıl ölkələrin təcrübəsinin öyrənilərək tətbiq edilməsi 

kimi məsələlər təhlil olunur.  

Kitab milli iqtisadiyyatın və gömrük tarixinin tədqiqi və  tədrisi ilə  məşğul 

olan elmi işçilər, müəllimlər, həmçinin “İqtisadiyyat” və “Gömrük işi” ixtisası üzrə 

təhsil alan tələbələr və milli gömrük tariximizi öyrənən oxucular üçün faydalı ola 

bilər. 

 

 

ISBN 978-9952-8212-9-1 

 

 

© Röfət Quliyev, 2015



Quliyev R.Ə. Azərbaycan dövlətçiliyi tarixində gömrük işi (Azər-

baycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014).  

Bakı, Turxan NPB, 2015. – 448 səh. 



 

5

Mündəricat 



 

 

GİRİŞ  ......................................................................................................... 7 

 

I FƏSİL. AZƏRBAYCAN RESPUBLİKASINDA 

MİLLİ GÖMRÜK İDARƏÇİLİYİNİN 

TƏŞKİLİ ............................................................................... 17 

1.1. Müstəqilliyin ilk illərində xarici iqtisadi-

ticarət əlaqələrində gerilik...................................................... 17 

1.2. Gömrük quruculuğu sahəsində problemlərin 

aradan qaldırılması................................................................. 27 

1.3. Naxçıvan Muxtar Respublikasında 

gömrük işinin inkişafı ............................................................ 54 

 

II FƏSİL.   AZƏRBAYCAN RESPUBLİKASINDA 

GÖMRÜK İŞİNİN HÜQUQİ ƏSASLARININ 

YARADILMASI  .................................................................. 67 

2.1.  Milli gömrük qanunvericiliyinin formalaşması ..................... 67 

2.2. Gömrük işinin hüquqi-normativ sənədlərinin 

hazırlanmasında Dövlət Gömrük Komitəsinin rolu............. 101 



 

III FƏSİL.  AZƏRBAYCAN RESPUBLİKASININ 

GÖMRÜK SİYASƏTİ: ƏSAS PRİORİTETLƏR ........... 113 

3.1. Gömrük sisteminin milli maraqlar əsasında 

qurulması. Gömrük siyasətinin məqsədləri   ........................ 113 

3.2. Gömrük nəzarətinin iqtisadi göstəricilərinin 

artırılması ............................................................................. 127 

3.3. Azərbaycanın yaxın və uzaq ölkələrlə iqtisadi-

ticarət əlaqələri (1993-2003-cü illər).................................... 159 

3.4. Gömrük siyasəti davamlı iqtisadi inkişaf 

şəraitində .............................................................................. 184 

 

IV FƏSİL.   GÖMRÜK XİDMƏTİNİN HÜQUQ-

MÜHAFİZƏ FƏALİYYƏTİ.............................................. 198 

4.1. Gömrük xidməti ölkənin iqtisadi 

təhlükəsizliyinin keşiyində   ................................................. 198 

4.2. Maddi və mənəvi sərvətlərin mühafizəsi ............................. 221 



 

 

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

6



V FƏSİL      MİLLİ GÖMRÜK SİSTEMİ YENİ İNKİŞAF   

MƏRHƏLƏSİNDƏ ............................................................232 

5.1. Gömrük işinin inkişafında beynəlxalq gömrük 

əməkdaşlığının əhəmiyyətinin artması ................................ 232 

5.2. Gömrük xidmətinin kadr potensialı  və maddi-

texniki resurslarının gücləndirilməsi. 2007-2011-ci 

illərdə gömrük sisteminin inkişafına dair Dövlət 

Proqramının həyata keçirilməsi .......................................... 281 

 

NƏTİCƏ....................................................................................................311 

 

İSTİFADƏ EDİLMİŞ MƏNBƏLƏR VƏ 

ƏDƏBİYYAT............................................................................................325 

 

AZƏRBAYCAN  RESPUBLİKASININ  GÖMRÜK 

TARİXİNİN XRONOLOGİYASI ......................................................... 338 

 

MİLLİ GÖMRÜK TARİXİ XARİCİ ELMİ 

MƏTBUATDA ......................................................................................... 371 


Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

7



 

 

 

 

 

GİRİŞ 

 

Azərbaycan  Şərqlə  Qərb,  Şimalla Cənub arasında iqtisadi-ticarət və 

mədəni  əlaqələrin yaranmasında mühüm rol oynayan tarixi İpək yolu 

üzərində  yerləşdiyinə  görə   qədim zamanlardan bu  ərazidə gömrük 

məntəqələri və digər xidmətlər (sərhəd mühafizəsi, sanitar-karantin, nəqliy-

yat, rabitə  və s.) fəaliyyət göstərmişdir. Bu səbəbdən də, Azərbaycanda 

gömrük xidmətinin çoxəsrlik zəngin bir tarixi vardır. Gömrük tarix boyu 

dövlətlərarası ticarət münasibətlərində malların sərhəddən nəqlinə  nəzarət 

funksiyalarını yerinə yetirmişdir. Dövlət idxal-ixrac tariflərinin köməyi ilə 

daxili istehsalın rəqabət qabiliyyətini qorumuşdur.  

XX yüzilliyin son onilliyində xalqımızın müstəqil yaşayıb yaratmaq 

arzusu sovet imperiyasının süquta uğraması  nəticəsində bir daha gerçək-

ləşdi. Milli gömrük sisteminin yaradılması  və  fəaliyyəti ilk növbədə ölkə-

mizin müstəqillik  əldə etməsi ilə bağlıdır. 1991-ci il oktyabrın 18-də 

Müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə dövlət 

suverenliyimiz hüquqi status aldı. Sovetlər Birliyinin dağılması ilə müstə-

qillik  əldə edən respublikalar iqtisadiyyatlarını milli maraqlar əsasında 

qurmaq fürsəti  əldə etdilər. Dövlət quruculuğu sahəsində  təxirəsalınmaz 

vəzifələrdən biri də  səmərəli xarici iqtisadi fəaliyyət və idxal-ixrac 

əməliyyatlarına dövlət nəzarət sisteminin yaradılması idi. Milli gömrük 

xidmətinin yaradılması bütün kəskinliyi ilə qarşıda dururdu. Lakin müstəqil-

liyin ilk illərində baş verən hakimiyyət dəyişiklikləri, iqtisadi tənəzzül və 

inflyasiya görünməmiş miqyas aldı.  Əhalinin həyat səviyyəsi aşağı düşdü. 

Azərbaycanın dövlət suverenliyi təhlükə altında idi. Ölkə daxilindəki qeyri-

sabitlik gömrük xidmətinin işinin təşkilinə  də  mənfi təsir edir, gömrük 

məntəqələrinin texniki resursları və köhnəlmiş hüquqi-normativ baza günün 

tələblərinə cavab vermirdi.  

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra öz iqtisadiy-

yatını bazar iqtisadiyyatı istiqamətində qurmağa başladı. Ölkə xarici 


Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

8



ticarətdə dövlət inhisarından imtina etdi və idxal-ixrac əməliyyatlarının 

liberallaşdırılması yolunu seçdi. Hazırda Azərbaycan Respublikasında 

dünyanın  ən mükəmməl resurslara və kadr potensialına malik gömrük 

sistemi fəaliyyət göstərir. Fəxrlə qeyd etmək olar ki, bu sistem müasir 

Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin gərgin əməyi 

və qayğısı ilə yaradılmışdır.  

Xalqımızın Ümummilli lideri Heydər  Əliyevin layiqli davamçısı, 

Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev milli gömrük xidmə-

tinin qabaqcıl  ənənələrinin qorunub saxlanılması  və daha da təkmilləş-

dirilməsini daim diqqət mərkəzində saxlayır. Neft strategiyasının uğurla 

davam etdirilməsi, Böyük İpək Yolunun bərpası, ölkəyə güclü investisiya 

axını kimi amillər gömrük xidmətinin fəaliyyət dairəsini daha da geniş-

ləndirmişdir.  

Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatlar 

ölkənin güclənməsi, daha da inkişaf etməsi üçün müstəsna dərəcədə 

əhəmiyyət kəsb edir, Son dərəcə  əlverişli geopolitik məkanda yerləşən 

ölkəmizdə müxtəlif güc mərkəzlərinin maraqları toqquşur. Ölkənin milli 

maraqlarının qorunması isə vacib şərtlərdən biridir. Bunun üçün Azərbay-

cana güclü gömrük xidməti lazımdır. Dövlətin gömrük siyasətinin  əsasını 

gömrük işi, onun qanunları, inkişaf qanunauyğunluqları  və meylləri təşkil 

edir ki, bütün bunlar daxili bazarda malların reallaşdırılması zamanı 

insanların ünsiyyətində  təzahür edir. Gömrük işi hər bir dövlətin iqtisadi 

siyasətinin ayrılmaz tərkib hissəsidir. Dövlətlər və xalqlar arasında 

münasibətlər həm iqtisadi, həm də siyasi inkişafa təsir edir. Gömrük 

nəzarətinin tarixi, o cümlədən gömrük rüsum və vergilərini həcmini 

müəyyən edən gömrük tariflərinin tarixi dövlətin yaranması  və inkişaf 

mərhələləri ilə bilavasitə bağlıdır. Məlumdur ki, dünya gömrük işi tarixi iki 

inkişaf istiqaməti ilə bağlı olmuşdur:  proteksionizm və fritrederçilik



Proteksionizm dövlət siyasəti olmaqla ölkənin iqtisadi maraqlarını mühafizə 

edir.  Fritrederçilik isə azad ticarətə meydan verməklə müəyyən  şərtlər 

daxilində bazarın tələbatını ödəmək üçün əmtəə dövriyyəsini artırmaqdır. 

Lakin tarixi təcrübə göstərir ki, azad ticarət qaydalarının tətbiqi zəif inkişaf 

edən ölkələri iqtisadi cəhətdən geri sala bilər. Belə bir şəraitdə ölkənin milli 

maraqları gömrük siyasətində manevr edərək proteksionizmə üstünlük 

verilməsini tələb edir. Bir sözlə, yeni tarixi şəraitdə Azərbaycan 


Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

9



Respublikasının gömrük siyasətinin iqtisadi təhlükəsizliyin qorunmasına 

istiqamətlənmişdir. 

 Tarixin  müxtəlif dövrlərində Azərbaycandan digər ölkələrə aparılan 

yüklərdən toplanan rüsum və vergilər  əsas gəlir mənbələrindən biri idi. 

Zaman keçdikcə gömrük işi həm hüquqi, həm də xidmətin təşkili baxımdan 

təkmilləşir, tabeçilik və idarəçilik strukturundan asılı olaraq inkişaf edirdi. 

Azərbaycanın qonşu dövlətlərlə gömrük münasibətlərinin inkişafına bir çox 

subyektiv amillər təsir etsə də, qədim dövr və orta əsrlərdə, tarixin yeni və 

ən yeni dövr mərhələsində gömrük münasibətləri  əsasən cəmiyyətin 

iqtisadi-siyasi tələblərinə uyğun inkişaf etmişdir. İyirminci yüzillikdə isə bu 

münasibətlər daha əhəmiyyətli xarakter daşımış  və gömrük işi sahəsində 

geniş hüquqi-normativ bazanın yaranmasına gətirib çıxarmışdır. Keçmişdə 

olduğu kimi, indi də xarici ticarətin inkişafı beynəlxalq əmtəə mübadiləsi və 

beynəlxalq gömrük münasibətlərinin daha da təkmilləşdirilməsinə  səbəb 

olur. Çünki iqtisadiyyat yalnız xalqlar və dövlətlərin qarşılıqlı maraqlarını 

nəzərə almaqla inkişaf edə bilər.  

Müstəqillik dövründə xarici ticarət  əlaqələrinə gömrük nəzarətinin 

həyata keçirilməsi və gömrük sərhədlərinin mühafizəsi problemi Azərbay-

can Respublikası üçün tamamilə yeni bir vəzifə idi. Belə ki, SSRİ dövründə 

Azərbaycanın və ittifaqa daxil olan digər respublikaların xarici aləmə  və 

ümumdünya bazarına çıxışı xarici ticarət üzərində hökm sürən dövlət 

inhisarı “pərdəsi” ilə bağlanmışdı. SSRİ-nin tərkibində olduğu illər ərzində 

respublikamız demək olar ki, müstəqil xarici iqtisadi fəaliyyət göstər-

məmişdi. Nisbi qapalılıq vəziyyəti xarici bazarın tələbatının öyrənilməsinə, 

ölkə iqtisadiyyatının rəqabət qabiliyyəti yüksək olan malların istehsalı  və 

ixracının artımına süni əngəl yaradırdı. Məhz buna görə də,  

1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan Respublikası bazar 

iqtisadiyyatı  şəraitində  zəruri təcrübəsi yox idi, eyni zamanda xarici və 

daxili bazarda da fəal rəqabətə hazır deyildi. Digər tərəfdən, müstəqillik 

dövrünün ilk illərində siyasi hakimiyyətin tez-tez dəyişməsi, Ermənistanla 

müharibənin mənfi sosial və iqtisadi nəticələri, keçmiş sovet respublikalar 

arasında formalaşan ticarət-iqtisadi əlaqələr sisteminin dağılmasından əmələ 

gələn durğunluq halları vəziyyəti daha mürəkkəbləşdirmişdi. Bütün bunlarla 

bərabər, zəngin mineral ehtiyatlara malik Azərbaycan dünyanın aparıcı 

dövlətlərinin, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, 


Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

10



Yaponiya, Çin, eyni zamanda qonşu dövlətlər – Rusiya, Türkiyə  və  İranın 

diqqətini özünə  cəlb edirdi. Azərbaycanın təbii sərvətlərindən gəlir  əldə 

etmək cəhdi onsuz da Xəzər regionunda əzəli rəqib olan bu dövlətlərin və 

onları  təmsil edən transmilli şirkətlərin maraqlarının toqquşmasına gətirib 

çıxarmışdı. 

Tarixdən məlumdur ki, heç bir dövlət özünün iqtisadi suverenliyi və 

iqtisadi təhlükəsizliyi təmin etmədən mövcud ola bilməz. Buna görə də, hər 

bir müstəqil dövlət öz milli qanunvericiliyində gömrük işinin təşkilinə 

mühüm  əhəmiyyət verir. Azərbaycan Respublikası da bu mənada istisna 

təşkil etmir. Azərbaycan Respublikası müstəqillik  əldə etdikdən sonra 

dövlət quruculuğu sahəsində  təxirəsalınmaz vəzifələrdən biri də ölkənin 

iqtisadi maraqlarının və  mənafelərinin qorunması, səmərəli xarici-iqtisadi 

fəaliyyət və idxal-ixrac əməliyyatlarına dövlət nəzarət sisteminin yaradıl-

ması, sərhədlərin iqtisadi təhlükəsizliyinin təmin edilməsi idi.  

Qısa zaman kəsiyində ölkənin milli gömrük xidmətinin yaradılması 

bütün kəskinliyi ilə qarşıda dururdu. Belə bir şəraitdə, Azərbaycanın dövlət 

suverenliyinin mühüm atributlarından biri olan Dövlət Gömrük Komitəsi 

1992-ci il yanvarın 30-da yaradıldı. Lakin o zamanın mürəkkəb ictimai-

siyasi vəziyyət və buraxılan səhvlər bir müddət gömrük orqanlarının sağlam 

əsaslar üzərində qurulmasına imkan vermədi. Gömrük sistemində səriştəsiz 

rəhbərlik, rüşvətxorluq və korrupsiya faktları baş alıb gedirdi. Məhz bu 

səbəblərə görə, Gömrük Komitəsi bir müddət respublikanın iqtisadi təhlükə-

sizliyinin təmin edilməsi kimi mühüm vəzifənin öhdəsindən gələ bilmədi. 

Azərbaycanın gömrük xidmətinin tarixinin doğru-düzgün araşdırılması 

müxtəlif inkişaf mərhələlərində müasir Azərbaycan cəmiyyətinin bir sıra 

nəzəri və praktik problemlərini nəzərə almağı  tələb edirdi. Xarici iqtisadi 

fəaliyyət üzərində onilliklər boyu sürən dövlət inhisarının aradan qalxması 

ilə dövlət quruculuğu işində gömrük işinin rolu və əhəmiyyəti mütləq nəzərə 

alınmalı idi. 

Milli gömrük siyasətinin işlənilib hazırlanması XX yüzilliyin 90-cı 

illərindən başlanan radikal iqtisadi islahatlardan, o cümlədən inzibati-

amirlik sistemindən bazar iqtisadiyyatına keçidin təmin edilməsindən, 

iqtisadiyyatın bütün sahələrində köklü dəyişikliklərin həyata keçirilmə-

sindən birbaşa asılı idi. Tarixi təcrübə sübut edir ki, heç bir dövlət iqtisadi 

təhlükəsizliyi və suverenliyini təmin etmədən mövcud ola bilməz. Dövlətin 


Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

11



iqtisadi fəaliyyətinin mühüm tənzimləyicisi, dövlət büdcəsinin formalaş-

masının aləti və iqtisadi maraqların müdafiəçisi kimi gömrük siyasətinin 

əhəmiyyəti cəmiyyətdə yüksək qiymətləndirilir. Gömrük işi Azərbaycan 

dövlətinin iqtisadi inkişafının və xarici ticarət fəaliyyətinin  əsas elementi 

olaraq qalır və qalacaqdır. Təcrübə göstərir ki, gömrük sistemi bir çox 

cəhətdən ictimai rəyə söykənməklə inkişaf edir. Cəmiyyətin bütün sosial 

təbəqələri ölkənin iqtisadi təhlükəsizliyinin qorunmasında eyni dərəcədə 

maraqlıdır. Bütün bunlar Azərbaycan dövlətinin gömrük işi sahəsində top-

ladığı tarixi təcrübənin elmi cəhətdən hərtərəfli araşdırılmasını zəruri edir. 

Azərbaycan Respublikasında milli gömrük sisteminin təşəkkülü və 

formalaşması, gömrük işinin məzmunu və mahiyyəti ölkənin sosial-iqtisadi 

inkişafının 3 əsas mərhələsi ilə sıx bağlı olmuşdur: 



Birinci mərhələ  – 1991-1993-cü illər – ölkəni bürüyən vətəndaş 

qarşıdurmalarının və separatçılıq meyllərin gücləndiyi, iqtisadi xaos və 

tənəzzülün, parçalanıb dağılmaq, məhv olmaq həddində olduğu dövr. 

Azərbaycan Respublikasını siyasi-iqtisadi qeyri-sabitlik bürümüş, Ermənis-

tanın silahlı qüvvələri Azərbaycan  ərazisinin 20 faizini işğal etmiş, etnik 

təmizləmə nəticəsində 1 milyondan çox azərbaycanlının yaşayışı acınacaqlı 

vəziyyətə düşmüşdü. Keçmiş müttəfiq respublikalar arasında onilliklər 

ərzində formalaşmış qarşılıqlı mübadilənin birdən-birə  kəsilməsi, sürətlə 

artan inflyasiya və qiymətlərin sıçrayışlı yüksəlişi baş verdi. Sovet impe-

riyası dağıldıqdan sonra Azərbaycan da daxil olmaqla hər bir müstəqil 

respublika özünün xarici iqtisadi-ticarət fəaliyyətinin əsas istiqamətlərini, o 

cümlədən, gömrük, maliyyə-valyuta siyasətini işləyib hazırlamağa başladı. 

1992-ci ildə Azərbaycan Respublikası da öz milli valyutasını (manat) 

dövriyyəyə buraxdı. Milli Bank manatın Rusiya rubluna nisbətini və rəsmi 

“bazar məzənnəsi”ni, o cümlədən, müəssisələr üçün “kommersiya məzən-

nəsi”ni müəyyənləşdirdi.  

Ölkənin xarici iqtisadi əlaqələrin genişlənməsi idxal olunan məhsul-

ların həcmini və çeşidini xeyli artırdı. Bu proses milli sənayenin inkişafına 

mənfi təsirini göstərdi. Digər keçmiş sovet respublikaları kimi Azərbaycan 

da bu problemlə üzləşdi. Ümumi keçid dövründə bütövlükdə  cəmiyyət 

həyatının qeyri-sabitliyi müstəvisində təsərrüfatın müxtəlif sahələrinin ciddi 

tənəzzülü, ölkənin ümumi daxili məhsulunun (ÜDM) getdikcə azalması, 

istehsal-xidmət müəssisələri və obyektlərinin fəaliyyətinin tədricən zəiflə-


Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

12



məsi, hətta bir çox hallarda tamamilə dayanması, işsizliyin artması, 

inflyasiya proseslərinin güclənməsi, əhalinin yaşayış səviyyəsi göstəriciləri-

nin sürətlə aşağı düşməsi ilə səciyyələndi. Milli valyuta tezliklə qiymətdən 

düşdü. Xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azaldı, ölkə iqtisadiyyatına 

xarici investisiya qoyuluşu tamam dayandı. Gömrük xidməti qarşısında 

duran vəzifələri həyata keçirmək iqtidarında deyildi. 



İkinci mərhələ  – 1994-1996-cı illər – gərgin iqtisadi islahatların 

aparıldığı, iqtisadi inkişaf üçün ilkin şərtlər yaradıldığı, islahatların, onlara 

hüquqi baza yaradılmasına başlanılması dövrü oldu. Bu mərhələdə ümum-

milli lider Heydər  Əliyev xalqın tələbi ilə hakimiyyətə  gəldi. Azərbaycan 

Respublikasının Prezidenti Heydər  Əliyevin uzaqgörən siyasəti və  gərgin 

fəaliyyəti ilə böhrandan çıxış yolları müəyyən edildi. Sosial-iqtisadi 

inkişafın strateji xətti hazırlandı. Ölkədə sosial-siyasi sabitlik, vahid koman-

danlığa tabe olan ordu yaradıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk 

Konstitusiyası  qəbul edildi və bu sənəddə demokratik dəyərlərə  əsaslanan 

azad və liberal bazar iqtisadiyyatının qurulmasının legitimliyi təsdiq edildi. 

Əsas Qanunla xüsusi mülkiyyətin, azad sahibkarlığın, dünya iqtisadiyyatına 

inteqrasiyanın hüquqi əsasları  təsbit edildi. Ən zəruri islahatlar aparılaraq 

respublikanın sosial-iqtisadi inkişafına və iqtisadiyyatının dünya təsərrüfat 

sisteminə inteqrasiyasına başlanıldı.  İqtisadi tənəzzül dayandırıldı, iqtisadi 

inkişafa doğru meyllər gücləndi. Dövlət hakimiyyətinin  əsas qolları olan 

qanunverici, icra və  məhkəmə hakimiyyətlərinin hər birinin öz funksi-

yalarını  həyata keçirmələri, demokratik prinsiplərin formalaşması  və 

reallaşması üçün əlverişli şərait yaradıldı. Azərbaycanın iqtisadiyyatına külli 

miqdarda xarici investisiya qoyuluşları sürətlə artmağa başladı. Milli 

gömrük xidmətinin təşkilati cəhətdən formalaşdırılması üçün ilk addımlar 

atıldı. 

1991-1993-cü illərdə respublikada hökm sürən qeyri sabit vəziyyətə 

dövlət quruculuğu sahəsində böyük təcrübəyə malik Heydər  Əliyevin 

yenidən siyasi hakimiyyətə qayıdışı ilə son qoyuldu. Heydər  Əliyevin 

rəhbərliyi altında dövlət həyatının bütün sahələrində geniş miqyaslı 

islahatlar həyata keçirildi. Belə bir vaxtda, 1995-ci ilin yanvarında keçirilən 

müşavirədə Prezident Heydər Əliyev gömrük orqanlarının fəaliyyətini geniş 

müzakirəyə çıxardı. Heydər Əliyev müşavirədəki proqram xarakterli nitqin-

də verdiyi tövsiyə  və göstərişlər milli gömrük xidmətinin inkişafının  əsas 


Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

13



prinsiplərini və istiqamətlərini müəyyən etdi.  

1995-ci ildən başlayaraq gömrük xidmətində aparılan kadr və struktur 

islahatları və məqsədyönlü tədbirlər öz bəhrəsini verdi. Qısa müddət ərzində 

gömrük sistemində yaranmış böhranlı  vəziyyət aradan qaldırıldı, ölkənin 

vahid gömrük siyasətinin iqtisadi, təşkilati-texniki və hüquqi mexanizminin 

əsasları yaradıldı. Gömrük xidmətində yüksək nizam-intizam, peşəkarlıq 

mühiti formalaşdı. Hər bir gömrük işçisinin öz xalqına və peşəsinə sadiqliyi, 

qanunçuluğa sözsüz riayət etməsi kimi prinsiplər əsas meyara çevrildi.  

– 1997-2002-ci illəri  əhatə edən  üçüncü mərhələ  –  əslində iqtisadi 

islahatlar və onun hüquqi bazasının yaradılmasında  ən gərgin dövrlərdən 

biridir. İqtisadi inkişafın bu tarixi mərhələsində Azərbaycanda kiçik və orta 

sahibkarlığa dövlət yardımı Proqramı (1997-2000-ci illər), Azərbaycan 

Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı 

(2002-2005-ci illər), Azərbaycan Respublikasında aqrar bölmənin Dövlət 

Proqramı (2002-2006-cı illər), Azərbaycan Respublikasında turizmin inkişa-

fının Dövlət Proqramı (2002-2005-ci illər) və s. qəbul edildi. İqtisadi 

islahatlar ölkə iqtisadiyyatında əsaslı keyfiyyət dəyişikliklərinin baş vermə-

sinə, inflyasiyanın və büdcə  kəsirinin enməsinə  səbəb oldu. 1996-cı ildən 

başlayaraq, 2003-cü ilə  qədər inflyasiyanın səviyyəsi 1-3 faiz, büdcə 

kəsirinin ÜDM-yə nisbəti isə cəmi 1-2 faiz təşkil etmişdi. Beləliklə ölkəni 

dərin iqtisadi böhrandan xilas etmək mümkün oldu. 1996-cı ildə ÜDM-nin 

artımı 1,3 faiz, 1998-2002-ci illərdə isə orta hesabla 10 faiz olmuşdu. 

2003-cü ildən başlayan  dördüncü mərhələdə  Azərbaycanın iqtisadi 

inkişaf strategiyasının reallaşmasında keyfiyyətcə yeni bir mərhələnin - 

İlham  Əliyev mərhələsinin başlanğıcı qoyuldu. 2003-cü il Azərbaycanda 

inkişaf strategiyasının həyata keçirilməsində yeni dönüş  mərhələsi kimi 

qiymətləndirilir [63, 7]. 

Bu mərhələnin  əsas xüsusiyyətləri Azərbaycanın davamlı iqtisadi 

inkişafı, xarici maliyyə  mənbələrindən asılılığının aradan qaldırılması, 

Azərbaycanın xarici ölkələrə investisiya qoyan ölkəyə çevrilməsi, dünya 

təsərrüfat sisteminə  səmərəli inteqrasiyası, uzunmüddətli perspektivdə 

ölkədə dinamik sosial-iqtisad inkişafın təmin edilməsindən ibarətdir. 2003-

cü ildə Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyasının reallaş-

masında keyfiyyətcə yeni bir mərhələnin – İlham Əliyev mərhələsinin baş-

lanğıcı qoyuldu. Bu mərhələnin  əsas xüsusiyyətləri Azərbaycanın davamlı 


Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

14



iqtisadi inkişafı, xarici maliyyə  mənbələrindən asılılığının aradan qaldırıl-

ması, Azərbaycanın xarici ölkələrə investisiya qoyan ölkəyə çevrilməsi, 

dünya təsərrüfat sisteminə  səmərəli inteqrasiyası, uzunmüddətli perspek-

tivdə ölkədə dinamik sosial-iqtisad inkişafın təmin edilməsindən ibarətdir. 

Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin imzaladığı  fərman-

larda, təsdiq etdiyi dövlət proqramlarında yerinə yetirilməsi zəruri olan 

vəzifələr müəyyən edildi.  

Ölkənin malik olduğu iqtisadi potensialdan kompleks şəkildə səmərəli 

istifadə edilməsi, o cümlədən qeyri-neft sektorunun inkişafı, regionların 

inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılması, yerli 

sahibkarlığın inkişafı, yoxsulluğun azaldılması prioritet məsələlər oldu. 

Prezident İlham Əliyev uzaqgörənliklə gələcəyə hesablanmış daxili və xarici 

siyasətinin tərkib hissəsi olan iqtisadiyyatın inkişaf etdirilməsi, işsizliyin 

aradan qaldırılması, ordunun gücləndirilməsi, sosial təminatın artırılması, 

ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artırılması strateji və milli maraq-

larımızın beynəlxalq miqyasda və regionda qorunmasını  təmin etdi. İlham 

Əliyev prezident seçildiyi gündən müstəqil daxili və xarici siyasət 

yeritməyin açarı olan iqtisadi inkişaf strategiyasının reallaşmasına böyük 

diqqət verdi. İlham  Əliyev Heydər  Əliyev siyasətinin yalnız uğurlu 

davamçısı deyil, eyni zamanda bu siyasətinin yeni geosiyasi şəraitdə 

reallaşmasının həmmüəllifi oldu. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ərsəyə 

gəlməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi və digər qlobal 

layihələrin həyata keçirilməsi buna sübut ola bilər. 

Prezident  İlham  Əliyevin həyata keçirdiyi struktur və idarəetmə 

islahatları, regionların, qeyri-neft sektorunun, informasiya-kommunikasiya 

texnologiyalarının, istehsal, sosial infrastruktur sahələrinin, turizmin, nəq-

liyyat dəhlizlərinin və s. inkişafı haqqında proqramları dinamik inkişafın 

uzunmüddətli və sabit artımına yeni impulslar gətirdi. İlham Əliyev əvvəlki 

dövrlərdən fərqli olaraq, iqtisadiyyatın müxtəlif sahələrinin paralel inkişa-

fına nail olmaq üçün tədbirlər gördü. Regionların, qeyri-neft sektorunun, 

istehsal və sosial infrastruktur sahələrinin inkişafına maddi və maliyyə 

təminatları yaradıldı. Müxtəlif sosial-iqtisadi sahələrin inkişafına dair 40-

dan çox Dövlət Proqramlarının maliyyə təminatını yaratmaq mümkün oldu. 

Təkcə Bakıdan Rusiya Federasiyasının sərhədinə kimi birinci kateqoriyalı 

yolun çəkilişinə bir milyard dollara yaxın vəsait sərf edildi.  


Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

15



İlham Əliyev iqtisadi inkişaf strategiyasının reallaşmasına yeni sosial-

siyasi və iqtisadi meyllər, fəaliyyət qaydaları, idarəçilik prinsipləri gətirdi. 

Azərbaycan Respublikasının investisiya imkanlarının yuxarı olması onun 

iqtisadi artımında  əsas meyllərdən biri oldu. ÜDM-nin artım tempində 

respublikamız təkcə MDB üzvü dövlətləri sırasında deyil, dünyada bu 

göstərici üzrə liderlik etməyə başladı.  İlham  Əliyevin prezidentliyinin ilk 

beş ilində ÜDM istehsalı 3,1 mlrd. manatdan 31,5 mlrd. manat səviyyəsinə 

yüksəldi. Dövlət büdcəsinin gəlirləri 2002-ci ildəki 931,8 mln. Manatdan 

2008-ci ildə 10,5 mlrd. manata çatdı, iqtisadiyyatın qeyri-dövlət bölməsi 65 

faizdən 84 faizə, xarici ticarət dövriyyəsinin artımı 4,1 dəfə, ixrac isə 6,9 

dəfə artmış, valyuta ehtiyatları 4-5 mln. ABŞ dollarından 14 mlrd. ABŞ 

dollarına qədər yüksəldi. 2012-ci il müstəqillik illərində xarici sərmayə-

çilərin ölkəmizdə ən yüksək fəallığı ilə xarakterizə olundu. Ölkə iqtisadiy-

yatına yönəldilmiş xarici investisiyaların həcmi  əvvəlki ilə nisbətən 18,9 

faiz artaraq 10,3 mlrd. ABŞ dollarına çatdı. Ölkə iqtisadiyyatına birbaşa 

investisiyaların həcmi 5,4 mlrd. dollar təşkil edərək 2011-ci illə müqayisədə 

25,4 faiz artmış, onun 4,3 mlrd. dolları və ya 79,7 faizi iqtisadiyyatın neft-

qaz sektoruna yönəldildi. Bütövlükdə 2004-2012-ci illər ərzində Azərbaycan 

iqtisadiyyatına 60,7 mlrd. dollar həcmində xarici sərmayə yönəldildi. Bu 

gün Cənubi Qafqazın insan resurslarının təxminən 60 faizi, yanacaq-enerji 

və maliyyə resurslarının 90 faizi, iqtisadi potensialının isə 75-80 faizi 

Azərbaycanın payına düşür. 

2013-cü il oktyabrın 31-də Bakıda keçirilən Üçüncü Beynəlxalq 

Humanitar Forumda Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev 

iqtisadiyyatın son 10 il ərzində 3,4 dəfə artdığını dünya rekordu kimi 

qiymətləndirməklə yanaşı xüsusilə qeyd etmişdir ki, “... bu islahatların 



aparılması bir çox hallarda insanların yaşayış  səviyyəsinə  mənfi təsir 

göstərə bilərdi. Ancaq bizim siyasətimiz və ciddi sosial siyasət ona gətirib 

çıxardı ki, sürətli iqtisadi inkişaf, eyni zamanda, insanların rifah halına 

da müsbət təsir göstərmişdir” (“Azərbaycan” qəz ., 1 noyabr, 2013-cü il). 

Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev Bakı-Tbilisi-

Qars dəmiryolu layihəsinin müəllifi və reallaşmasının təşəbbüskarından 

biridir. Avropa ölkələrini Asiya ölkələri ilə birləşdirən bu dəmir yolu xət-

tinin işə salınması qitələr arası yük və  sərnişin daşımalarının artımına 

mühüm təsiri olacaqdır. Bu nəqliyyat dəhlizinin reallaşması Pekindən 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

16



Londona qədər iki qitə arasında  əlaqə yaradacaq, onlarca dövlət bu tranzit 

xətdən istifadə edəcəkdir. Ekspert hesablamalarına görə, 2030-cu ildə dəmir 

yolu ilə bu istiqamətdə 3 milyon nəfər sərnişin, 30 milyon ton yükün 

daşınacağı ehtimal edilir. 2014-cü ildə ölkə iqtisadiyyatına 27 milyard dollar 

investisiya yönəldildi ki, bunun 11 milyardı məhz xarici sərmayə olmuşdur. 

Bu gün Azərbaycanın nail olduğu iqtisadi müstəqillik, daim artmaqda olan 

valyuta ehtiyatları, uğurla inkişaf edən xarici iqtisadi-ticarət əlaqələr sosial-

iqtisadi tərəqqini daha da sürətləndirir.  İqtisadi təhlükəsizliyin qorunma-

sında müstəqil Azərbaycan Respublikasının gömrük xidmətinin rolu artır. 

Bütün bunlar Azərbaycan Respublikasının gömrük siyasətinin davamlı 

olaraq təkmilləşdirilməsi və gömrük işinin müasir tələblər səviyyəsində 

qurulmasının mühüm əhəmiyyət daşıdığını bir daha təsdiq edir. 

Bir sözlə, Azərbaycan Respublikasında davamlı iqtisadi inkişafının 

həyata keçirilməsində mühüm yer tutan milli gömrük xidməti tarixi 

hadisələrlə zəngin bir dövr yaşamışdır. Bu baxımdan, təqdim edilən mono-

qrafiyada gömrük tariximizin elmi cəhətdən araşdırılması Azərbaycan 

təcrübəsinin gələcək nəsillərə doğru-düzgün çatdırılmasına xidmət edəcək-

dir.  İnanırıq ki, “Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində (XX-XXI 

əsrin başlanğıcı)” monoqrafiyası oxucular tərəfindən maraqla qarşılanacaq 

və bu sahədəki “boşluğu” aradan qaldıracaq.  



 

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

17




Yüklə 7,17 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə