AZӘrbaycan elmlәr akademiyasi



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə1/9
tarix31.01.2017
ölçüsü1 Mb.
  1   2   3   4   5   6   7   8   9

 
 
 
AZӘRBAYCAN ELMLӘR AKADEMİYASI 
 
 
 
İctimai – Siyasi Tәdqiqatlar vә İnformasiya İnstitutu 
 
 
 
 
 
 
 
 
 
Tofiq Köçәrli 
Akademik 
 
 
 
 
 
 
 
 
Qarabağ: Yalan vә Hәqiqәt 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı - 1998 

 
 
 
AKADEMİK ZİYA BÜNYADOVUN 
ӘZİZ XATİRӘSİNӘ HӘSR OLUNUR 
 
 
 
 
 
 
 
 
 
Redaktor: Fәlsәfә elmlәri doktoru, professor Rafiq Әliyev 
 
 
 
 
 
 
 
 
Kompüterdә yazma vә sәhifәlәmә:  
Rәsmiyyә Qasımova 
Korrektor:     Nigar Mәmmәdova 
 
 
 
 
 
 
Nәşriyyat sponsoru:    
 
“İrşad” İslam araşdırmaları mәrkәzi 
 
 
 
 
 
 
Kod 070 
© “Әbilov, Zeynalov vә oğulları”  
© “İrşad” Mәrkәzi 

 
 
Kitabın içindәkilәr : 
 
 
 
1. Giriş
.....................................................................................................-


 
2.   I Fәsil

Azәrbaycan qәdimdәn türklәrin yaşadığı ölkәdir". "Azәrbaycan әrazisi 
Hәmәdan-Zәncan şәhәrlәrindәn başlar, Dәrbәndә qәdәr davam edәr, bu 
әraziyә Azәrbaycan deyirlәr" (әrәb mәnbәlәrindәn)
 ................................-


 
3.   II Fәsil

Qarabağ "kiçik Azәrbaycandır". Rusiya çarı "Şuşalı vә Qarabağlı 
İbrahim xanın vә onun varislәrinin әyalәtinin bütövlüyünün saxlanmasına öz 
imperator zәmanәtini verir" (türk vә rus mәnbәlәrindәn) 
.......................-
29 

 
4. III 
Fәsil

Ermәni köçkünlәrinin "böyük hissәsini, xüsusәn әn kasıbları 
Qarabağa getmәyә tәhrik etmәk" (general Paskeviçin әmrnamәsindәn)
..-
55 

 
5.   IV Fәsil

"Daşnaklar Azәrbaycanın tәrkibindә olan Qarabağa, Naxçıvan 
diyarına iddia etdilәr" (BSE-dәn, 1926)
..................................................-
67 

 
6.   V Fәsil

"Dağlıq Qarabağı Azәrbaycan SSR hüdudlarında saxlamaq"! (Qafqaz 
bürosunun qәrarından)
.........................................................................-
88 

 
7. VI 
Fәsil
.
"Dövlәtlәrin әrazi bütövlüyünә aid hüquq normalarına uyğun hәrәkәt 
edәrәk xalqların öz müqәddәratını tәyin etmәk hüququna hörmәt" 
bәslәmәli!..........................................................................................
-
115 
-
 
 
8.   VII Fәsil

"Nürnberq prosesi" olmalıdır!
............................................-
136
 - 
 
9. Әdәbiyyat
........................................................................................-
145
 - 
 
 
 
 
 
 
 
 
 
 

Tofiq Köçərli 
- 1 - 
Qarabağ: Yalan və Həqiqət 
 
1.
 
  Giriş 
 
Dağlıq Qarabağ hadisәlәri başlayan kimi, Ermәnistan siyasi xadimlәri dәrhal iki 
böyük yalan uydurdular: 
- guya 1920-ci il dekabrın 1-dә Azәrbaycan hökumәti “Dağlıq Qarabağı Ermәnistanın 
ayrılmaz hissәsi elan etmişdir”; 
- guya 1921-ci il iyulun 5-dә RK(b)P MK Qafqaz bürosu “biabırçı  әdalәtsizliyә” yol 
verәrәk “Ermәnistanın  әzәli vilayәti  әhalisinin 95 faizi ermәnilәrdәn ibarәt olan Dağlıq 
Qarabağı mexaniki surәtdә Ermәnistandan qoparıb” Azәrbaycana qatmışdır. 
Müәyyәn sәbәblәr üzündәn akademik A.D.Saxarov dәrhal bu ermәni yalanlarının 
qızğın tәbliğatçısına çevrildi vә “әdalәti bәrpa etmәk” uğrunda fәal mübarizәyә başladı. 
O zaman xaricdә yaşayan A.İ.Soljenitsın dә Dağlıq Qarabağ haqqında ermәni yalanlarına 
uydu. 
Belә beynәlxalq nüfuzlu şәxsiyyәtlәrin sәylәri vә әlbәttә, birinci növbәdә Ermәnistan 
rәhbәrliyinin, siyasi xadimlәrinin vә müәlliflәrinin qibtәedici çevikliyi, fәallığı, bizim isә 
passivliyimiz vә etinasızlığımız Dağlıq Qarabağın Ermәnistandan qoparılıb Azәrbaycanın 
tәrkibinә daxil edilmәsi haqqında ağ yalanın keçmiş SSRİ-dә  vә bütün dünyada 
yayılmasını şәrtlәndirdi. 
Bu yalanlar indi dә dünyanı gәzmәkdәdir. 
Biz isә ... Açıq etiraf edәk: Vәtәn tariximizi, o cümlәdәn Qarabağın tarixini 
saxtalaşdıranlara cavab vermәkdә aciz olduq. 
Tәkcә bir fakt. 
1988-ci il iyulun 18-dә SSRİ Ali Sovetinin Rәyasәt heyәti Dağlıq Qarabağ mәsәlәsini 
müzakirә etdi. İclasda SSRİ Ali Sovetinin Azәrbaycandan vә Ermәnistandan olan böyük 
bir qrup deputatı da iştirak edirdi. Orada ermәnilәrdәn Q.M.Voskanyan, Q.A.Poqosyan, 
V.A.Ambarsumyan, S.Q.Arutyunyan, S.A.Ambarsumyan, V.A.Petrosyan, Azәrbaycandan 
S.B.Tatlıyev, Ә.X.Vәzirov vә M.Ә.İbrahimov çıxış etdilәr. 
İclasın gedişini Moskva televiziyası göstәrirdi. Elә o zaman Moskva mәtbuatında, 
bütün SSRİ-dә, Azәrbaycanda da hәmçinin, iclasın qısa stenoqrafik yazısı çap olundu. 

Tofiq Köçərli 
- 2 - 
Qarabağ: Yalan və Həqiqət 
Televiziyaya baxan, iclasın stenoqrafik yazısını oxuyan hәr bir kәs yәqinlik hasil edirdi vә 
Hәmin stenoqrafik yazını bu gün oxuyacaq hәr bir kәs dә inana bilәr ki, iclasda 
ermәnilәr meydan oxuyurdular vә bu yüksәk tribunadan onlar Dağlıq Qarabağ haqqında 
yalan yaymaq üçün, dezinformasiya üçün mәharәtlә istifadә edirdilәr. Orada çıxış edәn 
ermәnilәr bir ağızdan deyirdilәr ki, 1921-ci ildә “tarixi әdalәtsizliyә” yol verilib - Dağlıq 
Qarabağ Ermәnistandan qoparılıb Azәrbaycana birlәşdirilmişdir. 
Lakin elә bil bu yalanın, bu saxta-karlığın Azәrbaycana heç bir dәxli yox imiş! 
Azәrbaycandan çıxış edәn heç bir, kәs hәmin mәsәlәyә toxunmamışdı. Heç bir kәs heç 
bir  şәkildә, ermәni yalanını  tәkzib etmәk cәhdindә olmamışdı. Tәkrar edirәm! Heç bir 
kәs! 
Belә bir şәraitdә ittifaq televiziya tamaşaçıları, geniş oxucu kütlәlәri tәbii, 
Azәrbaycan nümayәndәlәrinin heç bir etirazına 
sәbәb olmayan ermәni şayiәsinә inanmalıydılar. 
Bәlkә Azәrbaycan nümayәndәlәri tarix mәsәlәlәrindә deyil, başqa kәskin 
problemlәrin müzakirәsindә ermәnilәrә nokaut gәliblәrmiş? 
Ermәnilәr iclasa әsas tәlәblә - Dağlıq Qarabağı Ermәnistanla birlәşdirmәk tәlәbi ilә 
yanaşı hәr ehtimala qarşı digәr hazır tәkliflәrlә gәlmişdilәr: 
- Dağlıq Qarabağa Sov.İKP MK, SSRİ Ali Soveti Rәyasәt heyәtinin vә SSRİ 
hökumәtinin xüsusi müvәkkillәrini tәyin etmәk; 
DQMV-i müvәqqәti olaraq mәrkәzi ittifaq orqanlarına, yaxud RSFSR-ә tabe etmәk; 
- vilayәti muxtar respublikaya çevirmәk; 
- Dağlıq Qarabağı müvәqqәti olaraq Azәrbaycanın tabeçiliyindәn çıxardıb triumvirat 
tipli xüsusi orqana tabe etmәk. 
Elә bil bu tәkliflәrin dә Azәrbaycana heç bir dәxli yox imiş! İnanılası deyil, ancaq bu 
bir faktdır ki, Azәrbaycan rәhbәrlәri hәmin tәkliflәrin dә heç birinә, tәkrar edirәm, heç 
birinә münasibәt bildirmәmişdilәr vә heç bir alternativ tәklif irәli sürmәmişdilәr. Heç bir! 
Belәliklә, Dağlıq Qarabağ uğrunda ideoloji vә siyasi savaşda ermәnilәr tәşәbbüsü әlә 
almış  vә uydurmalarını  mәharәtlә  vә geniş miqyasda yaymağa başlamışdılar. Bu, 
hәqiqәtdir. 
Bәs Azәrbaycan tarixçilәri bu kәskin mübarizәdә necә iştirak ediblәr? 

Tofiq Köçərli 
- 3 - 
Qarabağ: Yalan və Həqiqət 
Öncә Fransa maarifçisi Şarl Lui Monteskyenin “İran mәktubları”nın (1721) bir 
parçasına diqqәt yetirәk: 
“... Dünyanın heç bir xalqı fatehlik şöhrәti vә әzәmәti ilә tatarlarla yarışa bilmәz ... 
İranın hökmdarları onlardır. Kirin vә Kistapsın taxtında tәntәnә ilә oturan onlardır. 
Onlar türk adlanıb Avropada, Asiyada vә Afrikada nәhәng fatehliklәr edib dünyanın 
üç qitәsindә ağalıq edirlәr. 
... Bu müzәffәr xalqın yalnız tarixçilәri çatışmayıb ki, onların ağlasığmaz 
qәlәbәlәrinin şöhrәtini yaysınlar... Bu cәngavәr xalq öz gündәlik şöhrәti ilә mәşğul olub, 
әdәbi mәğlubedilmәzliyinә inanıb keçmiş  qәlәbәlәrinin  әbәdilәşdirilmәsi qayğısına 
qәtiyyәn qalmamışdır”.
1
 
Monteskyenin sözlәrindә  hәqiqәt var. Onun türk tarixçilәri haqqında müşahidәlәri 
bizә dә bilavasitә aiddir. 
Әslindә biz әsrlәr boyu milli tariximizin yazılmasına etinasız olmuşuq. 
Yalnız әsrimizin 40-cı illәrindәn başlayaraq vәziyyәt әsaslı surәtdә dәyişir. Peşәkar, 
istedadlı tarixçilәr nәsli yetişir. Azәrbaycan tarixinin tәdqiq olunmasında önәmli addımlar 
atılır. Tariximizin müxtәlif dövrlәrinә vә problemlәrinә dair onlarca qiymәtli elmi әsәr çap 
olunur. 50-ci illәrin axırları - 60-cı illәrin  әvvәllәrindә elmi hәyatımızda mühüm hadisә 
baş verdi: İ.A.Hüseynov,  Ә.S.Sumbatzadә,  Ә.N.Quliyev vә Y.A.Tokarjevskinin 
redaksiyası ilә Azәrbaycan tarixi (üç cilddә) işıq üzü gördü. Üç cildliyin hansı 
ideologiyaya söykәnmәsi hamıya mәlumdur. Bununla belә üç cildlik milli tariximizin ilk 
sistematik tәdqiqi vә işıqlandırılmasıdır. 
İndi tariximizin dәrindәn, hәrtәrәfli vә obyektiv öyrәnilmәsinin dönüş anını yaşayırıq. 
Azәrbaycan Respublikasının prezidenti H.Ә.Әliyev Azәrbaycan tarixinin yazılmasına 
şәxsәn hamilik edir. Bu, ümumiyyәtlә dövlәtlәr tarixindә nadir haldır vә Heç şübhәsiz, 
milli tariximizin tәdqiqinә, hәm dә tarixi biliklәrin tәbliğinә  rәvac, yeni nәfәs vә vüsәt 
verәcәkdir. 
İndi dә Dağlıq Qarabağın vә ümumiyyәtlә Qarabağın tarixinin öyrәnilmәsi haqqında. 
Hәlә çox-çox qabaqlarda ermәni müәlliflәri “Xemse meliki”, “Arüax” vә digәr ki-
tabları yazıb yayanda, onlarca başqa kitablarda Qarabağın tarixini saxtalaşdıranda 
sәlәflәrimiz, sonra biz varislәr sanki yuxuda olmuşuq. 

Tofiq Köçərli 
- 4 - 
Qarabağ: Yalan və Həqiqət 
Dağlıq Qarabağ hadisәlәri başlayanda isә, 1988-ci ildә Ermәnistan Elmlәr 
Akademiyası  dәrhal kollektiv әsәr – “Нагорный  Карабах.  Историческая  справка” 
kitabını çap etdi vә DQMV-i haqqında elm pәrdәsi altında ilk dezinformasiyanı yaydı. 
Bunun ardınca Yerevanda iki hissәdәn ibarәt “События  в  Нагорном  Карабахе. 
Хроника” kitabı buraxıldı. 
Biz yenә dә fәallaşmadıq. Mütәşәkkillik göstәrmәdik. 
Azәrbaycan müәlliflәrini sәfәrbәrliyә alıb Dağlıq Qarabağ haqqında kollektiv әsәr 
yazılmasını  tәşkil edәn olmadı (Zәnnimizcә, belә bir әsәrin yazılması yenә  dә aktual 
vәzifә olaraq qalır). 
Bununla belә, Azәrbaycan müәlliflәri Qarabağın tarixini saxtalaşdıranlara qarşı 
mübarizәdә seyrçi olmayıblar. Professor Danil Quliyev ermәni müәlliflәrinin Dağlıq 
Qarabağ haqqında iddialarını ifşa edәn ilk mәqalәlәrlә çıxış etdi. 
Akademiyanın müxbir üzvü Mahmud İsmayılov da hәmin istiqamәtdә fәallıq göstәrdi 
(Onun mәqalә  vә  mәktubları  “Правда  об  армянской  агрессии” (Bakı, 1996) adlı 
kitabda toplanıb). 
Akademiyanın müxbir üzvü İqrar  Әliyevin 1989-cu ildә  “Нагорный  Карабах. 
История. Факты. События” kitabı çap olundu. Kitabda Dağlıq Qarabağın tarixi ilk dәfә 
yığcam şәkildә işıqlandırılmışdır. 
Ümumiyyәtlә Azәrbaycan alimlәri bir neçә istiqamәtdә faydalı iş görüblәr: 
a) Sәnәdlәr vә materiallar mәcmuәlәri hazırlanıb çap olunub. 1989-cu ildә 
D.Quliyevin redaktәsi ilә “Azәrbaycan SSR Dağlıq Qarabağ muxtar vilayәtinin tәşkil 
edilmәsi tarixinә dair. 1918-1925. Sәnәdlәr vә materiallar”, yenә  hәmin ildә 
S.Әliyarovun vә Y.Mahmudovun redaktәsi ilә “Azәrbaycan tarixi üzrә qaynaqlar”, 1990-cı 
ildә Z.Bünyadovun redaktәsi ilә “Azәrbaycan tarixi sәnәdlәr vә  nәşrlәr üzrә”, 
A.Fәrzәliyevin tәrtib etdiyi “Qarabağnamәlәr” (Birinci kitab, 1990), N.Axundovun tәrtib 
etdiyi “Qarabağnamәlәr” (İkinci kitab, 1991) vә s. mәcmuәlәr çap edilmişdir. 
b) Bir çox orta әsr mәnbәlәri ilk dәfә Azәrbaycan dilindә işıq üzü görüb. Bu sahәdә 
akademik Z.Bünyadovun әvәzsiz xidmәti olmuşdur. Z.Bünyadovun tәrcümәsi ilә VII әsr 
alban qaynağı - Moisey Kalankatuklunun “Albaniya tarixi” (Redaktoru M.İsmayılov), Әbü 
Mәhәmmәd  Әhmәd ibn Әsәm  әl-Kufinin “Kitab әl-fütuh” (rus dilindә),  Әbdürrәşid  әl-

Tofiq Köçərli 
- 5 - 
Qarabağ: Yalan və Həqiqət 
Bakuvinin “Abidәlәrin xülasәsi vә qüdrәtli hökmdarın möcüzәlәri”, Selaniki Mustafa 
Әfәndinin “Tarixi Selaniki”, Nizamәddin  Şaminin “Zәfәrnamә”, Z.Bünyadovun redaktәsi 
ilә Zeynәddin bin Hәmdullah Qәzvininin “Zeyl-ә tarix-e Qozidә” (tәrcümәsi M.D.Kazımov 
vә V.Z.Piriyevindir), Xacә Zeynalabdin Әli  Әbdi bәy  Şirazinin “Tәkmilәtül  Әxbar” 
(redaktoru V.Z.Piriyev, tәrcümәçisi Ә.H.Rәhimli) vә digәr qaynaqlar çap olunmuşdur. 
v) Rusiya müәlliflәrinin (S.Qlinka, V.L.Veliçko, N.İ.Şavrov, V.F.Mayevski vә b.) XIX 
әsrdә  vә XX әsrin  әvvәllәrindә çapdan çıxmış  vә Qarabağın tarixinә bu vә ya başqa 
şәkildә aidiyyәti olan әsәrlәri faksimile nәşr edilmişdir. 
q) Elmi-tәdqiqat işlәri genişlәnmişdir. Ziya Bünyadov, İqrar  Әliyev, Mahmud 
İsmayılov, Kamal Әliyev, Fәridә  Mәmmәdova vә başqa müәlliflәrin kitab vә 
mәqalәlәrindә Dağlıq Qarabağın qәdim, orta әsrlәr vә yeni tarixi; Danil Quliyev, 
Mahmud  İsmayılov, Cәmil Quliyev, Әfrand Daşdәmirov, Ziyad Sәmәdzadә, Qafur 
Zәrgәrov vә başqa müәlliflәrin kitab vә  mәqalәlәrindә Dağlıq Qarabağın XX әsr 
problemlәri işıqlandırılmışdır. Dağlıq Qarabağ  mәsәlәsinә dair mәnim dә bir neçә 
mәqalәm çıxıb. 
Lakin bizim yazdıqlarımız keçmiş SSRİ  mәkanına, dünyaya çatmayıb. Moskva 
mәtbuatı bizim üzümüzә bağlı olub, daha dәqiqi, biz Moskva mәtbuatından istifadә edә 
bilmәmişik. Dünәn dә, bu gün dә. Hәmişәki kimi, indi dә mәhz ermәnilәr öz mәqsәdlәri 
üçün Moskva mәtbuatından bacarıqla istifadә edirlәr. 
...1994-cü ildә Moskvada “Rusiya-ermәni tәşәbbüslәri Mәrkәzi” adlı yeni bir ictimai 
tәşkilat tәşkil edilmişdir. Rәsmi mәlumata görә, Mәrkәzin tәsisçilәri Qaydar, Nuykin, 
Çerniçenko,  Şmelyov vә b. ictimai xadim vә yazıçılar olmuşlar. Lakin Mәrkәzin  әsas 
tәsisçisi dә, Mәrkәzi maliyyәlәşdirәn dә, Mәrkәzin prezidenti dә Vartanyandır. 
Moskvadakı  “İmperial” firmasının prezidenti A.Vartanyan! Mәrkәz işә başlamağa macal 
tapmamış Vartanyan “Литературная газета”da (28 dekabr 1994) Azәrbaycan әleyhinә 
mәqalә ilә  çıxış etdi. Mәqalәni oxuyanda sanki “әyri güzgülәr sәltәnәtinә” düşürsәn. 
İnanırsan ki, bu biznesmen Dağlıq Qarabağın Ermәnistandan “qoparılması” vә 
Azәrbaycana “birlәşdirilmәsi”nә dair hәr cür uydurmaya, başqa  әmәllәrә qadirdir. 
Mәtbuatdan mәlum oldu ki, 1997-ci ilin yayında general Lebedin vә onun svitasının 

Tofiq Köçərli 
- 6 - 
Qarabağ: Yalan və Həqiqət 
Ermәnistana vә Dağlıq Qarabağa sәfәrini tәşkil edәn dә  hәmin Mәrkәzdir, yәni 
Vartanyandır. Yәqin Lebedin kitabını Yerevanda ermәnicә çıxartdıran da Vartanyandır. 
Moskvada “Ermәni icmaları konfederasiyası” adlı  tәşkilat fәaliyyәt göstәrir. Onun 
icraçı katibi K.Mikaelyan ”Независимая  газета”da (29 fevral 1996) “Üzülmüş missiya” 
(“Прерванная миссия. Москва и Ереван должны вновь образовать союз - вплоть до 
федерации”) adlı  mәqalә  dәrc etmişdir. Mәqalәdә başqa mәsәlәlәrlә yanaşı Dağlıq 
Qarabağ  mәsәlәsi ön plana çәkilmişdir. Başqa ermәni müәlliflәri kimi, Mikaelyan da 
Dağlıq Qarabağın 1921-ci ildә Ermәnistandan “qoparılıb” Azәrbaycana “birlәşdirilmәsini” 
iddia edir. 
Müxtәlif adlar altında Moskvada fәaliyyәt göstәrәn ermәni tәşkilatları  
Azәrbaycana olmazın qara yaxmaqla, Azәrbaycanı nüfuzdan salmağa çalışmaqla, 
Dağlıq Qarabağ haqqında yalanlar uydurub hәmin yalanları tarixi hәqiqәt kimi tәqdim 
etmәklә mәşğuldurlar. 
1997-ci il martın 29-da “Независимая  газета” Z.Balayanın “Yalan üzәrindә sülh 
olmaz” mәqalәsini oxuculara tәqdim etmişdir. (Hәmin mәqalәyә münasibәtimi 
“Respublika” qәzetinin 1997-ci il 25, 27, 29 aprel vә 2 may tarixli nömrәlәrindә  dәrc 
olunmuş mәqalәmdә bildirmişәm). 
Hәlәlik Rusiya xadimlәri, Rusiya vә MDB dövlәtlәri oxucuları Azәrbaycan haqqında, 
Dağlıq Qarabağın tarixi haqqında ermәni dezinformasiyasından bәhrәlәnirlәr. Ona görә 
ki, biz Dağlıq Qarabağın, yaxud Naxçıvanın tarixinә dair mәqalәlәrlә Moskva 
mәtbuatında çıxış etmirik, ermәni yalanlarını Moskva mәtbuatı vasitәsilә ifşa etmirik, 
Bakıda çap olunan çox saylı yazılarımız isә MDB dövlәtlәri oxucularına çatmır. 
Dağlıq Qarabağ haqqında hәqiqәtlәrin keçmiş SSRİ  mәkanına, dünyaya 
yayılmasında Moskva mәtbuatı olduqca mühüm bir kanaldır. Biz bu kanaldan istifadә 
etmәyә xüsusi sәy göstәrmәliyik, bütün xәtlәrlә Azәrbaycan müәlliflәrinin mәqalәlәrinin 
Moskva mәtbuatında çap edilmәsinә nail olmalıyıq. 
Bu, ona görә aktual vә vacibdir ki, ermәni müәlliflәrinin vә ermәnipәrәst müәlliflәrin 
Azәrbaycana qarşı ideoloji tәxribatları ara vermir. Antiazәrbaycanizm xorunda 
canfәşanlıq göstәrәn “Pravda” qәzetindә İqor Lenskinin “Qarabağ münaqişәsi vә Rusiya 
mәnafelәri” adlı  mәqalәsi dәrc edilmişdir (27 dekabr 1996). Mәqalәdә Dağlıq Qarabağ 

Tofiq Köçərli 
- 7 - 
Qarabağ: Yalan və Həqiqət 
mәsәlәsinin tarixinә dair bәzi fikirlәr irәli sürülmüş  vә daha çox Lissabon sammitinin 
mәlum bәyanatı ilә  әlaqәdar müasir mәsәlәlәrә toxunulmuşdur. Lenskinin Dağlıq 
Qarabağın tarixinә dair hökmlәri, demәk olar, başdan başa uydurmadır, yalandır vә 
saxtakarlıqdır. Bu uydurmaları Lenskinin özü qondarmamışdır. O, sadәcә olaraq Dağlıq 
Qarabağ haqqında ermәnilәrin köhnә bayatılarını oxumuşdur. 
Rusiya Federasiyasının Ermәnistan Respublikasında keçmiş  sәfiri tarix elmlәri 
doktoru Vladimir Stupişin dә ermәni zurnaçılarının züy tutanıdır. O, “Независимая 
газета”da dәrc olunmuş (18.04.97) “Rusiyanın Zaqafqaziyada mәnafelәri” adlı 
mәqalәsindә bir çox hallarda Z.Balayanın (“Независимая газета”, 29.03.97) şayiәlәrinin 
nöqtәsi-nöqtәsinә fotosurәtini çıxardıb (“Ermәni Naxçıvanı vә ermәni Qarabağı”, “Ermәni 
Naxçıvanının vә ermәni Qarabağının Azәrbaycana bağışlanması” vә s). 
Belәlәrini hәlә 1926-cı ildә  Cәlil Mәmmәdquluzadә “yerin-göyün provakasiya 
fazillәri”, “dünyada fәsadatda vahid yaranmışlar”, “şeytanәt ustadları” adlandırmışdır. 
Bu kitabda Balayanların, Stupişinlәrin Azәrbaycan vә Qarabağ haqqında Yalan, 
uydurma vә böhtanlarını ifşa etmәyә çalışmışıq. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Tofiq Köçərli 
- 8 - 
Qarabağ: Yalan və Həqiqət 
2.
 
I Fәsil 

Azәrbaycan qәdimdәn türklәrin yaşadığı ölkәdir". "Azәrbaycan  әrazisi Hәmәdan-
Zәncan  şәhәrlәrindәn başlar, Dәrbәndә  qәdәr davam edәr, bu әraziyә Azәrbaycan 
deyirlәr" (әrәb mәnbәlәrindәn)

 
Stupişin Azәrbaycan tarixinin saxtalaşdırılmasında “şeytanәt ustadıdır”. O iddia edir 
ki, “hansısa torpağın keçmiş Sovet Azәrbaycanı üçün “әzәli” olması haqqında danışmaq 
sadәcә  әdәbsizlikdir: inqilab, vәtәndaş müharibәsi vә 1918-1920-ci illәrdә xarici 
müdaxilәlәr qarışıqlığında bu yerdә әmәlә gәlәn dövlәt bu vaxta qәdәr heç bir şәkildә 
heç bir zaman mövcud olmamışdır.” 
Stupişinin digәr hәyasız uydurması belәdir: “Azәrbaycan müsavatçıların vә 
kommunistlәrin ... süni qurmasıdır. Onlar tamamilә başqa xalqın, ola bilsin qardaş, lakin 
başqa ölkәdә (İranda) yaşayan xalqın adını götürüblәr”. 
Stupişinin axırıncı iddiasına bәnzәr iddianı biz hәlә 1918-ci ildәn, Azәrbaycan 
Cümhuriyyәti yaranan zamanlardan eşitmәkdәyik. Mәsәlәn,  İran o zaman açıq  şәkildә 
Cümhuriyyәtimizin “Azәrbaycan” adlanması әleyhinә çıxmışdı. 
Mәmmәd Әmin Rәsulzadә 1918-ci ildә İstanbulda olarkәn, Azәrbaycan Cümhuriyyәti 
elan edilmәsi haqqında İstiqlal Bәyannamәsini xarici ölkәlәrin Türkiyәdәki sәfirliklәrinә, o 
cümlәdәn İran konsulluğuna göndәrmişdi. 
Konsulluğun  İstiqlal Bәyannamәsinә necә münasibәt göstәrmәsi haqqında 
M.Ә.Rәsulzadә Gәncәyә, xarici işlәr naziri M.H.Hacınskiyә yazmışdı (6 sentyabr 1918): 
“Konsulluq ... bizim bütün kağızlarımızı geri qaytarmışdır vә ayrı bir kağızda  İran 
konsulluğu bildirmişdir ki, İran Azәrbaycan adında müstәqil dövlәt tanımır ... Guya 
Azәrbaycan  İranın ayrılmaz hissәsidir, ona görә  dә bizim müstәqilliyimizә  qәti etiraz 
edir”
1a

1918-ci il noyabrın 16-da İstanbulda  Әlimәrdan bәy Topçubaşov  İranın Türkiyәdә 
elçisi Mirzә Mahmud xanla görüşür. Elçi hәyasızcasına Әlimәrdan bәyә deyir: 
“Siz özünüzü Azәrbaycan türklәri hesab edirsiniz. Halbuki Azәrbaycanda, 
ümumiyyәtlә Qafqazda vә  İranda türk әsla yoxdur; hamı farsdır, sizin ata vә 

Tofiq Köçərli 
- 9 - 
Qarabağ: Yalan və Həqiqət 
babalarınızın hamısı fars olmuşdur. Sizin sivilizasiya, mәdәniyyәt,  әnәnәlәr, adәtlәr, 
hәtta paltarınız farsınkıdır”.
2
 
Hәtta bu gün dә Azәrbaycan xalqının adı haqqında, Azәrbaycan dövlәtinin adı 
haqqında bizә “mәslәhәt” verәn İran müәlliflәri var. 
Deyilәn iddiaların açıq-aşkar әsassızlığı, qәrәzli vә uydurma xarakteri şәksizdir. 
Yalnız bәzi tarixi hәqiqәtlәri vә faktları xatırladaq. 
Azәrbaycan qәdim insanların ilk mәskәnlәrindәn biri olan ölkәdir. 
Azәrbaycan bәşәr sivilizasiyasının ilk beşiklәrindәndir. 
Bunu maddi - mәdәniyyәt abidәlәri, o cümlәdәn professor İ.Cәfәrzadәnin aşkar 
etdiyi mәşhur Qobustan qaya üstü tәsvirlәri, professor M.Hüseynovun Azıx mağarasında 
kәşfi tәsdiq edir (Parisdә beynәlxalq sәrgidә nümayiş etdirilmiş Azıx abidәlәri “Avropanın 
ilk sakinlәri” xәritәsinә daxil edilmişdir). 
Qәdim insan mәskәni, bәşәr sivilizasiyasının beşiklәrindәn biri olan Azәrbaycan, hәm 
dә ilk dövlәtlәrin yarandığı ölkәlәrdәndir. Hәlә eramızdan  әvvәl IX әsrdә  Cәnubi 
Azәrbaycan әrazisindә Manna dövlәti yaranmışdı. Arazın bu tayında isә, Herodotun (e.ә. 
V әsr) verdiyi mәlumata görә, massagetlәrin öz dövlәti olmuş vә bu dövlәtin hökmdarı 
qәhrәman qadın Tomiris, Arazı keçib massagetlәrlә müharibәyә başlayan İran hökmdarı 
Kiri mәğlub etmişdi.
3
 
Bir sıra mütәxәssislәrin fikrinә görә Azәrbaycana e.ә. VII әsrdә Orta Asiyadan gәlәn 
saklar, yaxud M. İsmayılovun yazdığı kimi, saklar-massagetlәr türkdilli soy olmuşdur. Bu 
barәdә M.İsmayılov, VI әsr tarixçisi Menandrın “qәdimdә türklәri saklar çağırırdılar” 
fikrini vә başqa müәlliflәrin oxşar fikirlәrini gәtirmişdir.
4
 
(İki rәy ilә dә oxucunu biz tanış edәk. Şәrq dillәri professoru Senkovski 1838-ci ildә 
massagetlәrlә türklәrin eyniliyini vurğulamışdı: “massagetlәr vә ya türklәr ...” 
Sakları İşquzlarla eynilәşdirәnlәr dә var. Türk müәllifi X.Türközü “Sakalar (İşgitlәr)in 
türklüyü haqqında” Rumıniya tarixçisi Mixail Quboğlunun aşağıdakı fikrini gәtirir: “Şәrqi 
Avropaya Miladdan öncә min illikdәn başlayaraq köçmüş İşgitlәrin damarlarında әn әski 
türk ya da prototürk qanı vardır ... İşgitlәrin yediyinә komas, içdiyinә at südündәn 
hazırlanmış kumıs deyilirdi. ... Sәnәtlәri haqqında isә әski yunan yazarı Anakreon “çox 
yaxşı oxatandılar” demişdi)
4a




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə