Azərbaycan Dövlət



Yüklə 4,71 Mb.
Pdf görüntüsü
səhifə9/21
tarix24.04.2020
ölçüsü4,71 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   21

    Komissiya aşağıdakı hüquqlara malikdir: 
-  Özünün  səlahiyyətləri  dairəsində,  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 
sərəncamı şəklində verilən qərarlar qəbul etmək;  
- Komissiyanın səlahiyyətlərinə aid edilən məsələlərin Azərbaycan Respublikası Nazirlər 
Kabinetinin digər orqanları, nazirliklər, baş idarələr, təşkilatlar, müəssisələr, konsernlər və 
assosiasiyalar tərəfindən aparılan müzakirələrində iştirak etmək;  
-  adamların  həyatının  və  sağlamlığının  qorunması,  maddi  və  mədəni  sərvətlərin,  təbii 
mühitin  mühafizəsi  üzrə  respublikada  fövqəladə  halların  qarşısının  alınması  və  belə 
hallarda  fəaliyyətə  dair  qüvvədə  olan  qanunlarda,  normativ  aktlarda  nəzərdə  tutulmuş 
tədbirlərin həyata keçirilməsinin yerlərdə vəziyyəti barədə nazirlik, baş idarə rəhbərlərinin, 
fövqəladə hallar üzrə şəhər və rayon Komissiyaları sədrlərinin məlumatlarını dinləmək və 
müvafiq qərarlar qəbul etmək;  
- Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Respublika Dövlət 
Sisteminə  («Azərdövlətfövqəlfəaliyyət  sistemi»)  daxil  edilmiş  qüvvə  və  vasitələrin 
hazırlanmasına nəzarət etmək;  
-  Fövqəladə  halların  qarşısının  alınması  və  belə  hallarda  Azərbaycan  Dövlət  Sisteminə 
daxil  edilmiş  qüvvə  və  vasitələri  müəyyən  olunmuş  qaydada  lazımi  xilasetmə  və  qəza-
bərpa işlərinin yerinə yetirilməsinə cəlb etmək;  
- regional fövqəladə hallar baş verərkən Azərbaycan Respublikasının ərazisində xilasetmə 
və qəza-bərpa işlərinin aparılmasına bilavasitə rəhbərlik etmək;  
-  fövqəladə  halların  yaranması  təhlükəsi  meydana  çıxarkən,  sahə  tabeliyindən  asılı 
olmayaraq  Azərbaycan  Respublikasının  ərazisindəki  xalq  təsərrüfatı  obyektlərinin  işini 
müvəqqəti dayandırmaq;  
-  Respublika  xalq  təsərrüfatının  aparıcı  mütəxəssislərini  təhlükə  potensiallı  obyektlərdə 
ekspertizalar  keçirilməsi  və  belə  obyektlərin  təhlükəsizliyinə  nəzarət  üzrə  tədbirlərə  cəlb 
etmək;  

-  Fövqəladə  vəziyyət  haqqında  Azərbaycan  Respublikasının  4  fevral  1992-ci  il  tarixli 
Qanununun  1-ci  maddəsinin  və  2-ci  maddəsinin  «a»  bəndinə  əsasən  Azərbaycan 
Respublikasının  təbii  fəlakət  rayonunda  fövqəladə  vəziyyət  tətbiq  etmək  barədə  təkliflər 
vermək.  
 
Komissiyanın işinin təşkili 
 
Gündəlik  fəaliyyətində  Komissiya  öz  işlərini  Komissiyanın  sədri  tərəfindən  təsdiq 
edilən iş planı əsasında yerinə yetirir. 
Komissiyanın  iclaslarında  fövqəladə  halların  qarşısının  alınması  və  belə  hallarda 
fəaliyyət məsələləri müzakirə edilir. Komissiya öz səlahiyyətləri dairəsində qərarlar qəbul 
edir  ki,  bu  qərarların  icrası  bütün  respublika  nazirlikləri,  baş  idarələri,  icra  hakimiyyəti 
orqanları,  həmçinin  sahə  tabeliyindən  və  mülkiyyət  formasından  asılı  olmayaraq  bütün 
təşkilatlar, müəssisələr, idarələr üçün məcburidir. Komissiyanın iclasları arasındakı dövrdə 
lazımi qərarlar Komissiyanın sədri tərəfindən qəbul edilir və müvafiq göstərişlər şəklində 
icraçılara  çatdırılır.  Fövqəladə  hallar  yaranarkən  qəzanın,  təbii  fəlakətin,  epidemiyanın, 
epizootiyanın  və  epifitotiyanın  növündən,  miqyasından  və  nəticələrindən  asılı  olaraq 
Komissiyanın  heyətindən  operativ  qruplar  yaradılır  və  onlara  fövqəladə  halların 
nəticələrinin aradan qaldırılmasına rəhbərlik etmək həvalə olunur. 
Komissiyanın  Sədri  Komissiyaya  tapşırılan  vəzifələrin  və  funksiyaların  yerinə 
yetirilməsi  üçün  şəxsi  məsuliyyət  daşıyır.  Komissiyanın  üzvləri  arasında  vəzifə  bölgüsü 
aparır. Komissiyanın və onun aparatının işini təşkil edir. 
Azərbaycan  Respublikasının  qüvvədə  olan  qanunvericiliyinə  müvafiq  surətdə 
Komissiyanın Sədrinə aşağıdakı hüquqlar verilir: 
- fövqəladə hallar zonasında ictimai asayişin mühafizəsini, xeyli maliyyə vəsaiti və maddi 
sərvətlər  toplanmış  yerlərin,  əhalinin  həyat  fəaliyyətini  təmin  edən  obyektlərin  və  xalq 
təsərrüfatı obyektlərinin mühafizəsini gücləndirmək;  
- fövqəladə hallar zonasına vətəndaşların gəliş-gedişi üzrə xüsusi rejim qoymaq;  
-  fövqəladə  halların  qarşısının  alınması  və  ya  nəticələrinin  aradan  qaldırılmasından  ötrü 
lazımi nəqliyyat vasitələrini, tibb, xilasetmə, bərpaetmə və digər qüvvə və vasitələri cəlb 
etmək;  
-  fövqəladə  hallar  zonasında  fəaliyyət  göstərərkən  və  belə  halların  nəticələrini  aradan 
qaldırmaq  üçün  bütün  lazımi  maddi-texniki,  tibbi,  ərzaq  və  digər  dövlət  və  sahə 
ehtiyatlarından və mənbələrindən istifadə etmək;  
-  lazım  gələrsə  fövqəladə  hallar  zonasındakı  müəssisələrdə,  təşkilatlarda  (idarə 
tabeliyindən  və  mülkiyyət  formasından  asılı  olmayaraq)  xüsusi  iş  rejimi  tətbiq  etmək, 
onların  ehtiyatlarından  fövqəladə  halların  qarşısının  alınması  və  nəticələrinin  aradan 
qaldırılması üçün, habelə əhalinin həyat fəaliyyətinin xüsusi rejimini təmin etməkdən ötrü 
istifadə etmək;  
-  əmək  qabiliyyətli  əhalini  fövqəladə  halların  nəticələrini  aradan  qaldırmaq  işlərinə  cəlb 
etmək. 
 
Azərbaycan Respublikası Dövlət orqanlarının fövqəladə halların qarşısının 
alınması və belə hallarda fəaliyyət üzrə funksiyaları müəyyən edilmişdir: 
 
Azərbaycan Respublikasının Nazirlər Kabineti: 
-  Azərbaycan  Respublikası  nazirlikləri  və  baş  idarələrinin,  dövlət  birlikləri,  konsernləri, 
assosiasiyaları  və  digər  təşkilati-istehsalat  strukturlarının  istehsalatda  təhlükəsizliyin 
yüksəldilməsi, qəza və faciələrin, təbii və ekoloji fəlakətlərin epidemiya və epizootiyaların 
qarşısının  alınmasına,  onların  nəticələrinin  zəiflədilməsinə  və  aradan  qaldırılmasına 
yönəldilmiş fəaliyyətini əlaqələndirmək. 
- Təbii fəlakət və qəza nəticələrinin aradan qaldırılması üçün fondlar yaratmaq. 

-  Fövqəladə halların qarşısının  alınması və  nəticələrinin  aradan  qaldırılmasında  qarşılıqlı 
yardım məsələləri üzrə beynəlxalq əməkdaşlığın təşkili. 
 
Azərbaycan Respublikasının Elmlər Akademiyası: 
- Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət 
Sisteminin  təkmilləşdirilməsi  və  inkişafına  yönəldilmiş  elmi  araşdırmalar  aparılmasına 
dövlət yardımı göstərmək, belə araşdırma  və elmi tədqiqatların aparılmasını təşkil etmək 
və əlaqələndirmək. 
 
Azərbaycan Respublikasının Dövlət Tikinti Komitəsi: 
-  Tikintidə  təhlükəsizliyin  təmin  edilməsinə,  şəhərlərin  və  yaşayış  məntəqələrinin  təbii 
təsirlərdən mühafizəsinə xidmət edən tədbirlər işləyib hazırlamaq. 
-  Fövqəladə  hallar  yaranmış  rayonlarda  qəza-bərpa  işlərinin  təşkil  olunmasında  iştirak 
etmək. 
Azərbaycan Respublikasının aqrar-sənaye kompleksinə daxil olan nazirliklər və 
baş idarələr:
 
- (Kənd Təsərrüfatı Nazirliyi, Azərbalıqsənaye birliyi) 
-  Epizotoloji,  fitopotoloji  və  toksikoloji  nəzarəti  təşkil  etmək  və  həyata  keçirmək,  öz 
sahələrində  təbii  və  ekoloji  xarakterli  fövqəladə  halları  proqnozlaşdırmaq,  onların 
nəticələrini qiymətləndirmək. 
- Epizootiya və epifitotiyaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə 
tədbirləri təşkil etmək və həyata keçirmək. 
-  İxtisaslaşdırılmış  dəstələrin  epizootiya  və  epifitotiyaları  aradan  qaldırılmağa  hazırlığını 
və bu işlərdə iştirakını təmin etmək. 
 
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyaları Nazirliyi, 
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti
:
 
-  Rabitə  və  əhalinin  xəbərdarlıq  vasitələrini  daim  hazır  halda  saxlamaq.  Fəaliyyətdəki 
xəbərdarlıq  sisteminin  və  baş  vermiş  fövqəladə  hallar  və  onların  nəticələrinin  aradan 
qaldırılmasının  gedişi  barədə  nazirliklərə,  baş  idarələrə,  respublikanın  icra  hakimiyyəti 
orqanlarına,  həmçinin  əhaliyə  müntəzəm  məlumat  çatdırmaq  sisteminin  (o  cümlədən, 
kütləvi informasiya vasitələrinin) səmərəliliyini yüksəltmək üzrə tədbirlər hazırlamaq. 
 
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi:
 
- Silahların və hərbi texnikanın saxlanılması, istismarı və daşınması ilə əlaqədar fövqəladə 
halların aradan qaldırılması işlərini təşkil etmək. 
-  Qoşunlar  (silahlı  qüvvələr)  yerləşdirilən  rayonlarda  radiasiya  şəraitinə,  kimyəvi  və 
bioloji (bakterioloji) şəraitə nəzarət etmək. 
- Fövqəladə halların nəticələrinin aradan qaldırılmasında, müxtəlif qəzalar, təbii və ekoloji 
fəlakətlər,  epidemiya  rayonlarına  hərbi-nəqliyyat  vasitələrinin  qüvvələrilə  maddi 
ehtiyatların daşınmasında iştirak etmək. 
- Qanunvericiliyə müvafiq olaraq digər vəzifələri yerinə yetirmək. 
 
Fövqəladə Hallar Nazirliyi: 
-  Fövqəladə  hallar  təhlükəsi  yaranan  və  baş  verən  şəraitdə  əhalinin  fəaliyyətə 
hazırlanmasının  təşkili  və  ona  nəzarət,  qəzaların,  təbii  və  ekoloji  fəlakətlərin 
nəticələrindən əhalinin mühafizə olunmasına yönəldilmiş tədbirlərin yerinə yetirilməsi. 
-  MM-ni  idarəetmə,  xəbərdarlıq  və  rabitə  sisteminin  daimi  hazırlığını  təmin  etmək, 
fövqəladə hallar təhlükəsi yaranarkən və belə hallar baş verərkən fəaliyyət qaydası barədə 
ə
haliyə məlumat vermək. 
-  Azərbaycan  Dövlət  fövqəladə  halların  qarşısının  alınması  və  belə  hallarda  fəaliyyət 
Sisteminə daxil olan mülki müdafiə qüvvələri və vasitələrinin hazırlığına nəzarət etmək. 

-  Azərbaycan  Dövlət  fövqəladə  halların  qarşısının  alınması  və  belə  hallarda  fəaliyyət 
Sisteminə  daxil  olan  mülki  müdafiə  qüvvələri  və  vasitələrindən  istifadə  olunmasının 
planlaşdırılması,  qəza-xilasetmə  və  digər  təxirəsalınmaz  işlərin  təşkili  və  idarə  edilməsi, 
fövqəladə  hallarda  əhalinin  həyat  təminatının  təşkili,  Mülki  müdafiə  qüvvələrinin 
fəaliyyətinin  təminatını  və  vəzifələrin  yerinə  yetirilməsi  zamanı  onların  qarşılıqlı 
fəaliyyətini təşkil etmək. 
- Su təsərrüfatı obyektlərinin və hidrotexniki qurğuların vəziyyətini və onlarda fövqəladə 
hallar yaranarkən ehtimal edilən nəticələri proqnozlaşdırmaq və qiymətləndirmək. 
-  Ekoloji  tələbləri  və  fövqəladə  halların  nəticələrini  aradan  qaldırmaq  üzrə  fəaliyyəti 
nəzərə almaqla, belə halların qarşısının alınması və suların mühafizəsi tədbirlərinin yerinə 
yetirilməsinə  yönəldilmiş  su  təsərrüfatı  işlərini  əlaqələndirmək  və  bu  işlərə  metodiki 
rəhbərlik göstərmək. 
-  Təhlükə  potensiallı  su  təsərrüfatı  obyektlərinin  və  su  mənbələrindəki  hidrotexniki 
qurğuların  istismarı  zamanı  ehtiyat  işlərinin  görülməsini  təşkil  etmək,  onların  təbii 
fəlakətlərdən və texnogen qəzalardan dağılmasının nəticələrini aradan qaldırmaq. 
- Su anbarlarının vəziyyətinə operativ nəzarəti təşkil etmək. 
-  Seysmik  dayanıqlıq  tədbirlərini  nəzərə  almaqla,  su  təsərrüfatı  obyektlərinin  tikilməsi 
üzrə işlərin əlaqələndirilməsini və həyata keçirilməsini təmin etmək. 
-  Su  təsərrüfatı  obyektlərində  və  hidrotexniki  qurğularda  qəza-bərpa  işlərinin  yerinə 
yetirilməsində iştirak etmək; 
- Texniki təhlükəsizliyin təmin edilməsi, qəza və fəlakətlərin qarşısının alınması məqsədilə 
Komitənin  təşkilati  strukturuna  daxil  olan  bölmələrin  təhlükə  potensiallı  obyektlərə  və 
istehsalatlara nəzarətini təkmilləşdirməyə yönəldilmiş fəaliyyətini əlaqələndirmək; 
- Obyektlərdə və istehsalatlarda qəza nəticələrinin aradan qaldırılması üzrə işlərə metodiki 
rəhbərlik göstərmək; 
-  Respublikanın  ərazisində  müəssisələrin,  obyektlərin  və  istehsalatların  sənaye 
təhlükəsizliyi  və  yeraltı  sərvətlərin  qorunması  tələblərini  nəzərə  almaqla  yerləşdirilməsi 
üzrə təkliflərin hazırlanmasında iştirak etmək. 
 
Azərbaycan Respublikası DİN: 
-  Fövqəladə  hallarda  ictimai  asayişi  təmin  etmək.  Qəza-xilasetmə  işlərinin  və  digər 
təxirəsalınmaz  işlərin  yerinə  yetirilməsində  hərbiləşdirilmiş  yanğınsöndürən  bölmələrin 
qüvvələrilə iştirak etmək. 
-  Yol-nəqliyyat  hadisələrinin,  yollarda  və  xalq  təsərrüfatı  obyektlərində  qəzaların, 
yanğınların profilaktikası və qarşısının alınması. 
Qanunvericiliyə müvafiq olaraq digər vəzifələri yerinə yetirmək. 
 
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Dövlət Maddi-
Texniki Təchizat Komitəsi, Maliyyə Nazirliyi, DövləƏmək və Əhalinin Sosial 
Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlə
Maddi Ehtiyatlar Komitəsi, Dövlət Sığorta Kommersiya Şirkəti: 
-  Fövqəladə    halların    sosial  -  iqtisadi    nəticələrinin  proqnozlaşdırılması  və 
qiymətləndirilməsi. 
- Fövqəladə halların qarşısının alınması, nəticələrinin aradan qaldırılması və zərər çəkmiş 
ə
haliyə yardım göstərilməsi üzrə işlərin maliyyələşdirilməsinin təmin edilməsi. 
- Fövqəladə halların maliyyələşdirilməsinin təmin edilməsi. 
-  Fövqəladə  halların  qarşısının  alınması  üzrə  işlərin  təminatından  ötrü  lazımi  sığorta  və 
ehtiyat fondlarının, maddi vəsait ehtiyatlarının yaradılması. 
- Zərər çəkmiş əhalinin gündəlik tələbat malları ilə təchizatını təşkil etmək. 

-  Sənaye  və  ekoloji  təhlükəsizlik  üzrə  tələbləri  nəzərə  almaqla  xalq  təsərrüfatı 
obyektlərinin  respublika  ərazisində  yerləşdirilməsi  işlərini  əlaqələndirmək  (Azərbaycan 
Respublikasının İqtisadiyyat və Planlaşdırma Komitəsi). 
 
Azərbaycan Respublikasının Ekoloqiya və Təbiəti sərvətlər Nazirliyi:: 
- Respublikada ekoloji şəraitdə nəzarəti təşkil etmək, onun yaxşılaşdırılması üzrə tədbirləri 
planlaşdırmaq və həyata keçirmək. 
-  Fövqəladə  halların  ekoloji  nəticələrini  aradan  qaldırmaq  üzrə  işlərə  metodiki  rəhbərlik 
göstərmək. 
-  Təhlükəli  istehsalatlar  yerləşdirilən,  intensiv  təsərrüfat  fəaliyyəti  aparılan  rayonlarda,  o 
cümlədən  güclü  qəzalar  və  təbii  fəlakətlər  zamanı  ekoloji  şəraitin  dəyişməsinin 
proqnozlaşdırılması işlərini təşkil etmək. 
-  Respublikanın  ərazisində  müəssisələrin,  obyektlərin  və  istehsalatların  ekoloji 
təhlükəsizlik  tələblərini  nəzərə  almaqla  yerləşdirilməsi  və  tikilməsi  üzrə  təkliflərin 
hazırlanmasında iştirak etmək. 
-  Respublikanın  ərazisində  monitorinqi,  ətraf  mühitin  radioaktiv  və  kimyəvi 
zəhərlənməsinin proqnozlaşdırılmasını təşkil etmək və yerinə yetirmək. 
-  Təbii  hidrometeoroloji  hadisələrin  baş  verməsi  ehtimalını  və  bununla  əlaqədar  olaraq 
yarana  biləcək  fövqəladə  halların  miqyasını  proqnozlaşdırmaq  və  bu  barədə  xəbərdarlıq 
etmək. 
-  Müxtəlif  qəzalar  və  təbii  ekoloji  fəlakətlər  rayonlarında  radioaktiv  çirklənmələrə  və 
kimyəvi  zəhərlənməyə  operativ  nəzarəti  və  bunların  ən  dəqiq  (presizion)  ölçülmələrini 
təşkil etmək. 
-  Azərbaycan  Dövlət  fövqəladə  halların  qarşısının  alınması  və  belə  hallarda  fəaliyyət 
Sisteminin idarəetmə orqanlarını hidrometeoroloji məlumatlarla təmin etmək. 
- Respublikanın meşələrində fövqəladə hallar yaranması ehtimalını proqnozlaşdırmaq. 
- Respublikanın meşələrində fövqəladə hallar yaranmasının qarşısını almaq və nəticələrini 
aradan qaldırmaq tədbirlərinin təşkili və həyata keçirilməsi. 
- Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət 
Sistemi daimi hazırlıq qüvvələrinin heyətinə daxil edilmiş sahə qəza-xilasedici bölmələrin 
qüvvələri  ilə  qəza-xilasetmə  və  digər  təxirəsalınmaz  işlərin  yerinə  yetirilməsində  iştirak 
etmək. 
 
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi: 
-  Respublikada  sanitariya  və  epidemioloji  şəraitə  nəzarəti  təşkil  etmək  və  həyata 
keçirmək. 
-  Fövqəladə  hallar  yaranmış  rayonlarda  epidemioloji  şəraiti  proqnozlaşdırmaq  və 
qiymətləndirmək, epidemiya əleyhinə tədbirlər hazırlamaq və həyata keçirmək. 
- İxtisaslaşdırılmış təcili tibbi yardım dəstələrinin daimi hazırlığını təmin etmək, fövqəladə 
hallar yaranmış rayonlarda təcili tibbi yardım göstərilməsi işlərini təşkil etmək. 
 
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və dövlət konsernləri, tərkibində 
nəqliyyat vasitələri olan konsern və idarələr («AZAL», «Azəravtonəqliyyat», 
Azərbaycan Respublikasının Energetika Nazirliyi, dövlət konsernləri, Azərbaycan 
Dəmir Qapalı Səhmdar Cəmiyyəti, Xəzər Gəmiçiliyi İdarəsi, Azərbalıqsənaye)
- Nəqliyyatda qəza və fəlakətlər baş verməsinin qarşısının alınması və onların nəticələrinin 
aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsini təşkil etmək. 
-  Fövqəladə  halların  aradan  qaldırılması  işləri  üçün  lazımi  qüvvə  və  vasitələrin,  maddi-
texniki ehtiyatların daşınmasını, köçürülmə tədbirlərini nəqliyyatla təmin etmək. 

-  Fövqəladə  hallar  baş  vermiş  rayonlardakı  qəza-xilasetmə,  qəza-bərpa  işləri  və  digər 
təxirəsalınmaz işlərin aparılmasında idarə dəstələrinin qüvvələri ilə onların taktiki-texniki 
imkanları daxilində iştirak etmək. 
- Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri və baş idarələri, respublikanın 
dövlət birlikləri, konsernləri, assosiasiyaları və digər təşkilati-istehsalat strukturları  
 
Nazirliklərin və baş idarələrin obyektlərində qəzaların qarşısının alınması və 
nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin təşkili və yerinə yetirilməsi. 
Fövqəladə  halların  qarşısının  alınması  və  belə  hallarda  fəaliyyət  üzrə  Azərbaycan 
Dövlət Sistemi daimi hazırlıqlı qüvvələrin heyətinə daxil edilmiş idarə tabeli hərbiləşmiş 
və  peşəkar  qəza-xilasetmə  bölmələrinin  qüvvələri  ilə  qəza-xilasetmə  və  digər 
təxirəsalınmaz işlərdə iştirak etmək. 
 
Azərbaycan Respublikasının ixtisaslaşdırılmış dövlət tikinti birlikləri, konsernləri, 
assosiasiyaları və digər təşkilati-istehsalat strukturları: 
-  İxtisaslaşdırılmış  dəstələrin  qüvvələri  ilə  fövqəladə  hadisələr  rayonlarında 
həyattəminatlı obyektləri bərpa etməklə qəza-bərpa işlərində iştirak etmək. 
-  İstehsalat  obyektlərində  qəza  və  fəlakətlərin  qarşısının  alınması  tədbirlərinin  yerinə 
yetirilməsini təşkil etmək. 
Azərbaycan  Respublikası  Nazirlər  Kabineti  fövqəladə  komissiyasının  tərkibi 
əyyən edilmişdir.  
Komissiyanın sədri- baş nazırın müavini Şərifov Abiq Qoca oğlu təyin edilib. 
 
Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə  
Azərbaycan Dövlət Sistemi haqqında 
Ə
sasnamə 
 
Bu  Əsasnamə  Fövqəladə  halların  qarşısının  alınması  və  belə  hallarda  fəaliyyət  üzrə 
Azərbaycan Dövlət Sisteminin əsas vəzifələrini, təşkilini və iş qaydalarını müəyyən edir. 
Fövqəladə  halların  qarşısının  alınması  və  belə  hallarda  fəaliyyət  üzrə  Azərbaycan 
Dövlət  Sistemi  fövqəladə  halların  qarşısının  alınması,  belə  hallar  yarandıqda  isə, 
ə
halinin  təhlükəsizliyinin  təmin  edilməsi  və  xalq  təsərrüfatında  ziyanın  azaldılması 
məqsədilə təşkil edilmişdir. 
Azərbaycan Dövlət Sisteminin əsas vəzifələri aşağıdakılardan ibarətdir: 
-  Fövqəladə  hallar  yaranarkən  respublikanın  ərazisində  adamların  həyatının  və 
sağlamlığının, maddi və mədəni sərvətlərin, təbii mühitin mühafizəsi üzrə bir sıra iqtisadi 
və  hüquqi  tədbirlərin  həyata  keçirilməsi,  bunlardan  ötrü  uzunmüddətli  məqsədyönlü 
proqramların  işlənib  hazırlanması  və  yerinə  yetirilməsi,  elmi  araşdırmaların  və  təcrübə-
konstruktor işlərinin təşkili;  
-  təbii  mühitin  və  təhlükə  potensiallı  obyektlərin  vəziyyətinin  müşahidə  və  nəzarət  üzrə 
respublika  Sisteminin  etibarlı  işinin  təmin  edilməsi,  müxtəlif  fəlakətlər  baş  verməsi 
ehtimalının  proqnozlaşdırılması,  təhlükə  potensiallı  obyektlərin  vaxtında  aşkar  edilməsi, 
ə
mək  təhlükəsizliyi  tələblərini  ödəməyən  istehsalatların  yenidən  qurulması,  yaxud 
bağlanması üzrə lazımi tədbirlər görülməsi, xalq təsərrüfatı obyektlərində və sahələrində, 
ə
halinin  həyat  təminatı  sistemlərində  işin  dayanıqlığının  artırılması,  maddi-texniki 
vasitələr,  tibbi  avadanlıq  və  dərmanlar,  ərzaq  ehtiyatları  və  digər  xüsusi  ehtiyatların 
yaradılması;  
-Azərbaycan  Dövlət  sistemi  idarəetmə  orqanlarının,  qüvvə  və  vasitələrinin  fövqəladə 
hallarda  fəaliyyətə  yüksək  hazırlığının,  baş  vermiş  hadisələrin  xarakterini,  miqyasını  və 
ehtimal olunan nəticələrini düzgün qiymətləndirməklə çevik fəaliyyətinin, müvafiq dövlət 
idarəetmə  orqanlarını  və  əhalini  fövqəladə  halların  törənməsi  və  ya  baş  verdiyi  barədə 

operativ  xəbərdar  edilməsinin,  qüvvə  və  vasitələrin  fəlakət  rayonlarına  vaxtında 
yeridilməsinin təmin olunması;  
-  Fövqəladə  halların  nəticələrini  aradan  qaldırmaqdan  ötrü  axtarış-xilasetmə,  qəza-bərpa 
və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi;  
- Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məsələlərində 
qarşılıqlı  yardım  məqsədi  ilə  digər  dövlətlərlə  qarşılıqlı  fəaliyyətin  və  xarici  ölkələrlə 
ə
məkdaşlığın təşkili.  
Azərbaycan  Dövlət Sistemi  respublikada  müəyyən  edilmiş  inzibati-ərazi bölgüsünə  və 
sahələrarası  dövlət  birlikləri  idarələrinin,  dövlət  konsernləri  və  assosiasiyalarının 
strukturuna müvafiq olaraq ərazi və xalq təsərrüfatı vəsilələrini əhatə edir. 
Sistemin  ərazi  və  sahə  vəsilələrinin  konkret  strukturları  Respublika  nazirlikləri,  baş 
idarələri,  habelə  Naxçıvan  Muxtar  Respublikası  Nazirlər  Kabineti,  şəhər  və  rayon  icra 
hakimiyyəti orqanları tərəfindən müəyyən olunur və bu vəsilələr haqqında Əsasnamələrlə 
təsbit edilir. 
Bu zaman, adətən, hər bir vəsilə rəhbər orqanlardan, gündəlik idarəetmə orqanlarından, 
təbii  mühitin  və  təhlükə  potensiallı  obyektlərin  vəziyyətini  müşahidə  və  nəzarət  edən 
qüvvələr  və  vasitələrdən,  fövqəladə  halların  nəticələrini  aradan  qaldıran  qüvvə  və 
vasitələrdən, rabitə və xəbərdarlıq sistemindən, digər maddi-texniki vasitələrdən, həmçinin 
tədris müəssisələri və elmi-tədqiqat təşkilatlarından ibarət olur. 
 
Yüklə 4,71 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə