Azərbaycan Dövlət


Maddə 20.    Mülki müdafi



Yüklə 4,71 Mb.
Pdf görüntüsü
səhifə2/21
tarix24.04.2020
ölçüsü4,71 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   21

Maddə 20.    Mülki müdafiə sahəsində 
fəaliyyətin qanuniliyinə nəzarə
 
Mülki  müdafiə  sahəsində  fəaliyyətin  qanuniliyinə,  obyekt,  qüvvə  və  vəsaitlərdən 
səmərəli və təyinatı üzrə istifadə edilməsinə idarə nəzarətini Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 
Mülki  müdafiə  sahəsində  qanunların  eyni  cür  və  dürüst  icra  və  tətbiq  olunmasına 
Azərbaycan  Respublikasının  Baş  Prokuroru  və  ona  tabe  olan  prokurorlar  Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada nəzarət edirlər. 
 
Maddə 21. Vəzifəli şəxslərin və vətəndaşların məsuliyyəti 
 
Bu  Qanunun  tələblərinin  pozulmasında  təqsirli  olan  şəxslər  Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 
 
    «Mülki  müdafiə  haqqında»  Azərbaycan  Respublikası  Qanununun  tətbiq 
edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 
Qəbul edilmişdir: 18 aprel 1998-ci il,  700. 
 
2-ci  sual.  Fövqəladə  halların  təsnifatı,  onların  yaranma  səbəbləri  və 
anlayışı. 
 
Bəşər cəmiyyətinin inkişafına nəzər saldıqda bütün tarixi dövrlərdə fövqəladə һalların 
baş  verdiyi  məlum  olur.  Tarixi  faktlar  göstərir  ki,  fövqəladə  һalların  əksəriyyəti  həyat 
fəaliyyətinin  pozulması,  çoxsaylı  insan  ölümü,  təbii  aləmdə  ciddi  dəyişikliklərin 
yaranması ilə, insanlara və ətraf müһitə böyük ziyan dəyməsi ilə nəticələnmişdir. İnsan 
cəmiyyətinin ilk dövrlərində fövqəladə һallar, əsasən, təbii xarakter daşımış və kortəbii 
fəlakətlərlə əlaqədar olmuşdur.  
Fövqəladə  hadisələr  dolayı  iqtisadi  zərəri  -  zədələnən  və  onların  işi  ilə  bağlı 
kooperasiyada  olan  müəssisələr  dayanarkən  məhsul  istehsalının  azalması  və  işçilərin 
xilasetmə işlərinə cəlb edilməsi ilə əlaqədar olaraq məhsulların maya dəyərlərinin artması 
və  bu  kimi  analoji  cavab  reaksiyalarının  verliməsi  ölkə  daxilində  iqtisadi  və  sosial 
vəziyyətin pisləşməsi, bir çox hallarda isə ağırlaşması ilə nəticələnə bilir.  
 
FH yaranma səbəblərinə, yayılma surətinə və miqyasına görə dərəcələnirlər. 
Yaranma  səbəblərinə  görə  fövqəladə  hadisələr  təbii,  ekoloji,  texnogen  və  sosial  -
siyasi mənşəli  fövqəladə hadisələr kimi təsnif edilir. 
 
Fövqəladə halların inkişaf mərhələkləri:  
 
Bütün növ fövqəladə hadisələr öz inkişafında 4 mərhələdən (fazadan) keçirlər: 
  
1.  Normal  vəziyyətdən  və  ya  haldan  fərqlənən  halların  əmələ  gəlməsi  və  onların 
toplanması. Bu hal bir neçə sutka, ay, bəzi hallarda- illərlə və on illərlə davam edə bilər. 
2. Fövqəladə hadisənin əsasında olan vəziyyətə təkan vermək. 
3. Fövqəladə hadisənin baş vermə prosesi- bu zaman əhaliyə, obyektlərə, ətraf mühitə 
mənfi təsir edən risk faktorlarının (enerjinin və ya maddənin) azad olması prosesi gedir. 
4.  Azalma,  sönmə  mərhələsi  -  baş  vermiş  fövqəladə  hadisənin  qalıq  faktorlarının 
təsirinin  azalması.  Bu  mərhələ  təhlükə  mənbəyinin  qarşısının  alınmasından 
(azaldılmasından),  lokallaşdırılmasından  onun  nəticələrinin  tam  aradan  qaldırılması 
müddətini əhatə edir. Bu mərhələnin müddəti illərlə davam edə bilər. 
 
 

    I.  FÖVQƏLADƏ HADİSƏLƏRİN TƏSNİFATI  
   Fövqəladə  hadisə  –  insan tələfatına, insanların  səhhətinə və  ya  ətraf  mühitə  ziyan 
vurulmasına,  əhəmiyyətli  maddi  itkilərə  və  insanların  həyat  fəaliyyəti  şəraitinin 
pozulmasına  səbəb  ola  biləcək  və  ya  səbəb  olmuş  hərbi  əməliyyatlar,  qəza,  təbii  və  ya 
digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir.  
    Fövqəladə hadisələr qiymətləndirilməsinə və onlara qarşı adekvat tədbirlər görmək 
üçün  tiplərinə,  növlərinə,  miqyasına,  nəticələrinin  ağırlığına,  habelə,  digər  əlamətlərinə 
görə təsnif edilir.  
   Əgər, ehtimal olunan bütün fövqəladə hadisələri cəm halında götürsək, onda onları 
iki növə ayırmaq olar.     
                 -  Münaqişəli;  
                 -  Münaqişəsiz fövqəladə hadisələr.  
 
Münaqişəli fövqəladə hadisələrə:  
-  hərbi toqquşmalar;  
-  ekstremist siyasi mübarizə;  
-  sosial partlayışlar;  
-  milli və dini zəmində olan münaqişələr;  
-  terrorizm;  
-  tüğyan edən cinayətkarlığı aid etmək olar.  
 
Münaqişəsiz fövqəladə hadisələr:  
 
- təbii;  
- ekoloji;  
- texnogen xarakterli növləri nəzərə çarpır. 
 
Belə hadisələri onların mənşəyinə, xassələrinə görə xarakterizə edən bir çox əlamətləri 
üzrə qruplaşdırıb, təsnif etmək mümkündür.  
  Respublikamızın  ərazisində  bütün  bu  növ  fövqəladə  hadisələrin  baş  vermə  ehtimalı 
mövcuddur. 
 
Təsir dairəsinə (miqyasına) və nəticələrinin ağırlığına görə, fövqəladə hadisələr:  
1. Lokal (qismən);  
2. Obyekt miqyaslı (səciyyəli);  
3. Yerli;  
4. Regional;  
5. Dövlət əhəmiyyətli (milli);  
6. Qlobal xarakterli ola bilər.  
Lokal  (qismi)  hadisələr  -  iş  yerndən  (iş  sahəsindən),  mənzildən  kənara  yayılmır. 
Zərərçəkənlərin sayı 10 nəfəri keçmir.  
Obyekt  miqyaslı  hadisələr  -  sənaye  obyektində,  bina  və  ya  qurğu  hüdudlarında 
məhdudlaşır.  Həlak  olanların  sayı  10  nəfərə  qədər,  zərər  çəkən  əhalinin  sayı  100-dən  
1000-ə qədərdir.  
Yerli hadisələr - ancaq yaşayış məntəqəsinin, təkcə bir şəhərin və ya kənd təsərrüfatı 
müəssisəsinin ərazisində özünü göstərir. Həlak olanların sayı 100-dən 1000 nəfərə qədər, 
zərər çəkən əhalinin sayı 10.000-dən  125.000-ə qədərdir.  
Regional  fövqəladə  hadisə    -  bir  neçə  sənaye  və  ya  kənd  təsərrüfatı  rayonlarını, 
bütünlüklə  şəhəri  və  onun  ətraflarını  əhatə  edir.  Həlak  olanların  sayı  1.000-dən  25.000 
nəfərə qədər, zərər çəkən əhalinin sayı 125.000-dən  500.000-ə qədərdir.  
Dövlət  əhəmiyyətli  (milli  miqyaslı)  fövqəladə  hadisələr  –  respublikanın  xeyli 
ə
razilərini əhatə edən, lakin dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələrə 

deyilir. Həlak olanların sayı 25.000-dən 1.000.000 nəfərə qədər, zərər çəkən əhalinin sayı 
500.000-dən  20.000.000-a qədərdir.  
Qlobal  fövqəladə  hadisələr  –  bir  ölkənin  ərazisində  məhdudlaşmır  və  qonşu 
dövlətlərin  də  ərazilərinə  yayılır.  Həlak  olanların  sayı  1.000.000-dan  artıq,  zərər  çəkən 
ə
halinin sayı 20.000.000-dan artıq.  
Təsir  dairəsindən  (yayılma  miqyasından)  əlavə,  fövqəladə  hadisələr  baş  verən  insan 
tələfatının  miqdarına,  zədələnmiş  (köçürməyə  məruz  qalan)  əhalinin  sayına,  habelə, 
dəymiş zərərin miqyasına görə də təsnif edilir.  
 
Obyektlər üzrə,  mənsubiyyətinə görə:  
-  Tikintidə.  
-  Sənayedə.  
-  Mənzil və kommunal məişət sahələrində. 
-  Kənd təsərrüfatında. 
-  Meşə təsərrüfatında.  
-  Nəqliyyatda (hava, su, yerüstü və yeraltı) olur. 
 
Universitetin  yerləşdiyi ərazidə aşağıdakı  fövqəladə hadisələr baş verə bilər: 
-  zəlzələ,  yanğın,  kimyəvi  maddələrlə  zəhərlənmə,  subasma,  yoluxucu  xəstəliklərin 
yayılması, terror aktları, müharibə dövrünün fövqəladə hadisələri. 
Bunlar əsasən qəflətən baş verir  və çox vaxt insan tələfatına səbəb olur, ətraf mühitə 
mənfi təsir göstərir.  
Belə  hallarda  öz  təhlükəsizliyini  qorumaq  üçün  insanların  əsas  əlacı  -  fəlakətli 
hadisələrdən mühafizəyə hazır olmaq, belə hadisələr baş verərkən - düzgün davranmağı, 
hadisədən  sonra  isə  onun  nəticələrini  aradan  qaldırmaq  üçün  fəaliyyət  göstərməyi 
bacarmalıdırlar.  
 
Fövqəladə һallar bölünür: 
 
- Sülh dövrünün fövqəladə һallarına. 
- Müharibə dövrünün fövqəladə һallarına. 
 
Sülh dövrünün fövqəladə һallarına aid edilirlər: 
 
- təbii; 
- texnogen;  
- bioloji; 
- ekoloji; 
- sosial xarakterli FH. 
 
 
Təbii xarakterli fövqəladə hadisələrə aid edilirlər: 
 
Geofiziki FH: 
 
 - zəlzələ; 
- vulkan püskürmələri  
    MeteorolojiFH: 
 
- 11-12 ballıq fırtına, 12-15 ballıq qasırğa; 
- leysan yağışlar; 
- iri dolu; 
- quraqlıq; 
- güclü qar; 
- güclü qar çovğunu; 
- güclü buzlaşma, donvurma. 
 

Hidroloji FH: 
 
- suyun səviyyəsinin qalxması (daşqınlar) və düşməsi,  
- su hövzələrinin daşması; 
-  yeraltı suların səviyyəsinin qalxması (subasma). 
 
Geoloji FH: 
 
- Sel;  
- Sürüşmə; 
- Torpaq uçqunu; 
- Qar uçqunu (marxallar); 
- Yerin yuxarı qatının köçməsi. 
 
  Geniş  miqyaslı  kortəbii  yanğınlar  -  meşə  yanğınları,  yeraltı  yanğınlar,  zəmi  və  çöl 
yanğınları da təbii fəlakət sayıla bilər. 
 
Texnogen xarakterli fövqəladə hadisələr: 
 
- Binaların qəflətən uçması; 
- radioaktiv maddələrin yayılması ilə baş verən qəzalar; 
-  istehsalat  qurğularının  və  ərazinin  radioaktiv  çirklənməsi  ilə  müşahidə  edilən  AES 
qəzalar; 
-  ərazinin  radioaktiv  çirklənməsi  ilə  müşahidə  edilən  mühıəndis  -  təcrübə  nüvə 
qurğularında qəzalar; 
- kimyəvi təhlükəli obyektlərində GTZM ətrafa yayılması ilə baş verən qəzalar; 
- bakterioloji və bioloji maddələrin hazırlanması, istehsalı, saxlanılması, daşınması ilə 
məşqul  olan  elmi  -  tədqiqat  müəssisələrində  həmin  maddərin  ətrafa  yayılması  ilə  baş 
vermiş qəzalar; 
- su nəqliyyatında baş vermiş qəzalar; 
- iri miqyaslı avtomobil qəzaları (fəlakətləri); 
-  çoxsaylı  insan  itkiləri  ilə  nətigələnən  və  axtarış-xilasetmə  işləri  tələb  edən  aviasiya 
fəlakətləri; 
-  çoxsaylı  insan  itkiləri  ilə  nəticələnmiş,  dəmir  yolu  xətlərinin  dağılması,  qatarların 
(metropoliten vaqonlarının) relslərdən çıxması, yaşayış məntəqələrində dağıntılara səbəb 
olmuş qəzalar; 
-  insan  itkiləri,  sahil  sularının,  daxili  su  hövzələrinin  zəhərləyici  maddələrlə 
çirklənməsi ilə nəticələnən  su qovşaqlarında baş vermiş qəzalar; 
-  yaşayış  məntəqələrinə  yaxın  ərazilərdə  nəql  edilən  maddələrin  dağılması  və  ətraf 
mühitin çirklənməsi ilə nəticələnən kəmərlərdə baş vermiş qəzalar; 
- elektrik sistemlərində baş vermiş qəzalar; 
- təmizləyici qurğularda baş vermiş qəzalar; 
- hidrodinamik qəzalar; 
- su bəndlərinin dağılması; 
-  yanğın  təhlükəli  obyektlərdə  baş  vermiş  partlayışlar  nəticəsində  əmələ  gələn 
yanğınlar. 
 
Bioloji fövqəladə hadisələr: 
 
- epidemiya; 
- epizotiya; 
- epifitotiya. 
 
 
 

Ekoloji xarakterli fövqəladə hadisələr: 
 
Ekoloji fövqəladə hadisələr 4 növə bölünürlər: 
1.  Atmosferin  (mühitin)  tərkibi  və  xassələrinin  dəyişməsi  ilə  əlaqədar  fövqəladə 
hadisələr.  
2. Hidrosferin (su mühitinin) vəziyyətinin dəyişməsi ilə əlaqədar fövqəladə hadisələr.       
3.  Yerin    (torpağın,  yer  təkinin  və  səthinin)  vəziyyətinin    dəyişməsi    ilə    əlaqədar 
fövqəladə hadisələr.  
4.  Biosferin vəziyyətinin dəyişməsi ilə əlaqədar fövqəladə hadisələr.  
 
Sosial - iqtisadi  fövqəladə hadisələr: 
-  hərbi toqquşmalar;  
-  lokal və sosial - milli və dini zəmində olan münaqişələr;  
-  aclıq; 
-  iri miqyaslı tətillər; 
-  kütləvi iğtişaşlar, talanlar,  yanğınların törədilməsi, tüğyan edən cinayətkarlıq; 
-  terror aktları. 
 
Bir növ fövqəladə hadisələr digər fövqəladə hadisələrin yaranmasına səbəb ola bilərlər. 
 
Müharibə dövrünün fövqəladə һalları. 
 
Hərbi fövqəladə hadisələr - döyüşlərin aparılması ilə əlaqədar və ya onların nəticəsində 
ə
mələ gəlmiş fövqəladə hadisələrdi. 
 
Döyüşlərin aparılması ilə əlaqədar olan fövqəladə hadisələr bölünürlər: 
 
- Adi qırğın vasitələrdən istifadə etməklə; 
- kütləvi qırğın vasitələrindən istifadə etməklə. 
 
Təbii xarakterli fövqəladə hadisələrə aid edilirlər: 
 
Geofiziki fövqəladə hadisələr: 
 
 Zəlzələ-  yerin  dərinliklərində,  tərkində  dağ  suxurların  yerdəyişməsindən,  kəskin 
surətdə  dağılmasından,    yer  qabığının    müəyyən  səthinin  titrəməsi  nəticəsində  yerin 
altında  və  üstündə  çatların  əmələ  gəlməsindən ibarətdir.  Bu  zaman  yaranan  təkanlar  və 
titrəyişlər binalara öz təsirini göstərir. Zəlzələ ocağı həndəvərində yeraltı təkanın gücü ən 
çox olan sahəyə zəlzələ mərkəzi deyilir. 
Zəlzələ 12 ballıq Rixter cədvəli (şkalası
)
 ilə ölçülür. 
 
Zəlzələlərin təsnifatı 
Zəlzələ ocaqları müxtəlif dərinliklərdə yerləşir.Onların əksəriyyəti yer qabığında 20-30 
km dərinlikdədir. Bunula belə dərinliyi 700 km-ə çatan ocaqların da varlığı inkar edilmir. 
Belə  ocaqlarla  əlaqədar  zəlzələlər  dərin  fokuslu  adlanır.  Zəlzələnin  intensivliyi  yer 
səthində  titrəyişin  dərəcəsini  göstərir  və  balla  ölçülür.  Ölkəmizdə  12  bala  bölünmüş 
seysmik  cədvəldən  (şkaladan)  istifadə  olunur.  Bu  cədvələ  görə  zəif  zəlzələlərin 
intensivliyi  2-3  bal,  güclü  zəlzələlərinki  5-6  bal,  çox  güclülərinki  7  bal,  dağıdıcı 
zəlzələlərinki 8 bal, viranedici zəlzələlərinki 9-10 bal, katastrofik zəlzələlərinki 11-12 bal 
sayılır.  
 
Daha dəqiq desək: 
 
- 1 bal-    hiss olunmayan; 
- 2 bal-    çox zəif; 
- 3 bal-    zəif; 
- 4 bal-    orta mülayim; 

- 5 bal-    nisbətən güclü; 
- 7-bal-    çox güclü; 
- 8 bal-    dağıdıcı; 
- 9 bal-    viranedici; 
- 10 bal-  məhvedici; 
- 11 bal-  katastrofik; 
- 12 bal-  dəhşətli katastrofik zəlzələ sayılır. 
 
1  bal  gücündə  zəlzələni  insanlar  hiss  etmir,  ancaq  seysmik  cihazlar  qeyd  edir.  2  bal 
gücündə  zəlzələni  adi  şəraitdə  bəzi  adamlar  hiss  edir.  3  bal  zəlzələni  hərəkətdə  olan 
adamlar  hiss  etmir.  Əhalinin  ancaq  sakit  şəraitdə  olan  qismi  hiss  edir.  4  balı  zəlzələdə 
qab-qacaq, pancərə şüşələri silkələnir, qapılar cırıldayır. 5 balda binalar tərpənir, mebel 
hərəkətə  gəlir,  pəncərə  şüşələri,  divarların  malası  çatlayır,  yatanlar  oyanır.  6  balda 
titrəyişləri  hamı  hiss  edir,  divarlardan  asılmış  şəkillər  və  malalar  qopur  yerə  düşür, 
binalar  zədələnir.  7  balda  daş  binaların  divarları  çartlayır,  antiseysmik  və  taxta  binalar 
zədələnmir.  8  balda  dağların  iti  yamacları  çartlayır,  heykəllər  aşır,  binalar  möhkəm 
zədələnir.  9  balda  daş  binalar  bərk  zədələnir  və  ya  uçub  dağılır.  10  balda  torpaqda  iri 
çatlar,  yarıqlar  əmələ  gəlir,  sürüşmə  və  uçqunlar  baş  verir,  daş  binalar  dağılır,  dəmir 
yollarda  relslər  əyilir.  11  balda  yer  üzərində  enli  yarıqlar  açılır,  çoxlu  sürüşmə,  uçqun 
hadisələri baş verir, daş binalar tam dağılır. 12 balda torpaq son dərəcə parçalanır, çoxlu 
çatlar, sürüşmələr, uçqunlar baş verir, şəlalələr əmələ gəlir, çay dərələrinin qabağı kəsilir, 
göllər yaranır, çayların məcrası dəyişir. Bütün binalar uçub dağılır. 
 
Yaranma səbəbləri. 
Zəlzələnin  baş  verməsi  üçün  ilkin  şərtlərdən  biri  də,  yerin  altında  kövək  süxurların 
olmasıdır. Yerin mərkəzinə tərəf irəlilədikcə temperatur artır. Nəticədə suxurlar nisbətən 
yumşaq  olur  və  burada  zəlzələnin  yaranması  üçün  az  imkan  olur.  Zəlzələ  ona  görə  də 
yerin  üst  qatlarına  yaxın  zonalarda  cəmləşir.  Bəzi  hallarda  zəlzələ  yerin  700  km 
dərinliyinə qədər işləyə bilirlər. Əgər iki lay toqquşarsa, onda sıxlığı yüksək olan yüngül 
layı aşağıya yerin dərinliyinə itələyir.  
Zəlzələlər  həmçinin  vulkan  püskürməsi  nəticəsində  də  yarana  bilərlər.  Ancaq  burada 
baş verən zəlzələnin tektonik enerjisi məhduddur. 
Zəlzələ zamanı Yerdə müxtəlif dalğalar yaranır. Bu dalğalar bütün yer kürəsinə yayılır 
və seysmoloqlar tərəfindən yerin istənilən nöqtəsində ölçülə bilir. Bu dalğalar yerin üst 
qatında baş verən dağıntılara səbəb olur. 
Demək  olar ki, zəlzələlərin hamısı tektonik  zəlzələlərdir.  Planetimizin  daxilində  təsir 
edən daxili qüvvələr tədricən toplanır və hər hansı bir yerdə süxurların müqavimətetmə 
qabiliyyətindən artıq olduqda, həmin süxurların birdən-birə parçalanması və ya çatlaması 
baş  verir.  Parçalanma,  hər  tərəfə  yayılmaqda  olan  və  öz  yolunda  rast  gələn  maddələri 
rəqsi hərəkətə gətirən elastik dalğalar yaradır. Süxurların ilk parçalanma yeri zəlzələnin 
mərkəzi olur. Mərkəzdə zəlzələ həmişə qısa müddətli olur. Ən güclü təkanlar da belə bir 
neçə  saniyə  davam  edir.  Yalnız  Çilidə  olan  zəlzələlər  bir  neçə  on  saniyə  davam  edib. 
Toplanmış  enerjinin  azad  olması  sürətlə  baş  verir:  enmə,  qalxma,  üfiqi  istiqamətdə 
sürüşmə və ya mürəkkəb hərəkətlə parçalanma müstəvisi boyu uzunu yayılır. 
Yer daxilində zəlzələyə səbəb olmuş ilk hərəkətin baş verdiyi yerə “hiposentr” deyilir. 
Zəlzələ ocağının Yer səthinə perpendikuliyar proyeksiyası "episentr" adlanır.  
 
Vulkan püskürmələri 
Vulkan  püskürməsi  -  vulkanın  qızğın  qırıntıların,  külün  yer  səthinə  atması, 
maqmanın  (yer  kürəsinin  içində  ərgin  halda  olan  kütlə)  sürətlə  çıxması,  hansı  ki  yer 
səthinə axdıqdan sonra lavaya çevrilir.  

Vulkan püskürməsi müvəqq
Vulkan  püskürməsi  geofizik
fəlakətlərə gətirə bilər. 
Stratovo vulkanın en k
1. Böyük maqma kamerası 
2. Yerin üst qatı 
3. Kanal 
4. Bünövrə 
5. Yataq 
6. Budaq yol 
7. Vulkandan yaranan kül qatı
8. Yan tərəf 
 
 
si müvəqqəti - bir neçə saatdan bir çox illər müdd
fiziki  fövqəladə  vəziyyətlərə  aid  edilir,  hans
Stratovo vulkanın en kəsiyi: 
 
7. Vulkandan yaranan kül qatı 
9. Vulkan zamanı yaranan lava qatı
10. Boğaz 
11. Püskürdücü qıf 
12. Lava axını 
13. Ağızlıq 
14. Krater 
15. Soyuq kül 
ə
r müddətində ola bilər.  
  aid  edilir,  hansılar  ki  təbii 
 
lava qatı 
 

 
 
Rinjani vulkanın püskürməsi (1994) 
 
Vulkan  –  xaricə  lava,  vulkanik  qazlar,  daşlar  (vulkanik  bombalar)  püskürdən,  yer 
kürəsinin  üst  qatında  yaranan  geoloji  strukturdur.  Vulkan  yerin  daxilində  baş  verən 
geoloji dəyişiklik nəticəsində maqmanın xaric edilməsi ilə müaşiət olunur. 
Vulkan  sözü  qədim  Roma  mifologiyasında  od  tanrısı  Vulkanın  adından 
götürülmüşdür. 
Vulkanla məşğul olan elmə vulkanologiya deyilir. 
 
Vulkanlar  təsnifləşdirilirlər: 
 
- formasına görə (şit və ya stratovulkanlar); 
- aktivliyinə görə (hərəkətdə olan, yatan, sönmüş); 
- yerinə görə (yerüstü, sualtı, buzaltı). 
 
Yerin 100 km dərinliyində təxminən 1000 və 1300°S arasında temperatur mövcudur. 
Bu istiliyin təsirindən ərimiş daş qarışığı özülü plastik formaya malik maqmaya çevrilir. 
Damcı  formalı  maqma  50  km  dərinliyinə  yığılır.  Təzyiq  çoxaldıqca  maqma  yarıqlarla 
hərkət edərək litosferaya daxil olur. Bu yolla yerin üzünə çıxmış maqmaya lava deyilir. 
Vulkan  partlayışı  zamanı  təkcə  közərmiş  mayelər  yox,  həm  də  bərk  və  qaz  halında 
olan  maddələr  xaricə  çıxır.  Əksər  hallarda  vulkanlar  konus  şəklində  olurlar.  Vulkanın 
forması başqa şəkillərdə də ola bilər. 
Püskürmədən sonra vulkanın aktivliyi ya dayanır, ya da o min illər boyu "mürgüləyir". 
Bu  zaman  vulkanın  özündə  və  ətrafında  olan  ərazilərdə  maqmatik  özəyin  soyuması  ilə 
müşaiət  olunan  aktivlik  saxlanılır.  Belə  adlanan,  postvulkanik  dövr  baş  verir.  Buraya 
fumarol, term, qeyzerləri misal göstərmək olar. 
Vulkanların formaları:     
- Qalxanvari vulkan; 
- Gunbəzi vulkan; 
- Qatlı vulkan; 
- Mürəkkəb vulkan. 
Vulkanların növləri: 
Sönmüş vulkan; 
- Sönməmiş vulkan - aktiv vulkan. 
 
 
Vulkan  ətrafa təsiri: 
Vulkan  püskürməsi  genişmiqyaslı  dağıntılara,  insan  itkilərinə  və  təbii  fəlakətlərə 
gətirib çıxara bilər. 
 

 İnsan itkilərinə və dağıntılara səbəb olan amillər aşağıdakilərdir: 
 
-    Vulkan  püskürməsi  nəticəsində  qızğın  qırıntıların  ətrafa  atması,  onların  insanları, 
yaşayış ərazilərinə zədə etməsi; 
-  maqmanın  (yer  kürəsinin  içində  ərgin  halda  olan  kütlə)  sürətlə  çıxması  və  ətrafa 
yayılma nəticəsində təbiətə ziyan vurması və tikililərin dağılması; 
-  külün  yer  səthinə  atması,  onun  ətraf  ərazilərdəki  evlərin  damlarına  düşərək,  onların 
uçmasına,  elektrik  xətlərinin  qırılmasına,  su  ilə  qarışdıqda  -  betona  bənzər  maddənin 
alınmasına, təyyarələrin mühərriklərinə daxil olduqda - onların sıradan çıxmasına (hava 
məkanını iflic vəziyyətinə sala bilər- İslandiyadakı vulkan Avropanın hava məkanını iflic 
vəziyyətinə salmışdır); 
-  vulkan  püskürməsi  zamanı  əmələ  gəlmiş  qazlarından,  daşlardan  və  küldən  ibarət 
piroklastik adlanan axınlar (sürəti 700 km/s. çatır), hansılar ki əsas insan itkilərinə səbəb 
olur. 
Vulkan püskürməsi müvəqqəti - bir neçə saatdan bir çox illər müddətində ola bilər.  
Çox  güclü  və  böyük  həcmli  vulkanar  “supervulkan”  adlanırlar.  Onların  nəticələri 
uzunmüddətli təsirə, qlobal iqlim dəyişikliyinə, təbiətə, heyvanlar aləminə böyük itkilər 
verməyə qadirdirlər.  
 
Yüklə 4,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə