Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya fakültəsi



Yüklə 257,93 Kb.
səhifə1/3
tarix02.01.2022
ölçüsü257,93 Kb.
#37160
  1   2   3
Q.Sona 1803 B əhali coğrafiyası[1]
qaraqan - 1 milyon dollarım olsaydı



Azərbaycan Dövlət Pedaqoji Universiteti

Tarix və Coğrafiya fakültəsi

İxtisas: Coğrafiya müəllimliyi

Tədris ili: III (2020-2021)

Qrup:COG1803B

Fənn: Əhali coğrafiyası

Fənn müəllimi: dos.c.ü.f.d. S.H.İmanova (sona.imanova125@mail.ru)

Tyutor: Əmilova Günel (günel.emilova.@mail.ru)

Tələbə: Quliyeva Sona Elşad (sonaq026@gmail.com)

İMTAHAN TAPŞIRIĞI:

Mövzu: Dünya əhalisinin regionlar üzrə yerləşməsi

BAKI-2021

Plan


1)Yer kürəsində məskunlaşmış və məskunlaşmamış ərazilərin təbii-coğrafi şəraiti.

2)Dünya əhalisinin regionlar üzrə paylanması

3)Yer kürəsinin əsas məskunlaşma rayonları

4)Regionların demoqrafik cəhətdən dəyərləndirməsi

Yer kürəsində insanların məskunlaşması bir çox amillərdən asılı olmuşdur: coğrafi mövqe,iqlim,təbii şərait,relyef və s. Bunla əhalinin qeyri-bərabər məskunlaşmasına səbəb olur.Hətta elə yerlər də mövcuddur ki,ora heç insan ayağı dəyməyib.Hələ qədim zamanlardan insanların məskunlaşdığı əsas ərazilər çay vadiləri,dəniz sahilləri olmuşdur.Buna misal olaraq Ön Asiya da yerləşən Mesapatomiya ovalığı göstərmək olar.Çünki 2 çay arasında (Dəclə və Fərat) yerləşən bu ərazi çox əlverişli şəraitə malik olmuşdur.Başqa bir əsas misal isə Aralıqdənizi sahilləridir.Qısaca belə nəticəyə gəlmək olar ki, insanların məskunlaşması üçün çayların,göllərin,vadilərin yaxınlığı,okean sahilləri,isti dəniz cərəyanları keçən ərazilər daha əlverişli hesab olunur.Bu dediklərimizi ümumiləşdirsək qısacası insanın yaşaması üçün rütubət və istilik ən başlıca amildir.

Yer kürəsi hələ tam məskunlaşmamışdır.Burada bir çox ekstremal şəraiti ərazilər mövcuddur ki, bu ərazilərdə insanların yaşaması mümkün deyil. Ekstremal şəraitli ərazilər dedikdə buraya arktik zonalar,səhralar,bataqlıqlar, sıx, keçilməz meşələr və s aid edilir.Qütblərə günəş radiasiyasının çox az düşməsi,yağıntıların miqdarının az olması burada məskunlaşmanı məhdudlaşdırır. Səhralar da hamısı- buzlu,daşlı,qumlu,dağlı olmasından asılı olmayaraq belə ərazilərə aiddir.Bu sadalananlardan əlavə dağlıq ərazilər də əlverişsiz hesab olunur.Buna səbəb hündürlüyə qalxdıqca atmosfer təzyiqinin düşməsi ilə tənəffüsün çətinləşməsidir.Buna görədə əhali əsasən ovalıqlarda məskunlaşır.XX əsrin sonlarına kimi əhali yaşaya biləcəyi bütün əraziləri mənimsəmiş və orada məskunlaşmışlar.Əsas məskunlaşma arealı isə 72° şm.e və 54°c.e dairələri arasındadır.

Qurunun geniş bir hissəsi insanların yaşaması üçün yararsız hesab olunur. Buna görə də əhali bərabər qaydada yerləşə bilməmişdir.Əhali əsasən mülayim,subtropik,subekvatorial iqlimdə,okean səviyyəsindən isə 500 m hündürlükdəki ərazilərdə yaşayır.Lakin bəzi istisna ölkələr vardır ki,əhalinin böyük hissəsi 1000-dən yüksəkdə məskunlaşıb: Boliviya,Meksika,Peru,Efiopiya,Əfqanıstan .Boliviya əhalisinin 75%-i 3600 metrdən hündürdə yaşayır.Ölkənin paytaxtı La-Pas şəhəri 3620 metr yüksəklikdə yerləşir.Yalnız Peru və Çində (Tibet) məskunlaşma 5000 m-dən yüksəyə qalxır.

Dünya xəritəsində ən çox məskunlaşmanın olduğu areallar bunlardır:

1.Şərqi Asiya

2) Cənubi Asiya

3)Avropa

4)Şimal-Şərqi ABŞ

5)Cənub-Şərqi Kanada

Ə
halinin ən çox yayıldığı materik Asiya hesab olunur.Bu materik əhalinin yarıdan çoxunu əhatə edir. Yer kürəsi əhalisinin 2/3 hissəi burada yerləşir.Ümumi əhalisi 4 milyarda yaxındır.Amerika ilə müqayisədə burara əhali sıxlığı 6 dəfə çoxdur.Əhalinin sayının ən çox olduğu yerlər Cənub-Şərqi Asiya,Çinin cənubu,Koreya yarımadası və Yaponiyadır.Çin və Hindistanın birgə əhalisi 2,5 milyarddan artıqdır.Asiyada əhalinin bu qədər sıx yerləşməsinin əsas səbəbləri əlverişli coğrafi şəraitə,zəngin təbii ehtiyatlara malik olmasıdır.Daha bir əsas səbəbi isə hələ qədim




Yüklə 257,93 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə