AZƏrbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə1/17
tarix22.07.2017
ölçüsü1,27 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   17

 
1
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD  
UNİVERSİTETİ   
 
 
 
 
 
 
MAHMUD QULUZADƏ 
iqtisad elmləri namizədi, dosent   
 
 
 
 
 
İNSAN AMİLİ VƏ AZƏRBAYCAN RESPUBLİKASININ  
SOSİAL-İQTİSADİ      
İNKİŞAFININ SÜRƏTLƏNDİRİLMƏSİ 
 
(Monoqrafiya) 
 
 
 
 
 
 
 
 
 
   Bakı – 2015 

 
2
Elmi redaktoru:                                                           İrşad 
Kərimli, i.e.d., professor 
 
Rəyçilər:                                                                  Arif 
Şəkərəliyev, i.e.d., professor                  
                                                                                                                                                                   
Həsən Allahverdiyev, 
i.e.d., professor 
 
Quluzadə Mahmud Məmməd oğlu.  İnsan amili və Azərbaycan 
respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi. 
Monoqrafiya. – Bakı: “İqtisad Universiteti” Nəşriyyatı, 2015. -   
299 səh.  
 
 
Oxuculara təqdim olunan monoqrafiya müasir dövrdə çox böyük əhəmiyyət 
kəsb edən problemlərə - iqtisadi və sosial inkişafın müxtəlif amillərinə - təbii 
ehtiyatlar, istehsalın təşkili,  istehsal vasitələrinin səviyyəsi, elmi-texniki 
tərəqqinin inkişafı, gender və tender iqtisadiyyatının nəzəri-metodoloji 
əsasları, gender və iqtisadi siyasət, gender və sosial siyasət məsələlərinin vacib 
problemləri – qadınların sosial-iqtisadi hüquqları və onların həyata keçirilməsi 
mexanizmi, təhsil, səhiyyə və digər məsələlərdən bəhs olunur.  
Müəllif hələ 1980-1990-cı illərdə respublikada ilk dəfə bu mövzu üzrə 
tədqiqatlar aparmış  və  nəhayət “İnsan amili və Azərbaycan SSRİ-in sosial-
iqtisadi inkişafının sürətləndirilməsi” kitabçasını çap etdirmişdir (Bakı: “Bilik” 
Cəmiyyəti, 1987). 
Kitab sosiologiya, iqtisadiyyat və digər humanitar fakultələrin tələbələri, 
doktorantlar və müəllimlər üçün nəzərdə tutulmuşdur.     

 
3
GİRİŞ 
 
Bu gün iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyi-
mizin, öz ölkəmizin sahibiyik və Azərbaycanın dövlət müstəqil-
liyi əbədidir, daimidir.  
H.Ə.Əliyev  
 
Tarixən qısa zaman kəsiyində ölkəmizdə müstəqillik bərqərar 
olmuş, dönməz xarakter almışdır. Biz iqtisadi və sosial inkişaf 
baxımından çox böyük uğurlar qazanmışıq.  
İlham Əliyev 
 
Azərbaycan Respublikasının müstəqillik dövründə sosial-
iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlar, ölkə iqtisadiyyatının 
sıçrayışlı inkişafı onun iqtisadi artım tempinə görə dünyanın lider 
ölkəsinə çevrilməsi, düzgün iqtisadi siyasətin həyata keçirilməsi 
və onun dövlət tərəfindən tənzimlənməsi ilə bağlıdır.  
Xalqımızın ümummilli lideri Heydər  Əliyevin xalqın təkidli 
tələbi ilə respublika rəhbərliyinə yenidən qayıdışı iqtisadiyyatın 
bütün sahələrində nailiyyətlərin əldə edilməsi ilə əlamətdardır.      
Azərbaycan Respublikasında son illər  ərzində baş verən 
ictimai, siyasi, iqtisadi və sosial dəyişikliklər ölkənin inkişaf tari-
xində özünəməxsus cəhətlərlə  səciyyələnir və bütövlükdə keçid 
mərhələsi kimi qiymətləndirilir. Ən vacib və obyektiv hesab edi-
lən bu dəyişikliklərin müstəqil ölkələrin bütöv iqtisadi sisteminin 
dünya təcrübəsinə  əsaslanan bazar münasibətləri prinsipləri ilə 
qurulması zərurəti yaranmışdır. Bu dəyişikliklərdə gender məsə-
lələri daha cox əhəmiyyət kəsb edir. Bu da təsadüfi deyildir.  
Gender məsələlərinə diqqət bir neçə baxımdan aktualdır. Son 
20-30 ildə bütün dünyada qadınların hüquq bərabərliyinin təmin 
edilməsi sahəsində xeyli işlər görülmüşdür. Ümumi insan haqları 
kontekstində qadın hüquqlarına verilən diqqət öz əksini bir çox 
sənədlərlə tapmışdır. Bu sənədlərdə qeyd olunur ki, stabil inki-

 
4
şafın, demokratiyanın, sosial ədalətin təmin edilməsinin  əsas 
şərtlərindən biri qadın və kişilərin hüquq bərabərliyinin təmin 
edilməsi, yəni gender bərabərliyidir. İnkişaf etmiş ölkələrin təcrü-
bəsi göstərir ki, qadınların vəziyyəti ölkənin iqtisadi inkişafına, 
cəmiyyətdə sosial və siyasi sabitliyə birbaşa təsir göstərir. 
Son 20 ildə gender bərabərliyinin təmin edilməsi sahəsində 
xeyli işlər görülmüşdür. Cəmiyyətdə iqtisadi strukturlara cıxış və 
onlara təsir etmək imkanları baxımından qadınlar və kişilər 
arasında böyük fərqlər mövcuddur. Dünyanın  əksər ölkələrində 
vergi sistemi və  əməkhaqqını  tənzimləyən normalar, maliyyə, 
büdcə, ticarət və iqtisadi siyasətin digər formalarının hazırlanması 
da daxil olmaqla, iqtisadi qərarların qəbul olması prosesində 
qadınlar demək olur ki, iştirak etmirlər və ya az iştirak edirlər. 
Çox hallarda kişilər və qadınlar,  əvəzi ödənilən və ödənilməyən 
əmək arasında öz vaxtlarını necə bölmək məsələsi də daxil 
olmaqla, öz qərarlarını  məhz bu siyasət çərçivəsində  qəbul 
etdiklərindən bu cür iqtisadi strukturların və siyasətin faktiki 
formalaşması qadın və kişilərin iqtisadi resurslara çıxışına, onla-
rın iqtisadi imkanlarına və bunlara müvafiq olaraq fərdlər, ailə 
səviyyəsində  və  həmçinin bütövlükdə  cəmiyyətdə onların 
bərabərlik səviyyəsinə bilavasitə təsir edir.  
Odur ki, 90-cı illərin sonlarında BMT-nin qlobal inkişaf, 
beynəlxalq inkişaf və yoxsulluğun aradan qaldırılması ilə bağlı 
bütün konfranslarda qadınların iqtisadi hüquqlarının və imkan-
larının beynəlxalq hüquq normalarına, standartlara, məqsədlərə 
və  vəzifələrə uyğun olaraq genişləndirilməsi  əsas məqsədlərdən 
biri kimi irəli sürüldü. Qadınların təhsil və sağlamlıq səviyyəsi və 
bütün hüquqlarını reallaşdırmaq imkanları isə onların iqtisadi 
vəziyyəti və müstəqilliyi ilə birbaşa bağlıdır.  
Təsadüfi deyildir ki, Qərb feministləri və  həmçinin beynəl-
xalq qadın hərəkatının nümayəndələri də qadın üçün bərabər iqti-
sadi statusun təmin edilməsinə, əmək bazarında cinsi ayrı-seçkili-
yin aradan qaldırılmasına və iqtisadi resurslara bərabər çıxış 

 
5
problemlərinə inkişaf etmiş  və inkişaf etməkdə olan ölkələrin 
problemlərindən biri kimi baxırlar. Son 20-30 ildə Qərbin inkişaf 
etmiş ölkələrində qadın hərəkatının strategiyası qadınların iqtisadi 
fəaliyyətini genişləndirmək, onlara iqtisadi müstəqilliyə nail ol-
maq, öz bilik və yaradıcı potensiallarını reallaşdırmaq imkanları-
nın yaradılması məqsədilə əmək və təhsil sahəsində qanunverici-
liyin islahatına yönəlmişdir.      
BMT-nin Qadın  İnkişaf Fondu (UNİFEM) keçid dövrü illə-
rində qadınların vəziyyətinin monitorinqini keçirmiş  və bu nəti-
cəyə  gəlmişdir ki, bazar iqtisadiyyatına keçid şəraitində aparılan 
sosial-iqtisadi siyasət qadınların vəziyyətini xüsusilə pisləşdir-
mişdir. Dünya iqtisadiyyatına inteqrasiya, bazar iqtisadiyyatına 
keçid və qloballaşma sosial inkişafın göstəricilərinə neqativ təsir 
edir. Bu ölkələrdə siyasi, iqtisadi, sosial dəyişikliklərin nəticəsi 
olaraq yoxsulluğun feministləşməsi əsas problemlərdən birinə çev-
rilmişdir. Buna iqtisadi amillərlə yanaşı qadın və kişilərin sosial 
qolları haqqında bərkimiş stereotiplərin mövcudluğu, istehlasat 
resurslarına, profesional hazırlığa, təhsilə, hakimiyyət struktur-
larına qadınların cıxışının məhdudlaşdırılması da zəmin yaradır.  
Keçid dövründə gender bərabərsizliyinin səbəblərinin üzə 
çıxarılması, onun aradan qaldırılması yollarının və mexanizmləri-
nin tapılması  cəhdləri bu dövrdə gender təqdiqatlarının inkişa-
fının əsas istiqamətini müəyyən etdi. 
Bazar iqtisadiyyatına keçid şəraitində qadınların sosial-iqtisa-
di statusunun dəyişilməsi problemi gender tədqiqatlarının  ən 
aktual mövzularından biridir. Bu mövzuya maraq keçid dövrünün 
yaratdığı sosial-iqtisadi problemlərin dramatizmi və gərginliyi ilə 
izah olunur. Həmçinin bu mövzunun öz tarixi vardır: Sovet döv-
ründə qadınların istehsalatda iştirakı, onların ailə  və istehsalat 
funksiyalarının birləşdirilməsi problemləri sosioloqlar və iqtisad-
çılar tərəfindən kifayət qədər tədqiq edilmişdir.  
 

 
6
Demokratik islahatlar qadınların iqtisadi və siyasi hüquqları-
nın aktiv müdafiəsi və müstəqil qadın hərəkatının inkişafı üçün 
şərait yaratmaqla bərabər qadınların vəziyyətini kəskin surətdə 
pisləşdirdi, onlar işsizliyin artması, yoxsulluğun feministləşməsi, 
sosial müdafiə sisteminin dağılması qeyri-formal sektora sıxışdı-
rılması və ev işlərinin həmçinin artması ilə üzləşdilər. İstehsalatın 
liberallaşdırılmasının yaratdığı imkanlardan çox az qadın istifadə 
edə bildi, əksər qadınların vəziyyəti isə pisləşdi. 
Azərbaycanda keçid dövründə qadınların sosial-iqtisadi və-
ziyyəti xeyli pisləşmişdi. Ermənistanın Azərbaycana təcavüzü nə-
ticəsində bu problem daha da kəskinləşdi. Qadınların iqtisadi və 
sosial vəziyyətinin təhlili, onlara qarşı ayrı-seçkiliyin səbəblərinin 
araşdırılması onun aradan qaldırılması yollarının müəyyən edil-
məsi Azərbaycan üçün həm insan hüquqlarının qorunması, həm 
cəmiyyətdə gender bərabərliyinin təmin edilməsi, həm də yoxsul-
luğun aradan qaldırılması baxımından aktualdır. Azərbaycanda 
bu baxımdan münbit hüquqi məkan formalaşmışdır. Azərbaycan 
qadın hüquqları sahəsində  əksər beynəlxalq konvensiyalara qo-
şulmuş, bu sahədə qanunvericilik beynəlxalq standartlara uyğun-
laşdırılmış, qadın hüquqları ilə bağlı Milli Fəaliyyət Proqramı 
qəbul edilmişdir. Bu Proqrama əsasən: 
-
 
keçid dövründə sosial-iqtisadi siyasətin qadınların vəziyyə-
tinə təsiri tədqiq edilmiş; 
-
 
əmək bazarında qadınların məşğulluğu təhlil edilmiş, gen-
der ayrı-seçkiliyinin əsas formaları üzə çıxarılmış; 
-
 
əmək bazarında gender bölgüsünün (seqreqasiyasının) – 
sahə, profesional, şaquli seqreqasiyasının səbəbləri araşdırılmış; 
-
 
qadınların və kişilərin  əməkhaqları arasındakı  fərqlərin sə-
bəblərinin araşdırılmasına ciddi fikir verilmiş; 
-
 
adambaşına və ev təsərrüfatına düşən gəlirlər gender baxı-
mından araşdırılmış; 
-
 
yoxsulluğun feministləşməsinin səbəbləri təhlil edilmiş; 

 
7
-
 
özəlləşmə prosesində qadınların iştirakı və özəlləşmənin qa-
dınlara təsiri öyrənilmiş; 
-
 
investisiya qoyuluşunun gender təhlili verilmiş; 
-
 
gender büdcəsi anlayışının mahiyyəti və  zərurəti açıqlan-
mış; 
-
 
iqtisadi sahədə gender ayrı-seçkiliyinin (diskriminasiyası-
nın) qadınların sosial vəziyyətinə təsiri araşdırılmış; 
-
 
qadınların sosial-iqtisadi hüquqları nəzərdən keçirilmiş; 
-
 
sosial müdafiə sisteminin gender təhlili verilmiş; 
-
 
demokratik göstəricilərin gender təhlili verilmiş; 
-
 
səhiyyə və təhsil sahəsində siyasət gender baxımından araş-
dırılmışdır. 
İqtisadi fikrin müxtəlif istiqamətlərini təmsil edən iqtisadçıla-
rın, neoklassik və institusional istiqamətin nümayəndələrinin, 
həmçinin iqtisadçı-feministlərin qadınların əmək bazarındakı və-
ziyyəti (cinsi ayrı-seçkiliyin səbəblərinin təhlili), ailə  təsərrüfatı 
daxilində gedən proseslərin (ailə daxilində  əmək bölgüsü, nigah 
və reproduktiv davranış) gender mahiyyəti və gender münasi-
bətlərinin tənzimlənməsində dövlətin rolu haqqındakı müddəaları, 
formalaşmaqda olan “gender iqtisadiyyatı” elmi istiqamətinin nü-
mayəndələrinin müxtəlif cinslərə müxtəlif cür təsir edən iqtisadi 
siyasətin mahiyyəti, qadın və kişilərin vəziyyətindəki ümumi-
liklər və  fərqlər haqqındakı müddəaları, həmçinin respublikamı-
zın və xarici ölkə alimlərinin gender iqtisadiyyatı ilə bağlı tədqi-
qatları, qadın hüquqları ilə bağlı beynəlxalq konvensiyalar və 
konfransların materialları, dövlət qadın siyasəti ilə bağlı prezident 
fərmanları, qadınların sosial-iqtisad hüquqları ilə bağlı Milli Məc-
lisin qəbul etdiyi qanunlar təşkil edir.  
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin illik 
statistik göstəriciləri, Azərbaycanda qadınlar və kişilər haqqında 
məcmuəsi, Əmək bazarı rəqəm və diaqramlarda məcmuəsi, Əmək 
və Əhalinin Sosial Müdafiəsi, İqtisad İnkişaf nazirliklərinin, Dün-
ya Bankının materialları, BMT İnkişaf Fondunun İnsan  İnkişafı 

 
8
haqqında hesabatları, Yoxsulluğun azaldılması və İqtisadi İnkişa-
fı üzrə Dövlət Proqramı materialları öz əksini tapmışdır.  
Bazar iqtisadiyyatına keçid şəraitində sosial-iqtisadi siyasətin 
gender təhlilinin elmi və praktiki əhəmiyyəti vardır. Əsas nəticə 
və tövsiyyələr konkret praktiki materialların analizi əsasında alı-
naraq əmək bazarında qadınlara münasibətdə ayrı-seçkiliyin ara-
dan qaldırılması mexanizminin təkmilləşdirilməsində, bu istiqa-
mətdə dövlət siyasətinin və müxtəlif dövlət proqraqlarının, o 
cümlədən gender büdcəsinin hazırlanmasında istifadə oluna bilər.  
Hazırda artıq doqquz ildir ki, Ailə, Qadın və Uşaq Problemlə-
ri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Bu Komitənin yaran-
masına gedən yol 90-cı illərdən başlamışdır. Müasir dövrdə  cə-
miyyətdə Azərbaycan qadınının fəal iştirakının təmin edilməsi 
ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Onun ölkə-
yə rəhbərlik etdiyi dövrdə Azərbaycanda qadın hərəkatı vüsət al-
mış, dünya qadın hərəkatının bir qolu olan Azərbayan Qadınlar 
Şurası özünün yerli bölmələri ilə birlikdə, qadın problemləri və 
hüquqları sahəsində aparılan mübarizənin ön cərgələrində dur-
muşdur. 
Gender siyasətinin daha da inkişaf edilməsi üçün Azərbaycan 
Respublikası, gender bərabərliyi və qadın hüquqlarının qorunma-
sı üzrə bütün mühüm beynəlxalq sənədlərə qoşulmuşdur. Eyni za-
manda, qanunvericilik bazasının təkmilləşdirilməsi üçün bir sıra 
qanunlar qəbul olunmuş, qadınların hüquq bərabərliyi, 
cəmiyyətdəki aparıcı rolu 1995-ci ildə  qəbul olunmuş Konstitu-
siyamızda öz əksini tapmışdır.  
Böyük siyasi iradə tələb edən məsələlərdən biri də bu sahədə 
fəaliyyət göstərən xüsusi dövlət qurumunun olması idi. 1998-ci 
ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət 
Komitəsi yaradıldı. Azərbaycan Respublikası Prezidentinin 1998-
ci ildə “Azərbaycanda qanunların rolunun artırılması haqqında”, 
2000-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siya-
sətinin həyata keçirilməsi haqqında” sərəncamları qadınların 

 
9
istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaradır. 
Qadınların ictimai-siyasi fəaliyyətinin artırılmasında bu sənəd-
lərin əhəmiyyəti çox böyükdür. 
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin 
Sərəncamı ilə 2006-cə ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsi yaradıldı. O, ailə, qadın və uşaq problemləri ilə 
iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən 
mərkəzi icra hakimiyyəti orqanıdır. Komitə ailə, qadın və  uşaq 
hüquqlarının müdafiəsi sahələrində vahid dövlət siyasətinin 
formalaşdırılmasında iştirak edir, bu siyasətin həyata 
keçirilməsini və inkişafını  təmin edir, qanunvericiliklə müəyyən 
edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.  
Hüquqi bazanın yenidən təkmilləşdirilməsi və  bərabər 
hüquqların təmin edilməsi üçün “Gender (kişi və qadınların) 
bərabərliyinin təminatları haqqında” (2006-cı il), “Məişət 
zorakılığının qarşısının alınması haqqında” (2010-cu il) 
Azərbaycan Respublikası qanunları  qəbul olunmuşdu. Qeyd 
etmək lazımdır ki, bu qanunların qəbul edilməsi insanların 
təfəkküründə yeni düşüncə  tərzinin formalaşmasına təkan 
verməyə başladı. Eyni zamanda, bir çox stereotiplərin qırılmasına 
səbəb oldu. Tarixin hər bir mərhələsində ailə  cəmiyyətin 
inkişafında mühüm rol oynamışdır.  İnsanların kamilləşməsində 
və onun şəxsiyyətə çevrilməsində ailənin rolu bu gün də öz 
əhəmiyyətini saxlayır. Cəmiyyətin və dövlətin tərəqqisində 
xüsusi rolu olan ailə öz bütövlüyünü qoruyub saxlamaqdadır.  
Hazırda ölkəmizdə iki milyondan çox ailə vardır. Bu ailələrin 
sağlamlığı, xoşbəxtliyi, rahatlığı üçün dövlət və  cəmiyyət 
məsuliyyət daşıyır. Azərbaycan xalqı hər zaman ailə dəyərlərini, 
ailə  ləyaqətini hər  şeydən uca tutmuş  və bu bizim milli adət-
ənənəyə çevrilmişdir. Biz bu qiymətli sərvəti yad təsirlərdən 
qorumaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən 
istifadə edərək zənginləşdirməli, gənc nəsli sağlam ruhda 
tərbiyələndirməliyik. Hazırda Azərbaycan ailəsi dünyada ən yaxşı 

 
10
ailə modellərindən hesab olunur. Bir çox dövlətlərdə, Avropa və 
bir sıra MDB ölkələrində ailə institutu deformasiyaya məruz 
qalmışdır. Onlar bu sosial təsisatın yenidən bərpası üçün bir sıra 
qanunlar qəbul edir, sosial layihələr həyata keçirirlər.  
Milli mənəvi dəyərləri xalqımızın  ən böyük sərvəti hesab 
edən Ulu Öndərimiz bu dəyərlərin qorunmasının vacib olduğunu 
bütün çıxışlarında dönə-dönə deyirdi. Müstəqil dövlətimizin ali 
sənədinin – Konstitusiyanın müəllifi olan Heydər Əliyev burada 
ailənin mahiyyətini, ailə üzvlərinin vəzifə  və hüquqlarını da 
xüsusi maddələrlə müəyyən etmişdir. Eləcə də, 2000-ci ildə Ailə 
Məcəlləsinin qəbul olunması  nəticəsində ailə üzvlərinin digər 
hüquq və  vəzifələri ilə yanaşı, mülki hüquqları da təsbit 
olunmuşdur. Ailə üzvlərinin, xüsusilə ana və  uşaqların 
sağlamlığının mühafizəsi çox önəmli məsələlərdir.      
Dünya təcrübəsi göstərir ki, keçid dövründə formalaşan milli 
iqtisadiyyatın dayanıqlılığı və davamlı inkişafının təmin edilməsi 
həlledici dərəcədə bu mərhələdə  həyata keçirilən struktur 
siyasətinin xarakteri ilə birbaşa bağlı olur. Keçid dövründə 
dövlətin struktur siyasəti ölkədə  həyata keçirilən iqtisadi siyasət 
sisteminin tərkib hissəsi olmaqla çoxşaxəli bir problemdir, həm 
də struktur siyasəti transformasiya şəraitində milli iqtisadiyyatın 
formalaşması ilə bağlı iqtisadi, sosial və institusional 
dəyişikliklərlə bağlı problemlərin qarşılıqlı  və asılılıqda həllini, 
ölkədə  həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi 
olmaq etibarilə iqtisadi və sosial sferada praktiki və strateji 
vəzifələrin həllini tələb edir.   
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi 
inkişafı Dövlət Proqramı” (2004-2008-ci illər; 2009-2013-cü 
illər) və “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın 
sürətləndirilməsi tədbirləri haqqında” fərmanda qarşıya qoyulan 
strateji vəzifənin – Azərbaycanın hərtərəfli inkişafı  və iqtisadi 
cəhətdən qüdrətli dövlətə çevrilməsi vəzifəsinin yerinə 
yetirilməsində çox mühüm mərhələ kimi hesab etmək olar. 

 
11
Həmin proqram 2004-cü ildə fevralın 11-də Azərbaycan 
Respublikasının Prezidenti cənab  İlham  Əliyevin Fərmanı ilə 
təsdiq olunmuş  və bu günə  qədər icrası davam etdirilir. Bu 
proqram ölkənin hərtərəfli sosial-iqtisadi inkişafı üçün müstəsna 
əhəmiyyət kəsb edir.     
Regionların sosial-iqtisadi inkişafı bir sıra ölkələrin iqtisadi 
siyasətlərinin  əsas istiqamətlərini müəyyənləşdirir. Bu baxımdan 
Azərbaycanda da regionların sosial-iqtisadi inkişafı ölkədə həyata 
keçirilən iqtisadi diversifikasiya və digər islahatlar nəticəsində 
reallaşır. Regionların sosial-iqtisadi inkişafı üzrə aparılan 
fəaliyyətlərə “Azərbaycan 2020: Gələcəyə baxış”  İnkişaf 
Konsepsiyası  və eyni zamanda Azərbaycan iqtisadiyyatının 
şaxələndirilməsi üçün aparılan islahatlar aspektindən yanaşmaq 
məqsədəuyğundur.  
Son illər Azərbaycanda regional sosial-iqtisadi inkişaf 
proqramları  çərçivəsində  həyata keçirilən tədbirlər nəticəsində 
Azərbaycan bu sahədə iki mərhələni artıq arxada qoyub: birincisi, 
bütün regionlarda infrastruktur formalaşdırılıb, biznesin inkişafı 
və yerli və xarici sərmayələrin cəlb edilməsi üçün ciddi və lazımi 
infrastruktur  ərsəyə  gəlib. Bu infrastruktura görə Azərbaycan 
davos forumunun rəqabətqabiliyyətlilik indeksində MDB ölkələri 
arasında birincilik qazanıb. Bu isə sadəcə Bakıda deyil, eyni 
zamanda regionlarda da ciddi və modern infrastrukturun 
formalaşdırılmasını göstərir. Ölkə iqtisadiyyatı yalnız paytaxtın 
deyil, o cümlədən regionların sosial-iqtisadi inkişafı hesabına 
daha da inkişaf etməlidir. Buradan da görünür ki, regionların 
inkişafı ilə bağlı Azərbaycanda siyasi iradə çox aydın və bariz 
şəkildə ortaya qoyulub. Bu siyasi iradə həm regionların inkişafı, 
həm də onlarda istehsal sektorlarının dəstəklənməsi, yeni istehsal 
məhsullarının payının daha da artırılması ilə bağlıdır.    
Azərbaycan dünyanın  ən dinamik inkişaf edən ölkələri 
sırasında layiqli yer tutur. Bu, ölkəmizdə həyata keçirilən uğurlu 
sosial-iqtisadi siyasətin məntiqi nəticəsidir. Prezident İlham 

 
12
Əliyev tərəfindən respublikamızda dərin makroiqtisadi təməllərin 
yaradılması, maliyyə sabitliyinin möhkəmləndirilməsi 
istiqamətində çevik iqtisadi addımların atılması, sosial siyasətin 
dərinləşməsi Azərbaycan iqtisadiyyatında pozitiv meyilləri 
dərinləşdirib.  
Təbii ki, bütün bunlar dünyada söz sahibi, beynəlxalq strateji 
əhəmiyyətli layihələrin müəllifi olan, dünyada əmin-amanlığın, 
sülhün tərəfdarı kimi etbarlı  tərəfdaşlıqda özünü təsdiqləyən 
ölkəmizin dayaqlarını daha da möhkəmləndirib. Keçən müddət 
ərzində əldə olunan hərtərəfli uğurlar makroiqtisadi sabitliyin çox 
güclü təminatına çevrilib.  
Bütün bunlar son on bir ilin də (2003-2014-cü illər) yüksək 
inkişaf mənzərəsini təşkil etməkdədir. Həmin illərdə  ən mühüm 
məsələ kimi məhz makroiqtisadi siyasətin uğurlu yöndə 
müəyyənləşdirilməsi regionların sosial-iqtisadi inkişafının 
dəstəklənməsi fonunda diqqət mərkəzində saxlanılmışdır. Və üç 
mərhələdə  qəbul edilən müvafiq Dövlət Proqramları  məhz bu 
məqsədə xidmət etmişdir. Bütün bu uğurlar və qarşıda duran 
məsələlər dövlət başçısı  İlham  Əliyevin sədrliyi ilə 27 yanvar 
2015-ci ildə Heydər  Əliyev Mərkəzində “Azərbaycan 
Respublikasının regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi 
inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına 
həsr olunmuş genişmiqyaslı konfransda da qeyd olundu. 
Prezidentin giriş  və yekun nitqlərində ölkə iqtisadiyyatına 
sistemli yanaşma irəli sürülməklə, dərin səmimiyyət və böyük 
qayğıkeşliklə təhlillərə yer verildi, potensial imkanlar perspektiv 
inkişafın dayağı  və  təminatçısı kimi dəyərləndirildi. Proqram 
xarakterli çıxışda ölkə iqtisadiyyatının sahə strukturuna işıq 
salınmış  və  və daha təkmil standartlara aparan yol 
müəyyənləşdirilmişdir. Eyni zamanda ötən dövrdə  əldə olunan 
uğurlar gələcək inkişaf yolunun başlanğıcı kimi 
qiymətləndirilmişdir. Prezident çıxışında 2004-cü ildən bu günə 
qədər ümumi daxili məhsulun 3,4 dəfə (dünya miqyasında rekord 

 
13
göstərici olaraq), sənaye istehsalının 2,7 dəfə artdığına diqqət 
çəkdi. Həmin müddət  ərzində ölkə iqtisadiyyatına 180 milyard 
dollar investisiya qoyulduğunu bildirən dövlət başçısı qeyd etdi 
ki,  əgər 2004-cü ildə valyuta ehtiyatlarımız 1,8 milyard dollar 
idisə, hazırda bu göstərici 50 milyarddan artıq olmuşdur.   
 

 
14
FƏSİL 1. GENDER VƏ GENDER İQTİSADİYYATININ 
NƏZƏRİ-METODOLOJİ ƏSASLARI 
 
1.1. Gender və gender iqtisadiyyatinin əsas istiqamətləri 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə