Az Book Library Martin Paj Mən necə İdiot oldum



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
tarix16.02.2022
ölçüsü0,9 Mb.
#52669
növüYazı
03e7a-martin-paj-m-n-nec-idiot-oldum



Az Book Library


Martin Paj Mən necə İdiot oldum

Martin Paj bu kitabında az qala dünyada hamını axmaq yerinə qoyub: avtomobilçilərdən

tutmuş universitet müəllimlərinə, video-oyun, dəbli paltar, etnik musiqi və televiziya

həvəskarlarına qədər hər kəsi. Oxucu ona istehza edənləri xoşlamır. Lakin Paj kimi bir yazıçı

üçün xüsusilə qiymətli olan yaşıdları, “öz nəsli” arasında uğur qazanmaq idi. Romanı,

demək olar ki, sözbəsöz sitatlara böldülər, internet saytlarından birində Pajın cümlələrini

Stendalın, Nitsşenin və Nabokovun aforizmlərilə yanaşı görmək olardı.

Tənqidçilər Pajı dərhal Volter ənənələrinin davamçısı adlandırmağa başladılar, oxucuları

onu “Kandida” və “Mikromeqas” ilə müqayisə etməyə yönləndirdilər. Lakin Pajın mətnləri

rasionalizmdən uzaq idi, sosial satira və müsahibələrindən   birində “yazmaq   üçün

bəhanə”   adlandırdığı   çağdaş dünyanın  tənqidilə qətiyyən  uyuşmurdular.  “Yox,  bu

mənim  üçün,  sadəcə, üslub məşqi deyil – Martin Paj özü haqda deyirdi – ancaq mən başa

düşdüm ki, bu gün cəmiyyəti tənqid etmək Flober dövründəki kimi təhlükəli deyil. Artıq bu,

sadəcə, ədəbi koddur, onu hərfən qəbul etmək lazım deyil”.

Jurnalistin  “Bəs  sənin  üçün  kitablarında  xüsusilə dəyərli  olan  nədir” sualına cavab

olaraq Paj nə mövzular, nə də personajlar barədə danışdı. O, sadəcə, bir neçə cümlə

xatırlatdı. Onların içərisində “Əla gündür, əla” romanından da sitat vardı: “Elə insanlar var

ki, heç vaxt boyunlarına yağış düşmür, mən onları heç cür anlaya bilmirəm”.

Martin Paj Mən necə İdiot oldum

Martin Page Comment je suis devenu stupide

Bakı, Qanun Nəşriyyatı, 2013, 2015

Tərcümə: Nadir Qocabəyli Nəşriyyat redaktoru: İlqar Fəhmi Korrektorlar: Gülgəz Nur

Ceyran Abbasova

Qanun Nəşriyyatı

Bakı, AZ 1102, Tbilisi pros., 76

Tel: (+994 12) 431-16-62; 431-38-18

Mobil: (+994 55) 212 42 37 e-mail: info@qanun.az www.qanun.az

www.fb.com/Qanunpublishing




www.instagram.com/ Qanunpublishing

ISBN 978-9952-26-534-7

© Qanun Nəşriyyatı, 2013, 2015

© Bu kitab ilk dəfə 2001-ci ildə “Le Dilettante” nəşriyyatı

tərəfindən nəşr edilmişdir.

Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım hüquqları

Qanun Nəşriyyatına məxsusdur.

Kitabın təkrar və hissə-hissə nəşri «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında

Azərbaycan Respublikasının Qanunu»na ziddir.

* * *


“Onların cahilliyinə necə qibtə etməyəsən!” Oskar Uayld “Lord Artur

Sevilin cinayəti”

“ Ob-la-di ob-la-da life goes on bra-la-la...”

The Beatles White Album

Yeddi ildən çox idi Antuana daim elə gəlirdi ki, it kimi yaşayır. Hələ uşaqkən, yeddi yaşı

olanda özünü əlli yaşındakı kimi yorğun hiss edir, on bir yaşında isə yetmişyaşlı qoca kimi

son xəyallarını da yelə vermişdi. Artıq iyirmi beş yaşının içində olan Antuan, axır ki,

rahatlığa qovuşmaq arzusuyla beynini səfehlik kəfəninə bükməyə qərar verdi. O artıq

dəfələrlə əmin olmuşdu ki, “intellekt” sözü daim tam cəfəngiyatı gözəl və dürüst ifadə edib

inandırıcı şəkildə təqdim etmək bacarığıdır, insan ağlı isə öz yolunu o qədər azıb ki, bəzən

qatı intellektual olmaqdansa, debil olmaq yaxşıdır. Ağıl öz sahibini bədbəxt, tənha və

yoxsul edir, ancaq onun imitasiyası qəzet kağızlarında tirajlanan ölməzlik gətirir, hər

oxuduğuna inanan oxucunun heyranlığına səbəb olur.

Çaydan tövşüyərək fit çaldı. Antuan üzərində iki qızıl gülün arasında ay təsviri olan göy

fincana hələ də qaynamaqda olan dağ su tökdü. Çay yarpaqları coşqun  burulğanda

fırlanaraq  açıldılar,  suya  öz  rənglərini  və qoxularını verdilər, buğ isə burularaq havanın




canına hopdu. Antuan tör-töküntülü mən- zilinin yeganə pəncərəsinin qarşısındakı yazı

masasının arxasına keçdi.

Bütün   gecəni   yazdı.   Mövzuya   birtəhər yaxınlaşaraq,   böyük   şagird dəftərinin xeyli

vərəqini zay etdi və səhərə yaxın öz mövqeyini münasib şəkildə ifadə edə bildi. Neçə

həftəydi ki, başqa bir çıxış yolu axtarır, hansısa dəlmə-de- şik və dolanbac yollar tapmaq

üçün əlləşirdi. Axırda amansız həqiqəti etiraf etməli oldu: bütün fəlakətlərin baiskarı

ağlıydı. Və həmin iyul gecəsi bütün şübhə və tərəddüdlərini kənara atan Antuan yekun

qərar verərək, hər ehtimala qarşı, ağıldan imtina etməsilə bağlı bütün arqumentlərini yazılı

şəkildə ifadə etdi. Nəzəri qeydləri, hər ehtimala qarşı, sınaqdan salamat çıxmayacağı

təqdir- də yaxınları üçün hazırlamışdı. Ancaq ilk növbədə bu qeydlər tutduğu yolun

doğruluğuna əmin  olmaq  üçün  onun  özünə lazım  idi:  bir  çox  səhifələrdə inkişaf

etdirdiyi əsaslar rasional-məntiqi dəlillər zənciri kimi görünürdü.

Birəbitdən   quşu   dimdiyilə pəncərəni   döyəclədi.   Antuan   baxışlarını dəftərdən

qaldırıb qələmini şüşəyə tıqqıldatmaqla ona cavab verdi. Çayından hortuldadıb, oturduğu

yerdə gərnəşdi, əllərini o qədər də təmiz olmayan saç- larında gəzdirərək düşündü ki,

yaxındakı “Şampon” mağazasından şampun

çırpışdırmağın vaxtıdır. Antuan daxilində oğurluğa elə də həvəs duymurdu, o buna qadir

olacaq dərəcədə azğın deyildi, ona görə də, yalnız ciddi ehtiyacı olan şeyləri oğurlayırdı;

məsələn, şampunun qabını gizlicə nabat qutucuğuna sıxıb, azca götürürdü. Eyni şəkildə diş

pastası, sabun, taraş köpüyü götürür, bir neçə üzüm giləsi qoparır, ya da bir sıxma albalı

götürürdü; ticarət mərkəzlərini və supermarketləri beləcə dolaşaraq öz varlığını

sürdürürdü. Almaq istədiyi bütün kitablara pulu çatmadığından “Fnake”dəki gözətçiləri və

nəzarət qurğularını güdərək kitabları bütöv halda deyil, vərəq-vərəq oğurlayır, sonradan

evdə onları gizli nəşriyyatdakı kimi yenidən kitab halına salırdı. Hər bir vərəq cinayət

yoluyla əldə olunduğu üçün fabrik üsulu ilə istehsal olunan və öz bənzərləri arasında itib-

batan həmcinslərindən daha qiymətli sayılırdı; cırılmış,   oğurlanmış,   sonra   səylə

yapışdırılmış   səhifə müqəddəsləşirdi. Antuanın kitabxanasında bu cür unikal formada

nəşr edilmiş iyirmiyə yaxın kitab vardı.

Yuxusuzluqdan əldən düşmüş halda yekun bəyannamə hissəsinə çatanda hava  artıq

işıqlaşırdı.  Qələmin  başını ağzına  salaraq,  bir  anlıq  dayanıb düşündü, sonra dilini azca

çıxarıb dəftərin üzərinə əyildi:

“Sonda qəhrəmanın ilkin vəziyyətə qayıtdığı işəgedən süjetlərin məni cin atına mindirməsi

bir yana, hələ qalib kimi də göstərilirlər. O, həyatı ilə risk edir, cürbəcür maneələrlə

rastlaşır, ancaq finalda dörd pəncəsi üzərinə düşür. Mən bu oyunları oynamaq istəmirəm,

elə bil hər şeyin necə qurtaracağı mənə aydın deyil. Mən idiotluğa səyahətin mütləq ağlın

himninə çevriləcəyini çox gözəl bilirəm. Bu mənim balaca şəxsi “Odisseyam” olacaq: saysız

sınaqlardan və təhlükəli  macəralardan  sonra  mən  yenə “Beləliklə”yə qayıdacağam.  Mən

artıq uzonun1 və dolmanın qoxusunu hiss edirəm. Əvvəlcədən hamıya məlum olan bir şeyi

– qəhrəmanın bütün çətinliklərə sinə gərərək və yetkinləşərək çıxıb sağ qalacağını

söyləməmək riyakarlıq olardı. Süni şəkildə qurulan, ancaq təbii görünən sonluqdan belə bir

nəticə hasil olur: “Ağıl yaxşıdır, amma xoşbəxtlik daha yaxşıdır”. Nə deməyimizdən və

etməyimizdən asılı olmayaraq əxlaq həmişə haradasa bizim tərcümeyi-halımızın

çəmənliyində otlayır.



Bu gün cümə axşamı, iyulun on doqquzudur, günəş axır ki, gizləndiyi yerdən çıxmağa qərar

verdi. Çox istərdim ki, bu avantüra qurtarandan sonra

“Xalis metal qabıq»dan ibarət olan Coker kimi deyim: “Dünyamız zibildir, ancaq mən

sağam və heç nədən qorxmuram”.

Antuan qələmi kənara qoyub, dəftəri bağladı. Çayından qurtumladı, ancaq məlum oldu ki,

soyuyub. Gərnəşdikdən sonra çaydanı döşəməyə qoyduğu səy- yar qaz pilətəsində yenidən

qızdırdı. Birəbitdən şüşəni yenə döyəclədi. Antuan pəncərəni açıb, qarşısına bir ovuc

günəbaxan tumu səpdi.

Antuanın ailəsi, daha dəqiqi onun bir qolu Birma mənşəliydi. Ata babası və nənəsi

otuzuncu illərdə səkkiz yüz il öncə Avropanı kəşf etməsilə öz soyunu məşhurlaşdıran böyük

Şanın izilə Fransaya gəlmişdilər. Şan botanikaya meyilli macəraçı qadın idi, yad ölkələrin

florasını, dərman hazırlama üsullarını, sənətini öyrənir, olduğu ölkələrin xəritəsini çəkməyə

çalışırdı. Dünyanı dolaşandan sonra hər dəfə doğma Paqana qayıdır, öz kəşfləri barədə

əzizlərinə və savadlı adamlara danışırdı. Birmanın ilk böyük hökmdarı Anorata onun

səyahətlərə olan böyük həvəsini qiymətləndirərək, nəhəng və naməlum dünyanı

gəzməsi üçün ekspedisiyalarına vəsait ayırdı. Şan öz yol yoldaşlarıyla uzun aylar dənizlərdə

üzərək yolu elə azdı ki, gəlib Yeni Dünyaya – Avropaya çıxdı. Onlar Aralıq dənizini üzüb

keçərək Fransanın cənubunda lövbər saldılar, sonra quruyla  Parisə gəldilər.  Onlar

yerlilərə şüşə oyuncaqlar,  ikinci  növ  ipək paltarlar bağışladılar və ağ millətlərin

başçılarıyla ticarət sazişləri bağladılar. Şan  öz  vətəninə qələbəylə döndü,  möhtəşəm

coğrafi  kəşfinə görə böyük mükafat aldı və ömrünün sonunadək hörmət-izzət içində

yaşadı. XX yüzilliyin qanlı-qadalı illərində Antuanın babası və nənəsi öz məşhur ulu

nənələrinin izilə yola çıxaraq, bəxtlərinin gətirəcəyinə ümid ediblər. Otuzuncu illərin

əvvəllərinə Bretana gələrək orada məskunlaşıblar, qırx birinci ildə isə məşhur “Frantiterlər

və Birma partizanları” dəstəsini yaradıblar. Tədricən şəraitə uyğunlaşaraq bretonca

danışmağı və istridyələri sevməyi (bu, daha çətin olub) öyrəniblər.

Antuanın Ətraf Mühit Nazirliyinin müfəttişi işləyən anası breton qızı, atası isə balıqçı gəmisi

ilə dənizə çıxan, həyatını aşpazlıq ehtirası ilə balıqçılıq sənəti arasında  paylaşan  birmalı

idi.  Antuan  on  səkkiz  yaşında  öz  qayğıkeş  və narahat  valideynlərini  ataraq,  adam

arasına  çıxmaq  məqsədilə Parisə gəlir. Uşaqkən Baqz Banni olmağı arzulayırdı, bir az

böyüdükdən sonra isə Vasko da Qama olmaq istədi. Lakin peşə yönümü üzrə məsləhətçi

ona Təhsil Nazirliyinin siyahısındakı ixtisaslardan birini seçməyi təklif etdi. Antuanın

universitet yolu onun maraqlarının şaxələnmiş labirintinə uyğun oldu, maraqları isə daim

yeniləşir, bitmək-tükənmək bilmirdi. O, fakültələrin əsassız olaraq bölüşdürülməsini heç

cür anlaya bilmirdi: maraqlı saydığı mühazirələrə gedir (hansı fəndən olduğu önəmli

deyildi), bəyənmədiyi müəllimlərin dərslərini isə qətiyyən saymırdı. Nəticədə imtahan

verdiyi vacib fənlərdən və xüsusi kurslardan bir yığın qeyri-məqbul diplom2 almışdı.

Onun  dostları  az  idi,  çünki  assosiallığın  hədsiz  dözümsüzlükdən əmələ gələn

formasından əziyyət çəkirdi. Şəxsi maraq və meyllərinin üfüqi nəyinsə naminə zorla

birləşən qruplara yolunu bağlayırdı. O özünü nifrətə əsaslanan həmrəylikdən qoruyurdu,

məhz sərhəd və klan tanımayan maraqcıllığı və səmimiyyəti  onu  doğma  ölkəsinə

yadlaşdırırdı.  İctimai  rəyin  “hə”,  “yox”  və “cavab verməyə çətinlik çəkirəm” arasında

seçim təklif edən anket sorğuları çərçivəsinə sıxışdırıldığı dünyada Antuan qrafalardan

birinin qarşısına quş qoymaq istəmirdi. “Lehinə” və ya “əleyhinə” rəy bildirmək, onun




fikrincə, mürəkkəb  problemləri  yolverilməz  şəkildə bəsitləşdirmək  olardı.  Üstəlik,  o,

həm də utancaq idi və ondan uşaqlığın son ümidi kimi yapışmışdı. Hesab edirdi ki, insan

təbiəti o qədər maraqlı və zəngindir ki, naməlum, anlaşılmaz yad adamlar qarşısında az da

olsa özünü itirməmək üçün hədsiz dərəcədə lovğa olmalısan. Elə hallar olurdu ki, az qala öz

qiymətli utancaqlığını rədd edib, əzə bilmədiyimiz halda bizə nifrət edənlərlə təmas

qurmaq istəsə də, tez özünü ələ alıb, çəkingənliyini şəxsiyyətin özünəməxsus vahəsi kimi

qoruyurdu. Bə- dənində xeyli şişlər əmələ gəlsə də, onu möhkəmlədə bilməmişdi: simurq

quşunun hər dəfə səylə məhv edildikdən sonra yenidən və daha təmiz çıxan ipək lələklərini

xatırladan kəskin emosionallığını qoruyub saxlaya bilmişdi. Bundan başqa, tam haqlı olaraq

özünə inansa da, hər halda özünə o qədər də etibar etməməyə çalışır, öz-özüylə o qədər

də tez razılaşmır və hesab edir ki, ağlımızın kəşf etdiyi sözlər bəzən bizi tovlayaraq yanlış

yola aparır.

İdiot  olmağa  qərar  verməzdən  qabaq  taleyini  yüngülləşdirmək  üçün

Antuan xeyli fərqli inteqrasiya üsullarını təkrar sınaqdan çıxartdı.

Və ilk cəhdi yöndəmsiz olsa da, səmimi ümidlərlə doluydu.

Antuan ömrü boyu spirtli içki içməmişdi. Hətta əli və ya ayağı kəsiləndə də, əsl ayıq adam

kimi, yarasını spirtlə dezinfeksiya etmir, betadin, ya da merkuroxora üstünlük verirdi.

Evdə nə çaxır, nə də aperitiv içirdilər. Müəyyən vaxta qədər Antuan yeniyetmə

maksimalizmi ilə təxəyyül çatışmazlığını aradan qaldırmaq və depressiyanın öhdəsindən

gəlmək üçün qıcqırdılaraq distillə olunmuş məhsullara ehtiyac duyan adamlara nifrət

edirdi.

Lakin indi sərxoşların düşüncələrinin bu qədər dumanlı və gerçəklikdən uzaq, nitqlərinin

rabitəsiz olduğunu və bunun onları narahat etmədiyini, özlə- rindən razı halda sanki böyük

həqiqətlər kəşf etdiklərini sandıqlarını görən Antuan bu ümidverən mənəvi hərəkata

qoşulmağa qərar verdi. Sərxoşluq ona refleksiyaya3 olan bütün meyillərini boğmaq üçün

ideal üsul idi. Yaxşıca içib keflənən kimi adam düşünmək belə istəmir, istəsə belə bacarmır:

dil boğaza qoymadan çərənləyir, alovlu natiqə, ibarəli lirik cəfəngiyat ustasına çevrilir. Ağlı

artıqlıq edərək, dəyərini və mənasını itirir: dalğaların iradəsinə tabe olaraq suyun dibinə

getsə və köpək balıqlarının nahar yeməyinə çevrilsə də, Antuanın vecinə olmayacaq.

Səbəbsiz  gülüş,  gic  qışqırtılar,  dünyadakı  hər  şeyə qarşı alovlu məhəbbət – tam tormoz

vəziyyəti. Və o, Antuan hamıyla birlikdə rəqs edir, sərbəst şəkildə dövrə vurur! Təbii ki, o,

medalın o biri tərəfini də unutmurdu: xumarlıq, ürəkbulanma, perspektivdə qaraciyər

serrozu. Üstəlik, asılılıq.

O, əyyaş olmağa çox ümidliydi. Bu, əsl həyatdır! Başında bircə fikir var – o da içmək,

ümidsiz dəqiqələrdə isə üfüqdə daim müalicə olunmaq hədəfi var. O, Anonim Əyyaşlar

Assosiasiyasına baş çəkməyə başlayacaq, bu vəziyyətə necə düşdüyündən danışacaq,

anlayış və dəstək görəcək, hamı onun bu işə bağlanmaqda göstərdiyi igidliyə və qətiyyətə

heyran qalacaq. O, Əyyaş, başqa sözlə,  xəstəliyi  cəmiyyət  tərəfindən  etiraf  olunan

adam  olacaq. Əyyaşlara həmişə mərhəmət göstərir, onları müalicə, edir, hörmətlə

yanaşırlar, onlar insanların qayğısı, həkimlərin diqqəti ilə əhatə olunur. Ancaq ağıllı

adamlara rəhm etmək heç kəsin ağlına gəlmir. Məsələn, heç kəs demir ki: “O, insanların

davranışını müşahidə edir və bundan yaman əziyyət çəkir!” Yaxud: “Mənim ba- cım qızı çox

ağıllıdır. Ancaq yaxşı qızdır və bu qüsuru həmişəlik aradan qaldırmaq üçün hər şey edir”.

“Bəzən sənin ağıllı olacağından qorxurdum”. Əgər dünya ədalətli qurulsaydı, Antuanın




layiq ola biləcəyi əsl xeyirxah və rəhmdil münasibət bax bu olardı. Ancaq əfsus ki, ağıl

ikiqat bədbəxtlikdir: əzab-əziyyət gətirsə də, heç kəs ona naxoşluq kimi baxmır. Antuanın

durumunda əyyaş olmaq ictimai pilləkənlə yüksəlmək olardı. O, hamının anladığı, hörmət

etdiyi, hamıya aşkar səbəbləri və sınaqdan çıxarılmış müalicə üsulları olan bir xəstəlik

qazanardı; ancaq ağlın müalicəsi yoxdur. Əgər fikir müşahidəçini öz obyektindən labüd

məsafə saxlaması nəticəsində cəmiyyətdən təcrid olmağa aparırsa, əksinə, əyyaşlıq

dünyaya yaxınlaşdırır, onda yerdə tapmağa  kömək  edir.  Və ümumiyyətlə,  cəmiyyətə tam

inteqrasiya  olunmaq arzusu öz-özünə baş vermirsə, yalnız sərxoş adamda baş qaldıra

bilər. Xumar

olarkən  o,  insanların  oyunlarına  skeptik  münasibəti  itirib,  sərbəst  şəkildə onlara qoşula

bilər. Bu sahədə zərrə qədər təcrübəsi olmayan Antuan seçdiyi yola necə qədəm

basacağını bilmirdi. Məsələni kökündən həll edib hər gün küpünə girsin, yoxsa xırdadan

başlayaraq yavaş-yavaş irəliləsin?

Burada da təbiəti özünü göstərdi. Hər şeylə dərindən maraqlanan ayaqları özləri onu

Montredəki evinin iki addımlığında olan bələdiyyə kitabxanasına gətirdilər: o, necə gəldi

sərxoş olmaq istəmir, bunu mədəni tərzdə, işə elmi yanaşaraq etmək istəyir, onu xilas

edəcək zəhərin xüsusiyyətlərini müfəssəl öyrənmək istəyirdi. Rəflərdə xeyli eşələndikdən

sonra yalnız pis geyindiyinə görə özünü intelligent hesab edən kitabxanaçının lütfkar

baxışları altında ona yaxın kitab seçdi. Kitabxanaçı Antuanı üzdən tanıyırdı, çünki artıq

dördüncü il idi ki, onu ilin oxucusu elan edirdilər. Mədəni eksgibisionizmi rədd edən

maraqlı şəxsin bütün etirazlarına baxmayaraq, kitabxanaçı hər il onun oxucu biletinin

böyüdülmüş surətini zalda asır, altından isə yağlı hərflərlə “İlin oxucusu” yazırdı.

Sərsəmləmədir.

Antuanın təqdim etdiyi “Tünd içkilərə dair dünya ensiklopediyası”nı, “Spirtli içkilər haqda

tarixi sorğu kitabı”nı, “Tünd içkilər; çaxır”, “Məşhur alkoqollu içkilər”, “Alkoqolun əlifbası”

və digər kitabları yazan kitabxanaçı qışqırdı:

– Afərin! Təbrik edirəm! Siz ötən ilki rekordu təzələdiniz. Spirtli içkilərlə

bağlı elmi iş yazırsınız?

– Yox, mən... necə deyim... içməyə hazırlaşıram. Ancaq əvvəlcə onun elmi

əsasları ilə tanış olmaq istəyirəm.

Kitabxanaçı  bir  neçə gün  bunun  üzərində baş  sındırdı,  sonra  isə Eyfel qülləsinin

aşağısında bir qrup alman turisti tərəfindən basılıb əzilərək müəmmalı şəraitdə öldü.

Antuan üç gün maraqla oxuyub, qeydlər etdi, konspekt tutdu və nəhayət, mövzu ilə az-çox

tanış olduğunu düşünüb, ağlında tanış əyyaşları qurdalamağa başladı; görəsən, onların

içərisində bir neçə praktiki məşğələ keçirə biləcəyi stajlı əyyaş tapa bilər? Bu işdə ciddi bir

alim, araq-çaxır elmləri üzrə professor, likörün  Platonu,  kalvadosun  Eynşteyni,  arağın

Nyutonu,  viskinin  Master İodası lazım idi. Axtarış prosesi zamanı yaxın və uzaq qohumları,

qonşuları və iş yoldaşları arasında o, katoliklər, çalışqanlar, bir baron, krossvord həllində

irəli getmiş bir xanım, virtouz-osduraqçı, heroinə oturmuş narkoman, müxtəlif siyasi

partiyaların üzvləri və digər meyillərdən əziyyət çəkən insanlar aşkar etdi. Lakin bir nəfər

də əyyaş tapa bilmədi. Evindən əlli metr aralıda “Quru kapitanı” adlı bar vardı. Ora

kəşfiyyata getməyə qərar verdi.

O, kitablarını, təcrübəsinin nəticələrini və tapacağına ümid etdiyi hər cür maraqlı-yeni

məlumatları yazmaq üçün dəftər götürdü. İçəri girəndə qapının üstündəki zınqırov




cingildədi, ancaq heç kəs ona sarı baxmadı da. Müştərilərə baxıb, onlardan hansının onun

müəllimi ola biləcəyini düşündü. Səhər saat doqquzun yarısı olsa da, millət artıq həvəslə

içməyə girişmişdi. Kiçik zalda ancaq kişilər idi; bir neçəsi gənc olsa da, qalanları əsasən yaşı

qırxdan yuxarı olanlar və yaşı bilinməyən əyyaşlar idi. Onların həyatının güclü və sağlam

ehtiraslara  meyilli  olmadığı  açıq-aşkar  idi,  ona  görə də,  cüzi  məvaciblərini konsentrə

edilmiş xoşbəxtlik içkisinə sərf etməli olurdular.

Bar özünün minlərlə oxşarından biriydi: sink piştaxta, rəflərə gizli hərbi hissələrin əsgərləri

kimi düzülmüş butulkalar, bir neçə stol, köhnə musiqi avtomatı. Ən başlıcası isə dünyanın

bütün əyyaşlarını bir-birinə doğ- malaşdıran tüstü, qəhvə, spirtli içkilər və yuyucu

vasitələrdən ibarət qarışıq qoxunun həmişəlik yaddaşa hopmasıdır.

Piştaxtanın arxasında oturan və Qavroş kepkası qoymuş kişinin qarşısında müxtəlif rəngli

içkilərlə dolu on bir stəkan vardı. Antuan onun peşəkar olduğunu dərhal başa düşdü. O,

kitabları qorxa-qorxa piştaxtanın üzərinə qoy- du. Kişi ona əhəmiyyət verməyib, birinci

stəkanı boşaltdı. Şəkilli ensiklopediyalara inanan Antuan içkilərin adını müəyyənləşdirib,

hər birini barmağıyla göstərərək onları sırayla sadaladı:

– Portveyn, cin, qırmızı çaxır, kalvados, viski, konyak, açıq pivə, “Ginnes”, “qanlı Meri”, bu

isə, əlbəttə, şampandır. Qırmızı, yəqin ki, bordodur, indicə içdiyiniz isə pastisdir.

Kepkalı adam şübhəylə Antuana baxdı. Ancaq onun fağır, saçları pırtlaşıq oğlan olduğunu

görüb, gülümsədi.

– Pis  deyil, – o,  başını  tərpətdi. – Başın  çıxır,  aslanım. – Və viskini birnəfəsə başına

çəkdi.

– Təşəkkür edirəm, müsyö.



– Yanacaqları üzdən tanıyırsan? Orijinal sənətdir, ancaq nəyə lazım olduğunu anlamıram.

Butulkaların üstündə hər şey yazılıb da.

– Ona görə yox, – Antuan başını döndərərək və spirtin iyini qoxulamaq üçün hiss

olunmadan çevrilərək dedi. – Mən içkilər haqqında kitab oxuyuram, onların hazırlanma

üsulundakı fərqləri, nəyin nədən hazırlandığını bilmək istə- yirəm... Hamısını öyrənmək

istəyirəm.

– Nəyinə lazımdır? – kişi  cinlə dolu  stəkanı  boşaldaraq  təbəssümlə

soruşdu.


– Əyyaş olmaq istəyirəm.

Kişi gözlərini yumub, əlindəki stəkanı sıxdı; barmaqları xırçıldadı, stəkan çırtıldadı.

Küçədəki   səs-küy,   maşınların   uğultusu,   səkidəki   danışıqların qırıqları eşidildi. Kişi

dərindən nəfəs aldı və ehtiyatla buraxdı. Sonra yenə göz- lərini açdı, əlini Antuana uzatdı

və yenə güldü.

– Mənim adım Leonardır.

– Çox şadam. Mənimki isə Antuandır.

Onlar   bir-birinin əllərini   sıxdılar.   Leonar   Antuana   maraqla   baxırdı.

Əlsıxma davam edirdi. Antuan əlini ehtiyatla çəkdi.

– Demək, əyyaş olmaq istəyirsən... – Leonar mızıldandı. – İyirmi il əvvəl olsaydı, elə zənn

edərdim ki, gözümə görünürsən, ancaq nə qədər çox içirəmsə, qarabasmalarım bir o qədər

reallığa çevrilir. Deməli, əyyaş olmaq istəyirsən və bunun üçün kitabxanadan kitablar

götürmüsən. Normaldır.



– Kitablar  ona  görədir  ki…  Mən  necə gəldi  içmək  istəmirəm.  Bu  məni doğrudan da

maraqlandırır: müxtəlif içki növləri, araq, likörlər, çaxır – bunlar böyük bir aləmdir! Alkoqol

insanlıq tarixi ilə bağlıdır və xristianlıqdan, bud- dizmdən, islamdan – hamısını birlikdə

götürəndə – daha çox tərəfdarı var. Hazırda mən Reymon Dümenin bu mövzuda yazdığı

çox gözəl bir essesini oxuyuram...

– Bu qədər çox oxusan, heç vaxt içməyəcəksən, – Leonar fleqmatik tərzdə dedi. – Bu iş

fədakarlıq tələb edir, ona hər gün saatlarla vaxt sərf etmək lazımdır. Bu, mən deyərdim ki,

olimpiya idman növüdür. İnanmıram ki, səndə alınsın, cavan oğlan.

– Qulaq asın, mən qeyri-təvazökar görünmək istəmirəm, amma… qısası, mən aramey

dilində sərbəst danışıram. Birinci Dünya müharibəsi illərinin təy- yarələrinin mühərriklərini

təmir etməyi, miss toplamağı, qonşumuzun itinin pamperslərini dəyişməyi öyrənmişəm,

on beş yaşım olanda isə düz bir ay Jozef dayının və Miranda xalanın yanında qonaq

qalmağa dözmüşəm. Ona görə, hesab edirəm ki, sizin köməyinizlə əyyaş ola bilərəm. Mən

iradəli adamam.

– Mənim köməyimlə? – Leonar nəzakətlə təəccübləndi. O, gözlərini üzərində qabarcıqları

qaçışan şampan qədəhinə zilləyib güldü.

– Hə-hə. Mən nəzəriyyəni öyrənmişəm, amma heç bir praktikam yoxdur. Sizsə açıq-aşkar

peşəkarsınız.

Antuan piştaxtanın üstündəki stəkan cərgəsini göstərdi. Leonar konyakı başına çəkib, bir

neçə saniyə ağzında saxladı. Yanaqları qızardı. Bar sahibi piştaxtanı əsgilə sildi və boş

stəkanları yığışdırdı. Leonar qaşlarını qaldırdı.

– Bəs qabiliyyətli olduğunu sənə kim deyib? Elə bilirsən, əyyaş olmaq asan məsələdir?

Kefin istəyən kimi içməyə başlaya bilərsən? Mən elə adamlar tanıyıram  ki,  bütün  ömrü

boyu  durmadan  içsələr  də, əyyaş  ola  bilmirlər. Sənsə... lovğa-lovğa özünü istedad

adlandırırsan! Gəlib çəkinmədən bəyan edirsən ki, əyyaş olmaq istəyirsən, guya bu sənin

vətəndaş hüququndur! Gör sənə nə deyirəm, oğlan: kimin əyyaş olub-olmamasını içki özü

seçir.

Antuan kədərlə çiyinlərini çəkdi: o, əlbəttə, heç vaxt bunun asan olduğunu güman  edəcək



qədər  cahil  olmamışdı,  ona  görə də,  müəllim  axtarmağa gəlmişdi. Leonar təcrübəsiz

gəncin dənizə çıxmağa hazırlaşdığını eşidən qoca dəniz canavarı kimi onun sözünü kəsdi.

Bütün uşaqlığını Breton limanlarında keçirən Antuan belə intonasiyaları yaxşı tanıyırdı və

başa düşürdü ki, əsl ustadlar öz peşələrilə fəxr edir və ona qısqanc yanaşırlar.

– Belə bir təəssürat yaratdığıma görə, təəssüf edirəm, müsyö Leonar. Mən təcrübəsiz

olduğumu bilirəm və qabiliyyətim olub-olmadığından da qətiyyən xəbərim yoxdur. Sadəcə,

mənə yol göstərmənizi xahiş edirəm. Siz mənə şeflik edə bilərsiniz...

– Yaxşı, cəhd etməyə hazıram, – Leonar məmnun qalaraq dedi. – Ancaq heç  bir  şeyə

təminat  vermirəm. Əgər  damarların  zəifdirsə...  Bu  hər  adama nəsib olmur, burada təbii

seçmə əsas rol oynayır. Ona görə də, suya düşsən, mənə qəzəblənmə.   Demək,   bu

sənin   gəmin   deyil,   başqasını   axtarmalı olacaqsan.

– Başa düşürəm.

Leonar  “qanlı  Meri”  ilə “Ginnes”  stəkanı  arasında  qalmışdı.  O,  pivəni seçdi. Onun çal

saqqalında köpük izləri qaldı və onları tünd göy rəngli gödək- cəsinin qoluyla sildi.

– Yaxşı. Ancaq əvvəlcə sənə bir neçə sual verəcəyəm. Qəbul imtahanı kimi bir şey.

– Seçmə testi?




– Burada, başa düşürsən, bəzi şərtlər tələb olunur, bu sənə zarafat gəlməsin…

– Yaxşı ki, vəsiqə almaq tələb olunmur, – Antuan çiyinlərini çəkərək güldü.

– Amma tələb olunmalıydı! Məsələn, bəziləri tez əldən düşürlər, arvad- uşaqlarını döyür,

maşını necə gəldi sürür və seçkilərdə iştirak edirlər... Gərək, dövlət ölkə miqyasında

əyyaşların hazırlanmasının qayğısına qalsın, hər kəsin öz normasını, zaman və məkanı,

habelə özünü dərketmədə fərdi hədləri bilməsi üçün müvafiq təlimatlar aparsın... Bu,

dəniz kimidir, baş vurmazdan qabaq üzməyi bildiyinə əmin olmalısan.

– İndiki halda, hər şeydən öncə, mənim suyun dibinə doğru gedə bilib- bilməyəcəyimə

əmin olmaq lazımdır, – Antuan dedi.

– Tamamilə doğrudur. Mən də elə bunu bilmək istəyirəm: dərinliyə enmək üçün sənin

üzgəclərin var? Yaxşı, baxaq... Birinci sual: niyə bu yolu seçdin? Səni nəyin tərpətdiyini

prinsipial olaraq bilməliyəm.

Antuan alnının tərini silib fikrə getdi. Ətrafa baxaraq barda oturan digərlərinə nəzər saldı,

onlar şəraitə əla uyğunlaşmışdılar. Aralarında xüsusi oxşarlıq olmasa da, hansısa yaxınlıq

hiss olunur, sanki hamısı eyni qəmgin substansiyadan toxunmuşdular.

– İnsan ona sırınan həyatın eybəcər və səfeh boşluğundan içkiyə qurşanır.

– Bu sitatdır?

– Hə, Malkolm Lauridəndir.

– Bura  bax,  oğlan,  sən  çörək  alanda,  satıcıya  Şekspiri  deklamasiya edirsən?

“Kruassanlar, yoxsa şokoladlı bulkalar: budur məsələ!” İstərdim ki, avtoritetlərdən sitat

gətirməkdənsə, öz sözlərini deyəsən, qoy cəhənnəm olsun- lar. Əgər mənim fikrimi bilmək

istəyirsənsə, sitatlar yağdırmaq çox asan məsələdir, çünki dünyada o qədər böyük yazıçı

var o qədər ağıllı sözlər deyiblər ki, özümüzü çətinliyə salmağa belə dəyməz.

– Yaxşı, onda belə olsun: mən yoxsulam və gələcəyim yoxdur... Ancaq əsas odur ki, nə

qədər düşünsəm də özümlə bacara bilmirəm, nə qədər təhlil etsəm də, bütün bu

yavaxananın nəyin üzərində bərqərar olduğunu, necə işlədiyini anlaya bilmirəm, bizim hər

tərəfdən buxovlandığımız məni öldürür, hər bir azad sözü, sərbəst hərəkəti başımıza

vururlar, həm də çox bərk vururlar...

– Eh,  oğlan,  sən  lap  şairsən  ki!  Demək  istəyirsən  ki,  depressiyaya

düşmüsən...

– Mən həmişə beləyəm və artıq iyirmi beş ildir ki, bu depressiyadan çıxa

bilmirəm.

Leonar dostcasına Antuanın kürəyinə şappıldatdı. İçəri girən yeni müştəri kart   oynanılan

masanın   arxasına   keçdi.   Bar   sahibi   doqquz   xəbərlərini dinləmək üçün radionu

yandırdı.

– Bilirsən, içkinin sənə köməyi olmayacaq! Çox da ümid etmə. O sənin indiki şişlərinin və

qançırlarının ağrısını götürsə də, yenilərini və bəlkə də daha pislərini gətirəcək. Sən onsuz

keçinə bilməyəcəksən, hətta əvvəllər eyforiya yaratsa da, tezliklə bu keçib gedəcək və

yerində asılılıqla xumarlıq qalacaq. Heç bir şey dərk etmədən sanki duman içində

yaşayacaqsan, sonra qarabasmalar, aqressiya, ağ qızdırma başlayacaq, insanlara cummağa

başlayacaqsan. Bundan sonra şəxsiyyətini itirəcəksən…

– Mən də elə bunu istəyirəm! – Antuan yumruğunu piştaxtaya vuraraq qışqırdı. – Mən

artıq özüm ola bilmirəm, artıq individuallığımı saxlamaq üçün nə gücüm, nə istəyim var.

İndividuallıq mənə çox baha başa gələn rahatlıqdır. Mən kabus olmaq istəyirəm, adi




qarabasma. Heç kəs məndən, mənim lənətə gəlmiş vicdanımdan azad fikir, bilik

gözləməsin.

Leonar portveyn stəkanını boşaldıb qıvrıldı. Yuxarı qaldırdığı stəkan hələ də əlində dalğın

halda oturduğu yerdə yarısını butulkalar örtmüş güzgüyə baxdı.  Qarşısındakı  stəkanlar

boşaldıqca  o,  piştaxtanın  üzərinə daha  çox yıxılır,  gözləri  yavaş-yavaş  qıyılır,  ancaq

əlləri  artıq  titrəmir,  hərəkətləri  isə daha sərbəst, geniş və yüngül olurdu. Son imtahan

sualı olaraq Leonar Antuandan xahiş etdi ki, müxtəlif içkilərlə dolu on bir stəkanı niyə

qarşısına düzdüyünün səbəbini tapsın.

– Onlardan heç birinin inciməməsi üçün? – Antuan suala sualla cavab verdi.

– Heç birinin inciməməsi üçün... – Leonar gülümsünərək və piştaxtanı yavaşca

tıqqıldadaraq dedi. – Bəs dəqiqi?

– Mənə elə gəlir ki, siz bu yolla bütün içki növlərinə layiq olduqları qiyməti verirsiniz. Sizin

nə pivəyə, nə də şotland viskisinə xüsusi meyliniz var, heç birinə tərəfkeşlik etmirsiniz: siz

spirtli içkiləri onların bütün təzahür formalarında sevirsiniz. Siz böyük hərflə yazılan

Alkoqola aşiqsiniz.

– Mən heç vaxt bunu özüm üçün düstura çevirməmişəm, amma... hə, deyəsən elədir.

Antuan, Antuan... Görünür, səndə, hər halda, nəsə bir istedad var, təbiət öz tükənməz

mərhəmətindən, deyəsən, sənə də lazımi yetənəyi verib. Ancaq düz adam kimi xəbərdar

edirəm: xoşagəlməz şeylər qaçılmazdır. Daim qusacaqsan, qarnın ağrıyacaq, ağzında yanğı

olacaq. Hər cür miqrendən, ishaldan, qastritdən, mədə xorasından əziyyət çəkəcəksən,

boynunda, sümüklərində, əzələlərində ağrılar olacaq, görmə, yuxusuzluqla bağlı

problemlərin olacaq, beyninə qan yığılacaq, qorxu tutmaların olacaq. İçki səni bir damla

təskinlik və istilik müqabilində bir yığın yarayla mükafatlandırır, ona görə də, bunları

bilməyin lazımdır.

Daha iki nəfər daxil oldu. Onlar bar sahibinin əlini sıxıb, Leonarla salamlaşdılar. Sonra zalın

dərinliyindəki masanın arxasına keçib, çubuqlarını yandırdılar, pivə içə-içə “Monda”nı

vərəqləyib oxumağa girişdilər. Antuan dumduru gözlərilə Leonara baxdı: o öz qərarında

əvvəlki tək təmkinli və möhkəm idi. Əllərini saçlarına aparıb onları qarışdırdı.

– Bu məhz mənim can atdığım şeydir. Mənə başqa, real əzablar lazımdır, qoy öz

əməllərimin acısını çəkim. Qoy mənim əzablarımın səbəbi həqiqət yox, əyyaşlıq olsun.

Mənim üçün, heç bir tibbi adı olmayan hansısa qeyri-maddi və güclü dərddənsə butulkada

gizlənmiş xəstəlik daha yaxşıdır. Onda haramın niyə ağrıdığını biləcəyəm. İçki mənim

düşüncələrimi məşğul edəcək, həyatımın hər anını qədəh kimi dolduracaq…

– Yaxşı, oldu, – Leonar saqqalını sığallayaraq dedi. – Sənə yüksək əyyaşlıq elmini

öyrətməyə hazıram. Ancaq mən sərt adamam və səni tərləməyə məcbur edəcəyəm. Səni

uzunmüddətli şagirdlik gözləyir, təxminən askeza kimi.

– Sağ ol, çox sağ ol, – Antuan alicənab xronik xəstənin quru və tüklü əlini

sıxdı.


Leonar   çırtma   çalaraq   piştaxtanın   o   başındakı   kassanın   yanında

“Parizyen” oxuyan barmeni çağırdı:

– Roje, oğlana çəllək pivəsi gətir.

Bar sahibi parçı Antuanın qarşısına qoydu.

– Sağ ol. Ən yüngülündən başlayaq. Bu, beşfaizli pivədir, yüngülvarı təsir edir, əvvəlcə gənc

qaraciyəri alışdırmaq lazımdır. Əyyaş olmaq üçün həftədə bir dəfə şənbə günləri vurmaq




azdır, bu işdə inadcıllıq və mətinlik lazımdır. Tünd içkilər  içmək  vacib deyil, əsas  odur  ki,

gərək  müntəzəm  içəsən,  işə ciddi yanaşıb, səy göstərəsən. Çox adam sistemsiz içir,

qarınlarına o qədər viski və araq doldururlar ki, halları xarab olur, özlərinə gələndən sonra

yenidən içirlər. Mən bunu kretinizm hesab edirəm. Kretinizm və həvəskarlıq! Asılılığa nail

olmaq üçün tətbiq edilən dozanı və dərəcəni ustalıqla dəyişdirən daha mükəmməl üsullar

var.


Antuan üzərində ağ köpükdən tac olan iri pivə parçına baxdı: ondan o tərəfdə hər şey qızılı

rəngdə görünürdü. Leonar kepkasını çıxarıb Antuanın başına keçirtdi.

– Hə, iç, qorxma, bu araq deyil.

– Birnəfəsə? – Antuan qorxa-qorxa soruşdu. – Yoxsa qurtum-qurtum?

– Buna özün qərar ver. Əgər dadı xoşuna gəlsə və tez dəmləşmək istəmirsənsə, az-az,

ləzzət ala-ala iç. Görsən ki, pisdir, çək başına.

Antuan qızılı mayeni qoxulayıb, burnunu köpüyə batırdı və bir az içdi. İlk

qurtumdan sonra ağzını bir az büzdü, amma içməyə davam etdi.

Beş dəqiqədən sonra bara “təcili yardım” yaxınlaşdı. İki sanitar qaça-qaça içəri keçərək

huşsuz Antuanı sərxoş koma vəziyyətində xərəkdə bayıra çıxardılar. Onun piştaxtanın

üstündəki parçı yarısınadək boşalmışdı.

1 Uzo – alma arağı

2 Fransız universitetlərində diplomlar ayrı-ayrı kursları, o cümlədən hər biri 2 və ya 3 il olan

tədris dönəmini bitirənlərə verilir. Bir nəfərdə bir neçə aralıq diplomun olması belə ali

təhsilin başa çatması anlamına gəlmir.

3 Öz təəssüratını təhliletmə, düşünüş

* * *

Qısası, əyyaşlıq etmək alınmadı. Möcüzəli həyat cövhərinə qarşı idiosinkraziya başqa bir



şey axtarmağa məcbur etdi və Antuan intihar etməyə qərar verdi. Əyyaşlıq onun

cəmiyyətə adaptasiya olunması üçün son ümid, intihar isə dünyayla əlaqə qurmaq  üçün

sonuncu  yol  idi.  Onun  heyran  olduğu  böyük insanlar ölüm saatlarını özləri müəyyən

etmək üçün güc tapmışdılar: çox sevdiyi  Virciniya  Vulf,  pərəstiş  etdiyi  Seneka,  Henquey,

Gi  Debor 4,  Katon Utiçeskiy, Silviya Plat, Demosfen, Kleopatra, Lafarq...

Əgər həyat başdan-ayağa işgəncəyə çevrilibsə, başqa nə etmək olar? Artıq ona günəşin

çıxıb-batması ləzzət vermir, həyatının hər anını dolduran kədər və sıxıntı cüzi də olsa qalan

xoş məqamları da zəhərləyirdi. Özünü tamamilə canlı hiss etmədiyindən ölümdən də

qorxmurdu. Onu hətta bu dünyada mövcud olmasıyla bağlı yeganə həqiqi və

təkzibolunmaz dəlili öz ölümündə tapacağı

perspektivi də sevindirirdi. Xəstəxanaya düşəndən bəri ona verilən yeməyin dəhşətli

keyfiyyəti yerdəki əzablara son qoymaq qərarını qətiləşdirdi.

Laminasiya olunmuş tibbi kartoçkasında qara hərflərlə beyin ölümü keçirəcəyi təqdirdə

daxili orqanlarını tibbi ehtiyaclara bağışlaması və istənilən halda “Pityö-Salpetriyer”də

müalicə olunmaqdansa hasarın dibində gəbərməyə üstünlük verdiyi yazılsa da, Antuanı

Pityö-Salpetriyer” xəstəxanasının reanimasiya şöbəsinə gətirdilər. Məsələ burasındaydı ki,

Jozef dayı və Miranda xala ilə burun-buruna gəlmək riski məhz bu xəstəxanada xüsusilə



böyük idi. Antuanın yumşaq və xoşrəftar xasiyyəti vardı, ancaq onlardan xoşu gəlmirdi;

onlardan kimin xoşu gəlirdi ki! Ona görə yox ki, onlarla görüşmək hansısa real təhlükədən

xəbər verirdi, yox, sadəcə, onların durmadan şikayət etmək və boş şeydən mərəkə

qoparmaq şakəri vardı. Onlarla ünsiyyət saxlayan bir neçə xeyirxah buddist hərbi milisə

daxil olmuşdu. Jozef dayı ilə Miranda xalanın xaricə hər bir səfəri diplomatik qalmaqalla

müşayiət olunurdu. Onların İsrailə, İsveçrəyə, Niderlanda, Yaponiyaya və Birləşmiş Ştatlara

girişi qadağan olunmuşdu. İRA, ETA və Hizbullah xüsusi kommunike ilə çıxış edərək dünya

ictimaiyyətini xəbərdar etmişdilər ki, bu iki şəxs onların nəzarət etdiyi ərazilərə ayaq

basacaqları təqdirdə dərhal edam olunacaqlar. Müvafiq dövlətlərin rəsmi hakimiyyət

orqanları heç bir bəyanat verməmişdilər, belə çıxırdı ki, onlar buna mane olmağa

çalışacaqlar. Nüvə silahı yetərincə səmərəli olmayacağı halda, bəlkə də hərbçilər haçansa

bu iki şəxsin dağıdıcı potensialından istifadə edəcəklər. Jozef dayı və Miranda xala artıq

uzun illər idi ki, xəstəxanada yaşayırdılar, onlar ipoxondriya5 yeni xəstəliklərinin ortaya

çıxmasıyla əlaqədar yalnız şöbələri və mərtəbələri dəyişirdilər. Onlar urologiyadan

allerqologiyaya, angilogiyadan qastreontologiyaya köç edərək, yolüstü otolarinqologiyaya,

stomatologiyaya,   dermatologiyaya,   endikrinologiyaya   da   baş   çəkirdilər... Beləcə,

korpuslara və palatalara xarici ölkələr kimi səyahət edərək, tibbin on- lara, həm də

bəşəriyyətə həqiqətən köməyi dəyə biləcək iki sahəsindən – psixiatriya və patanomiyadan

məharətlə yayınırdılar.

Xalası və dayısı ilə qaçılmaz görüşdən yayınmaq üçün Antuan əbəs yerə tibb bacılarından

adının xəstəxana siyahılarından silinməsini xahiş edirdi. İntihar etmək qərarını bir qədər

özünə gəlib çarpayıda oturanda və bankadan əzilmiş alma püresi yeyəndə verdi.

Antuanın dostları – Qanca, Şarlotta, Asli və Rudolf ona baş çəkdilər. Biofakda onunla

birlikdə oxuyan, xeyirxahlığın və dünyanın ən fağır adamı olan Qanca artıq uzun illər idi ki,

yorulmadan Antuanı malxulyadan müalicə edirdi; axşamlarını bəzəyən hansısa möcüzəli

otlardan ona həlim hazırlayırdı. Onlar həftədə bir neçə dəfə Sorbonna rəsədxanasının

yuxarısında şahmat oynayır və ya küçələri sülənirdilər. Qancanın nəylə məşğul olduğu

haqda Antuanın təsəvvürü belə yox idi, o isə səylə bu mövzunun üstündən keçirdi. Ancaq

cibi həmişə pulla doluydu və müştərək yeyib-içməklərin pulunu çox vaxt o ödəyirdi.

Antuanın keçmiş qonşusu Şarlotta hansısa nəşriyyatda tərcüməçi işləyirdi. Uşaq

doğmaqdan ötrü ürəyi getsə də, lezbiyan olduğu üçün bunun təbii yolla baş verməsini

istəmirdi. Ona görə də, həkim rəfiqəsi ona müntəzəm olaraq süni mayalanma tətbiq edirdi.

Hamilə qalmaq şanslarını artırmaq üçün hər bir proseduradan sonra Antuan onu Tronn

yarmarkasına aparır, ya da

luna-parkda   saatlarla   attraksionlarda   yellədirdi.   Bu   tamamilə elmi   üsul deyildi,

ancaq Şarlotta hesab edirdi ki, silkələnmə və fırlanma inadkar spermatozoidlərin  lazımi

yerə düşməsinə kömək  edəcək.  Fakültə yoldaşı  və mübahisələrdə əbədi rəqibi olan

Rodolf Antuandan iki yaş böyük idi, o, fəlsəfə üzrə “Kant və ya düşüncə Absolyutu” kimi

intriqalı adı olan xüsusi kurs aparırdı. O, universitet sisteminin məhsulu olaraq iki ildən

sonra ştatlı vəzifə tuta, yeddi ildən sonra professor ola və altmış ildən sonra siçanların bir

çox nəslinə təsir  göstərəcək  elmi  işlərini  qoyaraq  hamı  tərəfindən  unudulmuş şəkildə

ölə bilər. Antuanla Rodolfu birləşdirən onların heç vaxt bir-birilə razılaşmaması idi. Son

mübahisələri təfəkkürlə bağlı idi. Elmin sadiq köləsi olan Rodolf iddia edirdi ki, xalis

təfəkkür aktı, sadəcə olaraq, onun qüdrətli və mütləq mənada azad iradəsi ilə meydana




çıxır. Antuan hırıldayaraq təsadüfləri, hər cür insana təsir edən ən müxtəlif şəraitləri

xatırlatdı. Ancaq Rodolf açıq- aşkar hesab edirdi ki, filosof adi insanları isladan yağışın

altında islanmaz. Bir sözlə, Antuan şübhə, Rodolf isə əminlik ifadə edirdi, bununla belə,

hərəsi öz ar- şını ilə ölçürdü. Antuanın ən yaxşı dostu, əlbəttə, Asli idi ki, onun haqqında bir

az sonra danışacağıq.

Xəstəxanaya Antuanın yanına Qanca həlim, Şarlotta çiçək, Asli çəlləkdə metr yarımlıq

cırtdan palma gətirmişdilər, Rodolf isə Antuanın süni tənəffüs aparatına qoşulmamasından

təəssüfləndi, belə olsaydı, onu məmnuniyyətlə ayırardı.

Dostlarının təsirli hərəkəti Antuanı niyyətindən döndərmədi: o, həyatında ilk  dəfə

eqoistcəsinə hərəkət  edərək  qərara  gəldi  ki,  yerdəki  mövcudluğunu yalnız yaxın

adamları məyus etməmək üçün sürdürməsin.

Antuan palatada tək yatmırdı, onunla birlikdə bir insan məxluqu da vardı

– onun kim olduğunu bundan artıq ifadə edə bilməzdi. Antuan onun kişi və ya qadın

olduğunu, hətta yaşını da bilmirdi, o sadə səbəbdən ki, bu məxluq Misir mumiyasıtək

başdan-ayağa bintlənmişdi. Ancaq bu ağ kəfənin altında həyat közərirdi, çünki bir dəfə

həmin məxluq qəflətən elə bir qadın səsilə dilləndi ki, bu səsin tembri çarlar Vadisinin

istənilən assosiasiyasını istisna edirdi:

– Şübhə etməyin, mən qurtulacağam. Mən bu dəfə də qurtulacağam.

– Bağışlayın, nə? – Antuan çarpayıda dikələrək soruşdu.

– Siz burada nədən yatırsınız?

– Alkoqol komasından.

– Hə, mənim də başıma gəlib, – qadın heç bir şəfqət göstərmədən şən-şən dedi. – Pis

deyildi. Nə içmisiniz? Araq? Viski?

– Pivə.


– Neçə litr?

– Yarım parç.

– Yarım parç? Bu rekorddur! Sizə asan başa gəlib.

– Mən qarşıma qətiyyən belə bir məqsəd qoymamışdım, mən həqiqətən içib keflənmək

istəyirdim, ancaq belə alındı. İndi intihar etmək istəyirəm, bunu etmək üçün bütün şanslar

var.


– Səhv edirsiniz: özünü öldürməkdən çətin şey yoxdur. Bakalavr imtahanı

vermək,    polis    inspektoru,    yaxud    filologiya    üzrə aqrej6 olmaq    üçün

müsabiqədən   keçmək   bundan   min   dəfə asandır.   İntiharın   səmərəliliyi təxminən

səkkiz faizə bərabərdir.

Antuan oturub ayaqlarını döşəməyə salladı. Solğun günəş jalüzlərin plankalarının arasına

girib, xəstəliyin kədərli boyası ilə rənglənmiş divarlarda zolaqlar çəkdi. Dostları Antuana bir

neçə saat əvvəl baş çəkmişdilər, ancaq qonşusunu hələ yoluxan olmamışdı.

– Siz özünüzü öldürmək istəmisiniz? – Antuan soruşdu.

– Gördüyünüz kimi, – o, kinayə ilə cavab verdi. – Uğursuz olub.

– Neçə dəfə cəhd etmisiniz?

– Mən cəhdləri saymağı çoxdan tərgitmişəm, bu məni ümidsizləşdirir. Mən artıq  hər  şeyi

sınamışam.  Ancaq  hər  dəfə nəsə,  ya  da  kimsə mənə sakitcə ölməyə imkan verməyib.

Suda özümü boğanda haradansa fədakar axmağın biri çıxıb məni qəhrəmancasına xilas

elədi və özü bir neçə gün sonra pnevmoniyadan öldü. Dəhşətdir, elə deyil? Özümü asmaq




istədim və asdım, amma kəndir qırıldı. Gicgahımdan atəş açaraq ölmək istədim, güllə

beynimdən yan keçdi və həyati əhəmiyyətli heç nəyi zədələmədi. Sonra iki qutu yuxu

dərmanı uddum, amma sən demə, dozanı səhv salmışam, ona görə də, sadəcə, üç gün

yatdım. Üç ay öncə özümü öldürtmək üçün killer tutdum, o sarsaq da hər şeyi qarışdırdı və

qonşu qadını vurub öldürdü. Dəhşətdir! Əvvəllər özümü ümidsizlikdən öldürmək

istəyirdim, amma indi bu prinsipə çevrilib.

Bintlərin arasındakı yarıqdan onun yalnız futlyarın ağ yastıqçasındakı zümrüdlər kimi

parıldayan gözləri görünürdü. Antuan onlarda kədər axtardı, ancaq təkcə dilxorluq gördü.

– Niyə bu vəziyyətə düşdüyümü bilmək istəyirsiniz? – qadın soruşdu. – Utanmayın, məni

niyə belə büküb-büküşdürməklərilə maraqlanmanız nor- maldır. Mən özümü Eyfel

qülləsinin üçüncü mərtəbəsindən atmışam. Bu, ol- duqca realdır, elə deyil? Ancaq

alınmadı, çünki sən demə məhz həmin vaxt şort geyinmiş bir qrup alman turisti xatirə şəkli

çəkdirmək üçün aşağıda toplanıbmış.

– Onların üstünə düşdünüz?

– Elədir, hamısını da əzdim. Onlar mənim üçün amortizasiya rolu oynadılar. Mən hətta bir

neçə dəfə qalxıb-düşdüm də. Nəticədə, demək olar, bütün sümüklərim qırılıb, ancaq həkim

idiot deyir ki, altı aydan sonra ayaq üstə olacağam!

Sakitlikdir, sanki kəpənək öz böyük və kövrək qanadlarını açdı. Günəş itərək, yerini yağışa

və bozumtul dumana verdi. Bayırdakı iyul ayı açıq-aşkar mart rolu oynayırdı.

– Yəqin ki, intihardan vaz keçsəniz, yaxşı olar, yoxsa çox pis nəticələnə bilər. Bilmirəm...

insanlarla ünsiyyət qurmağa, “Clash” qrupunun albomunu dinləməyə, aşiq olmağa çalışın...

– Başa düşmürsünüz! – o etiraz etdi. – Mən elə sevgi ucbatından özümü öldürmək

istəyirdim də, yenidən kimisə sevib, əvəzində sevilməsəm, artıq iki dəfə gəbərmək

istəyəcəyəm. Bir də ki, intihara mənim lap uşaqlıqdan həvəsim var. Doxsan yaşımda təbii

ölümlə ölsəm, necə olacaq?

– Heç bilmirəm nə deyim, çətindir.

– Ancaq bu olmayacaq, belə bir təhqirə yol verə bilmərəm. Əlimə nə gəldi yeyirəm,

qızardılmış, hisə verilmiş, tonlarla ət yeyirəm, çoxlu içirəm, gündə iki qutu siqaret

çəkirəm… Sizcə, bunu intiharın bir forması saymaq olar?

– Əlbəttə, – Antuan   həvəslə razılaşdı. – Əsas   niyyətdir.   Ancaq düşünmürəm ki,

xərçəng xəstəliyindən ölsəniz, bu, statistik məlumatlarda intihar kimi qələmə verilsin, onlar

motivasiyanı nəzərə almırlar.

– Narahat olmayın, bir daha yanılmayacağam.

Qonşusu Antuana xəbər verdi ki, XVIII dairə meriyasının müxtəlif dərnək və mühazirələrin

elanları vurulmuş lövhəsində yoqa və keramika məktəbi elanının arasında intihar kursunun

elanını görüb. Bu sahədə heç bir təcrübəsi olmayan və o dünyada qiymətli olacaq vaxtını

uğursuz cəhdlərə itirmək istəməyən Antuan onun hər sözünü göydə tuturdu. Qadın

sağalan kimi həmin kurslara gedib işin elmi əsaslarını səylə öyrənməyi planlaşdırırdı. O,

Antuana telefon nömrəsi də verdi.

Bu zaman qapı taybatay açıldı və içəri cürbəcür əcaib səslər çıxararaq əl- qolunu oynadan

iki kisəli şeytan girdi – Jozef dayı və Miranda xala. Onlar dərhal bədbəxt Antuanın üzərinə

atıldılar. Əvvəlcə, xala, xətrin qalmasın onun halını və valideynlərini xəbər alsalar da,

tezliklə özlərini qayğılandıran şəxsi problemlərinə keçdilər. Jozef dayı eynilə Antuanın

qonşusu kimi (bu vaxt o, deyəsən, həmişəkindən daha çox dünyadakı alman turistlərinin




varlığına heyifsilənirdi) dalağından əməliyyat olunduğundan və cərrahın ona başqa adamın

dalağını qoyduğundan (buna adı kimi əmindir) danışdı və Antuandan əlini onun qarnına

şappıldatmasını tələb etdi.

– Tapdın  dalağımı? – o, sıxdığı  dişlərinin  arasından  dedi. – Bax, buradadır, hiss

edirsən? Bu mənimki deyil, məni aldada bilməzsən, mənimki deyil, dəqiq bilirəm!

– Həkim sənin dalağını niyə dəyişsin ki, Jozef dayı?

– Niyə? – dayı  qışqırdı. – Niyə!  Ona  izah  elə,  Miranda,  mən  deyə

bilmirəm! İzah elə!

– Niyə?! – Miranda xala mızıldandı. – Orqan alveri!

– Sakit! – Jozef dayı yalvardı. – Sakit, yoxsa eşidərlər, ondan sonra, Allah bilir, başımıza nə

oyun açarlar. Adamın dalağını oğurlayanlar hər şeyə qadirdirlər!

– Biz hesab edirik ki, burada həqiqətən gizli təşkilat fəaliyyət göstərir, – Miranda xala

Antuanın çiynindən yapışaraq pıçıldadı. – Bizdə bu xəstəxanada orqan alverinin baş alıb

getdiyini təsdiq edən xeyli dolayı dəlil və sübutlar var.

– Hansı sübutlardır?

– Dalaq! – Jozef dayı qışqırdı. – Mənim dalağım! Məgər bu sübut deyil? Onlar mənim əla

dalağımı götürüb baha qiymətə satıblar, mənə isə işə yaramayan, vecsiz dalaq qoyublar...

– Bundan başqa, bir sürü əlamətlər də var, – Miranda xala dedi. – Axı biz tibb bacılarının və

həkimlərin necə baxışdıqlarını da görürük, baxışları onları ələ verir. Hamısı əlbirdirlər!

Sən demə Jozef dayı və Miranda xala indi palataları gəzib hamının qarnını

əlləyirmişlər. Onlar, nəhayət, sağollaşıb axtarışlarına davam etməyə getdilər.

Palataya sakitlik çökdüyünə sevinən Antuan intiharçı qonşusuna tərəf döndü. Ancaq onun

gözləri yumulu idi. Bu zaman həkim içəri girib, texniki təchizat şöbəsi avtomexanikinin

laqeyd tonunda Antuana xəbər verdi ki, xəstəxanadan çıxır.

Aradan bir neçə gün keçdikdən sonra Antuan intiharçılar məktəbinin nömrəsi yazılmış

vərəqə baxdı. Parisdə hava günəşli idi. Maşınların ifraz etdiyi zəhərli qazlar havada

uçuşaraq yeni eranın tozcuqları kimi parislilərin ağ- ciyərlərinə çökür  və gələcək  xəstə

sivilizasiyanın florasını mayalandırırdılar. Ağacların, kolların, otların yalnız hərəkətdə

olanları görə bilən insanlardan xə- bərsiz və səssiz can verməsi bütün şəhər həyatına

sirayət edirdi. Avtomobillər öz xəyallarının asfalt yollarında gəzişmək üçün ayaqları deyil,

təkərləri olan yeni insanlar yaradırdılar.

Antuanın telefonu yox idi, ona görə də, tindəki avtomata sarı getdi. Avtomat telefon çörək

mağazasının yanında idi; çörək və bulkaların ətri xoşagəlməz qoxuları qovurdu. Antuan

kabinənin boşalmasını bir qədər gözləməli oldu.

– Hamı üçün və istənilən üsulla intihar (HÜVİÜİ) cəmiyyəti, gün aydın! –

ahəngdar qadın səsi onu salamladı.

– Gün aydın, e, sizin telefonunuzu bir tanışımdan almışam, məni sizin kurslar

maraqlandırır.

Bir kloşar7 çörək mağazasının ventilyasiya məhəccərinə söykənib coraba bükülmüş quru

çörək parçası çıxartdı və çörəklərin sərt qabığına gözəl dad verən Vyana ədviyyatının şirin

qoxusunu ciyərlərinə çəkə-çəkə ləzzətlə yeməyə başladı.

– Onda  siz,  sadəcə,  bura  gəlməlisiniz,  müsyö.  Bu  həftə özünü virtuoz şəkildə asan

professor Edmonun mükəmməl intiharı münasibətilə dərslər olmayacaq. Ancaq bazar



ertəsindən etibarən madam Astanavis dərslərə davam edəcək. İndi cədvəli sizə deyərəm.

Sizin yazmağa bir şeyiniz var?

– Bir dəqiqə, bir dəqiqə... eşidirəm sizi.

– Bazar ertəsindən cümə gününə kimi saat 18-dən 20-dək. Klişi Meydan, 7. Domofona zəng

vurun. Biz birinci mərtəbədəyik, orada işarələr var.

Növbəti  bazar  ertəsi  Antuan Klişi meydanındakı ünvana gəldi. Divarda həkim

kabinetlərini, aktyor sənəti studiyasını, anonim əyyaşlar assosiasiyası şöbəsini, skaut

dəstəsini və hansısa siyasi partiyanın qərargahını göstərən löv- hələr arasında “SDVİLS

Cəmiyyəti. 1742-ci ildə yaradılmışdır” həkk olunmuş mis lövhəciyi axtarıb tapdı. Antuan

düyməni basıb, ağır qapını itələdi. İşarələrə baxa-baxa  dəhlizlə irəlilədi  və ikitaylı

qapıdan  iri  pəncərələri  olan  uzunsov otağa keçdi.

Burada artıq otuza qədər adam toplaşmışdı. Bəziləri oturub nəsə oxuyur, bəziləri, sadəcə,

gözləyir, qalanları isə kiçik qruplara bölünərək qızğın söhbət edirdilər. Kvartet Şuberti ifa

edirdi. Burada rəhbər, deyəsən, qara smokinq geymiş qadın idi. O, Antuanı çox nəzakətlə

qəbul edib professor Astanavis olduğunu söylədi. Burada kişilər, qadınlar, cavanlar,

qocalar, bir sözlə, cəmiyyətin bütün təbəqə və zümrələrindən olan insanlar vardı. Onlar

çox sakit idilər: çantalarını eşələyir, mübahisə edir, bir-birinə kağız-kuğuz verirdilər.

Nəhayət, hamısı oturdu. Əksəriyyətinin bloknotu, ya da dəftəri vardı. Onlar qə-

ləmlərini  hazır  tutub  mühazirənin  başlamasını gözləyir, pıçıldaşaraq, xısın- xısın

gülüşürdülər.

Otaqda hər biri on beş stuldan ibarət on cərgə vardı; baş tərəfdəki səhnədə qoyulmuş

püpitrin arxasında professor Astanavis əyləşmişdi. Dinləyicilər artıq yerlərini tutmuşdular.

Dörd divarın hamısına məşhur intihar edənlərin portretləri və fotoşəkilləri vurulmuşdu:

Jerar de Nerval, Merilin Monro, Jil Delez, Stefan Sveyq, Misima, Anri Roorda8, İen Kertis9,

Romen Hari, Heminquey və Dalida.

Bütün mühazirə və dərslərin başlamasından qabaq olduğu kimi auditoriyadan gülüş və

danışıq səsləri gəlirdi. Antuan ortada yaraşıqlı və qeyri- cinayətkar  sifəti  olan  bir  kişi  ilə

iki  güləyən  qızın  arasında  oturmuşdu. Professor Astanavis öskürdü. Hamı kiridi.

– Xanımlar və cənablar, hər şeydən öncə icazə verin sizə, artıq bir çoxunuzun xəbəri olsa

da, professor Edmonun özünü uğurla öldürməsi barədə məlumat verim. O bunu etdi!

Madam Astanavis pultu götürüb, ağ taxta paneldən olan divara tuşladı. Divarda

mehmanxana nömrəsində ilgəkdən asılmış kişi şəkli göründü. Onun damarları da kəsilmişdi

və qan qəhvəyi rəngli palazın üzərinə iki böyük və qara ləkə salmışdı. Meyitin şəkli

çəkilərkən, çox güman ki, yellənirmiş, ona görə də, üzü o qədər də yaxşı düşməmişdi.

Antuanı əhatə edən camaat çəpik çaldı, bu qədər virtuozcasına kombinasiya edilmiş

intihara heyran qalanlar duyğularını ifadə etdilər.

– O bunu etdi! Və gördüyünüz kimi, yəqinlik hasil etmək və kəndirin qırılması ehtimalını

sığortalamaq üçün damarlarını kəsmişdir. Hesab edirəm ki, bu hərəkət əlavə alqışlara

layiqdir.

Şagirdlər yenidən çəpik çaldılar, yerlərindən sıçrayıb qışqırmağa və fit çalmağa başladılar.

Antuan oturub baxır, insan ölümünün gurultulu alqışlarla qarşılanmasını təəccüblə

izləyirdi.

– Bu gün daha bir qardaşımız bizə qoşulacaq, – professor Antuanı göstərib dedi. – Xahiş

edirəm, özünüzü təqdim edin.




Hamı Antuana tərəf döndü. Bu qədər insanın qarşısında çıxış edəcəyindən ürkən Antuan

dərhal ayağa qalxdı və rəğbətli baxışları görüb, auditoriyanın susqun dəstəyini hiss etdi.

– Mənim adım Antuandır, mənim... iyirmi beş yaşım var.

– Salam, Antuan! – onu xorla salamladılar.

– Antuan, səni bura nəyin gətirdiyini bizə danışa bilərsən? – professor

soruşdu.


– Mənim həyatım dəhşətli dərəcədə alınmadı, – Antuan yumruqlarını əsəbi tərzdə yumub-

açaraq  cavab  verdi. – Ancaq ən  dəhşətlisi  hələ bu  deyil. Ən dəhşətlisi odur ki, mən

başa düşürəm ki...

– Ona görə də, sən həyatla haqq-hesabı üzüb, yoxluğa qovuşmağa qərar verdin, –

professor irəli əyilərək sakitcə dedi.

– Ümumiyyətlə, deyəsən mən həyat üçün yararsızam və ümid edirəm ki, ölümdə özümü

təsdiq edə bilərəm. Yəqin ki, buna daha çox uyğun gəlirəm.

– Əminəm  ki,  Antuan,  səndən  həqiqətən  dahi  bir  mərhum  çıxacaq, –

madam Astanavis razılıqla dedi. – Mən də elə sənə, bizə çox az şey verən və çox

şeylər alan bu həyatdan necə qurtulmağı öyrətmək üçün buradayam. Mənim nəzəriyyəm…

Mənim nəzəriyyəm ondan ibarətdir ki, həyat bizdən hər şeyi almamış ondan qurtulmaq

lazımdır. Ölüm üçün silah-sursat, barıt, güc olmalıdır, yoxsa bu bədbəxt və əsəbi qocalar

kimi tamamilə aciz və əldən düşmüş halda ölmək nəyə lazımdır! Sizin ateist, aqnostik,

yaxud diabetik olmanız mənim üçün heç bir fərq etməz – bunun mənə dəxli yoxdur.

Mənim sizinlə bölüşəcəyim bəzi düşüncələrim var, ancaq qətiyyən sizi ölmək üçün dilə

tutmaq, ya da ölümün və ya həyatın nə olduğunu izah etmək fikrində deyiləm. Siz seçim

etmisiniz, hərənizin öz motivi, öz məntiqi var. Bizi birləşdirən həyatdan narazı olmağımız və

onunla haqq-hesabı üzmək istəyimizdir, vəssalam. Mən sizə intiharın effektiv üsullarını

öyrədəcək, özünüzü necə qüsursuz, gözəl və orijinal öldürə biləcəyinizi izah edəcəyəm.

Mənim kursum üsulları ehtiva edir, səbəblərisə mənlik deyil. Bura nə kilsə, nə də sektadır.

Siz istənilən vaxt ağlayıb, hirslənib bu məşğələni tərk eldə bilərsiniz. Buna tam hüququnuz

var. Hətta parta qonşunuza aşiq ola və həyatın dadını yenidən hiss edə bilərsiniz... Niyə də

olmasın? Altı aydan sonra yenidən görüşəsi olsaq belə (əlbəttə, o vaxta qədər mən sağ

qalsam), siz bir müddət xoşbəxt olacaqsınız.

Bir neçə nəfər güldü. Onda nə siyasətçi natiqdən, nə də dini moizəçidən əsər-əlamət yox

idi, şagirdlərə dərs izah edən ədəbiyyat müəllimi kimi təmkinlə danışırdı. Əllərini

smokinqinin ciblərinə qoyaraq öz ciddi sadəliyində o qədər əzəmətli görünürdü ki, heç bir

əlavə ritorik və ya vizual effektə ehtiyacı yox idi.

– İntihar  pislənir.  Dövlət,  din,  cəmiyyət,  hətta  təbiət  özü  ona  qarşıdır, çünki təbiət

adlandırdığımız nazənin gözəl özünə qarşı azad münasibəti qətiyyən qəbul etmir, bizi

sonadək öz hakimiyyəti altında saxlamaq yanğısıyla alışıb-yanır, bizim əvəzimizə özü qərar

qəbul etmək istəyir. İnsanın nə vaxt öləcəyinə kim  qərar  verir?  Biz  qərar  verməyi

xəstəliklərə, qəzalara, canilərə həvalə edərək yüksək azadlığımızdan imtina etmişik.

İnsanlar bunu ya tale, ya da qəza-qədər adlandırırlar. Yalandır! Bu, qəza-qədər deyil, bizi

gözlərini döyə- döyə zəhərləyən, müharibələrdə və qəzalarda məhv edən cəmiyyətin gizli

iradəsidir... Bizim nə vaxt öləcəyimizə cəmiyyət qərar verir, çünki yediyimiz ərzağın

keyfiyyəti, ətraf mühitin durumu, işlədiyimiz və yaşadığımız şərait ondan asılıdır.

Doğulanda bunu istəyib-istəmədiyimizi heç kəs bizdən so- ruşmur, dilimizi, ölkəmizi,




dövrümüzü, ehtiraslarımızı və zövqümüzü, həyatımızı belə özümüz seçmirik. Bizim

azadlığımız yalnız ölümdədir: azad olmaq ölmək deməkdir.

Mühazirəçi stəkandan su içdi. O, hər iki əlilə püpitrə dayaq verərək dondu. Oturanları

diqqətlə nəzərdən keçirərək, başını tərpətdi, sanki onlarla hansısa ruhi yaxınlığı vardı.

– Ancaq  bütün  bunlar  sözdür.  Onlar  ikinci  dərəcəlidir,  bu  fikirlərə sonradan gəlir və

nəcibliyi, gözəlliyi, qanunçuluğu, bəraəti, təntənəni... bilmirəm, bəlkə də... aralarına

bərabərlik işarəsi qoymaq istənilən “ölüm” və ya “azadlıq” adlanan absolyut illüziyasını

görməyə başlayırsan. Həqiqət isə... Mənim həqiqətim, açıq deyəcəyəm, özüm haqda

danışıram, ondan ibarətdir ki, mən xəstəyəm. Xərçəng xəstəliyi mənim bədənimdə özünə

cənnət guşəsi düzəldib və qanımda okeandakı kimi çimərək, ürəyimin günəşində qaralaraq

tətil keçirir... Onun çətirə ehtiyacı yoxdur, günəşin zərbələri ona qorxulu deyil.

O, öz məzuniyyətindən məni bu dünyadan sıxışdırıb çıxartmaq üçün istifadə edir. Mən

dəhşətli əzab içindəyəm... Siz mənim nədən danışdığımı anlayırsınız. Ağrıdan əzab

çəkməmək üçün mən morfi vurmağa, ağrıkəsicilər udmağa məc- buram... – O, qoltuq

cibindən bir dərman qutusu çıxarıb göstərdi. – Bunu mən çox baha qiymətə – ağlımın tam

aydınlığı bahasına alıram. Hələlik ağlım başımdadır, ancaq bu uzun sürməyəcək, ona görə

də, həkimlərin məni xəstə- xana   çarpayısında   bayğın   vəziyyətdə cihazlardan

ayırmasını   gözləmədən özümü məhv etməyə üstünlük verirəm. Bu, çox kiçik, cüzi, miskin

bir azadlıq- dır. Lakin bir halda ki, siz də buradasınız, sizdə də xərçəngdir, onun bədəndə və

ya ruhda olması, duyğuların şişməsi, sevgi leykemiyası, yaxud sosial- kommersiya

metastazı olması önəmli deyil. Onlar sizə əzab verirlər. Sizin seçiminizi  müəyyənləşdirən

də odur,  ali  azadlıq  ideyası  isə sonradan  gəlir. Gəlin dürüst olaq: əgər biz sağlam, layiq

olduğumuz tək sevimli, hörmətli olsaydıq və günəşin altında öz layiqli yerimizi tutsaydıq,

əminəm ki, indi bu zal bomboş olardı.

Madam Astanavis giriş hissəsini yekunlaşdırdı. Hamı əl çaldı, Antuanın hər iki qonşusu

həyəcandan yerlərindən sıçradılar. Professor döş cibindəki qırmızı gülü çıxarıb, içində su

olan stəkana qoydu.

Sonrakı saat yarım ərzində o, mühazirə oxudu. İntiharın effektiv üsullarını öyrətdi. Etibarlı

və qəşəng ilgəyi necə düzəltməyi, hansı preparatları hansı dozada  seçməyi  və əziyyət

çəkmədən  ölmək  üçün  hansı  ardıcıllıqla  qəbul etməyi izah etdi. Gözəl gül rəngli ölüm

kokteyllərinin reseptlərini verib, əla dadları olduğuna inandırdı. Müxtəlif odlu silahları

ətraflı təsvir edərək, onların kalibrdən və məsafədən asılı olaraq kəllə sümüyünə və beynin

ayrı-ayrı hissələrinə təsirindən danışdı; məsləhət gördü ki, gicgaha atəş açmazdan qabaq

kəllə sümüyünü rentgen etdirmək və sərrast atmaq üçün silahın lüləsini hara tuşlamağı

dəqiqləşdirmək lazımdır. Qan damarlarının sxemləri əks olunmuş slaydlar göstərib, biləkdə

hansı damarları hansı alətlərlə kəsməyin doğru olduğunu izah etdi. O, qaz kimi etibarsız

vasitələrdən istifadə etməyi məsləhət görmədi.

Misimanın, Katonun, Empedoklun, Sveyqin özlərini öldürmələri... qəhrəmanlıq timsalı olan

bütün intiharların xarakteri barədə ətraflı danışdı.

Çıxışını professor Edmonun tərifli sözlərilə yekunlaşdırdı və iki vasitədən kompleks  şəkildə

istifadə etməyin  üstünlüyünü  xatırlatdı:  zəhər  və kəndir, ülgüc və tapança...

Mühazirədən sonra kvartet yenə çaldı. Antuan zalı dərhal tərk etdi, heç kəs onunla

danışmağa belə macal tapmadı... Eşiyə çıxanda Cəmiyyətin kukla evciyi tərzində tikilmiş

qəşəng dükanını gördü, burada müştərilərə broşüralar, kitablar, zərif ipək kəndirlər,




silahlar, zəhərlər, qurudulmuş zəhərli göbələklər, həmçinin ölümü gözəl şəkildə təşkil

etmək üçün zəruri olan şərablar, delikateslər, musiqi təklif olunurdu. O, Klişi küçəsilə “La

Furş” metro stan- siyasına  gəldi;  gözləri  hər  şeyi  dumanlı  görürdü,  sanki  sərxoş  idi.

Artıq intiharın incəliklərini mənimsədiyindən həvəskar məsumluğunu itirmiş və peşəkar

biliklərə yiyələnmişdi. O özünü öldürmək fikrindən daşındı.

Antuan yaşamaq istəyində tam qərarlı deyildi, ancaq ölmək də istəmirdi.

4 Sol-radikal yönümlü fransız ədibi və filosofu

5 xəstələnməkdən qorxma nəticəsində başverən ruh düşkünlüyü

6 Fransada mili müsabiqə nəticəsində verilən yüksək ixtisaslı müəllim rütbəsi

7 Fransada evsiz və avara insanlara verilən ümumi ad

8 İsveçrə yazıçısı və publisisti, məktəb təhsili ilə bağlı bir sıra əsərlərin, o cümlədən

“Mənim intiharım” kitabının müəllifi

9 İngilis rok qrupu “Joy Division” vokalisti

* * *


– Müsyö, siz heç vaxt baketin ölçülərinin, çevrəsinin və çəkisinin qızıl sikkə

kimi düppədüz olduğuna fikir verməmisiniz? Yəqin ki, bu təsadüfi deyil!

Çörəkçi başını tərpədib iri üyüdülmüş undan bişirilən batonu ona uzatdı.

Antuan  Paris ətrafındakı  Montryedə yaşayırdı.  Asli  oranı  Parisin  meşə ətrafı

adlandırırdı. Antuan onu, demək olar ki, heç vaxt tam adıyla çağırmır, qısaca As deyirdi.

Asli gülürdü, çünki samoan dilində bu təxminən “dağ suyu” kimi səslənirdi, o isə samoan

idi.

Asın boyu, yəqin ki, iki metrdən yuxarı idi, ancaq okeandakı balina kimi incə hərəkət edirdi.



Körpəliyində başına gələn hadisə sayəsində qəribə xüsusiyyətlərə malik idi.

“Nestle” adətən yeni məhsullarını istehlak bazarına çıxarmamışdan qabaq testdən keçirir.

Aslinin valideynləri olduqca kasıb olduqlarından onu bu test- lərə yazdırmışdılar və

əvəzində ərzaq kupon alırdılar. O zaman firma tərkibi vitamin və fosforla zəngin olan yeni

növ uşaq yeməyinin istehsalına ha- zırlaşırdı.   Fosfor   mikroskopik   dozada   sağlamlıq

üçün   faydalıdır,   ancaq zavodda xətaya yol verərək, təsadüfən milliqramla kiloqramı

qarışdırıblar. Üzərində eksperiment   aparılan   bütün   uşaqların   hamısı   ölmədi,

bəziləri xərçəng və digər maraqlı xəstəliklərə tutuldular. Aslinin bəxti gətirdi: o, beyin

pozğunluqları və psixi inkişaf normalarından gerilik xəstəliyilə canını qurtardı. O, əqli

cəhətdən geri idi, ancaq onun dərrakəsinin yalnız öz məntiqinə xas – özünəməxsus xüsusi

yolları vardı. Bundan başqa, orqanizmindəki fosfor artıqlığından Asli qaranlıqda işıq saçırdı.

Bu olduqca gözəl bir şey idi. Onlar şəhərdə gəzəndə Antuanın yanıyla addımlayan As

nəhəng işıldaquşu kimi görünürdü və bu, qaranlıq dalanlarda xüsusilə işə yarayırdı.

As bütün uşaqlığını ixtisaslaşmış bir internatda müalicə olunaraq keçirmişdi. O, uzun illər

danışa bilməmiş və heç bir ənənəvi reabilitasiya üsulları işə yaramamışdı. Nəhayət, böyük

poeziya həvəskarı olan bir loqoped qadın gözlənilmədən hiss edir ki, Aslinin ünsiyyət

qabiliyyətini yenidən bərpa etməsi  üçün  yeganə yolu  şeirlə danışmaqdır.  Onun  ağır

nitqinin  dayağa ehtiyacı vardı və qafiyələr sözlər üçün qoltuq ağaclarına çevrildilər. O




yavaş-ya- vaş nisbətən normal həyata qayıtdı və on altı yaşında xəstəxanadan çıxdı. O

vaxtdan onu sayıq gözətçidən daha çox məxmər parçadan tikilmiş ayıya oxşadan  həlim

xasiyyətinə baxmayaraq,  Asli müxtəlif  yerlərdə mühafizəçi işlədi: hesab edirdilər ki,

onun yekəpərliyi qarətçiləri qorxuya salacaq. Bundan əlavə, cinayətkarlarla ehtimal olunan

toqquşma zamanı onun digər cəhətləri də

faydalı ola bilər: çünki As qaranlıqda işıq saçdığı üçün onu kabusa və ya cin- şeytana

oxşadırdılar. Əgər oğru onu görən kimi qaçmağa üz tutmurdusa, ya da huşunu itirmirdisə,

Asın şeirlə danışması onu vahiməyə salırdı. Son iki il yarım ərzində As Botanika bağı

ərazisindəki təbiət tarixi Milli muzeyini qoruyurdu.

Antuan onunla elə orada tanış olmuşdu. Növbəsi başa çatdıqdan sonra As Böyük təkamül

qalereyasında gəzməyi xoşlayırdı. Bura ən müxtəlif heyvanlara aid on minlərlə müqəvvanın

olduğu çox qəribə bir yer idi; içəri daxil olanda sanki əbədi olaraq donmuş Nuhun gəmisinə

düşürsən. Burada sirli bir ab-hava var: müqəvvaların üzərinə salınan parlaq işıq zallardakı

qaranlığı yarımqaranlığa çevirərək sanki filləri, yırtıcıları və quşları oyatmaqdan qorx-

duqları   üçün   bir-birilə sakitcə danışan   və hətta   pıçıldaşan   maraqcıl ziyarətçiləri

ağuşuna alır. Bir səhər Antuan ilk dəfə Qalereyaya gəlib, ovsunlanmış halda uşaq heyranlığı

ilə müxtəlif pozalarda donub qalmış heyvanlara baxır, hansı heyvanın harada yaşadığı və

nəylə qidalandığı barədə məlumatlar olan lövhəcikləri oxuyurdu. Onun doymaq bilməyən

ağlı hamıya səxavətlə təqdim olunan bütün yeni məlumatları acgözlüklə udurdu. Birdən

diqqətini qəribə şəkildə işıqlandırılmış bir qeyri-adi bir fiqur çəkdi. Əvvəlcə bunun

neandertal adam müqəvvası, ya da ağsaçlı qar adamının kostyumunun nadir  nüsxəsi

hesab  etdi.  Antuan  gözlərilə bu  eksponatın  adı  yazılmış  və tarixin hansı dövrünə aid

olduğunu bildirən lövhəciyi axtardı. O, baxışlarını müqəvvanın ayaqlarının altına tuşladı,

ancaq orada heç nə görmədi. Antuan başını qaldırdı: eksponat gülümsəyərək iri əlini ona

uzatmışdı. Bu andan etibarən onların dostluğu başlandı.

Onlar  ayrılmaz  dostlar  idi.  Asın  azdanışan olması söz və düşüncələrini coşqun tərzdə

ifadə etməyə meyilli Antuanı qane edirdi. Bəzən As onun boşboğazlığını daha mənalı olan

on iki rədifli İsgəndəriyyə şeri ilə kəsirdi. Asın lakonizmi və poetik deyimləri Antuanın

xoşuna gəlir, As da öz növbəsində Antuanın söz cəngəlliklərini və təmtəraqlı ibarələrini

bəyənirdi.

Şarlotta, Qanca, As və Antuan axşamlar Rümbato küçəsindəki “Qudmundsdottir” adlı kiçik

island barında bir yerə toplaşıb, şahmat oynayır, içki içərək və adları çətin tələffüz olunan

müəmmalı inqrediyentlərlə zəngin ye- məklər yeyərək söhbət və mübahisə edirdilər. Onlar

balıq və ya ət yediklərini anlamasalar da, verilən əcaib tərəvəzləri tanımasalar da, bu

yeməklərin qeyri- adiliyini və qəribə dadını xoşlayırdılar. Bu bar-restoran Parisdə yaşayan

islandların görüş yeri idi, ona görə də, ətrafda danışılan dil də qulağa yad idi. Antuan

görürdü ki, burada onun ən azı ətrafdakı adamların nə danışdığını anlamamağa  qanuni

əsası  var.  O,  dostlarıyla  birlikdə həftənin  bir  neçə axşamını bu ekzotik məkanda

keçirirdi: bəzən onlar “assosiasiya” oynayır, bəzən də yeni ölkələr uydurmaqla, yaxud

“dünyanı bölmək” adlandırdıqları şeylə əylənirdilər. Oyunun mahiyyəti təkrarçılığa yol

vermədən insanları iki kateqoriyaya ayırmaq üçün mümkün qədər çox əlamət irəli

sürməkdən ibarət idi, çünki insanlar, hər necə olsalar da, həmişə velosiped sürməyi

xoşlayanlara və avtomobildə gəzməyi  sevənlərə;  köynəyi  şalvarın  üstünə salmağı

xoşlayanlara və şalvarın içinə salmağa üstünlük verənlərə; Şekspiri bütün dövrlərin və




xalqların dahi yazıçısı hesab edənlərə, Andre Jidi bütün dövrlərin və xalqların  dahi  yazıçısı

hesab  edənlərə;  “Simpsonları”  xoşlayanlara  və

“Cənub parkını” sevənlərə; “Nutellanı” xoşlayanlara və Brüssel kələmini xoşlayanlara

bölünürlər. Beləcə, ciddi antropoloji yanaşma nəticəsində bəşəriyyəti təsnif edən

fundomental prinsiplərin siyahılarını tərtib edirdilər.

İyulun iyirmisində, cümə axşamı günü xəstəxanadan çıxandan bir həftə sonra bu cür

konspirativ görüşlərdən birində Antuan dostlarına idiot olmaq niyyəti barədə xəbər verdi.

* * *


Restoran yavaş-yavaş adamla dolurdu. Divar saatından çıxan balaca vikinq xırda baltasıyla

lövhəciyi on dəfə döyəclədi. İsland dilində səslənən gur danışıqlar və island xalq

musiqisinin sədaları altında Antuan və dostlarının masası ətrafdakı dünyadan aralı düşmüş

adacıq idi. Mətbəxdən vuran buxar, xörək və pivə qoxusu havadan ətirli duman kimi

asılmışdı. Çıraqlara çevrilmiş əjdahalar  və island  mifologiyası  tanrıları  qonaqların  başı

üzərindən  işıq saçırdı. Ofisiantlar sıx qoyulmuş masaların və demək olar ki, bir-birinə çox

yaxın oturmuş adamların arasıyla gedib-gəlməkdən əldən-ayaqdan düşmüş- dülər. Antuan

çantasından öz kredosunu şərh etdiyi böyük bir dəftər çıxartdı. Dostlarından  sözünün

kəsilməməsini  xahiş  edərək,  həyəcanından  gərilmiş səsilə oxumağa başladı:

“Ən yaxşı şəraitdə yaşadıqları halda uğursuzluğa düçar olmuş bəxtsiz insanlar var. Onlara

kaşmirdən kostyum geyindirsən də, bomja oxşayacaqlar; milyonları olsa da, borca girəcək,

iki metr boyları ilə pis basketbolçu olacaqlar. Öz  üstünlüklərindən  istifadə etməkdə

dəhşətli  dərəcədə aciz  olan  həmin luzerlər cinsinə aid olduğumu artıq mən də dərk

edirəm, bundan başqa, bu üstünlüklər onların boynunda ağır yükdür”.

Həqiqət  körpələrin  dilindədir.  Uşaqlıqda  sinif  yoldaşlarının  sənə “Buna baxın, lap ağıl

dəryasıdır!” deməsindən pis şey yoxdur. İllər keçdikcə bu sözlər tədricən tərifə çevrilir.

Ancaq bu yanlış fikirdir: əslində ağıl böyük bir qüsur- dur. Dirilər öləcəklərini bildiyi, ölülər

isə heç bir şey bilmədiyi kimi, mən də hesab   edirəm   ki,   ağıllı   olmaq   axmaq

olmaqdan   pisdir,   çünki   axmaq axmaqlığını  dərk  etmir,  özünə ən  aşağı  qiymət verən

ağıllı adam isə ağılla yükləndiyini dərk etməyə bilməz.

Ekklesiastın  kitabında deyilir:  biliyini  artıran  kədərini  artırır,  ancaq mənim bəxtim

gətirməyib, çünki başqa uşaqlar kimi katexizis dərslərinə getməmişəm və heç kəs məni

elmin səbəb olduğu təhlükələrdən qorumayıb. Möminlərin işi yaxşıdır, çünki onlara lap

uşaqlıqdan ağıllarını inkişaf etdirməyin riskli olduğu aşılanır və onlar bütün ömürləri boyu

elmdən uzaq dururlar. Yoxsullar ruhən xoşbəxtdirlər.

Ağlın bizi yüksəltdiyini düşünənlərin ağlı açıq-aşkar lazımi səviyyədə deyil, çünki ağlın lənət

olduğunu dərk etmirlər. Məni əhatə edənlərin hamısı – sinif yoldaşlarım, müəllimlərim

məni ağıllı hesab edirdilər. Onların mənimlə bağlı verdikləri hökmü heç vaxt tam başa

düşməmişəm. Mən həmişə bu müsbət işarəli irqçilikdən, əsl ağlı onun görüntüsündən

fərqləndirə bilməyən insan- lardan, mənə özünün guya xoş niyyəti, əslində isə qabaqcadan

formalaşdırdığı



yanlış fikri əsasında əllamə rolu verənlərdən əziyyət çəkmişəm. Çox yaraşıqlı cavan oğlan,

ya da qəşəng qız ətrafdakıların heyranlığına səbəb olaraq, eyni zamanda bununla o qədər

də cəlbedici olmayan digərlərini necə yaralayırsa, mən də hər yerdə bilikli şagird hesab

edilir və bunun cəzasını çəkirdim. İradə- lərinin ziddinə məni hamıdan parlaq ağıla və biliyə

malik hesab edən sinif yoldaşlarımı buna vadar edən situasiyaya nifrət edirdim!

Mən  heç  vaxt  idmanla  maraqlanmamışam; əzələlərimi  möhkəmlətmək üçün son dəfə

iştirak etdiyim yarışlar aşağı sinifdə oxuyarkən tənəffüsdə kürəciklə oynamaq olub. Mən

cansız idim, nəfəsim zəif idi, topa yaxşı zərbə vura bilmirdim, bir sözlə, təkcə ağlımı

işlətməkdə mahir idim. İdman oyunlarına qətiyyən yaramırdım, ona görə də, yeni top

oyunları uydurmaq üçün boz maddəni işə salmaqdan savayı yolum qalmırdı. Daha yaxşısını

bacar- madığıma görə, ağlımı işə salırdım.

Ağıl – təkamülün səhvidir. Tarixdən əvvəlki dövrlərdə uşaqlar (hər halda mən belə təsəvvür

edirəm) meşələrdə kərtənkələləri qovur, ya da yeməli köklər toplayır   və böyüklərdən

öyrənərək   yavaş-yavaş   qəbilənin   tam   hüquqlu üzvlərinə çevrilir, ovçu, balıqçı, yığıcı

olurdular... Ancaq bu optimist mənzərəyə daha diqqətlə baxdıqda, yəqin aydın olar ki, bəzi

uşaqlar ümumi işlərdə və oyunlarda   iştirak   etməyiblər:   onlar   isti   mağaradakı

tonqalın   başında, təhlükəsiz yerdə oturublar. Onlar iti dişli pələngdən qoruna bilmir, ov

etməyi bacarmırdılar; əgər özbaşına olsaydılar, bircə gün də yaşaya bilməzdilər. Onlar

bütün günü işsiz-gücsüz darıxırdılar, amma tənbəllikdən deyil, çünki öz yaşıdları ilə

dolaşmağa şad olardılar, fəqət bacarmırdılar. Təbiət onları yaradarkən xəta eləmişdi.

Qəbilədə mütləq kor bir qız, axsaq, ya da dalğın və fərsiz bir oğlan uşağı olub... Ona görə

də, onlar daima düşərgədə qalır və video- oyunlar hələ kəşf olunmadığından, xəyallarına

güc verib düşünməkdən başqa yolları qalmırmış. Onlar bütün ömürləri boyu yalnız

düşünür, ətraf dünyanı dərk etməyə çalışır, müxtəlif əhvalatlar və yalanlar uydururdular.

Sivilizasiya da məhz fiziki cəhətdən qüsurlu uşaqların məşğuliyyətsizliyindən doğub. Əgər

təbiət öz işində hərdənbir xətaya yol verməsəydi, əgər onun konveyerindən hər zaman

qüsursuz  fərdlər  çıxsaydı,  bəşəriyyət  pitekantroplar10mərhələsində ilişib qalar və hər

cür yaramazlıqlar, prezervativlər, “DVD dolby digital”lar ol- madan xoşbəxt yaşayardı.

Dünyanın mahiyyətini anlamaq marağı və cəhdi, incəsənətdən zövq almaq əslində hamıya

xas olmalıdır. Ancaq belə olsaydı, əməyin hazırkı təşkili şəraitində həyat  dayanardı,  ona

görə ki,  bütün  bunlar  vaxt  alır  və üstəlik tənqidi təfəkkürü inkişaf etdirir. İnsanlar,

sadəcə, işləməyi buraxardılar. Ona görə də insanlar müxtəlif şeylərə maraq göstərirlər,

bəzilərini bir, digərlərini başqa şeylər maraqlandırır, yoxsa cəmiyyət mövcud ola bilməzdi

və ümumiy- yətlə,  heç  bir  cəmiyyət  olmazdı.  Çox  şeylə maraqlanan  insanlar – hətta

prinsipcə onları maraqlandırmayan şeylərin də səbəbini bilmək istəyirlər – bu- nun bədəlini

yalqız qalmaqla ödəyirlər. Tam təcridolunmadan yayınmaq üçün sizin ağlınız hansısa

faydalı bir funksiyanı yerinə yetirməli, məsələn, elmi və ya ictimai, yaxud peşəkar anlamda

məhdud bir işə meyillənməlidir ki, heç olmazsa, nəyəsə yarasın. Mənim ağlım, əgər məndə

ondan əsər-əlamət varsa,

heç bir şeyə yaramır, yəni ondan nə universitetdə, nə istehsalatda, nə qəzet

redaksiyasında, nə də vəkil kontorunda istifadə etmək mümkündür.

Ağlım  mənim  üçün yükə çevrilib:  mən  yoxsul,  subay,  mənəvi  cəhətdən düşkünəm. Öz

qüsurum barədə aylardır düşünürəm, mən bunu çox fikirləşmək qüsuru  adlandırardım  və

bədbəxtliklərimlə düşüncələrimi  cilovlaya bilməməyim arasında şəksiz əlaqə aşkar




etmişəm. Götür-qoylarım, anlamaq cəhdlərim  mənə yaxşı  heç  nə verməyib,  ancaq  hər

zaman əleyhimə işləyib. Düşünmək təbii məşğuliyyət deyil, o ağrı verir, yaralayır,

cırmaqlayır, sanki havada əriyən  qırılmış  şüşəyə və tikanlı  məftilə möhkəm  və əllə

toxunulan quruluş  verir.  Mən  beynimin  işini  saxlamaq,  durdurmaq gücündə deyiləm.

Mən sanki Nuh əyyamından qalma parovozam və əbədi olaraq relslərin üzərilə irəliləməyə

məhkum olunmuşam, çünki onun tükənməz yanacağı, kömürü bizim dünyamızdır. Bütün

gördüklərim, eşitdiklərim, duyduqlarım avtomatik olaraq ağlımın odluğuna düşür və onu

tam gücüylə işləməyə məcbur edir. Sən hər şeyi cəmiyyətin ümumi intiharına uyğun

şəkildə dərk etmir, azad quş kimi həyatdan zövq ala bilmirsən, çünki leşyeyən quzğun kimi

hər şeyi hissələrə ayırıb öyrənirsən. Biz, demək olar, öyrəndiyimiz hər şeyi öldürürük, ona

görə ki,  həyatda  da,  tibdə olduğu  kimi,  yarmadan  və açmadan  həqiqi  bilgi əldə etmək

mümkün deyil; vena və arteriyaları, skeletin quruluşunu, sinir sistemini görmək,

orqanizmin daxili işini anlamaq lazımdır. Budur, vahiməli gecə düşür və həkim şagirdi

rütubətli-qaranlıq zirzəmidə əlində skalpel, al-qan içində, ürəkbulanmasına qarşı mücadilə

edərək parçalanmış meyitin qarşısında dayanıb. Əlbəttə,   sonradan   professor

Frankşteynin   roluna   girib   meyiti yamayıb ondan canlı məxluq düzəltmək olar, lakin bu

zaman, bildiyimiz kimi, qorxunc   monstr   yaratmaq   riski   var.   Mən   anatomik   teatrda

çox   vaxt keçirmişəm və artıq içimdəki həyasızlığın yetişdiyini, aclıq əmələ gəldiyini,

öldürücü nöqtənin toplandığını hiss edirəm; insan əzab çəkmək qabiliyyətini çox  tez

mənimsəyir.  Hər  şeyi  fasiləsiz  dərk  edərək,  şüurun  süzgəcindən keçirərək  yaşamaq

mümkün  deyil.  Təbii  aləmə baxmaq  kifayətdir:  uzun  və qayğısız ömür qətiyyən beyni

inkişaf etmiş adamlara verilmir. Tısbağalar bir neçə yüz il yaşayır, su ölməzdir, Milton

Fridmen11 hələ də sağdır. Təbiətdə şüur istisnadır, hətta onun təsadüfi bir şey, aksidensiya

olduğunu da söyləmək olar, çünki öz sahibinə nə güc, nə də uzun ömür bəxş edir. Təkamül

nöqteyi- nəzərindən şüur daha yaxşı uyğunlaşmanın mütləq şərti deyil. Planetimizin əsl

sahibləri – qədim  mənşəli  olduqlarına,  saylarına, tutduqları əraziyə görə – həşəratlardır.

Misal üçün, qarışqa yuvasındakı daxili nizam-intizam bizim cəmiyyətdəkindən qat-qat

səmərəlidir, ancaq heç bir qarışqa Sorbonnada kafedra müdiri deyil.

Hamı “qadınlar”, “kişilər”, “polislər”, “qatillər” haqqında danışmağı xoşlayır. Biz öz

təcrübəmizə, dünyaya subyektiv baxışlarımıza uyğun şüursuz tərcihlərimizə və zəif

neyronlarımıza əsaslanaraq ümumiləşdirmələr aparırıq. İnsanın anlayış formalaşdırmaq

qabiliyyəti ona sürətli düşünmək, mühakimə yürütmək və dünyada mövqeyini

müəyyənləşdirmək imkanı verir. Bu anlayışların  müstəqil  dəyəri  yoxdur,  onlar  sadəcə

bizim  hamımızı  səsləyən işarə bayraqcıqlarıdır. Və hər kəs öz cinsini və ya peşəsini,

qanunauyğun şəxsi üstünlüyünü və sadəcə bəxtini müdafiə edir.

Ümumi anlayışlar insanları öz sadəlikləri ilə ələ alırlar, onlardan istifadə etmək  asandır,

onlar əlçatandır  və mübahisə zamanı  çox  rahatdırlar. Əgər bunu riyazi dilə çevirsək, bu

cür anlayışlardan istifadə edilərək aparılan dis- kussiya üstəgəlmə və çıxma kimi sadə

hesablamalardan o yana gedə bilmir, halbuki  bu  məsələlər öz  aydınlığı  ilə heç  bir  sual

doğurmur.  Lakin  ciddi təhlillər inteqral əməliyyatlarını, bir neçə məchulu olan tənlikləri,

mürəkkəb rə- qəmlərlə aparılan əməlləri xatırladır.

Ağıllı adam mübahisə vaxtı həmişə məsələləri sadələşdirdiyini hiss edir, o daim

dəqiqləşdirmələr aparmaq, bəzi sözlərə ulduzcuqlar qoymaq, haşiyələr çıxmaq və sonda

şərhlər yazmaq istəyir ki, öz fikrini bütün mürəkkəbliyi ilə ifadə etsin. Ancaq küçənin




ortasındakı təsadüfi söhbət, süfrə başındakı danışıq zamanı, ya da qəzet səhifələrində bu

mümkün deyil: burada düzgün və ciddi arqumentləşdirmədən, obyektivlikdən, ədalətli

olmaqdan söhbət belə gedə bilməz. Doğruluq və dəqiqlik ritorikaya mane olur, onlar debat

üçün yaramırlar. Bəzi parlaq ağıllar hər cür diskussiyadakı labüd mənasızlığı görüb, zarafat

və yüngül yumor yolunu seçir, hadisələrə mürəkkəblik vermək üçün paradoklara müraciət

edirlər. Niyə də olmasın? Axı bu da bir sağ qalmaq yoludur.

İnsanlar  hər  şeyi  sadələşdirməyə meyillidirlər,  bu  işdə onlara  dil  və təfəkkür

quruluşları kömək edir; biz bunun sayəsində dünya haqqında səhih biliklər əldə edirik,

səhih biliklər isə seksdən, zənginlikdən, hakimiyyətdən də (hamısı bir yerdə) şirindir. Lakin

səhih biliklər fikri öz əsil işindən ayırır və insan bunu həvəslə edir, çünki onun şüuru bunu

hiss etməyə qadir deyil. Buna görə də,  mən  özünü  ağıllı  göstərmək  istəməyənlərə və

əqidəsinin əsasında miflər olduğunu elan edənlərə üstünlük verirəm. Məsələn,

dünyagörüşlərinin yeganə və düzgün elmi nəzəriyyəyə deyil, sadəcə, etiqada əsaslandığını

etiraf edən möminlərə.

Belə bir çin məsəli var, mahiyyəti təxminən ondan ibarətdir ki, balıq işədiyini hiss edə

bilməz. Bunu əqli əməklə məşğul olduğu üçün özünü intellektual hesab edənlərə də aid

etmək olar. Bənna əllərilə işləyir, ancaq ona da “bu divar əyri çıxdı, həm də sementini az

etmisən” deyən ağlı var. Onun başıyla əlləri arasında daim qarşılıqlı əlaqə var. Ancaq

intellektual yalnız heç bir şeylə qarşılıqlı əlaqədə olmayan başıyla işləyir, əlləri ona “Ey,

oğlan, yaddan çıxarma! Yer kürə şəklindədir!” demir. İntellektuallarda belə daxili dialoqlar

olmur, ona görə də, hesab edir ki, dünyadakı hər şey barədə mühakimə yürüdə bilər.   O,

əlləri   ilə mükəmməl   hərəkət   etdiyi   üçün   özünü   boksçuya, neyrocərraha, rəssama

və kart qumarbazına bərabər tutan pianoçuya bənzəyir.

İntellektuallar ağıllarını inhisara almırlar. Adətən, “Mən demaqogiya ilə məşğul olmaq

istəmirəm, amma...” deyən kimsə məhz demaqogiya ilə məşğul olur. Bilmirəm demək

istədiklərimi necə ifadə edim ki, xalq arasından çıxmış insanlara münasibətdə təkəbbürlü

çıxmasın. Əlbəttə, mən açıq qapıdan zorla içəri soxuluram, ancaq əminəm ki, cəmiyyətin

bütün təbəqələrinin ağlı var, onlara heç bir sosial fərq qoymaq olmaz: tarix müəllimləri,

Breton balıqçıları, yazıçılar və maşinistlər arasındakı ağıllı adamların faizi eynidir... Bu mənə

çox yaxşı məlumdur, çünki geniş alnı olan müxtəlif mütəfəkkirlər və professorlarla, qısası,

gicbəsər intellektuallarla, möhürlü arayışları olmasa da, ağlı başında

olan adi adamlarla çox ünsiyyətdə olmuşam. Demək istədiyim yeganə şey bax budur. Bu,

əlbəttə, mübahisəlidir, çünki burada elmi cəhətdən əsaslandırılmış dəlillər gətirmək

mümkün deyil. Ağıl və fikirlərin düzgünlüyü diplomlardan asılı  deyil;  sağlam  düşüncəylə

bağlı  İQ  testləri  mövcud  deyil.  Mən  tez-tez “Metal örtüyü”n ssenari müəllifi Maykl

Xerranın, Mişel Simanın 12 öz məşhur kitabında sitat gətirdiyi Kubrik haqqındakı sözlərini

xatırlayıram: “Axmaqlıq ağlın deyil, cəsarətin çatışmazlığıdır”.

Bir şey aydın olur: “Böyük müəllifləri oxumaq, beyni zorlamaq, dahi alimlərin əsərlərini

öyrənmək insanı mütləq ağıllı etmir, ancaq risk olduqca böyükdür. Əlbəttə,   Platonu   və

Freydi oxumuş   insanlar   var   ki,   kvarklar haqqında fikir yürüdə, qızılquşu müşkül

quşundan ayıra bilirlər, ancaq buna baxmayaraq, gicbəsər olaraq əla formada qalırlar.

Buna baxmayaraq, ağıl istənilən xəstəlik kimi kənardan qidalanaraq, müntəzəm olaraq

münbit şəraitə düşərək inkişaf etmək üçün güc toplayır. Çünki ağıl elə xəstəlikdir”.

Antuan sonadək oxudu. Dəftərini bağlayıb, elmin böyük sirlərini heyrətə




gəlmiş həmkarlarına təqdim edən alim kimi dostlarına baxdı.

10 pitekantrop – qazıntı halında tapılmış insanaoxşar heyvan qalıqları

11 Milton Fridmen (1912) – amerikan iqtisadçısı, Nobel mükafatı laureatı (1976), dövlətin

iqtisadiyyata qarışmamasına tərəfdar olan Çikaqo məktəbi nəzəriyyəçisi; onun fikrincə,

iqtisadiyyatın dövri qalxıb-enməsi və işsizlik bazarın özünü tənzimləməsinin təbii

təzahürüdür.

12 Fransız jurnalist və kino tənqidçisi

* * *


Qanca gülməkdən uğunub getdi və bütün axşamı özünü saxlaya bilmədi; qonşu masada

əyləşmiş bir adam siqaret qutusunu ona uzatdı: görünür, Qancanın çıxartdığı qoyun

mələməsinə bənzər səslər island dilində təxminən “Sizdə çəkməyə bir şey olmaz ki?” kimi

səslənirmiş. Və onu hər dəfə gülmək tutanda nəzakətli island Qancanı siqaretə qonaq

edirdi. Rodolf məruzəçinin diqqətini axmaq olmaq üçün ona o qədər də səy göstərmək

lazım olmadığına çəkdi. Şarlottanın Antuana yazığı gəldi və onun əlindən tutdu. As, sadəcə,

karıxmışdı və ona gözlərini döyərək baxırdı.

Dostlarının anlayış göstərəcəyinə ümid bəsləyən Antuan özünü doğrultmağa, bu barədə

düşünmək, hər şeyi anlamağa cəhd etməmək gücündə olmadığını, bu səbəbdən də özünü

bədbəxt saydığını izah etməyə çalışdı. Heç olmasa bu elmi arayışlar ona qızılaxtaranların

xoşbəxtliyini bəxş etsəydilər... Ancaq onun tapdığı qızıl rəngi və ağırlığı ilə qurğuşuna

bənzəyirdi. Beyni ona nəfəsini dərməyə bir dəqiqə də imkan vermir, bitib-tükənməyən

suallarıyla yuxulamasına əngəl olur, gecənin bir aləmində şübhələr və acı düşüncələrlə

yuxusuna haram qatırdılar. O, dostlarına xəbər verdi ki, artıq çoxdan heç bir yuxu, hətta

kabus belə görmür, çünki yuxuda da daim induksiya və deduksiya ilə məşğuldur. Başı

dayanmadan işləməkdən şişib və Antuan özünü çox pis hiss

edir. İstəyirdi ki, bir müddət başsız, yelbeyin olsun və ən əsası da həqiqət, səbəb və əsl

mahiyyətlə bağlı bütün məsələlərdə dəhşətli dərəcədə cahil olsun... Onda daim qeyri-

ixtiyari olaraq abırsızlıq və həyasızlıq duyğularını dəhşətli dərəcədə inkişaf etdirən bu cür

şeyləri müşahidə etməkdən yorulmuşdu. O, həyatın qanunlarını dərk etmədən yaşamaq

istəyirdi, sadəcə, yaşamaq.

O, əyyaş kimi öz uğursuz debütünü xatırlatdı, həyəcanlı dəqiqələrdə iflasa uğramış intihar

layihəsi barədə danışdı. Bundan sonra idiotluq onun sonuncu şansı olacaqdı. O, hələlik

necə hərəkət edəcəyini bilmirdi, ancaq iradəsini toplayıb mətin addımlarla hədəfə doğru

irəliləmək niyyətindəydi. İntellektual xumarlığının dərəcəsini aşağı salıb, maksimalizmdən

və guya hər şeydə həqiqət axtarmaq kimi səfeh zehniyyətdən xilas olmalıydı. Antuan

tamamilə idiot ol- mağa hazırlaşmırdı, o, sadəcə, ağlını bir az azaltmaq istəyirdi ki, bir az

sərbəstləşə, sağlam həyata uyğunlaşa bilsin, qabağına çıxan hər şeyi götür-qoy və təhlil




etməkdən vaz keçsin. Onun ağlı həmişə itigöz, iticaynaq və itidimdik qartal olmuşdu. İndisə

göylərdə əzəmətlə uçan, küləyin iradəsinə tabe olan, günəşin istiliyini və torpağın

gözəlliyini dəyərləndirən durna olmaq istəyirdi.

Antuan bu mutasiyanı tamahkarcasına düşünmüşdü: o, çoxdan özü üçün ictimai həyat

forması tapmağı arzulayır, ancaq təbiəti imkan vermirdi. O, insanların baxışlarında əsl azad

iradənin payının çox az olduğunu bilir və hə- mişə hər bir insandakı hərəkətverici qüvvəni

tapmağa çalışırdı. Onun bədbəxtliyi qismən bundan ibarət idi ki, Jan Renuarın

formalaşdırdığı faciəvi postulatın təsiri altında yaşayırdı: “Bu dünyanın bədbəxtliyi ondadır

ki, hərə özünə görə haqlıdır”. Antuan Spinozanın qoyduğu qaydaya müqəddəs qanun kimi

əməl edirdi: insanların hərəkətlərinə gülmək, onlardan kədərlənmək olmaz,  onları

lənətləməkdənsə başa  düşməyə çalışmaq  lazımdır.  Hətta  onu açıq-aşkar əzməyə və ya

ondan günah keçisi düzəltməyə çalışanları belə ittiham etməməyə çalışırdı. Antuan köpək

balığına protez diş düzəldən və hətta onu qoymağa çalışan insanlar kateqoriyasından idi.

Lakin onun anlayışa meyilli olması qətiyyən hər şeyi bağışlayan xristian mövqeyi deyildi. O,

azadlığın və sərbəst seçimin yalançı imkanlarının parlaqlığı altında Spinozanın təsvir etdiyi

bədnam zərurəti və insan ruhu ilə qidalanan amansız maşını, bəlkə də hətta bir qədər

hipertrofik variantda daha aydın görürdü. Həm də özünə münasibətdə obyektiv olmaq

üçün belə bir nəticəyə gəlmişdi ki, hər şeyi anlayıb dərk etməyə çalışdığı üçün yaşamağı,

sevməyi yadırğamışdı və onun intellektual ekstremizmini, prinsipcə həyata baş vurub

orada öz yerini tutmaqdan qorx- maq kimi qiymətləndirmək olardı.

– Lakin – o, əlavə etdi, – həqiqət ikiüzlü adam kimidir. Ay kimi iki tərəfi var və mən hələ də

qaranlıq tərəfdə yaşayıram. İndisə işıqlı tərəfində gəzmək istəyirəm. Əllaməlik etmək

istəmirəm, gündəlik məişətlə yüklənib, siyasətə inanmaq, dəblə geyinmək, idmanla

maraqlanmaq, son model avtomobili ar- zulamaq,  televizorda  xəbərlərə baxmaq,

nədənsə zəhləsi  getməkdən  və ya nəyəsə xor baxmaqdan qorxmamaq istəyirəm... Bu

vaxtadək özümü bundan məhrum etmişəm, hər şeylə maraqlanaraq, heç nəyi etməmişəm.

Mən bunun yaxşı və ya pis olduğunu iddia etmirəm, ancaq ictimai rəy adlanan o yeganə və

əzəmətli  ruha  sitayiş  etmək,  bəli-bəli,  məhz  sitayiş  etmək  istəyirəm.  Mən

hamıyla birlikdə olmaq istəyirəm, onları başa düşməsəm də, onlar kimi olmaq,

onların arasında olmaq, onların həyatını bölüşmək istəyirəm...

– Sən demək istəyirsən ki, – Qanca hansısa müalicəvi toxumu çeynəyərək astadan dedi, –

demək istəyirsən ki, belə ağıllı olmaqla ağır yaralanmısan, bu normadan kənardır və bir az

axmaqlamaqla ağıllı iş görmüş olacaqsan?..

– Sən necə varsansa, – Şarlotta dedi, – eləcə bizim hamımızın xoşuna gəlirsən, əlbəttə,

xasiyyətin bir az mürəkkəbdir, amma... amma sən, sadəcə, supersən! Əgər mən naturalist

olsaydım...

– Mənsə, – Antuan cavab verdi, – əgər cinsimi dəyişsəydim, dərhal sənə evlənmək təklif

edərdim. Qulaq asın, müəyyən qədər sosial olmaq, cəmiyyətlə bəzi problemləri olmaq,

məncə, tamamilə normal bir şeydir, hətta yaxşıdır. Mən inteqrasiya olmağın qəti

əleyhinəyəm, ancaq dönük olmaq da istəmirəm.

– Sənin üçün müəyyən bir balans müəyyənləşdirmək lazımdır, – Qanca dedi.

– Bəli, – Şarlotta  onun  sözünü göydə tutdu, – ya  da  tarazlaşdırılmış

disbalans.



Ofisiant onlara nimçələrdə yaşılımtıl rəngdə qatı şorba və stəkanlarda üzərində

giləmeyvələr üzən tutqun bulanıq maye gətirdi. Beş dost ehtiyatla yeməyə doğru əyildilər.

Ofisiant boğazından bir yığın samit səs çıxartdı, deyəsən, “Nuş olsun!” demək istəyirdi. As

təntənəli surətdə soruşdu ki, Antuanın dəli və günlərin bir günü teleaparıcı olmasına heç

bir təhlükə yoxdur ki?  Antuan  cavab  verdi  ki,  bu,  bir  macəradır,  böyük  macəralar  isə

həmişə təhlükəli olurlar: Magellan, Kuk, Cordano Bruno buna parlaq misaldır. İndiyədək o

özünəməxsus “təpəgöz kahası” olan sığınacağında gizlənibmiş, məlum olduğu kimi, bu

ətrafda tufan qopanda ən sakit yerdir. Artıq öz lənətə gəlmiş yuvasını tərk etməyi və böyük

həyata çıxmağı qərara alıb.

Qorxmuş dostları onu ruhlandırmağa, sakitləşdirməyə girişdilər, səfehlik etməyəcəyinə söz

verməyə məcbur etdilər və köhnə dostu həkim Edqarla məsləhətləşməyə yola gətirdilər.

Həkim Edqar Vaporskinin qəbul otağı Parisin XX dairəsində Qambet meydanının lap

yaxınlığında yerləşən Pireneyev küçəsindəki yaraşıqlı evin dördüncü mərtəbəsindəydi.

Antuan iki yaşından etibarən onun yanına gedir və başqa heç bir yerdə müalicə

olunmamışdı.

Ümumiyyətlə, Edqar uşaq həkimi idi, ancaq Antuanı ondan yaxşı tanıyan yox idi. İyirmi üç

illik tanışlıq onları yaxınlaşdırmışdı: bir-birinə adlarıyla müraciət  edir  və müntəzəm

olaraq  birlikdə kinoya  gedirdilər;  hər  ikisi Strasburq bulvarındakı köhnə “Le Boadi”

kinoteatrına üstünlük verirdi.

Antuanın iyirmi yaşı tamam olandan sonra artıq pediatrın qəbul otağında uşaqsız

oturmağa utanırdı. Özünü qəzet oxuyurmuş kimi göstərən valideynlər altdan-altdan ona

baxırdılar, koppuş uşaqlar açıq-aşkar gözlərini bərəldirdilər. O, tək gələn analara yaxın

otursa da, xeyri yox idi: dərhal ifşa olunurdu. Ona görə də indi Edqarın yanına gedəndə, ya

qonşunun oğlunu borc götürür, ya da boş-boş  avaralanan  hər  hansı  uşağı  özüylə

aparırdı.  Bu  dəfə ona  quyruq olmağa qətiyyən həvəsi olmayan qapıçının qızı Koralini

özüylə sürüyüb apardı.

Cərrah maskası taxmış Edqar qəbul otağına baxıb, Antuan və Koralini içəri dəvət etdi. Otaq

digər həkim kabinetlərindən heç nəylə fərqlənmirdi: qəhvəyi

rəngli divarlardan diplomlar asılmış, rəflərə öküz dərisindən qəşəng cildləri olan qalın

kitablar düzülmüşdü, adama elə gəlirdi ki, bu öküzlər sağ ikən qızılı çəmənliklərdə

otlamışdılar. Buradakı hər şey kabinet sahibinin bilik və səriştəsindən xəbər verirdi, sanki

qapının üzərindəki miss lövhəcik azlıq edirdi; rəng qamması, mebel, bütün şərait

mötəbərliklə nəfəs alırdı. Buranın ab- havasındakı əzəmət içəri girən hər kəsi ani olaraq

ovsunlayır, onun qeyri- ixtiyari ehtiramına səbəb olurdu; o, qüdrətli tibb səltənətinə daxil

olduğunu və onun hakimiyyətinə baş əyməkdən başqa yolu qalmadığını dərk edirdi.

Həkimə yaxınlaşmaq həmişə təslimçilik və şəxsiyyətin öz müstəqilliyindən imtinası

anlamına gəlir: artıq insan öz-özünə hakim olmur, o öz bədənini bütün nasazlıqlarıyla

birlikdə müalicə elminin  qüdrətli sehrbazlarına  təqdim edir. Tibb kabinetindəki ənənəvi

alət dəstlərilə baxıcı və ya Afrika cadugəri çadırında olan atributlar arasındakı oxşarlıq son

dərəcə böyükdür. Müəyyən acılı-şübhəli mühitdə bu iki tir qurulu səhnə arasındakı tam

bənzərliyi isbat etmək çox asandır; bir halda dərmanların qoxusunu, digərində isə ətirli

bitkiləri götürək

– hər ikisinin rolu bərabərdir və pasiyentin psixikasına tamamilə eyni cür təsir göstərirlər.

Ancaq Edqarın kabineti tam olaraq standart çərçivələrə sığmırdı, burada hər cür uşaq




rəsmləri və cızma-qaralı adi vərəqlər asılmış, döşəmədə və masanın üzərində oyuncaqlar

və rəngbərəng plastilinlər vardı. Resept möhürünün  üzərindəki  Qırmızı  Pauer  reyncer

həkim  qüdrətinin  simvoluna xələl gətirir və inamsızlıq yaradırdı.

Pəncərə taybatay açıq olsa da, otaqda gözyaşardıcı qaz qoxusu vardı. Ona görə də, Edqar

onların qarşısına maskada çıxıbmış. Qaz, demək olar ki, artıq çəkildiyindən o, maskasını

çıxartdı. Antuan kabinetdən qəribə iy gəldiyini hiss etdi, Korali isə sifətini turşudub,

burnunu tutdu.

– Tərbiyəsiz onyaşlı yaramaz reseptlərimi aparmaq istəyirdi.

– Sən də gözyaşardıcı qaz balonunu işə saldın? – Antuan heyrətləndi.

– Onda nunçaka13 vardı! – Edqar əllərini yuxarı qaldıraraq qışqırdı. – Təsəvvür edirsən,

Antuan, nunçaka.

– Sən belə uşaqlarla tez-tez rastlaşırsan?

Şükür tanrıya ki, yox. Salam, Korali, – Edqar masanın arxasına keçərək dedi. – Xəstə kimdir:

sən, yoxsa Antuan?

– O, – Korali nifrətlə dedi. – Bu yaşda onu həkimə hələ də mən gətirirəm!

– Axı sənin haqqını ödəyirəm, – Antuan etiraz etdi. – Pis də ödəmirəm.

– Hə, iki şokoladlı bulka və “Premyera” jurnalı... Gərək qiyməti qaldıram. İnflyasiya insani

münasibətlərə toxunmamalıdır.

– İlahi, yəni anan sənə qəzetlərdəki maliyyəyə aid səhifələri oxumağa icazə

verir, Korali? Adamın inanmağı gəlmir!

– Öyrəşməlisən, Antuan, bu, yeni nəsildir! Səni narahat edən nədir?

Antuan çantasındakı bütün kitabları, qəzetləri və hansısa kağızları alt-üst edib, oradan

ortadan bölünmüş insan beyninin kserosurəti olan bir kağız çıxartdı və stolun üstünə

qoydu. Sonra Edqardan “Mont Blank” qələmini alıb göstərməyə başladı:

– Beynin ali fəaliyyəti onun qabığı tərəfindən həyata keçirilir, elədir?

– Hə... Yenə nə uydurmusan? Nə demək istəyirsən? Neyrocərrah olmaq istəyirsən?

– Alın hissəsi bax buradadır, – Antuan onu maraqlandıran sahəni çevrəyə

aldı, – o, xarici dünya haqqında məlumat toplayır...

– Yaxşı, Antuan. Mən həkiməm və burada mənim üçün yeni heç nə yoxdur. Bütün bunlar

çoxdan məlumdur.

– Yaxşı, – Antuan sxemdən ayrılmadan dedi, – mən düşündüm ki, sən mənim beynimin

qabığının bir hissəsini götürə bilərsən, məsələn, alnımın bir hissəsini, çünki...

Edqar key-key Antuana baxdı, o isə heç bir şey olmamış kimi beyninin sxemindəki kəsilib

atılacaq yeri xətlədi. Edqar üz-gözünü turşutdu. Korali kabinetin bir küncündə oturub, kino

jurnalı oxuyurdu.

– Sən  nə danışırsan,  lənət  şeytana? – Edqar  qəfil  stuldan  qalxaraq

soruşdu. – Səni başa düşmədim. Başın xarab olub, yoxsa ağlını itirmisən?

– Ağlımı itirməyimə çox şad olardım, – Antuan xeyli ciddi tərzdə dedi, –

mənim məqsədim də elə budur. Ona görə də səndən xahiş edirəm ki...

– İstəyirsən sənin alnını əməliyyat edim? – Edqar dəhşət içində onun sözünü kəsdi.

– Yəqin ki, alnımın bir hissəsini kəssən, kifayət edər, hər halda kibrit çəkməyi və

soyuducunu açmağı unutmamalıyam... Gəl təkrarçılıq etməyək, sən həkimsən və özün hər

şeyi məndən yaxşı bilirsən...

– Ən yaxşısı, səni dəlixanaya göndərməkdir. Nə olub sənə?




– Yox-yox, hər şey sənin düşündüyün kimi deyil... Mən tamamilə normal vəziyyətdəyəm və

bunu ağlı başında xahiş edirəm. İstəsən, sənə qəbz də verə bilərəm. Mən sənin yanına

düşünüb-daşınmadan gəlməmişəm. Bu tamamilə dərk olunmuş bir qərardır. Sənə dərhal

deyirəm ki, başqa variantları sınamışam. Əvvəlcə içib keflənmək, sonra intihar etmək

istədim, ancaq heç bir şey alınmadı.

– Sən özünü öldürmək istəmisən?

– Dəhşət, tam iflas. Bu barədə danışmayaq.

Edqar  masanın ətrafına  dolanıb,  Antuanın yanında oturdu. Əlini onun çiyninə qoyub, ən

köhnə, ən sevimli pasiyentinə, belə demək mümkünsə, dostunun halına acıdı.

– Sən  depressiyaya  düşmüsən?  Nəsə qaydasında  deyil? – o,  təşvişlə

soruşdu.

– Hə, heç bir şey qaydasında deyil, Edqar! Ancaq narahat olma, mən mübarizə aparıram

və çıxış  yolu  tapmağa  çalışıram.  Mənə elə gəlir  ki, ən yaxşısı idiot olmaqdır.

– Nə?


– Səndən bir xahişim var. Mənə təsvir elə görüm, əgər başqasına mənim

haqqımda danışası olsan, nə deyərsən?

– Bilmirəm... Deyərəm ki, sən əla oğlansan, ağıllı, biliklisən, sözün əsl mənasında  hər  şeylə

maraqlanırsan,  suyuşirinsən,  hazırcavabsan,  bir  qədər dalğın və qərarsızsan,

narahatsan...

Pediatr  dostunun  keyfiyyətlərini  sadaladıqca  Antuan  qaşqabağını sallayırdı, elə bil

söhbət olduqca ağır xəstəliklərdən gedirdi...

– Bütün bunları eşitmək olduqca xoşdur, hər halda xoş olmalıdır, ancaq mənim  həyatım

əsl  cəhənnəmdir.  Mən  bir  sürü  tamamilə beyinsiz,  ağlı

mövhumatla dolu, sözbatmaz gicbəsər tanıyıram ki, çox xoşbəxtdirlər! Məndə isə tezliklə

mədə xorası əmələ gələcək, saçlarım da ağarmağa başlayıb... Mən daha belə yaşamaq

istəmirəm və yaşaya bilmirəm. Mən uzun müddət öz durumumu diqqətlə öyrənmişəm və

bu nəticəyə gəlmişəm ki, həyata uyğunlaşa bilməməyim inadkar və ziyanlı ağlımdan irəli

gəlir. O mənə rahatlıq vermir, onun öhdəsindən gələ bilmirəm, onun ucbatından mən

kabuslarla dolu ev kimi qaranlıq, təhlükəli, qorxunc, cin yoluxmuş kimiyəm. Sanki canıma

iblis girib və bu iblis mən özüməm.

– Əgər səndə tipik ağıldan bəla hadisəsi olsa belə, xahişini yerinə yetirə bilmərəm. Bunu

həkim kimi edə bilmərəm, çünki tibbi etikanın bütün qanunlarına ziddir. Bir dost kimi isə,

istəmirəm.

– Mənim artıq düşünməyə gücüm qalmayıb, Ed, sən mənə kömək etməlisən.  Mənim

beynim  hər  gün,  hər  gecə marafon  qaçır,  tələyə düşmüş siçan kimi durmadan vurnuxur.

– Sənin halına ürəkdən yanıram, ancaq bunu edə bilmərəm. Və ümumiyyətlə, səni başa

düşmürəm, sən əla və orijinal bir oğlansan, özün də bilirsən ki, bəxtin gətirib. Sən öz-

özünlə yaşamağı öyrənməlisən. Özünə gələnə qədər bir müddət indiki vəziyyətinin

öhdəsindən gələ bilməyəcəksən, biz sənin rahat yaşamanın çarəsini taparıq.

– Rahat yaşamaq üçün mən idiot olmalıyam.

– Bu, axmaqlıqdır.

– Deməli, mən düzgün yoldayam. Yəni mənim neyronlarımın bir hissəsini kəsib götürmək

olmaz? Axı orqan bankı, qan bankı, sperma bankı var, ona görə, neyron bankı da olmalıdır,

elə deyil? Kimdə çoxdursa, çatışmayanlara verə bilər. Bu həm də humanitar bir aksiya olar.




– Təəssüf ki, belə bir şey yoxdur.

– Bəs mən neyləyim, Ed? Mənim axırım necə olacaq? Niyə mən hamı kimi deyiləm? Mən

adi həyat yaşamaq, bayağı meşşan xoşbəxtliyi, obıvatel olmaq istəyirəm. Qarışqa

yuvasında qarışqa olmaq istəyirəm.

Antuan  danışa-danışa  sxem  çəkilmiş  vərəqdə nəsə cızırdı;  o,  beyninin

ətrafında guya özünə oxşayan çoxlu qarışqa şəkli çəkmişdi.

– On yaşım tamam olanda mənə bağışladığın kitab yadındadır?

– “Cənab Tararax”?

– Hə,  “Cənab  Tararax”.  Onun  heç  vaxt  bəxti  gətirmir.  Nə vaxt  evdən çıxırsa, mütləq

yağış yağır, başını nəyə gəldi vurur, piroqu sobada unudur, əş- yalarını itirir, daim avtobusa

gecikir... Niyə? Ona görə ki, cənab Tararaxdır! Edqar, mənə elə gəlir ki, tədricən Tararaxa

çevrilirəm... Cənab Tararax elə mən özüməm!

Antuanın yanaqlarından göz yaşları diyirləndi. Edqar onu qucaqlayıb, öskürməyini kəsməsi

üçün kürəyinə şappıldatdı, sonra balaca şkafdan miksturanı çıxarıb Antuana iki qaşıq içirtdi

və üstündən “Tviks” verdi. Antuan xırtıldayan şokolad çubuqlarını acgözlüklə yeyib,

hıçqırmağını kəsdi və yavaş- yavaş özünə gəldi.

– Sən asixoanalitikin yanına getmisən?

– Getmişəm, – Antuan əllərini aciz tərzdə yellətdi.

– Nə dedi?

– O, hesab edir ki, hər şey normaldır və məndə heç bir patologiya yoxdur... Bilirsən o, nə

dedi? “Həyatdan zövq alın, cavan oğlan, yaxşıca gərnəşin. Əllaməlik etməyin”. Maraqlıdır,

görəsən, o, hansı psixoanaliz məktəbində oxu- yub? Böyük həyat müəllimi Tom Conun

adına olan məktəbdə?

– Yaxşı. Bir halda ki, belədir, gəl bodrozak qəbul edək. Ümumiyyətlə, belə dərmanların

əleyhinə olsam da, sənin durumun, intiharçı fikirlərin məni buna vadar edir. Ancaq bu heç

nəyi həll etmir və müalicə deyil.

– Ed, mənim istəyim, sadəcə, az düşünməkdir.

– Bodrozak sakitləşdirici və antidepressiv təsir göstərir. İndi sənə lazım olan da elə budur.

Bu dərman o qədər də ziyansız deyil, ona görə də, hər ay mənim yanıma gəlməlisən ki,

sənə baxım və müalicəni uzadıb-uzatmamağa qərar verim.

– Tam təhlükəsiz deyil nə deməkdir?

– Bütün dərmanlar kimi, bəzi əlavə təsirləri olur: ağızda quruluq, baş gicəllənməsi,

süstlük... Əsasən də, çox xoş bir asılılıq yaradır. Sən mütləq təlimatı oxumalı və dozaya

əməl etməlisən.

– O mənə az düşünməyə kömək edəcək? – Antuan ümidlə soruşdu.

– Sənə təminat verirəm ki, təxminən zombi kimi olacaqsan. Həyat sənə xeyli asan

görünəcək. Əslində o elə olduğu kimi də qalacaq, ancaq sən bunu hiss etməyəcəksən.

Ancaq unutma ki, bu müvəqqətidir.

– Əla, – Antuan sevindi. – Əslində sən tamamilə haqlısan, qəti tədbirlərin olmaması daha

yaxşıdır. Mən qəzəblənmişəm. Bilirsən, mənə elə gəlir ki, bu mənim üçün xilas kəməri

olacaq, mənə özümü saxlamağa kömək edəcək, sonra özüm vəziyyətdən çıxaram.

Onlar ümumi dostları, qohumların əhvalı, kino barədə bir az da söhbətləşdilər. Antuanın

qara tibbə aid suallar verməkdən xoşu gəlirdi: niyə qazlı su adamı gəyirdir, niyə dırnaqlar

uzanır, niyə insan asqırır, niyə hıçqırır, niyə lövhədə tabaşirlə yazanda, ya da bıçaq nimçəyə




dəyəndə adamın əti çimçişir. Bütün təyinatlar alındıqdan və resept blankı doldurulduqdan

sonra onlar səmimiyyətlə bir-birinin əlini sıxdılar. Antuan həmişəki kimi, məsləhətə görə

pul vermək istədi, Edqar həmişəki kimi, pul götürməkdən imtina etdi. Sonra Antuan və

Korali kabineti tərk etdilər.

13 Nunçaka – bəzi Şərq təkbətək döyüşlərində istifadə olunan soyuq silah,

ucları bir-birinə zəncirlə birləşdirilən iki qısa ağacdan ibarətdir

* * *

Antuan köhnə bir binanın doqquzuncu mərtəbəsində yaşayırdı. Kollecdə və liseydə o,



müntəzəm olaraq qanuna salınmış təhqirə məruz qalmışdı: idman rekordlarına onun özü

kimi yararsız olan iki-üç bədbəxt yoldaşıyla ya futbol, yaxud voleybol komandasına heç

götürmür, ya da orada o, pislərin ən pisi olurdu. O, bədən tərbiyəsi dərsində birsepslərilə

bir-biri qarşısında lovğalanan sinif yoldaşlarının söyüş və lağlağılarına dözməli olurdu. Buna

baxmayaraq Antuan özünü heç cür idmanı sevməyə məcbur edə bilmədi. Ancaq bu kədərli

təcrübənin onu hərəkətsiz həyat tərzinə məhkum etməsi onun xoşuna gəlmirdi, ona görə

də, zərurətə boyun əymək zorunda qalaraq öz hipotetik əzələlərini azaltmağa məcbur

etmək üçün daha yüksəkdə qərar tutmağı qət etdi. Təcrübə bunun   olduqca   üzücü   bir

iş   olduğunu  göstərdi.  Səkkizinci  mərtəbədəki qonşusu Vlad adlı mehriban oğlan ketç14

üzrə çempion idi. Formada qalmaq üçün ona güc gimnastikası ilə məşğul olmaq lazım

olduğundan Antuana onu çiynində yuxarı  qaldırmağı  təklif  etmişdi.  Antuan  çalışırdı  ki,

girişdə daim Vladla birlikdə olsun və səkkizinci mərtəbəyə qədər onun çiyinlərində qalxsın.

Vladın dediyinə görə, Antuanın çəkisi tüklü məhrəbadan ağır deyildi. Ona görə də,

Antuanın vicdanı tamamilə sakit idi, təki Vlad duş qəbul edəndən sonra səhvən ondan

istifadə etməyəydi... Vladın boyu bir səksən, çəkisi isə, yəqin ki, yüz iyirmi kilo olardı; bir

dəfə o, Antuanın çiynində olduğunu unudub evə gəlmiş və özünə şam yeməyi hazırlamağa

başlamışdı.

Antuanın mənzili o qədər də dəbdəbəli deyil, daha doğrusu, kasıbyana idi: batareyalar,

santexnika, elektrik cihazları – hər şey güc-bəlayla işləyirdi. Lakin onların pulunu ödəməyə

belə Antuanın gücü çatmırdı. Əvvəllər Antuan kommunal xərcləri tələbələrə verilən mənzil

müavinəti və “İtirilmiş vaxt axtarışında” əsərinin aramey dilinə tərcüməsindən aldığı vəsait

hesabına ödəyirdi. Ancaq naşirin qəflətən tamamilə müflis olması səbəbindən layihə

bağlanandan sonra Antuanın maliyyə durumu sıfra endi. Pul kisəsinin can verdiyini görüb,

düşündü ki, bələdiyyə maliyyə hospitalı yaratmaq yaxşı olar, orada zəifləmiş bank

hesablarına müəyyən axınlar ola bilər. O bu fikirlərini öz bankirinə söylədi, ancaq ikinci

banka daha çox xüsusi klinika kimi baxırdı.

Bəşəriyyətin siniflərə bölünməsinin meyarlarını axtaran Antuan zənginlik səviyyəsini təyin

edən vahid şkala müəyyənləşdirmiş və göstərici olaraq corabları seçmişdi. Birinci

kateqoriya, ümumiyyətlə, corabları olmayan ən yox- sullar, ikincilər, corabları cırıq olan

orta yoxsullar, üçüncülər isə cırıq corab geyməyənlər idi. Antuan özü ikinci kateqoriyaya

aid idi. O, dolanışığını əsas etibarilə müvəqqəti gəlirlərdən və “Paris-V” universitetindəki

saathesabı dərslərdən qazandığı ayda təxminən min frankdan iki min franka qədər olan

vəsaitlə təmin edirdi. Üstəgəl, adının səhv düşməsi nəticəsində qanunsuz ola- raq yaşamaq

üçün vəsaiti olmayan şəxslər üçün maddi yardım da alırdı: universitetdə onun adı Antuan




Arakan kimi gedirdi, sosial sığorta sənədlərində isə gündəlik həyatda heç kəsin onu

çağırmadığı birmalı adı Solu qeyd olunmuşdu. Hərdən qara işlərdən də qazanırdı. Məsələn,

bu yaxınlarda bir

sənədli  filmdə zürafələr  ailəsinin əsl  səs  yazıları  itdiyindən  onları səsləndirmişdi. Bəzən

Bretanda yaşayan valideynlərindən pul və ərzaq sovqatları da alırdı. Asiya və fransız

mətbəxinin qarışığından olan yeməklər qəribə və gözəl olurdu.  Hər  ay  ona  içində balıqlı

və balıqqulağılı  Vyetnam bulkaları,  soleroslu  qızardılmış  Çin  blinləri,  pipik  pelmenləri,

“nouk  mam” tünd balıq sousu ilə hazırlanmış qarabaşaq blinləri, qovrulmuş düyü

pirojkiləri olan ağır bir soyuducu-qutu çatdırırdılar... Dostu Qanca da ona bir qədər kömək

edirdi və Antuan pul götürməyə razı olsaydı, daha çox edərdi.

Antuanın   gəliri   minimum əməkhaqqına   belə çatmırdı.   Ancaq   öz mənzilində sakitcə

yaşamaqda davam edirdi. Maraqlıdır, elə deyil? Axı o bu mənzilin xərclərini ödəmək

durumunda deyildi. Bəs bu, necə olurdu? Bax belə: ev sahibi müsyö Brallerin Altsageymer

xəstəliyi vardı.

Antuan onun xəstəliyinin Altsageymer olub-olmadığını dəqiq bilmirdi. Ancaq  hər  necə

olsa  da,  müsyö  Braller  heç  nəyi  yadında  saxlaya  bilmirdi. Sentyabrın əvvəlində Antuan

onu dəqiq diaqnoz üçün növbəti müayinəyə apar- malı idi. Qocanın qohum-əqrəbası

olmadığından qayğısına Antuan qalırdı.

Ev sahibinin yaddaşının zəifləməsini o təsadüfən aşkar etmişdi. Mənzilin haqqını ödəməyə

pulu olmadığı üçün o, müsyö Brallerin yanından hiss olunmadan sivrişib keçməyə və

ümumiyyətlə, onun gözünə az-az görünməyə çalışırdı. Ancaq bir dəfə necə oldusa ev yiyəsi

onu tutdu. Antuan artıq evdən qovulacağını gözləyirdi. Ancaq müsyö Braller onun əlindən

yapışıb gözlərində mənasız ifadə inamsızcasına soruşdu:

– Siz burada yaşayırsınız?

– Bəli, müsyö. Doqquzuncu mərtəbədə. Mən sizdən üzr istəmək istəyirəm. Bu ay mənim

üçün çox çətin oldu... mən unutdum...

– Siz nəsə unutmusunuz? – qoca maraq və mərhəmətlə soruşdu.

Adətən, müsyö Braller mənzil pulunun hər ayın ilk günü ödənilməsini tələb edirdi: gərək

səhər saat yeddidə zərfi onun qapısının altından içəri soxaydın. Antuanın bir neçə saat

gecikməsi kifayət idi ki, qoca qəzəblə qapını döyüb, məhkəmə icraçısını çağıracağı ilə

hədələsin.

– E-e... yoox, – Antuan tər içində cavab verdi. – Mən sizinlə salamlaşmağı

unutdum. Salam...

– Salam, – qoca donquldandı. – Siz burada yaşayırsınız?

– Bəli, müsyö, doqquzuncu mərtəbədə.

Xəstəliyə təbii yolla, ya da özbaşına inkişaf etmək imkanı verərək öz mənzilində şad-

xürrəm yaşayıb, bu vaxtadək əzablı, davakar və daşürəkli olan qocanın müalicəsilə məşğul

olmaq sırf vicdan məsələsiydi. Ancaq fitri mər- həmət  qalib  gəldi.  Antuan  düşündü  ki,

bu  dünyada  yaşaya  bilmək  üçün içindəki eqoizmi inkişaf etdirməlidir.

O, ev sahibini həkimə apardı. Həkim dərhal diaqnoz qoymadı: müsyö Brallerin xəstəliyinin

adını tapmaq üçün ona bir sürü müayinə və vaxt lazım oldu.

– Onun sağalmaq şansı var?

– Bir söz demək çətindir, – Həkim cavab verdi. – Yaddaşı reaksiya vermir. Gərək ondan göz-

qulaq olasınız. O dərk edə bilir, hətta bir dəqiqə əvvəl baş verəni xatırlaya bilmir.




Antuan ona öz doğma əmisi kimi dayəlik etdi. Pilləkənlərdə azanda lazımi mərtəbəyə

apardı; zavallının şəhərdə azmaması üçün ünvanı kağıza yazıb onun pul qabına qoydu.

Onun üçün bazarlıq etdi, digər sakinlərdən pulları toplayıb qocanın bankdakı hesabına

köçürtdü. Bəzən müsyö Brallerin yaddaşı aydınlanır və bəzi şeyləri, xüsusilə də Antuanın

kirayə haqqını verməməsini xatırlayırdı, ancaq bu çox davam etmirdi. Antuan “Monde”dən

qocalardakı beyin  xəstəliklərinin  (demensiya,  Parkinson,  Altsgeymer)  müalicəsilə bağlı

yeni nailiyyətlər barədə məqalə oxumuşdu. O, müsyö Brallerə görə sevinmiş, ancaq eyni

zamanda qorxudan titrəmişdi, çünki elmi tərəqqi onu da öz ardınca apararaq, küçəyə

atacaqdı. Alimlər heç vaxt öz kəşflərinin nəticələri barədə düşünmürlər. Əgər ev sahibini

müalicə etmək mümkün olsa, Antuan onun minnətdarlığına ümid edə bilməz: qoca xəsis

haqq-hesab kitablarındakı kəsirləri görsə də, Antuanın təmənnasız köməyini

xatırlamayacaq.

Edqarın yanına getdiyi günün sabahısı Antuan ağıl həblərini içməyə başladı. Dərmanın

istifadə təlimatında hər gün bir həb qəbul olunması yazılmışdı. Antuan dozanı iki dəfə

artırmağı qərara aldı. O, tədrici yüngülləşmə deyil, sürətli və tez hiss olunan təsir istəyirdi.

Bodrozak öz təsirini bir neçə gündən sonra göstərməliydi, bundan sonra Antuan yeni

həyata hazırlaşmalı və onu təxəyyülünün yetdiyi qədər axmaq şəkildə təşkil etməliydi.

Başlanğıc üçün o, Rene Dekart adına “Paris-V” universitetinə istefa haqqında ərizə yazıb

göndərdi. Artıq iki il idi ki, orada Senekanın satirik pamfleti əsasında “Gözəl Klavdiyanın

Apokolokintozu” (yəni gözəl Klavdiyanın balqabağa dönməsi) adlı xüsusi kurs aparırdı.

Bundan başqa, lazım olanda ən müxtəlif fənlərdən – ümumi biologiyadan, pulcuqlu

qanadları olan kəpənəklərdən, ordu ritorikasından, kino tarixindən dərs deyən xəstə

müəllimləri əvəz edirdi. Onun biliyi hazırlaşmadan bir çox mövzularda mühazirə oxumağa

kifayət edirdi, ancaq bu biliklər həddindən artıq dağınıq halda olduğundan hər hansı

universitet fənni üzrə magistr dərəcəsi almağa və vəzifəyə ümid etməyə imkan vermirdi.

Sonra Antuan düşünmə prosesinə səbəb ola biləcək hər şeydən canını qurtardı. Bütün

diskləri və kitabları – romanları, monoqrafiyaları, lüğət və ensiklopediyaları, dərslikləri,

elmi, tarixi, ədəbi jurnalları qutulara doldurdu... Yeganə otağının divarındakı kino-afişaları,

sevimli qəhrəmanlarının, Rem- brandtın, Şilenin, Edvard Hopperin və Miyadzakinin

portretlərini götürdü. As, Şarlotta, Vlad və Qanca qutuları, Antuanın dediyi kimi, bu cür

inciləri müvəq- qəti də olsa əldə etdiyinə görə əllərini bir-birinə sürtən Rodolfun evinə

aparmaqda ona kömək etdilər.

Üçüncü mərhələyə keçmək lazım idi. Boş mənzilə baxan Antuan belə kiçik bir sahədə bu

qədər əşyanın necə yerləşdiyinə təəccüb etdi. İndi onu Antuanın beynini qıcıqlandıran

təhlükəsiz şeylərlə doldurmaq lazım idi. Onun fikrincə, düşüncə virusuna   qarşı

immunitetləri   daha   möhkəm   olan   qonşulara ekskursiya edərək yeni həyatı üçün

əlverişli ola biləcək şəraitin nələrdən ibarət ola biləcəyini aydınlaşdırdı. Alen soyadlı

professor ər-arvadlar və jurnalist İzabel ona ağıldan fədakarcasına imtina etməyə tam həsr

olunmuş ibrətamiz həyat nümunəsi göstərdilər. Onları çoxdan müşahidə edir və qəlbinin

dərinliklərində onların  doğulandan  bəri  hərtərəfli,  adamın  kefini  heç nəylə

pozmayan, xoşbəxt, öz kamilliyinə görə məsum və ideal ağıldankəmliyin, səfeh- liyin, özləri

və ətrafdakılar üçün bütün mənalarda xoş, zərrəcə pisniyyət və heç kəs üçün təhlükəli

olmayan qiymətsiz hədiyyəsindən bəhrələnərək müasir həyata bu dərəcədə harmonik

uyğunlaşa bilmələrinə heyran olurdu. Alen və İzabel ona mənzilini təchiz etməklə bağlı




inanılmaz ciddilik və olduqca cazibədar səfehliklə bir sürü məsləhət verdilər. O,

zibilxanadan köhnə bir televizor tapıb, etiqad simvolu kimi evin ortasına qoydu. “Kral

Aslan” cizgi filmindən seçdiyi posterləri, idman avtomobillərinin və ətli-canlı qadınların

şəkillərini, dahilərin rollarında dalğın görkəm almış aktrisa və aktyorların portretlərini, Alen

Mink və Alen Fen-kelkro15kimi ölməz dahilərin fotolarını yapışqanlı  lentlə divarlara

yapışdırdı. Əvvəlcə bu,  Antuanı  hirsləndirirdi, özünü bu sterilləşdirilmiş interyerdə

narahat hiss edirdi. Ancaq özünə təsəlli verirdi ki, bodrozak təsir göstərməyə başlayanda

hər şey ona gözəl görünəcək. Alen və İzabel ona əsəblərini sakitləşdirmək üçün sanki

fortepianodan çıxan yarımboğuq elektron ritmlərdən ibarət bir neçə müasir musiqi diski və

iki-üç folklor albomu vermişdilər.

Antuan nəhayət, hiss etdi ki, mənzili onun zəifləyən ağlı üçün tamamilə təhlükəsizdir. Buna

baxmayaraq, o, çox gözəl anlayırdı ki, xarici aləm bütün hallarda yavaş-yavaş elə bir şeyə

doğru irəliləyir ki, cəmiyyətin altına qoyulan bütün  mədəni  və intellektual  minaları  yüz

faiz  zərərsizləşdirmək  mümkün deyil.

Antuan Şarlottanı, Qancanı, Ası və Rodolfu öz dəyişdirilmiş mənzilində nahara dəvət etdi.

Süfrəyə şimal şirniyyatları, çay, yağ, pinqvin marmeladı, suiti yağında qızardılmış ponçiklər,

şəkərlənmiş otlar düzmüşdü... Antuan fikirlərindəki hədsiz ziddiyyətləri zəiflətmək üçün

müvəqqəti də olsa idiot ol- maq niyyətini təsdiqlədi. Dostları bununla barışdılar və ürək

ağrısıyla başlarını tərpətdilər. Antuan xahiş etdi, ağıllı söhbətlər edib onu yoldan

çıxarmasınlar, sadəcə,  oradan-buradan,  havadan-sudan,  onu  indiyədək

maraqlandırmayan boş şeylərdən danışsınlar.

– Deməli belə, – Qanca dedi, – artıq bizim şahmat turnirləri geridə qaldı?

– Hələlik hə. Yaxşısı budur, gəlin başqa oyun oynayaq, o da maraqlıdır, mənə qonşular

öyrədiblər. “Monopoliya” adlanır. Oyunçuların vəzifəsi pul qazanmaq, rəqiblərin oksigenini

bağlamaq, bir sözlə, kütbeyin firmaçılar kimi hərəkət etməkdir. Əla oyundur, elə deyil!

Mənim üçün onun dəyəri odur ki, liberal əxlaqı oyun formasında aşılayır və mən, yəqin ki,

hətta bu əxlaqı qəbul da edə bilərəm. Mən bu gün ittiham etdiyim adamların tərəfində

olacaq və ev kirayələrinin   yüksəlməsinin   sosial   nəticələri,   ailələrin   küçələrə

tökülməsi barədə düşünmədən, sadəcə, oynayacağam. Mən oğru və rüşvətxor, eqoist ola-

cağam, yalnız pul haqqında düşünəcək və heç bir ekzistensialist məsələylə özümü

üzməyəcəyəm, çox qazanmaqdan başqa dərdim olmayacaq.

– Demək, sən doğrudan axmağın biri olmaq istəyirsən, – Şarlotta dedi.

– İdiot olmaq xilas yoludur. Mənə radikal müalicə zalımdır: bu mənim ağlım üçün kimyəvi

terapiya kimi bir şeydir. Mən buna şüurlu olaraq gedirəm. Əgər altı aydan sonra həşərata

çevrildiyimi görsəniz, onda məni dayandırarsınız.   Mən   qətiyyən əbədilik   alçaq   bir

gicbəsərə çevrilmək istəmirəm,  mənim  vəzifəm,  sadəcə,  çox  qızmış  beynimi  soyutmaq

üçün  bu

molekullardan bir miqdar orqanizmimə buraxmaqdır. Ancaq yarım ildən tez mənə

toxunmayın.

As gözəl bir sonetlə Antuana özünü itirəcəyi və canına yeritdiyi viruslara həqiqətən yoluxa

biləcəyini xatırlatdı.

– Hə, risk var. Çünki ağıl yükü altında yaşamaqdansa, dəli olmaq daha xoşdur. İdiotlar

şəksiz xoşbəxtdirlər. Mən axmaqların dünyagörüşünü tama- milə mənimsəmək niyyətində

deyiləm, ondan, sadəcə, mikroelementlər şəklin- də mövcud olan müəyyən faydalı




komponentləri – şən və arsız olmağı, heç nəyi ürəyinə salmamağı, mülayimliyi, xeyirxahlığı

götürmək istəyirəm.

– Aydındır, – Rodolf onun sözünü kəsdi. – Mən buna köpək balığı nəzəriyyəsi deyirəm.

Köpək balığı kurare, yaxud zəhərli göbələk kimi öldürücüdür, ancaq onun toxumalarında

xərçəng xəstəliyinə kömək edən, insanların həyatını xilas edən maddələr var. Qısası,

axmaq olmaqla sən həyatında heç olmasa ağıllı bir iş görmüş olacaqsan. Siz məni əclaf

hesab edirsiniz?

– Axı bu peyvənd etmə üsuludur, – Şarlotta qışqırdı. – Bəlkə immunitet ala biləcəksən?

– Əgər ölməsəm, – Antuan əlini başının arxasına çəkərək və narahat halda gülümsəyərək

ah çəkdi.

– Ya da tam idiot olaraq qalmayacaqsan, – Şarlotta dedi, – bu isə daha pisdir.

Son dərəcə sadəlövh olan Antuan üçün idiotluq ucsuz-bucaqsız kosmos kimiydi, orada öz

orbitində havanın müqavimətini belə qırmadan ulduzların, planetlərin arasıyla

düşünmədən uçacaqdı.

14 ketç – ikidorlu kiçik qayıq

15  Fransız  iqtisadçısı  və publisisti;  Alen  Fenkelkrot  (1949) – fransız

filosofu

* * *


Antuanın heç də asan olmayan bir məsələni həll etməli, yeni həyatda özünü necə aparmağı

öyrənməliydi. Boş süxurlar arasında səfehlik almazlarının gizləndiyi çatlaqları necə axtarıb

tapmaq olar? Hamının ağıldankəm olduğu bir yerdə bir neçə axmağı barmaqla göstərmək

çətin deyil, ancaq bu yarlıq yapışdırmaq kimi fərqli bir şey olacaq və mahiyyətcə heç bir şey

verməyəcək. Futbolda, teleoyunlarda və ümumiyyətlə, kütləvi media sistemindəki

səfehliklərin əzəli, üzvi olduğunu demək çox asan olardı. Lakin Antuan başa düşürdü ki,

axmaqlığın kökləri şeylərin özündə deyil, onlara münasibətdədir. Digər tərəfdən, bunu

başa düşməməyin səfehlik olduğunu bilsə də, başlanğıc üçün məhz bu yolla gedəcəyini

bilirdi.

Bodrozak təsir göstərməyə başlamışdı. Antuan sakitləşmiş, şübhə və həyəcanlar onu tərk

etmişdi. Beynində gedən kimyəvi proseslər reallığın qurğuşununu işıqsaçan qızılı və

rəngbərəng toza çevirirdi.

Əvvəllər ona bütün dünyəvi problemlər, bütün mövcud əxlaqi prinsiplər birdən mane olur,

əl-ayağına dolaşırdılar. Məsələn, paltar alarkən onun mənşəyinə çox diqqətlə fikir verirdi

ki, Allah eləməmiş, “Nike” şirkətinin fabriklərində və digər beynəlxalq nəhənglərdə Asiya

uşaqlarının istismar olunmasında iştirak etməsin. Reklam seçim azadlığına qəsd,

istehlakçıların hüquqlarının qəsbi, onun təxəyyülünə və təhtəlşüuruna müdaxilə olduğu

üçün Antuan bu psixoloji müharibədə iştirak edən bütün dünya ticarət markalarının adını

yazdığı dəftər tutmuşdu və onları heç vaxt almırdı. Bundan başqa, o, əxlaqi baxımdan

şübhəli bizneslə məşğul olan ətraf mühiti çirkləndirən, qeyri- demokratik  ölkələrin

iqtisadiyyatına  investisiya  qoyan,  ya  da  gəliri  artdığı halda  kütləvi  ixtisarlar  edən

müəssisələrin  də siyahısını  tutmuşdu.  Hətta maddi durumu bahalı və bioloji cəhətdən

təmiz ərzaqları almağa imkan verəndə, tərkibində kimyəvi maddələr, konservantlar, boyaq



maddələri, antioksidantlar olan məhsullar almırdı. Ona görə yox ki, o, əqidəli ekoloq,

pasifist, internasionalist idi, sadəcə olaraq, vicdanı tələb edəni edirdi; onun əxlaqına siyasi

baxışları deyil, mənəvi ideyalar təsir edirdi. Ümumiyyətlə, Antuan daha çox istehlak

cəmiyyətinin müqəddəs dövrünə oxşayırdı. O öz güzəştsizliyinin  xristian əzabkeşliyinə

çox  yaxın  olduğunu  görür  və ateist olduğu üçün bundan narahat olurdu. Ancaq allahsız

İsa Məsih kimi özünü başqa cür apara bilmirdi. Situasiyanı təhlil edən Antuan düşündü ki,

bəlkə bu cür əzablı – “əzabkeş” sözündən qaçmaq üçün – təəssübkeşlik onun üçüncü

dünyanı  istismar  edən  qərb  kişisi  kimi  günahkarlıq  kompleksindən  doğan şəxsi

peşmançılıq üsuludur. Özünə sərt qadağalar qoyan ruhanilər kimi müəyyən etdiyi dəmir

qaydalara sözsüz əməl edirdi: məsələn, insanı dəb ar- xasınca qaçaraq müntəzəm olaraq öz

aparaturasını yeniləməyə məcbur edən yeni texnologiyanın qarmağına keçmək istəmədiyi

üçün lazer disklərindən - imtina  etmiş  və tamamilə ağıllı  iş  görərək,  33  dövrəli əla

valla,  qədimi patefonla kifayətlənirdi.

Bədbəxtlikdən humanist alıcı mövqeyi ucuz başa gəlmirdi. Antuan hər şeyə görə daha çox

pul ödəyirdi. Onun yüksək əxlaqi-mənəvi əqidəsinin və ciddi is- tehlakçı məsuliyyətinin

nəticəsi qarderobunda və daim doyunca yeməməsində görünürdü. Ancaq o, şikayətçi

deyildi.

Bodrozak  öz  kimyəvi  şüaları  ilə ətrafdakı  hər  şeyi  işıqlandırmışdı  və Antuan yeni dünya

kəşf etmişdi. Əvvəllər mənzərələr, küçələr, ətrafdakı hər şey dünyadakı müharibələrin,

işsizliyin, xəstəliklərin və dünyada çoxluq təşkil edən bədbəxt adamların təsiri ilə qaranlığa

qərq olmuşdu. O, günəşdən zövq ala bilmirdi,  çünki  bu  parlaq  səcdəgah  Afrika

sakinlərinə quraqlıq  və aclıq gətirirdi. Yağışa sevinə bilmirdi, çünki mussonlar Asiyaya nə

qədər dağıntı və qurbanlar bahasına başa gəlirdi.

Maşınların axını onun şüurunda avtomobil qəzalarında şikəst olmuş və ölmüş yüzlərlə

obrazı canlandırırdı. Qəzaların, qətllərin və ədalətsizliklərin siyahılarının qaraltdığı qəzet

başlıqları onun üçün göy üzünün rəngi, nəfəs al- dığı havanın tərkibi idi.

Balaca qırmızı həbləri qəbul etməyə başlayandan bəri görünən dünyayla onun içində

gizlənən əzablar arasında müəmmalı və xilaskar bir divar ucalmışdı.

O, təkcə ölməkdə olan flora və faunanın taleyinə biganə qalmır, həm də özünün də

qurbanı olduğu terror aktlarına, yoxsulluğa, ictimai bərabərsizliyə tüpürürdü: artıq realist

olmuşdu. O, yoxsulluğu olduqca kədərli, zorakılığın bütün növlərini isə əsl kabus saymaqda

davam edirdi... ancaq neyləyə bilərdi? Axı təkbaşına heç bir şeyi dəyişməyə qadir deyildi.

Əzablı həyəcanları səmimi şəfqət və mərhəmət duyğuları əvəz etmişdi.

Antuan küçələrdə ləzzətlə gəzişərək, nəhayət, belə bir nəticəyə gəldi ki, sadəcə, ətrafı seyr

edərək gəzişmək, nəfəs almaqdan və ürəyinin döyüntüsün- dən həzz almaq olduqca xoş bir

duyğudur. O, Montre parkında səhərin təmiz havasını ciyərlərinə çəkib, dünyanın

gerçəkliklərinə gözlərini yumur, birə- bitdən quşlarına tamaşa edərək, ətraf mühitin

çirklənməsinin onların ömrünü gödəltməsi barədə düşünmürdü. Yay paltarları geymiş

qızlara tamaşa edərək, onların  çantasında  kitablar  olub-olmadığı  haqda  öz-özünə sual

vermirdi, qısası, dünyanı necə görürdüsə, elə də qəbul edir, həyatı cərrah bıçağı ilə

qurdalamadan onun sevinclərindən müftə istifadə edirdi.

Sərbəst və ünsiyyətcil görünmək üçün Antuan qonşuları nahara və ya hansısa yarışa

baxmağa qonaq dəvət edir, televizorda idman şortu geyinmiş biznesmenlərə baxıb vəcdə

gəlirdi. Əvvəllər hər şeydən şübhələnən insan olsa da, indi özünü qeyri-obyektiv




mülahizələr yürütməyə və başqalarının zövqünə xor   baxmağa   məcbur   edirdi.   O,   artıq

yavaş-yavaş   normaya   düşmək yolundaydı, ona görə də, özünü inteqrasiya testindən

keçirməyə qərar verib, “Makdonalds”a yollandı. Heç bir şeydən şübhələnməyən insanları

yağlar və şəkərlə yemləyən, həyatın uniformizasiyasının simvolu olan bu kapitalizm

yuvasının kandarına ayaq basmaq əvvəllər ağlına belə gəlməmişdi. Lakin artıq dəyişmişdi.

Evinin iki addımlığındakı ən yaxın “Makdonaldsı” seçdi. Həyatının əvvəlki dövründə –

əvvəlki ilə indiki arasında dörd aylıq uçurum vardı – Antuan tez- tez  düşünürdü  ki, əgər

zorakılığın əleyhinə olmasaydı,  ora  məmnuniyyətlə

bomba qoyardı. Ancaq hər dəfə özünə etiraz edirdi, çünki orada tələbələr və istismara

məruz qalan işçilər işləyirdilər, əgər onlar ziyan çəksələr və ya işlərini itirsələr ədalətli

olmaz.

“Makdonalds”  binası  hündür  və geniş  idi,  gur  işıqlandırılmışdı, divarlardakı plakatlar



həyatı asan və münasib qiymətə qəbul etməyə səsləyirdilər. Hər şeyi sarı “M” hərfi

bəzəyirdi. Giriş qapısında Antuanı əlini yuxarı  qaldırmış  və səmimi  gülümsəyən  yaraşıqlı

plastmas kloun qarşıladı. Antuan içəri girib başıyla iki mühafizəçiyə salam verdi, onlar çox

güman ki, müştəriləri iri partiya kartof qızartmasını oğurlamaq istəyən soyğunçulardan

qoruyurdular. O, zalın içərilərinə doğru hərəkət etdi.

– Salam, – piştaxtanın arxasındakı gənc qadına dedi.

– Nə alacaqsınız?

Ünsiyyətə qənaət olunması Antuanı sevindirdi: artıq mexaniki nəzakətə ehtiyac yoxdur.

Eybi yox, etirazı yoxdur. Bu müəyyən mənada daha doğru və düzgündür. Antuan menyuya

baxdı.


– “Best  Mak  De  Lüks” – o,  parlaq  lövhədən oxudu və otuz  iki  franka

adında “lüks” sözü olan yemək ala biləcəyinə sevindi.

– İçki?

– Hə, əlbəttə. Çox gözəl.

– Nə içəcəksiniz? – qadın yüngülvarı əsəbiləşərək soruşdu.

– Koka-kola, hə, koka-kolanın dadına baxsaq yaxşı olar.

Yeni reallığa adət və dəblərinə uyğun olaraq təşəkkür ifadə etməkdən çəkindi.  Qəhvəyi

rəngli  balaca  stolun  arxasına keçərək, qəhvəyi rəngli qazlı mayedən  içə-içə kartof

qızartmasına  girişdi.  İlk  tikəni  xeyli  və maraqla nəzərdən keçirəndən sonra ketçupa,

xardala və mayonezə batırıb çeynəməyə başladı. Bu yaxınlaradək Antuan kartof tikəsini

çeynəyərkən, onun Avropada peyda olmasıyla bağlı qanlı hadisəni, onun uğrunda

asteklərin16 verdiyi insan qurbanlarını xatırlamaya bilmirdi. Bu kök yumrusunun vicdanına

yazılan o fakt ona, yəqin ki, yeməkdən ləzzət almağa mane olardı. Təcrübəsiz olduğun- dan

sendviçi dişlərinin arasına qoyub sıxdı və onun arasındakı mayenin yarısı siniyə töküldü.

Antuan  etiraf  etməyə məcbur  oldu  ki,  guya  xoşuna  gəldi. Əlbəttə, bu cür qida

orqanizmə o qədər də faydalı deyil, heç qabları da sən deyən ekoloji deyil, ancaq rahatdır,

ucuzdur, doyurucudur və ən qəribəsi də odur ki, dadlıdır. Bu dad Antuana sakitləşdirici

təsir göstərdi, ona elə gəldi ki, qəflətən böyük bir ailəyə malik oldu, onunla eyni vaxtda

eyni sendviçdən yeyən milyonlarla insana qoşuldu. Kassaya pulu ödəyərkən, sinini stolun

üzərinə qoyarkən,  sendviçi  dişləyərkən,  kartof  qızartmasını  çeynəyərkən  o,  sanki

nəhəng dünya baletində bu ritual rəqsi eynilə bu cür məbədlərdə icra edən digərlərilə eyni



hərəkəti etmiş olurdu. Bu çox xoş idi, inam yaradır və onda özünü başqaları kimi,

başqalarıyla birlikdə hiss etməsinə səbəb olan hansısa daxili güc duyğusu oyadırdı.

Antuan heç vaxt öz zahiri görkəminə fikir verməmişdi. O, nimdaş, ancaq yaxşı paltarlar

geyinirdi, ancaq təzələrini almağa nə pulu, nə də vəsaiti vardı; o, Roşeuar   bulvarındakı

istifadə olunmuş   mallar   mağazasına   “Herrisold”a pərəstiş edirdi. O ki qaldı saçına, bu

məsələ Qancanın iki ayda bir dəfə işə saldığı saçqırxan maşınla həll olunurdu.

İndi Antuan bərbərxanaya gedib, başını normal şəkildə qırxdırdı. Bir dəfə geyim

mağazasında o, bir oğlanın seçimini yamsılayaraq özünü elə apardı ki, guya dəbdən əla baş

çıxarır və bu markalara aid tikiş fabriklərində uşaq əməyindən istifadə olunması barədə bir

anlıq da düşünmədi. O, “Nike” krosovkaları, “Levis” cinsi və “Adidas” idman köynəyi aldı.

Özünü sərbəst üslublu geyimlə tam təmin etdi. Sonra lap bu yaxınlaradək ağlasığmaz kri-

minal saydığı “Lafayet Qaleri”yə yollandı və tükü tərpənmədən sosial üstünlüyün xoş

qoxusu vuran burjua separatorunun qapısından içəri keçdi. Burada şirindil satıcının

məsləhətilə özünə qəşəng və bahalı, “eyni zamanda, mənə inana bilərsiniz, olduqca coo-

ol” kətan şalvar, köynək və pencək aldı.

Günü  layiqincə başa  vurmaq  üçün  video-oyunlarla əylənmək  məqsədilə xüsusi zala

getdi. Yox, qətiyyən dolaşıq müəmmaların axtarıb-tapılmasına ehtiyac olan mürəkkəb

oyunlar üzərində baş sındırmadı, sadəcə, yadplanetli bədheybətləri  məhv  etdi. Əla

boşalmadır,  bu  gündən  etibarən,  ümid  etdiyi kimi, gün sonunadək yığılan bütün

gərginlikdən qurtulmağa kömək edəcək. Gəlmələri qırıb çatmaq xoşuna gəlirdi və tezliklə

oyuna aludə oldu: mübarizə onu elə cəlb etmişdi ki, sanki bəşəriyyətin gələcəyi həqiqətən

onun reaksiyasından əlinin cəldliyindən asılı idi. Nəhayət, özünü qəhrəman kimi hiss etdi.

Şarlotta  zəng  vurdu.  O,  yenə özünə süni  mayalanma  etdirmiş  və xahiş edirdi ki, Antuan

onu attraksionlara aparsın. Onlar hər şey – bu ilin yayının gecikməsi, hökumətin öz işinin

öhdəsindən gəlməməsi, həyat və onun çox gözəl olması haqqında danışdılar, həm də sanki

heç nə danışmadılar. Bir anlıq Şarlotta ona Kristofer Marlonun əsərlərinin tam külliyyatının

tərcüməsində iştirak etməyə cəlb edildiyini xatırlatmaq istədi. “Böyük rus təpələrinin”

başına iki dəfə fırlanandan sonra xoşbəxt anlarının tam ortasında Antuanın qəflətən ürəyi

bulandı. Hələ həzm olunmamış iki qırmızı həb, ketçuplu kartof qızartmalarıyla  birlikdə

səmaya  doğru  püskürdülər.  O,  ağzını  yaxalayıb, yenidən iki həb uddu. Şarlota ilə heç nə

şərtləşmədən sağollaşdılar.

Köşklərdə qadın jurnallarının üz qabığına, ya da kişilər üçün yalan informasiyalar  verən

jurnallara,  kişi ətirlərinin  və kosmetikaların reklamlarına, supermenlərin fotoşəkillərinə

baxan Antuan başa düşdü ki, ideal kişi obrazına uyğun gəlmir. Qadınların anket suallarına

cavab verdikləri “YEPE” nömrələrindən birində əks cins nümayəndələrinin hansı cizgilərinin

onlarda seksual fantaziyalara səbəb olduğunu oxudu və təəssüflə təsdiq etdi ki, həmin

xüsusiyyətlərin heç birinə malik deyil. Hələ bu yaxınlaradək o bu fantaziyalara ancaq

gülümsəyərdi, çünki onda daha maraqlı cəhətlər vardı. Ancaq qırmızı həblərin hakimiyyəti

altında olduğundan özünü əskik sandı, çünki topladığı xallar seks-simvol olmasına imkan

vermirdi. Parlaq xəyallara uyğun gəlmək üçün Antuan par-par yanan və super müasir,

tavanında ekzotik bitkilər qıvrılan bir fitnes-kluba yazıldı. Qarşısına məqsəd qoydu ki, qısa

müddətdə kişi gözəlliyinin dünya standartlarına nail olsun, yoxsa seksin onun üçün

birdəfəlik bağlandığını zənn edirdi.



İndi o, gün ərzində ayaqları, əlləri, çiyinlərilə ağırlıq qaldırır, yorulmadan yeknəsəq

hərəkətlər seriyasını icra edirdi. Özünü həddindən artıq yükləyən Antuan  kütləşir,  ağrı,

tər,  trenajorların  ritmik  taqqıltıları  və cırıltıları  onu

mexanizmə,  metal  maşınların  korpuslarının  mühərrik  insanlara  çevrildiyi

parıldayan fabrikin canlı mühərriklərindən birinə çevirirdilər.

Klubun digər üzvlərinin ciddiliyi Antuanı onların ümumi zəhmətinin vacibliyinə inandırırdı.

Durmadan səslənən hipotetik musiqi əzələlərinə güc verən katorqalılara ruh verirdi. Heç

kəs bir-birinin gözlərinə baxmırdı, havada xəcalətə bənzər nəsə dolaşırdı, çünki gözəl

bədən quruluşunu təbiət bəxş etmədiyindən gərək onu alın tərilə qazanaydın.

Antuanın bədəni zavod məhsulu kimi sərt və hamar olmuşdu, əvvəllər su yumuş kimi

görünən bədənində aydın cizgilər əmələ gəlmişdi. Qarnında relyef, kvadratşəkilli təpəciklər

əmələ gəlmişdi. Antuan güc qazanmışdı ancaq onu hara sərf edəcəyini bilmirdi, lət və

yumşaq əzələlərinin bərkidiyini görüb sevinirdi. Yeni çıxmış əzələlərinə normallığın

əlamətləri, qanuniləşmiş ideal simvolları kimi tamaşa edirdi. O, güclüydüsə, demək, özünü

nəsə hesab edə bilər; artıq başa düşürdü ki, zəif və cansız olmaq heç bir şeyə qadir

olmamaq deməkdir. Onun bədən quruluşu “Leqo” konstruktoruna əsasən, ictimai rəyə

tamamilə uyğun idi. Fiziki metamorfoza yalnız psixoloji metamorfozun tamamlayıcısıydı: o,

okeandakı köpək balığı kimi elastik və sürüşkən olmuşdu, artıq heç nə onu yaralaya, ilişdirə

bilməzdi. Artıq bədəni və ağlı əzab çəkmirdi, sanki başqa bioloji növə mənsub idi – batmaq

təhlükəsi olmayan qəribə balıq cinsindən idi. Hətta qiymətli utancaqlığının kəpənək kimi

qəlbindən uçub getdiyini də hiss etməmişdi.

Artıq Antuan heç kəsə bənzəməyən biri deyildi, o özünü gəzən güzgü kimi,

başqalarında tanıyırdı və bu onun həyatını yüngülləşdirirdi.

16 Meksikada yaşayan hindu qəbilələrindən biri

* * *

Qayğısız və xoşbəxt Antuana elə gəlirdi ki, bütün bədəni yumşaq və çəkisiz qaz lələklərilə



dolub və bu lələklər onun damarlarında dolaşaraq, daxili orqanlarına keçirlər. Onun ürəyi

və beyni rəngbərəng incə sufle ilə dolmuşdu. Avqustun birində, çərşənbə axşamı o,

bankdan kreditinin bitdiyi barədə xəbərdarlıq məktubu aldı. Bu zaman o, müalicəyə

başladığı vaxtdan etibarən ilk dəfə narahatlıq hiss etdi. Özünü hədsiz dərəcədə qayğısız

hiss etdiyi dövrdə gəlir mənbəyi  axtarmağa  çalışmadan  bir  neçə həftə öncə lazımsız

saydığı  bahalı şeylər almışdı. Ona görə də pul tapmaq lazım idi: həyat çeklər və kredit

kartları ilə qidalanan vəhşi heyvandır.

Biologiya üzrə lisensiat şəhadətnaməsi, aramey dili üzrə magistr, o cümlədən kino tarixi

sahəsində Sem Pekinp və Frenk Kaire dair ixtisasları və digər yarımdiplomlarla ixtisası üzrə

iş tapmağa ümid edə bilməzdi. Reallıqla toqquşmadan  aldığı  şok  zərbə bodrozakın

təsirini  sıfıra  endirdi  və Antuan ağlını başına toplayaraq əzab çəkə-çəkə rayon

işədüzəltmə bürosuna yollandı. Stres feromonları17 yayan kondisionerli otaqda digər

işsizlərlə birlikdə üç saat gözlədikdən sonra kabinələrdən birindən onun soyadını zərrə



qədər utanıb- çəkinmədən təhrif olunmuş şəkildə çağırdılar. Antuan ofis kostyumu

geyinmiş və kompüterdə nəsə çap edən məmurla üzbəüz oturdu. Onun Antuanı görməsi

üçün aradan beş dəqiqə də keçdi. Nəhayət, lütf edib danışdı. Antuan öz əcaib

diplomlarını göstərdi.

– Boş şeylərdi, – məmur dedi. – Siz dəlisiniz? Bunları oxumaq nəyə lazım

idi?


– Mənim üçün maraqlıydı. Mən həm də, demək olar ki, diplom işini...

– Bu peşə intiharıdır, siz işsizliyi oxumusunuz!

– Yaxşı, – Antuan qalxaraq dedi, – sağ olun, köməyə və dəstəyə görə də

təşəkkür edirəm.

– Dayanın, belə tez təslim olmayın. Sizin sürücülük vəsiqəniz var?

– Yox.


– Sürücülük vəsiqəniz yoxdur? Bu, əsl fantastikadır!

– Bilirsiniz, araşdırmalar göstərir ki, – Antuan acı-acı dedi, – qırx ildən sonra  dünyadakı

neft  ehtiyatları  tükənəcək.  Ona  görə də,  pullarımı  havaya sovurmamağa qərar verdim.

– Vasvasılıq  etməməyi  məsləhət  görürəm!  Siz  birinci  seçimə uyğun

gəlmirsiniz. Ancaq dayanın, bir dəqiqə gözləyin.

Məmur gözlərini bir anlıq da ekrandan ayırmadan Antuana olduqca maraqsız şeylər

öyrədilən və qəpik-quruş ödənilən müxtəlif hazırlıq kursları təklif etməyə başladı. Antuan

birdən anladı ki, hazırda sədəqə istəyən dilənçi vəziyyətindədir, başqa seçimi yoxdur,

papağına nə atsalar onu da götürməlidir: miss pul, metro bileti, nahar talonu, şalvar

düyməsi, çeynənmiş saqqız... Məmur inadla ona nəsə, daha doğrusu, zibil bir iş seçməyə

çalışır və bürokrat mərhəmətilə onu alçaldırdı. Antuanın qalxıb getməsini o heç hiss də

etmədi.


Antuan   birdən   Rafael   adlı   super   uğurlu   lisey   yoldaşını   xatırladı. Kağızlarını yığdığı

qutuda eşələnərək, telefon nömrəsini tapdı. Əlbəttə, Rafael artıq valideynlərilə yaşamırdı.

Ancaq bu mehriban insanlar (Antuan baş aça bilmirdi, bəlkə də marazmatiklər) oğullarının

telefon nömrəsini ona verdilər.

Antuan ümid edirdi ki, Rafi (onun səfeh ləqəbi beləydi) bu illər ərzində onu və peşə

seçimində Antuanın hansı rolu oynadığını unutmayıb.

Özündən tam razı olan Rafi kiminlə gəldi asanca ünsiyyət qurur, ətrafdakıların

məhəbbətinə şübhə etmədən özünü sadə və səmimi aparırdı. Onun sürüşkən ağlının kələ-

kötür reallıqdan yapışmaq və yaralar almaq kimi kədərli xoşbəxtliyi yox idi, o, yer üzündə

asanlıqla sürüşürdü. Rafi Antuanı baməzə hesab edir, zarafatlarını xoşlayırdı, əsasən

onlarda qərəz görmədiyinə görə, ümumiyyətlə, ona aşağıdan yuxarı baxmayan bu

qəribətəhər oğlan onu əyləndirirdi. Antuan Rafi üçün müəmma idi, anlaşılmaz və ekzotik

bir varlıq idi. Antuana qalanda isə, ictimai yeməkxanada Rafi ilə üzbəüz oturmaq onun

üçün dincəlmək anlamına gəlirdi, çünki nə deyəcəyini əvvəlcədən bildiyin həmsöhbətə

qulaq  asmaq  o  qədər  də vacib deyil. Rafi utanmadan hər şeyi birinci şəxslə əlaqələndirən

həssas eqosnentriklər cinsinə mənsub idi: həmişə özü haqda sevgilə danışır, başqalarını




özüylə müqayisədə qiymətləndirir, kimin onun barəsində nə danışdığını, düşündüyünü və

s. eşitməyi xoşlayırdı.

Həmin vaxt Rafi oturub, ona xas olmayan əsəbiliklə bir fal çörəyi əlində əzişdirir, qırıb-

tökürdü. O, Antuana sarı əyilib qulağına nəsə pıçıldadı, elə bil amerikan yeməkxanasındakı

KQB casusları idilər:

– Qulaq as, mənim bir problemim var. Bəlkə kömək edəsən.

– Geniş miqyaslı humanitar yardım əməliyyatı başlamağa hazıram, – Antuan qəlbinin

dərinliyində bu yetmiş kiloqramlıq mükəmməlliyin həyatda ciddi problemləri ola

biləcəyindən şübhələnərək dərhal cavab verdi.

– Problem ekzistensialdır, sənin belə şeylərdən başın çıxır.

– Əlbəttə. Ontologiya üzrə qara kəmərəm.

– Məsələ belədir ki, mən harada oxumağım barədə qərar qəbul etməliyəm. Seçim var,

məni Ali18 dərəcəli məktəbin hazırlıq kurslarına götürürlər... Siyasi elmlər institutu,

Politex, Dövlət idarəetməsi, parlaq karyera görünür. Sonra istənilən maliyyə qrupunda

yüksək vəzifə ala və ya dövlət idarələrində yüksək vəzifə tuta, ona rəhbərlik edə bilərəm...

– Yəqin prezident də ola bilərsən, – Antuan dedi.

– Yəqin ki. Mənim üçün bütün imkanlar var, amma mən tamamilə başqa şey istəyirəm.

Mən risk edərək, həqiqətən maraqlandığım işlə məşğul olmaq istəyirəm. Ömrümün

axırında demək istəmirəm ki, bəli, mən girişdiyim hər şeyə nail oldum, mən varlıyam,

ancaq ehtiraslarımı reallaşdıra bilmədim. Valideynlərimlə bu barədə danışmıram, onları

həyəcanlandırmaq istəmirəm, ancaq hər şeyə tüpürüb, ürəyimin səsinə qulaq asmaq

istəyirəm. Mən macəra istəyirəm, hamar yoldan çıxmaq istəyirəm, hiss edirəm ki, məndə

nəsə unikal, özünəməxsus bir şey var. Mənim gizli arzum var, Antuan, olduqca çılğın

ehtiraslarım var...

– Bu ki çox gözəldir, Rafael! – Rafinin açıq-aşkar bu dərəcədə ağılsız ehtiraslara qadir

olduğuna təəccüblənən Antuan ucadan dedi. – Bu əladır! Doğrusu, sən məni

heyrətləndirdin, mən səni daha realist və praktik hesab edirdim.

– Məndə şairlik  də var,  Antuan,  hiss  edirəm  ki,  qəlbən  artistəm.  Necə

düşünürsən, mən düşünmədən bu işin ardınca gedə bilərəm, nə olar, olar?

– Hə, əlbəttə, irəli! Sənə, təbii ki, öz arzunu həyata keçirmək üçün cəsarət və dözüm lazım

olacaq, ancaq buna baxmayaraq, öz həvəsin olan işin ardınca getməlisən.

Rafi göyün yeddinci qatındaydı. O, həyəcanla dostunun hər iki əlini sıxdı, onun gözləri

parıldayırdı. Minnətdarlıq əlaməti olaraq nə edəcəyini bilməyib, Antuana bir stəkan su

tökdü.


– Hə, yeri gəlmişkən, Rafael, səni nə maraqlandırdığını, çılğın xəyalının nə

olduğunu mənə demədin.

– Mən treyder kontoru yaratmaq istəyirəm.

– Nə, başa düşmədim?

– Səhmlər, istiqrazlar, fond sertifikatları... Mən bunu edəcəyəm, Antuan! Sənin sayəndə

pul içində üzəcəyəm!

Rafaelin valideynləri nəticə etibarilə bunu tamamilə sakit qarşıladılar və hətta ona

fırlatmaq üçün bir milyon pul da verdilər. Antuanın vicdanını isə daha bir axmaq cinayət

ağrıtdı: o daha bir kapitalistin doğmasına kömək etmiş oldu. O zaman Rafinin həmişə öz

dostuna kömək etməyə hazır olduğunu deməsinə çiyinlərini çəksə də, indi bank hesabı SOS




siqnalı verəndə Antuan pul qazanmaq üçün bütün mənəvi sədləri aşmağa qərar verdi.

Bəzən mənəvi dəyərlərə önəm verən az qala tək insan olduğunu görəndə onlara tüpürmək

istəyirsən,  ona  görə yox  ki, əqidən  belədir,  ya  da  bunu  ləzzət  almaq  üçün

edirsən, sadəcə, ona görə ki, iblisin hər yerdə özünü evindəki kimi hiss etdiyi cəhənnəmdə

mələk olmaq adama ağır gəlir. Antuan insanın inteqrasiya bütü qarşısında  öz

ideallarından  vaz  keçdiyi tamamilə yayğın bir davranış növü seçdi; qısası vicdanını satanda

hər şey olar və hər şeyə bəraət var.

O, Rafilə danışa bilmədi: katibə onun yolunu kəsib, əlaqə telefonunu qoymağı tələb etdi.

Bir saatdan sonra çörək dükanının yanındakı avtomat tele- fon zəng çaldı. Bu, Rafi idi,

taleyüklü seçim etdiyi anda onu dəstəkləyən dostuyla danışdığı üçün həyəcanlanmışdı və

özünü xoşbəxt hesab edirdi.

Antuan! Səsini eşitdiyimə necə şad olduğumu kaş ki biləydin! Sən, mən... yaxşı vaxtlarımız

vardı, elə deyil? Neynirsən? Arvadınla mütləq bizə qonaq gəl- məlisən, özün işin barədə

danışarsan, yaxşı oturarıq!

Mən subay və işsizəm.

Dəstəkdə bir saniyəlik fasilə yarandı. Rafaelin heç vaxt ağlına gəlməmişdi

ki, onun uğuru yer üzündəki bütün insanları xoşbəxt edə bilməyib.

– Bunun fərqi yoxdur, sən onsuz da mənim ustadımsan, Antuan, mən sənə arvad da, iş də

taparam. Bu ən azı mənim sənə olan borcumdur. Görüşmək lazımdır!

Onlar Rafaelin San-Jermen-de-Predəki firmasında görüşməyi qərara aldılar. O, Antuanı

divarları iri kinoplakatlarla bəzədilmiş kabinetində qəbul etdi. Məsələ bir anda həll olundu:

Rafi Antuanı öz kontoruna işə götürməkdən ötrü sinov gedirmiş.

– Mənim birja məsələlərindən başım çıxmır...

– Lap yaxşı! Təzə adamda daha yaxşı alınır, gözləri hələ sabunlu deyil. Mən sənə inanıram.

– Bəs mən nə etməliyəm?

– Xüsusi bir şey etməyə gərək yoxdur: sadəcə, bütün dünya üzrə səhmlər və valyuta alıb-

satacaqsan. Əlverişli məqamda. Hansı səhmlərin qalxdığını, hansıların düşdüyünü hiss

etməlisən, qulağını şəkləməli, intuisiyana azadlıq verməlisən. Bu məsələ səndə normaldır,

narahatlığa heç bir ehtiyac yoxdur: gördüklərinin hamısına görə, sənə borcluyam.

Qürurundan yerə-göyə sığmayan Rafi firmasının dəbdəbəli ərazisini Antuana göstərdi, onu

həmkarlarına və qəhvə avtomatına təqdim etdi. Buranın ab-havası işgüzar və coşqun idi,

ancaq münasibətlər açıq-aşkar sərbəst idi, xidməti   iyerarxiya   ümumi   bərabərlik

cəmiyyətindəki   kimi   yumşaq   idi. Prezident Klinton sözəbaxan mətbuatın onu Uilyam

deyil, Bill adlandırmasını istəyir; bu daha simpatikdir, dost, yaxın insan obrazı yaradır, onu

bağışlamaq asandır, başlıcası isə vəzifəylə bağlı mənfi assosiasiyaları neytrallaşdırır. Rafael

də məhz həmin strategiyaya uyğun olaraq Rafi adlanırdı. Ünsiyyətcil, səmimi, gülərüz Rafi

tabeliyində olanlara mehribancasına və sırf dostyana təsir göstərə bilir, səmərəliliyi

yüksəltməyi, yaxud vaxtdan əlavə işləməyi tələb edə bilirdi.

Antuana yetmiş nəfər treyderin oturduğu böyük zalda məhəccərə alınmış balaca  bir  yer

verdilər.  Bura  böyük  yeşiyi  olan  boz  rəngli  dəmir  masanın üzərinə qoyulmuş  iki

kompüter  və qəhvə fincanı  ilə təchiz  edilmişdi.  Zalın divarlarında dünyanın iri birjalarının

kursları və qiymətlər işıqlandırılmış rəqəmlərlə göstərilmişdi. Antuan düz bir həftə

həmkarlarının fəaliyyətini müşahidə etdi, ona məsləhət verdilər, SICAV, Nasdaq, Stoxx 50,

FTSE 100,




DAX 30...  terminologiyalarını  öyrənmək üçün kitablar aldı: aramey dili ilə

müqayisədə qeyri-adi dərəcədə bəsit olan bu dili o, tez və mükəmməl öyrəndi.

Onun həyatı daha çox dəyişdi. Ona boğazdan yuxarı bəs edən məvacibinə uğurlu

sövdələşmələrdən faizlər də əlavə olunurdu. O, havayı qaldığı kiçik mənzilini   Bastiliya

rayonu   Rokett19 küçəsindəki   lofta20 dəyişdi.   Bu   vaxt ərzində müsyö Braller hələ

müalicə olunmadığından Antuan idmançı qonşusu Vladdan ondan göz-qulaq olmağı xahiş

etdi.

Rodolfla o, bir daha görüşmədi. O, Antuanı artıq qətiyyən həvəsi olmadığı fəlsəfi



müzakirələrə, hər cür dolaşıq mövzuda mübahisələrə çəkməyə cəhd edirdi.   Onların

daimi   öcəşmələrə əsaslanan   bu   münasibəti   yavaş-yavaş pozuldu. Antuan yenə də

Şarlottanı attraksionlara aparır, ancaq onlar lal- dinməz  yellənirdilər.  Adətən  təmkinli

olan  Qanca  birdən-birə əsəbiləşərək bəyan etdi ki, Antuanla bir də o, axmaqlıq

sevdasından əl çəkdikdən sonra görüşəcək. As ona həsr etdiyi rübaidə coğrafi baxımdan

eyni ölkədə yaşasalar da,  artıq  eyni  hava  ilə nəfəs  almadıqlarından,  bir-birinə

yadlaşdıqlarından bəhs etdi. Bir dəfə onlar “Qudmundsdottir” barındakı mənzil-

qərargahlarında tam sakitlik şəraitində keçən axşam görüşündən sonra ayrılarkən Antuan

dostlarının  Asın  şüaları  altında  uzaqlaşdığına baxdı. O kədərlənmədi: artıq onların bir-

birinə deyiləsi sözləri yox idi. Antuan büsbütün öz yeni peşəsinə aludə olmuşdu, o, gözəl və

bahalı şeylər arzulamaq arzusuyla yüksəklərə can atırdı. Onun hər şey haqqında qəti

fikirləri olan yeni dostları peyda olmuş, onlarla da konsertlərə, gecələrə gedirdi.

Ümumiyyətlə, yaşamağa vəsaiti olan normal cavan adam həyatı sürürdü. Antuan standart

bükümlərdə çətin anlarda qətiyyən köməyə gəlməyən kütləvi istehlak dostları, standart

tanışlar qazanmışdı.

O, sanki tamamilə gənc patrisilər silkinə daxil olmuş və Hugo Bossun kostyumunu geymiş

personajı uğurla səsləndirirdi. Ancaq daha diqqətlə baxdıqda bir qədər təmkinli olduğu hiss

olunurdu.

Buna baxmayaraq, o, indiki ətrafının həyat tərzini bir anlıq da olsa, zərrə qədər şübhə

altına almamış və hətta böyük çətinliklə orijinal hesab ediləcək fikirlər belə söyləməmişdi.

Onu qamarlayıb öz selilə axıdan bu yeni dünyaya tam inanmışdı, ondan ləzzət alırdı –

əvvəllər təhlükəsiz azadlıqda və sahilə çıxmayan axında heç vaxt görmədiyi ləzzəti.

Pul, müvəffəqiyyət, möhkəm ictimai təməli olan etibarlı mühitə inteqrasiya mənəvi

gücümüzü artırır. Öz arzularını götür-qoy etməyə, öz əxlaqi dəyərlərini yaratmağa, öz

hərəkətlərinin, dostların, həyatın barədə düşünməyə, anlamağa, müvəffəq olmağa ehtiyac

yoxdur: mühit hər şeyi məcməyidə gətirir. Cəmiyyətlə nikahından Antuan yaxşı cehiz aldı.

Aydın oldu ki, bu enerjiyə qənaət etmək deməkdir və ümumiyyətlə, hər şeyi axtarıb

tapmaqdan və hətta kəşf etməkdən daha az cansıxıcıdır. Axı hamını cəm halda gözəl

duyğularla təchiz edib, eyni dünyagörüşü yükləməyin nə anlamı var?

Qəribədir, insanların həyatı onların avtomobilinə necə də oxşayır. Bəzilərinin həyatının

əlavə funksiyaları yoxdur, o yalnız gedir, həm də elə də sürətlə deyil, arabir yerində fırlanır

və təmirə ehtiyac duyur; bu pis, gücsüz həyatdır, qəzadan sığortalanmayıb. Ancaq

digərlərinin həyatının saysız- hesabsız   üstünlükləri   var:   onların   maşınları   təhlükəsizlik

yastıqlarıyla,




blokirovka əleyhinə sistemlə, dəri oturacaqlarla, hidravlik sükanla, kondisionerlə və on altı

klapanlı mühərriklə təmin olunduğu kimi, həyatları da pulla, sevgilə, gözəlliklə, dostlarla,

uğurlarla təmin olunub.

Avqustun ortalarına doğru Antuanın yeni peşə mühitinə keçməsi uğurla davam etdi, o,

başqalarından heç də geri qalmayan treyder, çox yaxşı işlədi. Qismən intuisiyasına, qismən

də məntiqə əsaslanaraq bazarı izlədi, amma hələ də onu şirkətin milyonçuları sırasına daxil

edən supersarsıdıcı sövdələşməyə çevirə bilməmişdi. Artıq, demək olar ki, pambıq kimi

ağarmış şüurundan silinən real dünyada rəqəmlərlə spekulyasiya və jonqlyorluq etməsinin

hansı nəticələrə səbəb ola biləcəyini Antuan düşünməyi belə unutmuşdu.

Bütün bunlara baxmayaraq, Antuan həmkarlarından fərqlənirdi. Firmada işə başladığı ilk

günlərdə o, bircə fincan qəhvə içmiş və iki gecə gözlərini yum- mamışdı. O vaxtdan ancaq

kofeinsiz qəhvədən istifadə etsə də, bütün günü durmadan içirdi. Qəhvə fincanı status

atributu sayılırdı və hər bir əsil treyderin əlinin altında mütləq yarımçıq qəhvə fincanı

olmalıdır. Zabit silahsız, yazıçı qələmsiz, tennisçi raketkasız ola bilmədiyi kimi, treyder də

qəhvəsiz işləyə bilməz; bu, əmək aləti, ağır çəkic, “smit-vesson”dur.

Sonra isə Antuan qəflətən heç bir xüsusi səy göstərmədən varlandı. O, adi iş gününün çılğın

mühitində – yüksəlmələr, enmələr, qışqırıqlar, telefon zəngləri, intiharlar, klaviatura

çıqqıltıları, hıçqırtılar, divar boyu düzülmüş on qəhvədanın ahəngdar cızıltısı arasında adəti

üzrə öz balaca arakəsməsindəki iki kompüterini döyəcləyirdi... Antuan sakitcə klavişləri

tıqqıldadır, çiynilə telefonun dəstəyini sıxır, ienləri satır, bazar xaosuna bəxtəbəxt tilov

ataraq, qurumuş ağzını yaşlamaq üçün qəflətən əlini qəhvəyə uzadır, fincanı əsas

kompüterin klaviaturası üzərinə aşırırdı. Nəsə qığılcım saçaraq tüstüləyir, şıqqıldayır,

cızıldayır, monitor sönür və yenidən yanır, hər şey əvvəlki halına qayıdırdı. Təkcə ekrandakı

rəqəmlər dəyişirdi: sən demə, bu bir saniyə ərzində bir neçə milyon dəyərində olan xeyli

sövdələşmə baş tutub. Kompüterdə baş verən qısaqapanma dahiyanə maliyyə

əməliyyatlarının zəncirvarı reaksiyasına səbəb olub.

– Mən səni götürəndə uduzmayacağımı bilirdim, – Rafi dedi. – Bunu etməyi necə bacardın?

– İntuisiya, – Antuan ciddi halda gözlərini döyərək cavab verdi.

– Hə, o ya var, ya da yoxdur... Ancaq hər halda, sən bu seqmenti əla işləmisən, gözəl

cığırdır, orada nə baş verir, hə dreyf də yoxdur! Hə, dostlar, səbir, dözüm və soyuqqanlılıq

budur!

Zal Antuanı alqışladı, həmkarları onun çiyninə şappıldatdılar, havada serpantinlər  və



konfettilər  uçdu,  şampan  şərabları  partladı  və Rafi  çeki Antuana uzatdı. Antuan çekə

baxıb, özü də hiss etmədən böyük ruhi sarsıntı keçirtdi. Belə güclü həyəcanı yalnız uşaqları

dünyaya gələndə keçirə bilərdi. Onu  başa  düşmək  olardı,  uşağın  altısı  birdən

doğulmuşdu,  çünki  çekdəki birinci rəqəmdən sonra altı sıfır vardı.

O anda Antuan bir zamanlar anladığı bir şeyi xatırladı: ən asan şey insanın öz-özünü

aldatmasıdır. Qırmızı həblər onu yuxu materialından toxunmayan var-dövlətin köməyi ilə

satılıb-alınması fikrindən ayırdı.

17 Feromonlar - heyvanlara və ətraf mühitə verilən, onların davranışına

fizioloji və emosional təsir göstərən bioloji aktiv maddələr

18 Diplomları Fransada çox yüksək qiymətləndirilən Ali məktəblər nəzərdə tutulur.

Universitetlərdən fərqli olaraq gələcək tələbələr çox ciddi müsabiqədən keçirlər.  Qəbul



imtahanlarına  hazırlıq  bakalavr  dərəcəsi  imtahanlarından sonra liseylərin nəzdindəki

xüsusi siniflərdə 2-3 il davam edir.

19 Rokett küçəsi Parisin ən dəbli küçələrindəndir.

20 loft– yaşayış mənzilinə çevrilmiş ofis

* * *

Öz milyonlarının reallığını hiss etmək üçün Antuan bankdan kiçik əsginaslardan ibarət iki



çamadan pulla çıxdı. Evə gələn kimi pulları qonaq otağındakı zeytun ağacından olan böyük

stolun zərinə boşaldıb, sonra səliqəylə üst-üstə yığdı. Saysız-hesabsız kağız düzbucaqlar

onun uğurunun molekulları idi! Onlara baxanda hətta yüngülvarı xumarlanaraq başı da

gicəlləndi: insan cinsinin ehtiraslarının predmeti bax budur! Antuan qeyri-ixtiyari

gülümsədi! Beləliklə, o, varlıdır, başqa sözlə, planının bir qismini həyata keçirib:

milyardlarla insanın bölüşdüyü xəyalı gerçəkləşdirib.

Lakin onun öz-özlüyündə xoşbəxtlik bu duyğu tez ötüb keçdi. Axı bu qədər pulu neyləmək

olar? Əgər o, normal milyonçu olmaq istəyirsə, onları burada elə-belə qoya bilməz. Varlı

olmaq məqsəd deyil, dostların, tanışların, küçədən keçənlərin heyranlıq və həsədinin sizin

uğurunuzun güzgüsü olması lazımdır. Antuan başa düşdü ki, varlanmaq işin yarısıdır, indisə

varlıların nə istədiyini istəməyi öyrənmək lazımdır. Bu ona ən çətin bir iş kimi gəldi.

Milyonu qazanmaq  üçün  o,  qəhvəni  kompüterin  klaviaturası  üzərinə dağıtmaqdan

başqa heç nə etməmişdi, amma ondan istifadə etmək üçün baş sındırmalıydı.

Jurnalları  vərəqləyib,  istəməli  olduğu  şeylərin  siyahısını  tutdu.  Bir  də almalı olmadığı

şeylərin siyahısını: o, möhtəkirlik sayəsində varlılar sırasına daxil olmuş istismarçılar kimi

pullarını camaatın gözünə soxub günahına batmaq istəmirdi.

Özünü özü üçün Şaxta Babaya çevirərək alış-verişə xizəkdə, əsa və böyük kisəylə yollandı.

Öz loftunu bəzəmək və reputasiya üçün müasir rəsm əsərlərindən bir şey almağa qərar

verdi. Özünəməxsus üslubu olan Paris qalereyasında onun seçimi bir rəssamın işi üzərində

dayandı, qiymətindəki sıfırların sayına əsasən, əsərin dahiyanə olduğunu düşünmək olardı.

Qalereya sahibləri onu yeni Van Qoq kimi təqdim etdilər. “Həm də qulaq soyuqlamasın-

dan əziyyət çəkir”, – satıcı daha inandırıcı olması üçün məlumat verdi. Antuan sifətinə

heyranlıq ifadəsi verib, cavabında “oho!” dedi, sanki ağıldan yoxsul qalereyaçının

papağına  sədəqə atdı  və kiçik  çamadanını  açdı.  Sonra  maşın axtarmağa başladı.

Sürməyi bacarmırdı, öyrənməyə də hazırlaşmırdı, ancaq bu durum onun ayinə riayət

etməsini heç cür əngəlləyə bilməzdi. Hamı maşın alır, amma çoxları öz seçimini pul kisəsinə

uyğun olaraq müəyyənləşdirir. Antuan üçün bu məhdudiyyət yox idi, ona görə də, saysız-

hesabsız markalar, modellər və mühərrik  növləri  qarşısında  çaş-baş qaldı.  O,  müşahidə

etmişdi  ki,

varlıların hər növünün, hətta yarımnövünün öz markası var: Rafinin kontorunda  işləyən

gənc  milyonçular  idman  avtomobilləri  alırdılar,  otuz yaşlılar isə “BMW” və ya

“Mersedes”lərə üstünlük verirdilər. Antuan a) gənc, b) uğurlu, c) milyonçu treyder

olduğunu sübut etmək üçün qırmızı “Porşe” aldı. Maşını  onun  qapısının  ağzına  gətirdilər

və Antuanın  triumfunun  simvolu olaraq orada da qaldı.




Alıcılıq qabiliyyəti aşağı olan müştərilərə nifrət nümayiş etdirilən mağazalarda Antuanın

qızılı haləli plastik kredit kartını görən kimi, onu şahzadə kimi qəbul edirdilər. O elə bahalı

kostyumlar aldı ki, gələcək nəsil onlara baxanda gülməkdən qarnını qucaqlayacaq, ancaq

bu geyimlər hazırda öz bərbad zövqlərini bu dərəcədə təbii və sərbəst nümayiş etdirmək

imkanı olmayan  adi  adamlara  onun  yüksək  zümrəyə mənsub  olduğunu  göstərmək

üçün idi.

“Kiçik Rober” lüğətinin izahına görə, cild dəyişmə “bəzi heyvanların və quşların müəyyən

dövrlərdə xarici örtüyün (zireh, buynuz, dəri, lələk, yun və s.)  qismən  və ya  tamamilə

dəyişməsidir”.  Antuan  cildini  dəyişmişdi.  O  öz köhnə paltarını şıq geyimlərə dəyişmiş,

bahalı kişi ətirlərilə ətirlənir, dərisini cürbəcür  yağlar  və südlərlə silir,  gözəllik  institutun

xidmətlərindən  istifadə edir,  masaja  və süni  qaralma  seanslarına  gedir,  hər  həftə

müasir bərbərxanalara baş çəkərək saç düzümünə diqqət edirdi. Cild dəyişməyə keçid

dövründə kişilərin səs tembrinin dəyişməsini də əlavə etmək olar. Antuana elə gəlirdi ki, o,

bir neçə həftə ərzində böyüyüb. Əvvəllər onun səsi nə mağazada, nə müəssisələrdə, hətta

adi danışıqda da indiki təsirə malik deyildi: bəzən ucadan və aydın danışsa da, onu sadəcə

eşitmirdilər. İndisə, öz səsində zərrə qədər dəyişiklik hiss etməsə də, Antuanı dərhal eşidir,

diqqətlə dinləyir və arzusunu yerinə yetirirdilər.

Qısası, bu cilddəyişmə ilə əlaqədar tam mənada demək olar ki, Antuan ilanabənzər bir şeyə

çevrilmişdi. Onda artıq bir vaxtlar olduğu insandan əsər- əlamət qalmamış, elə bil, başqa

bir təbii məxluqa çevrilmişdi.

Xərcləri kəskin surətdə artmışdı. Şəkillər, maşın, bahalı pal-paltar kimi iri şeylərdən başqa

o, sırf prestij üçün supermüasir mətbəx ləvazimatı, hi-fi aparatları,  videolar,  sabahın,

hətta  birisi  günün  kompüterlərini  almışdı. Əslində o  üst-üstə qalaqlanmış  bu  bahalı

avadanlıqlardan  istifadə etmirdi. Eyni  şəkildə,  nəhəng  amerikan  soyuducusuna  tonlarla

doldurduğu delikatesləri də yemirdi. Antuanın şüuru hələ istifadə deyil, istehlak

mərhələsindəydi. Onun zövqü əvvəlki tək sadəydi. Onun mənzili elmi-texniki nailiyyətlər

muzeyini, ən yeni cihazlar qəbiristanlığını xatırladırdı.

Bankın onun müştəri fəallığını dəstəkləməyə davam etməsi üçün Antuan yenə

kofeinsizləşdirilmiş qəhvə fincanını klaviaturanın üzərinə aşırtdı. Yenə cek-pot oldu: ev

heyvanı olan qızıl buzov xeyirxah sadiq köpək kimi Antuanın bank hesabına gedən yolu

yadında saxlamışdı.

Bu iş gününün sonunda baş vermişdi. İşçilər getməyə hazırlaşanda Rafi Antuanı yanına

çağırdı. Kabinetdə tamamilə seksual paltarlar geymiş iki gənc qadın da vardı.

– Antuan! – Rafi ucadan dedi. – Sən, sadəcə, supersən! Al, bu da sənin

mükafatın.

– Çox sağ ol, – o, milyonları pencəyinin qoltuq cibinə soxaraq dedi. –

Yaxşı, hələlik!

– Necə yəni, hələlik? Bu gün kef edəcəyik. Sənin dahiyanə gedişini qeyd etmək lazımdır.

Tanış ol, bu Sandidir.

– Çox şadam, – qızlardan biri gülümsəyərək dedi və incə əlini uzatdı.

– Bu isə Severinadır, – Rafi davam etdi. – Bu gün o sənin xanımın olacaq, ümumiyyətlə, bu

gün səninki gətirir.

Antuan Severinaya, onun qəşəng bədəninə, gözəl üzünün «gəl-gəl» deyən ifadəsinə, ona

zillənən şəhvətli baxışlarına baxdı və öz-özünə dedi ki, problem var. O, haradasa şüurunun




alt qatında təhlükəli göynəmə hiss etdi, elə bil, onun əsil şəxsiyyətinin dişlərini kəsirdilər,

ona görə də, təcili bir cüt bodrozak qəbul etməliydi, ancaq onları evdə unutmuşdu. Rafiyə

onunla iki dəqiqəlik təklikdə danışmaq istədiyini bildirdi. Rafi qızlardan maşında

gözləmələrini xahiş etdi. Onlar arxalarını nümayişkaranə surətdə əsdirərək çıxdılar.

– Mənə qarşı bu cür hərəkət edəcəyini heç vaxt səndən gözləməzdim, – Antuan onu

qınadı.


– Necə hərəkət edirəm ki?

– Mənə fahişə təklif edirsən... Elə bilirdim, məni yaxşı tanıyırsan, Rafael. Mən hətta bir

qədər dilxor da oldum.

– Sən “qəhbə” demək istəyirsən? – Rafi qəhqəhə çəkdi. – Sən Severinanı peşəkar sayırsan?

– Məncə, bu, aydındır.

– Sən öz kişi gözəlliyini qiymətləndirmirsən, Antuan. Yox, Severina fahişə

deyil.

– Onda bəs niyə axşamı mənimlə keçirməkdən ötrü belə sinov gedir? Ən



əsası da niyə mənə elə acgözlüklə baxır? Elə bil qarşısındakı Bred Pitdir?

– Mən ona sənin əsl maliyyə dahisi olduğun və digər cəhətlərin barədə danışmışam. Həm

də mənə inana bilərsən, səndə qadınların ürəyini fəth edə bilən çox şey var.

– Yaxşı, tutaq ki, belədir. Bəs bu Sandi kimdir? Axı sənin gözəl arvadın

var...

– Yox, gəl sən buna qarışma. Hər halda, mənə əxlaq dərsi keçmək fikrin yoxdur!



– Keçməyəcəyəm... Amma yox, keçəcəyəm, çünki sən...

– Sən xəbər verməyə hazırlaşırsan? Xəbərçilik etmək yaxşı iş deyil. Xəbərçilər cəhənnəmə

gedir. Sən özünü həddən artıq sıxırsan, bir az boşalmaq lazımdır.

– Bu sənin arvadını çox incidəcək, özünü belə aparmağa haqqın yoxdur!

– Arvadımın bundan xəbəri olmayacaq, ona görə, əzab da çəkməyəcək və

burada pis bir şey də yoxdur.

– Axı bu nəyə lazımdır? Sənin ki, məhəbbətin var...

– Həyat təkcə məhəbbətdən ibarət deyil, yatağı da düşünmək lazımdır. Lənət şeytana,

Antuan, 2000-ci il qapıya dayanıb, seksual inqilab yarım əsr əvvəl baş verib, oyansana! Biz

də, qızlar da öz bədənimizlə bağlı özümüz qərar verməliyik.

Rafi özünü imtiyazlarla hüquqları, bəraətlə həqiqəti qarışıq salan yeni aristokratlar kimi

aparırdı. Antuan özünü stolun qarşısındakı kresloya atdı. Boşluğa baxa-baxa əlindəki

kauçuk rezini stolun üstündəki qalın dəftərə döyəcləməyə başladı.  Bir  dəqiqə beləcə

oturdu.  Bu  zaman  Rafi  kağızları portfelə doldururdu. Antuan düz ona baxdı.

– Yeri gəlmişkən, seksual azadlıq barədə...

– Dərs almaq istəyirsənsə, Sevirina sənə seminar keçər... nə dediyimi başa düşürsən.

– Mənim qadın həmkarlarımdan biri də sənin kimi düşünür, o bütün qəlbilə səninlədir.

– Bəs  necə,  axı  həyat  dəyişib,  buxovları  atmaq  lazımdır.  O,  seksin

şirinliklərini dadır və doğru edir.

– Məncə, sən onu tanıyırsan, adı Melanidir.

– Melani? – Rafi sifətini  bir  qədər  dəyişərək  təkrar  etdi. – Melani  de

Nazdak?



Antuan  stola  təkan  verərək  təkərli  kreslonu fırlatdı. O, Rafiyə baxaraq, dodaqlarında

yüngül təbəssüm, gözlərində isə kədər onun reaksiyasını mü- şahidə etdi. Ayağa qalxıb,

Rafinin çiyinlərindən tutdu.

– Hə. O səninlə razıdır, həm də o qədər azaddır ki, kiminlə gəldi yatmağı arzulayır. Əladır,

eləmi? Ancaq bəla burasındadır ki, heç kəs onunla yatmaq istəmir. Ona görə də… birdən

düşündüm ki... bir halda ki sən belə azad adamsan, yəqin ki, onun könlünü xoş edə

bilərsən...

– Ancaq Melani... axı o... başa düş... onda...

– Amma o sənin bütün Sandilərindən daha ehtiraslı və ağıllıdır və özünü də çəkmir. Sən

bunu demək istəyirsən?

– Axı o, nüvə müharibəsindən də qorxuncdur! Bağışla, ancaq o, skelet kimi qupqurudur.

Elə bil antiviaqradır.

– Nə olsun?..

– Necə yəni nə olsun? Bundan artıq nə olmalıdır ki? Təbiət belə müəyyənləşdirib: yüz

metrlik məsafəni hamı qaça bilmir. Dünyada bərabərlik yoxdur, nə etmək olar. Onun

bədəni ortasından çatlasa belə, seksin tələblərinə cavab vermir. Ancaq idmanın başqa

növləri də var. Məsələn, məhəbbət, qoy fikrini onun üzərində cəmləsin, ona görə ki, bu cür

xarici görünüşü yalnız məhəbbət  sayəsində həzm  etmək  olar.  Sevginin  gözü  kordur.

Bəzi  arvadlar haqqında bilirsən nə deyirlər: o bizim adamdır, vəssalam.

– Hər şey çox sadədir! Ancaq… Rafael, sən başa düşmürsən... O, cinsi

əlaqədə olmaq istəyir, ləzzət almaq istəyir. Sənin kimi, Sandi kimi.

– Ona  korlar  cəmiyyətindən ər  tapmağa  çalışaram.  Qulaq as,  bilirsən, sabah ona

döşlərinə firmanın hesabına silikon qoydurmağı təklif edəcəyəm. Hamı üçün ucuz başa

gələr.


– Sən çox xeyirxahsan! İş ki bu yerə gəldi, onda əlinə də bir orqan tikmək olar...

– Unutma, Antuan, seks üçün mənəvi keyfiyyətlər mühüm deyil! Onlar durğuzmağa kömək

etmir. Yəqin ki, bu pisdir, ancaq belədir. Mən nə edə bilərəm?

– Kerk Duqlas deyir ki, ağıllı qadın hər zaman seksualdır.

– Sən  nə demək  istəyirsən?  Sənin  fikrincə,  mən,  sadəcə,  mərhəmətli

olduğumu göstərmək üçün onunla cinsi əlaqədə olmalıyam?

– Bəli, məhz buna görə.

Melani onu rədd edənə doğru can atan insanlardan idi, bu kasıbların varlılara

yaltaqlanmasına bənzər bir şeydir; gözəl olmadığı üçün Rafi onu istəmirdi, amma o, Rafini

istəyirdi, çünki yaraşıqlı idi. Bir həftədən sonra o, işə iri və qəşəng döşlərinin göründüyü

yaxası açıq köynəkdə gəldi. Onunla maraqlanmaq üçün bir çoxlarına bu kifayət etdi. O,

artıq kölgə deyildi: Melani öz yeni sinəsilə, nəhayət, kişilərin diqqətini cəlb edə bilmişdi.

Rafi öz alicənablığından zövq alırdı, ancaq Antuana görə, özünün dediyi kimi,  onun

“sentimental  robes-pyerizminə”  görə narahat  idi  və dostunu tanışlıq xidmətində işləyən

tanış qadının yanına göndərənə qədər bu narahatlıq fasiləsiz davam etdi. Rafi ciddiliyə

təminat verir, əmin edirdi ki, bu, Antuanın çiyninə heç bir məsuliyyət qoymur və qadınla,

sadəcə, görüşməsini yalvararaq xahiş edirdi. Rafinin öz tərbiyəvi işi və azad mənəviyyat

ehkamlarıyla ondan əl çəkməsi üçün Antuan təslim oldu. Hələ bir neçə həftə öncə onun

məhəbbət haqqında təsəvvürləri hansısa incəsənət növü və ya uzaqbaşı bədii sənət kimi



idi, indi isə o, məhəbbətə istehlak formalarından biri və sergerasiyanın daha bir sferası kimi

yanaşıldığı tamamilə yeni, şübhəsiz, daha real bir dünyada yaşayırdı.

Hay-tek şirkətinin nümayəndəliyinin yerləşdiyi ofis binasının əllinci mərtəbəsinə qalxan

Antuan əzabkeşlərlə dolu evlənmə agentliyinə daxil oldu. Arakəsmələr yox idi; əməkdaşlar

ora-bura vurnuxur, telefonlar durmadan çalırdı. Kompüterlərin klaviaturalarını çıqqıldadan

barmaqlar sanki özünə- məxsus elə bir musiqi ifa edirdilər ki, onu yalnız Kamerun tədqiqat

mərkəzində səsləndirmək olardı. Antuanı ingilis üslubunda olan sakit bir kabinetə

apardılar, səs-küy bura girə bilmirdi. Burada bir müddət tək-tənha dayanıb gözlədi. Kabinet

işıqlıydı, ideal səliqə-sahman vardı. Rəflərdə bir neçə kitab, divar boyu bitkilər,

nəzərəçarpmaz incəsənət nümunələri, mavi rəngli “makintoş” və bük pəncərə. Nəhayət,

qapı açıldı və qırx yaşlarında bir qadın cəld daxil olub ona oturmağı təklif etdi və özü də

sivrişərək masanın arxandakı yerinə keçdi. Onun əynində sərbəst hərəkət etməsinə mane

olmamaq, bəlkə də bir neçə kiloqramlıq artıq ətini gizlətmək üçün kifayət qədər geniş və

qəşəng kostyum vardı.

– Sizi Rafi göndərib də? Yaxşı, bir şey edərik. Ancaq şıltaqlıq etməyi məsləhət görmürəm:

siz seks-simvol deyilsiniz. Sizin konkret arzunuz var?

– Nə mənada?

– Sarışın, əsmər, kürən, boyu, peşəsi. Bir sürü göstərici var. Sizin xəyalınızın dəqiq surətini

tapmağa söz vermirəm, ancaq ideala yaxınlaşmaq mümkündür.

Qadın kompüteri yandırdı, lazımi qovluğu açdı və bir neçə söz yazdı. O

mənə tamamilə əldən düşmüş, bir qədər sönük, acıqlı və əsəbi göründü.

– Mən dəqiqləşdirmək istəmirəm. Ümumiyyətlə... yəqin, nahaq gəlmişəm.

Bağışlayın.

– Bu sizə toxunur? Həyatda da hər şey belədir, ancaq biz şüursuz deyil, elmi ələmədən

istifadə edirik. Amma nəticə eynidir. Təsadüfi deyil ki, bu cür

agentliklər arasında ən uğurlu nikahların sayına görə birinciyik, çünki bizim yanaşmamız

emosional deyil, işgüzardır. Yaxşı, davam edək. Demək, konkret- ləşdirmirik.

Onun barmaqları klaviaturanı əsəbi şəkildə döyəclədi. Telefon çalsa da, o cavab vermədi.

Zəng kəsildi. O, Antuana sarı dönüb təcrübəli baxışlarıyla onu süzdü, sanki ağlına nəsə

gəlmişdi.

– Hər halda, təxminən mənim yaşımda olsa...

– Çox gözəl. Qulaq as, oğlum, hər halda, bir qədər cəhd göstərin. Biz sizin dosyeni tərtib

edəcəyik və müştərilərimiz həmin məlumatlar əsasında nəzəri olaraq sizinlə maraqlana

biləcəklər. Ona görə də, çalışın özünüzü sərfəli yöndə təqdim edəsiniz.

– Demək, mən maraq və məşğuliyyətlər barədə danışmalıyam?

– Əlbəttə, ancaq onları sonda yazacağıq. Əvvəlcə, ictimai şəxsiyyətiniz barədə.

– Gəlin bunsuz keçinək, mən istəmirəm ki...

– Məni ələ salırsınız?  Mən  ağlına və ürəyinə görə sevilməyi  tələb  edən insanlara vaxt

itirə bilmərəm. Əgər çox yaraşıqlı olsaydınız, incə yumor hissinizə və həssaslığınıza görə sizi

sevən bir sürü qız tapılardı. Belədə isə... Bilirsiniz, cavan oğlan, biz burada nəyin yaxşı,

nəyin pis olduğunu müzakirə etmək üçün deyilik. Sizin istəyib-istəməməyinizdən asılı

olmayaraq, dünya belə qurulub, ona görə də, öz üstünlüklərinizdən daha yaxşı istifadə

etməyə çalışın. Makiavellinin siyasət haqqında dedikləri, bəlkə də, ədəbsiz səslənir, ancaq

o sözlər heç də doğru yoldan sapdırmır. Biz də məhəbbət Makiavelliləriyik. Mən sevginin




var-dövlət, saçların rəngi, sinənin ölçüsü ilə bağlı olduğunu demək istəmirəm, ancaq

statistika göstərir ki, bunlar həlledici rol oynayır. Peşə, əzələlər,  boy-buxun,  yaş, pul,

çəki,  avtomobil  markası,  pal-paltar,  gözlərin rəngi, milliyyət, səhər-səhər yediyiniz

qarğıdalı yumaqları... Siz bu şeylərin emosional baxımdan əhəmiyyətli olduğunu təsəvvür

belə edə bilməzsiniz. Məsələn, siz sarışın qadınların seksual əlaqələrinin əsmərlərdən

iyirmi dörd faiz çox olduğunu bilirsiniz? Məhəbbətin və seksin sarsılmaz qanunları var. Siz

onlar haqqında nə bilirsiniz ki? Bu qanunlar heç kimi maraqlandırmır, çünki hər kəs özünü

tək və təkrarsız sayır. Amma məndə əksini sübut edən tonlarla məlumatlar var.

– Nahaq  yerə bu  cür  ümumiləşdirirsiniz, – Antuan  ruhlandırıcı  tonda dedi. – Ruh,

razıyam, hamı üçün vacib deyil, ancaq hər halda... Mən adamlar tanıyıram ki, bu onlar

üçün önəmlidir. Mənə elə gəlir ki, siz bir qədər şişirdirsiniz.

– Sizə elə gəlir? Nə deyirəm, mümkündür. Mənim həyatda bəxtim gətirməyib, ona görə də

şişirtməyə və sevgiyə pessimist yanaşmağa haqqım var. Ancaq obyektiv olduğumu

düşünürəm, ancaq, əlbəttə, bu işdə həqiqətin bir qədər ədəbsiz səsləndiyini bilirəm.

Açığını desəm, öz obyektivliyim, hər şeyin bizim iradəmizdən kənar baş verməsi, heç nəyin

bizdən asılı olmaması mənim özümə də əzab verir və mən məmnuniyyətlə bu obyektivliyi

edib, qəzəblənər, iyirmi yaşlı qıza görə məni atan ərimə nifrət edərdim.

O, kompüterin siçanını stolun üstünə atıb, klavişlərdən birinə basdı və

ayağa qalxdı. Rəflərə yaxınlaşıb, hansısa kitabların yerini dəyişdi, kisəli ayı

fiquruna  toxunub  onu  yerə saldı  və fiqur  qırıldı.  O,  çömbələrək  qırıqları toplamağa

başladı.

– Çox təəssüf edirəm... – Antuan ona köməyə gələrək mızıldandı.

– Niyə təəssüf edirsiniz? – qadın hirsləndi. – Sizə təəssüflənməyi qadağan

edirəm! Siz kimsiniz ki, mənim ərimi müzakirə edirsiniz?

– Yox, mən, sadəcə... Axı o sizi çox gənc bir qıza görə atıb...

– Nə olsun? Nahaq yerə mənim tərəfimi saxlayırsınız. Məsələn, mən heç vaxt sizin kimi

birinə vurulmazdım.

– Ona görə ki, kifayət qədər yaraşıqlı deyiləm?

– Yox. Ona görə ki, boyunuz məndən balacadır.

– Təkcə buna görə?

– Bu əhəmiyyətlidir, hər halda mənim üçün. Səbəbini də soruşmayın. Doğrudur, mən bu

motivin zibil ərimin cavan qızı məndən üstün tutmasıyla eyni qəbildən olduğunu etiraf

edirəm. Məhəbbətdə günahsızlar yoxdur, yalnız qurbanlar var.

– Ancaq bu cür... meyarları nəzərə alsaq, bu, hesablı sevgiyə daha çox

oxşayır...

– Səhv edirsiniz. Burada heç bir hesabdan söhbət gedə bilməz, bütün insanlar öz

sevgilərində səmimi olurlar. Mənim ərim doğrudan o çölördəyinə vurulmuşdu. Yoxsa öz-

özünə deməmişdi ki, “arvadımın artıq qırx yaşı var, döşləri sallanır, kökəlib, artıq dərisi də

həminki deyil, ona görə də, onu daha yaxşı birisinə dəyişsəm, yaxşı olar”. Bu, mahiyyətcə,

elə belə də var, ancaq ərimin belə şey ağlına gəlməyib. Amma hər şey bunun ucbatından

baş verib. İnsan iş işdən keçəndən sonra təhlil etməyə, səbəbləri axtarmağa başlayır. Mən

yəqin ki, sizə pərəstiş edə bilər, biz çox yaxşı dost ola bilərdik, ancaq heç vaxt sizə sözün əsl

mənasında vurula bilməzdim. İnsanlardan niyə sevdiklərini bilmədiklərini eşidəndə

gülməyim gəlir. Onlar, sadəcə, bilmək istəmirlər, çünki qəlblərin bir-birini cəzb etməsindən




savayı psixoloji, sosial, genetik səbəblər də var... Məhəbbət, eşq şüurdan kənar bir şey kimi

qəbul olunsa da, dünyada ən rasional şeylərdir. İnsanı elə-belə, heç bir səbəb olmadan

sevdiyini demək çox asandır, onda səbəblərin ən ədalətli amillər olmadığını etiraf

etməmək də olar, axı  o,  kimin  nəyinə lazımdır,  elə deyil? Ərimdən  məni  niyə atıb,  o

gənc, seksual, gözəl bədənli, iri döşlü, sarışın gicbəsərin yanına getdiyini soruşanda cavab

verdi  ki:  “Bilmirəm, əzizim,  axı  insan niyə vurulduğunu bilmir, belə alındı, vəssalam”. Və

ən pisi də odur ki, o, yalan danışmır və həqiqətən, bu cəfəngiyata inanır. Bu həşərat

tamamilə səmimidir. Bilirsiniz, madam de Stal nə deyirdi: söhbət duyğulardan gedəndə

həqiqəti gizlətmək üçün yalan danışmaq lazım deyil. Ona görə də, bəli, mən şişirdirəm, ona

görə ki, mən... qocayam, artıq sıradan çıxmışam.

O, ağlaya-ağlaya nəsə deməyə davam etdi, şikayət etdiyinə görə, özünü məzəmmət etdi,

ərini və onun sevgilisini lənətlədi. Hətta Antuanın dərindən mütəəssir olaraq necə çıxdığını

da hiss etmədi.

Bir dəfə dərin ümidsizlik içində olduğu dəqiqələrdə öz-özünə dedi ki, bizi başımızı aşağı

salmağa məcbur edən həqiqətlərə inanmaq onları doğuran gerçəkliyin yedəyində

getməkdir: kim bədbəxt olmaq üçün səbəblər axtarırsa, onları mütləq tapacaq, çünki insan

axtardığını həmişə tapır. Və özü üçün belə

qət etdi ki, əzab verən hər cür həqiqət müəyyən mənəvi sistemi ehtiva edir, çünki

gerçəkliyin özü də özünəməxsus mənəvi sistemdir, bunun əksinə o öz sistemini yarada

bilər. Lakin nikah kontorundan çıxarkən bütün həyəcanına baxmayaraq, bunu xatırlaya

bilmədi. Daha dəqiqi, xatırlamağa ehtiyac duymadı, çünki iki bodrozak həbi udduğundan

ümidsiz qadının kabusu sərt həqiqətlərilə birlikdə öz-özünə uçub getdi. Antuan Rafiyə zəng

vurub, görüşü barədə məlumat verdi və ona qadın dostuna dəstək olmağı məsləhət gördü.

Söhbət zamanı üzərində buludsuz səmasını qaraltmağa hazır hansısa kölgə dolaşırdı, ancaq

günlərin bir-birini olduğu kimi təkrarladığı əvvəlki həyat rit- minə dönən kimi əriyib getdi.

Cəmiyyətlə harmoniyada yaşayan insanlar üçün ilin bir fəsli var ki, o da əbədi yaydır,

yatdıqları zamanlarda belə batmayan günəşin şüaları onların ağlını döyənək edir: onlar

qaranlığın mövcud olmadığı yuxular görürlər. Antuanın iyirmi beş illik həyatı yağışlı payız

fəsli olmuşdu; indisə gah qış, gah da payız və ya yaz olsa da, başında tamamilə yay havası

idi.


* * *

Sentyabr  gəldi.  Günəş  hələ qaynar  idi  və başları  üzərində küləklər  dolaşan insanların

üzünü sığallayırdı. Bir dəfə axşam Antuan televizorun qarşısında oturub, kanalları dəyişir və

müxtəlif əyləncəli verilişlərə baxırdı. Əslində, nəyə baxmağın onun üçün elə bir əhəmiyyəti

yox idi: o sadəcə televizorun, öz şüaları ilə onun şüurunun mağarasını dolduran və isidən

bu süni günəşin sakitləşdirici və rahatladıcı fəaliyyətinə ehtiyac duyurdu. O, pult əlində

oturub düymələri basırdı. Pultun yumşaq tüklü parçadan çexolu, toxunanda xoş səslə

miyovuldayan balaca motoru vardı. Elə bil, pult-pişik idi. Antuan onun tele- asılılığına haqq

qazandıran veriliş axtarırdı. Dörd bodrozak həbi qəbul etsə də, özünü yaxşı hiss etmirdi. Bir

neçə saat öncə işdən qayıdanda qapının altından bir  bağlama  tapmışdı.  Bu,  poçtla




göndərilmiş  kiçik  bir  banderol  idi;  o, Antuana heç bir şübhə doğurmamış və bağlamanı

açmaq üçün mətbəxə gətirmişdi.  Ancaq  kağızı  və yapışqanı  qoparanda  partlayış  dalğası

onu  elə vurub atdı ki, soyuducuya dəydi. Bir müddət yerindən tərpənə bilmədi və gözünü

qırpmadan içərisində Floberin məktublarının kiçik formatlı nəşri olan bağlamaya baxdı.

Ürək döyüntüsü tədricən keçdi. O, hönkürərək ağladı və xeyli müddət sakitləşə bilmədi, elə

bil, göz yaşları stolun üstündəki kitabın onun şüurunda yaratdığı görüntünü siləcək və ya

yanğını söndürəcəkdi. Kitaba toxunmağa cəsarət etmədi. Floberin yazışmaları yenidən

doğulana qədər Antuanın sevimli kitabı idi. Ona pərəstiş edir, düşüncələrində və

ümidsizliklərində tez-tez özünü görür, Floberin öz dövrünün çətinliklərini necə əzab-

əziyyətlə yaşadığını hiss edirdi. Bu kitabı yenidən görəndə, elə bil, zəhərli alma dişlədi və

zəhər dərhal etibarlı qorunduğunu düşündüyü beyninə işlədi. Terror aktının kim tərəfindən

törədildiyini dərhal anladı: əlbəttə, bunu əvvəlki dostları etmişdilər və onu yüngül

kontuziya ilə xilas edib, öz sıralarına qaytarmaq istəyirdilər. O, dinc həyatını pozmağı

təhdid edən bu bombaya qarşı

dura  bilmək  üçün  iradəsini  topladı.  Yoluxmadan  qorxaraq,  kitabı  mətbəx

masasının üzərində qoyub miyovuldayan pult əlində televizora baxmağa getdi.

Mənzil gecə rənginə boyandı. Ay kosmosun qara qumlu çimərliyində qızarmış mis kimi

parıldayırdı. Antuan inadla televizorun təpəgöz gözünə baxaraq özünü hipnoz etməyə

çalışdığı zaman birdən ekrana iri bir nizə sancıldı. Ekran qığılcım saçaraq qara tüstü

buraxdı, aparıcının səsi dalğalandı və hər şey bitdi. Antuan qəflətən döndü və pultu əlindən

saldı. Mənzilin heç bir yerində işıq yanmadığından o hücum edəni yaxşı seçə bilmirdi,

gördüyü yalnız qaranlıqdakı kişi silueti idi. Şükür tanrıya ki, yadplanetli deyil, Antuan

sakitləşərək düşündü. Təəccüblənərək dərk etdi ki, qorxmur, yəqin ki, bodrozakın güclü

təsirindən idi. İstədi ki, titrəsin, ancaq inandırıcı çıxmadı. Görkəmindən ortaboylu adi adam

idi, zərqanadlı-filanı olmadığı da açıq- aşkardır.

Küçədə fənərlər yandı. Artıq Antuan çağırılmamış qonağı yaxşı görürdü.

– Dani Brayn... – o pıçıldadı. – Siz Dani Braynsınız. Dani Brayn mənim mənzilimə soxulur...

Siz məni öldürmək istəyirsiniz? Siz manyaksınız?

Antuan əllinci illərdə ilişib qalmış bu müğənnini tanıdı, onun bəzi mahnıları xoşuna gəlirdi.

Hər şey aydın oldu: Dani Brayn Elvis Preslinin saç düzümündə, retro stilyaqa kostyumunda

və əsrin ortalarındakı mahnılarıyla əsil dəliydi. Dani Brayn gülürdü. O, sadə, qara kostyum,

sinəsinin düymələri açıq,  ağ  köynək  və qara  laklı  çəkmələr  geyinmişdi.  Serri  Li  Lyuis

21 də tamamilə bu cür geyinə bilərdi.

– Tapmadın,  tapmadın,  tapmadın!  Heç nəyi tapa bilmədin, Toni. Mən Dani Bryan

deyiləm, soyğunçu da deyiləm, heç muzdlu qatil də deyiləm. Məgər muzdlu qatillər belə

şıq kostyumlar geyirlər?

– Bilmirəm, ancaq normal adamlar da belə geyinməzlər. Siz Dani Braynsınız. Onun kimi

danışır, onun kimi gülürsünüz, saçlarınıza da onun kimi brialin vurmusunuz. Mən sizi

tanıdım.

– Yanılırsan, Toni: mən Dani Brayn deyiləm, onun ruhuyam.

– Məgər Dani Brayn ölüb?

– Yox.


– Onda necə onun ruhu ola bilərsiniz?

– Mən  yarımçıq  ruham.  Belə də olur.  Mən  Dani  brayn  yatanda  peyda oluram.




– Yaxşı görək!

– Qətiyyən zarafat etmirəm, Toni. Mənə toxunsana.

Dani  Brayn,  ya  da  onun  ruhu  çırtma  çalaraq,  bic-bic  gülərək,  sərbəst

addımlarla Antuana yaxınlaşdı.

– Başa düşdüm! – Antuan geri çəkilərək qışqırdı. – Siz saxtakarsınız.

– Mən saxtakaram?! – Dani güldü. – Mənə toxunsan, əlinin məni dəlib keçdiyini

görəcəksən.

Antuanın əli  doğrudan  da  Daninin  o  tərəfinə keçdi.  Bu,  Antuanı  çox

əyləndirdi.

– Yaxşı, bəsdir. Pəncələrini yığışdır! Sənin üçün oyuncaq deyiləm, Toni.

– Mənə Toni demə.

– Problem yoxdur, Tonio.

– Yaxşı, qoy Toni olsun, bu, daha az vahiməlidir.

– Oldu Toni! İndisə, sənin soyuducuna baxmaq olar?

Dani cavab gözləmədən mətbəxə doğru hərəkət etdi. Soyuducunun qapısını açdı və hər

şey işıqlandı. Antuan onun ardınca cumdu. Dani bir müddət açıq soyuducunun qarşısında

dayandı, ağzını ayırıb ərzaq bolluğuna tamaşa etdi, sonra diz çöküb ekstaz vəziyyətində

əllərini yuxarı qaldırdı. Ayağa qalxanda qucağını “Nutella”, paştet, kolbasa, pendir, blinlər

və başqa şeylərlə doldurdu. Götürdüyü qiymətli şeyləri mətbəx masasının üzərinə töküb,

hündür söykənəcəkli stulda oturdu və yeməyə başladı.

– Bəyəm  ruhlar  yemək  yeyirlər? – Antuan  onun  qarşısındakı  kətildə

oturub soruşdu.

– Gördüyün kimi, – ağzı paştetli blinlərlə və “Nutella” ilə dolu Dani cavab verdi. – Həm də

bizim bir üstünlüyümüz var: biz kökəlmirik. Bütün günü hamburger tıxıb, istənilən qədər

koka-kola içsək də, zərrə qədər kökəlmirik. Kabus olmaq super bir şeydir, dostum. Yeri

gəlmişkən, mənə kola verərsən?

– Qulaq asın, Dani, siz çox mehriban və cəlbedicisiniz, əla mahnılarınız var, ancaq sabah

səhər mən işə getməliyəm, ona görə bəlkə başqa bir adamı qorxutmağa gedəsiniz?

– Gedə bilmərəm, – yarım şüşə kolanı içib, durmadan gəyirən Dani cavab verdi.

– Mən tapşırıq almışam, ona görə buradayam.

– Mənim soyuducumu boşaltmaq barədə?

– Yox, ancaq bu mənim missiyamı daha da rövnəqləndirir.

– Xahiş edirəm, çeynəməyi bir dəqiqə dayandırın və ətrafa qırıntı tüpürmədən mənə

əməlli-başlı izah edin. Mənim qulluqçularım yoxdur, evimi özüm yığışdırıram.

– Sakit ol, Toni. Məni sənin qoruyucu mələyin təyin ediblər.

– Məni xolesterin artıqlığından qorumaq üçün? Sizi kim təyin edib?

– Yadımda deyil, mən bərk sərxoş idim. Ancaq mən ona görə buradayam ki, səni bu zibilin

içindən dartım çıxarım, – Dani əlini geniş hərəkət etdirərək mənzili göstərdi.

O, yenə gəyirdi və ərzaq qalağının içində eşələməyə başladı. Dani Braynın

ruhu onun orijinalı qədər kübar deyildi.

– Bu ki əladır, elə deyil? – Antuan istehzayla dedi.

– Əlbəttə, – Dani çips paketinə cumaraq razılaşdı. – Qısası, Toni, necə

yaşayırsan? Xoşbəxtsən?

– Belə deyə bilmərəm, ancaq bədbəxt də deyiləm.




– Xoşbəxt  də deyilsən,  bədbəxt  də?  Bu  ki  çox  pisdir!  Sən  çox  pis

yaşayırsan.

– Sağ olun. Çox nəzakətlisiniz. Məgər qoruyucu mələklər psixologiya üzrə

xüsusi hazırlıq keçmirlər?

– Nədənsə yox, birbaşa praktikada öyrənirik. Sən mənim ilkimsən, Toni, mənim “first one”

– 1.


– Fantastikdir, sadəcə, fantastik!

– Antuan yemək qırıntılarını və zibilləri yığışdırmağa başladı. Dani stolun üstündəki

qırıntıları   aralayaraq,   piroq   dilimlərini,   balıq   tikələrini   yağlı

kağızlara qarışdıraraq, nəhayət, axtardığını – Floberin yazışmalarının kiçik formatlı nəşrini

tapdı. Onu çırpıb üz qabığının yağını təmizlədi, vərəqləyib lazımi səhifəni tapdı və küncünü

qatladı.


– Budur. Səndə mikrofon var, Toni?

– Qonaq otağındadır, Dani, – ayaq üstə yuxulayan Antuan mızıldandı. – “Hi-fi” musiqi

mərkəzinin altında.

Mikki-Mauslu bankadan borucuq vasitəsilə qara kürü çəkən Dani qonaq otağına doğru

hərəkət etdi. Mikrofonu qutusundan çıxarıb ştativə bərkitdi və yandırdı. Kəskin çıqqıltı səsi

çıxdı.


– Mənim hitlərimdən ibarət albomu, zəhmət olmasa, verin, Toni.

– Məndə yoxdur. Məndə, ümumiyyətlə, sizin diskləriniz yoxdur.

– Eybi yoxdur, – Dani cibindən bir CD çıxararaq dedi, – mən hər ehtimala

qarşı ehtiyatımı görmüşəm. Sənin karaoke sistemin lap möcüzədir.

O, diski qoyub, hansısa düyməni basdı. O, sol əlində Floberin açıq kitabını tutmuşdu. O,

mikrofonu döyəclədi, “play” düyməsini basdı və kolonkalardan onun məşhur “Mənə daha

bir şans verin” mahnısının ilk sədaları yüksəldi. O, başını musiqinin ritminə uyğun olaraq

əsdirərək madmazel Leruaye de Şantepiyə ünvanlanmış 18 may 1857-ci il tarixli

məktubdan parçalar oxumağa və arabir əcaib səslər çıxarmağa başladı:

Səthi, məhdud, özündən müştəbeh və zirək insanlar hər şeydə mütləq həqiqət axtarırlar.

Onlar həyatın mənasını anlamaq istəyirlər, vau! Və onun sonsuzluğunu ölçmək istəyirlər,

amma! Onlar bir ovuc qumu ovuclarına, lya- lya, öz balaca miskin ovuclarına götürür və

okeana deyirlər:

“Mən sənin sahillərindəki qum dənələrini sayıram!” Amma! Amma qum dənəcikləri

barmaqlarım arasından süzülür, həm də saymaq da çox çəkir, ona görə də onlar dözməyib

ayaqlarıyla tapdalayırlar və ağlayırlar, bəli, ağlayırlar. Bilirsiniz, sahildə nə etmək lazımdır?

Ya diz çökmək, ya da gəzmək lazımdır, e- he! Gəzin. Gəz, Toni! Hə, gəz! Lya-lya, gəz, Toni-i!

Yumşaq  divana  batan  Antuan  özündən  asılı  olmadan  mahnının  xoş ritminə uydu.

Mətndən isə başı gicəlləndi. Divanın yastığını qucaqlayıb sıxdı. Dani son sözləri söyləyərkən

ona yaxın oturdu. Çiyinlərindən tutub, dostyana silkələdi:

– Bəsdir qəlizləşdirdin, Toni. Azca olması heç də pis deyil, ancaq gonbul Qustav doğru

deyir: sahildə gəz! Bəsdir axmaqlıq etdin, sən ki qızıl gənclik deyilsən, bu sənlik deyil. Hər

şeyi rədd elə getsin, öz axmaq Rafinə birlikdə, dostlarını axtar tap və öz həyatını özün qur.

Hə, özünə həyat qur, Toni.

– Lap mahnı kimi səslənir, – Antuan özünü gülümsəməyə məcbur edərək astadan dedi.

– Neyləyim, peşəmdən irəli gəlir, – Dani razılaşdı.




Gecə yavaş-yavaş çəkilirdi, artıq quşlar televiziya antenlərinin və elektrik borularının

budaqlarında tullanaraq civildəşirdilər. Dani ayağa qalxıb kostyumunu çırpdı.

– Mən getməliyəm. Gedim başqa zavallılara da kömək edim. Ancaq xilas olana qədər səni

nəzarətdə saxlayacağam. Sən hələ tam tükənməmisən, Toni. Bilirsən, Nitşe nə deyirdi? Ağıl

xam daydır, onu cilovlamağı bacarmaq, seçmə yulafla yemləmək, qaşovlamaq və bəzən

qamçılamaq lazımdır. Çao, Toni.

Dani Braynın ruhu qonaq otağından keçərək dəhlizin qaranlığında yoxa

çıxdı.


O, divanda yuxuya gedib, əsrlər qədər uzun görünən bir neçə saat yatdı.

Antuan kabusun peyda olmasından sonrakı bütün həftəni heç kəslə danışmadan fikirli

dolaşdı.  Rafiyə,  treyder yoldaşlarına əhəmiyyət vermədi, dəbdə olan meyxanalara

ənənəvi gedişlərə qatılmadı. Cümə günü işdən sonra evə getmək üçün taksi saxladı.

Üzərində əjdaha minmiş qadın təsviri olan qara furqon qıcırtıyla yanında saxladı. Sükan

arxasındakı adam əlindəki tapançanı Antuana tuşladı. Quldur Albert Eynşteynin

maskasında idi. Furqonun qapısı ağır-ağır kənara sürüşdü, içəridən çıxan daha iki Eynşteyn

Antuanın qollarından tutub maşına sürüdülər. O, heç müqavimət göstərməyə də cəhd

etmədi:   elə yorulub əldən   düşmüşdü   ki,   nəyəsə qarşı   çıxmağa   gücü qalmamışdı.

Eynşteynlər onun ağzına tıxac soxdular, gözlərini bağladılar, əl- ayağını sarıdılar. Antuan

onu hara apardıqlarını anlamağa cəhd etsə də, beş dəqiqədən sonra taqətdən düşdü. Kələ-

kötür yolla gedən, arabir əyləcə bas- dığından  onu  irəli  itələyən  furqonda  xeyli  müddət

silkələnəndən  sonra, nəhayət,  dayandılar.  Eynşteynlər  Antuanı  bayıra  çıxardılar.

Sentyabr axşamının havası isti və ipək kimi zərif idi. Antuanı harasa itələdilər, deyəsən,

giriş qapısına doğruydu. Kimsə onu bədəninin ortasından tutaraq qaldırdı və çiyninə atdı.

Bu vəziyyətdə bir neçə mərtəbə yuxarı qaldırdılar, başı hərləndiyindən neçə mərtəbə

olduğunu saya bilmədi. Kilid şıqqıldadı, qapı açıldı. Antuanı şappıltı ilə stula yıxıb, möhkəm

bağladılar. Sonra əllərini və ayaqlarını  azad  etdilər,  gözlərini  açdılar.  Ancaq  tıxacı

çıxarmadılar.  İlk saniyələr gözləri işığa çətinliklə uyğunlaşdı, ətrafdakı bir neçə insan

fiqurunu və pəncərəni yaxşı görməsə də, sezdi. Görmə qabiliyyəti qayıdanda qara geyimli

və Eynşteyn maskası taxmış dörd nəfəri seçə bildi. Onlar yarımdairə şəklində qarşısında lal-

dinməz dayanmışdılar. Onu hara gətirdiklərini anlamaq və nəsə tanış  bir əşya  görmək

ümidilə ətrafa  göz  gəzdirdi.  Ancaq  divarlara  və pəncərələrə ağ mələfələr çəkilmişdi.

Adam oğrularının başları üzərində yanan halogen  lampaları  onları  daha  iri  və heybətli

göstərirdi;  onların  nəhəng kölgələri döşəməyə sərilərək stula bağlanmış Antuanın üzərinə

düşürdü. Maskalardakı plastik qırışlar bu təzadlı işıqda daha da qorxunc görünür, çal saçlar

rəngsiz alova bürünmüş meşəli dağlar kimi parıldayırdı.

Onlar stulu Antuanla birgə qaldırıb, pəncərəyə doğru apardılar və arxası ona tərəf

döşəməyə qoydular. Yanına slaydlar üçün proyektor qoydular. Və qəribə ekzorsizm seansı

başladı.


Eynşteynlərdən biri üzərində “Şampon” mağazasının loqotipi olan polietilen  kisədən  on

dənə toyuq  başı  və ayağı  çıxarıb  stulun ətrafında döşəməyə düzdü, qanlı və lələkli

xoruz başını isə kəndirlə Antuanın boynundan asdı. Digər Eynşteyn qanla dolu butulkanı

götürüb Antuanın sifətini boyadı. Sonra dördü də Antuanın arxasına keçdi. İşıq söndü və

proyektor işləməyə başladı.



Proyektor bəşəriyyətin böyük kəşflərini və ixtiralarını, dahi alimlərin məşhur şəkillərini və

portretlərini göstərdikcə, Eynşteynlər sözləri ovsun kimi uzada-uzada tələffüz edərək xorla

xalq təbabətində müalicəvi hesab olunan və əqli letargiyadan sağalmada tətbiq olunan

mətni oxuyurdular. Dördünün də

əlində Dekartın “İlkin fəlsəfə haqqında düşüncələr” kitabının “Press yuniversiter fransez”

nəşriyyatının qırmızı seriyalı üz qabığında nəşr olunan bir  nüsxəsi  vardı,  elə bil,  dua

kitabı  tutmuşdular.  “İlk  düşüncəni”  olduqca ahəngdar, ucadan və aydın oxudular, eyni

zamanda mələfənin üzərində rəssamların və alimlərin, humanist xadimlərin və Simpsonlar

ailəsi üzvlərinin sifətləri bir-birini əvəz edirdi. Sonra Eynşteynlər Paskalın

“Düşüncələr”indən bəzi şeylər, Qrasianın və Burqundiya şərabı həvəskarının

“Şərhlər”indən müəy- yən fraqmentləri və Cerom K.Ceromun “Bir qayıqda üç nəfər”

kitabından ən gülməli yerləri oxudular.

Cin-şəyatinin qovulması prosesi saatdan bir az çox çəkdi. Nəhayət, proyektorun  çıqqıltısı

kəsildi.  Adam  oğrularının  təntənəli  reçitativi22 başa çatdı. Onlar işığı yandırdılar,

mebellərə və divarlara çəkdikləri mələfələri yığış- dırdılar. Antuan Montredəki mənzilini

tanıdı. Quldurlar maskalarını çıxar- dılar, Asın, Şarlottanın, Qancanın və Rodolfun tərli

sifətləri göründü. Onlar öz şoularından hədsiz razı qalmışdılar. Zavallı Antuan, nəhayət,

onu xilas etmələ- rini anlamaları üçün xeyli əl-qol atmalı oldu.

– Siz dəli olmusunuz? – o, xoruz başını ikrahla boynundan dartıb açaraq və özünü mümkün

qədər ələ almağa çalışaraq, təmkinlə soruşdu.

– Biz səni cadudan xilas etmək istəyirdik, – Qanca izahat verdi. – Sən yetərincə çürük bir

axmağa çevrilmisən.

– Mənim xalamın “Vudu” magiyasından bir az başı çıxır, – Şarlotta tez əlavə etdi, – o bizə

səni öz-özünü düçar etdiyin bəd cadulardan necə qurtarmağın yolunu öyrətdi.

– Biz  səni  xilas  etdik! – Rodolf  özünəməxsus  lovğalıqla  dedi. – Sən zombiyə

çevrilmişdin, biz səni bundan qurtardıq. Sağ ol de.

As  Antuanı  qucaqlayıb,  onu  geniş  və işıqlı  sinəsinə sıxdı.  Səkkizhecalı şeirlə onu

gördüyünə şad olduğunu bildirdi. Antuan əsəbiləşməkdən vaz keçdi: dostlarının niyyəti çox

xeyirxah idi. Bir az yöndəmsiz hərəkət etsələr də, az qala onu pəltəyə çevirsələr də, xilas

etmək istəmişdilər.

Antuan onlara xəbər verdi ki, – dostlarının onun ağlının başında olduğuna şübhə

etməmələri üçün Dani Braynın gecə gəlişini deməsə də, – artıq bir həftədir ki, həbləri içmir

və kontordan getməsini səmərəli təşkil etməyə çalışır: o, şirkətin kompüter şəbəkəsinə

virus buraxıb və həmin virus bazar ertəsi sövdələşmələr başlayanda dünya şəbəkəsinə

yayılacaq və dünya maliyyə bazarında əla bir xaos yaradacaq.

Onlar bu xoşbəxt gecənin qalanını Antuanın mənzilində sözügedən mələfələrin üzərində

sehrli meşənin ortasındakı palıd koğuşunda gecələyən uşaqlar kimi yatdılar.

Sonra onlar bir neçə günlük ayrılmadılar, durmadan danışılar, əyləndilər və Antuan dostları

ünsiyyətdən duyduğu unudulmuş sevinci yenidən hiss etdi: onların hamısının bir-birinə

ehtiyacı vardı və bir-birindən asılı olduqlarını hiss etmək hamısının xoşuna gəlirdi.

Bir səhər polis qapını tappatapla döydü. Antuanı həbs etdilər. Rafi yığdığı hansısa pullarla

İsveçrəyə qaça bildi. İsveçrəyə sürgünü ağır cəza hesab edən Ədliyyə Nazirliyi onun təhvil

verilməsini tələb etmədi. Tezliklə məhkəmə oldu. Antuan   bütün   pullarını   ona   kəsilən

cərimə üçün   ödəməli   oldu.   Bütün




mülkiyyəti – bir yığın bahalı-mənasız əşya, maşın, şəkillər müsadirə olundu, ancaq

Antuanın hərəkəti insan sağlamlığına ziyan vurmadığı və ölümə səbəb olmadığı üçün ona

cəmisi altı ay şərti cəza kəsdilər. Antuan bunu Rafidən canını qurtarması və dünya

birjalarına bir neçə milyard həcmində vurduğu ziyana görə aldığı ləzzətin müqabilində

məqbul hesab etdi.

21 Amerikan vokalisti, pianoçu, bəstəkar, 1956-cı ildə ilk sinqalını yazaraq,

70-ci illərdə dünya rokunun ulduzu olmuşdur.

22 Reçitativ – vokal musiqi əsərinin tərkibinə daxil olan danışıq; mahnı arasındakı danışıq

* * *

Sakit, payızqabağı bir səhər idi, ay başlayan günün işığında özünü saxlamağa çalışırdı.



Günəş hələ görünməsə də, təbiətin və şəhərin hər cizgisində sezilir, güllərin ləçəklərindən

sızır, köhnə fasadlarda, yatmaqdan doymamış insanların üzlərində əks olunurdu. Zamanın

gerçəkləşdirdiyi həyatverici holokost yalnız həssas gözlərin görəcəyi və dizaynı duyğularla

qurulan cənnət bağçaları yara- dır.

Həmin bazar günü Antuan səkkizə qalmış oyandı. Yuxu ilə oyaqlıq arasındakı reallıq

axınında kiminsə oxuduğunu eşitdi.

Antuan gərnəşərək, yataqdan qalxdı. Elektrik çaydanını yandırıb duş qəbul etdi. Çay

dəmlədi və bir müddət pəncərənin qarşısında dayanıb buğlanan yaşıl mayeyə tamaşa etdi.

Budaqdakı birəbitdən quşu elə bil fotoqrafa poza vermiş və Antuana nəyisə xatırlatmağa

çalışırdı; yay günəşi atmosferə fasiləsiz parlaq şüalar  buraxırdı.  Antuan  çaya

toxunmadan,  fincanı  pəncərənin  qarşısına qoydu və tez çıxdı.

O, maşınların və piyadaların arasıyla dolama gedərək, Montre parkına çatdı.  O  tələsir  və

cəld  addımlayırdı,  ayaqqabısının  bağları  açıq,  saçları pırtlaşıq idi. Bu vaxt park, demək

olar, boş idi: tənha qocalar və qarılar gəzişir, analar öz nəsil davamçılarını gəzdirir , böyük

şlyapalı bir qadın rəssam etüd qovluğu ilə birlikdə qazonun üzərində yerini rahatlamışdı.

Antuan dalğın halda hara getdiyini özü də bilmirdi, elə bil, bu sakit və yastı məkanda yolu

azmışdı. O, skamyada gümüş başlı əsasına söykənmiş qocanın yanında oturdu. Qocanın

başında qara lentli boz fetr şlyapa vardı; o, başını azca döndərib, Antuana çəpəki baxdı və

növbə çəkərkən yorulmuş gözətçi kimi baxışlarını yenə əvvəlki  istiqamətə yönəltdi.

Antuan da həmin tərəfə baxdı, amma əvvəlcə heç nə görmədi. Gözlərini qıyıb, diqqətlə

baxdı və qəflətən düz qarşısında bir qız peyda oldu. Qız Antuanı başdan-ayağa süzdü,

başını əydi, daha yaxşı baxmaq üçün bədənini də əydi, elə bil park heykəlinə baxırdı, sonra

əlini  uzatdı.  Antuanın  nəzakət  refleksi  işə düşdü  və qızın əlini  sıxdı.  Nəsə demək

istəyirdi ki, qız barmağını dodaqlarına qoydu və işarəylə ardınca gəlməsini xahiş etdi. Onlar

skamyadan aralandılar, qoca tək qaldı.

– Mən dostlarımı axtarıram, – o, düz Antuana baxıb dedi, sonra parka göz gəzdirdi.

– Onlar necə görünürlər.

– Eynilə sənin kimi olduqları istisna deyil. Mən səni skamyada oturan gördüm  və çox

maraqlandım,  düşündüm  ki,  bəlkə də,  mənim  dostlarım sırasına keçməyə etiraz

etməzsən. Görünüş etibarilə keyfiyyətlisən. Hətta yüksək keyfiyyətlisən.

– Yüksək keyfiyyətli... Elə bil ərzağam, vetçina-zadam.

– Yox, vetçina deyilsən, mən ət yemirəm.




– Bəs nə yeyirsən, dostlarını?

– Artıq mənim dostlarım yoxdur, xahiş edirəm, başa düş. Mən indi qəribə

bir şey dedim, güman edirəm ki, səbəbini soruşacaqsan.

– Agentim ssenarini mənə göndərməyi unudub. Yaxşı... niyə?

– Nə niyə? – qız inandırıcı təəccüblə soruşdu.

– Niyə artıq sənin dostun yoxdur?

– Onlar xarab olublar. Mən onların yararlılıq müddətinin məhdud olduğunu bilmirdim.

Bunu həmişə yoxlamaq lazımdır. Mənim sevimli dostlarım   qəflətən   xarab   olmağa

başladılar,   onları   yaşıl   ləkələr   basdı, görkəmləri bərbad hala düşdü. Danışdıqları üfunət

qoxumağa başladı...

– Bu təhlükəlidir, adam zəhərlənə bilər.

– Hə, salmonellyoza23 yoluxa bilər...

– Onları zibilliyə atdın?

– Yox, buna ehtiyac qalmadı onlar özləri debil həyata atıldılar.

– Çox sərt qızsan.

– Bağışla, amma sən mətni qarışdırırsan. Rola görə sən deməliydin: “Sən

əla qızsan”.

– Hələ yekunlaşmamış ssenariyə düzəlişlər ediblər.

– Mən həmişə hər şeydən sonuncu xəbər tuturam!

Qız qəflətən yerində donaraq, əlini alnına şappıldatdı. Birdən nəsə ağlına

gəlmiş kimi Antuana baxdı.

– Axı biz tanışlıq səhnəsini buraxdıq! Tanışlıq səhnəsini buraxdıq! Gərək hər şeyi yenidən

çəkək. Təzədən skamyaya qayıt...

– Qulaq as, – Antuan onun sözünü kəsdi, – bunu sonra da çəkmək olar.

Axı montaj var.

– Hə, sən haqlısan. Gəl bir az sakitcə gəzişək, sonra tanış olarıq. Motor! Onlar parkın ensiz

xiyabanından, çəmənliklərdən keçərək ağaclara, quşlara

baxdılar. İsti hava gözqamaşdırıcı dərəcədə parlaq idi, demək olar, qığılcım saçırdı.

Sentyabr  ayı  heç  belə olmamışdı:  o,  payızın  yaxında  olmasına əhəmiyyət vermir,

məğrur şəkildə, əyilmədən yayın son gücünü elə göstərirdi ki, sanki bu güc tükənməz idi.

– Ah, – qız qəfildən dedi, – mənim adım Klemansdır.

– Çox şadam, – o, sevincək cavab verdi. – Mənim adım da Antuandır.

– Səninlə tanış olmağıma şadam, – qız onun əlini sıxaraq qışqırdı və bir az susub, əlavə

etdi: – İndisə mənə çox gözəl dediyin yerdən davam edək.

– Mən sənin sərt olduğunu dedim.

– Sən çox ədalətsizsən. Məgər özün heç vaxt mühakimə yürütmürsən?

– Çalışıram, amma həmişə alınmır.

– Mənim  nəzəriyyəm  belədir  ki,  insanları  anlamaq  da  olar,  mühakimə

etmək   də,   biri   digərini   istisna   etmir.   Mühakimə etmək   bizim   üçün

özünümüdafiə üsuludur, çünki bizi başa düşmək istəyən kimdir? Başa düşmək istəyənləri

başa düşən kimdir?

– Lasener24 deyirdi  ki, əsl  katorqaçılar  mühakimə etməyə məhkum

olunanlardır.



– Yaxşı, oldu, biz məhkum olunmuşuq, – Klemans əlini yellədərək dedi. – Məni hamı daim

mühakimə edir, uşaqlıqdan bəri mənə hökm oxuyurlar. Mən yaxşı danışıram?

– Misal çək.

– İstənilən şeyi götürə bilərsən! Bütün cəmiyyət özü elə mənim üçün hökmdür də: iş,

təhsil, müasir musiqi, pul, siyasət, televiziya, top-modellər, maşınlar. Yaxşı misallardan biri

maşınlardır. Mən velosiped sürə, istədiyim yerdə gəzə, şəhərdə özümü sərbəst hiss edə

bilmirəm: maşınlar mənim azadlığıma qənim kəsiliblər. Onlardan həm də pis qoxu gəlir,

adamı vura bilərlər...

– Razıyam. Maşınlar sadəcə fəlakətdirlər.

– Onlar şirin pambıq aldılar. Burulmuş çəhrayı ipləri çimdiklərilə qıraraq

əllərində əzir, barmaqlarını və ağızlarını şirəyə batırırdılar.

– Başqa bir şey də var. Mənə elə gəlir ki, bütün insanlar sinfi və digər müxtəlifliklər istisna

olmaqla, həm də uşaqlıqda sinif yoldaşlarıgilə qonaqlığa gedənlərə və getməyənlərə

bölünürlər. Bu böyük bölgü kollecdən başlayaraq, sonra bütün ömür boyunca onları təqib

edir, sadəcə, yaş ötdükcə başqa şəkillərdə təzahür edir.

– Məni heç vaxt belə qonaqlıqlara dəvət etməyiblər.

– Məni də. Məndən qorxurdular, çünki həmişə düşündüyümü deyirdim, onlar   barədə isə

yaxşı   heç   nə düşünmürdüm.   Ümumiyyətlə,   onların hamısından zəhləm gedirdi! Nə

isə pis deyildi. İndisə, bizim necə əla insanlar olduğumuzu başa düşüb, heç bir şey olmamış

və hər şey unudulmuş kimi öz böyük məclislərinə bizi də dəvət etməyə başlayacaqlar.

Ancaq biz qətiyyən onlara getməyəcəyik.

– Getsək də, ancaq piroq və portağal tıxmağa gedərik.

– Və o sarsaqların təpəsinə beysbol ağacıyla vurmaq üçün, – Klemans bu hərəkəti necə

etdiyini göstərərək dedi.

– Və qolf ağacıyla nəfəslərini kəsərdik. Bu da özünəməxsusdur.

– Asan və təbii.

Yanaşı addımlayaraq və söhbət edə-edə parkdan çıxdılar. Klemans tullana- tullana çiçək

dərir, əllərini bir-birinə vuraraq quşları qorxudurdu. O, təxminən Antuanla eyni yaşda idi;

gah şitlik edir, gah da ciddiləşirdi, buqələmun kimi durmadan dəyişirdi. Birdən

sadəlövhcəsinə ucadan dedi:

– Niyə, niyə bizə kefimiz istəyəndə, kimsəni tənqid etməyə, axmaqlara axmaq deməyə

imkan vermirlər və əmin edirlər ki, guya biz qəzəbli və paxıl adamlarıq? Hamı özünü elə

aparır ki, guya insanlar bərabərdir, guya biz hamımız eyni dərəcədə varlıyıq, güclüyük,

gəncik, gözəlik, sağlam və xoşbəxtik, elə bil, dünyada yalnız kişilər yaşayır, həm də yekə

avtomobillərdə gəzən ağ dərili kişilər... Axı bu belə deyil! Ona görə də, mənim etiraz

etməyə, narazı qalmağa,   sutkada   iyirmi   dörd   saat   gic-gic gülməməyə,   alçaqlıq,   ya

da

ədalətsizliklə rastlaşanda susmamağa, hətta söyüş söyməyə tam haqqım var. Heç kəs bunu



mənə qadağan edə bilməz.

– Heç  kəs,  ancaq...  bu  yetərincə darıxdırıcıdır.  Bəlkə,  daha  maraqlı

məşğuliyyət tapaq?

– Elədir, sən haqlısan, – Klemans razılaşdı. – Layiq olmayan şeylərə enerji sərf etmək

səfehlikdir. Gücümüzü əylənmək üçün qoruyaq.

– Və sahildə gəzmək üçün.




– Sahildə gəzmək... Bu, hansısa mahnıdandır, hə?

Klemans kiçik bir motiv oxudu. Onlar səkiyə işləyən və işsiz adamların, tələbələrin,

təqaüdçülərin, uşaqların arasıyla irəlilədilər. Mağazalarda, çörəkçi- lərdə, banklarda

şəhərin qan sistemindəki qan kürəcikləri olan insanların vurnuxmaları bir anda da olsa

dayanmırdı. Bir maşın siqnal verərək sürətlə yanlarından keçdi. On metrdən sonra qırmızı

işıqda dayandı. Klemans Antuanın əlindən tutdu.

– Gözlərini yum, – o xahiş etdi. – Sənə sürpriz etmək istəyirəm.

Antuan tabe oldu. Yüngül və isti meh onların saçlarını qarışdırdı. Klemans Antuanın

dirsəyindən tutub apardı və maşın yoluna çıxartdı. Yüz metr aralıda sürətlə yaxınlaşan qara

bir maşın göründü.

– Budur, gözlərini aça bilərsən.

– Klemans üstümüzə maşın gəlir, – Antuan sakitcə dedi.

– Sən mənə inanacağına söz vermisən.

– Mən belə söz verməmişəm.

– Hə, bunu səndən xahiş etməyi unutmuşam. Mənə inan, yaxşı?

– Klemans maşın...

– And iç ki, mənə inanırsan və aciz adamlar kimi özünü məcbur etmə. Ən

başlıcası da, dartınma. Hə, and iç görüm!

– Yaxşı, and içirəm ki, yerimdən tərpənməyəcəyəm, mən... yerimdən tərpənməyəcəyəm...

Maşın   artıq   otuz   metrlikdəydi   və dəhşətlə guruldayırdı.   Antuan   və Klemans

tərpənmirdilər, yoldan keçənlər dayanıb onlara baxırdılar. Son anda Klemans Antuanın

qolundan dartdı və onlar səkiyə yıxıldılar. Avtomobil vəhşicəsinə böyürərək və dişlərini

ağardaraq yanlarından ötüb keçdi.

– Mən qəhrəmanam, mən sənin həyatını xilas etdim, – Klemans dedi. O, cəld ayağa qalxıb,

Antuana da kömək etdi. – Deməli, biz həmişəlik bir-birimizə bağlandıq. Artıq biz bir-

birimizə cavabdehik. Çinlilər kimi.

– Məncə, bu günlük emosiya yetər.

– Məgər sənin emosiya ilə bağlı limitin var?

– Elədir ki, var, əks halda dozanı aşacağam. Və demə ki, emosiyanın artıqlığı əladır, mən

adət etməmişəm, ona görə də ağır gəlir.

Şiddətli həyəcanlardan acıyan Antuan və Klemans As, Rodolf, Qanca, Şarlotta və onun

rəfiqəsi ilə birlikdə nahar etmək üçün “Qudmundsdottirə” gəldilər. Ancaq nahara hələ saat

yarım vardı, ona görə də Klemans qarabasma oyunu oynamağı təklif etdi. O, oyunun

qaydalarını izah etdi: onlar özlərini kabuslar kimi aparmalı, yəni kafelərdəki çətirlərin

altında oturan insanlara gözlərini zilləyərək baxmalı, küçələri və mağazaları dolaşmalı,

bayquş səsi çıxarmalı, bir sözlə, özlərini gözəgörünməz kimi təsəvvür edərək bu durumun

üstünlüklərindən istifadə etməliydilər. Klemans və Antuan əllərini qorxunc şəkildə yuxarı

qaldırıb,   zəncirləri   cingildədərək   Parisi   həyəcanlandırmağa getdilər.

23 kəskin bağırsaq infeksiyası

24 Öz adıyla kino tarixinə düşmüş məşhur cinayətkar



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə