ATU-da ana və uşaq sağlamlığına
dair seminar keçirildi
Azərbaycan Tibb Universitetində 2015-2016-cı tədris
ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın
vəziyyəti və imtahanların mütəşəkkil keçirilməsində
universitet kollektivinin vəzifələri müzakirə edildi
GÖRKƏMLİ
FİLOSOFUN 90 İLLİK
YUBİLEYİ QEYD OLUNDU
Qəzet 1933 -cü ildən çıxır. № 22 (1618) 31 dekabr 2015 - ci il Qiyməti 40 qəpik
5 İL
SAĞLIĞINIZIN
KEŞİYİNDƏ
BU SAYIMIZDA
3
2
4
4
Азярбайъан Тибб Университетинин ректорлуьу, Щямкарлар
Иттифагы Комитяси Университетин бцтцн ямяк дашларыны, о
ъцмлядян профессор-мцяллим щейятини вя тялябялярини
Дцнйа Азярбайъанлы ларынын Щямряйлийи Эцнц вя Йени ил
мцнасибятиля тябрик едирляр!
Dünya azərbaycanlılarına
Bütün soydaşlarımızın azərbaycançılıq ideologiyası
ətrafında sıx birləşərək mütəşəkkil qüvvəyə çevrilməsi
məsələsinə xüsusi diqqət yetirən ümummilli lider
Heydər Əliyev bu sahədə tarixi qərarlar qəbul
etmiş, xaricdə məskunlaşmış həmvətənlərimizin
hüquqlarının qorunmasına, diaspor quruculuğunun
geniş vüsət almasına yönələn əhəmiyyətli tədbirlər
həyata keçirmişdir. Aparılan məqsədyönlü siyasətin
nəticəsi olaraq, bu gün diaspor təşkilatlarımız
fəaliyyət
göstərdikləri
ölkələrdə
Azərbaycan
həqiqətlərinin təbliği, milli maraqlarımızın müdafiəsi
və respublikamızın digər dövlətlərlə qarşılıqlı faydalı
münasibətlərinin dərinləşməsi işinə öz töhfələrini
verirlər.
Hazırda davam edən qlobal maliyyə-iqtisadi
böhrana baxmayaraq, hamımızın doğma vətəni
olan Azərbaycan Respublikasında 2015-ci ildə də
sosial-iqtisadi artım dinamikası qorunub saxlanmış,
müxtəlif sahələri əhatə edən dövlət proqramları və
infrastruktur layihələri ardıcıl icra edilmişdir. Ölkəmiz
Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə bağlayan
nəhəng transmilli enerji-nəqliyyat layihələrinin həyata
keçirilməsində mühüm rol oynayır. İlin əvvəlində təməli
qoyulmuş TANAP layihəsi də daxil olmaqla, zəngin
qaz ehtiyatlarımızın dünya bazarlarına nəqli sahəsində
nəzərdə tutduğumuz planların gerçəkləşdirilməsi
Azərbaycanın etibarlı enerji təchizatçısı kimi beynəlxalq
aləmdəki rolunu daha da artıracaq, respublikamızın
gələcək inkişafı və xalqımızın rifahının yüksəldilməsi
yolunda yeni perspektivlər açacaqdır.
Bu il Azərbaycan böyük idman bayramına - Birinci
Avropa Oyunlarına ev sahibliyi etmişdir. Qitənin
50 ölkəsinin idmançılarının iştirakı ilə keçirilən bu
tədbir yüksək səviyyədə təşkil olunmuş, beynəlxalq
ictimaiyyətdə dövlətimizin potensialı, xalqımızın
çoxəsrlik tarixi və zəngin mədəniyyəti, qonaqpərvərliyi
və tolerantlıq ənənələri barədə müsbət təəssüratlar
yaratmışdır.
Son dövrlər dünyanın müxtəlif guşələrində hərbi-
siyasi münaqişələrin və iğtişaşların artmasına
baxmayaraq, Azərbaycanda mövcud olan ictimai-
siyasi sabitlik, hakimiyyət və xalq arasında etimad
mühiti daha da möhkəmlənmişdir. Noyabr ayında
demokratik və şəffaf şəraitdə keçirilmiş növbəti
parlament seçkiləri də cəmiyyətin nikbin əhval-
ruhiyyəsinin, xalqımızın aparılan siyasətə dərin
rəğbətinin parlaq təzahürü olmuşdur.
Təəssüflə qeyd etməliyəm ki, Ermənistanın təcavüzkar
siyasəti və qeyri-konstruktiv mövqeyi ucbatından
hələ də həllini tapmamış Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi hamımızı narahat edən
taleyüklü problem kimi qalır. Bu gün Azərbaycan
Respublikası güclü iqtisadiyyata və torpaqlarımızı
hər an işğalçılardan azad etməyə hazır olan qüdrətli
orduya malikdir. Lakin biz yenidən qan tökülməsinin
qarşısını almaq, regionda gərginliyi artırmamaq
məqsədilə münaqişənin beynəlxalq hüquq normaları
çərçivəsində dinc yolla ədalətli həllinə çalışırıq. Hesab
edirəm ki, bundan sonra da səylərimizi birləşdirməli,
işğal edilmiş ərazilərimizin azad edilməsi uğrunda
ardıcıl və məqsədyönlü iş aparmalıyıq. Bu sahədə
diaspor təşkilatlarımızın da üzərinə mühüm vəzifələr
düşür. Azərbaycanın suverenliyinin qorunması və
ərazi bütövlüyünün təmin edilməsinə öz həmrəyliyimiz
və birgə fəaliyyətimizlə sanballı töhfə vermək bizim
başlıca amalımız olmalıdır.
Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü
münasibəti ilə səmimi-qəlbdən təbrik edir, hər birinizə
xoşbəxtlik, firavanlıq və işlərinizdə uğurlar arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 dekabr 2015-ci il.
Əziz həmvətənlər!
Hörmətli soydaşlar!
Vətən təəssübkeşliyi, doğma yurda və milli-mənəvi dəyərlərə bağlılıq kimi nəcib hisslər aşılayan 31 Dekabr
– Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində sizi salamlayır, hər birinizə xoş arzu və diləklərimi
çatdırıram.
http://www.amu.edu.az
31 dekabr 2015-ci il
2
Bundan
sonra
iclasın
gündəliyini diqqətə çatdıran
prorektor “Azərbaycan Tibb
Universitetində 2015-2016-cı
tədris ilinin payız semestrinin
imtahan sessiyasına hazırlığın
vəziyyəti və imtahanların
mütəşəkkil keçirilməsində uni-
versitet kollektivinin vəzifə-
ləri” barədə hesabat məruzəsi
ilə çıxış etmək üçün sözü tədris
hissə müdiri, dosent Nəsimi
Qasımova verdi.
Yola saldığımız 2015-ci ilin
ölkəmizin həyatında yadda
qalan ictimai-siyasi və mədəni
hadisələrlə zəngin olduğunu
bildirən N.Qasımov təhsilin
keyfiyyətini yüksəltmək üçün
təhsil alanlar arasında rəqabət
mühiti yaratmaq, onların tədris
prosesində fəallığını artırmaq
və təhsilə marağını stimullaş-
dırmaq məqsədilə ölkə prezi-
denti möhtərəm İlham Əliyev
cənablarının 10 noyabr 2015-
ci il tarixli Sərəncamı ilə «Dok-
torantura, ali təhsil, orta ixti-
sas və ilk peşə ixtisas təhsili
müəssisələrinin tələbələrinə
və
şagirdlərinə
verilən
təqaüdlərin artılırması haqqın-
da» Azərbaycan Respublika-
sı Prezidentinin 2013-cü il 30
avqust tarixli Sərəncamında
dəyişikliklər edildiyini vurğu-
ladı: “Edilmiş dəyişikliklərə
əsasən qarşıdan gələn imta-
han sessiyasının nəticələrinə
görə ölkənin ali təhsil və orta
ixtisas təhsili müəssisələrində
əyani təhsil alan tələbələrə
dövlət büdcəsinin vəsaiti he-
sabına təqaüdlər dövlət sifari-
şi, dövlət hesabına və ödənişli
əsaslarla təhsil almalarından
asılı olmayaraq, ümumi orta
müvəffəqiyyət
göstəricisi
nəzə rə alınmaqla təyin oluna-
caqdır”.
N.Qasımov cari tədris ili-
nin keçən 4 ayı ərzində uni-
versitetdə tədrisin key fiyyətinin
metodiki cəhət dən yenidən qu-
rulması üçün xeyli işlər görüldü-
yünü dedi: “Kafedralar tədrisin
keyfiyyətini
yaxşılaşdırmaq
məqsədilə son informasiya
texnologiyaları ilə təmin olun-
muş, universitet klinikalarında
aparılan diaqnostik və müalicə
işlərinə tələbələrin, magistr,
rezident və doktorantların
daha yaxından cəlb olunma-
sı, yeni dərslik, dərs vəsaiti və
metodiki vəsaitin hazırlanma-
sı və çapı, professor-müəllim
heyətinin və tələbələrin sosial
həyatının yaxşılaşdırılması və
s. davam etdirilmişdir.
Universitetin əsaslı kitabxa-
nası əsaslı təmir olunmuş, 5
saylı tədris binasında sanitar
qovşağı və istilik sistemi tam
təmirdən çıxmış, 200 nəfərlik
mühazirə
zalı
tələbələrin
istifadəsinə verilmişdir. 1 saylı
şəhər xəstəxanasından tədris
bazası kimi istifadə edən
cərrahiyönümlü
kafedralar
universitetin klinikalarına kö-
çürülmüş, patoloji anatomiya
kafedrasının yeni patomorfoloji
laboratoriyası fəaliyyətə başla-
mışdır”.
Dekanlıqlar və ictimai təşki-
latlar tərəfindən bütün kafed-
ralarda vaxtaşırı reydlər ke-
çirildiyini,
professor-müəllim
heyətinin işə, tələbələrin isə
dərsə davamiyyətinin nəza-
rətdə saxlanıldığını söy ləyən
N.Qasımov bildirdi ki, cari dərs
ilində 13 tələbə universitetdən
öz arzusu ilə xaric olunmuş-
dur. Semestr boyu dərsə da-
vam etməyən və cari tədris ili
üçün qeydiyyatdan keçməyən
4 tələbə universitetdən xaric
olunacaqdır.
N.Qasımov hər semest-
rin sonuna bir ay qalmış
bütün
fakültələrin
kursla-
rı üzrə keçirilən istehsalat
müşavirələrində
qaldırılan
problemlərə də toxunaraq
qeyd etdi ki, tələbələr bir sıra
fənlər üzrə proqramın çox
yüklənməsindən,
ev
tap-
şırıqlarının
çoxluğundan,
fənnin
mənimsənilməsində
çətinlik yaradıldığından, ingi-
lis bölmələrində dərs deyən
müəllimlərin dil problemlərinin
olmasından,
5-10
dəqiqə
gecikənlərin dərsə buraxılma-
masından, tələbələrin gün-
dəlik
fəaliyyətinin
qiy mət-
lən dirilməsində
sorğuların
təli mata uyğun gəlmə mə sin-
dən, kompyuter siniflərinin
səmərəli
çalışmamasından,
ixtisas kafedralarında baca-
rıq və vərdişlərin öyrədilməsi
üçün laborator şəraitin lazımi
səviyyədə olmamasından , bir
sıra kafedralarda sərbəst ev
tapşırıqlarının qəbuluna qo-
yulan vaxt məhdudiyyətinin
qeyri-adekvatlığından,
nə
qədər yaxşı cavab versən
belə az balla qiymətləndirmə
aparılmasından, ingilis bölmə-
sində dərslərin səviy yəsinin
tələbələri qane etmə məsindən,
bəzi fənnlər üzrə proqramın
ona ayrılan kreditlərdən xeyli
ağır olmasından, mühazirələrin
maraqsız oxunmasından, rus
bölməsi üçün dərsliklərin azlı-
ğından şikayətlənirlər.
N.Qasımov diplomdanson-
rakı rezidenturada mütəxəssis
hazırlığının istər ölkə, istərsə
də universitetimiz üçün yeni,
çətin bir iş olduğunu diqqətə
çatdırdı: “Təhsilin bu pilləsində
tədrisə 2-ci dərəcəli bir iş kimi
baxmaq olmaz. Unutmayaq ki,
rezidentura təhsilindən sonra
məzunlarımız sərbəst həkim
kimi fəaliyyət göstərəcəklər.
Nəzərə alsaq ki, rezidenturada
təhsil respublikanın 30-dan çox
təhsil və tibb müəssisəsində
aparılır və bunların içərisində
Azərbaycan Tibb Universiteti
müsbət mənada çox fərqlənir.
Rezidenturada tədris apa-
ran kafedraların dərs yükü
hesablanaraq
onların
illik
dərs yükünə əlavə edilmiş,
bu da kafedraların ixtisar
problemlərinin müsbət həllinə
kömək etmişdir. Kafedralar da
öz növbəsində bu qurumda
tədrisi proqrama uyğun təşkil
etməli, dərs yükünü müəllimlər
arasında bölməli və icrasına
ciddi nəzarət etməlidirlər.
Universi tetdə təhsil alan xarici
ölkə vətəndaşlarının təhsilinin
təşki li məsələsi üzərində də
dayanan tədris hissə müdi-
ri xarici ölkə vətəndaşlarının
tələbə kontingentimizin önəmli
hissəsini təşkil etdiyini söylədi:
“Belə ki, 2015/2016-cı tədris
ilinin əvvəlindən universitetdə
22 ölkədən 616 tələbə, 162
dinləyici, 18 ixtisasartıran,
20 nəfərə yaxın rezident, 4
nəfər doktorant, cəmi 880
nəfər xarici vətəndaş təhsil
alır. Bu tələbələrdən İorda-
niya vətəndaşı olan 6 nəfəri
dövlət xətti ilə, 113 tələbə isə
Türkiyə Cumhuriyyəti Seçmə
və
Yerləşdirmə
Mərkəzi
(YÖK) yolu ilə təhsilini davam
etdirirlər”.
Digər məsələləri də şura
üzvlərinin diqqətinə çatdıran
N.Qasımov payız semestrinin
imtahan sessiyasının uğurla
keçəcəyinə əminliyini bildirdi.
ATU-nun Tədris Cərrahiyyə
Klinikasının direktoru, AMEA-
nın müxbir üzvü Nuru Bay-
ramov,
kafedra
müdirləri
Musa Qəniyev, Qayıbver di
İsgəndərov, İbrahim Əh mə-
dov və Virtual Test Mə r kə-
zinin rəhbəri Şahin Bayra-
mov hesabatı qənaətbəxş
qiymətləndirərək payız se-
mestrinin imtahan sessiya-
sına hazırlığın vəziyyəti ilə
bağlı fikirlərini və təkliflərini
şura üzvləri ilə bölüşdülər.
S.Əliyev
müzakirələrə
yekun vuraraq səslənən
fikirlərə münasibətini açıq-
ladı. Universitetin bütün
mərhələlərdə, o cümlədən
imtahan sessiyasına ha-
zırlıq
səviyyəsinin,
yəni
tələbələrin davamiyyəti, Pre-
zident təqaüdçüləri ilə bağlı
məsələlərin, tədrisin kəmiyyət
və keyfiyyət göstəricilərinin,
görülən
işlər
və
həllini
gözləyən
problemlərin
məruzədə çox ətraflı, ardıcıl
şəkildə əks olunduğunu dedi.
Kafedra müdirlərinin və im-
tahan komissiyası üzvlərinin
imtahanda iştirak etmələrinin
vacibliyinə
toxunan
pro-
rektor imtahana gəlməyən
mühazirə müəllimləri və ka-
fedra müdirlərinin tədris yükü,
konsultasiya yükünə yenidən
baxılacağını vurğuladı.
Tələbələrin il boyu biliyinə
verilən
keçid
ballarının
məqsədli şəkildə aşağı sa-
lınmasını kəskin tənqid edən
prorektor bir zamanlar orta
məktəblərin X-XI siniflərini
əhatə edən repititorluğun ar-
tıq universitetin VI kursuna
çatmasından təəssüfləndiyini
də bildirdi. Tələbələrə təqaüd
verilməsinin yeni qaydalarına
da aydınlıq gətirən S.Əliyev
qeyd etdi ki, təqaüdə düşən
tələbələrin miqdarında ar-
tım yoxdur, əvvəllər yalnız
ödənişsiz əsaslarla oxuyan
tələbələrə verilən təqaüdə
indi ödənişli əsaslarla oxu-
yan
tələbələr
də
ortaq
olacaqlar. Ona görə də
qiymətləndirmənin düzgün
aparılması olduqca zəruridir.
Aşağı kurslarda Prezident
təqaüdçülərinə il boyu verilən
balların 40 balı keçməməsinin
də sual doğurduğunu söyləyən
prorektor bildirdi ki, belə hal-
larda tələbə imtahandan hətta
50 bal toplasa da, Prezident
təqaüdünə düşmür, bu isə
doğru yanaşma deyil. Yazı-
lan testlərin mövcud tədris
proqramını əhatə etməsinə,
yuxarı kurslarda bacarıqla-
rın öyrədilməsinə və rezident
hazırlığının prioritetlərinə də
toxunan prorektor çıxışının
sonunda şura üzvlərini, univer-
sitet kollektivini qarşıdan gələn
Dünya
Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il
bayramı münasibətilə təbrik
etdi.
Böyük Elmi Şura həmişə
olduğu kimi müsabiqə məsə-
lələrini həll etməklə öz işini ye-
kunlaşdırdı.
Arif MƏMMƏDLİ
•
Böyük Elmi Şuranın dekabrın 28-də keçirilən növbəti yı-
ğıncağını açan universitetin rektor əvəzi, tədris işləri üzrə
prorektor, professor Sabir Əliyev gündəliyə keçməzdən
öncə uzun illər universitetimizə rəhbərlik etmiş akade-
mik Əhliman Əmiraslanovu Milli Məclisin üzvü və səhiyyə
komitəsinin sədri seçilməsi münasibətilə təbrik etdi. Uni-
versitetimizin 12-ci rektoru olmuş akademik Əhliman
Əmiraslanovun 23 il müddətində ölkəmizin yeganə ali
tibbi təhsil müəssisəsindəki müstəsna xidmətlərindən
danışdı. Universitetimizin prorektoru, professor Rafiq
Məmmədhəsənovu da Milli Məclisin və səhiyyə komitəsinin
üzvü seçilməsi münasibətilə təbrik edən S.Əliyev idman
kafedrasının müdiri, professor Kamal Kəbirlinskini isə
Prezident təqaüdünə layiq görülməsi münasibətilə təbrik
etdi. Növbəti təbrik II daxili xəstəliklər kafedrasının mü-
diri, professor Vəsadət Əzizova ünvanlandı. Yubilyara uni-
versitetin “Fəxri fərmanı” təqdim olundu.
Böyük Elmi Şurada
31 dekabr 2015-ci il
http://www.amu.edu.az
3
ATU-nun mətbuat xidməti
Dekabrın 22-də
ATU-nun Tədris Te-
rapevtik Klinikasında
müalicə olunan uşaq-
lar üçün yeni il şənliyi
təşkil olunub.
Şaxta baba və
Qarqızın iştirakı ilə
keçirilən şənlikdə ba-
lacalar həm əylənib, həm də
yarışıb. Sonda uşaqlara yeni il
hədiyyələri paylanılıb.
ATU-nun Tədris Terapevtik Klinikasında
müalicə olunan uşaqlar üçün yeni il şənliyi
D
ekabrın 18-də İsrail
Döv lətinin
Azər bay-
can dakı Səfiri Dan Stav və
mis siya rəhbərinin müavini
Arnir Rom ATU-nun qonağı
olub.
ATU-nun tədris işləri üzrə
prorektoru
Sabir
Əliyev
ATU-nun fəaliyyəti barədə
qonaqlara məlumat verdi.
Onun sözlərinə görə, bu ali
təhsil ocağı 1919–cu ildə
Bakı Dövlət Universitetinin
tərkibində fakültə kimi ya-
radılıb. 1930-cu ildən isə
müstəqil ali məktəb kimi
fəaliyyət göstərməyə baş-
layb: “Universitetimiz bu il
müstəqil universitet kimi 85
yaşını, fakültə kimi isə 96-cı
yaşını qeyd edib”. ATU-nun
professor-müəllim
heyəti
haqqında da məlumat verən
prorektor S.Əliyev bildirdi ki,
6 fakültəsi olan bu ali təhsil
ocağında 160-dan çox pro-
fessor, 320 dosent, 800-ə
yaxın elmlər namizədi və
ümumilikdə 1300 nəfər aka-
demik personal çalışır: “Ha-
zırda universitetdə 7000-
dən çox tələbə və rezident,
həmçinin 1000-dən çox xa-
rici ölkə vətəndaşları olan
tələbələr təhsil alırlar”.
Prorektor S.Əliyev həmçinin
ATU-nun nəzdindəki klinika-
lar barədə məlumat verdi.
İsrail
Dövlətinin
Azər-
baycandakı səfiri Dan Stav
öz
növbəsində
qonaq-
pərvərlik
üçün
təşəkkür
edə rək, burada olmaqdan
məm nunluğunu
bildirdi.
Qonaq gələcəkdə qarşı-
lıqlı əlaqələrin möhkəm-
lənməsi üçün əlindən gələni
edəcəyini dedi.
ATU-nun beynəlxalq əlaqə-
lər üzrə prorektoru Rəhimə
Qabulova İsrailin ali təhsil
müəssisələri ilə ATU ara-
sındaki əlaqələrdən da-
nışdı. O ATU-nun bir sıra
beynəlxalq layihələrdə yer
aldığını, tələbələrin qarşılıqlı
mübadilə proqramına qoşul-
duğunun da xatırlatdı.
Daha sonra ATU-nun xari-
ci tələbələrlə iş üzrə dekanı
İsmayıl Əfəndiyev hazırda
ATU-da 4 İsrailli tələbənin
təhsil
aldığını
bildirdi.O,
həmçinin xarici tələbələr,
onlar üçün yaradılan şərait
haqqında da geniş məlumat
verdi.
Görüşdə ATU-nun beynəl-
xalq əlaqələr üzrə şöbə mü-
diri Nadir Zeynalov da iştirak
edirdi.
İsrail səfiri ATU-da qonaq
oldu
Bu günlərdə Azərbaycan Tibb Universitetinin
(ATU)
Tədris
Cərrahiyyə
Klinikasında
«Ana və uşaqların sağlamlığı mövzusunda
maarifləndirici seminar keçirilib. Tədbir “Ana
və uşaqların yaxşılaşdırılmasına dair 2014-
2020-ci illər üçün Dövlət Proqramı»na əsasən
təşkil olunub.
S
eminar Səhiyyə Nazirliyi ilə BMT-
nin Uşaq Fondunun (UNİCEF)
Azərbaycan
nümayəndəliyinin
2015-ci il üçün nəzərdə tutulmuş Fəaliyyət
planına müvafiq keçirilib. Tədbirdə İctimai
Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən
“Diridoğulmanın
beynəlxalq
meyarla-
rının tətbiqi” ilə bağlı müxtəlif ölkələrin
təcrübəsinə dair məlumatlar səsləndirilib.
Azərbaycan üçün bir ilk olan bu əməliyyatın
gedişi haqqında Tədris Cərrahiyyə Klinika-
sının ürək-damar cərrahiyyəsi şöbəsinin
müdiri, uzman həkim Mirəli Məcidov
məlumat verib. Onun sözlərinə görə, 35
yaşlı qadın 3 il əvvəl aorta qapaq steno-
zu problemi ilə həkimlərə müraciət edib.
“Bu xanımda ürəyin aorta qapağının
protezləşdirilməsi əməliyyatı icra edildi,
mexaniki klapan yerləşdirildi. Əməliyyatdan
sonrakı dönəmdə hansısa bir problem ya-
ranmadı”.
Seminarda açılış nitqi ilə çıxış edən ATU
Tədris Cərrahiyyə Klinikasının direktoru,
professor Nuru Bayramov iştirakçıları sa-
lamlayaraq onlara tədbirin mövzusu ilə
bağlı ətraflı məlumat verib. Onun sözlərinə
görə, uşaq və yeniyetmələrin sağlamlığı ilə
bağlı məsələlər Azərbaycanda hər zaman
aktual olaraq qalmaqdadır.
“Bu məsələ dövlətimizin daim diqqət
mərkəzindədir. Bu istiqamətdə onlarla
qanun və qərar qəbul olunmuş, ölkə baş-
çısı cənab İlham Əliyev tərəfindən 2013
və 2014-cü illərdə iki çox önəmli sənəd-
“Uşaqların icbari dispanserizasiyası
haqqında” Azərbaycan Respublikası-
nın Qanunu, “Ana və uşaqların sağ-
lamlığının yaxşılaşdırılmasına dair
2014-2020-ci illər üçün Dövlət Proq-
ramı” təsdiq olunub”.
N.Bayramov qeyd edib ki, ana və
uşaqların sağlamlığının qorunma-
sı sahəsində çalışan həkim və orta
tibb işçilərinin davamlı tibbi təhsilinin
(təlimlərin və klinik təcrübələrin)
həyata
keçirilməsi,
tibbi
təhsil
sahəsində tədris proqramlarının di-
ridoğulmanın beynəlxalq meyarlarına
uyğun olaraq təkmilləşdirilməsi çox
vacibdir:
“Qarşıya qoyulan məqsədlərin re-
allaşdırılması, təlimlərin təşkili üçün
Tədris Cərrahiyyə Klinikasında həm klinik,
həm də tədris üçün şərait var. Tibb Uni-
versitetinin klinikası olaraq bu proqramın
şərtlərinin həyata keçirilməsində aktiv işti-
rak etməyə hazırıq”.
Tədbirdə daha sonra vurğulandı ki,
bütövlük də səhiyyə ilə bağlı qəbul edilmiş
10-dan çox Dövlət Proqramının hamısında
uşaqların sağlamlıq problemlərinə xüsu-
si yer ayrılıb. 2009-cu il Azərbaycanda
“Uşaq ili” elan olunub. Səhiyyə Nazirliyi-
nin apardığı ardıcıl və məqsədyönlü işlər
nəticəsində uşaq sağlamlığı ilə bağlı bir
çox nailiyyətlər əldə edilib.