Article · January 020 doi: 10. 25045/jpis v11. 07 Citations reads 462 author: Some of the authors of this publication are also working on these related projects


Hesablama  Texnikası  Assosiasiyası



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə5/16
tarix10.02.2022
ölçüsü0,66 Mb.
#52339
1   2   3   4   5   6   7   8   9   ...   16
PROQRAM MUHNDISLIYI STANDARTLARININ ANALIZI
84669-pet-vocabulary-list
Hesablama  Texnikası  Assosiasiyası  –  Association  for  Computing  Machinery  (ACM). 

Hesablama texnikası sahəsində ümumdünya elm və tədris təşkilatıdır [4]; 

 



Proqram  Mühəndisliyi  İnstitutu  –  Software  Engineering  Institute  (SEI).  Proqram 

təminatının  keyfiyyəti  və  onu  işləyən  təşkilatların  mükəmməlliyi  (kamilliyi)  üzrə 

standartları işləyir [5]; 

  Layihələrin  Menecmenti  İnstitutu  –  Project  Managment  Institute  (PMI).  Layihələrin 



menecmenti  üzrə  standartları  işləyir,  mütəxəssislərin  ixtisasının  artırılması  ilə  məşğul 

olur [6]; 

  Elektronika və Elektrotexnika üzrə Mühəndislər İnstitutu – Institute of Electrical and 



Electronics  Engineers  (IEEE).  Elektronika  və  hesablama  texnikası  sahəsində 

standartların hazırlanmasında böyük xidməti var [7]; 

Proqram mühəndisliyi üzrə əsas standartlar ISO və IEC birləşmiş birinci texniki komitəsinin 

7-ci altkomitəsi (ISO/IEC/JTC1/SC7 - Software and systems engineering) və ISO-nun keyfiyyətin 

idarə olunması və təmin edilməsi üzrə 176-cı texniki komitəsi (ISO TC176) tərəfindən işlənilir. 

ISO/IEC/JTC1/SC7  1987-ci  ildə  yaradılmışdır.  Sonradan  bu  komitədə  proqram  təminatının 

işlənilməsinin konkret sahələrini əhatə edən bir neçə işçi qrup yaradılmışdır [8]:  

  WG 2: Sistem proqram təminatının sənədləşməsi (System software documentation); 



  WG 4: Alətlər və ətraf mühit (Tools and environment); 

  WG  6:  Proqram  məhsulları  və  sistemlərinin  keyfiyyəti  (Software  Product  and  System 



Quality); 


İnformasiya cəmiyyəti problemləri, 2020, №1, 83–95 

 

www.jpis.az 



85 

  WG 7: Həyat dövrünün idarə edilməsi (Life cycle management); 



  WG  10:  Proqram  təminatının  həyat  dövrü  proseslərinin  qiymətləndirilməsi  (Process 



assessment); 

  WG  20:  Proqram  təminatı  və  sistemləri  üzrə  biliklər  və  ixtisaslaşma  (Software  and 



systems bodies of knowledge and professionalization); 

  WG 26: Proqram təminatının sınağı (Software testing). 



Bu komitə standartlaşdırma sahəsində əsasən aşağıdakı əsas istiqamətlər üzrə standartların 

işlənilməsini təmin edir:  

  Proqram mühəndisliyinin  prosesləri.  JTC1/SC7 komitəsi  Sisitem  Mühəndisliyi  Üzrə 

Beynəlxalq Şura (International Council of Systems Engineers –INCOSE), IEEE və digər 

təşkilatlarla birgə proqram sistemlərinin yaradılmasının qabaqcıl təcrübələrindən istifadə 

edərək standartlar işləyir

  Müəssisələrin arxitekturu. JTC1/SC7  Obyektlərin İdarə Edilməsi üzrə Qrup (Object 

Management  Group  –  OMG)  ilə  birgə  açıq  paylanmış  emal  (Open  Distributed 

Processing – ODP) standartlarını işləyirlər; 

  Proqram mühəndisliyi üzrə biliklər toplusu və sertifikatlaşdırma. JTC1/SC7 komitəsi 

IEEE  ilə  birgə  SWEBOK  (Software  Engineering  Body  of  Knowledge)  və  proqram 

mühəndislərinin sertifikatlaşdırılması üzərində işləyir. 

Proqram təminatının keyfiyyətinin idarə və təmin edilməsi sistemlərinin standartları 176-cı 

texniki komitə tərəfindən işlənilir. 

Milli standartları işləyən təşkilatlar beynəlxalq standartlardan bir bünövrə kimi istifadə edə 

bilərAzərbaycanda İKT-nin inkişafına təkan vermək məqsədilə beynəlxalq tələb və tövsiyələrə 

uyğun  milli  standartların  hazırlanması,  ekspertizası,  razılaşdırılıması  və  onlardan  istifadənin 

səmərəliliyinin  artırılması  ilə  bağlı  işlər  Rabitə  və  Yüksək  Texnologiyalar  Nazirliyinin  və 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə əmri ilə yaradılan və 2008-

ci  ilin  avqustundan  fəaliyyət  göstərən  Standartlaşdırma  üzrə  “İnformasiya-kommunikasiya 

texnologiyaları” Texniki Komitəsi (TK 05) tərəfindən həyata keçirilir [9]. 


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə