Article · January 020 doi: 10. 25045/jpis v11. 07 Citations reads 462 author: Some of the authors of this publication are also working on these related projects



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə3/16
tarix10.02.2022
ölçüsü0,66 Mb.
#52339
1   2   3   4   5   6   7   8   9   ...   16
PROQRAM MUHNDISLIYI STANDARTLARININ ANALIZI
84669-pet-vocabulary-list
Açar  sözlər:  proqram  mühəndisliyi,  standartlar,  keyfiyyətin  idarə  olunması,  standartların 

profilləri, tədris standartları. 

Giriş 

Kompüterlərin  inkişaf  tarixi  ərzində  proqram  təminatının  istehsal  prosesi  əhəmiyyətli 

dərəcədə  dəyişmişdir.  Proqramlaşdırma  insandan  yaradıcı  düşüncə,  xüsusi  məharət  tələb  edən 

intellektual fəaliyyət növündən kütləvi istehsala qədər inkişaf edərək proqram təminatının istehsalı 

sənayesinə çevrilmişdir.  

Müasir proqram komplekslərinin mürəkkəbliyi, ölçüləri və yerinə yetirdikləri funksiyaların 

məsuliyyəti  sürətlə  artır,  onlar  nəqliyyat,  maliyyə,  təhsil,  səhiyyə,  hüquqi,  hərbi,  biznes  

sektorlarında və digər sahələrdə tətbiq edilir. Proqram təminatının funksiyalarının, ölçüsünün və 

qiymətinin  artması  ilə  yanaşı,  proqram  mühəndisliyini  dəstəkləyən  metodlar,  modellər,  alətlər, 

metrikalar  da  inkişaf  edir.  Sifarişçilərin  və  istifadəçilərin  proqram  təminatının  keyfiyyətinə  və 

istifadəsinin  təhlükəsizliyinə  olan  tələbləri  də  durmadan  artır.  Üçüncü  minilliyin  başlanğıcında 

informasiya təhlükəsizliyi öz əhəmiyyətinə görə milli təhlükəsizlik sistemində önə çıxır. Belə ki, 

artıq  informasiya  bəşəriyyətin  ən  qiymətli  resursuna  çevrilib  və  elmdə,  təhsildə,  idarəetmədə, 

iqtisadiyyatda,  biznesdə,  cəmiyyətdə  bütün  mütərəqqi  yeniliklər,  əhəmiyyətli  hadisələr 

informasiya  və  bilik  istehsalı  ilə  bağlıdır.  İnformasiya  cəmiyyətində  insan  fəaliyyətinin  bütün 

sferaları  informasiya  fəzasına  daşınır,  informasiya  prosesləri  sosial,  siyasi,  hüquqi,  iqtisadi, 

psixoloji, kulturoloji və digər münasibətləri də əhatə edir [1]. İnformasiya təhlükəsizliyini təmin 

etməyin  yollarından  biri  də  proqram  təminatının  işlənilməsi  zamanı  onun  normativ  bazasının 




İnformasiya cəmiyyəti problemləri, 2020, №1, 83–95 

 

84 



www.jpis.az 

reqlamentləşdirilməsi və standartlaşdırılmasından ibarətdir. 

Proqram sənayesinin sürətlə inkişaf etməsi proqram təminatının işlənilmə prosesinin daha 

da dinamik və innovativ olmasını tələb edir. Lakin proqram sistemlərinin texniki tapşırıqlarında 

və həyata keçirilmiş layihələrin sənədlərində proqram təminatının keyfiyyəti anlayışı, əhəmiyyəti, 

onların  hansı  xarakteristikalarla  təsvir  olunması,  necə  ölçülməsi  və  tətbiq  edilən  yeniliklər 

göstərilmir.  Proqram  təminatının  göstəricilərinin  müqavilədə,  texniki  tapşırıqda  və  ya 

spesifikasiyalarda  əks  olunmuş  tələblərlə  necə  müqayisə  edilməli  olması  haqqında  məlumatlar 

kifayət  qədər  formalaşdırılmır  və  ya  bu  haqda  ümumiyyətlə  danışılmır.  Məhz  bu  səbəbdən 

proqram təminatının işlənilməsi zamanı standartların tətbiqinə olan  tələbat getdikcə artır [2]..  

Hal-hazırda  proqram  komplekslərinin  işlənilməsi,  tətbiq  edilməsi,  istismarı  və 

təkmilləşdirilməsi üçün proseslərin, texnologiyaların, metod və vasitələrin reqlamentləşdirilməsi 

və standartlaşdırılması aktual məsələlərdən biridir. Dünya və  yerli təcrübədən istifadə etmədən 

kompüter texnologiyalarının və proqram təminatının inkişafı mümkün deyil.  




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə