AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
1
AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
1
Bu kitabı gözünün nurunu elm nuruna çevirənlərə -
Azərbaycan alimlərinə ithaf edirəm!
Əsl insanlara, əsl alimlərə sağlığında dəyər verək!
Hörmətlə:
MAYIL B. ƏSGƏROV
LİNQVO-PSİXOLOJİ
VƏHDƏT
NƏZƏRİYYƏSİ
“Elm və təhsil”
Bakı, 2015
AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
2
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına
Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunur
Elmi redaktor:
filologiya elmlər doktoru,
professor Q.Ş.Kazımov
Rəyçilər: filologiya elmlər doktoru, professor H.M.Zərbəliyev
psixologiya elmlər doktoru, professor R.İ.Əliyev
filologiya elmlər doktoru, professor B.C.Cəfərova
Korrektorlar:
fəlsəfə doktoru, dosent G.İ.Hüseynova
fəlsəfə doktoru G.S.Həsənova
Kompüter operatoru və dezayner:
J.M.Əsgərzadə
Mayıl B. Əsgərov. Linqvo-psixoloji vəhdət nəzəriyyəsi.
Bakı, “Elm və təhsil”, 2015 – 192 səhifə.
Bu tədqiqatda dilçilik və psixologiya elmlərinin qovşağında
yaranan, yeni bir istiqamətin əsasını qoyan “Linqvo-psixoloji
vəhdət nəzəriyyəsi”nin tam elmi şərhi verilir. Təqdim edilən
nəzəriyyənin tətbiqi ilə bütün səviyyələrdən olan dil vahidləri,
o cümlədən, söz və forma, nitq və söyləm linqvo-psixoloji
baxımdan təhlil edilir. Dərketmə və təfəkkür proseslərinin dil
sistemində, eləcə də, dil sistemini əmələ gətirən vahidlərin
dərketmə və təfəkkür proseslərində əks olunmasına əsaslanan
qarşılıqlı vəhdətin mahiyyəti izah olunur.
4602000000-221 qrifli nəşr
N098 - 2015
© Mayıl B. Əsgərov, 2015
AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
3
MÜNDƏRİCAT
REDAKTORDAN
4
RƏYCİLƏRDƏN
Filologiya elmlər doktoru, professor H.Zərbəliyev
“İntellekt obrazlari” dəketmə və təfəkkür prosesləri-
nin realizasiya vasitəsi kimi
6
Psixologiya elmlər doktoru, professor R.Əliyev
Linqvistika və psixologiyanın qovşağında yaranan
yeni elmi istiqamət
15
Filologiya elmlər doktoru, professor B.Cəfərova
Dilçilik elmində yeni nəzəriyyə
21
GĠRĠġ: Linqvo-psixoloji vəhdət nəzəriyyəsinin adı
haqqında bir neçə söz
27
FƏSĠL 1. Linqvo-psixoloji vəhdət nəzəriyyəsinin
mahiyyəti
36
Gerçəklik elementi
45
İntellekt obrazı
49
Dərketmə
56
Düşünərək dərketmə
73
Nəzəriyyənin əsasları
90
FƏSĠL 2. Linqvo-psixoloji vəhdət nəzəriyyəsinin dil
sistemindəki yeri
95
Sözün yaranması
96
Sözün qavranılması
113
Söyləmin yaranması
123
Söyləmin qavranılması
132
Dil aktiv sistem kimi
150
NƏTĠCƏ-REZÜME
166
ƏDƏBĠYYAT SĠYAHISI
184
AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
4
REDAKTORDAN
“Linqvo-psixoloji vəhdət nəzəriyyəsi” adlı bu əsər ilk
növbədə mövzusunun yeniliyi, problemin aktuallığı ilə diqqəti
cəlb edir. Müəllif ümumi dilçiliklə bağlı maraqlı mövzu üzə-
rində işləmiş, ona yeni elmi-metodoloji baxımdan yanaşmışdır.
Dil və nitq məsələləri bütün tarix boyu insanı düşün-
dürmüşdür. Məsələnin dini dünyagörüşlə bağlı izahı ilə yanaşı,
həqiqi elmi izahı barədə də tarixən çox müxtəlif təmayüllər
yaranmış, müxtəlif elmi konsepsiyalar meydana çıxmışdır.
İnsan, hər şeydən əvvəl, bioloji və eyni zamanda sosial-psixo-
loji varlıq olduğundan mövzunun tədqiqi ilə bağlı müxtəlif elm
sahələri işə qarışmış, xüsusilə psixoloqlar bu sahədə böyük
fəallıq göstərmişlər. Dil öyrənildikcə, dərinə gedildikcə insanı
yeni müəmmalarla qarşılaşdıran bir orqanizmdir. Odur ki
V.Humbolt kimi nəhəng alimlər dili ruhi aləmlə bağlamışlar.
Lakin heç şübhəsiz, dil həqiqi bioloji və sosial varlıq olan insa-
nın təfəkkürünün, ümumi inkişafının məhsuludur.
Fəlsəfə doktoru Mayıl Əsgərov da dilə realist mövqedən
yanaşmış, dili əmələ gətirən bütün vahidlərin, o cümlədən də
nitqin yaranması, qavranılması məsələlərini yeni nəzəriyyə
əsasında izah etmişdir.
Əvvəlki psixolinqvistik məktəb və istiqamətlərdən fərqli
olaraq M.Əsgərov sadəcə nitqin deyil, eyni zamanda sözün,
formanın, ümumiyyətlə dil sisteminin yaranma və mənimsə-
nilmə mexanizmini öyrənməyə cəhd edir. Odur ki, təbii olaraq,
mövcud problemlə məşğul olmuş alimlərin fikir və mülahizə-
lərini diqqətlə araşdırmış, bu sahə ilə məşğul olmuş bihe-
viorizm, neobiheviorizm, nitq fəaliyyəti nəzəriyyəsi, konnek-
sionist psixolinqvistika, koqnitiv psixolinqvistika kimi konsep-
siya və nəzəriyyələri təhlil edərək, “Linqvo-psixoloji vəhdət
nəzəriyyəsi” adlı yeni bir nəzəriyyə irəli sürmüşdür.
AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
5
Məlumdur ki, nə təkcə psixologiya, nə də təkcə dilçilik
elminə aid olan heç bir nəzəriyyə təkbaşına olaraq nitq və dərk-
etmə, dil və təfəkkür arasındakı qarşılıqlı əlaqələri sistemli
şəkildə şərh edə bilməzdi. Odur ki bütün hallarda problem
müxtəlif elmlərin kəsişməsində müəyyənləşə bilir. Doğrudur,
nitqin yaranması və qavranılması məsələləri daim psixo-
linqvistləri maraqlandırmışdır. Lakin müəllifə görə, əvvəlki
bütün nəzəriyyə və konsepsiyalar yalnız “nitq necə yaranır və
necə dərk olunur»” – suallarına cavab verir, nəticədə
bütövlükdə nitqin daxili vahidləri unudulmuş olur.
Problemin linqivistika ilə psixologiyanın vəhdətində
şərhi onun hərtərəfli tədqiqinə imkan verir. Müəllif öz nəzəriy-
yəsinin əsas xüsusiyyətlərini, fərqli cəhətlərini izah edərək
yazır: «Tərəfimizdən irəli sürülən bu nəzəriyyə həm ayrıca
götürülmüş sözün və ya formanın, həm söyləmin və ya nitqin
yaranma və mənimsənilmə mexanizmini, həm də ümumilikdə
dil sisteminin mahiyyətini izah etməyə imkan verir» (s.33).
Əsər giriş və iki fəsildən ibarətdir. “Giriş”də müəllif
“Linqvo-psixoloji vəhdət nəzəriyyəsi”nin adı ilə bağlı izahatlar
vermiş, bu nəzəriyyənin nə üçün məhz belə adlanmasının
səbəblərini məntiqi şəkildə əsaslandırmışdır.
İlk fəsil linqvo-psixoloji vəhdət nəzəriyyəsinin mahiy-
yətinin izahından başlayır. Təbii ki, sözün və formanın, nitqin
və söyləmin yaranma və dərk olunmasının bir sıra mərhələləri
vardır və onların izahında müəllif tam real istiqamət götürmüş-
dür. Mərhələləri müəllif belə müəyyənləşdirmişdir: gerçəklik
elementi (ətraf aləmlə bağlı dərk olunan şeylər, hadisələr) –
intellekt obrazı ( insanın hiss orqanları vasitəsilə obyektiv
aləm və onun vahidləri ilə vizual, vokal, friktual, tastual,
attaral təmas nəticəsində hər bir gerçəklik elementlərinə
ekvivalent olan intellekt obrazı) - dərketmə (intellekt obrazının
əmələ gəlməsi nəticəsində yaranan iki elementli intellekt kodu-
nun əsas yaddaşa qeydi).
AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
6
Müəllif yazır: “İnsan digər canlılardan onunla fərqlənir
ki, sadəcə obyektiv aləmdə var olan və hiss orqanlarına təsir
göstərən gerçəklik vahidlərini dərk etmir, eyni zamanda öz
şüuru vasitəsilə təbiətdə hazır şəkildə mövcud olmayan yeni
gerçəklik vahidləri yaratmağa və onları da dərk etməyə
qadirdir. Belə gerçəklik vahidlərini yaradarkən insan əvvəl
dərk etmiş olduğu gerçəklik elementlərindən bir mənbə kimi,
özünün düşüncə, təfəkkür imkan və qabiliyyətlərindən isə bir
vasitə kimi istifadə edir. Bu cür dərketməyə bizim tədqiqat
çərçivəsində düşünərək dərketmə və ya sinktual dərketmə
deyilir” (s.172).
İkinci fəsildə müəllif, öz ideyalarına müvafiq olaraq,
sözün və nitqin yaranması və qavranılması məsələlərinə keç-
miş, dil aktiv sistem kimi təhlil edilmişdir. İnsan informasiya
mübadiləsini nitq və ya söyləm, yaxud söyləmlər birliyi –
sintaktik bütövlər vasitəsilə qurur. İnformasiya mübadiləsinə
xidmət edən kommunikativ nitq və ya söyləm dərketmə aktının
dördüncü fazasında ardıcıl şəkildə cərəyan edən dörd pillə
nəticəsində yaranır, vizual və ya vokal dərketmənin birinci
yarımaktında mənimsənilərək dərk olunur. Bunların barəsində
oxucu əsərdən ətraflı məlumat ala biləcəkdir.
Psixolinqvistikanın aktual problemlərinə
həsr olunmuş
bu
əsər zəngin rus və Avropa elmi ədəbiyyatının tədqiqi və
təhlili əsasında yazılmışdır. Kitabda bir sıra görkəmli alimlərin
əsər haqqında rəyləri və sonda xülasələr verilmişdir.
Bu monoqrafiyada sxemlərdən, şəkillərdən, faktiki nü-
munələrdən geniş şəkildə istifadə edildiyinə görə dilçilik el-
mimizlə yanaşı, kütləvi oxucular üçün də maraqlı olacaqdır.
Qəzənfər Kazımov
AMEA Dilçilik İnstitutunun baş elmi işçisi
filologiya elmlər doktoru, professor
AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
7
RƏYÇĠLƏRDƏN
“ĠNTELLEKT OBRAZLARI” DƏRKETMƏ VƏ
TƏFƏKKÜR PROSESLƏRĠNĠN REALĠZASĠYA VASĠTƏSĠ
KĠMĠ
Linqvistikada strukturalizmin aparıcı linqvistik nəzəriyyə,
psixologiyada isə biheviorizmin aparıcı istiqamət hesab olunduğu
bir dövrdə – 1951-ci ildə linqvist və psixoloqlar səyləri birləş-
dirmək məqsədilə Amerikanın Kornell Universitetində toplaşıb
Linqvistika və psixologiya üzrə Komitə yaratdılar. Lakin bundan
sonra səylərin birləşdirilməsi üçün heç bir iş görülmədiyindən
psixoloq və linqvistlər fəaliyyətlərini əvvəlki kimi ayrı-ayrılıqda
davam etdirməli oldular.
Psixolinqvistikada linqvistika dövrü N.Xomskinin transfor-
masion-generativ qrammatikasının güclü inkişafı ilə başlandı.
Transformasion-generativ qrammatikanın “linqvistik nəzəriyyənin
əsasında nitq fəaliyyəti deyil, dil kompetensiyası durmalıdır”
müddəasını əsas tutaraq psixolinqvistlər nitqyaratma problemini
kənara qoymaqla əsas diqqəti dilin başa düşülməsinə yönəltdilər.
Psixolinqvistikanın inkişafının koqnitiv dövrü dilin digər
fundamental koqnitiv proseslər arasında yerinin müəyyənləş-
dirilməsi cəhdləri ilə başlandı. Predmeti dil və nitqin psixoloji
aspektlərini öyrənmək olan psixolinqvistika psixologiya ilə
linqvistikanın kəsişmə nöqtəsində yaranmışdır. Bu psixoloji as-
pektləri ən ümumi şəkildə nitqin yaradılması və qavranması, dilin
başa düşülməsi və mənimsənməsinə ayırmaq olar.
Nitqin yaradılmasını öyrənərkən tədqiqatçı “insanlar dediklə-
rini nə üçün və necə deyir” sualına cavab axtarır. Bu məsələ
nitqin qavranması – akustik siqnalların qavranan fonemlərin
mental təsəvvürlərinə çevrilməsi prosesi ilə sıx bağlıdır.
Nitqyaratmanın öyrənilməsinin mühüm vasitəsi nitq yan-
lışlıqlarıdır, çünki onlar insanların öz nitq fəaliyyətində istifadə
etdikləri dil qaydalarını əks etdirir.
AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
8
Dilin başa düşülməsi prosesinin öyrənilməsi “nitqi dinləyərkən
insanlar nə edirlər?”, “dil informasiyası necə saxlanır?” sualına
cavab verməyə yönəlmişdir. Morfofonoloji səviyyədə nitq
siqnalının akustik xarakteristikaları mental leksikonda
1
sözlərin
axtarılması üçün zəruri olan təsəvvürlərə çevrilməlidir. Bundan
sonra tanınmış sözlər cümlənin sintaktik analizi mərhələsinə daxil
olur və sonda nitqin semantik interpretasiyasını müəyyənləşdirir.
Cümlənin sintaktik analizinin psixolinqvistik modelləri üçün
mərkəzi problem insanların cümlənin strukturunu təqdim etmək
üçün sözləri sintaktik ağacda necə birləşdirmələri məsələsidir.
Sintaktik analizi xarakterizə edən analitik əməliyyatların tədqiqi
zamanı ən əlverişli material sintaktik cəhətdən çoxmənalı
cümlələrdir.
Sintaktik analiz komponentinin yerini müxtəlif şəkildə müəy-
yənləşdirən iki əsas istiqamət mövcuddur: modulyar və qarşılıqlı
asılılıq. Modulyar istiqamətin tərəfdarları hesab edirlər ki, dili ba-
şa düşmə aparatı öz funksiyalarını bir-birindən asılı olmadan ciddi
ardıcıllıqla həyata keçirən modullardan ibarətdir. Bu zaman
cümlənin sintaktik analizi semantik analizdən əvvəl baş verir.
Qarşılıqlı asılılıq istiqamətinin tərəfdarlarının fikrincə, cüm-
lənin sintaktik analizi semantik və praqmatik informasiya ilə
müəyyənləşdirilir, başqa sözlə, cümlənin sintaktik strukturu ilk
növbədə arqumentlərin (aktantların) tərkibini müəyyənləşdirən və
ciddi şəkildə semantik kontekstlə məhdudlaşan feildən asılıdır.
Hesab olunur ki, cümlənin sintaktik analizinin özü paralel, ardıcıl
və gecikmə kimi üç fərqli üsulla həyata keçirilə bilər. Bu üç fərqli
üsul cümlənin sintaktik analizinin üç başlıca modelinin fərqlərini
1
Mental leksikon insanın sözlər, onların mənaları və öz aralarında qarşılıqlı
əlaqələri haqqında biliklərinin məcmusudur. Mental leksikon sözlərin fonoloji,
orfoqrafik və semantik xarakteristikalarının qaydaları üzrə qurulmuşdur. Mental
leksikonda sözlərin axtarışı yalnız sözün bu daxili xarakteristikalarından deyil, həm
də sözün işlənmə tezliyi və kontekstin təsiri kimi zahiri xarakteristikalardan asılıdır.
Psixolinqvistlərin cavab tapmağa cəhd etdikləri əsas məsələlər mental leksikonda
lüğət məqaləsinə müraciətin necə reallaşması və sözün tanınmasının necə baş
verməsidr.
AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
9
müəyyən edir: E.Gibson modeli (paralel analiz), L.Frazerin
Yanılma və B.Pritçettin Baş söz modeli (ardıcıl analiz) və
P.Qorellin Struktur determinizm modeli (gecikmə ilə analiz).
Sadalanmış bu problemlər ətrafında saysız-hesabsız tədqiqatlar
aparılmış, çoxlu sayda və bir çox hallarda bir-birinə tam zidd olan
nəzəriyyələr irəli sürülmüşdür. Hər bir nəzəriyyə də, şübhəsiz,
konkret arqumentlərə əsaslanmışdır. Nitqin yaradılması və
qavranması, dilin başa düşülməsi və mənimsənməsi ilə bağlı bu
nəzəriyyələrin hansının ən doğru olduğunu demək çətindir.
Bununla belə, onlar arasında inandırıcı nəzəriyyələrin olmadığını
demək doğru olmazdı.
M.Əsgərovun “Linqvo-psixoloji vəhdət nəzəriyyəsi”nə də biz
burada heç də hamısını xatırlatmadığımız həmin nəzəriyyələr,
konsepsiyalar, tədqiqat istiqamətləri müstəvisində yanaşmışıq.
Müəllif ona məlum olan psixolinqvistik nəzəriyyə və konsepsiya-
ları tənqidi şərh etmiş, onların müsbət və mənfi tərəflərini müəy-
yənləşdirməyə çalışmış və öz konsepsiyasını təqdim etmişdir.
Linqvo-psixoloji vəhdət nəzəriyyəsinin əvvəlki konsepsiya-
lardan əsas fərqi onun psixoloji əsasındadır. Məsələn, bihevio-
ristlər “stimul-reaksiya” sxeminə, neobihevioristlər “stimul-dispo-
zisiya-reaksiya” sxeminə, nitq fəaliyyəti nəzəriyyəsinin müəllifi
“psixoloji fəaliyyət” sxeminə əsaslanırdılarsa, M.Əsgərov özündə
bu nəzəriyyələrin sintezini ehtiva edən “stimul-kod-fəaliyyət”
sxeminə əsaslanır.
Bihevioristlər nitqi stimula qarşı göstərilən reaksiya, neobihe-
vioristlər nitqi stimula qarşı göstərilən, lakin daha uyğun şəraitdə
reallaşan reaksiya hesab edirlər. Nitq fəaliyyəti nəzəriyyəsinin
müəllifi nitqi sözdə tamamlanan fikir hesab edərək, sözü həm nit-
qin, həm də təfəkkürün vahidi adlandırır.
M.Əsgərovun fikrinə görə, nitqi stimula qarşı verilən reaksiya
səviyyəsinə qədər bəsitləşdirmək doğru olmadığı kimi, onu dərk-
etmə və təfəkkür proseslərinə bərabərləşdirmək, nitqin yaran-
masını təfəkkür prosesinin özü ilə eyni səviyyədə tutmaq da doğru
olmazdı, çünki nitqyaratma prosesi bəsit bir reaksiya olmadığı
kimi, ən ali şüur fəaliyyəti olan təfəkkür prosesi də deyildir. Onun
AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
10
qənaətincə, nitqyaratma prosesi təfəkkür prosesi ilə nə qədər
yaxından bağlı olsa da, ən çoxu onun yaratdığı son məhsul ola
bilər, lakin heç bir halda təfəkkür prosesinin özü ola bilməz.
Göründüyü kimi, “stimul-kod-fəaliyyət” sxemində müəllif bi-
heviorizm, neobiheviorizm və nitq fəaliyyəti nəzəriyyələrini
yaradıcı şəkildə sintez etmişdir (s.92).
Biheviorizm və neobiheviorizm nəzəriyyələrinin minimal
vahidləri müəyyən edilərkən “dərk edilən minimal vahid” və
“dərketmənin reallaşmasını təmin edən minimal vahid” arasında
heç bir fərq qoyulmamışdır. Hər iki anlayışı eyni bir terminlə bəzi
tədqiqatçılar “təfəkkür elementi”, bəziləri “diferensial element”,
bəziləri isə “kinakem” adlandırır (s.49). Nitq fəaliyyəti nəzəriyyə-
sində isə istinad edilən minimal vahid “fəaliyyət” kimi təqdim
olunur. Bu nəzəriyyənin yaradıcısı A.A.Leontyev L.S.Vıqotskinin
belə bir fikrinə istinad edir: “təfəkkür və nitqin öyrənilməsinin
dönüş nöqtəsi odur ki, tamı tərkib hissələrinə deyil, onun bütün
xüsusiyyətlərini özündə əks etdirən vahidlərə ayıraraq öyrənmək
lazımdır… Psixologiya tamı daxili elementlərinə parçalayaraq
öyrənmə metodundan əl çəkməli və onu vahidləri əsasında öyrən-
məlidir”
1
. Həmin fikri nitq fəaliyyəti nəzəriyyəsinin əsas istinad
nöqtəsi kimi qəbul edən A.A.Leontyev “fəaliyyət”i bu nəzəriy-
yənin minimal vahidi elan edərək hər bir kiçik fəaliyyətin daha
böyük fəaliyyəti əmələ gətirən minimal vahid olduğunu sübut et-
məyə çalışır. Digər psixoloji fəaliyyətlərdə olduğu kimi, nitqya-
ratma fəaliyyətində də hər bir kiçik addım, hər bir kiçik mərhələ
daha böyük mərhələnin daxili elementi, minimal vahidi hesab
olunur. A.A.Leontyev bunu bir-birinin içində olan matryoşkalara
bənzədir.
Bu monoqrafiyada M.B.Əsgərov irəli sürdüyü konsepsiyanın
minimal vahidlərini belə müəyyən edir: dərk olunan minimal
vahid “gerçəklik elementi”, dərketmənin reallaşmasını təmin edən
minimal vahid isə “intellekt obrazı”dır. O, haqlı olaraq qeyd edir
ki, gerçəkliyi insanın bir anda və tam şəkildə dərk etməsi
1
Л.С.Выготский. Психология. М., 2000, c.268
AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
Dostları ilə paylaş: |