Allergiyanin yaranma səBƏBLƏRİ. Patoloji reaktiVLİYİn nöVLƏRİ



Yüklə 36,71 Kb.
tarix27.01.2017
ölçüsü36,71 Kb.
#6513

ALLERGİYANIN YARANMA SƏBƏBLƏRİ. PATOLOJİ REAKTİVLİYİN NÖVLƏRİ.
Orqanizmdə immun sistemin iştirakı olmadan heç bir patoloji proses baş verə bilməz. Hər bir antigenə qarşı yaranan immun cavab orqanizmin tamlığının pozulması nəticəsində - yəni patoloji proseslə əlaqədar olaraq yaranır. Beləliklə, normada immun cavabın əsas məqsədi orqanizmi patologiyadan öz təbii vəziyyətinə qaytarmaqdır.

Bəzi insanlarda bir sıra anadangəlmə, genetik, qazanılmış faktorlarm təsiri altmda normal reaktivlik pozulur və bu immun cavabm patoloji prosesə çevrilməsinə aparıb çıxarır. Belə insanlarda təbiətdə geniş yayılan antigenlərə qeyri-adi (hiper- ya hipo-) immun cavab yaranır və bəzi xəstəliklərin klinik əlamətləri müşahidə edilir.

Patoloji reaktivliyin növləri

XX-ci əsrin əvvəllərindən bütün dünyada ən geniş yayılmış patologiyalardan biri allergik xəstəliklər sayılır. Əhalinin allergizasiyasınm mühüm səbəblərindən ətraf mühitin çirklənməsi, kimya sənaye məhsullarının məişətə daxil olması, dər manlardan əsassız və sistemsiz istifadə edilməsi və başqalarını misal göstərmək olar. Eyni zamanda təbii qidalardan az istifadə etmə, qida traktmda ferment çatışmazlığı, disbakterioz, somatik və ya endokrin xəstəliklər də allergiyaya meyilliyi artırır.

Ümümdünya Səhiyyə Təşkilatmm məlumatma əsasən allergik xəstəliklər yayılmasma görə əhali arasmda üçüncü yeri tutur. Respirator allerqozlar əhalinin 6,4%-də müşahidə olunur.

Hər beşinci uşaqda erkən yaşda müxtəlif dərəcəli allergiya əlamətlərinə rast gəlmək olar.


. Patoloji immun reaksiyaların variantları





İmmun sistemin funksional vəziyyəti

I

İmmun sistemin fəaliyyəti və immun cavab normaldır

II

İmmun sistemdə anadangəlmə genetik defekt var (birincili immundefısit)

III

İmmun sistemində ikincili agır patoloji dəyişikliklər və funksiyasının pozulması baş verir (ikincili immundefısit)

IV

İmmun sistemin öz dəyişmiş hüceyrələrinə qarşı immun cavab reaksiyası - autoimmun xəstəliklər

V

İmmun sistemin antigenlərə qarşı hiperhəssalıq reaksiyası - allergik xəstəliklər


Allergiya - orqanizmin bir və ya bir neçə antigenin (aller-genin) təkrar daxil olmasma qarşı hiperhəssas immun reaksiyası olub, orqanizmin öz toxuma və hüceyrələrinin zədələnməsi ilə nəticələnir.

İmmun sistemin normada əsas funksiyası orqanizmi anti- genlərdən müdafıə etməkdir. Allergik reaksiyalar isə orqanizmin və onun hüceyrələrinin zədələnməsinə səbəb olur və beləliklə, heç bir müdafıə funksiyası daşımır. Allergik xəstəliklərin yaranmasmda irsi meyillik faktorunun vacib rolu var. Bir çox tədqiqatlar göstərir ki, valideynlərin birində allergiya olarsa - uşaqlarm 50%-ndə, hər iki valideyndə olduqda isə - 60%-də allergiya müşahidə edilir.

Beləliklə, allergik reaksiyalarm yaranmasma və klinik simptomlarm xarakterinə həm makroorqanizmin vəziyyəti, onun immun statusu, irsi meyilliyi, həm də allergenin xiisusiyyətləri, onun ölçüsünün, kimyəvi tərkibinin, dozasının, daxil olma yol- larmın da təsiri var.

1906-cı ildə "allergiya" terminini elmə gətirən Avstriyalı alim Clemens Von Pirquet olmuşdur. O, allergiyam orqaniz- min həm hiperreaktivliyi, həm də hiporeaktivliyi kimi göstər- mişdir. Hal - hazırda allergiyaya orqanizmin hər hansı bir mühit amilinə, maddəyə qarşı yaranan hiperhəssashğı kimi baxılır. Allergik reaksiyalar yalnız istiqanlı heyvanlara və insana məx- susdur. Psevdoallergik və həqiqi allergik reaksiyalar ayırd edilir.

Həqiqi allergik reaksiyalar dedikdə, orqanizmin öz toxu- malarmı zədələyən immun mexanizmlər nəzərdə tutulur.

Psevdoallergik reaksiyalar dedikdə, ekzogen faktorların hədəf hüceyrələrə təsiri zamam bioloji aktiv maddələrin meydana çıxması və toplanması ilə nəticələnən qeyri-immunoloji mexa- nizmlər nəzərdə tutulur. Beləliklə, psevdoallergik reaksiyalarda yalnız iki mərhələ - patokimyəvi və patofizioloji fazalar möv- cuddur. Bir sıra dərmanlar (sintetik kortikotropin, antibiotiklər, kalsium preparatları), qan əvəzedicilər, qida məhsulları, fıziote- rapiya psevdoallergik reaksiyalarm yaranmasma səbəb ola bilər.

Patoloji reaktivliyin növləri



Hiperergiya - toxumaların intensiv zədələnməsi ilə müşayət olunan sürətli tipli allergiya. Məsələn: Artyus fenomeni.

Anergiya - antigenə qarşı orqanizmin reaktivliyinin tama- milə olmaması, məsələn, tuberkulinə qarşı reaksiya.

Parallergiya - bu, bir allergenin digərinə nisbətən yarat- dığı allergiya vəziyyətidir. Məsələn, limona qarşı allergiyası olan şəxslərdə kivi meyvəsinə qarşı da allergiyamn olması.

Metallergiya - qeyri-spesifık qıcıqlandırıcıya qarşı spe- sifık allergik reaksiyanm yaranması, məsələn, stresdən sonra məxmərəyin artması.

Allergenlərin təsnifatı

Orqanizmdə allergiya yaradan antigenlər allergenlər adlanır.

Allergenlər ekzo- və endoallergenlərə bölünür. Ekzoaller- genlər qeyri - infeksion və infeksion mənşəli olur. Qeyri -infeksion allergenlərə epidermal hissəciklər (qida, yun, tük . penisillin və sulfanilamidlər, formalin, benzol və s. aiddir İnfeksion mənşəli allergenlərə göbələk, bakteriya, virus aller- genləri aıd edilir. Allergik reaksiyalar eləcə də fıziki faktorlanr. (donma, istivurma, günəş şuaları) təsirindən meydana çıxa bilər.






Allergenlərin növləri.


Beləliklə, hər bir antigen, fıziki təsir və ya metabolit müəy-yən orqanizm ücün allergen ola bilər, amma bütün antigenlər allergen sayıla bilməz.





Yüklə 36,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə