Allahyar xocali


 Quliyeva Zəhra Lətif qızı



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə6/56
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#2532
1   2   3   4   5   6   7   8   9   ...   56
 

ÖLÜMÜN ASTANASINDA 

 

24 yaşlı Valeh Sahib oğlu Hüseynov 26 gün ermənilərin ölüm kamerasında qalıb. Qohumlarının 

əksəriyyətini itirmiş bu gəncə 26 gün içərisində ermənilər vəhşicəsinə divan tutmuşdular. həyat yoldaşını, əmisi 

Zəkaranı, ağsaqqal Allahverdini, əmisi oğlanları Talehi, Əkbəri, əmisi qızı Zərifəni, əmisi arvadı Şuranı, əmisi 

nəvələri Samiri, Sevinci, Laləni, yaxın qohumlarının çoxunu itirib. 

Valehin dediklərindən: Fevralın 25-də təxminən axşam saat 11-də şəhər hər tərəfdən tanklardan, BTR-

lərdən, pulemyotlardan atəşə tutuldu. Şəhər od tutub yanmağa başladı. Döyüş dostlarıma köməyə getmək 

istəsəm də, gec idi. Tanklar şəhərə doluşub, qarşısına çıxanı əzib-tapdalayırdı. 

Min nəfərə qədər adam çayı keçib meşəyə çıxdıq. Meşə ilə Ağdamın Şelli yolunda mühasirəyə düşdük. 

Ermənilər bizi gülləyə tutmağa başladılar. Yüzlərlə adam öldü. Əlli nəfərə  qədərimiz meşəyə qaçsaq da, 

mühasirəyə düşdük. həyat yoldaşım Sədaqəti və bir çox başqalarını ermənilər qətlə yetirdi. 

Fevralın 26-da məni 14 nəfər  əsirlə birlikdə  gətirib,  Əsgəranda başqa  əsirlərə qoşdular. 200-ə  qədər 

Xocalı əsiri elə kökə salınmışdı ki, baxanda çoxunu tanıya bilmədim. hamını lüt soyundurmuşdular. Burda məni 

də möhkəm döydülər. Dişlərimi vurub saldılar. Dodaqlarım  şişib, dilim parçalanmışdı. Ağzımda, burnumda, 

qulaqlarımda qan laxtalandığından nə danışa bilir, nə  də  eşidirdim. Gözümün qabağında Xocalı 

müdafiəçilərindən olan Hüseyn Əzizovu güllələdilər. Bir neçə saatdan sonra əsirlərdən cavanları ayırdılar, 

ölümə məhkum olduğumuzu bildirib, bizi ayrıca kameraya saldılar. Bir nəfər erməni azərbaycanlılar tərəfdən bir 

qohumunun öldürüldüyünü bildirib, üç nəfəri götürüb apardı. Səhəri gün məlum oldu ki, onları min əzabla 

öldürüblər. 

Orda bizim əvvəllər nə işlə məşğul olmağımızı ermənilər bilirdilər. Bizi Xocalı sovxozunun anbardarı 

Arif satmışdı. Çox çəkmədən Arifi azad etdilər. 

Mənim gitara çalmağımı, pulemyotum olduğunu, Elxanın «Alazan» atmasını ermənilərə satmışdılar. 

[19-20] 



11 

 

Haşiyə:  Elxan Nəsib oğlu Səfiyev qorxmaz, cəsur bir igid idi. Demək olar ki, radionu, maqnitofonu, 

televizoru, maşını, ümumiyyətlə, bütün texnikanı beş barmağı kimi bilirdi. Bir dəfə dörd erməni Daşbulaq kəndi 

tərəfdən Qaladərəsi qəsəbəsini atəşə tutanda Elxan ov tüfəngi ilə onların qarşısına yerimiş, ermənilərdən birini 

öldürmüş, birini ölümcül yaralamışdı. 

1988-ci ildə Xocalının dərdini Moskvaya bəyan etməyə o da getmişdi. Ümumiyyətlə, ölümdən 

qorxmurdu, ölümə hazır idi. 

Ermənilərdən biri: 

— Gitara çalan, düzünü de, sən pulemyotçusan?—deyə soruşdu. 

Mən dinmədikdə əlindəki dəyənəklə başıma elə bir zərbə vurdu ki, peçin üstünə yıxıldım. Peçin boruları 

dağıldı. Bədənimin bir tərəfi pörşələndi. Quduzlar buna əhəmiyyət verməyib, peçi düzəltməyi mənə əmr etdilər. 

Borular isti olduğundan əynimdəki yeganə köynəyimi çıxarıb, əlimdə tutmaq istədim. İmkan verməyib dedilər 

ki, əllərinlə düzəlt. Əllərimin yağı axa-axa peçi düzəltdim. Bununla da ürəkləri soyumadı. Bir erməni əllərimi 

peçə basıb yandırdı. Elxan haqda sorğularına cavab vermədikdə dəmirlə, təpiklə məni huşum itənəcən döydülər. 

Elə Elxanı da mən günə salmışdılar. Handan-hana ayılanda Elxan pıçıldadı: «Bizi satıblar. Sabah məni 

öldürəcəklər. Sağ qalsan, məni unutma». Səhəri gün Səlimi, Rasimi, Vidadini aparıb öldürdülər. Ölümə 

məhkum olanların sıraları seyrəlirdi. Mənimlə Elxanın növbəsinə az qalırdı. 

Gərək ki, martın 5-i idi. Günortaya yaxın ermənilər kameramıza gəldilər. Bizi ələ salmağa başladılar. 

Elxanın gözləri qəzəbdən yanırdı. Bu quldurlardan birinin nəzərlərindən yayınmadı və qəflətən əlindəki bıçağı 

Elxanın sinəsinə sancdı. Qan ətrafa fışqırdı. Elxansa heç nə olmamış kimi durub baxırdı. Sinəsinə  sıxılmış 

barmaqlarının arasından qan süzülürdü. Ermənilər çıxıb getdilər. Bir az keçmiş Elxanı  və üç nəfəri öldürmək 

üçün gəlib apardılar. Beş nəfər qaldıq. Bir erməni mənə dedi: 

—  İstəsən, sağ qala bilərsən. 100 min manat tapıb versəniz, səni buraxdıraram. Buraxılan  əsirlərdən 

qohumlarına xəbər elə. 

 [20-21] 

Cavanların hamısını öldürmüşdülər. Məhəmməd kişi və Ələmdar qalmışdı: Məhəmməd kişini də döyüb 

öldürdülər. Ələmdar kişi isə ölümcül halda dəyişdirildi. 

Onlar susuzluqdan ölürdü. Mən razı olurdum ki, məni döysünlər, ancaq onlara su verməyimə icazə 

versinlər. Beş  dəqiqə  məni döyəndən sonra su gətirib verməyimə icazə verirdilər. Suyu tam içməyə 

qoymurdular. Vedrəni vurub əlimdən salır, yenidən döyürdülər. Ağdamlı Allahverdi və Zahid olmasaydı, indi 

çoxdan məni də öldürmüşdülər. Ömrüm boyu onlara və işlədiyim Xocalı bankının işçilərinə minnətdaram. 


1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə