VİDADİNİ KƏSMƏYƏ APARDILAR
Əliyev Hüseyn Sarı oğlu: Yatmışdım, həyat yoldaşım məni silkələyib durğuzdu və dedi ki, ermənilər
kəndə doluşub, camaat qaçır. Dedim ki, sən də qaç, camaata qoşul. Qonşumuz Həsəngilə gəldim. Həsən bayırda
idi. Kəndin Stepanakert tərəfindən asfaltı, evləri atəşə tutmuşdular. Həsənlə onların bostanından keçib, məktəbin
həyətinə girdik. Ərik ağaclarının altında Həsən qolundan yaralandı. Onun o biri qoluna girib, məktəbin
zirzəmisinə tərəf apardım. Amma orda heç kim yox idi. Bilmirdik hara gedək. Ermənilər gəlib bizi tutdu.
Əliyeva Şərqiyyəni, qızı Aliməni beş uşaqla, fermada işləyən Yusifi, arvadını, onların da beş uşağını bizimlə
bərabər Stepanakertin 9 nömrəli məktəbinə gətirdilər. Sonra arvad-uşaqlardan bizi ayırıb, avtovağzalın
yanındakı şəhər milis şöbəsinin qazamatına gətirib saldılar. Qənəhət Hacıyev, Qəyyum Aslanov, Əşrəf Əliyev,
Əbülfət Kərimov, Elbrus Abbasov, Şafanın oğlu Vidadi, Qaradağ stansiyasından Əli, Fərraşlı Abbas da burda
9
idilər. Həsənabadlı «Dovşan» Edikin oğlu bir dəstə erməni ilə gəlib bizi təpikləyir, qaldırıb yerə çırpırdılar. O
deyirdi ki, xocalıların hamısını qıracağam, mənim qardaşımı siz öldürmüsünüz.
Vidadi bıçaq axtarırdı ki, özünü öldürsün. Deyirdi ki, mənim başımı sabah kəsəcəklər. Mənə deyirlər ki,
Osipin oğlu Tosulu (Armaviri), guya, mən öldürmüşəm. Vidadi bir şüşə tapıb cibinə qoymuşdu ki, lazım gəlsə
venasını kəsib, özünü öldürsün. Həsənabadlı Setrakın oğlu Jora gəlib Həsəni harasa apardı. Həsənin qolu
hovlayıb şişmişdi. Sonra eşitdik ki, Həsəni buraxıblar. Üç gün keçmişdi ki, gəlib Vidadini apardılar. Dedilər ki,
bu gün Tosulun üçüdür, səni onun qəbrinin üstündə kəsmək üçün qəbiristanlığa aparırıq. Vidadi şüşə də cibində
getdi...
[15]
Dostları ilə paylaş: |