Алимлярин сырасында хцсуси йер тутурлар”. Цмуммилли лидер щейдяр ялийев



Yüklə 13,87 Mb.
Pdf görüntüsü
səhifə10/10
tarix18.01.2017
ölçüsü13,87 Mb.
#5798
1   2   3   4   5   6   7   8   9   10

Emin Bayramzadə

New Scientist, Science News

Recherce, WISSEN,The Economist,

Smithsonian discover P.M, 

Наука и жизнь

“Titanik”in məhvində günahkar

aydır?

Texas Universitetinin fizikləri Donald

Olson və Rassel Desker ingilis super

laynerinin qəzaya düçar olduğu 1912-ci

ildə Günəş və Ayın qarşılıqlı təsirini

öyrənərək belə qənaətə gəlmişlər ki, bu

faciənin baş verməsində bizim təbii

peykimizin rolu az olmayıb. 

Aprelin 14-dən 15-nə keçən gecə baş

verən bu dəhşətli faciə zamanı aydın hava

və aysız gecə olmuşdur. Həmin vaxtlar

radiolokatorlar olmadığından qarşını

görmək üçün buz dağlarına çırpılan

dalğaların ağ köpükləri izlənilir, onların

vasitəsilə aysberqlər nəzarətdə sax 

la 


-

nılırdı.  Tərslikdən faciə baş verən gecə nə

külək əsir, nə də Ay görünürmüş...

Belə bir faktı diqqətə çatdıraq ki,

faciəyə 3 ay qalmış nadir astronomik

hadisə qeydə alınıb – 1912-ci il yanvar

ayının 4-də Ay Yerə ən yaxın məsafədə

yerləşib. Bu məsafə 356375 km olub. Bu

hadisə sonuncu dəfə 796-cı ildə baş verib.

Həmin il Ayla Yer arasındakı məsafə

356366 km olub. Növbəti dəfə bu

göstəricinin təkrarlanması 2257-ci ildə

gözlənilir. Xatırladaq ki, Ayla Yer arasında

orta məsafə 384000 km-dir. Bununla

yanaşı, həmin vaxt Yer kürəsi periheli

(yunanca peri «ətrafında», helios «gü 

-

nəş») vəziyyətində olub, yəni Günəşlə Yer



kürəsi il boyu ən az 147117000 km  mə -

safədə bir-birindən aralı olublar. Nə ticədə,

Ayla Günəşin birgə cazibə qüvvəsi adi

haldan 75 faiz daha güclü olub, başqa

sözlə, okeanda qabarma və dalğalar həmin

il üçün normadan artıq qeydə alınıb.

Dalğalar Qrenlandiya buzlaqlarından


əvvəlki illərə nisbətən daha böyük ays -

berqləri qoparıblar. Hesab edirlər ki, məhz

4 yanvar 1912-ci ildə həmin buz tə pə -

lərindən biri dənizə sürüşərək «Ti tanik»lə

toqquşub və nəticədə 1500 nəfər həlak

olub.  


İNTELLEKTİN İNKİŞAFI NİYƏ

TORMOZLANIR?

Bir neçə onilliklər əvvəl psixoloqlar

ölkələr üzrə apardıqları “intellekt əmsalı”

testlərinin nəticələrindən belə qənaətə

gəlmişdilər ki, bu əmsal ilbəil yüksəlir. 

Həqiqət naminə deyilməlidir ki, elm

intellekti ölçməkdə çətinlik çəkir. Buna

görə də onun ölçülməsi həmişə şübhəli

məqamlar ortaya qoyur. Ümumiyyətlə,

XIX əsrin ortalarında uşaq ağlının inkişaf

dərəcəsini müəyyən etmək üçün Al fred

Bine tərəfindən test lər düşünülmüşdür. Öz

həmyaşıdlarının əksəriyyəti kimi test tap -

şı rıq la rını həll edən uşağın intellekt əmsalı

100-ə bərabər götürülür.

Nisbətən böyükyaşlı uşaqların nəti 

-

cələrini göstərənlərin reytinqi isə daha



yüksək olurdu. Başqa sözlə, orta biliklərə

yiyələnənlər testdən 100 bal, universitet

məzunu isə 120 bal toplamalıdır. Araş dır -

malar göstərir ki, intellekt əmsalı 130-dan

çox olanlar əhalinin cəmi 2%-ni təşkil

edirlər.


Oslo Psixologiya İnstitutunun pro fes -

soru Martin Sundent 1954–2002-ci illərdə

Norveç silahlı qüvvələrində xidmət etmiş

960000 gəncin test nəticələrini təhlil

edərək belə qənaətə gəlmişdir ki, son

onilliklərdə yeniyetmələrdə intellekt in -

kişafında ləngimələr özünü göstərir. Bu

cür göstəricilər Danimarkada da öz təs di -

qini tapmışdır. Fransada isə 1981–1996-cı

73

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013



illərdə intellekt əmsalı  ildə 0, 5 bal art -

mışdır. Ancaq 1996–2005-ci illərdə bu

göstərici 0,18 % olmuşdur.

Göstərilən 3 ölkədə aparılan təd 

-

qiqatlar intellekt inkişafının lən gi məsinə



nümunədir. Ancaq inkişaf etmiş ölkələr

olan ABŞ və İngiltərədə yüksəliş davam

edir. Bu sahənin məşhur təd 

qi 


qat 

çı 


-

larından biri Ceyms Flinn hesab edir ki,

bu göstərici həyat tərzi ilə də bağlı ola

bilər. Yaxşı qidalanma, tibbi xidmət,

gəlirlərdə fərqlərin az olması intellektin

inkişafına zəmin yaradır.   



Science et Vie (Fransa) jurnalından

BEYİN AXINI

ABŞ Milli İqtisadi Tədqiqatlar Bürosu

İnternetdə 16 ölkədən olan 17182 mü tə -

xəssisin 4 elmi istiqamət üzrə (biologiya,

kimya, Yer və materialşünaslıq)  əsərlərini

seçərək göz 

dən keçirmişdir. Adətən,

məqalədə müəlliflərin gördüyü işin elek -

tron ünvanı göstərilir. Bu ünvanlara mü -

əlliflərin elmi fəaliyyətlərinin coğrafiyası

haqda sorğular göndərilib. Təəssüf ki,

sorğuda Çin (çin alim lərinin sorğusunu

təşkil etmək müm kün olmadı)  və Rusiya

(səbəb gös tərilməyib) nəzərə alınmayıb. 

Tədqiqat zamanı 16 ölkədən bi rin də

doğulan və ya həddi-buluğa çatana qə dər

orada yaşayan mütəxəssislər nəzərə

alınırdı. Müəyyən olundu ki, xarici ölkəyə

köçməyin əsas səbəblərindən biri diplom

al dıqdan sonra təhsilini davam etdirmək,

ya da ixtisası üzrə işə düzəlməkdir. 

Əsas Beynəlxalq Alimlər Birliyi,

gözlənildiyi kimi ABŞ-da deyil, İs veç rə -

dədir. İsveçrədə işləyən müəlliflərin

57,6%-i başqa bir yerdə do 

ğu 


lub ya 

-

şayıblar. İkinci yerdə 47%-lə Kanada du -



rur.  Avstraliyada  44,5%, ABŞ-da isə

38,4% «gəl mə»lərdir. 

Alimlər üçün ən az populyar öl kə lər

Hindistan (cəmi 0,8%), daha sonra İtaliya

(3%) və Yaponiyadır (5%).

Ən az elmi fəaliyyəti olan ölkələr

Braziliya və İspaniyadır.    

Çox vaxt yaxın ərazilərə köçməyə

üstünlük verilir. Məsələn, Kanadaya

alimlərin çoxu ABŞ-dan, Braziliyaya isə

Argentinadan gəlir. Burada əsas rolu dil

oynayır:  İngiltərədən  isə tez-tez Av s -

traliyaya və Kanadaya köçürlər. 

Bəzən ölkələrin coğrafi mövqeyi və

dili də mühüm rol oynamır. Belə ki,

ABŞ-d a xarici alimlərin çoxunu çinlilər

təşkil edir.

Çox köç edən ölkələr arasında Hin dis -

tan irəlidədir: sorğu aparan zaman məlum

olmuşdur ki, 99,8% hindistanlı alimlər

başqa ölkələrdə yaşayır və işləyirlər. İkin -

ci yeri İsveçrə tutur (burada 33,1% fəal

elmi həyat var, çox alimlər gəlir, çoxu da

ölkəni tərk edir), üçüncü yeri Hollandiya

və İngiltərə öz aralarında bölüşdürür

(alimlərin dörddə biri haradasa işləyirlər).

Ya poniya ən az tərk edilən ölkədir (3,1%).

ABŞ-dan da köçənlər olduqca azdır.

Bəs öz doğma dövlətlərinə qayıtmaq

is 


təyənlər kimdir? İsveçlilər və ka 

na 


-

dalılar çox vətənpərvərdirlər: xaricdə iş -

ləyənlərin üçdə biri cavab verirlər ki,

zaman-zaman onlar öz vətənlərinə qayıt -

maq istəyirlər. Qayıtmaq istəyənlərin

arasında hindlilər yoxdur. Hollandların və

ya 

ponların bir qismi, əgər onların iş



74

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013



yerləri bağlanarsa və ya vətənlərindən

maraqlı təkliflər gələrsə, geri qayıtmağı

müm kün hesab edirlər. Qayıdanlar ara -

sında da sorğu aparılıb: «Siz bunu niyə et -

diniz?» sualına cavab verənlərin ək 

sə 


-

riyyəti şəxsi və ya ailə problemlərini həll

etmək məqsədilə, ikincilər isə onlara daha

yaxşı iş yeri təklif olunduğundan bunu

etdiklərini bildiriblər.

RƏQƏMLƏR VƏ FAKTLAR

Avropanın 30 ölkəsinin statistikası

təsdiq edir ki, 38,2% avropalı həyat lar ının

hər hansı anında, yaxud bütün həyat ları

boyu psixi pozuntudan əziy yət çə kirlər.

Mütəmadi olaraq bu, qor xu dan (14%),

yuxusuzluq və depressiyadan (7%), al -

koqolizmdən (3,4%), narkotik asılılıqdan

(1%) ibarətdir. 

XX əsrdən indiyə qədər Yerin mineral

resurslarından istifadə 27 % artıb. 

Bizim planetimizdə 1386 milyon kub

kilometr su var: yalnız şirin su 35 milyon

kub kilometr, Yer səthində və azacıq

dərinlikdə olan suyun miqdarı 93 min kub

kilometrdir.

Yaşamaq üçün sutkada insana 13 ki -

loqram hava lazımdır.

Demoqrafların proqnozuna görə,

2025-ci ildə Yer kürəsi əhalisinin 70 faizi

şə 

hərlərdə yaşayacaq. Paradoks ondan



ibarət dir ki, inkişaf etmiş ölkələrdə şə hər -

də yaşayan bir nəfərə düşən enerji tələbatı

bir kənd sakininin tələbatından azdır. Şə -

hərdə enerji effektiv istifadə olunur, elek -

trik ötürücüləri xətti qısadır. 

200 min alman tələbəsindən 29%-i ri -

ya ziyyat və təbiət elmlərini mənimsəyə

bilir. 22% alman tələbəsi mühəndis olmaq



75

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013



istəyir. 19% filologiya, tarix və digər

humanitar elmlərlə məşğul olur, 18%

iqtisadiyyat, hüquq və sosiologiya öyrənir.

Frankfurt-na-Maynda (Almaniya) Em -

pirik Estetika İnstitutu yaradılıb. Onun

əm ək daşları  müxtəlif  xalqların  gözəllik

haqda təsəvvürünə hansı psixoloji,

nevroloji və mədəni fərqlərin təsir etdiyini

təd  qiq  edəcəklər. 

Amerika qanununda təyyarə və ya

vertolyot pilotlarını lazerlə kor etməyə

görə 5 illik həbs cəzası və 11 min dollar

cərimə nəzərdə tutulsa da, ABŞ-da bu

hal lar 2003-cü ildən 2012-ci ilə qədər

285-dən 3700-ə qədər artmışdır. 

BMT demoqraflarının proqnozuna

görə, 2050-ci ildə 60 yaşdan yuxarı ad am -

lar ın sayı 15 yaşdan az olan ye ni yet mə -

lərin sayını ötəcək. Hazırda dün yada hər

sa niyə iki adam 60 yaşını qeyd edir. 

Gecə növbəsində işləmək qadınlarda

süd vəzisi şişinin  inkişafı riskini 30–40%

artırır.

Roma şəhəri olan Pompey Vezuvinin

püs kürməsi nəticəsində kül səpələnməsi

baş verdiyindən  tədricən dağılmaqdadır.

Av ropa Şurası  restavrasiya  üçün 105

milyon avro ayırmışdır.  



Zaur Ağamalıyev

Pompey Vezuvinin dağıntıları

BAKI 

ALİ NEFT


 MƏKTƏBİ

МЦНДЯРИЪАТ

Президент Илщам Ялийев  Шамахы Астрофизика Рясядханасынын йенидян

гурулмасыны йцксяк гиймятляндирмишдир............................................................................2

Азярбайъан Милли Елмляр Академийасынын президенти,

академик Акиф Ялизадя иля мцсащибя................................................................................6

Нобел мцкафаты лауреаты, биолог Ъеймс Уотсонун елмдя йашадыьы щяйат дярсляри...............14

Реаллыьын тябияти ............................................................................................................25

Елм сащяляри цзря Нобел мцкафатчылары ...........................................................................29

Роналд Россун малйарийа цзяриндя гялябяси...................................................................30

Цзви кимйада анализ вя синтезин атасы Эерман Емил Фишер ................................................32

Щендрик Лоренсин ефир узагэюрянлийи ...............................................................................34

Кимйада «Наьыйев  еффекти» ..........................................................................................36

Азярбайъан палчыг vулканлары юлкясидир...........................................................................37

Бюйцк Партлайышдан йаранмыш Каинат  .............................................................................44

Елмин тарихи рубрикасы. Томас Кунун елми парадигмалар консепсийасы вя мцасир елм........49

Təhsil və elm rubrikası. Böyük Britaniyada çoxpilləli təhsilin

formalaşdırılması praktikası...................................................................................................53

Бунлар мараглыдыр рубрикасы ............................................................................................57

Низами поезийасында тябият елмляринин тяряннцмц...........................................................60

Gənc alimlərlə müsahibə. İmperial Kollec London Universitetinin doktorantı

Sənan Eminovla müsahibə .....................................................................................................64

Дцнйанын елми-популйар журналлары 



нядян йазырлар ...............................................................................................................72


Yüklə 13,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə