AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
MAGİSTRATURA MƏRKƏZİ
Əlyazması hüququnda
Məmmədli Nuran Natiq qızı
“AKP hakimiyyəti dövründə Türkiyənin xarici siyasəti”
mövzusunda
MAGİSTR DİSSERTASİYASI
İstiqamətin şifri və adı:
060213 “Beynəlxalq münasibətlər”
İxtisaslaşmanın adı:
“Beynəlxalq münasibətlər və diplomatiya”
Elmi rəhbər:
Dos. Cəfərova D. H
Magistr proqramının rəhbəri:
Dos. Qurbanov R. M.
Kafedra müdiri:
Prof. Abdullayev B. M.
B A K I – 2015
MÜNDƏRİCAT
Giriş....................................................................................................................3
I FƏSİL
XXI əsrin ilk onilliyində Türkiyənin xarici siyasətində Cənubi Qafqaz
dövlətlərinin yeri
1.1.
Azərbaycan və Gürcüstanın Türkiyənin strateji müttəfiqi kimi AKP
xarici siyasətində yeri....................................................................................................7
1.2.
XXI əsrin əvvəllərində Türkiyə-Ermənistan münasibətləri....................22
II FƏSİL
2003-2013-cü illərdə AKP hakimiyyətinin Yaxın Şərq siyasəti
2.1. Türkiyə və ərəb dünyası.............................................................................44
2.2. İran Türkiyənin xarici siyasətində mühüm prioritet kimi........................53
2.3.
Yaxın Şərqin güclü dovləti olan İsraillə münasibətlər...........................62
III FƏSİL
AKP hakimiyyəti dövründə Türkiyənin böyük güclərlə münasibətləri
3.1. AKP xarici siyasətində ABŞ və AB əsas aktor kimi..................................74
3.2. Türkiyənin Rusiya və Çin siyasəti..............................................................88
Nəticə..............................................................................................................102
İstifadə olunmuş ədəbiyyat siyahısı.............................................................108
Resume
Referat
3
Giriş
Tədqiqat işinin aktuallığı. AK Partiyanın xarici siyasət yanaşmalarını ümumi
xəttləri ilə göstərməli olsaq,bu nəticəyə vara bilərik: a) Orta Şərqdə İslam şəxsiyyəti
üzərindən hərəkət etmək, b) Orta Asiyada Türk şəxsiyyətindən hərəkət etmək, c)
Avropa ilə təhlükəsizlik xəttindən hərəkət etmək. Buradan da aydın olacağı kimi, AK
Partiya yalnız müəyyən bir kimliyə ilişib qalmaq yerinə daha çox Türkiyənin təsirli
olacağı kimliyi bölgəyə görə dəyişdirməklə praqmatik bir çoxşahəlilik önə çıxardır.
Ədalət və İnkişaf Partiyasının xarici siyasət anlayışı "dəyərlər və maraqları"
uzlaşdırmağa, bir araya gətirməyə çalışan bir anlayışdır.
Türkiyə xarici siyasətinin gedərək genişlənən üfüqləri, ölkənin qlobal ölçüdə
bütün inkişafları izləməsini və artan imkanları ölçüsündə problemlərin həllinə
iştirakçı olmasını tələb edir. Türkiyə bir tərəfdən qonşu və bölgə ölkələriylə əlaqələri
inkişaf etdirib yeni coğrafiyalara açılaraq beynəlxalq təşkilat və platformlardakı
profilini yüksəldərkən, mövcud strateji əlaqələrini dərinləşdirmək və xarici siyasəti
baxımından əhəmiyyət daşıyan bütün aktorlarla dialoqu inkişaf etdirməyə səy
göstərir. Türk xarici siyasəti ənənəvi olaraq, ölkə təhlükəsizliyinin təmin edilməsini,
milli maraqların tarixdən gələn və gələcəyə uzanan bir perspektiv içində qorunub
inkişaf etdirilməsini, inkişaf və rifah üçün lazımi xarici resursların yaradılmasını,
Türkiyənin müasir dünya içindəki yerinin mühafizəsini və gücləndirilməsini
hədəfləmiş, bütün bu hədəfləri, başda qonşular olmaqla, bütün ölkələrlə yaxşı
əlaqələr və əməkdaşlığın təsisi, beynəlxalq sülh, sabitlik, təhlükəsizlik və rifaha töhfə
göstərilməsi yolu ilə reallaşdırmağı qarşı məqsəd kim qoymuşdur.
Türkiyədə AK Partiya hakimiyyətə gəldikdən sonra istər qonşu və region
dövlətləri, istərsə də fövqəl və maraq duyduğu ölkələrlə dABma münasibətlərin
normallaşmasına çalışmışdır.
Qlobal mühitdə Türkiyə dünyada və yaxın ətrafında sülhün qurulması və
qorunması ilə sabitlik və rifahın artırılması istiqamətində çox ölçülü, hədəf mərkəzli,
praqmatik, sağlam fikirli və insancıl bir xarici siyasət tətbiq edir. Bu çərçivədə
Türkiyə transatlantik bağlarına xüsusi əhəmiyyət verməkdə, üzvü olduğu NATO
İttifaqının beynəlxalq sülh və sabitliyin qorumağa istiqamətli işlərində fəal iştirak
4
etməkdə, inkişaf etmiş ölkələrlə əlaqələrini gücləndirməyə davam etməkdə, AB
üzvlüyü istiqamətində qətiyyətlə irəliləməkdə, üçüncü ölkələrə öz aralarındakı
problemləri aradan qaldırmaq üçün köməkçi olmaqda və yeni açılımlarla xarici
siyasət sahəsində fəaliyyəti getdikcə artan güclü bir profil çəkməkdədir.
Türkiyənin fərqli funksiya və coğrafi əhatə dairəsinə malik bir çox öncül
beynəlxalq və regional təşkilatlarla üzvlük, müşahidəçilik və ya dialoq ortaqlığı yolu
ilə qurduğu təşkilati əlaqələr, xarici siyasətinin çox ölçülü xüsusiyyətini ən yaxşı
şəkildə ortaya qoyur.
Mövzunun işlənmə dərəcəsi: Tədqiqat işi 2002-ci ilin noyabr ayında
hakimiyyətə gələn AKP hökumətinin yeritdiyi xarici siyasətdən bəhs olunmuşdur.
Bütövlükdə Türkiyənin həm qonşu, həm dünya ölkələri ilə arasındakı əlaqələr,
ikitərəfli v çoxtərəfli münasibətlərin inkişaf perspektivlərinin təhlili, bu əməkdaşlığın
beynəlxalq hüquq normalarına uyğun aparılması, onun müxtəlif tərəfləri barədə türk,
azərbaycan, əcnəbi alimlərin tədqiqat işləri diqqəti cəlb edir.
Tədqiqat mövzusu ilə bağlı yazının özəyini təşkil edən Baskın Oranın “Türk
dış politikası (2001-2012), III cild kitabı çox böyük əhəmiyyət daşıyır. Kitabda
Türkiyənin bütün dövlətlərlə xarici siyasətinin əhəmiyyətli nöqtələri, gələcək
perspektivləri və problemlər xüsusi məsuliyyətlə araşdırılmışdır. Digər önəmli kitab
olan Əhməd Davudoğlunun “Strateji dərinlik” kitabında Türkiyəni əhatə edən yaxın
quru, yaxın dəniz və yaxın qitə hövzələri, coğrafi olaraq dünya ana xəttinin
mərkəzini, tarixi olaraq da insanlıq tarixinin ana damarının formalaşdığı sahələri
əhatə edir. Türkiyənin strateji dərinliyinin əlaqələrinin yenidən təyin olunması və bu
dərinliyin geosiyasi, geoiqtisadi və geomədəni ölçülərinin xarici siyasət parametrləri
olaraq əhatəli bir şəkildə yenidən qiymətləndirilməsi lazım olduğu məsələlərinə
toxunmuşdur.
Tədqiqat işinin obyekti: Tədqiqatın obyektini Türkiyənin AKP hakimiyyəti
dövründə Türkiyənin əməkdaşlıq etdiyi, münasibətləri normallaşdırdığı bütün
dövlətlərlə arasındakı qarşılıqlı əlaqələrin təhlili, yaranma tarixi və keçdiyi inkişaf
yolunu təşkil edir.
5
Əlaqələrin təhlili dedikdə, bu ölkələrlə əməkdaşlığın tarixin müxtəlif
dövrlərindəki mərhələləri və AK Partiyanın hakimiyyətə gəlməsindən sonrakı
vəziyyət, onun keçdiyi inkişaf dövrü, əməkdaşlığın perspektivləri, əldə olunan
müqavilə və sazişlər, keçirilən konfransların nəticələri, onların şərhi və s. başa
düşülür.
Tədqiqat işinin predmeti: Tədqiqat işinin predmetini Türkiyə və Cənubi
Qafqz ölkələri, Yaxın Şəqr ölkələri və dünyanın iri dövlətləri sayılan ABŞ, Rusiya,
Çin ilə arasındakə əlaqlələrin əhəmiyyətinin, bu münasibətlərin nəticəsi olaraq əldə
olunan uğurların rolunun təhlili təşkil edir. Bu uğur və müsbət nəticələrin üzərindən
yola çıxaraq meydana gələn yeni layihələrin, forum və konfransların ölkələrə
gətirəcəyi maddi və mənəvi dəstək analiz edilir.
Tədqiqatın məqsədi: Tədqiqatın əsas məqsədi Türkiyənin xarici siyasətində
Cənubi Qafqaz ölkələrinin yerini müəyyən etmək, 2003-2013-cü illərdə AKP
hakimiyyətinin Yaxın Şərq siyasətini tədqiq etmək, AKP hakimiyyəti dövründə
Türkiyənin böyük güclərlə münasibətlərini araşdırmaq
,
bu əlaqələrin səciyyəvi
cəhətlərini fərqləndirmək, onun əhəmiyyəti və rolunu göstərməkdir. Dünyada baş
verən siyasi və qlobal məsələlər, Türkiyənin bu məsələlərə məqsədyönlü şəkildə öz
rəyini bildirməsi, həmçinin beynəlxalq arenada Türkiyənin siyasi nüfuzunun
artırılması baxımından bu qarşılıqlı münasibətlər olduqca əhəmiyyətlidir.
Tədqiqatın vəzifələri: Tədqiqatın vəzifələri aşağıdakılardan ibarətdir:
- Azərbaycan və Gürcüstanın Türkiyənin strateji müttəfiqi kimi AKP xarici
siyasətində yerini müəyyən etmək;
- XXIəsrin əvvəllərində Türkiyə-Ermənistan münasibətlərini araşdırmaq;
- Türkiyə və ərəb dünyası əlaqələrini nəzərdən keçirmək;
- İranın Türkiyənin xarici siyasətində mühüm prioritet kimi rolunu
araşdırmaq;
- Yaxın Şərqin güclü dovləti olan İsraillə münasibətlərin tədqiqi;
- AKP xarici siyasətində ABŞ və AB münasibətlərini şərh etmək;
- Türkiyənin Rusiya və Çin siyasətini müəyyən etmək;
- Bu münasibətlərin inkişaf xəttini araşdırmaq;
6
Tədqiqatın struktur quruluşu: Buraxılış işi giriş,yeddi paraqrafı əhətə edən
üç fəsildən, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.
I fəsildə Cənubi Qafqazın Türkiyə üçün əhəmiyyəti və bu xüsusda Zaqafqaziya
dövlətlərinin rəsmi Ankaraya münasibəti geniş şərh edilmişdir. Avropanın Rusiyadan
kənar enerji daşıyıcılarının keçdiyi regionlar eləcə də Cənubi Qafqaz böyük
əhəmiyyətə malikdir. Bundan başqa Avropanın Türkiyə üzərindən kəçən boru xəttləri
Cənubi Qafqaz ölkələri ilə Türkiyə arasında münasibətləri aktual edir.
II fəsildə Yaxın Şərqin Türkiyə üçün əhəmiyyəti və bu region üzərində İranla
qarşıdurma problemləri şərh edilmişdir. Bu qarşıdurmanın taleyini Türkiyə və Yaxın
Şərqin ərəb ölkələri arasında rəqabət və əməkdaşlığa əsaslanan münasibətləri
müəyyən edəcəkdir.
III fəsildə Türkiyənin ABŞ-la mövcud münasibətləri və bu münasibətlərə digər
fövqəl qüvvələrin (AB, Rusiya, Çin) təsir imkanları təhlil edilmişdir. ABŞ-ın həm
Rusiya, həm də Yaxın Şərqlə bağlı planlarında Türkiyənin əsas rol oynaması və bu
rolun ciddi tarixi proseslər nəticəsində formalaşması şərh edilmişdir.
Elmi yenilik: Tədqiqat işinin yekununda bu əlaqələrin mexanizmləri müəyyən
edilmiş, dövlətlərarası münasibətlərin yeni növləri göstərilmişdir.
Ədəbiyyatın təhlili: Tədqiqat işinin gedişində 30-a qədər yerli və xarici
ədəbiyyatdan, alimlərin dərsliklərindən, monoqrafiya və məqalələrdən istifadə
edilmişdir. Eyni zamanda alimlərin mövzu ətrafında müxtəlif fikirləri
göstərilmiş və onlar arasında ziddiyyətlər qabardılmışdır. Buraxılış işinin gedişində
ölkə nəşriyyatına da geniş yer ayrılmışdır.
Dissertasiya işinin təhlili zamanı aparılan araşdırmalar nəticəsində aydın
olmuşdur ki, əlaqələrin inkişaf strategiyasının mahiyyəti, məqsədi və spesifikliyini
müəyyənləşirmək,siyasi,sosial və inkişafın cəmiyyt və dövlət həytının müxtəlif
cəhətlərdən nəzərdən keçirilməsi hələ uzun müddət mütəxəssislərin marağında
olacaq.
7
I FƏSİL
XXI ƏSRİN İLK ONİLLİYİNDƏ TÜRKİYƏNİN XARİCİ
SİYASƏTİNDƏ CƏNUBİ QAFQAZ DÖVLƏTLƏRİNİN YERİ
1.1
Azərbaycan və Gürcüstanın Türkiyənin strateji müttəfiqi kimi AKP
xarici siyasətində yeri
Soyuq Müharibə dövründə Türkiyənin xarici siyasətində demək olar ki, heç yer
tapmayan Qafqaz Sovet İttifaqının dağılmasından sonra həm enerji siyasəti, həm də
təhlükəsizlik mənasında əhəmiyyətli bölgələrdən biri olmuş və Türkiyədə xarici
siyasətçilərə daha əvvəl kifayət qədər tanımadıqları Qafqaza yönəlik olaraq
strategiyalar yaratmaq vəziyyətində qalmışlar. Rusiya Federasiyası sərhədləri içində
qalan Şimali Qafqaza baxış Türkiyə - Rusiya əlaqələri çərçivəsində
qiymətləndirilərkən Cənubi Qafqazda üç yeni dövlətin ortaya çıxmasıyla bu ölkələrlə
əlaqələr Qafqaz siyasətinin ana oxunu yaratmışdır.
1
Türkiyə baxımından Sovet
İttifaqının dağılması Qafqazda yeni fürsətlər ortaya çıxararkən, regional qarşıdurma
və böhranların varlığı isə çətinliklərə səbəb olmuşdur. Rusiya bölgədəki təcrübəsi və
Sovet İttifaqı dövründən qalan əlaqələriylə üstünlük təmin edərkən, yeni
müstəqilliyini qazanan ölkələrdə meydana çıxan milliyyətçilik və artıq bütövlükdə
Qafqazda görülən müstəqillik axınları Rusiyanın Qafqazdakı varlığını təhdid
etmişdir. Türkiyə, Rusiya və İranın neft və təbii qazın öz torpaqları üzərindən
beynəlxalq bazarlara daşınmasını istəyirdilər. Türkiyə Bakı-Tiflis-Ceyhan neft boru
xətti layihəsini irəli sürmüş, əvvəllər xüsusilə xərc mövzusunda tənqid olunan boru
xətti çox güclü bir rəqabətin nəticəsində reallaşdırılmışdır. Bakı-Tiflis-Ceyhan neft
boru xəttinin tamamlanmış və fəaliyyətə keçmiş olması Türkiyənin Qafqaza
istiqamətli enerji siyasəti baxımından müvəffəqiyyətdir. Bu nöqtədə ABŞ-ın da Şərq-
Qərb enerji dəhlizi strategiyası çərçivəsində xəttli istehsalını dəstəkləmiş olması və
yenə ABŞ rəhbərliyinin İran variantına qarşı aktiv fəaliyyət edərək Amerikan
şirkətlərinin İranda investisiya etməsini maneə törətməyə çalışan siyasəti Bakı-
Tbilisi-Ceyhan xəttinin keçirilməsinə təsirli olmuşdur. Təbii qaz mövzusunda isə
1
“Foucault`s Pendulum: Turkey in Central Asia and the Caucasus”, 5-ci cild, N2, s. 1-22
8
Türkiyə Türkmənistan təbii qazını Türkiyəyə daşıyacaq olan Xəzər keçidli boru xətti
layihəsini müdafiəsinə baxmayaraq, “Mavi Axın'a prioritet verməsi və Rusiya qazını
Türkiyəyə daşıyan bu xəttin fəaliyyətə keçməsi, Türkmənistanın Rusiya ilə etdiyi qaz
razılaşmaları Türkmənistan və Azərbaycan qazını daşıyacaq olan Trans-Xəzər
layihəsi mövzusunda sual işarələrinə səbəb olmuşdur. Enerji mövzusu Qafqazda
Azərbaycan və Gürcüstan məzmununda Türkiyənin gündəmində yer almağa davam
edir.
Türkiyənin Qafqaz siyasəti baxımından regional gücləri kənarda tutsaq ən
əhəmiyyətli ölkə Azərbaycandır. Türkiyə ilə olan xüsusi əlaqələri və zəngin enerji
resurslarına malik Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq sistemə inteqrasiyası
Türkiyə baxımından əhəmiyyət kəsb edir. Azərbaycanın müstəqilliyini bərpa etdiyi
tarixdə davam etməkdə olan mübarizə Türkiyənin Qafqaz siyasətinə də təsir etmişdir.
Türkiyə QarABağ probleminin Azərbaycanın ərazi bütövlüyü qorunaraq həll
edilməsini müdafiə etmiş və erməni işğalına qarşı beynəlxalq təşkilatlar çərçivəsində
cəhdlər göstərmişdir. Regional güclərin hətta region xarici güc olaraq ABŞ-ın da bir
şəkildə daxil olduğu problem regional gücləri qarşı-qarşıya gətirmişdir.
2
1992-ci ildə
erməni qüvvələrinin Naxçıvana istiqamətli hücumları qarşısında Türkiyənin
müdaxilə ehtimalı gündəmə gəldiyində rus komandir Şaposhnikovun Türkiyənin
müdaxiləsinin üçüncü dünya müharibəsinə səbəb ola biləcəyini açıqlaması soyuq
müharibə dövrü sonrasında ilk dəfə Türkiyə ilə Rusiya arasında bir qarşıdurma
ehtimalı gündəmə gəlmişdir .
3
Rusiya və Ermənistanın da üzv olduğu Daşkənd
Kollektiv Təhlükəsizlik müqaviləsinə görə razılaşmağa üzv ölkələrdən birinə edilən
hücum bütün üzv ölkələrə edilmiş sayılacaqdı.
4
'Bu səbəblə Türkiyə və Ermənistan
arasındakı bir qarşıdurma Rusiya ilə Türkiyəni qarşı-qarşıya gətirə bilərdi. Böhran
erməni qüvvələrinin çəkilməsiylə həll edilmişdir.
5
' Bu müddət içərisində işğalın sona
çatdırılmasına istiqamətlənmiş BMT Təhlükəsizlik Şurasının qərarları da alınmışdır.
2
Kamer Kasım “The Nagorno Karabakh Conflict: From its inception to peace process” Armenian studies 2001, II cild,
s. 170-185
3
Amberin Zaman “ AzerbABjan looks to Ankara” , The Middle East, N123, 1992 iyul, s .8
4
Allison Roy “Military Forces in the Soviet Succesor States”, London, Adelphie Paper N280, s. 10
5
Kamer Kasım “Turkey`s foreign policy towards the Russian federation” I cild, N1-2, s.203-234
9
Bunlar: 822 saylı 30 aprel 1993-cü il tarixli qərar, 853 saylı 29 iyul 1993-cü il tarixli
qərar, 874 saylı 14 oktyabr 1993-cü il tarixli qərar və 884 saylı 11 noyabr 1993-cü il
tarixli qərarlardır. Qarabağ müharibəsində 1994-ci ildə atəşkəs təmin edilmişdir.
Atəşkəsin elanından sonra problemə ATƏT-in Minsk qrupu təşəbbüsü həll etmək
səylərinə sürət verilmişdir. ATƏT-in Minsk Qrupu tərəfindən aparılan sülh
prosesində əhəmiyyətli bir addım 1996-cı ilin dekabrında ATƏT-in Lissabon
zirvəsində atılmışdır. Bu zirvədə Azərbaycanın ərazi bütövlüyünü tanıyan bəzi
prinsiplər qəbul edilmişdir. BMT Baş Kabinetində 14 Mart 2008-ci il tarixində alman
qərar isə mövzu ilə əlaqədar son dövrdəki ən əhəmiyyətli qərardır. 39 lehinə, 7
əleyhinə səs ilə alınan qərar Azərbaycanın ərazi bütövlüyünə vurğu etməkdə və
erməni qüvvələrin işğal altındakı torpaqlardan çəkilməsini istəyir. Qərar həm də
yaşayış yerlərindən çıxarılan əhalinin geri dönməsi haqqını da vurğulamışdır. ATƏT-
in Minsk qrupu həmsədrləri olan ABŞ, Rusiya və Fransanın qərara qarşı səs istifadə
etməsi isə Azərbaycanda ATƏT-in Minsk Qrupuna olan etibarı sarsıtmışdır.
6
Qarabağ probleminin həllinə istiqamətli bir addım da 2008-ci ilin noyabr ayında
imzalanan Moskva deklarasiyasıdır. Azərbaycanın dövlət başçısı İlham Əliyev ilə
Ermənistan prezidenti Serj Sarkisyan arasında imzalanan bəyannamə münaqişənin
beynəlxalq hüquq çərçivəsində sülhsevər yollarla həll edilməsini vurğulamışdır.
Azərbaycanın daha əvvəl həlli tapıla bilməyəcəyi təqdirdə güc istifadə edilə biləcəyi
ifadəsini dəyişdirdiyi deyilə bilər. Bəyannamədə həmçinin 2007-ci il Madrid
prinsipləri vurğulanır. Madrid prinsipləri erməni qüvvələrinin Dağlıq Qarabağın
xaricində işğal etdikləri rayonlardan çəkilməsini və sonra Qarabağda referenduma
gedəcək bir prosesin başlamasını ehtiva edirdi. Ermənistan Madrid prinsiplərini qəbul
etməmişdi. Bunda əsas səbəb isə Qarabağın xaricindəki torpaqlardan qüvvələr
çəkildikdən sonra referendum mövzusunun reallaşmasında Azərbaycanın çətinlik
çıxara biləcəyi düşüncəsi və Ermənistanın daxili siyasətində hər hansı bir çəkilməyə
qarşı olan qruplardır.
7
"Qarabağ problemində Ermənistandakı bəzi ətraflar zamanın
Ermənistanın lehinə olduğunu düşünməkdədir. Artıq Azərbaycanda Qarabağ
6
http://azerbABjan.az/_News/_news_e.html?lang=en&did=2008-03-15
7
Liz Fuller “ AzerbABjan Float Principles for Karabakh peace settlement, RFERL, http://www.rferl.org,2008
10
müharibəsini heç yaşamamış olan bir nəsil yetişir. 1994-ci ildə atəşkəs imzalandıqda
doğulan uşaqlar 21 yaşına gəlmişdir. İşğal altındakı torpaqlarda Azərbaycan
türklərinə aid əsərlər məhv edilməkdə Azərbaycana aid izlər silinməkdədir.
Ermənistan bu müddətdə işğalın qalıcı ola biləcəyini hesablamaqdadır. Digər tərəfdən
isə Azərbaycanın lehinə olan BMT qərarları vardır. Bu vəziyyətdə beynəlxalq hüquq
baxımından işğalın tanınması çox çətindir. Yəni dondurulmuş münaqişə (Frozen
conflict) vəziyyətinin işğalı qanuniləşdirdiyi deyilə bilməz.
Qarabağ məsələsindən başqa Türkiyə və Azərbaycanı erməni məsələsində
birləşdirən digər məqam hər iki dövlətin beynəlxalq aləmdə erməni diasporunun
hədəfində olmasıdır. Erməni diasporu Türkiyəyə qarşı iddialarını və Qarabağın
işğalını qəbul etdirmək üçün beynəlxalq aləmdə təbliğat aparır. Erməni diasporuna
qarşı mübarizə apara bilmək üçün 2007- ci ildə Bakıda Türkiyə-Azərbaycan
Diasporlararası Əməkdaşlıq Qurultayı keçirilib. Hazırda ABŞ və Avropada Türkiyə
və Azərbaycan diaspor təşkilatları erməni iddialarına qarşı birlikdə hərəkət edir.
Türkiyə-Azərbaycan əlaqələrində enerji ölçüsü ön planda olmuşdur. Bakı-
Tiflis-Ceyhan neft boru xəttinin açılmasına qədər olan müddətdə yaşanan regional
rəqabətdə iki ölkənin qərarlı əsasları nəticəsində boru kəməri layihəsi reallaşmışdır.
Enerji sahəsindəki əməkdaşlığın yanında hərbi və mədəni sahələrdə də əməkdaşlıq
davam etməkdədir. Azərbaycanın əhalisinin Gürcüstan və Ermənistandan çox
olmasıyla yanaşı sahib olduğu enerji qaynaqları Türkiyə ilə Azərbaycan arasındakı
ticarət həcmi baxımından əhəmiyyətli bir potensialı təşkil edir. Bakıdan başlayıb
Gürcüstan üzərindən Türkiyəyə bağlanacaq olan dəmiryolunun tamamlanması
nəticəsində ticarətin daha da inkişaf edəcəyi nəzərdə tutulur.
İqtisadi sahədəki əlaqələr hər keçən il daha sürətlə inkişaf edib, güclənən
ikitərəfli münasibətlər Bakı-Tbilisi-Ceyhan neft boru xətti və Bakı-Tbilisi- Ərzurum
təbii qaz boru xətti layihələri ilə fərqli özəllik qazanıb. 2013-cü ildə istifadəyə
verilməsi planlaşdırılan Bakı-Tbilisi-Qars dəmiryolu xətti Avrasiya miqyasında
əhəmiyyətli bir nəqliyyat şəbəkəsi olacaq. Son olaraq, Ali Strateji 13 Son iyirmi ildə
Azərbaycan və Türkiyə əlaqələrinə qısa baxış Əməkdaşlıq Şurasının I toplantısında
imzalanan təbii qaz müqavilələri Türkiyə- Azərbaycan ortaqlığının regional miqyasda
11
oynaya biləcəyi rolu layiqincə göstərir. Bu, Azərbaycan və Xəzər dənizi qazının
Türkiyə vasitəsilə Avropa bazarlarına çatdırılmasının, yəni Cənub qaz koridorunun
önünü açıb. Yaxın gələcəkdə Azərbaycan qazı Türkiyə vasitəsilə Avropa bazarına
çatdırılacaq. İki ölkənin qarşılıqlı sərmayələri böyük rəqəmlərlə ifadə olunur.
Türkiyənin Azərbaycandakı sərmayələri 6,5 milyard dollar məbləğindədir. Qardaş
Azərbaycanın Türkiyədəki sərmayələri 4 milyard dollardır. 2011-ci il oktyabrın 25-də
İzmir-Aliağada “SOCAR”-ın 5 milyard dollarlıq böyük bir sərmayəsinin - yeni bir
neftayırma zavodunun təməli qoyulub.
8
Mövcud qloballaşan dünyada ən optimal çıxış yolu regional əməkdaşlığın
gücləndirilməsi, qarşılıqlı faydalılıq prinsipi əsasında yeni siyasi və iqtisadi
münasibətlərin qurulmasındadır. Azərbaycan və Türkiyə arasında münasibətlərin
inkişaf tendensiyası buna ən gözəl nümunədir. 2011-ci ilin noyabrına qədər olan
məlumatlara görə, iki qardaş ölkə arasındakı ümumi ticarət dövriyyəsi 1,4 milyard
dollar təşkil edib. İl ərzində türk iş adamlarının Azərbaycan iqtisadiyyatına yatırdığı
investisiyanın həcmi 2 milyard dolları keçib. Bu gün bir sıra Azərbaycan şirkətləri, o
cümlədən Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyə iqtisadiyyatının
müxtəlif sahələrinə vəsait yatırır və öz fəaliyyət sferalarını genişləndirir. ARDNŞ-in
yatırdığı vəsaitin həcmi təqribən 5 milyard dollar təşkil edir.
Hərbi sahədə əməkdaşlıq 2010-cu il avqustun 16-da imzalanan “Strateji
tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilədən sonra yeni mərhələyə qədəm
qoyub. Qeyd etmək lazımdır ki, hərbi silah və sursatın birgə istehsalı dinamik inkişaf
edən qarşılıqlı münasibətlərin məntiqi nəticəsidir. Bu, Azərbaycanın hərbi sənaye
kompleksinin inkişafına təkan verəcək və ölkənin hərbi qüdrətinin artmasına kömək
edəcək. Hər iki dövlət arasında mövcud siyasi və iqtisadi münasibətlər onları regional
geosiyasətin əsas aktorlarına çevirmişdir. Həyata keçirilən enerji layihələri
Azərbaycanın dəstəyi və fəal iştirakı sayəsində mümkün olub.
9
Türkiyədən keçən neft
və qaz kəmərləri vasitəsilə Azərbaycan həm enerji resurslarını dünya bazarına çıxarır,
həm də Mərkəzi Asiya ölkələrinin təbii sərvətlərinin daşınması üçün tranzit rolunu
8
Baskın Oran “Türk dış politikası” III cild (2001-2012), İstanbul 2013, s. 482
9
Bülent Aras, “Azerbaycan ile Yeniden,” Sabah, 01. 07. 2009; “Azərbaycan Türkiyə üçün ən önəmli strateji
tərəfdaşdır,” Erişim tarihi 12.06.2009
12
oynayır. Azərbaycan və Türkiyə arasında qarşılıqlı inam və etibar, dostluq və
qardaşlıq belə qlobal layihələrin həyata keçirilməsinə imkan verən əsas amildir. Onlar
Avropanın enerji təhlükəsizliyinin mühüm elementləridir. Bakı-Tbilisi-Qars
dəmiryolu xəttinin çəkilməsi və yaxın gələcəkdə istifadəyə verilməsi tarixi İpək
Yolunun bərpa edilməsini və regionun yeni nəqliyyat dəhlizinə çevrilməsini nəzərdə
tutur. Regionun gələcək inkişafı üçün zəruri olan bu layihə iki tərəf arasında
daşınmalarda mövcud çətinlikləri aradan qaldıracaq. Bu gün çoxsaylı azərbaycanlı
tələbə kontingenti Türkiyə Respublikasındakı sayı durmadan artır. Təhsil sahəsində
əlaqələrin genişlənməsi isə öz növbəsində hər iki ölkənin gəncləri arasında sıx və
faydalı münasibətlərin formalaşmasına rəvac verir. Bütün bu nailiyyətlər hər iki tərəfi
daha sıx və səylə fəaliyyət göstərməyə həvəsləndirir. Eyni zamanda, son illər ərzində
hər iki dövlətin beyin mərkəzləri arasında sıx əməkdaşlıq əlaqələri də qurulub. Belə
əməkdaşlığın bariz nümunəsi Azərbaycan Respublikasının Prezidenti yanında Strateji
araşdırmalar mərkəzi ilə Türkiyənin bir sıra beyin mərkəzləri, xüsusilə Xarici işlər
nazirliyi yanında Strateji araşdırmalar mərkəzi ilə aktiv surətdə həyata keçirilən birgə
layihələrin sayının durmadan artmasıdır. Bu isə vahid ekspert məkanının qlobal
çağırışlara qarşı ümumi fəaliyyət strategiyasının formalaşması üçün zəmin yaradır.
Elmi münasibətlərin və əlaqələrin təkmilləşdirilməsi bundan sonra da yüksələn xətt
üzrə davam etməli, yeni uğurların əldə edilməsi üçün birgə səylər daha da
artırılmalıdır.
Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə operativ qarşılıqlı müşavirə
və ünsiyyət mövcuddur. 2010-cu il avqustun 16-da Türkiyə Respublikanın Prezidenti
cənab Abdullah Gülün Azərbaycana səfəri zamanı “Strateji tərəfdaşlıq və qarşılıqlı
yardım haqqında” Müqavilənin imzalanması ənənəvi ortaqlığın, həmrəyliyin, əzm və
möhkəmliyin təbii nəticəsidir. Strateji əməkdaşlıq səviyyəsində olan əlaqələrin daha
da möhkəmlənməsini təmin etmək məqsədilə 2010-cu ildə keçirilən Türkdilli
Ölkələrin Dövlət Başçılarının İstanbul Sammiti zamanı Türkiyə- Azərbaycan Ali
Strateji Əməkdaşlıq Şurasının yaradılmasına dair ortaq fikir yaranıb. Şuranın ilk
toplantısı 2011-ci il oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti cənAB
İlham Əliyev ilə Türkiyə Respublikasının Baş naziri cənab Rəcəb Tayyib Ərdoğanın
13
iştirakı ilə İzmirdə keçirilib. İki qardaş ölkədən 10 nazirin iştirak etdiyi toplantıda 20-
yə yaxın sənəd imzalanıb, ikitərəfli əlaqələr geniş müzakirə olunub.
Türkiyə ilə Azərbaycan arasında beynəlxalq və regional platformalarda
mövcud olan əməkdaşlıq və həmrəylik çərçivəsində, demək olar ki, bütün
mövzularda
Türkiyə
Azərbaycanı, Azərbaycan da
Türkiyəni dəstəkləyir.
10
Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına 2012-2013-cü illər üçün qeyri-
daimi üzv seçilməsinə Türkiyə çox böyük dəstək verib və Azərbaycanın beynəlxalq
təhlükəsizlik və sülhə xidmət edən belə əhəmiyyətli bir vəzifəyə seçilməsindən böyük
məmnuniyyət və qürur hissi duyur. Azərbaycanın 20 il kimi qısa müddətdə BMT
Təhlükəsizlik Şurasına 155 səs alaraq qeyri-daimi üzv seçilməsi dünya ictimaiyyəti
tərəfindən təqdirlə qarşılanıb. Azərbaycanın bu böyük uğurunu Azərbaycan son
iyirmi ildə Azərbaycan və Türkiyə əlaqələrinə, müstəqilliyin yenidən bərpasının 20-ci
ildönümü hədiyyəsi kimi qiymətləndirir.
11
Türkiyənin 2009-2010-cu illər arasında
BMT-də Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünü yerinə yetirməsindən sonra
Azərbaycanın da 2012-2013-cü illər üçün bu vəzifəni boynuna götürməsi hər iki
ölkənin beynəlxalq planda əldə etdikləri nüfuzun göstəricisidir. Əsasən bu nüfuz üçün
Türkiyə və Azərbaycan müxtəlif platformalarda ortaq fəaliyyət göstərir. Məsələn,
Türkiyə ilə Azərbaycan Asiyada Əməkdaşlıq və etimad yaratma tədbirlər konfransı,
türkdilli ölkələrin Əməkdaşlıq Şurası, türkdilli ölkələrin Parlament Assambleyası və
Beynəlxalq türk mədəniyyəti təşkilatı (TÜRKSOY) kimi ortaq təsis edilən regional
təşkilatlarda əməkdaşlığı davam etdirirlər. Bundan başqa, Türkiyə NATO-nun ən
əhəmiyyətli üzv ölkələrindən biri olaraq Azərbaycanla NATO arasındakı əlaqələrin
inkişaf etdirilməsi üçün hər cür səy göstərir. Türkiyə ilə Azərbaycanın türk dünyası
üçün ortaq fəaliyyətlərinə xüsusilə toxunmaq lazımdır. 2009-cu ildə türkdilli
ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) qurulub, Türkdilli ölkələrin dövlət
başçılarının IX Zirvə görüşü Naxçıvanda keçirilib. Naxçıvan sammitində imzalanan
müqavilə və İstanbulda təşkil edilən türkdilli ölkələrin dövlət başçılarının X Zirvə
10
“Azərbaycan Türkiyə üçün ən önəmli strateji tərəfdaşdır.” Erişim tarihi12.06.2009,
http://www.anspress.com/nid119191.html
11
“Türkiye Geriye, Azerbaycana Gayıtdı.” Yeni Müsavat, 14.04.2009.
14
görüşünün İstanbul bəyannaməsi ilə şuranın təşkilatlanmasının təməli atılıb. Türk
şurası ilk zirvə toplantısını 2011-ci il oktyabrın 20-21-də Almaatada keçirib.
Soyuq müharibədən sonra dəyişən nizam və AK Partiya rəhbərliyi çərçivəsində
ümumi olaraq Cənubi Qafqaz siyasəti araşdırılsa, mədəniyyətlərin geniş nöqtəsində
olan və bir çox mədəni müxtəlifliyə sahib Cənubi Qafqaz Türkiyənin olduğu qədər
digər qlobal aktorların da əlaqəsinin toplandığı bir coğrafyadır. AK Partiyanın
iqtidara gəlməsindən sonra Türkiyənin xarici siyasətində meydana gələn
dəyişmələrdən Cənubi Qafqaz və xüsusiləşdirsək Gürcüstan ilə mövcud əlaqələr də
təsirlənmişdir. Onsuz da hal-hazırda ümumi mənada problemsiz gedən əlaqələr iki
ölkənin sosial-iqtisadi və siyasi maraqlarına uyğun olaraq yenidən nəzərdən
keçirilməyə başlanmışdır. AK Partiya hökuməti özündən əvvəl iqtidara gələn digər
rəhbərliklər kimi Türkiyənin Orta Asiyaya açılan qapısı olan və 276 kilometrlik
sərhəd qonşusu Gürcüstanın əhəmiyyətinin fərqinə varmışdır. Ancaq bəzi əskiklər və
əlaqələrin istənilən nöqtədə olmaması Ankara-Tiflis arasında yeni təmasların
meydana gəlməsini lazım bilmişdir.
Türkiyənin Qafqazdakı ikinci-ən az Azərbaycan qədər önəmli digər müttəfiqi
Gürcüstandır. Türkiyə 1991-ci ildə Sovet İttifaqının dağılmasından dərhal sonra 16
dekabr 1991-ci ildə Gürcüstanın müstəqilliyini tanımış, 21 may 1992-ci ildə də iki
ölkə arasında diplomatik əlaqələr qurulmasına dair Protokol imzalanmışdır. İki
ölkənin Ankara və Tiflisdəki səfirliklərinin yanında, Türkiyənin Batumidə,
Gürcüstanın isə İstanbul və Trabzonda konsulluqları vardır.
12
Gürcüstanın həm də
İzmir və Samsun şəhərlərində Fəxri konsulları var. Ən axırıncı dəfə 2014-cü ilin
yanvar ayında Türkiyənin o zamankı prezidenti Abdullah Gül Gürcüstan prezidenti
Georgi Marqvelaşvilini
Türkiyədə qəbul etmişdir. İkili ortaq mətbuat konfransı təşkil
etmişdir.
AK Partiya iqtidara gəldiyi zaman Gürcüstanda Şevardnadze prezident
vəzifəsində idi. Ancaq Şevardnadze rəhbərliyi Gürcüstan ictimaiyyətində tez-tez
tənqid edilmiş, Gürcüstan küçələrində nümayişlər keçirilirdi. 2003-cü ilin noyabr
ayında Gürcüstanda təşkil edilən ümumi seçkilərdə də qeyri-obyektivlik edildiyi
12
Demirağ, Yelda, “Türkiye-Gürcistan ilişkileri” Nobel Yayınevi, 2007, s. 269-296
15
səbəbiylə qiyamlar başlamışdır. Gürcü xalqının bu reaksiyasının davamı olaraq
"Məxmər inqilabı" və ya digər bir adıyla "Gül inqilabı" olaraq bilinən hadisə ilə
Şevardnadze rəhbərlikdən ayrılmaq məcburiyyətində qalmışdır. Eyni zamanda gürcü
separatçı bölgələrində də tez-tez qiyamlar meydana gəlməyə başlamışdır. Türk xarici
siyasət nümayəndələri Acara bölgəsinin lideri Aslan Abaşidzeyə daxili qarışıqlıq
çıxarıb ölkənin sabitliyinin pozulmaması istiqamətində məsləhətdə vermişlər.
Gürcüstanın içində olduğu bu vəziyyətə türk xarici siyasəti nümayəndələri qeydsiz
qalmayaraq bu şərhi etmişlər: "Türkiyə seçkilər sonrasında meydana gələn
inkişafların, əlaqələrimizi mükəmməl səviyyədə davam etdirərək gəldiyimiz bu qonşu
ölkənin rifahına təsir etməməsini və dost Gürcüstanda dinclik və birliyin ən qısa
zamanda hakim olmasını ürəkdən arzu edir. Türkiyə çətinliklərin siyasi uzlaşmanın
təmin edilməsi surətiylə aşılacağına və Gürcüstanın demokratiya yolunda irəliləməyə
davam edəcəyinə inanır. "
13
Şevardnadze rəhbərlikdən ayrıldıqdan sonra, 4 yanvar 2004-cü il tarixində
keçirilən seçkilərdə Saakaşvili prezident seçilmişdir. Türk millət vəkilləri bu seçkidə
müşahidəçi statusunda olmuşlar. Ardınca yeni Gürcüstan prezidenti Saakaşvili 20
may 2004-cü ildə Türkiyəyə səfər etmişdir. Gürcüstan prezidenti səfəri zamanı
Ankara-Tiflis arasındakı əlaqələrin sosial-iqtisadi və siyasi baxımdan gələcəyinə
toxunarkən separatçı bölgələrdəki problemlərdən bəhs etmişdir. Eyni zamanda
Saakaşvili Gürcüstanda müstəqilliyin və sabitliyin təmin edilməsi məqsədiylə Qərb
ilə əməkdaşlığa verilən əhəmiyyət ilə Türkiyənin bu mövzudakı yerini ifadə etmişdir.
O dövrün prezidenti Əhməd Necdət Sezər isə türk rəhbərliyinin Gürcüstan
Respublikasının ərazi bütövlüyünə duyduğu hörmət ilə Qafqazda sabitliyin təmin
edilməsinə istiqamətli diləklərini ifadə etmişdir.
AK Partiya iqtidara gəldikdən sonra Cənubi Qafqaz ilə əlaqələrini nəzərdən
keçirməyə başlamışdır. Bu nöqtədə uzun illərdir aralarındakı problemləri həll edə
bilmədiyi Ermənistan ilə əlaqələrdə də yeni siyasətlər yaradılmağa çalışılmışdır.
Türkiyə diplomatik əlaqələri olmayan Ermənistan ilə bürokratik işləri uzun illər
Moskva səfirliyi üzərindən etmişdir. Türkiyə 2005-ci ilin mart ayında bürokratik
13
.
Turkey´s Political Relations With Georgia , http://www.mfa.gov.tr/turkey_s-political-relations-with-georgia.en.mfa, 02.07.2011
16
əməliyyatların daha funksional bir şəkildə getməsi üçün Ermənistan ilə əlaqələrini
Rusiya yerinə Gürcüstan üzərindən icra edəcəyi qərarını açıqladı. Türk
səlahiyyətliləri tərəfindən funksionallıq səbəbi irəli sürülsə də əslində bu vəziyyətin
Ermənistan ilə Rusiya arasındakı sıx əlaqələr və Türkiyənin bu vəziyyətdən mənfi
təsirlənməsinə bir reaksiya olaraq yaradıldığı tənqidləri edilmişdir. Mövzu ilə
əlaqədar Xarici İşlər Nazirliyi spikeri Namık Tan bu şərhi etmişdir:
"Dialoq prosesinin tələb yazışmalarının edilməsi və rəsmi olaraq
tanımadığımız bu ölkə ilə lazımlı digər təmasların davam etdirilməsi, bu çərçivədə
vətəndaşlarımızın problemlərinin aradan qaldırılmasında Ermənistana qonşu olan
Gürcüstan paytaxtındakı Tiflis səfirliyimizin Moskva səfirliyimizlə müqayisədə daha
funksional mövqedə olduğu nəticəsinə gəlinmişdir."
Türkiyə-Gürcüstan arasındakı əlaqələrdə hərbi mövzular da böyük əhəmiyyət
kəsb edir. Gürcüstan müstəqilliyini qazandığı andan etibarən Rusiya ilə mövcud
əlaqələrinə görə Qərb təşkilatlarına inteqrasiya etməyi qarşısına məqsəd qoymuşdur.
İnteqrasiya üçün ən əhəmiyyətli beynəlxalq təşkilatlardan biri isə NATO-dur. NATO-
ya üzv olan və ABŞ ilə birlikdə Cənubi Qafqazda sabitlik meydana gəlməsini
reallaşdırmağı məqsəd qoyan Türkiyə Gürcüstanın demokratiyanı tam mənasıyla təsis
edib, beynəlxalq təşkilatlara üzv olmasını dəstəkləyir. Ankara-Tiflis arasındakı hərbi
əlaqələrin təməli 1997-ci ildə imzalanan bir hərbi əməkdaşlıq razılaşmasına əsaslanır.
Bu müqavilənin imzalanmasının ardından 1998-ci ildən etibarən Türkiyəyə təhsil
almaq məqsədiylə gürcü zabitlər gəlməyə başlamışdır. Bunun xaricində Türkiyənin
Gürcüstana hərbi məqsədlərlə etdiyi yardımın 40 milyon dolları keçdiyi ifadə edilir.
Türkiyənin hərbi baxımdan Gürcüstan ilə əlaqələrində müzakirə edilən bir
digər mövzu isə 2008-ci il avqust ayında Rusiya və Gürcüstan qüvvələri arasındakı
müharibədir.
14
2008-ci ilin avqust ayının ilk günlərindən Cənubi Osetiya və
Gürcüstan arasında qarşıdurmalar başlamışdır. Cənubi Osetiyanın müstəqilliyini elan
etməsinin ardından avqustun 8-inin səhəri gürcü güclər Cənubi Osetiyaya girmişdir.
Hadisənin ardından Rusiyada hərbi birliklər və tanklarla Cənubi Osetiyaya Gürcüstan
qarşısında girməsiylə, vəziyyət daxili iğtişaşlardan çıxıb beynəlxalq bir hal almışdır.
14
Ahmet Davutoğlu, Stratejik Derinlik: Türkiye’nin Uluslararası Konumu, Küre Yayınları, İstanbul 2001;
17
Dünya ictimaiyyətinin də diqqətini çəkən və Rusiya əleyhinərı ifadələrin meydana
gəldiyi bu döyüşdə Türkiyə də vəziyyətə müdaxilə etmişdir. Rusiya Türkiyənin hərbi
yardım adı altında verdiyi materialların gürcü ordusunu inkişaf etdirərək bu hərəkatın
başlamasını təmin etdiyini iddia etmişdir. Beləcə Türkiyənin Cənubi Osetiya
hərəkatına bilvasitə dəstəyi eyham edilmişdir.
2008-ci il avqust döyüşündə baş nazir Rəcəb Tayyib Ərdoğan atəşkəsin
yaradılıb Cənubi Qafqazda sabitliyin təmin edilməsi məqsədiylə Rusiya və Gürcüstan
tərəflərinə görüşlər tapılmışdır
15
. Bu məqsədlə 13 avqustda Moskvaya, 14 Avqustda
Tiflisə getmişdir. Bu səyahətlərdə Baş nazir Ərdoğan Türkiyənin Gürcüstanın ərazi
bütövlüyünə duyduğu hörməti ifadə edərək, BMT Təhlükəsizlik Şurasının də
təsdiqlədiyi Gürcüstan sərhədlərinin qorunmasından yana olduqlarını ifadə etmişdir.
Eyni zamanda qarşıdurmalardan sonra çətin vəziyyətə düşən gürcü xalqına yardım
etmək məqsədiylə Qızılay dəstəyi veriləcəyini söyləmişdir. Ancaq baş nazir
Ərdoğanın ən böyük ifadəsi Qafqazda yaradılacaq bir sabitlik və əməkdaşlıq
platformasıdır. Tiflisdəki danışıqlarında Ərdoğan mövzuya Rusiyanın da isti
baxdığını ifadə etmiş, məqsədlərinin Qafqazda sülhü təsis edib, regional sabitliyi
yaratmaq olduğunu açıqlamışdır.
16
Avqust müharibəsində yaşanan bir digər hadisə Gürcüstana yardım aparmaq
istəyən iki Amerika xəstəxana gəmisinin Montre boğazlar müqaviləsinə uyğun olaraq
boğazlardan keçişinə icazə verilməməsi olmuşdur. Bu mövzu türk-amerikan
əlaqələrində də qısa davamlı bir böhrana yol açmışdır. Ancaq Türkiyə burada
Gürcüstan ərazi bütövlüyünü müdafiə edib, Tiflis rəhbərliyinə dəstəyini təqdim
edərkən, əhəmiyyətli bir ticarət ortağı olan Rusiya ilə də əlaqələrini pozmamaq adına
tarazlıq siyasəti izləmişdir. Amerika gəmiləri Montre konvensiyasının uyğun qaydada
olmadığı səbəbiylə boğazlardan keçirilməmişdi. Haqqında gedən mövzuyla əlaqəli
qanunvericiliyə görə Qaradənizə sahili olmayan ölkələrin Qaradənizdə eynivaxtlı
olaraq ümumilikdə saxlaya biləcəkləri donanma gəmilərinin ümumi ağırlığı 45 min
ton ola biləcək. Ancaq Vaşinqton rəhbərliyinin Gürcüstana göndərmək istədiyi
15
E. Fuat Keyman ve Ziya Öniş, Turkish Politics in a Changing World, İstanbul Bilgi University Publications, İstanbul,
2008.
16
Independent International Fact-Finding Mission on the Confl ict in Georgia, Report, Eylül 2009
,
18
xəstəxana gəmilərinin yalnız bir dənəsi belə 69 min tonu aşır. Eyni zamanda
Amerikanın boğazlardan gəmilərini keçirməsi üçün ən az 8 gün əvvəldən Türkiyə
rəhbərliyinə bir bəyanat olması lazımdır. Türk nümayəndələr bu dövrdə Amerika
tərəfindən mövzuyla əlaqədar belə bir bildiriş almadıqlarını açıqlamışdır. Ancaq
irəliləyən zamanlarda prosedurların uydurulma şərtiylə Türkiyə boğazlardan Amerika
gəmilərinin keçməsinə icazə vermişdir.
17
Türkiyə də Qafqaz sabitlik və əməkdaşlıq platformasını ortaya qoyaraq həm
Rusiya-Gürcüstan böhranında, həm də Qafqazda ola biləcək başqa böhran problem
dərinləşməyə bir çözüm olmasını ya da həll üçün mühitin təmin edilməsini istəyir.
Türkiyənin Qafqaz siyasəti baxımından mövzunun çox istiqaməti vardır. Türkiyə
həm ümumi xarici siyasət xəttindən həm də Gürcüstanın enerji layihələrindəki
mövqeyindən ötrü bu ölkənin ərazi bütövlüyünü müdafiə etmişdir. Ancaq Abxaziya
və Cənubi Osetiyanın ayrılması hər nə qədər Gürcüstan tərəfindən tanınmasa da
Gürcüstanın onsuz da idarəsinin olmadığı bu torpaq parçalarının yükündən xilas
olması mənasını verməkdədir.
Qafqazda baş verən yeni tarazlıqlar Türkiyəyə qlobal siyasətdə rol oynama
fürsəti təqdim etməklə birlikdə yeni təhlükəsizlik risklərini də özü ilə gətirməkdədir.
Rusiyanın rahatlıqla Gürcüstanın bir limanına girməsi Qaradənizin təhlükəsizliyinə
istiqamətli müzakirələrini yenidən gündəmə daşıyacaq. Bu mövzuda Türkiyə
baxımından Qaradənizdə risklər olmaqla birliklə ciddi bir təhdidin olmadığı bir
vəziyyət vardır və Türkiyə Qaradəniz üçün irəli sürdüyü mexanizmlərin bu bölgədə
təhlükəsizlik üçün kafi olduğu fikirindədir. ABŞ və bəzi ölkələr xüsusilə Rusiyanın
bölgə ölkələrindəki etnik mübahisələri istifadə ölkələrin daxili işlərinə qarışma
siyasətinə qarşı da Qara dənizdə güclü yeni quruluşun yaradılmasını istəyirlər.. Qara
dənizdə bir təhlükəsizlik boşluğu (security vacuum) olduğu düşüncəsiylə Aralıq
dənizində terrorla və cinayətlərlə mübarizə çərçivəsində fəaliyyət göstərən NATO
gücünün vəzifə sahəsinin Qara dənizi də əhatə edəcək şəkildə genişləndirilməsini
istəyən ABŞ bu mövzuda Rumıniya və Bolqarıstandan dəstək görməkdədir. Türkiyə
Qara dənizdə təhlükəsizlik məqsədi olaraq 2001-ci ildə Qara dəniz Dəniz əməkdaşlıq
17
Amnesty International, Civilians in the Line of Fire: Th e Georgia-Russia Confl ict, London, 2008.
19
dəniz vəzifə qrupunun (BLACKSEAFOR) qurulmasına liderlik etmişdir. Qara dəniz
Deniz əməkdaşlıq dəniz vəzifə qrupu sahilyanı ölkələrin axtarış və xilasetmə işləri
yanında qeyri-qanuni dəniz trafiki və asimmetrik təhdidlərlə mübarizədə bir vasitə
olaraq meydana gətirdikləri quruluşdur. Türkiyə tərəfindən 2004-ci ildə başladılan bir
cəhd də Qara dəniz Uyğunlaşma hərəkatı (Operation Black Sea Harmony) dır. 2006-
ci ilin sonuna qədər Türkiyənin icra etdiyi hərəkata 27 dekabr 2006-cı il tarixində
Rusiya Federasiyası da qatılmışdır. Bu hərəkatın vəzifəsi qeyri-qanuni fəaliyyətlərə
qarışdıqlarından şübhə duyulan ticarət gəmiləri təsbit etmək və izləməkdir.
Rusiya Qərbə qarşı enerji sahəsində fəal mövqeyi itirməmək üçün enerji
qaynaqlarına sahib ölkələr ilə bu qaynaqların öz torpaqlarından beynəlxalq sahəyə
daşınması üçün müqavilələr bağlamışdır. Rusiyada Qafqaz və Orta Asiyada Qərbin
dəstəklədiyi layihələrə qarşı cəhdlər edilir. Məsələn, Bakı-Tiflis-Ceyhan neft boru
xəttinə Qazaxıstan neftinin də daxil olmasına maneə törətmək üçün Rusiya
Qazaxıstan ilə Tengiz hövzəsindəki neftin mövcud boru xəttinin tutumunun
yüksəldilərək Rusiyanın Novorosisk limanına daşınmasını ehtiva edən bir razılaşma
imzalamışdır.
18
Yenə Rusiya Türkiyənin də dəstəklədiyi və qABaqcıllarından olduğu
Xəzərdən keçən təbii qaz boru xətti ilə Türkmənistan qazının Azərbaycan qazı ilə
birlikdə Türkiyə üzərindən Avropaya çatdırılması layihəsi olan NABUCCO-ya
maneə törətməyə yönəlik bir müqaviləni Türkmənistan ilə imzalamışdır. Türkiyə
Azərbaycan və Türkmənistan qazlarının torpaqları üzərindən dünyaya açılmasını
istəyir və Rusiya-Qərb əlaqələrinin gərginləşməsi Türkiyənin dəstəklədiyi layihələri
ön plana çıxarır. Bu çərçivədə NABUCCO layihəsi də yenidən gündəmə daşınmışdır.
Azərbaycan qazının Türkiyə üzərindən Yunanıstana çatdırılması üçün təməli 2005-ci
ildə atılan boru xəttinin 18 noyabr 2007-ci il tarixində açılması da həm Türkiyə-
Azərbaycan əlaqələri baxımından həm də Türkiyənin bölgə enerji qaynaqlarının
daşınmasında tranzit rol oynaması baxımından əhəmiyyətlidir.
19
18
MERT O. 2004: Türkiye’nin Kafkasya Politikası ve Gürcistan, s.160., İstanbul
19
Gareth Winrow, Turkey, Russia and the Caucasus: Common and Diverging Interests, Chatham House, Briefi ng
Paper, Noyabr 2009
20
AK Partiya iqtidarının yeni olaraq xarakterizə edilən xarici siyasət ifadəsinə,
Türkiyənin tarixi və bu keçmişin gətirdiyi məsuliyyətə vurğulanmış, bu çərçivədə bir
cür təsir sahəsi yaratmağa çalışılmışdır. Bu sahədə ya da coğrafiya, prioritetli olaraq
Türkiyənin qonşuları və onu əhatə edən yaxın ətrafıdır. Bu məzmunda xarici siyasət
prioriteti olaraq "qonşularla sıfır problem"in hədəfləndiyi, təhlükəsizlik-azadlıq,
demokratiya tarazlığı, regional səviyyədə xarici siyasət, qonşularla inteqrasiya
ifadələrin önə çıxardıldığı, bu hədəfə çatmaqda da "ritmik diplomatiya" formasında
adlandırılan daha girişkən və fəal bir diplomatik yanaşmanın izlənilməyə çalışıldığı
görülmüşdür. Ana ox, çox ölçülü bir xarici siyasət izlənilməsi və problem mərkəzli
yanaşmadan həll-mərkəzli bir yanaşmaya keçid kimi vurğulanıb. Bu yanaşmada bir
bölgə olaraq Qafqaz ən azından avqust 2008-ə qədər çox da prioritetli deyildi.
Prioritet AB üzvlüyü və Orta Şərqdəki inkişaflar qarşısında Türkiyənin mövqeyini
gücləndirir. Qafqaz Türkiyənin "Asiyaya açılan qapı"sı və meydana gəlməyə yeni
başlayan Qara dəniz bölgəsi içində bir ana sahə olaraq qiymətləndirilmişdir. Qafqazı
ara-sıra önə çıxardan digər başlıqlar isə Rusiya ilə inkişaf edən əlaqələrin regional
inkişaflara təsir etməsi, ABŞ-ın bölgəyə yönəlik artan marağının Türkiyəyə təsirləri
və enerji siyasətinin olmağı idi.
AK Partiya dövrü xarici siyasətinin ümumi çərçivəsini təyin edən ad olaraq
qəbul edilən Əhməd Davudoğlu Qafqazı Türkiyənin "yaxın quru hövzəsində" iştirak
edən və Balkanlar və Orta Şərqlə birlikdə bu hövzəni təşkil edən alt bölgələrdən biri
olaraq xarakterizə etməkdədir. Türkiyənin Qafqaza baxışında Azərbaycan
Davudoğlunun dəyərləndirmələrində də mərkəzi bir mövqedədir. Qafqazda
Azərbaycan, Balkanlarda isə Albaniya sabit və güclü bir regional mövqe
qazanmadıqca, Türkiyənin hər iki bölgədəki çəkisini artıra bilməsi də, yaxın dəniz
hövzəsi içində olmaqla birlikdə sərhəd hadisələri içində qalan Adriatik və Xəzərə
istiqamətli siyasətlər yarada bilməsi də mümkün olmaz. AK Partiya iqtidarının avqust
2008-ə qədər olan dövründə, əvvəlki dövrdən fərqli bir Qafqaz siyasətinin
varlığından bəhs etmək olmaz. 2001-ci ildən sonrakı dövrdə yenə əvvəlki dövrə
bənzər
şəkildə, bölgənin əsas problemi xüsusiyyətindəki dondurulmuş
anlaşılmazlıqlara Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
21
yanaşılmış, problemlərin həllində yaxşı niyyət və əməkdaşlığı vurğulayan baxış
bucağı müdafiə olunmağa davam etmişdir. Regional əlaqələrin davamı üçün
Gürcüstan-Azərbaycan oxunun qorunduğu, iqtisadi, siyasi və hərbi bağların
gücləndirilməyi çalışıldığı görülür. İqtisadi və ticarət əlaqələri sürətlə inkişaf
etdirilmiş, mədəni bağlar qorunmağa çalışılmış və enerji-nəqliyyat sahəsində
addımlar atılmışdır.
20
BTC neft boru xətti ilə yanaşı Bakı-Tiflis-Qars təbii qaz boru
xətti inşa edilmiş, Qərb müttəfiqlər Ermənistanı kənar etdiyi iddiasıyla qarşı
çıxmalarına baxmayaraq "Dəmirdən İpək yolu" olaraq da xatırlanan Qars-Tiflis-Bakı
dəmiryolu xəttinin inşası üçün cəhdlər də olmuşdur. Bu dövrdə Gürcüstan
dəstəklənmiş və Ermənistan təzyiq altına alınmağa çalışılmışdır. Bu yanaşmanın əks
olunması ilə paralel 2004-cü ildə Acariyada yaşanan hadisələrdə Türkiyənin
səssizliyini qoruduğu, Saakaşvili rəhbərliyinin Acariyanın muxtariyyatı ortadan
qaldıran
yanaşmasına
mənfi
bir
reaksiya
verilmədiyi
görülməkdədir.
Qısacası,tətbiqlərə və inkişaflara baxıldığında yuxarıda qiymətləndirilən ümumi
tənqidi baxışa baxmayaraq 2008-ə qədər olan dövrdə Türkiyənin Qafqaza istiqamətli
siyasət və tətbiqlərində əvvəlki dövrlərdən çox fərqli bir mövqe nəzərə çarpmışdır.
İqtisadi güc mənasında Azərbaycanla müqayisə olunmayacaq bir ölkə olmaqla
yanaşı, Gürcüstanın 2008-ci ildə adam başına düşən gəlirin 631 dollardan 2.800
dollara çatdığı görülür. Türkiyə Gürcüstanın iqtisadi və ticarət həyatındakı ən önəmli
ölkə mövqeyindədir. Türkiyə və Gürcüstan arasında 1992-ci ildə 17.8 milyon dollar
olan ümumi ticarət həcmi 2008-ci ildə 1 milyondan 520 milyon dollar səviyyəsinə
çatmışdır. Türkiyənin 2005-ci ildən etibarən Gürcüstanın iqtisadi həyatında 17%
payla Rusiyanın ardından ikinci böyük ortaq mövqeyi 2006-cı ildə birinciliklə yer
dəyişdirib.
21
Gürcüstan, Türkiyənin köhnə Sovet coğrafiyasında iqtisadi və ticarət
əlaqələrində Rusiya Federasiyasından əvvələ keçə bildiyi yeganə köhnə Sovet
respublikasıdır. Eləcə də bunun xaricində 2006-cı ilin axırında yekunlaşdırılan Bakı-
Tiflis-Ərzurum və ya Cənubi Qafqaz təbii qaz xətti, Bakını da əhatə edəcək şəkildə
genişləndirilən Qars-Tiflis dəmiryolu layihəsi, Çoruh çayı üzərindəki Deriner
20
Turkey´s Political Relations With Georgia ,
http://www.mfa.gov.tr/turkey_s-political-relations-with-georgia.en.mfa
, 02.07.2011.
21
Турция и Грузия упрощают правила пересечения границ –
МИД,http://newsgeorgia.ru/politics/20110212/213730960.html, 03.07.2011
22
hidroelektrik stansiyası və Tiflis beynəlxalq hava limanı layihəsi kimi ortaq layihələr
Gürcüstanı iqtisadi baxımdan Türkiyəyə yaxınlaşdırmışdır.
Qafqaz Türkiyə üçün əhəmiyyətli fürsətlər təqdim edən və Türkiyənin qlobal
siyasətdə təsirli olmasının bir vasitəsi ola biləcək olan bölgədir. Qlobal siyasətlər
baxımından enerji mövzusu ön plana çıxmaqdadır. Xüsusilə Qərb baxımından, enerji
təhlükəsizliyi baxımından bölgə enerji qaynaqlarının qısa zamanda Qərbə
çatdırılması və Rusiyaya olan asılılığın azaldılması əhəmiyyət daşımaqdadır. Qafqaz
ölkələrinin sabitliyi və Orta Asiya ilə əlaqələri bu nöqtədə əhəmiyyət daşımaqdadır.
Türkiyə Azərbaycan və Gürcüstan ilə olan əlaqələriylə bu mövzuda ən təsirli regional
gücdür.
22
Qafqazdakı güc mübarizəsiylə bəslənən təhlükəsizlik problemlərində
Rusiya hərbi mənada bölgədəki fəaliyyətini davam etdirmə və bu yolla təzyiq etmək
siyasətini tətbiq edir. Rusiya baxımından Ermənistan ilə olan əlaqələri və bu ölkədəki
hərbi varlığı daha da əhəmiyyət qazanmışdır. Türkiyə Gürcüstan və Azərbaycanın
Qərb ilə yaxınlaşması və təhlükəsizlik sisteminə inteqrasiyasında əhəmiyyətli rol
oynamaqdadır. ABxaziya və Cənubi Osetiyanın Gürcüstandan ayrılmasıyla
Gürcüstanın iki bölgə ilə əlaqədar so-runun da həll vc qalan torpaqları üzərində
Gürcüstanın bütünlük-günüm qorunması və demokratikləşməsi Türkiyə tərəfindən
dəstəklənəcəkdir. Türkiyənin bölgəyə istiqamətli siyasətində enerji təhlükəsizliyi
əhəmiyyətli bir yer tutmaqdadır. NABUCCO layihəsi daxil enerjinin torpaqlarından
keçməsi Türkiyənin enerji təhlükəsizliyinin zəmanəti olacaq. Bunun gerçekləşməsi
üçün isə Qafqazdakı siyasi sabitliyin davamlılığı lazımlıdır. Türkiyə bölgəyə
istiqamətli siyasətinin formalaşmasında enerji təhlükəsizliyi və siyasi sabitlik
faktorlarını nəzərə etməkdədir.
Dostları ilə paylaş: |