Akademik yazinin əsas hissəLƏRİ



Yüklə 19,74 Kb.
səhifə1/2
tarix28.12.2021
ölçüsü19,74 Kb.
#48231
növüYazı
  1   2
Akademin yazının əsas hissələri


AKADEMIK YAZININ ƏSAS HISSƏLƏRİ

Bildiyiniz kimi, paraqraf bir mövzu barədə bir neçə cümlədən ibarət olur və üç əsas hissəyə malik olur: giriş cümlə, əsas hissə (fikri dəstəkləyən cümlələr) və yekun cümlə. Eynilə, bizim yazdığımız tədqiqat işləri də bir mövzü və üç əsas hissədən ibarət olan paraqraflar qrupudur, giriş, əsas hissə və nəticə. İndi isə gəlin akademik yazı işinizin hər bir hissəsinə ayrı-ayrılıqda baxaq.



Giriş paraqrafı

Giriş akademik yazı işinizin ilk paraqrafıdır. O, mövzunu təqdim edir və oxucuda maraq oyadır. Giriş paraqrafı yazmağın bir neçə yolu var. Fikrimizin aydın ifadəsi üçün hər hansı bir mayeni ağzı geniş olan bir qabdan ağzı dar olan başqa qaba tökmək üçün istifadə etdiyimiz əşyanı - qıfı təsəvvürümüzə gətirək. Mayenin dağılmaması üçün ağzı geniş olan və sonuna doğru getdikcə daralan qaba qıf deyirik. Yazını həmin əşyaya bənzətsək, girişi qıfın ağzı hesab edə bilərik. Qıfın ağzı, yəni yazının girişi 2 hissədən - bir neçə ümumi cümlədən və bir tezis cümləsindən ibarət olur. Ümumi cümlələr akademik yazı işinizin mövzusu haqqında oxucuya ümumi məlumat verir. Onlar oxucunu mövzunuzun çox ümumi ideyasından çox spesifik ideyasına doğru yavaş-yavaş aparır. Qıfın ağzı -yazının girişindəki ilk ümumi cümlə sadəcə mövzunu təqdim edir. Şəkli çəkərkən kamera linzası konkret bir şəkil üzərində fokuslandığı kimi, hər bir növbəti cümlə də getdikcə spesifik mövzu üzərinə daha çox fokuslanmış olur. Tələb olunan ümumi cümlələrin sayı üzrə dəqiq bir qayda yoxdur. Bununla belə, sizin 3-4 cümlə yazmanız gərəkdir və bu cümlələr oxucunun diqqətini saxlamaq üçün kifayət qədər maraqlı olmalıdır. Oxucunun diqqətini cəlb etmək üçün ümumi cümlələr içərisinə bir neçə maraqlı detallar salmaq olar. Buna baxmayaraq, elmi yazı işinizin əsas hissəsinə aid olan heç bir detalı burada verməməlisiniz.

Tezis cümləsi elmi yazı işinizin əsas ideyasını təqdim edir.

• O, yazınızın konkret mövzusunu göstərir.

• O, əsas mövzunun yarım mövzularını sadalaya bilər.

• O, eyni zamanda struktur metodu barədə məlumat verir.

• O, girişin sonuncu cümləsi olmalıdır.

Tezis cümləsi elmi yazı işinizin sualına cavab verdiyinə görə, başlanğıc üçün ən uyğun məqamdır. Buradan yazınızın yarım mövzularının nə olacağı və onlarda nələrdən söhbət açacağınız barədə qərar verə bilərsiniz. Nədən söhbət açacağınız barədə ilkin fikriniz olduqdan sonra yazınızı yazmağa başlaya bilərsiniz.

Bununla belə, elmi yazı işi yazarkən mövcud ədəbiyyatın əksəriyyətini araşdırmadan müəyyən yanaşma ilə çıxış etmək çətin ola bilər.Ona görə də, tezis cümləsini formalaşdırmazdan əvvəl siz mövzu üzrə bir qədər oxumalı və sizə lazım ola biləcək müxtəlif fikirləri dəstəkləyən konsepsiyalar, nəzəriyyələr və araşdırmalar barədə qeydlər götürməlisiniz. Bu qeydləri götürəndən və bunların qısa xülasəsini qurandan sonra mövzunu yekunlaşdıran və mövcud

ədəbiyyatdan fikir, faktlar üzrə ziddiyyət və fərqli yanaşmaları nəzərə alan tezis yazmağa daha yaxın ola bilərsiniz.

Sizin yazdığınız qeydlər boşuna olmayacaq, çünki onlar sizin tezis cümlənizi dəstəkləyən paraqraflarınız üçün əsas parçalar olacaq. Əslində, əgər siz artıq yaxşı qeydlər etmisinizsə, tezis cümlənizi dəstəkləyəcək arqumentinizlə əlaqələndirmək üçün sizə yalnız paraqraflar arasına bağlayıcı cümlə lazım ola bilər. İstifadə etdiyiniz yanaşmadan asılı olmayaraq, yazınızın yaxşı struktura malik olması önəm daşıyır.Bu isə, giriş paraqrafı ilə başlayır.

Giriş və tezis cümlələri

• Giriş -yazınızın məzmununu quran geniş açılış cümləsi ilə başlamalıdır.

• Bitkin bir giriş üçün, siz özünüzə "Kim, Nə, Nə zaman, Harada, Necə və/yaxud Nə üçün?” kimi suallar verə bilərsiniz.

• Mövzu üzrə mövcud ədəbiyyat barədə düşünmək və sizin yazı töhfənizin başqalarının yazıları ilə nə şəkildə əlaqəli olmasını qeyd etmək hər zaman önəmlidir. Mövzunun əhəmiyyətini də bura daxil edə bilərsiniz.

• Girişdə oxucunuza yazınızda gedəcəyiniz yolu deməyiniz önəmlidir, bu səbəbdən də yazınızda nədən danışacağnız barədə qısa xatırlatma edin.

• Girişin sonuna yaxın fokus tezis cümləsinə doğru daralır. (Qeyd etmək lazımdır ki, bəzən siz girişinizi tezis cümləsi ilə başlaya, ya da onun əvəzinə ritorik sual işlədə bilərsiniz).

Tezis cümləsi yazmağın əsas yolIarı

Tezis cümləsi yazarkən "bu yazı işi...-dən bəhs edəcək”, "bu yazı işi...-dən söz açmağa hazırlaşırıq” tipli fikirlərdən uzaq olun. Araşdırmaq niyyətinizi bəyan etməkdənsə, çalışın apardığınız təhlilin nəticəsini qeyd edəsiniz.

• Cümlələrinizin konket olduğuna əmin olun.

• Fikirlərinizin dəqiq və aydın olduğuna əmin olun.

• Tezis cümləsi qısa, yalnız 1-2 cümlədən ibarət olur.

• Elmi yazi işinizdəki iddianızın reallığa əsaslandığına əmin olun, əks halda o, gülməli və uydurma səslənə bilər.

• Tezis cümlənizin əhəmiyyətinə, mövzu üzrə verə biləcəyi töhfəyə əmin olun.

Tezis cümləsi, adətən, iki məsələyə xidmət edir: o, dissertasiyanın sualına cavab verir və seçilmiş cavab üçün ortaya izahat və məntiqli səbəb qoyur.

Nümunə

Yazı mövzusu: Sürət artıran sürücüləri hədəf seçən reklamlar işləkdirmi?

Tesiz: Baxmayaraq ki, sürət artıran sürücülərin sayı heç zaman sıfıra düşmür, onları hədəf seçən reklamların müsbət təsiri olur, çünki insanlar sürət həddini aşmanın nəticəsində yaranan dəhşətli ağır nəticələrə fikir verirlər.


Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə