Akademik kommunikasiya anlayişI. Akademik kommunikasiyanin nöVLƏRİ Akademik kommunikasiyada niTQƏ veriLƏn təLƏBLƏR



Yüklə 16,28 Kb.
səhifə1/8
tarix29.12.2021
ölçüsü16,28 Kb.
#48590
  1   2   3   4   5   6   7   8
null
SEMİNAR 5 Xüsusi nisbilik nəzəriyyəsi, Klinik mesele

AKADEMİK KOMMUNİKASİYA ANLAYIŞI.

AKADEMİK KOMMUNİKASİYANIN NÖVLƏRİ

AKADEMİK KOMMUNİKASİYADA NİTQƏ VERİLƏN TƏLƏBLƏR

Ünsiyyət prosesində dilin qayda-qanunlarından, normalarından düzgün istifadə edilməsi kommunikasiyanın ən yüksək mərhələsi hesab olunan akademik kommunikasıyanı formalaşdırır. Akademik kommunikasiya peşəkar ünsiyyət zamanı istifadə olunan nitqdir. Bura müəllimin, hüquqşünasın, din xadiminin və b. peşəkar insanların nitqi daxildir. Akademik nitq ictimai nitqin bir növüdür ki, bura həmçinin diplomatik nitq, məhkəmə nitqi və s. kimi nitqlər də daxildir.

Belə ki, o dövrdə elim-tədrisin özü, o cümlədən ritorikanın tədrisi ictimai xarakter daşıyırdı, heç də hamı inandırıcı, məntiqli və təsirli nitq hazırlamağı və cəmiyyət qarşısında çıxış etməyi bacarmırdı. Buna görə də, qədim Yunanıstanda ritorika elmini tədris edən müəllimlər – sofistlər peşəkar nitqlər tərtib edən loqoqrafları və peşəkar natiqləri yetişdirirdilər.Qədim Yunanıstanın Sokrat,Platon,Aristotel,Demosfen və s . görkəmli filosof-natiqləri ritorika elmini tədris etmiş, onun nəzəri və praktik əsaslarını qoymuşdular. Məsələn, görkəmli yunan filosofu Aristotel hələ e.ə. 335-ci ildə “Ritorika” adlı traktatı yazmaqla, Demosfen öz praktikasında kəşf etdiyi ritorik üsullarla bu elmin ənənələrini yaratmışlar. Klassik ritorikanın bir çox qanunları bu gün də öz aktuallığını qoruyur.

Azərbaycanda da ta qədim zamanlardan akademik kommunikasiyanın- ritorikanın bir çox görkəmli nümayəndələri yetişmişdir. Şifahi və yazılı dil nümunələrimiz bu barədə geniş təsəvvür yaradır, ölkəmizin şeir, sənət ocağı, natiqlər məkanı olduğunu sübut edir. Vətənimizin yetişdirdiyi N.Gəncəvi,İ.Nəsimi, M.Füzuli, Ş.İ.Xətai, M.F.Axundov, C.Məmmədquluzadə, N.Nərimanov, M.Ə.Rəsulzadə, S.Vurğun, nəhayət, H.Əliyev kimi oğulları ritorika tarixində böyük rol oynamış, ritorikanın ənənələrini yaratmışlar.

Akademik kommunikasiya zamanı əsasən nitqin elmi üslubundan istifadə olunur. Elmi üslub elmi məruzələrin, mühazirə və çıxışların, monoqrafiyaların, elmi məqalələrin, dissertasiyaların, dərsliklərin, dərs vəsaitlərinin və s. dilidir. Bu üslub həmin materialların məzmun və məqsədlərinə əsasən müəyyənləşdirilir.

Elmi üslubun səciyyəvi xüsusiyyətləri bunlardır:



  • Şərhin məntiqi ardıcıllığı;

  • Məzmunun informasiya zənginliyi ilə yanaşı dəqiqliyi,birmənalılığı və yığcamlığı;

  • Məzmunda terminlərin bolluğu;

  • Mühakimənin konkretliyi,bitərəfliyi,obyektivliyi;

  • Elmi frazeologiya(düz bucaq, kəsişmə nöqtəsi və s.)

  • Mücərrəd leksikanın üstünlük təşkil etməsi (inkişaf,hərəkət,amil,fəaliyyət və s.);

  • Tək anlayışı bildirən formanın cəm mənasında verilməsi

  • Mürəkkəb cümlələrdən istifadə;

  • Modal sözlərdən istifadə;

  • Elmi fikri sübut etmək üçün müxtəlif vasitələrdən-cədvəllər,diaqramlar,düsturlar və s.istifadə;

Akademik kommunikasiya şifahi və yazılı formada təzahür edir. Mühazirə, məruzə, çıxış şifahi akademik kommunikasiyanın ən geniş yayılmış növləridir.


Yüklə 16,28 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə