Afaq əLİyeva cəlil məmmədquluzadə



Yüklə 2,33 Mb.
səhifə1/17
tarix26.12.2016
ölçüsü2,33 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   17
AFAQ ƏLİYEVA
Cəlil məmmədquluzadə

(molla nəsrəddin)

arxivinin təsviri


BAKI – 2011

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU

AFAQ ƏLİYEVA

Cəlil məmmədquluzadə

(molla nəsrəddin)

arxivinin təsviri

BAKI – NURLAN – 2011

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elmi şurasının 16 mart 2011-ci il tarixli 3 №-li iclasının qərarı ilə nəşr edilir.


Redaktoru:


MƏMMƏD ADİLOV,

filologiya elmləri doktoru

Kompyüter icraçısı:


SUAD ƏHMƏDOV

Afaq Əliyeva. Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) arxivinin təsviri. Bakı: Nurlan, 2011, 328 s.

ÖN SÖZ



Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda tariximizin uzaq keçmişinə aid əlyazmalar, çap kitabları, görkəmli sənət adamlarının ictimai xadimlərin şəxsi arxivləri qorunub-saxlanmaqdadır. Onların içərisində ictimai fikir tariximizdə müstəsna xidməti olan, «Ölülər», «Anamın kitabı», «Dəli yığıncağı» kimi dram əsərlərinin yaradıcısı, «kiçik hekayələrin böyük ustası», satirik mətbuatın banisi kimi ölməzlik qazanmış Cəlil Məmmədquluzadənin (1869-1932) şəxsi arxivi (fond 6)1 var. Ailəsi tərəfindən müxtəlif fasilələrlə AzOZFAN-a təhvil verilmiş bu arxiv materialları yazıçının ədəbi publisistik fəaliyyətini bütünlükdə əhatə edə biləcək qədər zəngin deyildi. Bununla belə, bu materiallar yazıçının ədəbi ictimai fəaliyyətinin tədqiqi üçün sonralar mirzəcəlilşünasların istinad edə biləcəkləri ilk çox önəmli bir qaynaq olmuşdur.

C.Məmmədquluzadə sağlığında əsərlərinin çox kiçik hissəsinin kitabça halında nəşrinə müvəffəq ola bilmişdir. Yazıçının şəxsi arxivində iri həcmli dram əsərlərinin, hekayələrinin bir qisminin avtoqraf, surət, eləcə rus dilində tərcümə variantları, özünün ailə üzvlərinə, müxtəlif şəxs idarələrə (eləcə ailə üzvlərinin, müasirlərinin, redaktoru olduğu «Molla Nəsrəddin» jurnalının müxbir, müvəkkillərinin, müxtəlif idarə şəxslərin) yazdığı çoxsaylı məktublar, müxtəlif sənədlər, fotoşəkillər, qəzet jurnal nümunələri, çap kitabları vardır. Bunların içərisində türk, ərəb, fars, tatar, rus, gürcü dilində olan materiallara da rast gəlmək olur. Materiallar arasında C.Məmmədquluzadənin həyat yaradıcılığının öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edən özünün, Həmidə Məmmədquluzadənin müasirlərinin xatirələri vardır. Sadalananlardan fərqli olaraq, yazıçının publisistik əsərlərinin, ona misilsiz şöhrət gətirən onu «Azərbaycan Mollanəsrəddini» (Ə.Mirəhmədov) kimi tanıdan sevdirən felyetonlarının əlyazmaları yox dərəcəsindədir. Bunun bir neçə səbəbi vardır. Əvvəla, C.Məm­məd­quluzadə bir müddət Tiflisdə, qısa bir müddət Təbrizdə, daha sonra isə Bakıda yaşamalı olmuşdur. «Tale «Molla Nəs­rəddin»ə çar Rusiyası zamanında Qafqazın mərkəzi olan Tiflisdə, Azərbaycanın hər iki tayında, hər iki paytaxtındaTəbrizdə Bakıda nəşr olunmaq nadirliyi qismət etmişdir».2

Bu o deməkdir ki, jurnal səyyar (Tiflis-Təbriz-Bakı) nəşr olunmuş C.Məmmədquluzadə üçün bu böyük sərvəti qoruyub saxlamaq müəyyən mənada mümkün olmamışdır. İkin­ci tərəfdən, onsuz da jurnalın səhifələrində əbədi yaşamaq hüququ qazanmış felyetonlarını yenidən səliqə ilə bir ye­ toplamaq «xırdaçılığı» bütün varlığı ilə «Molla Nəsrəddin» jurnalına bağlı olan, güc imkanını onun nəşrinə səfərbər edən, sözün əsl mənasında bu «böyük adam»ın – «zülmət içində bir nur» (M.Rəfili) olan Mirzə Cəlilin təbiətinin vaxt imkanının hüdudlarından kənar idi. Nəhayət, «Molla Nəsrəddin» daima senzor nəzarətində olmuş, «dostları» kimi «düşmənləri»3 çox olan bu jurnal tez-tez jandarm basqını axtarışlarına məruz qalmış, onun arxivini qoruyub saxlamaq mümkün olmamışdır. Əslində, müəlliflər öz yazılarını yalnız gizli imza ilə dərc olunmaq şərti ilə jurnala göndərdiklərindən onları təhlükədən qorumaq üçün heç lazım da bilinməmişdir.

Müasirlərinin yazıçıya yazdıqları məktubların bir çoxunun bu gün onun arxivində olmaması da məhz buna bənzər səbəblərlə bağlıdır. Fərhad Ağazadənin tərtib etdiyi biblioqrafiyada C.Məmmədquluzadənin 1887-ci ildən 1913- ilə kimi Firidun bəy Köçərliyə 22 məktub göndərdiyi qeyd olunmuşdur.4 Şübhəsiz, F.Köçərli bu məktubları cavabsız qoymamışdır. Hələ 1920-ci ildə «xalq düşməni» kimi güllələnən F.Köçərlinin arxivinin məhv edildiyi məlumdur. F. Köçərlinin məktublarının C.Məmmədquluzadə arxivində olmaması ilə izah edilə bilər?

Həmidə Məmmədquluzadə «Mirzə Cəlil haqqında xatirələrim» əsərində yazır: «O, öz otağına getdi. Şkafı açıb əsərlərinin qaralamalarını götürüb bir-bir baxdıqdan sonra yerə atdıDedi ki, sobanı qalamaq istəyirO, böyük kağız bağlamalarını, müxtəlif qaralamaları sobaya atıb yandırırdı. Bu zaman o, çox əsəbi idi. Mən ona heç bir söz deyə bilmirdim. Kənarda dayanıb ürək ağrısı ilə tamaşa edirdim».5

Əslində, bu bağlamaların sobada yandırılması 1931-ci il dekabrının şaxtasını dəf etməkdən daha çox qarşıdan gələn illərin doğurduğu vahimənin üşüntüsünün dəfinə xidmət edirdi və yandırılan «kağız bağlamalarını»n, «müxtəlif qaralamaların» içərisində C.Məmmədquluzadəyə məxsus hansı sənəd və əsərlərin yandığı bu gün də həlli müşkül bir məsələ kimi qalmaqdadır.



R.Əfəndiyevin müəllimi F.Köçərlinin ona göndərdiyi «saysız-hesabsız» məktublarını «məndən sonra sizə bir xətər dəyməsin» deyə «1950-ci ilin bir yay ayındamis xəkəndaza qoyub»6 yandırması da eyni psixoloji gərginliyin nəticəsi davamı idi.

C.Məmmədquluzadənin şəxsi arxivindəki ilk araşdırma işləri Həbibulla Səmədzadə tərəfindən aparılmışdır. O, 1935-ci ildə «İnqilab mədəniyyət» jurnalında arxivdəki materialların təsvirinin xülasəsini dərc etdirmişdir.7 H.Səməd­za­­nin şəxsi arxivində bu təsvirin zamanına görə geniş şəkildə işlənmiş mükəmməl variantı da var.8 Təs­vir latın əlifbasında makina çapı şəklindədir.

1961-ci ildə «Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) arxivinin təsviri» Mərziyə xanım Paşayeva tərəfindən ilk dəfə kiril əlifbasında kitab halında nəşr edilib elmi ictimaiyyətə təqdim olunmuşdur. ««Mirzə Fətəli Axundov arxivinin təsviri»ndən sonra bu əsər Azərbaycan SSR Elmlər Akademiyası Respublika Əlyazmalar Fondunun ikinci arxiv təsviridir».9 Nəşri böyük məsuliyyət, zəhmət peşəkarlıq tələb edən bu kitab o vaxt yazıçının şəxsi arxivindəki materialları lazımınca əhatə edə bilmişdir.

Ötən 50 il ərzində C.Məmmədquluzadənin şəxsi arxivindəki materialların həcmi Müzəffər Davatdarov, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi tərəfindən və yazıçının dövlət səviyyəsində keçirilən yubileyləri dövründə əldə edilən əlavələr hesabına xeyli sayda artmış, təkcə saxlama vahidi 595-ə (çox halda bir s.v. altında bir neçə material qorunur) çatmışdır. Bundan əlavə, 1972-ci ildə Dövlət Komissi­yasının keçirdiyi yoxlamanın nəticəsi kimi Əlyazmalar İnsti­tutunda mühafizə olunan materialların şifrələri saxlama vahidi ilə əvəz olunmuşdur. Bütün bunlar vaxtilə nəşr olunan arxiv təsvirlərini yenidən işləyib müasir oxucuya latın əlifbasında təqdim etmək istəyini şərtləndirir.

Kitabın tərtib özəllikləri:


  1. Arxivdə olan bütün materiallar mövzu və ədəbi janrlara görə 15 sayda mü­va­fiq bölmələrə ayrılmış, bəziləri isə öz növbəsində ayrı-ayrı hissələrə bölün­müş­dür;

  2. Bütün materiallar bölmə daxilində əlifba ardıcıllığı ilə düzülmüşdür;

  3. Hər bir materialın dili, əlifbası, avtoqraf və ya surət olması, yazıldığı yer və tarixi, kağızı, mürəkkəbinin rəngi, başlandığı və bitdiyi cümlə, qısa məzmunu, həcmi, ölçüsü, saxlama vahidi eyni prinsiplə göstərilmişdir;

  4. Azərbaycan dilində ərəb, kiril qrafikası ilə olan materialların başlanğıc və sonu müasir əlifba ilə verilmişdir. Fars dilində olan materialların təsviri də bu şəkildədir;

  5. Rus dilində olan materialların sərlövhəsi Azərbaycan dilinə tərcümə olunmuşdur;

  6. Eyni materialın nüsxələri rum rəqəmi (I, II və s.) ilə sıralanmış və təsvir edilmişdir;

  7. Eyni bir saxlama vahidi altında olan müxtəlif məzmunlu materiallar öz mövzusuna müvafiq bölmələrdə yerləşdirilmişdir;

  8. Materiallar üzərində təsadüf olunan müxtəlif xarakterli qeydlər təsvirdə olduğu kimi öz əksini tapmışdır;

  9. Təsvir üçün tələb olunan, lakin oxunaqsız və cırılmış sözlər nöqtələrlə – (…) əvəz olunmuşdur;

  10. Eyni adlı materiallar tarixlərinə görə deyil, saxlama vahidlərinə görə düzülmüşdür;

  11. Eyni saxlama vahidi daxilində bir adda olan materiallar tarixi ardıcıllıqla düzülmüşdür;

  12. Müəllifi, kimə və hara ünvanlandığı məlum olma­yan məktublar «naməlum şəxsdən», «naməlum şəxsə» və «naməlum yerə» adı altında təsvir edilmişdir;

  13. Materialda adları çəkilən şəxslərin kimliyi barədə mümkün məlumat elmi-məlumatlandırma aparatında – səhifənin sonunda qeyd olunmuşdur;

  14. Qəzet, jurnal və çap kitabları Azərbaycan, rus və şərq dilləri üzrə bölünmüş və əlifba sırası ilə verilmişdir;

  15. Təsvirdə saxlama vahidi üzərində qoyulan ulduz (*) işarəsi materialın nəşrə ilk dəfə daxil olunduğunu bildirir.

* * *
Yazıçının oxucuya məlum olan ilk qələm təcrübələri yaranışından – ötən yüzilliyin ilk illərindən başlayaraq günümüzə qədər ədəbi və elmi ictimaiyyətin diqqət mərkəzində olmuşdur. Yaradıcılığı müxtəlif aspektlərdən öyrənilmiş, müxtəlif əlifba (ərəb, latın, kiril), tip (kütləvi, elmi) və seriyalarla nəşr olunmuş, dünya xalqlarının dillərinə tər­cümə edilmişdir. Bu zəngin ədəbi və publisistik irs öz əzəməti ilə ətrafına daim yeni ədəbiyyatşünas nəsli toplamağa müvəffəq olmuş, tarixin ayrı-ayrı zaman kəsiklərinin möv­cud ideoloji ölçüləri bu əvəzsiz milli ədəbi-mənəvi sərvətə yeni rakursklardan «qayıtmaq zəruriyyəti» doğurmuş, onun ölməzlik və həmişəyaşarlığını təsdiq etmişdir.

Kitabın nəşrə hazırlanmasında öz zəhmət və qayğılarını əsirgəməyən həmkarlarıma və Azərbaycan Respublikası Döv­lət Ədəbiyyat və İncəsənət Arxivinin müdiri Maarif Teymurova öz təşəkkürümü bildirirəm.

Afaq ƏLİYEVA

TƏRCÜMEYİ-HALI VƏ XATİRƏLƏRİ



1.TƏRCÜMEYİ-HALIM

I
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər ağ sapla tikilmiş, müxtəlif ölçülü sarı saya vərəqlərin bir üzünə bənövşəyi və qara mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. 1-ci səhifəsi yoxdur. Əsər üzərində bənövşəyi mürəkkəblə təshih işi aparılmışdır. Pozulan bəzi sözlərin üstündə qırmızı mürəkkəblə rəqəmlər qoyulmuşdur.
Başlanır: … altımış il bundan əqdəm…

Bitir: … mən qaldım.

Ölçüsü: 17,5x35–17,5x39 sm; həcmi: 13 vərəq; fond 6, s.v. 74.
2.TƏRCÜMEYİ-HALIM

II
Əlyazmanın 1-ci səhifəsində naməlum şəxs tərəfindən göy karandaşla «Tərcümeyi-halım» yazılmasına baxmayaraq, əslində məzmun etibarı ilə «Xatiratım»10 əsərinin ikinci hissəsidir.

Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış ta­­rixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər qalın cildli, cizgili vərəqlərin bir (1-32) və hər iki (33-53) üzünə bənövşə­yi mürəkkəblə yazılmışdır. Səhifələr nömrələnmişdir. 44-cü səhifə ilə 45-ci səhifə arasına bir üzü yazılmış 4 sarı saya kağız əlavə olunmuşdur. Əsər üzərində qara, göy karandaş və bənövşəyi mürəkkəblə təshih işi aparılmışdır.

Başlanır: … Naxçıvan, İrəvan vətənimdən…

Bitir: … hələ ki, buna iktifa elədik.

Ölçüsü: 22x36 sm; həcmi: 52+1 (boş) vərəq; fond 6, s.v. 75.
3.TƏRCÜMEYİ–HALIM

III
Azərbaycan dilində ərəb əlifbası ilə surət. Yazılış tarixi 1927-ci il, Bakı. Əsər ağ sapla tikilmiş cizgili dəftər vərəqlərinin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Səliqəlidir. Səhifələr nömrələnmişdir. Üz vərəqində «Cəlil Məmmədquluzadə», «Tərcümeyi-halım», «Bakı», «Müəllifin yazdığı dəst-xəttindən icazə ilə köçürtmə», «1927», «eynilə», «köçürəni Əsəd Tahirdir» qeyd olunmuşdur.


Başlanır: Anadan olmuşam Naxçıvan…

Bitir: … mən qaldım.

Ölçüsü: 15x21 sm; həcmi: 10+4 (boş) vərəq; fond 6, s.v. 76*.
4.XATİRATIM
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi harada yazıldığı qeyd edilməmişdir. Əsər qalın cildli, sapla tikilmiş cizgili dəftər vərəqlərinin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. İlk səhifədə «Xatiratım» səhifənin bir küncündə müəllif tərəfindən rus dilində «(Moi vospominaniə s detstva do jurnala «Molla Nasreddin». Djalilsözləri qeyd olunmuşdur. Əlyazma əsərin birinci hissəsiniəvvəldən yarıya qədərini əhatə edir. İkinci hissəsi isə C.Məmməd­quluzadənin şəxsi arxivində «Tərcümeyi-halım»11 adı altında saxlanılır. Əsər üzərində təshih işi aparılmışdır. Natamamdır.
Başlanır: Gözümü ömrümdə birinci dəfə…

Bitir: … hələ belə də qeyriləri…

Ölçüsü: 22x35 sm; 59+1 (boş) vərəq; fond 6, s.v. 77.

DRAM ƏSƏRLƏRİ





1.ANAMIN KİTABI

(Drama 4 məclisdə)


I
Azərbaycan dilində ərəb əlifbası ilə surət. Katibi məlum deyil. Yazılış tarixi yanvar, 1920-ci il, Şuşa. Əsər bir cizgili ümumi dəftər vərəqlərinin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Səliqəlidir. Vərəqlər nömrələnməmişdir. Birinci səhifənin kənarında göy karandaşla kiril əlifbası ilə «Anamın kitabı», rus dilində bənövşəyi mürəkkəblə isə «Anamun kitabı», «Suraxanskiy dom № 149», «Maxmud Qeydaru Ali zade» sözləri yazılmışdır. Əsərin sonunda «Yanvar, 1920 miladi», «Şuşa qalasında», «Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin)» qeyd olunmuşdur. Dəftərin cildinə «Ölülər» pyesinin iki əlyazma vərəqi yapışdırılmışdır. Bəzi səhifələrdə qara, qırmızı mürəkkəblə və qara, bənövşəyi karandaşla təshih işi aparılmış, söz və cümlələrin altından xətt çəkilmişdir. Mətnin son vərəqlərində müxtəlif hissələr pozulmuşdur.
Başlanır: Rüstəm bəyin, Mirzə Məhəmmədəlinin…

Bitir: … diz üstə çökür.

Ölçüsü: 18x22 sm; həcmi: 36 vərəq; fond 6, s.v. 14.

2.ANAMIN KİTABI

II
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər sarı saya kağızın hər iki üzünə qara karandaşla yazılmışdır. Səliqəsizdir. Səhifələr qara mürəkkəblə nömrələnmişdir. Üz vərəqində «Anamın kitabı» başlığı qeyd olunmuşdur. Mətn daxilində surətlərin dilindən rusca səslənən hissələr vardır. Əlyazma üzərində qara mürəkkəb, qara və qırmızı karandaşla təshih işi aparılmışdır. Mətn boyu hər səhifənin qırmızı karandaşla bu (/) şəkildə pozulması onun yenidən köçürülməsinə işarədir. Natamamdır.


Başlanır: Rüstəmbəyin kabinəsi…

Bitir: … nə qədər canı sağdır peşman olacaq.

Ölçüsü: 22x36 sm; həcmi: 33 vərəq; fond 6, s.v. 15.
3.ANAMIN KİTABI

III
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə cizgili vərəqlərin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Sliqəsizdir. Vərəqlər qara karandaşla nömrələnmişdir. Üz vərəqində «Anamın kitabı», «drama 4 məclisdə» sözləri yazılmışdır. Mətn daxilində surətlərin dilindən rusca səslənən hissələr vardır. Əlyazma üzərində qara, qırmızı mürəkkəb və qara karandaşla təshih işi aparılmışdır.


Başlanır: Rüstəmbəyin, Mirzə Məhəmmədəlinin…

Bitir: … Məhəmmədəlinin oxumağını kəsir.

Ölçüsü: 22x35 sm; həcmi: 20+7 (boş) vərəq; fond 6, s.v. 16.

4.ANAMIN KİTABI

IV
Azərbaycan dilində ərəb əlifbası ilə surət. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər bir qırmızı üzlü cizgili ümumi dəftər vərəqlərinin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Səliqəlidir. Vərəqlər qara karandaşla nömrələnmişdir. Üz səhifəsində «Anamın kitabı», «drama dörd məclisdə», «Əsər: Cəlil Məmmədquluzadə» sözləri yazılmışdır. 30-cu vərəqin bir üzü boş qalmışdır. Mətn daxilində surətlərin dilindən rusca səslənən hissələr vardır. Bütün səhifələrdə bəzi söz və cümlələrin altından yaşıl karandaşla xətt çəkilmişdir.


Başlanır: Rüstəmbəyin, Mirzə Məhəmmədəlinin…

Bitir: … canında nəfəs var peşman olacaq.

Ölçüsü: 17x21 sm; həcmi: 38+11 (boş) vərəq; fond 6, s.v. 17.

5.ANAMIN KİTABI

V
Azərbaycan dilində ərəb əlifbası ilə surət. Katibi məlum deyil. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər bir cizgili ümumi dəftər vərəqlərinin hər iki üzünə bənövşəyi, 87-ci səhifədən isə qara mürəkkəblə yazılmışdır. Səliqəlidir. Səhifələr nömrələnmişdir. 60-cı səhifə boş qalmışdır. 85-ci səhifədən sonra 5 səhifə nömrələnməmiş, sonradan 86-la davam etdirilmişdir. 85-91-ci səhifələr qara mürəkkəblə pozulmuşdur. Mətn daxilində surətlərin dilindən rusca səslənən hissələr vardır. Qara mürəkkəb və karandaşla təshih işi aparılmış və bəzi əlavələr olunmuşdur.


Başlanır: Rüstəmbəyin, Mirzə Məhəmmədəlinin…

Bitir: … Məhəmmədəlinin oxumağını kəsir.

Ölçüsü: 18x21 sm; həcmi: 46 vərəq; fond 6, s.v. 18.

6.ÇAY DƏSTGAHI

(Bir pərdəli münazirə)


Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi 1889-cu il, Nehrəm. Əsər saya vərəqlərin hər iki üzünə qara karandaş (1 vərəq) və qara mürəkkəblə (2-10 vərəqlər) yazılmışdır. Səhifələr nömrələnmişdir. On vərəqli dəftərə əlavə edilmiş üz vərəqinə bənövşəyi mürəkkəblə naməlum xətlə «Çay dəstgahı», «Cəlil Məhəmmədquluzadə», «1889», «Nehrəm kəndi» sözləri qeyd olunmuşdur. Birinci səhifədə qara karandaşla yazılmış «Çay məclisi» bənövşəyi mürəkkəblə pozularaq, əvəzinə «Çay dəstgahı» yazılmışdır. Əsər üzərində qırmızı və qara mürəkkəblə təshih işi aparılmış, bəzi səhifələrdə böyük hissələr qara mürəkkəblə pozulmuşdur. Səhifə sonluqlarında qırmızı mürəkkəblə qeydlər edilmişdir.

Son vərəqdə müxtəlif xarakterli qeydlər: «Cəlil Məmmədquluyov», «Cəlil Məmmədquluzadə», «sakini-qəryeyi-Nehrəm», «dekabrın 20-də», «Baş Noraşen», rus dilində qara mürəkkəblə üç yerdə «M.Kuli» və «M.Murtuza», qırmızı mürəkkəblə həndəsi fiqurlar və hesablamalar vardır. Səhifənin sonunda 4 misralı şeir parçası iki dəfə (biri qara, digəri bənövşəyi mürəkkəblə) təkrar olunmuşdur:

Dövlət əgər silsiləcünban şəvəd

Mur təvanəd ki, Süleyman şəvəd.

Niyyət əgər çaki-giriban zənəd

Xacə Nəsir lotiyi-meydan şəvəd.

Həmin şeir parçası 3-cü misrasız yenə təkrarlanmışdır.
Başlanır: Əhvalat vaqe olur Zəngəzur mahalında …

Bitir: …Ta görək haqq nədir, nədir batil.

Ölçüsü: 18x22 sm; həcmi: 10 vərəq; fond 6, s.v. 1.

7.DANABAŞ KƏNDİNİN MƏKTƏBİ

(Komediya 4 məclisdə)

I
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə ağ cizgili vərəqlərin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Səhifələr nömrələnmişdir. 11-ci vərəqin bir üzü boş saxlanılmışdır. Mətn boyu rus dilində yazılar vardır. 20-ci səhifədən savayı bütün vərəqlər bu (/) şəkildə pozulmuşdur. Əsər üzərində təshih işi aparılmışdır. Natamamdır.
Başlanır: Əhvalat vaqe olur İrəvan quberniyası…

Bitir: … Amin (camaat – amin!)…

Ölçüsü: 21x36 sm; həcmi: 17 vərəq; fond 6, s.v. 19.
8.DANABAŞ KƏNDİNİN MƏKTƏBİ

II
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi sentyabr, 1921-ci il, Bakı. Əsər qalın cildli cizgili dəftər vərəqlərinin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Səhifələr nömrələnmişdir. Üz qabığında rus dilində bənövşəyi mürəkkəblə «Spravka. Po rasporəjeniö Direktora Qos. Törk. Akad. Teatra «Danabaş Kendinin Muallimi» vozvrahaetsə avtoru tov. Djalilu Mamed Kuli-zade», «Rej. A.Rzaev», «12/XІ-28 q. qor. Baku» sözləri qeyd edilmişdir. İlk səhifəsində «Danabaş kəndinin məktəbi», «Komediya 4 məclisdə», «Yazanı: Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin)», «sentyabr 1921, Bakı», həmin səhifənin yuxarı küncündə göy karandaşla «Politiçeski vıderjannaə. 24/XІ/22. Zeynallı», aşağı hissəsində isə bənövşəyi mürəkkəblə «Uçitel sel. «Dana baş» yazılmışdır. 1, 5, 9, 11, 15, 19, 20, 21, 24, 27 və 28-ci səhifələrə teatrın möhürü vurulmuşdur. Mətn daxilində surətlərin dilindən rusca səslənən hissələr vardır. 22-ci səhifədə kağızın ağ yerində bənövşəyi karandaşla belə bir qeyd var: «Burası səhnə üçün qayət uzundur və heç bir surətdə yaramayacaq, teatrda batacaqlar».

Pyesin mətni bitdikdən sonra iki qeyd vardır: I qeyd «C.C.» imzası ilə qara karandaşla; II qeyd isə «Zeynallı» imzası ilə göy karandaşla yazılmışdır. Bu qeydlərdən sonra müəllifin öz xətti ilə qara karandaşla əsərə heç bir aidiyyatı olmayan bir səhifə həcmində yazı verilmişdir. Əsər üzərində bənövşəyi, qara mürəəkkəb və qara karandaşla ciddi təshih işi aparılaraq bəzi əlavələr edilmişdir. 22-24-cü səhifələr qara karandaşla pozulmuşdur.

Başlanır: Əhvalat vaqe olur İrəvan quberniyası…

Bitir: … uçenie svet, neuçenie tma.

Ölçüsü: 21x34 sm; həcmi: 16 vərəq; fond 6, s.v. 21.

9.DƏLİ YIĞINCAĞI

(Komediya 5 məclisdə)


I
Azərbaycan dilində ərəb əlifbası ilə surət. Katibi məlum deyil. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər ağ sapla tikilmiş bir cizgili ümumi dəftər vərəqlərinin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Vərəqlər qara karandaşla nömrələnmişdir. Üz vərəqində «Dəli yığıncağı», «Komediya (5) məclisdə», «Yazanı: Molla Nəsrəddin» sözləri qeyd olunmuşdur. Yarıdan eninə kəsilmiş olan 4-cü səhifənin bir üzü boş, digər üzü isə qırmızı mürəkkəblə yazıçının öz xətti ilə yazılmışdır. Əsərin son səhifəsi müəllif tərəfindən yazılmışdır. Əlyazma üzərində C.Məmmədqulu­zadə tərəfindən qırmızı, qara mürəkkəb və qara karandaşla təshih işi aparılmışdır.

22-ci səhifədə olan «Düşüb könlüm mənim də iştiyaqə» misrası ilə başlanan beş sətirlik şeir 23-cü və 25-ci səhifələrdə təkrarlanmış və qırmızı mürəkkəblə pozulmuşdur. Əsərin 26-cı səhifəsində yazılmış «son» sözü pozularaq, C.Məmmədquluzadə tərəfindən bir səhifə də əlavə olunmuşdur.


Başlanır: Birinci məclis vaqe olur şəhərin…

Bitir: … zəvvara tərəf tutub çığırır.

Ölçüsü: 18x22 sm; həcmi: 27 vərəq; fond 6, s.v. 22.

10.DƏLİ YIĞINCAĞI

II
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər qara sapla tikilmiş bir cizgili ümumi dəftər vərəqlərinin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Mətn dəftərin sonuna əlavə olunmuş 9 dama-dama vərəqlərin 6-da davam etdirilmişdir. Üz vərəqində «Dəli yığıncağı», «Komediya 4 pərdədə», 1-ci səhifəsində isə «Dəli yığıncağı», « Komediya 5 məclisdə» sözləri qeyd olunmuşdur. Əlyazma üzərində qara mürəkkəblə ciddi təshih işi aparılmışdır. Natamamdır. IV məclisin sonu yoxdur.


Başlanır: Birinci məclis vaqe olur şəhərin…

Bitir: … Sonanın üstündən qovzasınlar…

Ölçüsü: 17x22 sm; həcmi: 30+5 (boş) vərəq; fond 6, s.v. 23.

11.DƏLİ YIĞINCAĞI

III
Azərbaycan dilində ərəb əlifbası ilə surət. Katibi məlum deyil. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Ağ sapla bir-birinə tikilərək dəftər halına salınmış saya vərəqlərin hər iki üzünə qara karandaşla yazılmışdır. Səhifələr nömrələnmişdir. Pərdələr arasındakı vərəqlərin bir üzü boş saxlanılmışdır. Üz vərəqində yaşıl mürəkkəblə «Dəli yığıncağı», «5 pərdədə komediya», 1-ci səhifəsində isə «Dəli yığıncağı», «Komediya (5) məclisdə» sözləri qeyd olunmuşdur. Mətndə bəzi sözlər üzərində qara karandaş və bənövşəyi mürəkkəblə bu (X, +) şəkildə işarələr qoyulmuşdur.


Başlanır: Birinci məclis vaqe olur şəhərin…

Bitir: … Molla Abbası qalxızsınlar.

Ölçüsü: 18x22 sm; həcmi: 31 vərəq; fond 6, s.v. 24.

12.DƏLİ YIĞINCAĞI

IV
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər müxtəlif ölçülü pərakəndə saya vərəqlərin bir üzünə qara mürəkkəb və qara karandaşla yazılmışdır. Səliqəsizdir. Səhifələrin nömrələri bir neçə dəfəyə pozularaq yenisi ilə əvəz olunmuşdur. IV məclis iki variantda verilmişdir. «Dəlixana» pərdəsi də 3 şəkildədir: Sərlövhə kimi birinin başında «İkinci məclis», digərində «Beşinci məclis» yazılmış, üçüncüdə isə heç bir qeyd yoxdur. Vərəqlərin bir neçəsi yarıdan eninə kəsilmişdir. Əlyazma üzərində qara və qırmızı mürəkkəblə hədsiz təshih işi aparılmışdır. Natamamdır.
Başlanır: Küçədə dəlixananın qapısı ağzında…

Bitir: … dəlixananın qapısı bağlanır…

Ölçüsü: müxtəlifdir: 22x26–28x41 sm; həcmi: 65 vərəq; fond 6, s.v. 25.
13.DƏLİ YIĞINCAĞI

V
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər bir cizgili ümumi dəftər vərəqlərinin hər iki üzünə qara mürəkkəblə, 6-cı və 7-ci səhifələr isə qara karandaşla yazılmışdır. Vərəqlər nömrələnmişdir. 1, 2 və 5-ci vərəqlərin bir üzü boş qalmışdır. Əlyazma üzərində qara mürəkkəblə təshih işi aparılmışdır. Natamamdır. Yalnız I və II məclisləri verilmişdir.


Başlanır: Küçədə dəlixananın qapısı ağzında…

Bitir: … vay eləyib bihuş olur və yıxılır…

Ölçüsü: 17x22 sm; həcmi: 9+11 (boş) vərəq; fond 6, s.v. 26.

14.DƏLİ YIĞINCAĞI

VI
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər bir cizgili dəftər vərəqlərinin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Səhifələr qara karandaşla nömrələnmişdir. Mətnin ilk səhifəsində «I məclis» yazılmasına baxmayaraq, əslində bu, əsərin yazılışı prosesində meydana çıxmış epizodlardan biridir. Əlyazma üzərində qara və qırmızı mürəkkəblə təshih işi aparılmışdır. Natamamdır.


Başlanır: Küçədə dəlixananın qapısı ağzında…

Bitir: … bizi də apar Qəmərin harayına…

Ölçüsü:18x22 sm; həcmi: 10+5 (boş) vərəq; fond 6, s.v. 27.

15.ƏR

(Komediya 4 məclisdə)


I

Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Bir cizgili dəftər vərəqlərinin hər iki üzünə bənövşəyi mürəkkəblə, 5-ci vərəqin bir üzü və 6-cı vərəqin hər iki üzü qara karandaşla yazılmışdır. Vərəqlər qara karandaşla nömrələnmişdir. Əsər 2-ci vərəqdən başlanır. Əsərin adı heç bir yerdə qeyd olunmamışdır. Əlyazmanın ilk 1-22 və 29-cu vərəqlərinin hər iki üzü, 30-cu vərəqinin isə bir üzü bənövşəyi mürəkkəblə bu (/), (X) şəkildə pozulmuşdur. 7-ci ( hər iki üzü) və 13-cü (bir üzü) vərəqlər boş saxlanılmış, lakin o da bu (/) şəkildə pozulmuşdur. Dəftərin sonundakı vərəqlər kəsilmişdir. Əsər üzərində bənövşəyi mürəkkəb və qırmızı karandaşla təshih işi aparılmışdır. Natamamdır.



Başlanır: Həsrət xanım qolu çırmalı…

Bitir: … ancaq bizim xidmətçimizdir...

İlçüsü: 22,5x35 sm; həcmi: 34+1 (boş) vərəq; fond 6, s.v. 28.


Əlyazmanın 1-ci vərəqində isə «Oyunbazlar»12 əsəri verilmişdir. Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili dəftər vərəqinin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmış və sonradan bu (/) şəkildə pozulmuşdur. Üzərində təshih işi aparılmışdır.



Başlanır: Kəndin kənarından…

Bitir: … Amin!

Ölçüsü: 22,5x35 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 28.
16.ƏR

II

Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər qalın cildli, cizgili dəftər vərəqlərinin hər iki üzünə bənövşəyi mürəkkəblə, 29-31-ci vərəqlər isə qara karandaşla yazılmışdır. Vərəqlər qara karandaşla nömrələnmişdir. Əlyazmanın əvvəlindən 2, sonundan 8 vərəq, mətn boyu isə bəzi səhifələr boş saxlanılmışdır. 20-22 vərəqlərdə Azərbaycan dilində latın əlifbası ilə sözlər vardır. Natamamdır.



Başlanır: Mərcan xanım qolu çırmalı…

Bitir: … yoldaşlarının içində xar edə…

Ölçüsü: 22x30 sm; həcmi: 31+10 (boş) vərəq; fond 6, s.v. 29.

17.ƏR

III
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Səliqəsizdir. Vərəqlər bir-birini tamamlamadığı üçün məzmun ardıcıllığı pozulmuşdur. 2-ci və 8-ci vərəqlər yarımçıqdır. Əsər üzərində bənövşəyi mürəkkəblə təshih işi aparılmışdır. Natamamdır. Əsərin əvvəli yoxdur.


Başlanır: … bir ad qoya bilmirik…

Bitir: … və səni almaq istəyirəm.

Ölçüsü: 26,5x36 sm; həcmi: 17 vərəq; fond 6, s.v. 30.
18.KAMANÇA

(Faciə 1 pərdədə)

I
Azərbaycan dilində ərəb əlifbası ilə surət. Katibi məlum deyil. Yazılış tarixi yanvar, 1920-ci il, Şuşa. Yarıdan eninə kəsilmiş, qara sapla tikilmiş cizgili dəftər vərəqlərinin bir üzünə qara mürəkkəblə yazılmışdır. Səliqəlidir. Vərəqlər nömrələnmişdir. Üz vərəqində «Kamança», «faciə 1 pərdədə», «Yazanı: Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin)», son səhifəsində isə «yanvar, 1920», «Şuşa qalasında» sözləri qeyd olunmuşdur. 8-ci və 9-cu vərəqlərdən sonra bir vərəq nömrələnməmiş və nəticədə səhifələnmə pozulmuşdur. Mətn boyu surətlərin adları altından qara mürəkkəblə xətt çəkilmişdir. Əsər üzərində qara və qırmızı mürəkkəblə cüzi təshih işi aparılmışdır.
Başlanır: Qarabağda, dağın ətəyində…

Bitir: … Eh, namərd dünya!

Ölçüsü: 17x21 sm; həcmi: 16 vərəq; fond 6, s.v. 9.

19.KAMANÇA

II
Azərbaycan dilində ərəb əlifbası ilə surət. Katibi məlum deyil. Yazılış tarixi yanvar, 1920-ci il, Şuşa. Yarıdan eninə kəsilmiş, qara sapla tikilmiş cizgili dəftər vərəqlərinin bir üzünə qara mürəkkəblə yazılmışdır. Səliqəlidir. Vərəqlər nömrələnmişdir. Üz vərəqində «Kamança», «faciə 1 pərdədə», «Yazanı: Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin)», son səhifəsində isə «yanvar, 1920», «Şuşa qalasında» sözləri qeyd olunmuşdur. Mətn boyu surətlərin adları altından xətt çəkilmişdir. Əsər üzərində qara mürəkkəblə cüzi təshih işi aparılmışdır.


Başlanır: Qarabağda, dağın ətəyində…

Bitir: … Eh, namərd dünya!

Ölçüsü: 17x21 sm; həcmi: 16 vərəq; fond 6, s.v. 10.
20.KAMANÇA

III
Arxivdə s.v. 11 şifri altında əsərin iki əlyazma variantı saxlanılır. İki ümumi dəftərdən ibarət olan əlyazma (A) və (B) variantları ilə bir-birindən fərqləndirilmişdir.



(A) variantı. Azərbaycan dilində ərəb əlifbası ilə surət. Katibi məlum deyil. Yazılış tarixi yanvar, 1920-ci il, Şuşa. Yarıdan eninə kəsilmiş, qara sapla tikilmiş cizgili dəftər vərəqlərinin bir üzünə qara və bənövşəyi (yalnız 8-11-ci vərəqlər) mürəkkəblə yazılmışdır. Səliqəlidir. Vərəqlər nömrələnmişdir. Üz vərəqində «Kamança», «faciə 1 pərdədə», «Yazanı: Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin)», səhifənin aşağı küncündə rus dilində «Kartina v 1 d. Soç. Mamed Kuli Zade», «Kemança», son səhifəsində isə «yanvar, 1920», «Şuşa qalasında» sözləri qeyd olunmuşdur. Mətn boyu surətlərin adları altından qara və bənövşəyi mürəkkəblə xətt çəkilmişdir. Əsər üzərində qara mürəkkəblə cüzi təshih işi aparılmışdır.
Başlanır: Qarabağda, dağın ətəyində…

Bitir: … Eh, namərd dünya!

Ölçüsü: 17x21,5 sm; həcmi: 16 vərəq; fond 6, s.v. 11.

(B) variantı. Azərbaycan dilində ərəb əlifbası ilə surət. Katibi məlum deyil. Yazılış tarixi yanvar, 1920-ci il, Şuşa. Bir cizgili dəftər vərəqlərinin hər iki üzünə qara və bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Üz vərəqində «Kamança», «faciə – 1 pərdədə», «Yazanı: Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin)», son səhifəsində isə «yanvar, 1920», «Şuşa qalasında» sözləri qeyd olunmuşdur. Surətin sonuncu – 7-ci vərəqinin hər iki üzü bənövşəyi karandaşla bu (X) şəkildə pozulmuşdur. Surətin mətni üzərində C.Məmmədquluzadə tərəfindən qara mürəkkəblə təshih işi aparılmışdır. 7 vərəqlik surətin sonuna yazıçının xətti ilə qara mürəkkəblə daha iki vərəq (8-9) əlavə olunmuşdur.
Başlanır: Qarabağda, dağın ətəyində…

Bitir: … Eh, namərd dünya!

Ölçüsü: 17x22 sm; həcmi: 9 vərəq; fond 6, s.v. 11*.
21.KAMANÇA

IV
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tari­xi yanvar, 1920-ci il, Şuşa. Əsər yarıdan bükülmüş vərəqlə­rin hər iki üzünə mixəyi mürəkkəblə yazılmışdır. Səliqəlidir. Vərəqlər qara mürəkkəblə nömrələnmişdir. 1-ci səhifəsində «Kamança», «faciə 1 pərdədə», «Yazanı: Cəlil Məmmədquluzadə», son səhifəsində isə «yanvar, 1920», «Şuşa qalasında» sözləri qeyd olunmuşdur. Üz vərəqində bənövşəyi rəngdə ştamp vardır: «A.D.M.A.Q.M. Liter. Teat­ralğnoqo Otdela. İnv. № 2208-488. Data postuplen. «__» ____ 1929». Əsər üzərində heç bir təshih işi aparılmamışdır.


Başlanır: Qarabağda, dağın ətəyində…

Bitir: … Eh, namərd dünya!

Ölçüsü: 19x23 sm; həcmi: 10 vərəq; fond 6, s.v. 12.
22.KAMANÇA

V
Azərbaycan dilində ərəb əlifbası ilə surət. Katibi məlum deyil. Yazılış tarixi yanvar, 1920-ci il, Şuşa. Bir cizgili dəftər vərəqlərinin hər iki üzünə mixəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnməmişdir. Üz vərəqində «Kamança», son səhifəsində isə «yanvar, 1920 miladi», «Şuşa qalasında» sözləri qeyd olunmuşdur. Əsər üzərində təshih işi aparılmışdır.


Başlanır: Qarabağda, dağın ətəyində…

Bitir: … Eh, namərd dünya!

Ölçüsü: 17x22 sm; həcmi: 8 vərəq; fond 6, s.v. 13.
23.KİŞMİŞ OYUNU

(Komediya 1 pərdədə)


Azərbaycan dilində ərəb əlifbası ilə surət. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər ağ sapla bir-birinə tikilmiş saya vərəqlərin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Vərəqlər əvvəlcə qara mürəkkəblə, sonra isə qara karandaşla nömrələnmişdir. Üz səhifəsində qırmızı karandaşla «Kişmiş oyunu» yazılaraq altından xətt çəkilmişdir. Həmin səhifənin aşağısında bənövşəyi mürəkkəblə C.Məmmədquluzadənin öz xətti ilə «(Əziz dostum mərhum Sidqinin13 xətti ilə yazılıbdır. Cəlil)» sözləri qeyd olunmuşdur. 2-ci vərəqin başında «Kişmiş oyunu», onun altından isə «Güzarişat – bir məclisdə. Təsnifi-Mirzə Əliməhəmməd Elçizadə Qarabaği. Sənə 1892. Şəhri-Bakı» yazılmışdır. Bəzi söz və cümlələr qara mürəkkəblə pozulmuş, yaxud başqa sözlərlə əvəz olunmuşdur.
Başlanır: Əhvalat vaqe olur…

Bitir: … Sağ ol, Nurəli!

Ölçüsü: 18x22,5 sm; həcmi: 8 vərəq; fond 6, s.v. 2.
24.LAL

(Teatr üçün 1 pərdə)


Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi 30 avqust, 1921-ci il, Bakı. Cizgili qoşa vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnməmişdir. 1-ci səhifəsində «Lal», «teatr üçün bir pərdə», son səhifəsində isə «Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin)», «30 avqust 1921. Bakı» sözləri qeyd olunmuşdur. Əsər üzərində qara mürəkkəblə təshih işi aparılmışdır.
Başlanır: Şəhərin küçəsində, divarın dibində…

Bitir: … buna münasib hava çalır.

Ölçüsü: 21x34 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 20.
25.LƏNƏT14

(Komediya 1 məclisdə)


Azərbaycan dilində ərəb əlifbası ilə surət. Katibi məlum deyil. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili qoşa vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnməmişdir. 1-ci səhifəsində «Lənət» sözü qeyd olunmuşdur. Mətn boyu rus dilində hissələr var. Əsər üzərində qara mürəkkəblə təshih işi aparılmışdır. Natamamdır.

Başlanır: Əvvəlinci məclis başlanır uçitel…

Bitir: … Aban bəy qah-qah çəkib gülür.

Ölçüsü: 21,5x36 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 31.
26.ÖLÜLƏR


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə