ADİLXAN BAYRAMOV
Bakı- 2015
BBK 5.2
A - 2015
Redaktor: Tehran Vəliyev
Rəssam: Arif Həsənov
Adilxan Hüseynəli oğlu Bayramov
Sənət, sənət məbədləri, sənət fədailəri
«VƏTƏNOĞLU» NPŞ MMC, Bakı, 2015, 336 səh.
Kitabda müəllifin respublikada muzey işinin tarixi, müxtəlif
profilli muzeylər, muzey əşyaları və muzey qurucuları, milli
teatrımızın təşəkkülündə və inkişafında böyük rolu olmuş Tiflis
Azər baycan teatrı və bu teatrın aktyorları, habelə digər sənət sahə
ləri barədə məqalələri toplanmışdır.
Müəllif arxiv və muzey materialları ilə yanaşı, özü nün şəxsi
müşahidələrinə və çoxillik iş təcrübəsinə də istinad etmişdir.
Kitab muzeyşünaslar, muzey işçiləri, sənətşünaslar, habelə
geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
© A.Bayramov, 2015
4700000000
А-651(03)2015
qrifli nəşr
3
MİLLİ DƏYƏRLƏRİMİZ
TARİXİMİZ… MƏDƏNİYYƏTİMİZ…
(MÜLAHİZƏLƏR)
Hər bir xalq müəyyən tarixi ərazidə yaranır. Bunun
la yanaşı, əvvəllər müəyyən bir ərazidə formalaşmış və
son ralar başqa yerlərə yayılmış xalqlar da vardır. Azər
baycan xalqı məhz hazırda yaşadığı ərazidə mey dana
gəlmiş, formalaşmışdır.
Azərbaycanlıların bir xalq kimi formalaşdığı ərazi
şimalda Dərbənddən, cənubda Zəncan və Qəzvindən,
şi malda Xəzər dənizindən başlayır, qərbdə İrəvan, Bor
çalı və Urmiya gölünün qərb sahilini əhatə edirdi.
Tədqiqatçılar yazırlar ki, Azərbaycan xalqı bu ərazi
də yaşamış türk etnoslarından, habelə qonşu ölkələrdən
gə lib burada məskunlaşmış digər türk tayfalarından ya
ran mışdır.
Azərbaycan dili türk dilləri ailəsinin Oğuz qru
pu nun Oğuzsəlcuq yarımqrupuna daxildir. Anadolu
türkləri, türkmənlər və Krım tatarlarının (əslində Krım
türklərinin) cənub dialekti də bu yarımqrupa aiddir.
Bir sıra araşdırmalarda verilmiş məlumatlara gö rə,
azərbaycanlıların qədim dilləri azəri və Arran dil ləri ol
muş, VVII və XIXII əsrlərdə qeyd etdiyimiz əraziyə
gəlmiş türkdilli tayfalar yerli dilləri sıxışdırıb assimilya-
siyaya uğratmışlar.
Digər məlumatlarda türk mənşəli Azərbaycan di li
nin yaranması VIII əsrdə Orta Asiyadan qərbə hərəkət
edən oğuzlarla əlaqələndirilir. Beləliklə də xalqımızın
4
cənubda farsdilli əhalidən, farslardan, şimalda Qaf
qazdilli etnoslardan dönmə olduğunu «sübuta yetir
mək» üçün çox ciddi cəhdlər olmuşdur. Əsasən xarici
tarixçilərin söylədiyi bu mülahizələr özünü bə zi Azər
baycan tarixçilərinin əsərlərində də göstərmək dədir.
Şübhəsiz, yuxarıda qeyd etdiyimiz tarixi hadisələr
türk mənşəli Azərbaycan dilinin (təbii ki, həm də
Azərbaycan xalqının) təşəkkülündə müəyyən rol oyna
mışdır. Bu tarixi faktlara dilin daxili inkişaf qanun ları
mövqeyindən yanaşan Azərbaycan dilçiləri çox doğru
olaraq qədim zamanlardan burada türk dillərində da
nışan etnosların mövcud olduğunu söyləyirlər.
Məlumdur ki, hər bir xalqın mənşəyinin müəyyən
edilməsində dil mənsubiyyəti ən başlıca əlamət kimi
çıxış edir. Dil cəhətdən isə xalqımız Azərbaycanda qə
dim zamanlardan bəri yaşamış türk dillərində danışan
etnoslarla bağlıdır. Azərbaycan türkcəsi VIIVIII əsrlərdə
Azərbaycan xalqının dili və ölkədə ünsiyyət vasitəsi
kimi mövcud olmuşdur.
Zamanla birlikdə xalqımız da böyük inkişaf yolu
keç miş, öz tarixini və mədəniyyətini yaratmış, dünyanın
ən zəngin mədəni irsə malik xalqlarından birinə çev
rilmişdir.
Azərbaycanda ən qədim dövrlərdən başlayaraq
zamanzaman insanların bu və ya digər tələbatının
ödənil məsi məqsədilə yaradılan bir sıra əşyalar son
radan mədəniyyət sərvəti adını almışdır.
Qobustan, Ordubad və Kəlbəcər bölgələrində üzə
çıxarılmış qayaüstü rəsmlər qədim insanlardan qalan
qiy mətli mədəniyyət sərvətləridir. Qobustanın qaya
rəsmləri Azərbaycan ərazisində ən qədim sənət nümu
nələri hesab olunur. Tədqiqatçıların fikrincə, qayalar
üzərində həkk olunmuş bu rəsmlərin ən qədimi era
5
mızdan əvvəl VIIIVI əsrlərə aiddir. Əlbəttə, bu təs
virlərin hamısı eyni vaxtda meydana gəlməmiş, ayrı
ayrı dövrlərdə yaradılmışdır.
Azərbaycanda ən qədim zamanlarda müxtəlif sə nət
sahələri meydana gəlmiş, zaman keçdikcə inkişaf edə rək
daha da təkmilləşmişdir. Arxeoloji qazıntılar zamanı üzə
çıxarılmış məişət və bəzək əşyaları, kiçik heykəltəraşlıq
fiqurları qədim insanın yaratdığı sənət nümunələridir.
Bu əşyalar ayrıayrı dövrlərdə müxtəlif materiallardan
hazırlanmışdır. Gil, torpaq, daş, dəri, sümük, yun, metal
və s. xammal kimi istifadə olunmuşdur. Şübhəsiz, məhz
Azərbaycanın zəngin təbiəti bir çox sənət növlərinin
inkişafı üçün şərait yaratmışdır.
Azərbaycanda tarixən dulusçuluq, zərgərlik, habelə
daş, ağac, sümük, dəri emalı, xalça və parça toxumaq
kimi sənət növləri mövcud olmuşdur.
Orta əsrlərdə dulusçu dəzgahında sürahi, tabaq,
küp, fincan, çıraq, kasa və s. saxsı məmulatları ha zır
lanmışdır. Həmin dövrdə şüşədən də bu cür nü mu
nələr düzəldilirdi. Şüşə, eyni zamanda zərgərlik nü
mu nələrinin hazırlanmasında da istifadə olunmuşdur.
Zaman keçdikcə ayrıayrı saxsı məmulatları həm də
sənət nümunəsi kimi hazırlanmışdır. Həmin nümunələr
müxtəlif boyalarla bəzədilmiş, üzərinə naxış vurulmuş,
təsvirlər çəkilmişdir. VII əsrdən başlayaraq Azərbay
can da dəmir, mis, gümüş, qızıl və s. materiallardan da
məişət əşyaları, habelə bəzək şeyləri hazırlanmışdır.
Orta əsr lərdə isə Azərbaycanda toxuculuq sənəti inkişaf
et məyə başlamışdır. Həmin dövrdə ipək, kətan və yun
parçalar, xalça və xalça məmulatları toxunmuşdur.
XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Az
ərbaycanın öyrənilməsi üzrə çox cüzi işlər görülmüş,
ekspedisiyalar təşkil edilmişdir. Həmin vaxtlar üzə
6
çıxarılmış əşyalar ayrıayrı şəxslərin əlinə keçmiş, ayrı
ayrı ölkələrin muzeylərinə verilmişdir.
Həmin dövrdə Azərbaycanda arxeoloji abidələrin
tədqiqi ilə əsasən xarici arxeoloqlar (o cümlədən həvəs
kar arxeoloqlar) məşğul olmuşlar. 1830cu illərdə İsveçrə
səyyahı Dübua de Manperi Gəncə şəhəri yaxınlığında
qazıntı işləri aparmış, tapdığı arxeoloji nümunələri
Fran saya göndərmişdir. 1879cu ildə İ.S.Polyakov Nax
çıvan ərazisində, N.O.Selosani isə qədim Bərdə şəhəri
xarabalıqlarında axtarışlar aparmışdır. Bir sıra əcnəbi
həvəskarlar şəxsi kolleksiya toplamaq məqsədilə qəbir
abidələrini qarət etmişlər. Daşkəsən və Gədəbəy mis
mədənlərində işləmiş V.Belk adlı şəxs 300dən çox abi
dəni qarət etməklə topladığı nümunələri Almaniya
muzeylərinə vermişdir. Fransız tədqiqatçısı Jak de Mor
qan 1880ci ildə Talış zonasında qəbir abidəlrini açaraq
tunc və dəmir dövrlərinə aid zəngin materiallar toplamış
və bunları Parisin Sen Jermen muzeyinə təqdim etmişdir.
Azərbaycanda arxeoloji araşdımalar aparmış digər
əcnəbilər də bu cür hərəkət etmişlər.
Azərbaycanın mədəniyyət sərvətlərinin respub
li kamızdan aparılması Sovet hakimyyəti illərində də
davam etmişdir. Bu dəfə həmin «vəzifəni» qon şu Er
mənistan Respublikası yerinə yetirmişdir. Qonşu la
rımız 19201930cu illərdə Qarabağın dağlıq hissəsinə,
Qazax və Zəngəzur bölgələrinə ekspedisiyalar təşkil
etmiş, xalqımızın tarixi və mədəniyyəti ilə bağlı dəyərli
yadigarları aparmışlar.
Azərbaycan XX əsrdə öz müstəqilliyini iki dəfə el an
etmişdir. 1918ci ilin mayında elan olunmuş müstəqil
Azərbaycan 1920ci ilin aprelində işğal edildi. 1991ci
il oktyabrın 18də “Azərbaycanın dövlət müstəqilliyi
haqqında” Konstitusiya Aktı qəbul edildi və Azərbaycan
yeni dövrə müstəqil inkişaf dövrünə qədəm qoydu.
7
Azərbaycan Respublikası öz müstəqilliyini bərpa
etdikdən sonra mədəniyyət sahəsində də müstəqil siya
sət yeritməyə başladı. Mədəni dəyərlərə dövlət qay ğısı
öz əksini müstəqil Azərbaycan Respublikasının Kons
titusiyasında tapdı. «Mədəniyyət haqqında», «Tarix
və mədəniyyət abidələrinin qorunması haqqında»,
«Muzeylər haqqında», «Kitabxana işi haqqında», «Kine
matoqrafiya haqqında», «Arxiv işi haqqında», «Folk lor
haqqında» və s. qanunlar qəbul olundu.
1993cü ildə Azərbaycan Respublikasının iştirakı
ilə qeyrisiyasi təşkilat– Türkdilli ölkələrin mədəniyyət
və incəsənət sahəsində əməkdaşlığı üzrə TÜRKSOY
Beynəlxalq Təşkilatı yaradıldı. Bu təşkilatın əsas vəzi
fələrindən biri də bütün türk xalqlarına məxsus mə
dəniyyət sərvətlərinin, tarix və mədəniyyət abi dələrinin
müəyyənləşdirilməsi və onların mühafizəsi ilə əlaqədar
tədbir görməkdən ibarətdir.
Azərbaycan Respublikası mədəni dəyərlərin qorun
ması və bərpası ilə məşğul olan bir sıra beynəlxalq
təşkilatlarla əməkdaşlıq edir.
Respublikamız müstəqil dövlət olaraq 1993cü ildə
YUNESKOnun Haaqa Konvensiyasını, 1997ci ildə isə
Paris Konvensiyasını imzaladı. Respublikamızda bu
Kon vesiyaların müddəalarının yerinə yetirilməsi üzrə
ko missiyalar yaradılmışdır.
Bütün sahələrdə olduğu kimi, mədəni quruculuq
sahəsində əldə olunmuş uğurlar da Ümummilli liderimiz
Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyev Azərbaycan xalqının milli mədəniy
yətinə, onun tarixi qaynaqlarına həmişə böyük diq qətlə
yanaşmış, millətin qan yaddaşına hopmuş tarixi şəxsiy
yətlərimizin zamanzaman yaşaması üçün qay ğısını
əsirgəməmişdir. Bu cəhətdən milli mə də niy yətimizin
tarixində xüsusi rol oynamış dahi söz usta larımızın,
8
mu siqi xadimlərimizin, səhnə və kino korifeylərimizin
yu biley tədbirlərinin keçirilməsi, bu sənətkarların ya
ra dıcılığına lazımi qiymət verilməsi xüsusi qeyd edil
məlidir.
Heydər Əliyev respublikaya rəhbərlik etdiyi illərdə
musiqi, balet, teatr, kino sahəsində uğurlar qazanan
iste dadların ölkədən kanarda da tanınması üçün bütün
qüvvəsini sərf etmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin kursunu
ləyaqətlə davam etdirən Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin fəaliyyətində də mədəni ir
simizə diqqət və qayğı mühüm yer tutur. Ölkə başçı sı nın
son aylarda imzaladığı sərəncamlar bu qayğının bariz
ifadəsidir. Belə hesab edirik ki, möhtərəm Prezidenti
mizin imzaladığı «Azərbaycan Respublikasının paytaxtı
Bakı şəhərində İstiqlal Muzeyinin yaradılması və İstiqlal
abidəsinin uçaldılması haqqında», «Müasir İncəsənət
Mu zeyinin yaradılması haqqında», «Azərbaycan teatr
sə nətinin inkişaf etdirilməsi haqqında», «Azərbaycan
ki no sənə tinin inkişaf etdirilməsi haqqında», «Azər
bay canda muzey işinin yaxşılaşdırılması haq qında»,
«Azərbaycan Respublikasındakı monu men tal hey
kəl təraşlıq abidə ləri, xatirəmemorial və me mar lıq
kompleksləri haq qında», «Azərbaycanda kitab xanaların
fəaliyyətinin yaxşılaşdırılması haqqında» sərən cam
larının icrası milli mədəniyyətimizin inkişafına bö yük
təkan verəcəkdir.
Bu gün Azərbaycan Respublikası ərazisinin 20 faizi
Ermənistanın hərbi qüvvələri tərəfindən işğal edilmiş,
minlərlə günahsız insanın qanı axıdılmış, qocalar, qa
dınlar, uşaqlar öldürülmüş, adamlar girov götürül müş
dür. 1 milyondan artıq insan öz doğma tor pağında qaç
qına çevrilmişdir.
Ermənilər işğal etdikləri ərazidə Azərbaycan xal
9
qının tarixini və bu gününü əks etdirən abidələri də
planlı surətdə məhv edir, yaxud öz adlarına yazırlar.
İşğal olunmuş ərazidə 500dək tarixi memarlıq, 100
dən artıq arxeoloji abidə, 22 muzey, 4 rəsm qalereyası
qalmışdır.
Erməni təcavüzkarlarının qarət etdikləri muzey
lərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə
bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri,
dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları,
Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları,
digər qiymətli materiallar olmuşdur. Bu qiymətli sərvət
Ermənistana aparılmışdır. İndi həmin əşyalar işğal
olunmuş ərazidən aparılmış digər əşyalarla birlikdə xa
rici auksionlarda satılır, yaxud müxtəlif sərgi və mu zey
lərdə dünya ictimaiyyətinə erməni mədəniyyəti nümu
nəsi kimi təqdim olunur.
Erməni təcavüzkarları vəhşilik göstərərək Azər
bay can musiqisinin böyük xadimləri Üzeyir Hacı bəyo
vunun və Bülbülün, habelə şairə Xurşud Banu Natəvanın
heykəllərini Şuşa şəhərindən Ermənistan ərazisinə
aparmışlar. Bu abidələr bütün əxlaq normalarının ziddinə
olaraq vəhşicəsinə güllələnmiş və ağır texnika vasitəsilə
zədələnmişdir. Həmin abidələr respublikamızın müva
fiq qrumları tərəfindən çox çətinliklə əldə edilərək Ba
kıya gətirilmiş və hazırda Azərbaycan Milli İncəsənət
Muzeyinin həyətində nümayiş etdirilir.
Xalqımızın tarixində çox hadisələr baş verib, uğur
suzluqlar da olub. Lakin bütün bunlar müvəqqəti
xarakter daşıyıb. Bu xalq yaşayıb, yaradıb, öz varlığını
da, dilini də, mədəni irsini də qoruyub, gələcək nəsillərə
çatdırıb.
2007
10
MİLLİ VƏ ÜMUMBƏŞƏRİ SƏRVƏT
(AZƏRBAYCAN XALÇASI HAQQINDA
DÜŞÜNCƏLƏR)
Məlum həqiqətdir ki, hər bir xalqın mədəni irsi
onun milli sərvətidir, eyni zamanda, həmin xalqın qabi
liyyət və istedadının daşıyıcısı olmaqla onun tarixini və
mədəniyyətini də özündə yaşadır. Xalqın özünə və baş
qalarına, ayrıayrı şəxsiyyətlərə, tarixində baş vermiş
sosialsiyasi hadisələrə münasibətinin formalaşmasında
mədəni irs müstəsna əhəmiyyətə malikdir. Heç də
təsadüfi deyildir ki, mədəni irsin qorunması, normativ
sənədlər, o cümlədən beynəlxalq normativ sənədlərlə
tən zimlənir və qorunur.
Hazırda mədəni irsin qorunması üzrə bir sıra bey
nəlxalq aktlar konvensiyalar, tövsiyələr, bəyan namələr
fəaliyyət göstərir. Bu sənədlər hər bir xalqın mədəniyyət
sərvətlərinin məhz həmin xalqa məxsus olduğunu bə
yan edir, onun toxunulmazlığına təminat verir. Bu
nor mativ sənədlər müstəqil Azərbaycan Res publikası
tərəfindən də imzalanmış və müəyyən olunmuş qaydada
ratifikasiya edilmişdir.
Məlumdur ki, hər bir xalq dünya mədəniyyətini öz
töhfələri ilə zənginləşdirir və bütün bunlar bəşəriyyətin
mədəni irsinə çevrilir, milli sərvət ümumbəşəri əhə miy
yət kəsb edir. Azərbaycan xalqının mili sərvəti olan xalça
sənətinin yaranması və inkişafı milli mədəniyyətimizin
ayrılmaz tərkib hissəsidir. Eyni zamanda, bu sənət
ümumbəşəri əhəmiyyətə malikdir.
Bu gün Azərbaycan xalça sənəti öz inkişafının yeni
mərhələsini yaşayır. «Azərbaycan xalça sənətinin qo
runması və inkişaf etdirilməsi haqqında» Qanunun qə
bul edilməsi, Azərbaycan Respublikasının Prezidenti
11
İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Xalçası və Xalq
Tətbiqi Sənəti Dövlət Muzeyi üçün müasir standartlara
uyğun binanın inşa edilməsi bu qədim el sənətinə dövlət
qayğısının ifadəsidir.
Azərbaycan xalça sənəti YUNESKOnun «Bə şə
riy yətin qeyrimaddi mədəni irsinin reprezentativ si
yahısı»na daxil edilmişdir. Heydər Əliyev Fondunun
prezidenti, YUNESKOnun Xoşməramlı səfiri,
Milli
Məc lisin deputatı Mehriban Əliyevanın təşəbbüsü və
əməyi nəticəsində Azərbaycan muğam sənəti və Azər
baycan aşıq sənətindən sonra Azərbaycan xalça sə nə
tinin də qeyd olunan Siyahıda yer alması milli də yər
lərimizin, ümumən mədəniyyətimizin qorunması və
beynəlxalq miqyasda tanıdılması yönündə daha bir uğ
urlu addımdır.
Azərbaycanda xalça sənətinin qədim tarixi vardır
və tədqiqatçıların dediyinə görə, bu sənətin yaşı elə xal
qımızın yaşına bərabərdir. Bu da təbii sayılmalıdır. Bu
torpağın rəngarəng boyaqların hazırlanmasına imkan
verən zəngin bitki aləmi və zərif yunu xalça sənətinin
yaranmasına və inkişafına şərait yaradıb.
Azərbaycanda xalça sənətinin qədimliyini arxeoloji
tədqiqatlar və bir sıra tarixi mənbələr də təsdiq edir.
Azərbaycan xalça sənəti tunc dövründən başlayaraq in
kişaf etmiş və bu günümüzə qədər gəlib çatmışdır.
Azərbaycan xalça sənəti daim sənətşünasların diq
qət mərkəzində olmuş, bu mövzuda elmlər doktoru
və fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dis ser
tasiyalar müdafiə edilmiş, monoqrafiyalar və çoxsaylı
məqalələr nəşr edilmişdir. Görkəmli xalçaçı rəsam
və tədqiqatçı alim Lətif Kərimov bu sahədə bir sıra
san ballı araşdırmaların müəllifidir. Tədqiqatçılardan
Rasim Əfəndiyev, Röya Tağıyeva, Cəfər Müciri, Nəcibə
12
Abdullayeva, Kübra Əliyeva, Anaxanım Əliyeva, Zi
yad xan Əliyev, Nərminə Tağıyeva, Xədicə Əsədova,
Məm mədhüseyn Hüseynov və bir çox başqaları Azər
baycan xalça sənətinin tarixi, ənənələri və bədii xüsusiy
yətləri, ornament və kompozisiyası, ayrı ayrı xalçaçılıq
məktəbləri və s. bağlı araşdırmalar aparmışlar. Xalça sə
nətimiz xarici tədqiqatçıların da diqqətini cəlb etmişdir.
Məlumdur ki, hər bir xalq yalnız onun özünə məx
sus olan bir cəhəti ilə fərqlənir. Azərbaycan xalqının
özü nəməxsus xüsusiyyətlərindən biri məhz xalça
sənəti ilə bağlıdır. Nənələrimizin xalça toxuması, bu
məşğuliyyətə xüsusi münasibət bəsləməsi və onu sənət
sə viyyəsinə qaldırması artıq inkarolunmaz faktlardır.
Kasıb və ya varlı olmasından asılı olmayaraq hər bir
az ərbaycanlının evini xalça və xalça məmulatları bə
zəyib. Evdə böyüyən uşaq məhz xalça, palaz üzərində
iməkləyib, ayaq tutub, divardakı, taxtın üstündəki xalça
onun zövqünün, dünyagörüşünün formalaşmasına təsir
göstərib. Beləliklə də xalça, eyni zamanda, əvəzsiz este
tik tərbiyə vasitəsinə çevrilib.
Uşaqlıq dünyamızın ilk nağılları, əfsanələri də
xal çalarımızla bağlıdır. Neçəneçə nağıl, əfsanə qəh
rəmanlarına qoşulub «uçan xalçalar»da «uçmuşuq».
Hər xalqın özünün toy, qızköçürmə adəti var. Elə
xalqlar var ki, müqəddəs hesab etdikləri hər hansı bir
əşyanı mütləq qızın cehizinə əlavə edirlər.
Azərbaycanlılar bu adəti xalça vasitəsilə həyata ke
çiriblər. Ərə gedən qızın cehizi içərisində mütləq xalça
da olub. Həm də elə olub ki, bu xalçanı qız özü toxuyub,
yaxud onun toxunmasında iştirak edib. Bu, gəlinin
əməyə münasibətini, müstəqil həyata hazırlığını bildirir,
eyni zamanda, xalqın özünün xalçaya münasibətinin ifa
dəsidir.
13
Azərbaycan qadınının həyatında, xalçaçılıq böyük
yer tutur. Respublikamızda elə bölgələr var ki, oradakı
qızgəlinlərin əksəriyyəti xalça toxuya bilirlər.
Xalça və xalça məmulatları ilk əvvəllər məişət
ehtiyaclarını ödəmək məqsədilə meydana çıxmışdır. Bu
məmulatlar zaman keçdikcə həm də mənəvi təlabatın
ödənilməsinə xidmət etmişdir. Belə ki, xalça sənət əsərinə
çevrilmiş, interyerin tərtibatında əsas vasitə olmuşdur.
Orta əsrlərdə Azərbaycanda toxuculuq sənətinin
inkişafı ilə əlaqədar olaraq ipək, kətan və yun parçalar,
xalça və xalça məmulatları toxunmuşdur. Tarixi mən
bələrdə məlumat verilir ki, məhz həmin dövrdə Azər
baycan xal ça istehsalı mərkəzlərindən biri kimi tanınırdı.
Bu mənbələrdən məlum olur ki, hələ eramızın YII
əsrində Azərbaycanın şimal şərqində yüksək keyfiyyətli
xalçalar toxunmuş, X əsrdə Azərbaycanın Muğan böl
gəsi öz çuval və palazları, Naxçıvan, Xoy və Salmas öz
zili və xalçaları, Bərdə öz ipək və xalçaları ilə şöhrət
qazanmışdı. Azərbaycan xalçalarının təsvirinə «Kitabi
Dədə Qorqud» dastanında, habelə Qətran Təbrizi, Ni
zami Gəncəvi, Xaqani Şirvani və başqa söz ustalarının
əsərlərində rast gəlirik.
Tədqiqatçılar XYIXYII əsrlər Səfəvilər dövrünü
Azərbaycan xalça sənətinin yüksək inkişaf mərhələsi
hesab edirlər. Səfəvilər dövlətinin banisi Şah İsmayıl
Xətainin XVI əsrin əvvəllərində Təbrizdə öz sarayında
yaratdığı kitabxana sənət mərkəzinə çevrilmişdi. Bu
«incəsənət akademiyası»na şairlər, elm və mədəniyyət
xa dimləri ilə birlikdə rəssamlar da toplaşmışdılar. Kitab
xananın nəzdində bədii emalatxana yaradılmış və burada
Sultan Məhəmmd, Sadiq bəy Əfşar, Dust Məhəmməd
kimi qüdrətli fırça ustaları fəaliyyət göstərmişlər. Onlar
xalça və bədii parçaların çeşnilərini vermiş və bunların
14
əsasında toxunmuş zərif xalçalar və parçalar geniş
yayılmışdı.
Müxtəlif dövrlərdə Azərbaycanda ayrıayrı hökm
darların, zəngin adamların sarayları, məscid və ibadət
yerləri də qiymətli sənət nümunələri ilə bəzədil mişdi.
Bunların arasında rəsm əsərləri, heykəl təraşlıq nümu
nələri, qiymətli materiallardan hazırlanmış bəzək əşya
ları, silahlar, digər sənət nümunələri ilə yanaşı nadir
Azər baycan xalçaları da olmuşdur.
Azərbaycanda yaradılmış müxtəlif sənət nümunə
lərindən, o cümlədən Azərbaycan xalçalarından seç
mələr 1872ci ildə Moskvada, 1918ci ildə Peterburqda
Ümumrusiya sərgilərində, 1873cü ildə Vyanada, 1924
cü ildə Parisdə Ümumdünya sərgilərində nümayiş
etdirilmişdir. Bununla yanaşı, bir sıra nadir sənət nümu
nələrimiz xalçalarımız zamanzaman dünyanı dolaşmış,
ayrıayrı ölkələrin muzeylərinin fondlarını zən gin ləş
dirmiş, şəxsi kolleksiyaların bəzəyinə çevrilmişdir. Bu
əşyaların bəziləri ayrıayrı şəxslərdən alınmış, bəziləri
isə qarət edilərək Azərbaycandan aparılmışdır.
Tarixən Azərbaycana gələn səyyahlar və tacirlər də
buradan özləri ilə xalça aparmışlar. Elə indi də belə
dir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan
xalçaları dünyanın ən zəngin muzeylərinin və bir
sıra şəxsi kolleksiyaların bəzəyinə çevrilmişdir. Bizim
xalçalar NyuYorkun Metropoliten, Londonun Vik to
riya və Albert, Parisin Luvr, İstanbulun Topqapı, Ro
ma nın, Berlinin, Tehranın, Qahirənin, Moskvanın,
SanktPeterburqun, Vyananın muzeylərində nümayiş
et dirilir. Bunların sırasında dövrümüzə çatmış ən qədim
Azərbaycan xalçaları XIIXY əsrlərin yadigarları vardır.
Çox təəssüflə qeyd etmək lazımdır ki, bəzi muzey
lərdə bu sənət nümunələri mənsub olduğu xalqın adı ilə
15
deyil, çox hallarda «İran xalçası», «Qafqaz xalçası», hətta
«Erməni xalçası» adları ilə təqdim olunur.
Azərbaycan xalçası milli və ümumbəşəri sərvətdir.
Azərbaycan xalçası mənsub olduğu xalqın, eyni za
manda, bütün bəşəriyyətin mədənimənəvi sərvəti ki mi
araşdırılır. Son zamanlar aparılan araşdırmalara əsa
sən belə bir qənaətə gəlmək olar ki, xalqımıızın qürur
hissinin göstəricisi olan Azərbaycan xalçası məhz özünə
məxsus milli bədii xüssusiyyətləri, həyat fəlsəfəsi ilə
dünya mədəniyyətinin inkişafına təsir göstərən bir amil
kimi ümumbəşəri mahiyyətli hadisəyə, bütün bəşər
mədəniyyətinin nailiyyətinə çevrilmişdir.
Tanınmış sənətşünas, professor Röya Tağıyeva bu
dediklərimizi öz tədqiqatlarında Azərbaycan xalçasının
yaranması və inkişafı tarixini izləməklə geniş şərh et
mişdir. Onun fikrincə, incəsənətin başqa sahələri kimi
Azərbaycan xalça sənəti də özünün yüksəliş dövrünü
yaşamış, bununla yanaşı, bu sənətdə ideya və obrazların
bədii ifadə sisteminin əsl xalq ruhundan gələn əsaslarına
sədaqəti qorunub saxlanılmışdır. Azərbaycan xalçasının
zəngin bədii xüsusiyyətləri və forma əlvanlığı onun
yaranma tarixindən müşahidə olunmuşdur.
Tədqiqatçı öz araşdırmalarında qədim məxəzlərə
ist tinadən mədəniyyətlərin bir birinə təsiri, ayrıayrı
təriqət və inanclar, bunların simvol və motivlərinin Az
ər baycan xalçlarında izlərini üzə çıxarmış və bütün
bun lara çağdaş sənətşünaslığın qarşısında duran tələb
lər baxımından yanaşaraq Azərbaycan xalqının etno
mədəni tarixi kontekstində təhlil etmişdir .
Röya Tağıyeva sufizmin Azərbaycan xalça sənə
tinə təsiri ilə bağlı araşdırmalarında bu təsirin xüsu sən
XVIXVII əsrlər Təbriz xalçalarında müşahidə olun
duğu qənaətinə gəlmişdir. O, xalçaların ovsunlayıcı
16
və qoruyucu funksiyaları barədə məlumat vermiş və
xalçanın qədimlərdən başlayaraq indiyədək xalqımızın
adət – ənənəsində və məişətində oynadığı rolu geniş şərh
etmiş, ondan istifadə olunması məsələlərinə aydınlıq
gətir miş, eyni zamanda, xalça naxışları, rəmzləri, hət
ta onun rəngi ilə bağlı daşıdığı mənaları açıqlamış, bəzi
xalça adlarının etimologiyasına öz münasibətini bil
dirmişdir.
Bu gün ölkəmizdə xalçalarımızı toplayan, qoruyan,
öyrənən və təbliğ edən bir məkan var. Bu məkan Azər
baycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyidir.
Ölkəmizin ən zəngin muzeylərindən biri olmaqla,eyni
zamanda, elmi tədqiqat müəssisəsidir. Muzey respublika
hökumətinin qərarı ilə 1967ci ildə təşkil olunmuş,
ilk ekspozisiyası isə 1972ci ildə İçərişəhərdə, XIX əsr
memarlıq abidəsi «Cümə» məscidində açılmışdır, 1992
ci ildə «Muzey mərkəzi»nə köçürülmüş və burada yeni
ekspozisiya qurulmuşdur. İndii muzey, yuxarıda qeyd
etdiyimiz kimi, yeni ünvana Azərbaycan xalçasına daha
layiq məkana köçmək ərəfəsindədir.
Ötən dövr ərzində muzey tərəfindən xalça və xalça
məmulatlarının, digər xalq tətbiqi sənəti nümunələrinin
toplanması, qorunması, öyrənilməsi və təbliği sahəsində
mühüm işlər görülmüşdür. Muzeydə toplanmış əşyalar
müxtəlif dövrləri əks etdirir. XII əsrə aid saxsı qablar,
XIV əsrə aid bədii metal nümunələri, XVII əsrə aid xalça
və xalça məlumatları, XIX əsrə aid bədii tikmələr, milli
geyimlər muzey kolleksiyalarının qədimliyindən soraq
verir. Hazırda muzeydə 15 mindən artıq müxtəlif sənət
nümunələri saxlanılır.
Xarici ölkələrdə Azərbaycan xalçalarından ibarət sər
gilərin təşkili muzeyin fəaliyyətində mühüm yer tu tur.
Belə sərgilər keçmiş SSRİnin müxtəlif guşələrində, ABŞ,
17
Almaniya, İngiltərə, Fransa, Kuba, Hollandiya, İsrail,
Nepal, Hindistan, Portuqaliya, Macarıstan, Yuqoslaviya,
Türkiyə, Bolqarıstan, Monqolustan, Yaponiya, Finlan
diya, İran və s. ölkələrdə uğurla nümayiş etdirilmişdir.
1983cü ildə muzeyin bazasında «Şərq xalça sənəti»
mövzusunda I beynəlxalq simpozium keçirilmişdir.
Simpoziumda 170 nəfər, o cümlədən xarici ölkələrdən
57 nəfər iştirak etmişdir. Simpozium çərçivəsində «Az
ər baycan təsviri sənəti», «Azərbaycanın süjetli xal
çaları», «Milli geyim və zərgərlik sənəti», «Azərbaycanın
misgərlik sənəti» və s. sərgilər təşkil olunmuşdur.
Muzeyin bazasında 1988ci ildə keçirilmiş II bey
nəlxalq simpozium Azərbaycan xalça sənətinə həsr
olunmuşdur. Bu tədbirdə Azərbaycan xalçasının dünya
xalqlarının mədəniyyətinə təsiri, qarşılıqlı mübadilə yolu
ilə inkişafına aid məruzələr dinlənilmiş, xalça sənətinin
öyrənilməsi səviyyəsi və gələcək inkişaf yollarının mü
əy yənləşdirilməsi məsələləri şərh olunmuşdur.
«Azərbaycan xalçası və xalq tətbiqə sənəti» möv
zusunda III beynəlxalq simpozium 2003cü ildə keçiril
mişdir. Bu simpoziumda Azərbaycan xalça sənətinin
yeni inkişaf mərhələsinə aid məsələlər araş dırılmışdır.
Azərbaycan xalça sənətinə həsr olunqmuş IY bey
nəlxalq simpozium 2007ci ildə Parisdə, YUNESKOnun
iqamətgahında keçirildi. «Azərbaycan xalçaları» sərgisi
ilə müşayiət olunan bu simpozium görkəmli xalçaçı
rəssam və tədqiqatçıalim Lətif Kərimovun 100 illik
yubileyinə həsr olunmuşdu.
2007 ci ildə muzeyə elmi status verilmiş və burada
elmi tədqiqat şöbəsi yaradılmışdır. Şöbədə aparıcı
mütəxəssisalimlər və gənc tədqiqatçılar tərəfindən Az
ər baycan xalça sənətinə aid gərəkli araşdırmalar ap
arılır. Azərbaycan Respublikası Prezidenti yanında Ali
18
Attestasiya Komissiyasının qərarı ilə muzey dis ser
tasiyalara rəy verən aparıcı elmi müəssisələr sırasına
daxil edilmişdir. Burada «Təsviri və dekorativ tətbiq
sənət məsələləri» adlı elmi elmi toplu nəşr edilir.
1998ci ildə respublikamızda Azərbaycan xalça
sənətinə aid yeni bir muzey də açıldı. Bu, Naxçıvan Mux
tar Respublikası Azərbaycan Xalçası Dövlət Muze yidir.
Muzey Naxçıvan şəhərində memarlıq abidəsində yerlə
şir. Ekspozisiyada Azərbaycanın müxtəlif məktəblərini
təmsil edən xalça və xalça məmulatları, habelə xalq tət
biqi sənəti nümunələri nümayiş etdirilir.
Bu gün respublikamızda Azərbaycan xalça sənəti,
onun tarixi elmi əsaslarla öyrənilir, tədqiq olunur.
Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və
İncəsənət İnstitutunda, Rəssamlıq Akademiyasının, Mə
də niyyət və İncəsənət Universitetinin müvafiq kafed
ralarında bu sahədə araşdırmalar aparılır, monoq ra
fiyalar nəşr olunur, dissertasiyalar müdafiə edilir, eyni
zamanda, yüksək ixtisaslı xalçaçılar hazırlanır.
Bütün bunlarla yanaşı, xalçaçılarımız qədim ənən
ələrə əsaslanaraq yeni xalçalar yaradır, mədəni irsimizi
daha da zənginləşdirirlər.
Dostları ilə paylaş: |