Adətən /h/ samitinin auslautda gələ bilməməsini onun per­sep­tiv cəhətdən zəif olması ilə izah edirlər. Deməli, auslaut (koda-he­ca sonu samitlər) çox zəif eşidilən mövqe olduğundan zəif udlaq samiti bu mövqedə işlənmir



Yüklə 20 Kb.
səhifə1/2
tarix15.06.2022
ölçüsü20 Kb.
#61507
  1   2
adu heca
VIII sinif ÜT-KSQ- 2, audit movzu 7

8.12. Fonotaktika

Fonemlərin bu və ya digər kontekstdə və əhatədə gəlib-gəl­mə­məsi onların real danışıqda işlənməsilə üzvi surətdə bağlıdır. Bu, həm ayrı-ayrı fonemlərə, həm də onların birləşmələrinə şamil edilə bilər. Məs., rus və alman dillərində morfem və söz sonunda cin­gil­tili samitlər gələ bilməz. Buna elmi ədəbiyyatda auslaut (söz sonu) qanunu deyilir. Alman dilində /h/ samiti söz və morfem so­nunda gələ bilmir, ancaq // samiti məhz bu mövqelərdə işlənir. Azərbay­can dilində /y/ və /ı/ fonemləri söz və morfem başında gələ bilmir.


Adətən /h/ samitinin auslautda gələ bilməməsini onun per­sep­tiv cəhətdən zəif olması ilə izah edirlər. Deməli, auslaut (koda-he­ca sonu samitlər) çox zəif eşidilən mövqe olduğundan zəif udlaq samiti bu mövqedə işlənmir. Alman dilində isə /ŋ/ söz sonunda (müq. et: /zaŋ/ (oxudu), /zıŋç/ (oxumaq feilinin kökü) və zəif sait­dən (şvadan) əvvəl gəlir (məs., /tsŋə/ (insanın ağzındakı dil), /zıŋən/ (oxumaq), /feRtsaeuŋ/ (bağışlayın)və s. Bəzən isə /k/ və /g/ -dan da əvvəl işlənir. Məs., /baŋk/ (bank), /lıŋks/ (sol), /laŋə/ (uzun) və s.
Alman dilində söz başında saitlərdən əvvəl /s/ gələ bilmir. Belə birləşmə olarsa, deməli, bu alınma sözdür. Məs., /siŋl/ (ing.d. sadə), /si:ti./(ing.d. şəhər) və s. Biz indiyə qədər fonemlərin işlən­mə­sində bəzi məhdudiyyətləri açıb göstərdik. Ancaq fonotaktika dildəki bütün fonemlərin bir-birilə işlənə bilməsi qaydalarını müəyyən edir. Məs., Azərbaycan dilində mürəkkəb söz daxilində 3-dən artıq samit işlənə bilməz. Müq. et: /tərsməzhəb/, /kəntxuda/ və s. Alman dilində isə mürəkkəb sözdə 7 samit fonem bir-birinin ar­dın­ca gələ bilir. Məs., /'hrpst,tRtra:sə/ (payız küçəsi) və s. Belə­liklə, biz görürük ki, dildə fonemlərin birləşmə yaratmalarında müəyyən məhdudiyyətlər ola bilər. Fonemlərin dildə birləşmələrini öyrənən elımə fonotaktika deyilir.

8.13. Fonemlərin manifestasiyası və heca


Fonemlərin ilkin reallaşması meydanı hecadır. Bəzən yanlış olaraq hecanı fonoloji vahid hesab edirlər. Heca prosodiyanın ən kiçik vahididir və o heç bir fonoloji əhəmiyyət kəsb etmir. O, vurğu və intonasiyanın daşıyıcısı kimi fonoloji araşdırmaların obyekti ola bilər. Hecada fonoloji seqmentlərin ardıcıllığı elə strukturlaşır ki, onu yalnız uzunluq və qısalıq, ton parametrinin qalxıb-enməsi, ha­belə gücün zəif və qüvvətli olması üçün bir-birini əvəz edən fonetik vahid kimi götürmək olar. Hecanın öz fonetik korrelyatı yoxdur. Ona görə də o dildən-dilə fərqli olur. Alman dilində /z)nə/ sözünü hecaya bölmək çox çətindir. Burada /n/ samiti həm birinci, həm də ikinci hecaya aid olduğundan onu


Yüklə 20 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə