Ad: Aysel Soyad: Zenalova Fakültə



Yüklə 41,24 Kb.
səhifə1/2
tarix02.01.2022
ölçüsü41,24 Kb.
#38963
  1   2
Sosiologiya tarixi. Zenalova Aysel. Sərbəst iş
Mövzu 11,12,13,14,15 5, Mövzu 11,12,13,14,15 5, AVTOMOBİLLƏRİN-TEXNİKİ-İSTİSMARI-1, Funksional sıralar və qüvvət sırası, Sosiolinqv kv 2, sos tarixi kv-1, Sosiologiya və biologiyada sistem yanaşması, Muhazire 6. İşçilərin özunü dərk etməsi və əməyə uyğunlaşması, 2, Ağakərimova Ədiləxanım 824. Tətbiqi sosiologiya, Ağakərimova Ədiləxanım 824. Əməyin sosiologiyası

SƏRBƏST İŞ-2021




Ad: Aysel

Soyad: Zenalova

Fakültə: Tarix və coğrafiya

İxtisas: Sosiologiya

Qrup: 824

Kurs: 2

Fənn: Sosiologiya tarixi

Müəllim: Mədədzadə K.,Fərhadova J.

Sərbəst iş sualları:

1.J.Qurviçin sosial konsepsiyaları
2.C.Midin universialist etikası.


1.J.Qurviçin sosial konsepsiyaları
Fransa sosiologiyasında artıq təşəkkül tapmış müayyən sosioloji cərəyanlar ikinci dünya müharibəsindən sonra bir qədər dəyişilmiş şəkildə öz mövqelərini saxlamaqda idi . Məs. J.Qurviç marksizmə əsaslanan sxemləri birləşdirib bu yolla onları aradan qaldımağa çalışırdı  Əks mövqedə duran R. Aron isə elmdə liberal intellektual ənənəyə qayıtmaq çağırışı ilə çıxış etdi . O zaman ictimai elmlərdə bir - birindən tam fərqli olan yanaşmaları iki alim təmsil edirdi - J.Qurviç və R.Aron . Müasir tədqiqatçılar hesab edirlər ki , mühacirətin ilk dalğasını təmsil edən görkəmli rus sosioloqları sırasında ( söhbət ilk növbədə P.A.Sorokin , N.S.Timaşev , Q.D.Qurviçdən gedir ) sonuncunun həyat və yaradıcılığı daha az öyrənilmişdir . Peterburq universitetinin bu parlaq triosunun yaşda ən kiçiyi olan J.Qurviç haqqında , demək olar ki , yeganə məlumat mənbəyi - ölümündən sonra nəşr edilmiş xırda memarsayağı " Mənim intellektual yolum ” məqaləsi olmuşdur. Georgi Davidoviç Qurviç sonradan adı J.Qurviç kimi göstəriləcək ) Novorossiysk şəhərində 20 oktyabr ( yeni təqvim ilə 2 noyabr ) 1894 - cü ildə anadan olmuşdur . 1912 - ci ildə J.Qurviç Rigada Nikolay gimnaziyasının 8 illik kursunu bitirmişdir . Xatirələrindən məlum olur ki , hələ 14 yaşında gimnaziya şagirdi olan Qurviç fəlsəfə və sosiologiyaya aid bir çox əsərlərlə tanış olmuşdur ; tanış olduğu ədəbiyyat sırasında K.Marksin , F.Engelsin , məşhur marksistlər və sosialist hərəkatının liderləri olan C.Kautskinin , G.Plexanovun , V.Leninin , M.Ştirnerin əsərləri də olmuşdur . 1912 - ci ildən etibarən Dünya müharibəsi başlayana qədər hər yayı , Almaniyaya istirahətə gedirdi . Bu müddətdə Qurviç neokantçıların əsərləri ilə ətraflı tanış olmağa imkan tapmışdı . 1912 - ci ilin iyun ayında J.Qurviç Yuryev Universitetinin hüquq fakültəsinə qəbul olundu. Burada ilk alti semestri oxuyan Qurviç professorlar A.S.Yaşşenko , F.V.Taranovski , M.E. Krasnojen , L.A.Şalland tərəfindən oxunan hüquq fəlsəfəsi , Roma hüququ tarixi , siyasi iqtisad , statistika , kilsə , dövlət ticarət hüququ üzrə mühazirələri dinləmişdir . 1914 - cü ilin avqust ayında J.Qurviç Petroqrad Universitetinə keçmək haqqında məsələ qaldırdı . Buraya o , 13 avqust 1915 - ci ildə , altı semestri məqbul ödəyəndan sonra keçirildi . Petroqrad Universitetinin professorları sırasında ona ən çox təsir edən görkəmli rus hüquqşünası L.I.Petrajitski olmuşdur . L.I.Petrajitskinin keçirdiyi nəzəri seminarlarda J.Qurviç S..Hessen ilə tanış oldu sonradan isə onunla dostluq etməyə başladı 1917 - ildə J.Qurviç Petroqrad universitetində magistr dərəcəsini qazandıqdan sonra , professor adını almağa hazırlaşırdı . ci ildə o , doktorata qəbul olundu , sonradan tədris kursu aparmaq hüququnu qazandı . Bütün bunlara baxma yaraq , bir neçə aydan sonra Rusiyanı tərk etməli , mühacirətə getməli olmuşdur . Professor Edvard Tiriakianın məlumatına görə , J.Qurviç rus inqilabında fəal iştirak etmiş , lakin Lenin onu tənqid edəndən sonra çıxıb getməli olmuşdur. İlk əvvəl J.Qurviç Berlində qalırdı . Burada , 1921 - ci ildə Xaricdə rus alimlərinin əsərləri » nda o , özünün « XVII - XVIII əsrlərin siyasi doktrinasında ayrılmaz hüquqlar ideyası » adlı məqaləsini dərc etmişdir . O burada həm də 1.Fixtenin fəlsəfəsi haqqında ilk fəlsəfi əsərini yazmışdır ( Die Einheit des Fichtes Philosophic ) . 1923 - cü ildən etibarən J.Qurviç Praqada yaşayır . Praqada J.Qurviç Karlovo Universitetinin rus hüququ fakültəsində dərs deyir , hüquq fəlsəfəsi tarixi kafedrasının dosenti vəzifəsində çalışır . Bu kafedraya Kiyev Universitetinin sabiq rektoru , dövlət hüququ doktoru Y.V.Spektorski başçılıq edirdi . Fakültənin müəllimləri sırasında bir qrup Avrasiya nümayəndələri çalışırdı , ən fəal N.N.Alekseyev , P.N.Savitski, Q.V.Vernadski , Y.V.Spektorski daha fəal idilar . J.Qurviç va fakültənin digər müəllimlari onlarla diskussiya aparırdılar . 1925 - ci ildən etibarən J.Qurviçin hayatında yeni , Fransa ilə bağlı mərhələ başlamışdır . 1925-1927 - ci illərdə o , Parisdə Slavyan Institutunda işləmiş , həm da Paris Universitetinin nəzdində olan rus hüququ fakültəsinda dərs demişdir . 1927 - ci ildən etibarən Qurviç Sorbonnada dərs deyir . Bu məşhur universitetdə o , L.Brunsvikin davati ila « Alman fəlsəfəsində müasir tendensiyalar mövzusunda açıq mühazirələr kursunu oxumağa başlamışdır . 1928 - ci ilda J.Qurviç Fransa vətəndaşlığını qəbul etdi Bu , düşünülmüş bir addım idi . J.Qurviç . an birinci köçən rus mühacirlərinin həyata nikbin yanaşmasını qəbul etmirdi : sonuncular , Rusiyanı tərk edandan sonra , uzun müddət belə bir ümidlə yaşayırdılar ki , bu vəziyyət , nəhayət , qurtaracaq və çox tez bir zamanda geriya qayıtmaqları mümkün olacaqdır. Vəziyyət dəyişimi Rusiyada günü – gündən möhkəmlənirdi . Bununla belə J.Qurviç rus miqrasiyasının ictimai hayatında yaxından iştirak edirdi . Parisda nəşr olunan aparıcı ictimai - siyasi və ədəbi « Müasir qeydlər » jurnalında J.Qurviç , 1924 - cü ildən başlayaraq , bir sıra məqalələrini nəşr etdirmişdir : « Ən yeni alman ədəbiyyatı baxımından sosializm ideologiyası ( 1924 , c.18 ) « Dövlət və sosializm » ( 1925 , c.25 ) ; « Fransa sindikalizm ideologiyasında ən yeni təkamül ( 1925 , c.24 ) ; << Prudon və müasirlik » ( 1927 , c.39 ) ; « Bolşevizm və Avropa ilə barışıq » ( 1925 , c.26 ) ; « Demokratiyanın gələcəyi » ( 1927 , c.32 ) ; « Əxlaq va din ( 1926 , c.29 ) ; « Sosializm və mülkiyyət » ( 1928 , C.36 ) və s . Bundan başqa , « Müasir qeydlərdə o , N.N.Alek seyevin , N.A.Berdyayevin , B.P. Vişeslavsevin , M.Y.Lazar sonun , T.Q. Masarikinin , F.V.Tarnavskinin əsərlərinə yazdığı rəyləri dərc etdirmişdir . J.Qurviçin « Müasir qeydlərdə sonuncu yazısı - B.P Viseslavsevin « Döndarilmiş Erosun etikası » adlı kitabına yazılan rəy olmuşdur ( 1932 ) 1932 - ci ildə J.Qurviçin « Sosial hüquq ideyası » nəşr olunur ( L'idée du droit sosial bu əsərin üzərində o , hələ Rusiyada olarkən işləyirdi . Məhz bu asar onu beynəlxalq aləmə tanıtdı . 1932-1934 - cü illərdə Qurviç , professor vəzifəsində çalışaraq Sevin Kollecində fəlsəfə , 1934-1935 - ci illərdə Bordo universitetində sosiologiyadan dərs demişdir . 1935 - ci ildə o , M.Halbvaksi Strasburg universitetinin kafedrasında avaz etdi Sonrakı beş il ərzində o , özünün ən çox şöhrət qazanmış əsərlərini nəşr etmişdir . Bundan başqa , 1931-1940 - cı illərdə J.Qurviç Parisda Beynəlxalq Hüquq Sosiologiyası Institutunun baş katibi , daha sonra Parisdə nəşr olunan « Hüquqi sosiologiya və fəlsəfə hüququ arxivləri » jurnalının redaktoru vəzifələrində çalışmışdır ( Archives de philosophie du droit et de sociologie juridique ) . Almaniya ilə müharibə başlanandan sonra J.Qurviç Fransa ordusunun sıralarına daxil olur və Fransa tərəfindən hərbi döyüşlərdə iştirak edir . Lakin 20 iyun 1940 - cı ildə əldə edilən hərbi barışıqdan sonra ( əslində bu barışıq Fransanın taslim olunması və faşist Almaniyası tərəfindən Fransa ərazisinin 2 / 3 - nin zəbt olunması , işğal edilməmiş zonada Petenin oyuncaq hökumətinin formalaşması demək idi ) ordudan tərxis edildi va mühacirətə getməli oldu . Hitlerin işğalı altında olan Qarbi Avropa ərazisindən o , 1940 - cı ildə ABŞ - a , Nyu - Yorka köçdü . 1941 - ci ildə o , Nyu Yorkda , azad Fransa hökumətinin hamiliyi altında Azad ali məktəbin ( Ecole libre des Hautes Etudes ) yaradılmasında iştirak etmiş , bu məktəbin nəzdində fəaliyyət göstərən Fransa Sosiologiya İnstitutuna başçılıq etmişdir . Bu institutun apardığı tədqiqatların və diskussiyaların əsas mövzusu - müharibədən sonra Fransada dövlat quruculuğu problemi idi . 1944 - cü ilda J.Qurviç , gələcək IV Respublikanın Konstitusiya layihasinin hazırlanmasına köməklik etmək məqsədilə " Sosial hüquqlar deklarasiyası " nın mətnini tərtib edərək dərc etmişdir . 1944-45 ci tədris ilində J.Qurviç Harvard universitetində sosiologiya kursunu oxumuşdur .
Ümumi sosioloji nəzəriyyə sahəsində da J.Qurviçin yaradıcılığı kifayət qədər əhatəli görünür . Onun əsərlərindən ən əhəmiyyətli hesab olunanları aşağıdakılardır : « Sosial determinizm va insan azadlığı » ( 1955 ) , « Dialektika və sosiologiya » ( 1962 ) , « Sosiologiyanın indiki vəzifələri » , « K.Marksın dövründən bu günə qədər sosial siniflər anlayışı » ( 1958 ) , « Idrakin sosial hadləri » ( 1967 ) . Bundan başqa , J.Qurviçin rəhbərliyi altında bir sıra iri , kollektiv əməyinin məhsulu olan əsərləri , o cümlədən « XX əsrdə sosiologiya ( 1945 ) , « Sanayeləşma va texnologiya » ( 1949 ) , « Sosioloji traktat » ( 1958 , 1960 ) adlı kitabları nəşr olunmuşdur . Fransa sosiologiyasının xalis empirizmə istiqamətlənməsi J.Qurviçi çox narahat edirdi . Məhz bu səbəbdən , onun fikrincə , sosiologiya özündən iki təhlükəni uzaqlaşdırmalı idi : J.Stesel tərəfindən elan edilmiş sırf analitik empirizmi və sırf nəzəri quraşdırmalari . O. sosiologiyanın hədsiz dərəcədə amerikanlaşmasına qarşı çıxış edirdi . Bu məqsədlə o , 1956 - cı ildə belçikalı A.Jann ilə birgə frankdilli sosioloqlar assosiasiyasını yaratmışdır . J.Qurviç həm də üst - üstə qalanmış , nəzəri quraşdırmalar hesab etdiyi dürkheymçilik marksizm , struktur funksionalizm və strukturalizmə qarşı çıxırdı . O , hesab edirdi ki sosiologiyada nominalizmin , determinizmin , o cümlədən ehkamçılığın kökünü kəsmək lazımdır. J.Qurviç K.Marks və P.Prudondan sosial ziddiyyətlərin təhlilini öyrənir . Lakin daha çox öyrandiyi təşkilatlardan gizli qalan sosial dinamizmlər haqqındakı fikirləri , sosial qayda qanunun səbəbləri sırasına qoyula biləcək diffuz ( səpələnmiş xarakterli ) müqavimətlərinin təhlili olmuşdur . A.Sen - Simon P.Prudon , t.Fixte kimi fəaliyyət nəzəriyyəçilərinin əsərlərinin təhlili əsasında aparılan tədqiqatlar onun başlıca məqsədinə çevrilir və nəticədə bu , institutlara , cəmiyyətə , dövlətə qarşı olan çevik və ya ətalətsiz etirazın dialektikasını əsaslandırmaq üçün bir zəminə çevrilir. Ictimai hüquq problemləri üzrə yazılan iki dissertasiyasında ( 1931 ) bu fikir öz parlaq təsdiqini tapır : transsendent hüquqa qarşı çıxış edərək , o , sosial qruplar və ictimai assosiasiyalar tərəfindən yaradılmış və dövlətin təkhamiyyətliliyinə qarşı istiqamətləndirilmiş yeni hüquqlara aid misallar gətirir . P.Prudon və K.Marksın metodologiyasına uyğun olaraq , J.Qurviç sosiologiyanın vəzifəsini qlobal cəmiyyətlərin təhlilində görür va hamı tərəfindən qəbul olunmuş nəzəri müddəalarla heç bir əlaqəsi olmayan , fraqmentar ( natamam işlərə öz inamsızlığını bildirir . Burada o , M.Moss tərəfindən təklif olunmuş total sosial fakt anlayışının vacibliyini qeyd edir çünki burada ayrı - ayrı hadisələrin öyrənilməsi qlobal cəmiyyətin mənaları nisbətində aparılır. Qurviçin sosial haqqında konsepsiyası , ilk baxışdan özünün realist və plüralist xarakterli olmasını bir növ təsdiqləyir . sosioloq fenomenlərin empirik üzü altında onların müxtəlif səviyyəli qatlarını aşkar etməlidir ; bu zaman onları qəti şəkildə yekunlaşdırıb konsepsiya ( təlim ) şəklində formalaşdırmaqla , birmənalı total an ümumi ) sosial fenomenlarla əlaqaləndirməməlidir . J.Qurviçin qəbul etdiyi ideyalar - dialektik və yaxud relyativist ( nisbi ) hiperempirizmdir , burada təcrübə sıx şəkildə nəzəriyyələşdirmə ilə izahetmə – başadüşmə ilə , gələcək inkişaf baxımından qarşılıqlı təsirdə olan empirik - nəzəri ilə əlaqələndirilir : fərdi və sosialın ( kollektiv olanın ) istənilən qarşıdurması istisna edilir. J.Qurviç bir neçə onillik ərzində sosial reallığın dərk edilməsinə öz yanaşmasını formalaşdıraraq , bunu dialektik hiperempirizm adlandırmışdır . Öz baxışlarını dialektik hiperempirizm adlandıran J.Qurviç qərb sosiologiyasında yayılmış formal - deduktiv nəzəriyyələri va empirizmi rədd etmiş , sosiologiyam relyativizm va plyuralizm ruhunda izah edilən dialektika üzərində qurmağa çalışmışdır . Qeyd edilməlidir ki , J.Qurviç Fransada dialektik sosiologiyanın aparıcı nümayandələrindən biri sayılırdı . Dialektik hiperempirizmi yüksəltmək məqsədilə o , ciddi sosioloji sxemi təklif etdiyini düşünürdü . Bu sxem sosial reallığı aydın təsvir etməli idi. Dialektik hiperempirizm metodoloji baxımdan insanın öyrənilməsində qabaqcadan müəyyən edilmiş fəlsəfi mövqenin inkarına istiqamətlənməni , ontoloji baxımından isə insan təcrübəsinin öz əsaslarında daim yeniləşməsini və müxtəlif olmasını bildirir . J.Qurviç hesab edirdi ki , K.Marks və marksistlər hər şeyi həddindən çox bayağılaşdırırlar , buna görə də o , təhlildə daha mürəkkəb alətlərdən istifadə olunmasına çağırırdı . Cəmiyyəti bazis və üstqurumun sərt çərçivəsi ilə məhdudlaşdırmaq olmaz . Buna görə də təhlil mərhələlərini artırmaq , E.Dürkheymin çağırışına əməl edərək , bu mərhələdən morfoloji pilladan başlayıb , müxtəlif , cəmiyyətin inkişafına təsir edən , dəyişilən bilik va ideologiyanın müxtəlif formalarının təhlili ilə yekulaşdırmaq lazımdır . Eyni şəkildə , siniflərin mübarizəsi dialektikası cərgəsində başqa , zorakı münaqişələrdən tutmuş onların bir qədər dinc xarakterli formalarına qədər olan ictimai münasibətlərin dialektikasını görmək lazımdır . Məhz buna görə J.Qurviç sosiologiyada radikal empirizm prinsipini irəli sürür ( dialektik hiperempirizm ) ; söhbət ictimai həyatin daim dəyişən konkret formalarına hörmət baslanilmasindən gedir . Bu cür sosiologiya , şübhəsiz , inqilabi hərəkatlarla bağlı olmuşdur . Bürokratik sosializma münasibətdə olduqca tənqidi mövqedə duran J.Qurviç P.Prudonun federalizm ideyasını qəbul edir , hesab edir ki , kapitalizmi qeyri – mərkəzi mövqedə duran , Özünüidarəetmə prinsipləri üzərində qurulan demokratiya avaz edəcək . 60 - cı illərdə Fransada və Yuqoslaviyada özünüidarəetmənin yaradılması cəhdlərində o , yeni siyasi formaların rüşeymlərini görürdü . Onun təklif etdiyi metod istər konseptualizmdan , istərsə də subyektiv nominalizmdən uzaqlaşır . Bu xüsusi özünəməxsus tərzdə başadüşülən metod J.Qurviç tərəfindən təklif edilmiş , subyekt və obyektin , tədqiqatçı və tədqiq edilənin probleminin həllinə yönəldilmişdi. Alimin özü qeyd edir ki , nə bölünə nə təsdiqlana biləcək elementlərdən ibarət olan gələcək inkişaf istiqamətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsi - dialektik metodun özüdür istiqamətlərin ilkin təbiəti o qədər fəal olur ki , nəticədə bəzi daha fəal ifadə olunan sahələrdə simmetriya və yaxud paralelçilik yaranır , yəni sosioloji determinizm metodundan istər kollektiv , istərsə də fərdi insan azadlığı arasındakı münasibətlərin öyrənilməsində daha çox istifadə etmək olar . Bu həmin haldır ki , burada insan azadlığının ən intensiv ( sürətli ) dərəcəsi ( ixtiraetmə , qararların qəbul edilməsi , yaradıcılıq ) ilə sosioloji determinizmin ən dəqiq ifadələri ( idarəetmə , planlaşdırma ) bir - biri ilə birbaşa əlaqəyə girir . Bu yolla sosial determinizm azadolunma və azadlığın düşünülmüş başlanğıcına çevrilir. Belə bir metodoloji fənd vasitəsilə daxili gərginliklə zənginləşdirilmiş qrupların kollektiv mövcudluğunun və avtonomiyasının quruluşunda hər dəfə fərqlənən müxtəlif məna və münasibətlərini « axtarmağa » və düşünməyə imkan verir . Qatılaşdırılmış relyativizm , gücləndirilmiş plyuralizm azadlıq institutlarının və rasionallıq anlayışlarının , chkamlardan uzaq daimi bərpasını müşayiət edir . Məhz buna görə , empirik dialektik axtarışın bu cür inkişafını göstərən J.Qurviç hesab edir ki , qlobal sosioloji determinizmlərə ( müəyyənliklərə , hadisalara ) keçmək üçün sosial , struktur tələblərinə uyğun gəlmayən determinizmləri çoxluğunu , universal və mikrodeterminizmlari , sosioloji xüsusi determinizmlərini ( xüsusi qruplarda və sosial siniflərdə ) öyrənmək olar , bunu , cəmiyyətin növündən asılı olaraq dəyişən kompleksli asılılıqların qurulması yolu ilə həyata keçirmək olar. Bu yolla həm də sosial determinizm burulğanına müxtəlif azadlıq dərəcələrinə insan azadlığının müdaxilasi və yaxud şüurlu qarışmasının bir çox yollarını tapmaq olar. J.Qurviçin dərhal kənara atdığı bir şey varsa , bu da , onun düşündüyü kimi , elmi determinizmin olduqca yanlış interpretasiyasıdır ; bu ifadə həm xüsusi , tətbiqi dairəsi məhdud olan texniki prosedurlarla bağlıdır ( qanun , mümkünlük haddinin ölçülməsi , sababiyyat asılılığı - bütün bunlar müxtəlif növ ola bilər ) , həm də monizm və « vahid və universal nizamın və yaxud « təbiətin rasional idealizmi ilə eynilaşdirir , nəticada Çışux nöqtəsi şəraiti kimi fundamental sort unudulur . Determinizmin var gücü ilə aradan qaldırılmaqda olduğu asil böhranı determinizmin idarə etməli olduğu real və konkret olanların çarçivasindən , eləca də yerlaşdiyi zamanlar çoxlu ğundan ayrılmağının mümkünsüzlüyünün dərk olunmasıdır . Bu isə məhdud , nisbi , xüsusi elm tərəfindən öyrənilən hər bir spesifik aləmdən asılı olaraq , hər bir konkret dünyada dəyişən və hətta ona qarşı marağı olan müxtalif ölçülərin dayis məsindən asılı olan determinizmlərin plyularizmina aparır Buradan , artıq bu günkü sosiologiyaya xas olan vəzifa irəli galir : « regional determinizmin özünəməxsus xüsusiyyatlarini dəqiqləşdirmək ; bu zaman müvafiq sualları irəli sürmək və nəzərə almaq lazımdır ki , determinasiyanın texniki metodları sosial tiplərin sektorlarına uyğun olaraq dəyişir və bu zaman yalnız digər metodlardan , məs . , sosial determinizmi məhdud laşdırmaq cəhdlarini insan azadlığının qarşılıqlı təsiri va təsadüfa uyğun tasvir etmak cahdlərindən istifadə edilir. Beləliklə , J.Qurviç tipoloji metodu universal hesab edərək , mikrososial determinizmlərin ( və yaxud tiplərin ) , xüsusi qrupların determinizmlərinin , sosial siniflər və qlobal cəmiyyətlər determinizmlərinin ( sosial reallığın üfüqi bölgüsü ) olduğunu qeyd edir . J.Qurviçə göra , sosial reallığın şaquli kəsiyi dərinlik səviyyələrinə bölgüdən ibarətdir ( ekoloji -morfoloji əsaslardan tutmuş kollektiv əhval - ruhiyyə və psixi aktlara qadər ) və bunları dərinlik sosiologiyası öyrənir . Mikro makrososiologiyaya bölgü bu kəsiklə bağlıdır.

Yüklə 41,24 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə