21826
AŞIQ ƏLƏSGƏR
ƏSƏRLƏRİ
A2Ə R D A Y C A N RESPUBLİKAS) PREZİDENTİNİN
İ Ş L Ə R İ D A R Ə S İ N İ N
K İ T A B X A N A S I
“Ş Ə R Q -Q Ə R B ”
B A K I-2004
m i j f i s e ) ! Z l Ç k z e )
/ } § {1
Bu kitab “Aşıq Ələsgər. ”
(
Bakı
,
Çinar-Çap, 2003) rıəşri əsasmda
təkrar nəşrə hazırlanmışdır
Tertib edəni, ön sözün
və qeydlərin müəllifi:
İslam Ələsgər
894.3611 - dc 21
AZE
Aşıq Ələsgər. Əsarləri.
Bakı, “Şərq-Qərb”, 2004, 400 səh.
Aşıq Ələsgər hər bir azerbaycanlıya qan ilə keçmiş, onun menəviyyatmm
bir hissəsinə çevrilmiş söz ustadıdır. Sehr dolu şeirləriylə Əlesgər möcüzesi
sadəliyin möcüzesidir. Bele sənətkarlara elde “Haqq aşığı” deyerler. Qanında
Dədə Qorqudu, Qurbanini, Qaracaoğlam, Yunus Əmrəni, Sarı Aşığı daşıyan
Dəde Ələsgər şirinliyi, doğmalığı - müdrikliyin, semimiyyetin zirvəsidir.
Ələsgər aşıq poeziyamızm sonuncu nəhəngidir. O, yaratdığı dilin və
doğma xalqının yaddaşmda büllur söz və musiqi kimi qalan gözəllik vurğunu,
heyat aşiqi, saflıq və səmimiyyət ustadıdır. Sinəsini özüne deftər edən
Ələsgər aşıq şerinin, demək olar ki, bütün formalarına müraciət etmiş, qoşma,
geraylı, təcnis, qıfılbənd, dodaqdəyməzler yaratmış, deyişmələr iştirakçısı
olmuşdur.
Bu kitaba qüdrətli el sənətkarının eldə olan şeirləri və adı ilə bağlanan
dastan-rəvayətlər toplanmışdır. Aşıq Ələsgərin böyüklüyü xalq həyatını,
insan taleyini, sevinc və keder hisslərini nece ifade etməsindedir. Aşıq
Əlesgərin böyüklüyü ondadır ki, min illik enənənin axarmda öz sözünü deyə
bilmiş, min dəfələrlə təkrar olunmuş formalarda heç kəsi təkrar etməmiş,
hamınm işletdiyi adi sözlerdən hamını heyrətdə qoyacaq bir poeziya
yaratmışdır.
A z ə rb ay c a n R esp u b lik asım n Prezidenti
İL H A M Ə L İY E V İN
“Azərbaycan dilində latın qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqmda”
12 y a n v a r 2 0 0 4 -c ü il tarixli sərən cam ı
ilə n ə ş r o lu n u r v ə ö lkə k itabxanalarına
h ə d iy y ə edilir
ISB N 9 9 5 2 -4 1 8 -2 1 -0
© “ŞƏRQ-QƏRB” , 2004
H A Q Q A ŞIĞ I
Azərbaycan aşıq sənəti, milli aşıq poeziyası tarixində şərəfli yer tutan
sənətkarlardan biri Aşıq Ələsgərdir. O, qeyri-adi fıtri qabiliyyəti sayəsində
yaratdığı müxtəlif şəkilli, müxtəlif məzmunlu sənət incilərində özünə məx-
sus bədii boyalarla ifadə etdiyi ümumbəşəri didaktik fikirləri ilə bu müqəd-
dəs sənətin zirvəsinə yüksəlmişdir. Qüdrətli el sənətkarınm yaratdığı əsərlər
aşıqlarımızın repertuarmda geniş yer tutmuş, şənliklərin, məclislərin bəzəyi-
nə çevrilmişdir.
Xalqımıza öz sazı və sözü ilə 80 ildən artıq ləyaqətlə xidmət edən Dədə
Ələsgər yalnız qüdrətli bir şair-aşıq kimi yox, həm də tamyanların qəlbində
bir ocaq, pir, bir övliya kimi heykəlləşmişdir.
* * *
Aşıq Ələsgər qədim Göyçə mahalmın Ağkilsə kəndində 1821-ci ildə
Novruz bayramı günü dünyaya göz açmışdır. Onun atası Alməmməd işgüzar
və halal zəhməti ilə dolanan, həlim təbiətli bir kişi idi. O, həm də xalq ara-
sında bir şair kimi tamnırdı. Yaradıcılığmdan əldə olan nümunələr püxtə sə-
nətkar qələminin məhsulu kimi diqqəti cəlb edir. Onun “İnsan”, “Görmə-
dim”, “Eylər-eylər” rədifli şeirlərini aşıqlarımız indi də ustadnamə kimi oxu-
yurlar.
Ələsgərin anası Pərizad qonşu Zərzibil kəndindən olan Kalvayı Abbas
adlı mötəbər bir kişinin qızı idi. Çox mehriban olan bu ailədə Ələsgər, Salah,
Xəlil, Məhəmməd adlı dörd oğlan, Fatma və Qızxanım admda iki qız Al-
məmmədlə Pərizadın sevinclərinə səbəb olduğu kimi, onların qayğısmı da
artırmışdı. Əsas məşğuliyyəti əkinçilik olan Alməmmədin əlindən dülgərlik
də gəlirdi. Səkkiz baş ailəni dolandırmaqda çətinlik çəkən Alməmməd əkin-
biçindən sonra Kəlbəcərin meşələrindən ağac gətirər, cüt (xış), boyunduruq,
kürək, şana, cəhrə, nəhrə, çanaq, hövsər, çömçə, qaşıq və s. düzəldib satar,
ailəni korluq çəkməyə qoymazdı.
Ailenin böyük uşağı olan Ələsgər 14-15 yaşına çatanda kəndlərində
Kərbəlayı Qurban adlı birisi Alməmmədin yanma gəlib, onu dilə tutmuş, kö-
məksiz olduğundan şikayətlənmiş, bir neçə il Ələsgərin onlara kömək etmə-
sini xahiş eləmişdi.
Ələsgər Kərbəlayı Qurbanm evində dörd il işləmiş, bu müddətdə özünün
işgüzarlığı, mərifət-qanacağı ilə hörmət qazanmışdı. Kərbəlayı Qurban onu
oğul gözündə görürdü. Axır vaxtlar Kərbəlayı Qurbanın yegane qızı Səhnə-
bam ilə Ələsgərin arasmda səmimi bir məhəbbət də yaranmışdı. Kərbəlayı
Qurban bu işdən xəbər tutanda çox şad olmuş və Ələsgəri yanmda həmişəlik
saxlamaq üçün gəncləri evləndirmək fıkrinə düşmüşdü. Lakin Kərbəlayı
Qurbamn qardaşı Pullu M əhərrəm bu məsələni eşidəndə, Ələsgəri qovdur-
muş və Səhnəbanım öz oğlu Mustafaya almışdı.
Nökərlikdən bir ağır qəm yükü ilə evlərinə qayıdan Ələsgər ilk məhəb-
bətini isə acı təsirindən ömrünün sonuna qədər ayrıla bilməmişdi. Alməm-
məd kişi eşqin, məhəbbətin nə olduğunu yaxşı bilirdi. Onu da yəqin eləmiş-
di ki, bu boy-buxunlu, kamallı oğlundan yaxşı aşıq olar. Oğlunun hələ nökər
olduğu illərdə şeir söyləməyindən, saza-sözə, aşıqlıq sənətinə olan marağın-
dan da halı idi. Odur ki, Kəlbəcərin Qanlıkənd kəndindən ona bir saz alıb gə-
tirdi. Çox keçmədi, Ələsgərin əli saza yatdı, çalıb-oxumağa başladı. Ancaq nə
qədər yaxşı çalıb nə qədər gözəl oxusa da, Alməmməd kişi oğlunun ustada eh-
tiyacı olduğımu bilirdi. Ələsgərin püxtələşməsi, bir aşıq kimi yetişməsi üçün
onu o zaman Göyçədə məşhur olan Qızılvəngli Aşıq Alıya şəyird verdi.
Ələsgər Aşıq Almın yanında beş ilə qədər şəyird qaldığı müddətdə özü-
nün qeyri-adi istedadı sayəsində bu müqəddəs sənətin sirlərini öyrəndi və
müstəqil aşıqlıq eləməyə başladı. O, az bir müddətdə xalq arasmda böyük
şöhrət qazandı, səsi-sorağı hər yana yayıldı.
Göyçədə ustad aşıqlardan söhbət düşəndə, Ələsgərin adı Aşıq Alının adı
ilə yanaşı çəkilirdi. Saz-söz həvəskarları bu aşıqlan müqayisə eləməyə baş-
ladılar; hansı güclüdür, hazırcavabdır; Aşıq Alımı, yoxsa Aşıq Ələsgərmi?
Aşıq azarkeşləri arasında olan bu söhbət qızğm mübahisəyə səbəb oldu. On-
lar aşıqları qarşılaşdırmaq qərarına gəldilər. Aşıq Alıya: “Ələsgər hər yerdə
sənin bədinə danışır”, “Ələsgər sənin sözlərini bəyənmir”, “Ələsgər özünü
səndən üstün tutur” kimi yalan xəbərlər çatdırmağa başladılar. Onlar yaxşı
bilirdilər ki, xasiyyətcə tündməcaz olan və tez əsəbiləşən Aşıq AIı çuğulların
belə sözlərindən qəzəblənəcək və Aşıq Ələsgərlə deyişəcəkdir. Nəhayət,
kələkləri baş tutdu. Birinci çuğulun dediyinə inanmayan Aşıq Alı, ikincinin,
üçüncünün... sözlərinə inandı və Ələsgəri “susdurmaq” qərarına gəldi. Təx-
minən 1850-ci illərdə Göyçənin Qızılbulaq (Çaxırlı) kəndində, Böyük Ağa-
nm evində məqsədli təşkil elətdirdiyi məclisdə deyişməyə əw əlcədən hazır-
laşmış olan Aşıq Alı sazım götürüb meydana çıxdı və şəyirdini deyişməyə ça-
ğırdı. Ələsgər nə qədər yalvarıb-yaxardısa da, Aşıq Alı inadmdan dönmədi,
Ələsgəri deyişməyə məcbur elədi və özü məğlub oldu. Bu işdə heç bir güna-
hı olmadığmı söyləyən Aşıq Ələsgər ustadından dönə-dönə üzr istəyib, onu
sakitləşdirməyə çalışdısa da, Aşıq Alı əsəbi halda məclisi tərk elədi...
Aşıq Ələsgər kəskin hafızəsi və həmişə öyrənməyə cəhd göstərməsi sa-
yəsində zəngin bilik əldə etmişdir. Oğlanlannm, onu görmüş qocaların söy-
lədiklərinə görə, Ələsgər dövrünün ziyalıları ve din xadimləri ilə ünsiyyətdə
olar, onlara tarixi, bədii və dini kitablar oxutdurub, qulaq asmağı çox sevər-
miş. Dini mübahisələr zamam mollalar, axund və qazilər, hətta şeyxlər onun
dedikləri ilə razılaşmah olurmuşlar.
Aşıq Ələsgərin şeirlərində Firdovsinin, Nizaminin, Nəsiminin, Füzulinin,
Hafızin adlarınm çəkilməsi, “Onlar da yazdığı, ayə, məndədi” deməsi təsa-
düfı saydmamalıdır. Aşıq dinləmə yolu ile onlann əsərlərindən çox şey öy-
rənmişdir. Yaradıcıhğmda rast gəldiyimiz “Şəninə dastan yazıram, Rüstəmin
dastanı kimi”, “Rüstəmin Rəxşi kimi gətirir cövlana, deyin”, “Ürəyim bir
Kərəmə, bir Şeyx-Sənana yanır”, “Səxavətdə misli Hatəm, səddə İskəndər
kimidi”, “Qəlbdən yas tuturam Məcnuna, Fərhada bu gün”, “Hüsndə Yusif-
sam, kamalda Loğman kimidi”, “Hər yana kağız dağıldı, Süleyman fərmanı
kimi” , “Min yaşasm İsmayılı, nerəsi Heydər kimidi”, “Erkek yan-yana kəsil-
di, Minanın qurbam kimi” və b. ifadelər deyilənləri tesdiq edir.
Aşıq Ələsgərin bedahetən şeir söyləmesi də hamını heyrətləndirərdi.
Onu görmüş, məclislərində olmuş qocaların, şəyirdlərinin dediklərinə görə,
Aşıq, yeri gələnde, sazı sinəsinə basar, şeri elə oradaca bədahətən yaradar,
həmin şeirlerini yadmda saxlar, sonradan şəyirdlerinə öyrədermiş.
Böyük sənətkarın qarşı-qarşıya söhbət elədiyi adamlarm fıkrindən ke-
çənləri bilməsi də bir möcüzeydi. Bəlkə, elə bu sebəbdəndi ki, Aşıq deyişmə
zamam heç bir sual qarşısmda aciz qalmamışdır.
Haqqmda söylenilən xatirəlerdən, dastan-rəvayətlərdən öyrənirik ki, o,
həm də baş verəcek bir çox hadisəleri əvvəlcedən yuxuda görürmüş. Şeirlə-
ri içərisində onun belə bir etirafı da diqqeti celb edir:
Oxuram inna-fətehna,
Metləb allam yuxuda;
Şahi-Mərdan nökəriyəm,
Dərsimi pünhan verir.
Yenə söylenilən dastan-rəvayətlərdən və xatirələrdən məlum olur ki,
Dəde Qorqud kimi Aşıq Ələsgerin de alqışı və qarğışı böyük təsir gücünə
malik imiş. Dəli Alıya həsr elədiyi bir müxəmməsində deyilir:
Hər məclisdə duaçıyam,
Günbəgün ucalır səsim;
Barilahim, irehm eylə,
Yerə düşməsin nəfesim;
Oğul ver iki qardaşa,
Bir qurban da özüm kəsim...
Dəli Alının dostlarmdan olan bu “iki qardaş” Goranboyun Qaramusalı
kənd sakinləri Əsed ilə Molla Qasımdır. Aşığm bu duasından sonra Allah on-
lara bir yox, bir neçə oğul bəxş eləmiş və bu münasibətlə Dədə Ələsgər qur-
ban kəsmişdi.
Dastanlanmızın bir çoxunda olduğu kimi, Aşıq Əlesgərə de yuxuda ver-
gi verilməsini söyləyən aşıqlar onun “Qabaqda” rədifli qoşmasınm deyilmə-
sini bununla əlaqəlendirirlər.
Özünün əxlaqı, xasiyyəti, davranışı ilə hamıya nümunə olan, yaratdığı
şeirlərde dinləyenlerə düzgün yol gösterən, edaletli olmağı, haqqm tərefini
saxlamağı təbliğ eden aşıq bütün bunlara göre “Haqq aşığı” adlandınlmış,
hemişə ona pərəstiş elənmiş, çətin işə düşənlərsə ondan nicat diləmiş, vəfa-
tmdan sonra qəbrini ziyarətgaha çevirmişlər.
Aşıq Ələsgər müsteqil aşıqlığa başlayandan sonra bu sənətə meyl göstə-
rənlərin böyük bir qismi onun himayəsi və qayğısı sayesinde püxteləşmiş,
“aşıq” adına yiyələnmişdir. Ələsgər şəyirdliyə qəbul elədiklərini bu müqəd-
dəs sənətin sirlərine onlar tam yiyələnməyincə, yamndan buraxmaz, müstə-
qil aşıqlıq eləməsinə icazə verməzmiş. Nə qədər ki, püxtəleşməyib, onlara öz
adlan ile müraciet elər, ele ki sənetə yiyələndiyine əmin oldu, onlann adla-
rının əvvəline bir “aşıq” sözünü də əlavə edərmiş. Bu sözdən sonra şəyirdi
bilərmiş ki, ustadı onun müstəqil aşıqlıq eləməsinə razılıq vermişdir. Şəyird-
lərinin qabiliyyetindən asüı olaraq, onların bəziləri 4-5 ilə, bəziləri isə daha
artıq müddətdə ustadından şifahi “aşıq” vəsiqəsini əldə edərmiş. Şəyird
“aşıq” adını alan günü şadyanalıq elərmiş. Meşhur Aşıq Əsəd, özünün etira-
fma göre, Aşıq Ələsgərin yanında 10 il şeyirdlik eləmişdir.
Aşıq Ələsgərin yanında “aşıq” adı qazananlarm sayı çoxdur. Helə XIX
əsrin sonlarında söylədiyi bir qoşmasmda:
Adım Ələsgərdi, mərdü merdana,
On iki şəyirdim işlər hər yana.
- misraları ilə bu sənətin inkişafmda böyük xidmətlər göstərdiyini fəxrlə bil-
diren Aşıq, bəlkə, bundan sonra daha neçə-neçə şəyird yetişdirmişdir!
Bilavasite Aşıq Əlesgərin himayəsinde ərseyə gələn aşıqlardan çoxları-
nın adı melumdur. Bunlardan Göyçənin Daşkənd kəndindən olan Aşıq Nəcəf,
Qızılvongdən Aşıq Mustafa və Aşıq Yusif, Qızılbulaqdan (Çaxırlıdan) Aşıq
Hüseynalı, Hüseynqulağalıdan (Nərimanlıdan) Aşıq İsa və Aşıq Mikayıl,
Zoddan Aşıq Qasım və Aşıq Ağayar, Kesəmendən Aşıq Nağı, Böyük M ez-
rədən Aşıq Qiyas, Sarıyaqubdan Aşıq Məhəmmedəli və Aşıq Paşa, Böyük
Qaraqoyunludan Aşıq Sadıq və Aşıq Əsəd, Zerzibildən Aşıq Nağı, Ağkilse-
dən Aşıq Qurban, Aşıq Talıb, Aşıq Nəcəf, Dərəçiçək mahahnm Torpaqqala
kəndindən Aşıq Alı və b.-nm adlarını çəkmək olar. Qısacası, Göyçədə adla-
rı bizə bəlli 170-dən artıq aşığm çoxu Aşıq Ələsgərin şəyirdləri və ya şəyird-
lərinin şəyirdləridir.
Aşıq Ələsgər bu sənətin çox məsuliyyətli olduğunu yaxşı bilirdi. O,
“aşıq” adı daşıyanlann saz çalıb söz oxumalan ilə vəzifələrini bitmiş hesab
eləmirdi. Onun nəzerində aşıq “oturub-durmaqda ədəbin bilen”, “xalqa hə-
qiqətdən mətləb qandıran”, “şeytanı öldürüb, nəfsin yandıran”, “damşdığı
sözün qiymətin bilən”, “m erifət elmində dolu”, “el içində pak oturub, pak
duran”, “dalısmca xoş sədalı gərəkdi” . Bu tələblərə layiqincə əməl edən və
digər bir çox nəcib insani keyfıyyətleri öz şəxsinde cəmləşdirən Dedə Ələs-
gər özü el içinde çox böyük hörmət qazanmışdı.
“Yaxşı hörmət ilə, təmiz ad ile” “Qafqaz elini” dolanan, qocaya “ata”,
cavana “qardaş” deyen, qız-gəlini ana-bacı gözündə görən Ələsgər gəzdiyi
yerlərdə, keçirdiyi məclislerdə nə qədər cazibədar gözəllər görüb onları min
dille vəsf etsə də, ilk məhəbbətinin uğursuzluğu tesir ilə 40 yaşına qədər ev-
lənməmışdı. Nəhayet, ata-anasının, digər ağsaqqal-ağbirçəklərin danlağı ve
öyüd-nəsihetinden sonra Kəlbecərin Yanşaq kəndinden olan Nəbi (“Qırxa-
yaq Nebi” deyirmişlər) admda bir kişinin Anaxamm adlı qızı ilə səmimi ailə
qurmuş və ömrünün axırma qeder onunla yaşamışdır.
Aşıq Ələsgər evlənəndən 3-4 il sonra Yanşağa köçmüş, bir il orada ya-
şadıqdan sonra, yenə də doğma kəndine qayıtmışdır. Bu zaman onun Nigar
adlı bir qızı vardı. “Aşıq Əlesgər Yanşaqda” adlı dastan-revayetdə Aşığın
Anaxammla evlənməsi və bu köç əhvalatı bedii əksini tapmışdır.
Aşıq Əlesger böyük bir ailenin qayğısmı çəkmiş, Bəşir, Əbdülezim, Qa-
lıb adlı üç oğul; Nigar, Xeyransa, Gülnisə, Besti, Əsli və Zümrüd adlı altı qız
böyüdüb boya-başa çatdırmış, ev-eşik sahibi elemişdi.
Aşıq Ələsgərin oğlanlarından hər üçünün şairlik tebi varmış; saz götürüb
aşıqhq edəni yalnız Aşıq Talıb olubdur. Qızlardan isə saz çalıb, söz qoşanı ol-
mamışdır.
Aşıq Ələsger zəhmeti çox sevirmiş. Ələsgər əkin vaxtı kotamn macından
yapışar, toxumu öz əli ilə səpər, biçin vaxtı isə kərəntini götürüb, hamıdan
qabağa düşərmiş. Atası kimi, onun əlindən dülgərlik işləri gəlirmiş.
Şeyirdlerinin, qohumlarının deməyine göre, Aşıq Ələsgər sazı solaxay
çalarmış. Havaları çox məharətlə ifa edən həmişə də, özünü ağır və təmkin-
li aparan. Aşıq Ələsger dastanları çox ustalıqla söyləyər, dinleyiciləri dastan-
da cerəyan edən hadiselərin doğruluğuna inandırarmış. Qocaların deməyinə
görə, bir dəfə Göyçənin Qızılbulaq kəndində keçirilən toy zamanı Aşıq Ələs-
gər “Əsli və Kərəm” dastanmı söyləmiş, onun səhərisi günü həmin kənddən
olan Dəli Şirin adlı biri yolda keşişe rast gələndə, xənceri çəkib onu öldürmək
istəmiş, lakin yamndakılar onun bu faciəni törətməsinə imkan verməmişlər.
Aşıq Ələsger məclislerdə heç zaman özünü təbliğ eləməz, Qurbanidən,
Abbasdan, Xəstə Qasımdan, Valehdən və başqa ustadların şeirlərindən oxu-
yar, öz şeirlerini isə meclisdekilerin tələbindən sonra ifa elermiş.
“Təmiz ad ilə” eller dolaşan Aşıq hamı tərəfindən seviler, hər yerde hör-
mətlə qarşılanardı. Şeir-sənət xiridarları onunla dostluq eləməyi, onu evinde
qonaq saxlamağı özlərine şerəf sayardılar.
Aşıq Əlesgər Aşıq Alıdan başqa, Aşıq Şeniklə, Şəmkirli Aşıq Hüseynlə
(dostcasma), Tiflisli Aşıq Əsədullahla, Sisyanlı Dəllek Əvəzlə, Göyçənin
Zod kəndindən olan Molla Tağı oğlu Məhəmmedlə deyişmiş; Gəncədə, Qar-
bağda mollalarla, şeyxlərlə dini məsələler ətrafında ciddi mübahisəler apar-
mış, həmişə də qalib olmuşdur.
Aşıq Ələsgərə İrevandan, Şemşəddinden bağlamalar və həcvlər göndə-
rənlər də olmuşdur. Aşıq bunlarm hamısma çox düzgün və tutarlı cavablar
vermişdir.
Bu qədər kamil və zengin bilik sahibi olan, heç bir sual qarşısmda aciz
qalmayan Dədə Ələsgərin təvazökarlıqla: “Şəyirdlikdə can çürütdüm, hərgiz
ustad olmadım”, yaxud da “Yazıq Ələsgərəm, azdı kamalım, vacibdi ki, bir
ustaddan dərs alım” deməyi, əslində, onun ustadlar ustadı olmağını təsdiq elə-
mirmi?! Amma biri ilə qarşılaşanda, deyişmə meydamna çıxanda rəcəz oxuyur,
özünün nə qüdrət sahibi olduğunu açıq şəkildə söyleyir:
Hər kəs sərdən keçib, mərdü mərdana
Baş qoysun bu yolda, meydana gəlsin.
Dərya dilim dalğa vurdu, bulandı,
Qərq olmaq istəyən ümmana, gəlsin!
Aşıq Ələsgerin çox böyük senətkar olduğunu hələ onun sağhğmda ikən
dövrünün ziyalılan, ustad aşıqlan döne-döne etiraf eləmişlər. Fars, türk və
ərəb dillərində mükəmməl təhsil görıııüş, klassik ədəbiyyatı ve aşıq poeziya-
sını kamil bilən Mirzə Bəylər dostunu Şərqin böyük şairi Hafiz Şiraziyə be-
rabər tutmuş, onun yaradıcılığım yüksək qiymətləndirmişdir.
Aşıq Ələsgərle eyni zamanda Aşıq Alıya şəyirdlik eləmiş olan Alçalı
Aşıq Məherrəm haqq aşığmtn Azərbaycan aşıq poeziyası, aşıq senəti tarixin-
də tutduğu mövqedən söhbət açarkən deyir:
Heç mahalda ustad yoxdu
Aşıq Ələsger kimi;
Yüz yerdən qetrə oynadı,
Belə ümman gelmədi.
XX əsr öz gəlişi ile xalqımız tarixində silinməz iz qoyan facieli hadisələr
də getirdi. Bu faciəleri yaşayan böyük sənətkann həyatmda da ağnlı-acıh
günlər başladı. 1905-ci ilde dünyada baş verən ictimai-siyasi çalxantılar, Qaf-
qazda isə ermənilərin törətdikləri fitnə-fəsadlar və bunun acı nəticələri Dəde
Ələsgerin narahatlığma, zəmanəden acı-acı şikayetlənməyinə səbəb oldu.
1908-ci ildə Təxminən, 28 illik Sibir sürgünündən vetənə tezəcə qayıt-
mış olan Molla Rəhimi (o, Ələsgərin xalası oğlu idi) Bəşirin bilmedən güllə
ilə vurub öldürməsi də aşığm həyatmda ən faciəli hadisələrdən biri olur. O,
məşhur “Kəsildi” rədifli qoşmasmı Molla Rehimin cənazəsi üzərində göz
yaşları axıda-axıda söylemişdi.
1915-ci ildə qardaşı oğlu ve ən sevimli şeyirdi Aşıq Qurbamn ölümü yal-
mz qohumları yox, bütün kendi yasa batırmışdı. Bu ağır itki Aşıq Ələsgerə elə
dərin təsir eləmişdi ki, bundan sonra o, aşıqlıq sənətindən əl çəkmiş, bir da-
ha əlinə saz almamışdı.
Bundan sonrakı illərdə de Ələsgeri qem dəryasına qərq edən hadiselər
bir-biri ilə əvez olunmuşdur. 1916-cı ilin yaymda kəndin kovxası Məşədi
Qasım Ələsgərin ortancıl oğlu Əbdüləzimi işə göndərmək istəyəndə, Əbdü-
ləzim onun sözüne baxmamış, buna görə kovxa onu qamçı ilə döymüş, xəbə-
ri eşidon Bəşir kovxam güllə ile vurub aradan çıxmışdı. Bu işin üstündə Əb-
düləzimi və aşığm qardaşı Xəlili təqsirli bilib həbs eləmişdilər. On bir ay di-
vanxanalar qapısma ayaq döyən aşıq Tiflisə getmiş, dustaqları həbsdən azad
elətdirə bilmişdi.
Yaralanmış kovxanı Ələsgərin dostu, Göyçenin Qanlı kəndindən olan
məşhur həkim Hacı Nağı müalicə etdikdən sonra, düşmənçilik aradan götü-
rülmüş, Bəşir isə çar hakimiyyeti yıxılana qəder qaçaq yaşamışdı.
Bir il sonra, 1917-ci ildə Xəlilin dünyasım dəyişməsi Aşığın dərdlərini
bir qədər də ağırlaşdırmışdır.
Ermənilərin 1918-ci ilin mart ayında təkrarən törətdikləri fıtnekarlıq bü-
tün göyçelilərin ağır faciəsi ilə neticəlenir. Mənfur düşmən ələ keçirdiyi
adamları qırır, qalanların da çoxu dağ aşırımlarında borana düşüb məhv olur-
lar. Onlarm arasında ömrünün sonuna qədər Əlesgərə həsrətlə baxıb köks
ötiirən Səhnəbanı da var idi...
Ailəsi üç il köçkün yaşadığı müddətdə Aşıq Ələsgər çox mənəvi əzab-
əziyyət çəkir. Bir çoxlarına görə Ələsgər qaçqm yaşadığı vaxt ehtiyac üzün-
dən dəyirmançılıq eləməye məcbur olmuşdur. Bu, tamam yanlış fikirdir. Aşıq
Talıbm söyləməsinə görə, bir dəyirmam olan Qanhkənd kəndi ilə Elləzallar
kəndi arasmda düşmənçilik yarandığına görə, heç kəs cəsarət edib dəyirma-
na gələ bilmirmiş. Undan sarı korluq çəkon bu kəndlərin ağsaqqalları Aşıq
Ələsgərin yamna gəlib, ondan xahiş eləmişlər ki, heç kəs senin yanmda bir-
birinə əl qaldırmaz; ara düzələne qəder dəyirmana gəlib-gedənə nəzarət elə,
camaat dolansm. Aşıq elin sözünü yerə salmamış, bir müddət gününü dəyir-
manda keçirməli olmuşdur.
Aşıq Ələsgər onu “dəyirmançı” eleyən zemanədən şikayətlənmişdir. Bu
barədə “Deyirmançı aşıq” dastan-rəvayətində ətraflı söhbət açılmışdır.
Ermənistanda şura hakimiyyəti qurulandan sonra bütün göyçəliler kimi,
Aşıq Əlesgerin də ailesi doğma yurda qayıtmışdır. Hökumet Aşıq Ələsgəri
İrəvana aparmaq üçün iki dəfe nümayəndə göndermiş, lakin Aşıq bu təklif-
ləri qəbul eləmemişdir.
Deyilənləre görə, Aşıq uca boylu, enlikürəkli, qarayanız, çatma qaşlı, qa-
ra gözlü, dolu sifətli, pəhləvan gövdeli, yaraşıqlı bir adam imiş. O, əyninə
uzun etəkli arxalıq, üstündən çuxa geyər, başma Buxara papaq qoyar, belinə
göy qurşaq bağlarmış.
Dünyadan köçəcəyi günü əvvəldən xəbər verən Dədə Ələsgər 1926-cı il
martm 7-də həyatla vidalaşmışdır. Onun məzan Ağkilsə kəndinin qerbində-
ki köhnə qəbiristanlıqdadır.
Ressamlarımızdan S. Şərifzadə, B. Mirzəzadə, M. Abdullayev, N. Xəli-
lov, C. Quliyev və b. aşığın portretini yaratmışlar.
Aşığm anadan olmasmm 150 və 175 illik yubileyləri dövlət səviyyəsin-
də qeyd edilmişdir.
* * *
Yazı-pozu bilmeyən qüdrətli el sənetkarınm yaratdığı əserler onun sağ-
lığmda yazıya alınmadığına göre, böyük bir qismi unudulmuşdur. Buna bax-
mayaraq, əldə edilən sənət inciləri bu barədə söhbet açmağa imkan verir.
Aşıq Ələsgər incə qəlbli, həssas, hər şeyi düzgün qiymətləndirməyi ba-
caran, gözəllikləri duyan, onu minbir dillə vəsf edən qüdrətli söz ustasıdır.
Təbietdə və cəmiyyətdə elə vacib bir məsələ yoxdur ki, bu və ya digor şo-
kildə aşıq ona toxunub, öz münasibətini bildirməmiş olsun.
Aşıq Ələsgər, her şeydən əvvəl, böyük bir eşq əhli, gözəllik aşiqidir. Bu
eşq, məhəbbət və gözellikdən zövq almaq duyğusu ömriinün sonuna qədər
onu tərk etməmişdir. O, təbiət gözəlliklərinin vurğunu; vətənini, elini sonsuz
məhobbətlə sevən əsil xalq aşığıdır.
Aşıq Ələsgərin yaratdığı sənət inciləri ilə Vətənin “qüdrətdən səngərli,
qalalı dağlarından Azərbaycan aşıq poeziyasına birucalıq, qıjıltı ilə axan çay-
Ianndan bir coşqunluq, dumduru bulaqlarından bir şəffaflıq, saatda yüz çiçək
açan” səfalı yaylaqlarından dinleyicini məst edən bir ətir axır gəlir.
Aşıq Ələsgərin adı çəkiləndə Göyçə mahalı, Göyçə mahalınm adı çəki-
ləndə Aşıq Ələsgər yada düşür. O, “Adım Əlesgərdi, Göyçə mahalım”,
“Adım Ələsgərdi, əslim göyçəli”, “Göyçənin qonağa çoxdu hörməti” - dcyə-
rək, belə bir diyarın övladı olması ilə fəxr edir. Göyçə mahalmın, eləcə də
bütün Azerbaycammızm zəngin tebii gözəllikləri, orada yaşayan vəfalı, ali-
cənab insanları, mərd igidləri; hurilərlə, pərilərlə müqayisəyə gələn gözəl
qız-gəlinləri aşığırv ilham mənbəyidir.
“Bahar fəsli - yaz ayları gələndə” “hər cür çiçək açıb, laləzar olan
“süsənli, sünbüllü, laləli dağlar”m tamaşasmdan doymayan Aşıq:
Yazm bir ayıdı çox yaxşı çağm,
Kəsilməz çeşmənden gözəl yığnağm.
Axtarma motalın, yağm, qaymağın...
Zənbur çiçəyindən bal alı, dağlar!
- misraları ilə təbiətin bəxş etdiyi bu gözəllikləri bir rəssam kimi göz önün -
də canlandırır.
Aşıq təbiətin gözəlliklərini nəzmə çəkəndə, bunları insandan ayrı təsəv-
vür eləmir. Sanki, insansız olanda, bu gözəlliklər natamamdır. Payız gələndə,
soyuqlar düşəndə, güllər-çiçəklər saralıb-solanda, yaylaqda olanlar arana
köçməli olurlar. Aşıq isə bunlan tamam başqa cür mənalandmr:
Köçər ellər, düşər səndən aralı,
Firqətindən gül-nərgizin saralı.
Bu misralardan belə nəticə çıxır ki, ellər köçüb “aralı” düşdüyünə, dağ-
larm gül-çiçəyi bu fırqəte dözə bilmədiyi üçün saralır. Sanki, ellər köçmə-
səymiş, qış gəlib çatsa da, “gül-çiçək” solmazmış. “Yaylaq” gəraylısmda
aşıq yaylağa ona görə “var ol!” deyir ki, o, “gözəllər seyrangahı”dır. Şah da-
ğmı tərifləməsinin bir səbəbi də odur ki, “köysündə laləzar” lıq yaradan gül-
çiçəyi, “süsən”i, “sünbül”ü “alan-satan gözəllərdir”, çiçəklərinin hamısı
“kimyə”dir (dərmandır), “yeddi kralın qaçağı” ona pənah gətirir.
Yaradıcılığa Səhnəbanımn eşqi liə başlayan Ələsgər bütün ömrü boyu
gözəlləri vəsf eləmişdir. Onun müxtəlif mövzuda yaratdığı şeirlərdə də gö-
zəlin və gözəlliyin mədhi olan misralara tez-tez rast gəlinir. Aşığın yaradıcı-
Iığmın böyük qismi Azərbaycan gözəllərinin tərifındən ibarətdir. Əsərlərin-
də adları çəkilən Əsli, Pərzad, Gövhər, Güləndam, Güllü, Müşgünaz, Telli,
Gilə, Həcər, Mələk, Şapəri və başqa gözəllər sadə kəndli qızlarıdır. Bunlar
sadə olduqları qədər də ürəyi təmiz, ismətli, həyalı, məhəbbətlərinə sədaqət-
li və tnehribandırlar. Kəlbəcərdən söhbət açarkən aşıq deyir:
Züleyxa təmkinli gözəllər hamı,
Siması, libası, qurğu-nizamı;
“Qardaş” deyib, dindirirlər adamı,
Hörmətləri, mərfətləri yaxşıdı.
Aşıq Ələsgərdən söylədiyi hər vəsfin müqabilində hədsiz razı qalırdılar.
Səbəbi tərifin yüksək sənətkarlıqla deyilməyi ilə yanaşı, aşığm qəlbinin tə-
mizliyinə olan inam, onun qız-gəlinləri ana-bacı gözündə görməyi idi. “Gi-
ləyə” rədifli miixəmməsində gözəli ilhamla tərifləyən sənətkar ona: “Hənı
bu dünyada bacımdı, həmi qiyamətin günü”, - deyərək, səmimi qardaş mü-
nasibətini bildirmişdir.
Gözəlləri təriflərkən, bir çox aşıq-şairlərdən fərqli olaraq, Ələsgərin ifa-
dələrində açıq-saçıqlıq yoxdur, onun qəlbi təmizdir, o, gözəllik aşiqidir.
Aşığın ilk şeirlərindən olan “Köynəyinə” rədiflı qoşmasmda deyilir:
Sinən Kəbo, köynək Kəbə örtüyü,
İzin versən, sürtəm üz köynəyinə.
Burada aşiqin məşuqəsinə olan məhəbbətinin müqəddəsliyi, səmimiliyi,
aliliyi, paklığı insanı heyran edir.
Aşıq Ələsgərin hamıya məlum olan məşhur “Düşdü” rədifli qoşmasmın
məzmunundan aydın olur ki, o, “Çərşənbə günündə, çeşmə başmda” gördü-
yü gözəl bir qıza vurulmuşdur. Qızm baxışları, qəmzələri onun varlığma ha-
kim kəsilmiş; qanma, iliyinə işləmiş, onu sehirləmişdir. “Həm gözəl, hom
əhli-dil” olan bu qızla ailə qunuağı xəyahna gətirən, onun eşqi ilə pərvazla-
nan aşiq, qızın nişanlı olduğunu biləndə, “qol-qanadı” sınmış, ümidi boşa
çıxmış, nə qədər çətin olsa da, bu fıkrindən əl çəkmişdir. Aşıq (aşiq) elin, no-
nə-babaların məhəbbət aləmində sabitləşdirdiyi, qoruyub saxladığı müqəd-
dəs adət-ənənəyə sadiq qalmışdır.
Aşıq Ələsgər gözəllori vəsf edərkən, bənzətmələrdə çox zaman klassik
şeir ənənələrinə sadiq qalır. Amma sabitləşmiş bənzətmələrdən fərqli olaraq,
aşıq gözəli təriflərkən bəzən də elə ifadələr işlədir, elə müqayisəlor aparır ki,
bunlara yalnız ulu ustadm yaradıcılığmda rast gəlirik.
Hocər xanım, qaşm, gözün təhrində
Xətt yazsam, Quranda ayə düşərmi?!
Yaxud:
Camalm şoxundan cismim əridi,
Zülfundən üstüme sayə düşermi?!
Bəzən də bənzətmelərdən istifadə eləməyən sənətkar el gözəli barəsin-
də elə fıkir söyləyir ki, gözelin siması bütün gözəlliyi ilə canlanır.
Yaradan xelq edib bir qətrə nurdan,
Düşübsən ellərə nişana, Telli!
Yaxud:
Tərsa üzün görse, tez gələr dinə;
Alim görsə, gedər saz alı, Güllü!
Aşıq Ələsgər təriflədiyi qız-gəlinlərin zahiri gözəlliklərini, milli geyim
və bəzəklərini elə məharətlə təsvir edir ki, gözlərimiz önündə rəssamlanmı-
zın çox asanlıqla yarada biləcəyi füsunkar Azərbaycan gözəlinin portreti da-
yanır:
Qüdrətdən çəkilib qaməti-şahbaz,
Məmus dizlik geyib, çəpgəni ətlaz,
Buxaq düymələnib kağızdan bəyaz,
Mərcan düzüb boyunbağı qırmızı.
Aşıq Ələsgər insan gözəlliyini, hər şeydən öncə, onun mənəvi aləmində
axtarır. Tərfılədiyi gözellər zahirən nə qədər gözəl olsalar da, aşıq onların bu
gözəlliyini “cəm” hesab eləmir, natamam sayır. Elə ki, zahiri gözellikle mə-
nəvi gözelliyi vəhdət halında gördü, o zaman “Gözəlliyi cəm veribdi Xaliqü
sübhan gözəle!” deyir.
“Gözəllər sultanı, mələklər şahı” olan qızların taleyi də həmişə Aşıq
Ələsgəri maraqlandırmışdır. Sevgilisinə qovuşmayıb məhəbbət əzabınm bü-
tün acıhqlannı yaşamış el sənetkan gəzdiyi yerlərdə gözəllərin dözülmez
əzablara məruz qaldıqlarını görəndə susa bilmir, “gövhərin” qədirbilməz
əlində qaldığını, “tərlanm sara dustaq” olduğunu bədii şəkildə söyləyir; ərlə-
rini ise “bimürvət”, “nainsaf’, “dilbilməz”, “yağı”, “ağıldan kəm” adlandırır,
onları “ölməz”, “utanmaz” sözləri ilə lənətləyirdi.
“Yazıq” rədifli qoşmasının məzmunundan aydın olur ki, məşəqqətli gün-
lor keçirən bir gözəlin acı taleyi aşığı düşündürür. Gəlin yazıq olduğu kimi,
onun “qəmli könlünü”, “müşkül halını” düşünən aşıq da özünü yazıq hesab
edir, şerin sonunda:
İki könül bir-birini tutmasa,
Alan da yazıqdı, gələn də yazıq.
-- deyir. Bunun eksinə, oğlanla qızın bir-birinə layiq olduğunu görəndə, Aşı-
ğm könlü açılır, sevinir, səmimi bir ailə qurulacağmı təqdir edərek, onu alqış-
layır. Aşıq Ələsgər gənclerin ailə qurması kimi çox məsuliyyətli bir m əsələ-
de qarşılıqlı məhəbbəti əsas hesab edir.
Dinimizin qanun-qaydalanna hemişə ləyaqətle əmel edən; həqiqəti, tə-
riqeti, şeriəti, mərifəti dəqiq bilən; hər zaman Yaradana ibadət edən aşıq, ha-
mını mömin müsəlman görmək istəyirdi. O, insanlarm doğru yol tutmasmda
din xadimlərinin nə qədər böyük rolu olduğunu yaxşı bilirdi. Lakin haqq aşı-
ğı bezən dinimizin müdafıəçisi ve təbliğatçısı sayılan mollalarm, axundlann
və digər din xadimlerinin özlərinin haqq yolundan çıxmasmı, davramş qayda-
lanm pozmalannı görəndə susmamışdır. Odur ki, ne “şeytan olan” mollalar,
nə “lotu çıxan” məşedi-kalvayılar Aşığm tenqidindən kənarda qalmamışlar.
Böyük sənətkar belə şeirlərinə görə onu məzemmetləyən din xadimlərine
verdiyi cavabda deyirdi:
Məzəmmət eyləmə mən binəvanı,
Sahibi-səltənət, ey gövhər kanı.
Mənim sözüm yoldan çıxan mollam,
İnşallah, qaytarar, müsəlman eyler.
Bu misaldan əldə edilən bir nəticə də odur ki, “yoldan çıxan molla”ları,
eləcə də bu qəbildən olanlan , ibadetlə məşğul olsalar da, ali dini təhsil gör-
səler de, aşıq onları müsəlman hesab eləmir. Müsəlman - ən nəcib, en yük-
sək müsbət insani keyfıyyətləri öz şəxsində cəmləşdirən, dinimizin buyur-
duqlarına həssashqla eməl edən adamdır. Aşıq elə həmin qoşmada sözünə
davam ederək deyir:
Mən istərəm, alim, mömin yüz ola,
Meyli haqqa doğru, yolu düz ola,
Diliylə zəbanı üzbəüz ola,
Əlesgər yolunda can qurban eyler.
Allahın varlığına inanan haqq aşığı mövcud olan dinlərin heç birinə mən-
fı münasibot bəsləməmişdir. O, peyğəmbərlərin hamısma ehtiramını bildirmiş;
Quran qədər, İncil, Zəbur və Tövrata da müqeddəs kitab kimi baxmışdır. Bu-
nunla belə o, “Kəbə qıblam, dinim - Məhəmməd dini”, - deyərək, müsəlman
olması ilə fəxr eləmişdir.
Aşıq Ələsgərin yaradıcıhğmda halalhqdan çox söhbət gedir. Aşığa görə,
dünyada baş veren menfı halların, insanlar arasmda mövcud olan pisliklərin
sebəbi halallığın gözlənilməməsidir. O, halallığı, hər şeyden əvvəl, nütfə
paklığında görür. Nütfədən pak olmayan insandan hər cür bədxahlıq, hər cür
pis əməl gözləmək olar. “Nütfesindən əyri olan tez göstərər isbatın”. Çünki,
“hər ağac kökündən bitər, hər meyvə gözler zatm”. “Nütfədən pak olan özü
pak olar” .
Halallığm ən əsas şərtlərindən biri də insanın ruzu halallığıdır. Yəni hə-
rə öz zəhmətinin barını yeməli, başqasmın malına göz dikməməlidir. Əgər bu
iki vacib şərt pozulubsa, aşığm öz sözləri ilə desək, birisi “loğmadan kəc”,
“nütfədən əyri”dirsə, nə qədər oxumuş olur olsun, istər alimlik dərəcəsinə
yüksəlsin, o, “pür kamala yetişməz”. Odur ki, dahi sənətkar: “Kəsb eylə özü-
nə halaldan maya”, “Zinakar, haramxor yetişməz baya”, - deyərək, hər kəsi
düz yola çağırır. Aşığm:
Sövdə qıl haqq ilə, əl çək haramdan,
Halaldan mətləbin al, qoca baxtım!
- misralarmdakı tövsiyəsi “Ziyanm yarısından qayıtmaq da xeyirdir” atalar
sözlərinin başqa şəkildə ifadesidir.
Aşıq Ələsgərin yaradıcdığında diqqeti celb edən mesələlərdən biri də
dostluqdur. Aşıq dostluqdan söhbət açarkən məhz semimi dostluğu və tə-
mənnasız nəzərdə tutur və deyir ki, “Dost dostdan inciyər, qəlbində dön-
məz” . Dostun bir məzemmetli sözünü eşitmek düşmənlə vuruşmaqdan çətin-
dir, “Dostun məzəmmətli adam öldürür” . “Dost odur ki, dosta yalan satma-
sm”. Aşıq dostluqda bir müqəddəslik də görür; “Dosta xain baxan kor olacaq-
dır”. Dost uğrunda çəkilən zəhmətə, eləcə də əziyyəte görə incimək olmaz.
Dostluğun enişli-yoxuşlu yolları çoxdur.
Ya dost olma, ya zəhmətdən incimə,
Dost yolunda boran, qar olacaqdır.
Dost dostun şən günlərinə sevindiyi kimi, onu kədərli günlərinə də şərik
olmalı, yeri gəlsə, canmı belə esirgəməmelidir.
Hər yerdə düzlük axtaran aşıq, yalançılığı ən böyük qəbahet sayır, “yalan
deyib, qeybət etmə, rəhmin gəlsin canına” deyərək, yalançıları, şer-böhtan
söyləyənləri dəhşətli gün gözlədiyini onlara əvvelcədən xatırladır. Onun “Da-
mşanda doğru danış, sözün çıxmasın qələt” misrasından isə belə bir neticə əl-
də olunur ki, söhbət eləyən hər kəs deyəcəyi sözü ölçüb-biçmeli, fıkrinde bir-
cə yalan söz və ifadə bele olmamalıdır. Odur ki, böyük söz ustası deyir:
Əyləşəndə, ağır əyləş,
Danışanda, az danış:
Eşidənlər ehsen desin
Sana hər yandan, gəda!
- deyir. Aşığın bu tövsiyəsi az danışmağm gözəlliyindən xüsusi olaraq bəhs
eden Nizaminin, “Gər çox istərsen, Füzuli, izzetin, az et sözü” - deyən Fü-
zulinin fıkirləri ilə səsləşir.
Aşığm “Gələnde ustad kalamı, köhnə yaram qan verir”, - deməsini təsa-
düfı hesab etmek olmaz. “Ustad kalam”ları çox yığcam, söylənmiş olan
öyüd-nəsihətlərin bədii ifadəsidir. Aşıq olmaq fikrinə düşənlərə məşhur
“Gərəkdi” rədifli qoşmasmda bir sıra faydalı məsləhət verən ustad onlardan
həm də “xalqa həqiqətdən mətləb” qandırmalarım, “danışdığı sözün qiymə-
tin” bilmələrini, hər bir “kəlməsindən ləlü gövhər süzülməsini” tələb edirdi.
Aşıq Əlesgərin gözü-könlü tox olmuş, heç var toplamaq fıkrinə belə düş-
məmişdir:
Mən Allahdan istəmirəm,
Çox dövlətim, malım ola;
Bir babatca güzaranım,
Dolanmağa halım ola;
Min batman zərim olunca,
Bir misqal kamalım ola...
“Babatca giizəran” Ia kifayətlənən Aşıq çox var toplamağın əleyhinə də
çıxmır. Bu şərtlə ki, var-dövlət halal maya, halal zəhmətlə qazamlmış olsun.
Həm də yığılan mal-dövlətdən xalqın rifahı naminə istifadə olunsun; kasıb-
lara, çörəyə ehtiyacı olanlara, əlillərə kömək edilsin. Başqa sözlə, var-dövlot
sahibinin həm də böyük səxası olsun.
Səxavətlilik insanm ən nəcib keyfıyyetlərindəndir. Səxavət göstərməklə
qazanılan savabm daha üstiin olduğu fıkrini Aşıq bir şerində də belə ifadə elə-
mişdir:
İbadət eyləyən mömin sayılı,
Səxavətin ondan çoxdur savabı.
Böyiik sənotkar təriflədiyi mərd igidlərdə özünü qabarıq şəkildə gösto-
rən bu xüsusiyyətləri də qeyd eləməyi yaddan çıxarmamışdır. Göyçe maha-
lında igidliyi ilə ad-san qazanmış, “Dost yolunda başm qoyub, düşmanınm
canın üzən” İskəndəri ona görə tərifləyir ki, o, hem də “Yoxsulların əlin tu-
tan, ac doyuran, əskik düzən”dir. Dəli Alım çox böyük ilhamla vəsf edən aşıq
onu təqdir eləyir, çünki o, igiddir, dövlətlidir, cah-calallıdır, həm də “hatəm
səxalı söylənir” .
Aşıq Ələsgəri bütövlükdə, Azərbaycanda baş verən diger ictimai-siyasi
hadisələr də narahat edirdi. Çar üsul-idarəsinin milli azlıqları istismar elem ə-
17
--------------
A ZƏ RBAYCAN R ESPUBU KASI PREZİDENTİNİN
İ Ş L Ə R İ D A R Ə S İ N İ N
Dostları ilə paylaş: |