A zərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında


Mülki  Müdafiə  sahəsində  əsas



Yüklə 284,06 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix03.04.2017
ölçüsü284,06 Kb.
1   2   3   4

Mülki  Müdafiə  sahəsində  əsas 

məqsədlər  aşağıdakı  problemləri 

əhatə edir:

-  Əhalinin  hərbi  əməliyyatların 

aparılması  və  ya  bu  əməliyyatlar 

nəticəsində yaranan təhlükələrdən 

müdafiə olunmasının öyrədilməsi;

-  Əhalinin  hərbi  əməliyyat  və 

təbii  fəlakət  nəticəsində  yaranmış 

təhlükələr haqda xəbərdar edilməsi, 

təxliyyəsinin təşkili;

-  Maddi  və  mədəni  sərvətlərin 

təhlükəsiz rayonlara təxliyyəsi;

- Əhaliyə sığınacaqların və fərdi 

mühafizə vasitələrinin verilməsi;

- Hərbi əməliyyat və təbii fəlakət 

nəticəsində  əhali  üçün  yaranan 

təhlükə  zamanı  qəza  xilasetmə 

işlərinin aparılması;

-  Mülki  Müdafiə  qüvvə  və 

vasitələrinin  daim  hazırlığının 

təmin edilməsi.

Qeyd etmək lazımdır ki, hər han-

sı  bir  fövqəladə  hal  yarandıqda 

vətəndaşlar  əhalinin  və  ərazilərin 

qorunması sahəsində qanunlara və 

digər  hüquqi  normativ  aktlara  cid-

di  riayət  etməli,  məişətdə,  gündəlik 

əmək  fəaliyyətlərində  təhlükəsizliyi 

gözləməli,  istehsalatda  texnolo-

ji  intizamın,  ekoloji  təhlükəsizlik 

tə ləb lərinin 

pozulmasına 

yol 

verməməlidirlər.



Hər  bir  vətəndaş  əhalinin  və 

ərazinin  müdafiəsi,  zərərcəkənlərə 

ilkin tibbi yardımın göstərilməsi, fərdi 

və  kollektiv  mühafizə  vasitələrinin 

istifadəsi  üsullarını  mükəmməl 

bilməli,  fövqəladə  hal  zamanı 

müəyyən  edilmiş  davranış  qayda-

larına  əməl  etməli,  lazım  gəldikdə 

qəza xilasetmə tədbirlərində yardım 

göstərməlidir.

Qəza  xilasetmə  və  digər  təxirə-

salınmaz  işlərin  həyata  keçirilməsi 

məq sədi  ilə  ştatdankənar  qəza  xi-

lasetmə dəstələri yaradılır və buraya 

18 yaşından 60 yaşınadək kişilər və 

55 yaşınadək qadınlar qəbul edilir.



Dostu QAFArOVA,

Mülki Müdafiə Tibb 

Xidmətinin Təşkili kursunun 

müəllimi

MÜLKİ MÜDAFİƏ İŞİNİN QURULMASI

MÜLKİ MÜDAFİƏ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR

Dərman bitkiləri

http://www.amu.edu.az

15 mart 2014-ъц ил

6

Qoxu hiss edə bilməmək, 



yəni 

anosmiya 

özbaşına 

meydana  gələ  biləcəyi  kimi 

başqa problemlərlə bağlı olaraq 

da yarana bilər.

Soyuqdəymə 

kimi 

bəzi 


xəstəliklərdə qısamüddətli ola-

raq görülə bilər ya da qalıcıola 

bilər.  Bəzi  insanlarda  gö rülən 

azalmış  qo xu  duyğusuna  isə 

hipozmiya  de yilir.  Bu  insanlar 

bəzi  qoxuları  qəbul  edərkən 

bəzilərini  duya  bilmir,  ya  da 

bəzi  qoxular  köhnəsindən 

fərqli  alına  bilər.  Qoxu  hiss 

etmə  duyğusu  dad  duyğusu 

ilə  yaxından  əlaqəlidir.  Ye-

mə yin  qoxusunu  hiss  edə  bil-

mədiyinizdə  ehtimal  ki,  da-

dı nı  bilməkdə  də  problem 

yaşayırsınız.  Bu problem kifa-

yət  qədər  yemək  yeməməyə, 

kilo itirməyə və bədəniniz üçün 

ehtiyacınız olan qidaları qəbul 

edə  bilmədiyinizdən  vitamin 

və mineral çatışmazlıqları kimi 

bəzi  sağlamlıq  problemlərinə 

səbəb  ola  bilər.  Qoxu  hiss 

et məmək  ruh  halına  da  tə-

sir  edə  bilər.  Qida,  çiçək  və 

buna  bənzər  qoxular  hə yat 

sevinci  verərkən,  bu  qo xu-

ların  hiss  edilməməsi  kə-

dərli  və  ya  depresiya  hissinə 

səbəb  ola  bilər.  Qoxu  hiss 

etmə  duyğusunun  əskikliyi 

eyni  zamanda  yanğın  səbə-

bindən  yaranan  tüstü  və  ya 

qaz qoxusunun hiss oluna bil-

məməsi  səbəbindən  təhlükə 

də yarada bilər.

İnsanlar  yaşlandıqca  qoxu 

və  ya  dad  bilmə  duyğusu 

azalır.  Ancaq  qoxu  duyğusu 

əs kik liyinə,  ümumiyyətlə  ya-

ra lanma  ya  da  bir  sağlamlıq 

prob lemi  səbəb  olur.  Anos-

miya  qısamüddətli  ola  bilər 

və 

sağlamlıq 



problemi 

yaxşılaşdıqda  azalar,  ya  da 

bəzən qalıcı ola bilər.

Anosmiyanın  səbəbləri  isə 

bunlardır:

- Soyuqdəymə və ya sinuzit

- Mövsümi allergiyalar

- Siqaret çəkmə

- Bəzi dərmanlar

- Baş zədəsi

-  Alsheymer  xəstəliyi  və  ya 

şiş kimi bəzi beyin problemləri



necə yoxlanılır?

Diaqnoz  üçün  qulaq,  burun, 

boğaz mütəxəssisi ailə və fərdi 

sağlamlıq barədə məlumat alır.

Baş, boyun və burun müayinəsi 

edir.  Bəzi  vəziyyətlərdə,  ey-

ni  zamanda,  qoxu  testləri,  vi-

ta min  əskikliyi,  ya  da  başqa 

sağlamlıq  problemi  axtarmaq 

üçün  qan  testləri,  beyin  prob-

lemlərini 

qiymətləndirmək 

üçün MR və ya CT edilə bilər.

necə müalicə edilir?

Müalicə 


səbəbdən 

asılı 


olaraq  edilir.  Qoxu  hiss 

etmə  duyğusu  bir  xəstəliyə 

bağlıdırsa,  müalicə  ilə  birlikdə 

qoxu  duyğusu  düzələ  bilər. 

Ancaq  yaralanma,  xəstəlik  və 

ya  əməliyyat  qoxu  sinirlərinə 

zərər  versə,  təkrar  qoxu  hiss 

etmək  mümkün  olmaya  bilər. 

Bəzən  qoxu  duyğusu  geri 

dönsə  belə  əvvəlkindən  fərqli 

ola  bilər.  Bəzən  də  qoxu  hiss 

etmə  duyğusu  özbaşına  geri 

dönə bilər.

Qoxu hiss etməsəniz həyatınız necə təsirlənər?

u  Uzun illərdir ki, yenidoğulan uşa-



ğın  gələcək  həyatında  baş  verə  biləcək 

psixomotor,  nitq,  sen sor,  koqnitiv  və 

s.  inkişaf  ge ri likləri,  həmçinin  soma-

tik  statusun  müxtəlif  xəstəliklərinin 

erkən  sələflərinin  tapılması  və  vaxtında 

müalicə-profilaktik  tədbirlərin  həyata 

keçirilməsinə aid bütün dünyada coxsaylı 

elmi tədqiqat işləri aparılmaqdadır.

Respublikamızda  bu  istiqamətdə  apa-

rılan elmi tədqiqat işlərinə böyük dəstək 

olaraq  2010-cu  ildə  Azərbaycan  Res-

publikası Prezidenti Yanında Elmin İnki-

şafı  Fondu  tərəfindən  keçirilən  ilk  qrant 

müsabiqəsində  qalib  hesab  edilmiş 

layihələr  sırasına Neonatologiya kafed-

rasının  əməkdaşları  tərəfindən  təqdim 

edilmiş  “Vaxtından  əvvəl  doğulmuş 

uşaqların  erkən  yaşdakı  neyro-somatik 

statusunun  formalaşmasında  perina-

tal  faktorların  rolu”  mövzusunda  böyük 

həcmli  elmi  tədqiqat  işi  daxil  edilmişdir. 

Hazırkı  layihənin  əsas  məqsədi  erkən 

yaş  dövründə  meydana  çıxan  müxtəlif 

neyro-somatik  patologiyaların  perina-

tal  proqnostik  sələflərinin  tapılması  və 

erkən  profilaktika  proqramının  tərtib 

edilməsidir.

Layihə  çərçivəsində  Azərbaycan  Tibb 

Universitetinin  Neonatologiya  kafedrası-

nın əməkdaşları tərəfindən 300-dən cox 

az kütlə ilə doğulan uşaq tədqiqata cəlb 

edilmişdir.  Tədqiqat  nəticəsində  aşkar 

edilmişdir  ki,  vaxtından  əvvəl  doğulma-

nın  ağırlıq  dərəcəsindən  və  bətndaxili 

inkişafın ləngiməsindən asılı olaraq yeni-

doğulan  uşağın  həyatının  ilk  sutkaların-

dan müxtəlif orqanların zədələməsi üçün 

həssas  markerlərin  təyini  sonrakı  inki-

şaf  üçün  mühüm  proqnostik  əhəmiyyət 

kəsb  edə  bilər.  Bu,  həm  xəstəliyin 

kəskin dövründə patoloji prosesin ağırlıq 

dərəcəsinin  düzgün  qiymətləndirilməsi, 

həm  də  müalicə-profilaktik  tədbirlərin 

erkən  başlanması  üçün  əsas  verə  bilər. 

Layihə  iştirakçıları  tərəfindən  neona-

tal  dövrdə  olan  patologiyaların  kəskin 

dövründə  ən  cox  zədələnməyə  məruz 

qalan  orqanlar  –  mərkəzi  sinir  siste-

mi,  böyrək,  qaraciyər,  bağırsaq  funksi-

yasının  pozulmasının  həssas  və  spe-

sifik 


markerlərlə 

qiymətləndirilməsi 

həyata  keçirilmişdir.  Müxtəlif  orqanların 

zədələməsini  və  patologiyanın  ağır-

lıq  dərəcəsini  qiymətləndirmək  üçün 

Azərbaycan  Respublikasının  Prezidenti 

Yanında Elmin İnkişafı Fondu tərəfindən 

layihə  iştirakçılarına  hər  biri  90-180 

nəfərin  müayinəsi  üçün  nəzərdə  tutul-

muş  14  reagent  dəsti  təqdim  edilmiş-

dir.  Ümumilikdə  yenidoğulan  uşaqların 

periferik  qan  nümunələrində  aparılan 

3000-dən çox müayinə Azərbaycan Tibb 

Universitetinin klinik-biokimyəvi laborato-

riyasında həyata keçirilmişdir.  

Tədqiqatın  nəticələri  əsasında  20-

dən  çox  elmi  məqalə  çap  edilmiş,  10 

məqalə  isə  çapa  göndərilmişdir,  onlar-

dan  5-i  xarici  elmi  jurnallar  tərəfindən 

qəbul  olunmuşdur.  Layihə  iştirakçıları 

tərəfindən 30 sentyabr 2011-ci il tarixdə 

türkdilli  ölkələrin  və  türk  toplumlarının 

1-ci  Tibb  konqresində,  14-17  oktyabr 

2011-ci  ildə  İngiltərədə  keçirilən  Avro-

pa  Pediatrik  Tədqiqatlar  Cəmiyyətinin 

52-ci  konqresində,  5-9  oktyabr  2012-

ci  ildə  Avropa  Pediatriya  Cəmiyyətləri 

Akademiyasının  Türkiyənin  İstanbul 

şəhərində  keçirilmiş  4-cü  Beynəlxalq 

Konqresində  məruzələr  olunmuşdur. 

Novbəti  məruzənin  3-6  aprel  2014-cü 

il  tarixində  Beynəlxalq  Neonatoloqlar 

Assosiasiyasının  İspaniyanın  Valensi-

ya  şəhərində  keçiriləcək  konfransında 

həyata keçirilməsi planlaşdırılır. 

Hazırkı layihə insan üzərində, xüsusilə 

yeni  doğulmuş  uşaqlarda  aparılan  elmi 

tədqiqat işi olduğundan, layihə iştirakçı-

ları ilk növbədə Azərbaycan Respublikası 

Bioetika, Elm və Texnologiyaların Etikası 

üzrə  Milli  Komitədən  müsbət  rəy  almış-

lar. Həmçinin təqdim olunan layihə Avs-

traliya Yeni Zellandiya Klinik Təcrübələrin 

Registrasiyası üzrə beynəlxalq komitədə 

qeydiyyatdan  keçmişdir.  Aparılmış  elmi 

tədqiqat  işi  əsasında  Azərbaycan  Tibb 

Universitetinin  Neonatologiya  kafedra-

sında iki tibb elmləri doktorlu, iki tibb üzrə 

fəlsəfə doktoru adı almaq üçün disserta-

siya işi təsdiq edilmişdir və hazırda onla-

rın hamısı yekunlaşmaq üzrədir.  

Hazırda qrant layihəsinin yekunlaşmaq 

üzrədir.  Rəhbəri olduğum layihənin bütün 

iştirakçıları – dosent Səadət Ələsgərova, 

assistent  Nuşabə  Pənahova,  assistent 

Püstə Orucova, baş laborant Afaq Axun-

dova tədqiqatın yerinə yetirilməsində on-

lara  göstərilən  böyük  mənəvi  və  maddi 

dəstəyə  görə  Azərbaycan  Respublikası 

Prezidenti  Yanında  Elmin  İnkişafı  Fon-

duna  dərin  minnətdarlıqlarını  bildirirlər. 

Çünki,  layihənin  həyata  keçirilməsi 

müddətində 

fondun 


əməkdaşları 

layihə  iştitakçılarının  qarşılaşdığı  bütün 

problemlərin  həllində  öz  köməkliklərini 

əsirgəməyiblər.    

“Vaxtından  əvvəl  doğulmuş  uşaqların 

erkən  yaşdakı  neyro-somatik  statusu-

nun formalaşmasında perinatal faktorla-

rın  rolu”  mövzusunda  həyata  keçirilmiş 

qrant  layihəsi  respublikamızda  az  çəki 

ilə  doğulan  uşaqların  sonrakı  inkişafı-

na  nəzarət  istiqamətində  bir  sıra  mü-

hüm işlərə, xüsusilə, inkişaf geriliyi olan 

uşaqların  vaxtında  aşkarlanmasına  və 

müalicə-reabilitasiya  tədbirlərinin  erkən 

başlanmasına,  həmçinin  konkret  olaraq 

yarımçıq  doğulmuşlar  üçün  inkişaf-rea-

bilitoloq  mütəxəssislərin  hazırlanmasına 

böyük təkan verə bilər.   



səadət HÜsEYnOVA,

Neonatologiya kafedrasının 

assistenti, layihənin rəhbəri

“Vaxtından əvvəl doğulmuş uşaqların erkən yaşdakı neyro-somatik 

statusunun formalaşmasında perinatal faktorların rolu”

 

Hindistanın “Karbonn” şirkəti eyni 

anda “Android” və “Windows Phone” 

mobil 


əməliyyat 

sistemlərinin 

idarəetməsi  ilə  işləyən  dünyanın 

ilk  mobil  qurğusunu  buraxmaq 

niyyətindədir.

Rabitə 


və 

İnformasiya 

Texnologiyaları  Nazirliyindən  AzərTAc-a  bildirmişlər  ki,  şirkət 

“Microsoft”  korporasiyası  ilə  saziş  imzalamışdır  və  artıq  iyunda 

satışlara başlamağa hazırdır.

Qeyri-adi qurğuda ikisistemliyin necə həyata keçiriləcəyi və qiymət 

barədə hələlik məlumat verilmir. Bununla belə, şirkət nümayəndələri 

qeyd etmişlər ki, qurğu kütləvi istifadəçilərdən daha çox texnologiya 

sahəsi ilə maraqlanan şəxslər üçün nəzərdə tutulmuşdur.

Hazırda  “Windows  8”  və  “Android”  sistemlərini  özündə  birləşdirən 

bir neçə hibrid planşet kompyuter istehsal edilmişdir. Bununla yanaşı, 

hələlik  “Windows  Phone”  və  “Android”  ilə  işləyən  hibrid  smartfon 

buraxılmamışdır.

 

ABŞ-ın  Milli  Aeronavtika  və  Kosmos  İdarəsi  (NASA)  Günəş 

sistemindən  kənarda  yeni  kəşf  edilmiş  715  planetin  olduğunu 

açıqlamışdır.

AzərTAc  Türkiyə  mətbuatına  istinadən  xəbər  verir  ki,  “Kepler” 

teleskopunun  verdiyi  məlumatları  dəyərləndirən  elm  adamları 

bununla da qalaktikadakı planetlərin sayının təqribən 1700-ə çatdığını 

bildirmişlər.  Yeni  planetlərdən  4-də  isə  həyat  üçün  əlverişli  şəraitin 

olduğu qeyd edilmişdir.

Dünyada ilk ikisistemli smartfon istehsal 

ediləcəkdir

Günəş sistemindən kənarda 715 yeni 

planet kəşf edilmişdir

ATU-da Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Qrant layihəsi


15 mart 2014-ъц ил

http://www.amu.edu.az

7

Qışı-çilləni  yola  salmaq,  yazı-yeni  günü  qarşılamaq 

məqsədi  ilə  keçirilən    “Novruz  çərşənbələri”  adlı  ritu-

allarda da qədim azərbaycanlıların təbiətə təsir etmək, 

onu  mülayimləşdirmək,  işığı,  günəşi  çağırmaq  arzu-

niyyəti öz əksini tapmışdır. Yazın nəfəsi öncə hava və 

suya toxunur və bununla da, el arasında deyildiyi kimi 

“sulara  ixtiyar verilir”, “sular çillədən çıxır”. “Sulara ixti-

yar verilməsi”, daha doğrusu, suların  ixtiyarının özünə 

qaytarılması o deməkdir ki, həmin gündən başlayaraq 

daha  sular  donmur,  şaxta-qış  onu  dondurub  ixtiyarını 

əlindən ala bilmir. İkinci çərşənbədə, “Əkinlər çillədən 

çıxır”,  torpaq  qarını-buzunu  əridib,  nəfəsinin  buğuyla 

toxumu  cücərdir,  əkini  dikəldir.  Üçüncü  çərşənbədə 

ağaclara  ixtiyar  verilir,”ağaclar  çillədən  çıxır”.  Həmin 

çərşənbədə  ağaclar qiş yuxusundan oyanır və tumur-

cuğa dolmağa başlayır. Ən sonda- axır çərşənbədə ya-

zın  nəfəsi,  canı-qanı  onları  tərpədir-heyvanların,  quş-

ların, adamların qanı yerindən oyanır. Beləcə, yaşayış, 

varlıq yeni bir axara düşür.

Çərşənbələrdə    tonqal  qalanması,  göyə  yanar 

fişənglər,  tarixən  üçkü-  lopa  atılması,  bayram  süfrəsi 

düzəldilməsi  Azərbaycanda  qədim  el  adətidir.  Tonqal 

qalamaq,  oddan    attanmaq,  başı  üzərində    lopa-üskü 

fırlayıb  göyə  atmaq,  əski  mifik  dünyagörüşlə  bağlı  bir 

məsələdir. İşiğın, günəşin gücünə  inanan qədim insan 

odun-alovun  köməyi  ilə  yabançı    ruhları,  soyuq,  qa-

ranlıq,  xəstəlik    gətirən,  yaşayışa  sıxıntı  verən  pis-şər 

qüvvələri  qovub  uzaqlaşdırmağın  mümkünlüyünə  ina-

nırdı. Burada  bütün məqamlarda  od günəşin rəmzi kimi 

düşünülürdü. Çillədən- qışdan çıxmaq  üçün tonqal, od 

yandırılması əslində dolayısı ilə həm də Günəşin-yazın 

çağırılması  mərasimidir.  Bu  mərasim    zamanı  tonqalın 

üzərindən atılarkən:

             

 Ağırlıgım, uğurluğum 

              Tökülsün, bu odda yansın.-

söylənilməsi də əski təsəvvürdə, cillədən, qısın ağrı-

acısından  qurtulmaq üçün oda- mikrodönüşə bir xilas-

kar kimi yanaşılması qənaəti ilə bağlıdır.

İlaxır  çərşənbədə  icra  olunan  bütün  mərasim,  oyun 

və  əyləndirici  vasitələr  bütövlükdə  bir  tam  halında 

yüngülləşdiricilik,  saflaşdırıcılıq  funksiyası  daşıyır  və 

həmin funksiya yeni ovqatın,  yen ruhun-yaz  ovqatının,  

yaz ruhunun, yaz gününün gəlişi və qəbulu üçün psixo-

loji-estetik zəmin hazırlayır.

İnsanlığın  ilk    çağlarından  kök  alıb  gəldiyindən  yaz 

mərasimi etnik fərqlərdən asılı olmayaraq müxtəlif xalq-

ların çeşidli adlar altında keçirdiyi bu bayramın tərkibində 

əski-mifik təsəvvürlərlə bağlı çox sayda oxşar ünsürlər 

müşahidə edilməkdədir ki, onların böyük  əksəriyyəti ti-

poloji səciyyə daşıyır. Slavyan paskası  ilə  Türk Novruzu,  

yaxud Yunan Dionesi arasındakı bənzəyiş və paralellər 

bu  baxımdan  təsir  amili  kimi  yox,  ilkin-  ibtidai  çağların 

mifik  dünya  durumundan  gələn  tipoloji  oxşarlıq  kimi 

dəyərləndirilməlidir. Tonqal qalanması, yumurta  boyan-

ması, şirniyyat  hazırlanması, süfrə bəzədilməsi, musiqi, 

rəqs,  oyun,    maskarad    tamaşalar    göstərmək,  mahnı 

oxumaq  və s. kimi eyni tipoloji bənzəyiş digər xalqların 

yaz mərasimlərində də müşahidə edilməkdədir.

Novruz  süfrəsinə  bol  nemətlərin  düzülməsi    də  yeni 

ildən  xeyir-bərəkət  bolluq-firavan  həyat  diləmək  arzu-

istəyinin  rəmzi  ifadəsidir.  Yeddi  cür  nemətin  süfrəyə 

qoyulması  müqəddəs  sayılan  yeddi  rəqəminin  uğur 

gətirəcəyinə inamla bağlıdır.

Yazın gəlişinin daha yaxın iqlim qurşağında olan xalq-

lar tərəfindən eyni zamanda bayram edilməsi tamamilə 

təbiidir.  Novruzun  qırğız-qazax-tacik,  yaxud  özbək-

əfqan,  eləcə  də  Azərbaycan-Anadolu-İran-İraq  oxşarlı-

ğı  bu  baxımdan  bir  çox  başqa  cəhətlərlə  yanaşı,  coğ-

rafi şərait  və  iqlim uyğunluğundan irəli gəlir. Bununla 

belə  hər  bir  etnosun  və  bölgənin  başqalarında  təkrarı 

olmayan bənzərsiz yaz mərasimi və ayinləri mövcuddur. 

Məsələn, Azərbaycan Novruzunun mühüm atributu olan 

“Kosa-Kosa”  mərasimində  “Kosa”-köhnə  ilin  təmsilçisi 

olan  qocalmış  keçi  obrazında  çıxış  edir  və  mərasimin 

sonunda  oyun-tamaşaya  daxil  olan  yeni,  gənc  keçi 

tərəfindən qovulur və öldürülür.

Novruz bir mövsüm mərasimi kimi iri miqyaslı coğrafi 

hüdudlara yayıldığından və  hər  il  istisnasız  olaraq  uy-

ğun  təqvim  məqamında böyük coşqu ilə keçirildiyindən 

müxtəlif  tarixi  mərhələlərdə  hakim  ideoloji  sistemlər 

ondan  siyasi  məqsədlər  üçün  istifadə  etməyə  cəhd 

etmişlər.

Beləliklə, indiki halda tarixin dərin qatlarından yol alıb 

gələn Novruz bayramının tərkibi aşağıdakı iki əsas qat-

dan ibarətdir:

a) Təbiətin oyanmasını əks etdirən əski mifoloji qat;

b)  Müxtəlif  tarixi  dönəmlərin  ovqatını  ifadə  və  inikas 

edən siyasi-ideoloji qat.

 Bu gün Azərbaycanda keçirilən Novruz sözün həqiqi 

mənasında,  təbiətin oyanışı, yazın  gəlişi  ilə bağlı in-

sanın  işığa,  həyata,  yeni  günə,  xoş  güzarana,  aydın 

sabahlara  inamını  ifadə  edən  saf  və  duru  bir  təqvim 

mərasiminə  çevrilmişdir.  Humanizim,  quruculuq,  xeyir-

xahlıq, xoş ünsiyyət və səmimi münasibət, insanı ucal-

dan, kamilləşdirən mənəvi dəyərlərə etiram və sayqıyla 

yanaşmaq tarix içində olduğu kimi indi də Azərbaycan 

Novruzunun əsas göstəricisidir. Səməd Vurğun xalqımı-

zın həsrətlə gözlədiyi bu günü-novruzu belə vəsf etmiş-

dir:


 

Axır çərşənbədir...İl tamam olur,

 

Bu il kənd içində danışır hamı-

 

At üstə gəlmişdir Novruz bayramı-

 

Qulundu at üstə... Bu bir muraddır.

 

Qocalar deyir ki, bolluq keçəcək,

 

Torpaq su yerinə şərbət içəcək.

Aida TəHMəzOVA,

“İctimai fənlər” kafedrasının müəllimi, tarix üzrə 

fəlsəfə doktoru

Azman tarixdən bu günümüzə 

gələn bayramımız

n

ovruz zəngin mədəniyyətə və qədim 

tarixə malik olan məmləkətimizin  

mənəvi dəyərlər sistemində xüsu-

si yer tutur. O, təkcə bir necə günü əhatə 

edən bayram deyil, həm də uzun bir təqvim 

müddətini öz ətrafında cəmləşdirən iri 

miqyaslı mərasim kompleksidir. Uzun sürən 

qış dönəminin çətinlik və məşəqqətlərindən 

(soyuq, qaranlıq, qida sıxıntısı və s) qurtu-

lub yaşayışa müsbət təsir edən işıq, istilik, 

qida  imkanları açan yaz dönəminə başlamaq 

arzusu əcdadlarımızı bu mürəkkəb və zəngin 

mərasim kompleksini yaratmağa təşviq 

etmişdir. Həyatı çətinlyə salan, qida, istilik 

çatışmamazlığı və başqa bu kimi sıxıntılarla 

imtahana çəkən  qışın obrazı  əcdadlarımızın 

təsəvvüründə qorxulu, qara cizgilərlə  can-

lanırdı. Məhz  bu baxımdan canlı danışıq-

da  geniş yer alan “Qara qiş”, “Böyük cillə”, 

“Kiçik cillə” kimi adlar təbiətin sırf iqliminin 

tarixi- semantik məzmun daşıyıcısı kimi  or-

taya çıxmışdır.

Fəsillərin  yaşıl  tacı 

olan  baharın  müj-

dəçisi  novruz  gəlir 

eli mizə! 

Baharın 

gə lişi  ilə  el-obada 

toy-büsat 

qurulur. 

novruzun  xoş  duy-

ğu

 

lu  ilıq  nəfəsi  ilə, 

san ki,  ana  torpaq  da 

yuxudan  oyanır.  Hər 

il  xalqımız  novruzun 

su, od, yel və torpaq 

çər şənbələrini  tonqal 

Kataloq: uploads -> xeberler -> tebib q
tebib q -> Azərbaycan Tibb Universiteti üzrə 2013/2014 cü tədris ilində
tebib q -> Beş günlük rezident ol
tebib q -> Tələbələr robotlar üzərində təcrübə keçirlər Azərbaycan Tibb Universiteti rezidentlərinin
tebib q -> Uroloqlar Assosiasiyasının növbəti tədbiri keçirildi Macarıstanın Semmelveis Universiteti ilə anlaşma memorandumu imzalanıb
tebib q -> Uşaqların göz sağlamlığı Ötən il oxuculara nümunəvi xidmət göstərilmişdir
tebib q -> Tibb Universitetində yeni əczaçılıq laboratoriyası açılıb Macarıstanın Azərbaycandakı səfiri Tibb Universitetində olub
tebib q -> İran nümayəndə heyəti atu- da qonaq oldu qiş İmtahan sessiyasina start veriLDİ
tebib q -> Universitetimizin prorektoru Türkiyədə Azərbaycanı təmsil edib Yeni rektor universitetin
tebib q -> Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib

Yüklə 284,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə