A baş cümlələri budaq cümlədən əvvəl işlənmişdir



Yüklə 120,54 Kb.
səhifə1/3
tarix08.12.2019
ölçüsü120,54 Kb.
  1   2   3
1) Hansı fikir “Hara getsə, əlimdən qurtarmayacaq” və “Nə qədər dil tökürsə, xeyri yoxdur” cümlələrinin hər ikisinə aid edilə bilər?

A) Baş cümlələri budaq cümlədən əvvəl işlənmişdir.

B) Tabelilik bağlayıcısı ilə bağlanmışdır

C) Qarşılıq-güzəşt budaq cümləli tabeli mürəkkəb cümlədir

D) Tərkibindəki cümlələr genişdir.

E) Bütün xəbərləri frazeoloji birləşmə ilə ifadə olunmuşdur

2) Biri tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında işlənən məna əlaqələrinə aid deyil:

A) səbəb-nəticə

B) zaman

C) bölüşdürmə

D) aydınlaşdırma

E) iştirak

3) Feli birləşmələrin əsas tərəfi nə ilə ifadə olunur?

A) felin xəbər şəkli ilə

B) felin arzu və şərt şəkilləri ilə

C) təsriflənməyən fellər ilə

D) felin təsriflənən formaları ilə

E) idi, imiş, isə hissəcikləri ilə

4) Qeyri-müəyyən yiyəlik halda olan isim işlənən cümləni tapın:

A) Uşaqlarını birdən-birə elə arzuladı ki, gözləri yaşardı

B) Komandiri razı salıb qaranlığın daha da qatılaşmasını gözlədi.

C) Axşam möhkəm yağış yağdığı üçün məhəllənin küçələri palçıq və su gölməçələri ilə dolmuşdu.

D) Yaşamaq arzusu o qədər güclü idi ki, Sabirin qarşısını heç nə ala bilməzdi.

E) Ələmdar da həmin yaşlı kişi kimi səkidən çıxmağa məcbur oldu

5) Hansı cümlədə frazeoloji birləşmə “aldatmaq” mənasını verir?

A) Özünü ələ salırsan, ya məni?

B) Son vaxtlar ondan gözüm su içmir

C) Dəyirman bildiyini eylər, çax-çax baş aparar

D) Yenə kimin gözünə kül üfürürsən?

E) Məsmə qaşqabağını sallayıb oturmuşdu.

6) Hansı cümlədə “o” əvəzliyindən sonra vergül qoyulmamalıdır?

A) O, ömür yolunu azıb, çaşdırıb.

B) O, nağılı bir vaxt Canəli müəllimə Gülrux arvad danışmışdı.

C) O, yenə də yem gətirmək üçün yuvasından aralandı

D) O, deyəsən, məni başa düşmədi.

E) O, bu qaçışıyla özündən qaçır

7) Bu cümlələrdən birinin xəbəri III şəxsin təkində olur

A) qeyri-müəyyən şəxsli cümlə

B) söz-cümlə

C) şəxssiz cümlə

D) ümumi şəxsli cümlə

E) adlıq cümlə

8) Ara sözün işləndiyi cümləni göstərin:

A) Hər dilinə gələn sözü deməli deyilsən

B) Sənin dediklərin tamamilə düzdür.

C) Güman gələn yerləri ələk-vələk etdilər

D) Yəqin etdim ki, sən düz demirsən

E) Düzdür, sənin dediklərinlə mən də razıyam

9) Həmcins təyinli cümləni göstərin:

A) Yox, sən də haqlısan, ey gizli dərdim, Qərəzli, qərəzsiz tələblərinlə

B) Qaraxanın gözəl, uca qaməti dərddən əyilmişdi.

C) Mərmər ağdır, qəm qara.

D) Əksinə, çox aydın və sərrast düşünürdü

E) O, atasının tanış və doğma sifətinə baxaraq, yavaş- yavaş qapıya doğru yeridi.

10) “Əsəbiləşmək” sözünün frazeoloji birləşmə ilə ifadə olunmuş sinonimləri hansı sıradadır

A) dəridən-qabıqdan çıxmaq, canını oda yaxmaq, dərdə düşmək

B) ürəyi istəmək, könlündən keçmək, ürəyi getmək

C) ağzına çullu dovşan sığmamaq, gözü düşmək, gözünün odunu almaq

D) hirslənmək, qəzəblənmək, hirsi başına vurmaq

E) cin atına minmək, özündən çıxmaq, zəncir çeynəmək

11) Tabeli mürəkkəb cümlələrdən birinin budaq cümləsi qeyri-müəyyən şəxsli cümlədir

A) Mənə deyirlər ki, bu il yay çox isti keçəcək.

B) Yazın əvvəli idi ki, Həmid təzə mənzilə köçdü.

C) Ona elə gəldi ki, indicə adını çəkəcəklər

D) Mən evə təzəcə çatmışdım ki, qapını döydülər

E) Bu qılınc olmasa yeyərlər məni (S.Vurğun)

12) “Yarıq, yaralı, yarğan” sözləri haqqında doğru fikirləri seçin: 1.“yar”felindən yaranmış eyniköklü sözlərdir 2.Sözlərin kökü isimlə omonimdir 3.Sözlərin üçü də feldən düzəlmişdir 4.Sözlər morfoloji üsulla yaranmışdır 5.Sözlərin üçü də ┌┐^ sxeminə uyğundur

A) 1, 4


B) 2, 4, 5

C) 1, 2, 4

D) 3, 5

E) 1, 3, 4



13) Rəsmi sənədlərin dili üçün səciyyəvi hesab oluna bilməz.

A) fikrin birmənalılığı

B) geniş izah və analitik şərhdən istifadə

C) fikrin hüquqi azadlığı

D) fikrin yığcamlığı

E) arxaik leksikanın mühafizəsi

14) Mürəkkəb adlardan hansıların birinci tərəfi dırnaq içində yazılmalıdır? 1. İstiqlal ordeni 4. Şəhidlər xiyabanı 2. Müəllim qəzeti 5. Abşeron romanı 3. Milli Ordu 6. Koroğlu operası

A) 1, 3, 5

B) 2, 3, 4

C) 2, 4, 5, 6

D) 1, 3, 5, 6

E) 1, 2, 5, 6

15) “Sizin sənədlər yoxlananda mən də orada idim” – cümləsində təsriflənməyən felin morfoloji təhlili ilə bağlı səhvi göstərin: Xəta bildir

A) təsdiqdədir

B) təsirsizdir

C) sözdə iki leksik, bir qrammatik şəkilçi işlənmişdir

D) feli bağlamadır

E) quruluşca düzəltmədir

16) Bu iki əməli yazı nümunəsinin başlanğıcı, demək olar ki, eynidir. 1. arayış 3. protokol 5. akt 2. izahat 4. ərizə

A) 2, 4


B) 2, 3

C) 3, 5


D) 1, 4

E) 4, 5


17) Hansı cümlə mübtəda, tamamlıq, xəbər sxeminə uyğundur?

A) Şirin yalandan acı həqiqət yaxşıdır

B) Lalə məktubun kimə aid olduğunu bilmirdi.

C) Düzlük hər zaman qızıldan qiymətli hesab olunur.

D) Düzdür, Nazim, sən haqlısan!

E) Şərəfli əmək insanı ucaldar.

18) Mürəkkəb xitab hansıdır?

A) Ancaq ürəyimdə deyirəm yenə: “Ay ürək, buna da gərək mən dözüm....”

B) Dinmə, danışma, yat, bala, Sən deyən olmayıb hələ

C) Ey daşlaşan, torpaqlaşan ulu babam!

D) Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan!

E) Gülüm, heyif sənə, heyiflər mənə, Qoruya bilmədim məhəbbətimi...

19) Məntiqi ardıcıllığı tamamlayın. Xülasə, deməli, müxtəsər….

A) heyif


B) bəlkə

C) qısası

D) deyəsən

E) yəqin


20) Qoca Deməli bütün bunların heç bir əhəmiyyəti yox imiş dedi bütün səylərimiz əbəs imiş – vasitəsiz nitqdə buraxılmış durğu işarələrinin düzgün ardıcıllığı hansı bənddədir?

A) qoşa nöqtə, vergül, tire, vergül, dırnaq

B) vergül, vergül, dırnaq, tire, vergül, dırnaq

C) qoşa nöqtə, dırnaq, vergül, vergül, tire, vergül, tire, dırnaq

D) qoşa nöqtə, vergül, vergül, tire, vergül

E) qoşa nöqtə, dırnaq, vergül, vergül, dırnaq

21) İntonasiya əlaqəsi ilə düzəlmiş qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə hansdır?

A) Qış çoxdan gəlmişdi, havalar isə hələ də xoş keçirdi.

B) Çox həyəcanlandı, lakin bir kəlmə belə demədi.

C) Həddən artıq kədərli olmasına baxmayaraq, bunu ətrafdakılara sezdirməməyə çalışırdı

D) Lalə müharibəyə getmiş atasının yolunu çox gözlədi, bir xəbər çıxmadı

E) Səfərə hazırlaşsaq da, gedə bilmədik

22) Bütün üzvləri mürəkkəb olan cümləni göstərin.

A) Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasını Azərbaycan dilinə Rəsul Rza tərcümə etmişdir.

B) Bizim əsas məqsədimiz vətən torpaqlarını düşməndən azad etməkdir

C) Sabirin satiraları dövrün ən mühüm sosial-siyasi münasibətlərini, müxtəlif ictimai baxışları canlı bir şəkildə əks etdirir

D) Böyük sənətkar simvollarla, rəmzlərlə zəmanəsindəki haqsızlığa, ikiüzlülüyə kəskin nifrətini bildirir

E) XIII əsrdə ana dilimizdə ilk şeir nümunələrini yaradan sənətkar İzzəddin Həsənoğludur.

23) Söz sırasının pozulmadığı sıranı göstərin.

A) Yaman qəribədir dünyanın işi.

B) Düzlərdə bürküdən solur gül-çiçək,

C) Biz ki öyrənmişik hicrana artıq...

D) Çiçəyə dərd olmur, düzə dərd olur.

E) Bəlkə gözləmədik bu xoş görüşü,

24) Tabelilik əlaqəsinin hər üç növünün işləndiyi birləşmə hansı bənddədir?

A) ən ülvi duyğular

B) onun böyük ürəyi

C) Böyük Çin səddi

D) get-gedə yüksəlmək

E) yaşanmış xoş xatirələr

25) Yalnız mənsubiyyətə görə dəyişərkən söz kökündən II saiti düşən sözləri seçin. 1. sinif 3. beyin 5. boyun 2. ağıl 4. fikir 6. ömür

A) 2, 3, 5

B) 1, 3, 6

C) 1, 5, 6

D) 2, 4, 5

E) 3, 4, 5

26) ..Ömür qala-qala, gün qala-qala “Əlvida” deyəsən doğma bir yola.. Altından xətt çəkilmiş söz haqqında hansı fikir səhvdir?

A) sadədir, məlum növdədir

B) təsriflənəndir

C) II şəxsin təkindədir

D) şərt şəklindədir

E) işin arzu olunduğunu bildirir

27) “Çəkilişdəyik” sözünün tərkibinə görə təhlili hansı sxemə uyğundur?

A) B


B) C

C) E


D) D

E) A


28) Mürəkkəb tərzi-hərəkət zərfi işlənmiş cümləni müəyyənləşdirin

A) Mən bu anı səbirsizliklə gözləyirdim.

B) Hərdən axşamlar bizə gələr, oturub dərdləşərdi

C) Qız qeyri-ixtiyari əlindəki kağızları masanın üstünə qoydu

D) Elə gəlsin, elə getsin, Aralıqda söz olmasın

E) Nazim sevinə-sevinə əlindəki sənədləri mənə uzatdı.

29) Hansı cümlədə morfoloji yolla düzəlmiş azaltma dərəcəsində olan sifət işlənmişdir?

A) Qarşıdan gələn maşınların gur işıqları onun gözlərini qamaşdırır, yolu aydın seçməyə imkan vermirdi.

B) Gümüş kəmərin üstündəki xırdaca qaşlar günəş şöləsi düşdükcə par-par parıldayırdı

C) Açıq-sarı işıqların şöləsi otağa xüsusi bir görünüş verirdi

D) Tünd-qara gözləri ağımtıl sifətinə çox yaraşır, onu yaşından xeyli cavan göstərirdi.

E) Həyatın çətin sınaqları onu daha da möhkəmləndirmiş, iradəli bir insana çevirmişdi.

30) Həm mənsubiyyət. həm də hal şəkilçisi qəbul etmiş isimləşən sıra sayı hansı cümlədədrr?

A) İkincisindən çox narazıyam

B) Səkkizinci palatanın qapısı hələ də açıq idi.

C) Beşincilər hamını heyran etdilər

D) Birini ona gətirmişəm

E) Bir-birimizi görmədiyimiz anlar geridə qaldı.

31) Bu dünyanın əlifbası – məhəbbət! Ən ilk nəğmə, ən ilk yazı məhəbbət! İşarələnmiş hansı əvəzliklərdən sonra vergül işarəsi qoyulmalıdır?

A) 1; 2; 5

B) 1; 3

C) 4; 5


D) 2; 4; 5

E) 1; 3; 4

32) Düşündüm, ayrılıq gələndən bəri, Sən mənim eşqimə çıraq olasan. Onunçün verdinmi mənə göyləri, Məndən göylər qədər uzaq olasan?! Nümunədə işlənmiş köməkçi nitq hissələri hansı bənddə düzgün verilmişdir?

A) 3 qoşma, 1 ədat

B) 1 qoşma, 2 bağlayıcı, 1 ədat

C) 3 qoşma, 1 bağlayıcı

D) 2 qoşma, 1 bağlayıcı

E) 1 qoşma, 1 bağlayıcı, 1 ədat

33) İtsin mənim gözlərimdən ilim-ilim!…. Mənsubiyyət şəkilçili sözləri seçin.

A) 3, 5


B) 1,4, 5

C) 4, 6


D) 4, 5

E) 3, 5, 6

34) Hansılara antonim qarşılıq tapmaq olar? 1. dəcəl 3. hövsələsiz 5. məhlul 2. nəfəs 4. ehtiyat 6. narahat

A) 2, 3, 5

B) 1, 3, 5

C) 3, 4, 5

D) 2, 4, 6

E) 1, 3, 6

35) Hansı cümlənin xəbəri frazeoloji birləşmə ilə ifadə olunub?

A) Başladığı iş yarımçıq qaldı

B) Bilirdim ki, o, çox dözümsüz və iradəsizdir

C) O, könlündən keçənləri heç kəsə demədi

D) Başı işə elə qarışırdı ki, axşamın düşməsindən belə xəbəri olmurdu

E) El bilir, uşaqlıqdan o naxələf olmayıb

36) Əsl Azərbaycan sözlərinə xas olan xüsusiyyətləri seçin: I. Vurğunun son hecanın üzərinə düşməsi II. Eynicinsli qoşa saitlərin işlənməsi III. Ahəng qanununun gözlənilməsi IV. Söz kökünün dəyişkən olması

A) I, II


B) III, IV

C) II, III

D) I, IV

E) I, III

37) Məntiqi ardıcıllığı tamamlayın. kütləvi, əşyəvi, əyani, riyazi….

A) qiyabi

B) kimyəvi

C) nümunəvi

D) qələvi

E) coğrafi

38) İsim və fel kimi işlənə bilən söz hansıdır?

A) sarı


B) sağ

C) çat


D) buruq

E) yaş


39) Vurğusu II hecaya düşən sözlər hansıdır? 1. bayaq 3. daxilən 5. igidcəsinə 2. opera 4. İngiltərə 6. həvəslə

A) 3, 5, 6

B) 1, 4, 6

C) 1, 2, 3

D) 4, 5, 6

E) 2, 4, 5

40) Səhv yazılmış sözü müəyyənləşdirin.

A) əhliləşdirmək

B) laureat

C) koalisiya

D) dəm-dəsgah

E) leykomiya

41) “Bütün bunlar ona görədir ki, sən daha firavan yaşayasan” mürəkkəb cümləsində budaq cümlənin növünü müəyyənləşdirin.

A) qarşılıq-güzəşt

B) tamamlıq

C) məqsəd

D) xəbər

E) səbəb


42) Tabesiz mürəkkəb cümlənin tərkib hissələri hansı yollarla bağlanır? 1. bağlayıcı sözlə 2. intonasiya ilə 3. tabesizlik bağlayıcıları ilə 4. –sa2 şəkilçisi və ədatla

A) 1, 3


B) 2, 3

C) 2, 4


D) 1, 4

E) 1, 2


43) Məişət üslubu üçün səciyyəvi deyil

A) intonasiya, jest və mimikadan istifadə

B) dialoji nitq şəklində olması

C) nitqin sərbəstliyi və təbiiliyi

D) Daha çox geniş və bütöv cümlələrdən istifadə

E) Ancaq şifahi şəkildə mövcudluğu

44) Hansı cümlədə “ki” bağlayıcı kimi işlənməmişdir? (Durğu işarələri işlənməyi

A) Gül ki qəlbim gülsün.

B) Elə danış ki hamımız başa düşək.

C) Çalış ki yanılmayasan.

D) Əhmədə demişəm ki, vaxtında gəlsin.

E) Mən ki damdan-bacadan baxmaz idim...

45) Qeyri-müəyyən yiyəlik halda olan söz hansı cümlədədir?

A) Amma bu qələbələr heç də asanlıqla başa gəlmirdi.

B) Nəhayət, qolundakı kəndir didilib nazildi və qırıldı.

C) Günəşli hava olmasına baxmayaraq, payızın soyuğu özünü göstərirdi.

D) Onda Saleh bu qızın kim olduğunu bilmirdi.

E) Yerində fırlanıb güzgü qırıntılarının üstündə kürəyi üstə uzandı.

46) Hansı cümlədə frazeoloji birləşmə “mürgüləmək” mənasını verir?

A) Ananın gözləri yol çəkirdi.

B) Bir anlıq yorğunluqdan sim kimi gərilmiş bədənini rahatlamaq, gözlərinin acısını almaq istəyirdi.

C) Yüz dəfə demişəm ki, mənasız söhbətlərə görə gözünün suyunu axıtma!

D) Eşitdiyi dəhşətli xəbərdən gözləri qaraldı, beyni dumanlandı.

E) Ən maraqlısı da bu idi ki, camaatın gözünə kül üfürürdü.

47) Qeyri-müəyyən şəxsli cümləni göstərin:

A) Həyatı boyu onun fikri, xəyalı ilə yaşadı.

B) Etdiyi səhvləri düzəltmək üçün artıq çox gec idi.

C) Elə bil onlar mənə dünyanı verdilər.

D) Gecə saat ikidə bizi təcili trestə çağırdılar.

E) Onlar bu sözləri dərhal Qacara çatdırdılar.

48) Nitqin hissələri arasında əlaqəni bildirən ara sözü göstərin:

A) deyilənə görə

B) doğrudan da

C) heyif


D) birincisi

E) ehtimal ki

49) “Sən ellər toyusan, ellər bayramı” – cümləsindəki həmcins üzvdə hansı şəkilçi ixtisar olunub?

A) şəxs şəkilçisi

B) hal şəkilçisi

C) zaman şəkilçisi

D) cəm şəkilçisi

E) mənsubiyyət şəkilçisi

50) Frazeoloji birləşmənin həm özü, həm də onun frazeoloji sinonimi və antonimi hansı sıradadır?

A) baş sındırmaq, ölçüb-biçmək, düşünüb-daşınmaq

B) boğaza yığılmaq, təngə gəlmək, cana doymaq

C) cana doymaq, boğaza yığılmaq, ləzzət almaq

D) təngə gəlmək, cana doymaq, can vermək

E) can almaq, öldürmək, yaşatmaq

51) Hansı fellər təsirlidir? 1. çıxmaq 3. razılaşmaq 5. geyinmək 2. başa salmaq 4. inandırmaq

A) 2, 4, 5

B) 3, 4, 5

C) 2, 3, 5

D) 1, 3, 4

E) 1, 4, 5

52) “Onun hələ xəbəri yox idi ki” baş cümləsinə hansı budaq cümlə qoşula bilər?

A) yer


B) mübtəda

C) xəbər


D) zaman

E) tamamlıq

53) Eyniköklü sözlərə aid düzgün fikirləri müəyyən edin. 1. Eyni bir sözdən əmələ gəlir. 2. Həm eyni, həm də müxtəlif nitq hissələrinə aid olur. 3. Üzgün, üzücü, üzgüçü eyniköklü sözlərdir. 4. Eyniköklü sözlər həm leksik, həm də qrammatik şəkilçilər vasitəsilə düzəlir. 5. Eyniköklü sözlər quruluşca düzəltmə olur.

A) 1, 3, 4

B) 1, 3, 5

C) 2, 3, 5

D) 1, 2, 5

E) 2, 4, 5

54) Bu üslub üçün həm qəzəbli, həm sakit, təmkinli, həm təsviri, həm də analitik dil xarakterikdir. Söhbət hansı üslubdan gedir?

A) məişət

B) publisistik

C) bədii


D) rəsmi-işgüzar

E) elmi


55) Hansı mürəkkəb adın yazılışı səhvdir?

A) Bakı Şəhər İcra Hakimiyyəti

B) Orxon-Yenisey kitabələri

C) Azərbaycan Teleqraf Agentliyi

D) Azərbaycan Respublikasının Nazirlər Kabineti

E) Orta paleolit dövrü

56) Xüsusiyyətlər hansı əməli yazı növünə aiddir? 1. Kimə verilir. Onun adı, atasının adı, soyadı və vəzifəsi. 2. Onu verən şəxs və ya təşkilat. 3. Alınan əşyanın miqdarı, yaxud etibar ediləcək materialın məzmunu. 4. Məsul olan şəxsin imzası. 5. Verildiyi tarix. 6. Məsuliyyət daşıyan şəxsin şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, verilmə tarixi.

A) akt


B) ərizə

C) vəkalətnamə

D) arayış

E) protokol

57) “Bir az sonra isə bir-birinə düşmən kəsilmiş ailələr xəstəxananın həyətində yenidən üz-üzə gəlməli oldular” – cümləsinin sintaktik təhlili ilə bağlı doğru cavabı tapın:

A) Cümlədə 2 zaman, 2 tərzi-hərəkət zərfliyi var.

B) Xəbər vacib şəklində olan fellə ifadə olunmuşdur.

C) Təyin feli sifət tərkibi ilə ifadə olunmuşdur.

D) İki təyin işlənmişdir.

E) Baş üzvlərin hər ikisi mürəkkəbdir

58) Xitabla bağlı fikirlərdən biri səhvdir

A) Diqqəti cəlb etmək, nitqi qüvvətləndirmək məqsədi daşıyır.

B) Xüsusi intonasiya ilə deyilir

C) Cümlədə müraciət bildirən sözə və ya söz birləşməsinə deyilir

D) Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmur

E) Yalnız isimlə və ismi birləşmələrlə ifadə olunur.

59) Məntiqi ardıcıllığı tamamlayın. Bəlkə, ola bilsin ki, yəqin…

A) düzü


B) təəssüf

C) deyilənə görə

D) demək

E) görünür

60) O, sakitcə yaralı zabitə yaxınlaşıb Özünüzü necə hiss edirsiniz yaralarınız əziyyət vermir ki deyə soruşdu – vasitəsiz nitqdə hansı durğu işarələri buraxılmışdır?

A) qoşa nöqtə, 1 tire, 3 vergül, 1 sual işarəsi və dırnaqlar

B) qoşa nöqtə, 1 tire, 1 vergül, 1 sual işarəsi və dırnaqlar

C) qoşa nöqtə, 2 tire, 2 vergül, 1 sual işarəsi və dırnaqlar

D) qoşa nöqtə, 2 tire, 1 vergül, 1 sual işarəsi və dırnaqlar

E) qoşa nöqtə, 3 tire, 3 vergül, 1 sual işarəsi və dırnaqlar

61) Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümləni göstərin:

A) Gah mənə baxırdı, gah da ona.

B) Həm mənimlə razılaşırsan, həm də bildiyini eləyirsən, buna nə ad verək?

C) Gah göy guruldayıb şimşək çaxır, gah da şiddətli külək əsir, qapı-pəncərəni silkələyirdi.

D) Sən ya bizimlə qalmalısan, ya da getməlisən.

E) Nə özünü yor, nə də mənə bir söz de.

62) Baş üzvləri quruluşca mürəkkəb olan cümlə hansı bənddədir?

A) Sabirin şeirləri “Molla Nəsrəddin” jurnalı vasitəsilə Orta Asiyada, İranda və Türkiyədə də geniş yayılmışdır.

B) Mərhum akademik Ziya Bünyadovun “Qırmızı terror” kitabında repressiyaya məruz qalmış bir sıra Azərbaycan ziyalılarının həyatından söhbət açılır

C) Qarşıdan gələn tədris ilində baş verəcək yeniliklər haqqında geniş məruzə olundu.

D) Qız qalasının möhtəşəm quruluşu Bakıya gələn qonaqları ilk baxışdan valeh edir

E) Səni ən çox təəccübləndirən onun saymazlığıdır.

63) Söz sırasının pozulduğu sıranı göstərin:

A) Soyuqluğun könlümə Saldı qara xal, gülüm.

B) Görüş – qışdan sonra gələn bahardır..

C) Özün getdin, sözün qaldı, Sinəm üstə közün qaldı...

D) “Unut” demək asandır, Mən unuda bilmirəm...

E) Bu gün mən səni gördüm, Salam vermək istədim. Üzünü yana tutdun......

64) Tabelilik əlaqəsinin hər üç növünün işləndiyi birləşmə hansı bənddədir?

A) çox maraqlı əsər

B) çətinliklə irəliləmək

C) ürəyimdəki sonsuz arzular

D) körpünün daş arakəsməsi

E) kitabı maraqla oxuyan

65) Yalnız mənsubiyyətə görə dəyişərkən söz kökündən II saiti düşən sözləri seçin: 1. ağıl 3. heyif 5. şəkil 2. zehin 4. ağız 6. ovuc

A) 2, 4, 6

B) 1, 4, 6

C) 1, 3, 5

D) 2, 3, 5

E) 4, 5, 6

66) “O – sevdadır, hey dolanır başımda…” Altından xətt çəkilmiş söz haqqında verilmiş fikirlərdən biri səhvdir.

A) təsdiqdədir

B) düzəltmədir, məchul növdədir

C) təsirsizdir

D) III şəxsin təkindədir, təsriflənəndir

E) xəbər şəklindədir



67)

A) A


B) C

C) B


D) E

E) D


68) Mürəkkəb zaman zərfi işlənmiş cümləni müəyyənləşdirin:

A) Dünəndən başlayan yağış bu gün günorta kəsdi.

B) Dəfələrlə onu xəbərdar etsəm də mənə qulaq asmadı

C) Onun indi özünü bu cür aparması məni çox narahat edirdi.

D) Evə çatanda mənə zəng edərsən.

E) Saat beşdə onunla burada görüşməli idik.

69) Sintaktik yolla düzəlmiş azaltma dərəcəsində olan sifət hansı cümlədədir?

A) Bu söhbət məni az maraqlandırır.

B) Onun şabalıdı və qıvrım saçları sifətinə xüsusi bir yaraşıq verirdi.

C) Açıq qapının arxasından içəridə əyləşən şəxslərin söhbətini aydın eşitmək olurdu

D) Ət yaxşı bişməmişdi: ala-çiy idi.

E) Çayın suyu o qədər duru idi ki, orada üzən xırdaca balıqlar aydın görünürdü

70) Cəm və hal şəkilçisi qəbul etmiş isimləşən say hansı cümlədədir?

A) Qaçaqların yerini hətta onlara ən yaxın olanlar belə bilmirdilər

B) Bizim alay yüzlərlə düşməni məhv etdi.

C) Onuncuları bir yerə toplayıb sabahkı tədbir haqqında məlumat verdilər.

D) Rabitəçi beşinci dəstəyə lazımi məlumatları ötürdü

E) Yorğun olmağımıza baxmayaraq, birinciliyimizi qoruyub saxlaya bildik.



71)

A) 2, 4


Yüklə 120,54 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə