6. Dövlətlərarası münasibətlərə transmilli korporasiyaların təsiri və hökumətlərin nəzarəti itirməsi problemi


Transmilli korporasiyaların iqtisadi fəaliyyətlərinin böyük bir hissəsi öz ölkələrinin ərazisində reallaşdırılır



Yüklə 17,41 Kb.
səhifə3/6
tarix10.05.2022
ölçüsü17,41 Kb.
#56968
1   2   3   4   5   6
muhazire6
muhazire07, muhazire05 (1)
Transmilli korporasiyaların iqtisadi fəaliyyətlərinin böyük bir hissəsi öz ölkələrinin ərazisində reallaşdırılır. 2001-ci ildə dünyanın ən böyük 500 şirkətinin ümumi satışlarının 72%-i öz ölkələrində aparılmışdır.57

Transmilli korporasiyalar öz fəaliyyətinin legitimliyinə təminat əldə etmək üçün əfsanə, simvol və normalar yaradaraq və dünyanın istənilən yerində qərb həyat tərzi, arzusu və sosial praktikasına cavab verməklə yeni münasibətlər formalaşdıra bilir. Məs., XIX əsrdəki “protestant moizəsini müşayiət edərək onu tamamlayan mədəni proqramlara”, bir sözlə missionerlərin, eləcə də XX əsr çoxmillətli korporasiyaların fəaliyyətinə yuxarıda sadalanan mövqelərdən çıxış edərək yanaşılır. Piter Evans isə sübut edir ki, çoxmillətli korporasiyaların reklam kompaniyaları daha az inkişaf etmiş ölkələrdə insanların öz aralarındakı sıx münasibətləri elə dəyişir ki, bu gələcəkdə onların müstəqilliyinə, öz iqtisadiyyatlarının inkişafına zərbə vurur.58 Robert U.Koks isə onları funksional nəzəriyyənin yeni “qəhrəmanları” kimi qələmə verir: o həm də bir sıra misallar əsasında sübut edir ki, nəinki korporasiyalar , eləcə də bəzi həmkarlar ittifaqları liderləri transmilli iqtisadi fəaliyyətlə məşğul olurlar. Bir sıra həmkarların fəaliyyətini diqqətlə araşdırdıqdan sonra, həmkar ittifaqları-korporasiya “simbiozunun” olduğunu qeyd edir və bu kombinasiyada hakimiyyət həmkarların liderlərinə və həm də korporasiya rəhbərliyinə aiddir. Daha sonra həmkarların rolunu dünya təsərrüfatında korporativ üstünlüyün kompensasiya edilməsi işində millət-dövlətlərin roluna bənzədir.

Koks və digər müəlliflər hesab edirlər ki, transmilli qarşılıqlı əlaqələrdə millət-dövlətlərin rolunu digəri ilə əvəz etmək çox çətindir, buna baxmayaraq onlar sonrakı müvafiq baxışları ilə bunun asan iş olduğunu söyləməyə bizə əsas verir.60


Yüklə 17,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə