ﺖﺳا سووﺎآ بﺮﻌﻣ سﻮﺑﺎﻗ
ﺪﺟ مﺎﻧ و
ﻦﺑ ﺮﻴﮕﻤﺷ و ﻦﺑ سووﺎآ ﺮﻴﻣا وا
ﻦﻳا و ﺖﺳا ﯽﻤﻠﻳد دﺎﻳز ﻦﺑ ﺞﻳوادﺮﻣ
ﺪﻨﻧاﻮﺧ رﺎﻳز لﺁ ﻪﻤﻟﺎﻳد ار ﻪﻘﺒﻃ
1
"Qabus (sözü) Kavusun ərəbiləşmişidir və onun babasının
adı Əmir Kavus ibn Vəşmgir ibn Mərdavic ibn Ziyar deyləmidir
və bu tayfa Al-ziyar deyləmiləri adlanır".
Buradan göründüyü kimi, söhbət kitabın Keykavus
tərəfindən yazıldığı haqqında getmir, əksinə onun babası
Qabusun adının ərəbcə
سﻮﺑﺎﻗ
və onun farsca ekvivalentinin
سووﺎآ
olduğu haqqında gedir. Buna isə şübhə etməyə
dəyməz. Belə misallar tarixdə çoxdur və ərəblər bir çox fars
adlarını öz əlifba və dil qanunlarına uyğunlaşdıraraq yazmışlar
(məsələn, Bozorgmehr əvəzinə Bozorcmehr və s.).
İndi istər sovet alimləri, istərsə də farsların özləri A.
Krımskinin "Qabusnamə"nin Keykavus tərəfindən babası Qabus
ibn Vəşmgirin xatirinə belə adlandırdığı fikrini qəbul etmir və
kitabın belə adlandığını "səhv" və "anlaşılmazlıq" hesab edirlər.
"Qabusnamə"nin nə üçün belə adlandığı məsələsi
şərqşünaslar tərəfindən hələlik açıq buraxılmış və onun həlli
gələcək tədqiqatçıların öhdəsinə buraxılmışdır. Azərbaycanlı
oxuculara ilk dəfə olaraq təqdim edilən bu kitabın bu "qəribə"
(Y. Bertels) adı haqqında yürüdülən mühakimə və nəticələr
1
ص ،ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ ، ﺖﻳاﺪه نﺎﺧ ﯽﻠﻗﺎﺿر
40
14 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
tarixçilərin, təzkirəçilərin və Keykavusun özünün verdiyi cüz'i
materiallar və məntiqi mühakimələr əsasında çıxarıldığından biz
də həmin üsulla öz fikrimizi demək istəyirik. Fikrimizi sübut
etmək, mühakimələrimizi əsaslandırmaq üçün hər şeydən əvvəl
tarixlə, Keykavusun mənsub olduru xanədanın həyatı ilə tanış
olmalı, tarixi faktları Keykavusun "Qabusnamə"də verdiyi
mə'lumatlarla tutuşdurub məntiqi nətiçə çıxarmalıyıq.
Ziyarilər ərəb xəlifəliyinin zəiflədiyi bir dövrdə, ərəblərə
qarşı hər yanda arası kəsilmədən bir-birini əvəz edən üsyanlar
dövründə meydana çıxmış, İranın cənubunda, Təbəristan və
Gurganda həmişəlik olaraq ərəb xəlifəliyinə son qoya
bilmişdilər. Ziyarilərin (928-1045)
1
ilk nümayəndəsi sayılan
Mərdavic (farscası: Mərd-aviz) hicri-qəməri 315, miladi ilə
927/8-ci illərdə Xəzər dənizinin (Absükun) cənub" vilayətlərini
ələ keçirməklə kifayətlənməyib, əvvəlcə İranın qərb ölkələrini
tutmaq, sonra isə Bağdada gedərək xilafətə son qoymaq
istəyirdi.
İbn əl-Əsirin dediyinə görə Mərdavic iflasa uğramış bir
kəndli olmuş, sonra əkinçiliyi buraxaraq muzdlu ordu sırasına
getmiş və orada hərbi şöhrət qazanmışdı. Lakin Ziyarilər
özlərini Sasanilər nəsli hesab edir, hər şeydə özlərini onlara
oxşatmağa çalışırdılar. Məsələn, sülalənin banisi Mərdavic
tacını Sasanilər kimi qızıldan qayıtdırır, ona tabe olan feodal
valilərin başına isə gümüşdən taç qoyurdu, qızıl taxtda oturur,
sasani şahları kimi böyük cah-cəlal, əzəmət və təntənəli qəbul
günləri tə'yin edir, "səde" (od bayramı) keçirir, ordu üçün eyş-
işrət məclisləri düzəldir, Sasanilər kimi hakim şovinist ruhunu
aşılamağa çalışır, ərəblərə, ərəblərə xidmət edən iranlılara,
başqa tayfalarla qohumluq edənlərə amansız divan tuturdu.
Mərdavic xidmətçiləri arasında təbərilər, deyləmilər, muzdlu
hərbçilər xüsusi üstünlüyə malik idilər; türk və başqa tayfadan
olan qulamlar isə əksinə, təhqir edilir, döyülür, haqq-nahaq tez-
1
Бах:История Ирана с древнейших времен до конца 18 века, сəһ. 129.
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
tez cəzalandırılırdı. Bütün bunlar hamısı türk tayfalarında
Mərdavicə qarşı böyuk kin və düşmənlik hissləri oyadırdı.
Mərdavicin qulamlara və başqa tayfalara tutduğu bu divan
nəhayət onun ölümünə səbəb oldu.
Məs'udi və İbn əl-Əsirin nəql etdiyinə görə, İsfahanda
Mərdavicin bir dəfə türk tayfalarından olan qulamlara bərk acığı
tutur, onların axurda atlara həddindən artıq çox xidmət
etdiklərini, hayküy salaraq ona yatmağa mane olduqlarını
bəhanə edir və cəza olaraq hamin türk qulamlarını cilovlayıb,
bellərinə yəhər, ağızlarına yüyən vurub at kimi axura
bağlanmalarını əmr edir. Həmin cavan türk qulamları
Mərdavicin qara qulunu ələ alır, Mərdavicin qılıncını sındırıb
qınına qoymağı tapşırırlar. Qara qul razı olur. Sonra Mərdavic
hamamda olarkən qulamlar ona hücum edirlər (
323
-934/5).
Silahı sındırılmış lut Mərdavic qapının dalına şey doldurub
özünü müdafiə etmək istəyir, lakin qulamlar taxtapuş tərəfdən
girərək onu öldürürlər.
Mərdavicin hamamda öldurülməsi ordu arasında böyük
şaşqınlığa, qarma-qarışıqlığa səbəb olur.
Onun valilərindən olan Buye (ərəbcə Buveyh) qardaşları
bundan istifadə edib Şirazdakı orduları ilə hücuma keçib
İsfahanı tutur və bir azdan sonra özlərini şah e'lan edirlər (935-
1055). İranın qərb ölkələri Ziyarilərin hakimiyyəti altından
çıxır. Mərdavicin varisləri bundan sonra əsasən, doğma
vətənləri Gürganda hökmranlıq etməli olurlar.
Mərdavicin ölümündən sonra onun qardaşı, "Qabusnamə"
müəllifinin böyük babası Vəşmgir taxta oturur, əvvəlki
torpaqları geri qaytarmaq istəyirsə də bir şey edə bilmir.
Sasanilərlə vuruşu da sülhlə nəticələnir. Vəşmgirin ləqəbinin nə
uçun "duşməngir kimi" izah edilməsi aydın olmur.
Rzaqulu xanın çap etdirdiyi "Qabusnamə"nin haşiyəsində
Vəşmgir sözü "düşməngir", yə'ni "düşmən tutan" kimi izah
edildiyi halda1, S. Nəfisi həmin sözün "Voşm" və "gir"dən
1
ص ،ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ ، ﺖﻳاﺪه نﺎﺧ ﯽﻠﻗﺎﺿر
6
16 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
əmələ gəldiyini, "bildirçin tutan" demək olduğunu yazır. Hələ
indi də Astarabad və Gürganda bildirçinə "voşm" deyildiyi qeyd
olunur. Buna görə muxtəlif mə'xəzlərdə Vəşmgir sözünə gah
"Vəşmgir", gah "Veşmqir" (A. Krımski), gah "Vuşmaqir" (Y. E.
Bertels) formasında təsadüf edilir. Fars mətnlərində hərəkələr
qoyularkən birinci hərf gah zəmmə, gah fəthə ilə yazılır.
Fikrimizə görə, həm "Vəşm" sözünün müxtəlif mə'naları,
məsələn, surət, ideal, iynə ilə döydurməklə bədən üzərinə
çəkilən şəkil və s., həm də o zaman şahlara verilən ləqəblər
nöqteyi-nəzərindən Vəşmgir forması daha düzgündür.
Vəşmgirin Bistun, Salar və Qabus adlı üç oğlu var idi. Vəşmgir
öldükdən sonra Bistun (967-976), ondan sonra isə "Qabusnamə"
muəllifinin babası, guya kitabın belə adlanmasına səbəb olmuş
və Ziyarilər xanədanında ən böyuk şöhrət tapmış, ərəb xəlifələri
tərəfindən Şəmsülməali, yə'ni "məal günəşi" ləqəbini almış
Qabus taxta sahib olur .
Hələ Bistun hakimiyyət başında olarkən Albuyələr
Ziyariləri sıxışdırmış, onların torpaqlarının xeyli hissəsini zəbt
etmişlər. Ziyarilərin ixtiyarında vətənləri Gürgandan başqa bir
şey qalmamışdı. Bəlkə, Şəmsülməalinin Rüknəddövlənin qızını
alaraq Buyə xanədanı ilə qohum olmasının səbəbi də bu idi.
Şəmsülməali öz hakimiyyətini gücləndirmək, əldə qalmış
torpaqları saxlamaq üçün bir tərəfdən Deyləmi hökmdarı Həsən
Firuzanın qızını alır, digər tərəfdən Albuyələrlə də qohum olur,
rəiyyətə qarşı qəddarlıq və amansızlıq göstərir, lakin bütün
bunlara baxmayaraq Əzüdəddövlə tərəfindən məğlub edildikdən
sonra on yeddi ildən çox
288
-
270
Nişabura, Qəznəvilərə
pənah apararaq orada sürgün kimi yaşamağa məcbur olur, yalnız
-
388
ci ildə Qəznəvilərin köməyi ilə yenə hakimiyyət başına
qaytarılır və öz torpağı Gürgan ona verilir.
Buyə hökmdarı Əzüdəddövlə ilə Qabus arasındakı
düşmənçiliyin səbəbi "Qabusnamə" kitabında yaxşı təsvir
edilmişdir. Bu, tam mə'nasında daxili saray çəkişmələri, şahlıq,
torpaq və hakimlik üstə doğma qardaşlar arasında gedən faciəli
mənsəb düşmənçiliyi idi.
Əzüdəddövlə öz qardaşı Fəxrüddövləni mirasdan məhrum
etdikdə o, qaçıb yeznəsi Qabusun yanına gəlir. Əzüdəddövlə
məktub yazaraq, Qabusdan Fəxrüddövlənin geri göndərilməsini
və ya zəhər verib öldürülməsini tələb edir. Qabus bu təklifi
qəbul etmir, üstəlik öz qızını ona ərə verib ikibaşlı qohum olur.
Əzüdəddevlə ilə Qabus arasında düşmənçilik əmələ gəlir,
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
müharibə başlayır. Qabus məğlubiyyətə uğrayaraq Nişabura
qaçmalı olur. Qabus, görünür burada, Nişaburda sürgündə
olarkən öz yaradıcılıq işinə başlayır. Ərəb dilində gözəl, səlis,
əsrinin tələblərinə uyğun əsərlər yazmağa başlayır, alim, yazıçı,
münəccim, şair və müdrik adamlarla görüşərək o zamanın
görkəmli şəxsiyyətləri ilə ünsiyyət saxlayır və yenidən
hakimiyyət başına gəldikdə öz sarayını qəznəvilər kimi, elm,
şe'r və mədəniyyət ocağına çevirməyə çalışır.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, IX-XII əsrlərdə
Şərq ölkələrində dövlətin hansı qəbilə və hansı tayfa əlində,
xilafət və ya yerli feodallar əlində toplanmasından asılı
olmayaraq, ölkənin ağıllı və müdrik alimləri hakimiyyət
mərkəzini həm də mədəniyyət mərkəzinə çevirməyə çalışır, bu
vasitə ilə həm qılıncın şöhrətini artırmaq, həm elmin hörmətini
qaldırmaq, həm fanatizmə qarşı mübarizə aparmaq, həm
müxtəlif xalqların hüququnu müdafiə etmək, bir sözlə həm
hakim təbəqəni tə'rifləmək, həm də ifşa edib pisləmək kimi bir-
birinə zidd olan iki məqsəd üçün istifadə edirdilər. Ona görə bu
əsrlərdə alim və şairlərin saraya toplanması təsadüfi və
təəccüblü deyildi. Həmin dövrdə bir sıra şahlar və hökmdarlar
özləri də elmi, bədii və dini əsərlər yazırdılar. Bunlardan biri də
Qabus idi. Qabusun yazdığı əsərlərin əksəriyyəti ərəb dilindədir.
Qabusun ərəb dilini çox yaxşı bildiyini, ərəbcə qısa, yığcam,
səlis, dolğun məzmunlu əsərlər yazdığını tə'rifləyir, onun
hikmətli sözlərinin dillər əzbəri olduğunu deyirlər. Qabusun üç
əsəri mə'lumdur. Onların ən məşhurları İmam Əbülhəsən Əli
ibn-Yəzdadi tərəfindən "Qəraini-Şəmsülməali" və ya "Kəmaləl-
bəlağe" adı altında bir kitab şəklinə salınmışdır.
Qabusun qələminin qüdrətini, sözlərinin kəskin, qısa və
tutarlı olduğunu sübut etmək üçün həmin məcmuədə çoxlu
misallar gətirilir, Y. E. Bertels də 1958-ci ildə çap etdirdiyi
"Kabus-namə" kitabının müqəddiməsində ondan geniş surətdə
istifadə etmişdir
1
. Biz də Bertelsin gətirdiyi bir-iki misaldan
1
Е. Э. Бертельс. "Кабус-намэ", М., 1958, сəһ. 10-20.
18 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
istifadə etməklə Azərbaycan oxucularını Qabusun yaradıcılığı
ilə tanış etmək istəyirik.
Oufi Qabusun fikirləri yığcam yazmaqda mahir olduğunu
göstərmək üçün belə bir əhvalat danışır. İki əmir Qabusun
hökmünə tabe olmaq istəmir, Qabus katibə deyir ki, onlara
xəbərdarlıq məktubu yazıb müti olmalarını məsləhət görsün.
Dəbir (katib) məktubu yazıb qurtardıqdan sonra Qabus onun
oxunmasını əmr edir. Məktub ona uzun və sözçülüklə dolu
gerünür. Qələm, kağız istəyir və özü bu iki misranı yazır:
ﻟا ﺲﻤﺷ ﻦﻴﺼﻌﺗ ﻻ
ﺎﺳﻮﺑﺎﻗ ﯽﻠﻌ
ﺎﺳﻮﺑ ﯽﻘﻠﻳ ﺎﺳﻮﺑﺎﻗ ﯽﺼﻋ ﻦﻤﻓ
yəni:
Gəlin yağı olmayın siz Qabusa
Qabusa
ağ
olan
tez
batar yasa.
Göründüyü kimi, Qabus uzun bir məktub əvəzinə iki misra
ilə kifayətlənmiş, səs cəhətdən bir-birinə yaxın olan "Qabus" və
"bus" sözlərinin həmahəngliyindən istifadə edərək onları qafiyə
seçmişdir.
Oufinin dediyinə görə, Qabusun fars dilində də bir neçə
şe'ri vardır. Onlardan da bir-iki misal göstərək. Mənə elə gəlir
ki, öz məzmunu cəhətdən onlar Qabusu xarakterizə etmək üçün
daha çox səciyyəvidir.
Hər yerdə Şəmsülməalinin farsca misal olaraq bu şe'ri
göstərilir:
1
زﺎﻴﻧ ﺎﻳ ﺖﺳا زﺁ ﺮﺳاﺮﺳ نﺎﻬﺟ رﺎﮐ
ار زﺎﻴﻧ و زﺁ مرﺎﻴﺑ لد ﺶﻴﺑ ﻦﻣ
ﻩﺪﻳﺰﮔ ﺮﺑ نﺎﻬﺟ ز ار ﺰﻴﭼ ﺖﺴﻴﺑ ﻦﻣ
ما
ﮔ ناﺪﺑ ﻢه ﺎﺗ
ار زارد ﺮﻤﻋ مراﺬ
1
Е. Э. Бертельс."Кабус-намэ, М,. 1958, сящ. 18-19.
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
ﺞﻧﺮﻄﺷ_ر_زﺎﺑ_ا'> راﻮﮕﺷﻮﺧ ﯽﻣ و دور و دوﺮﺳ و ﺮﻌﺷ
ار
و زﻮﻳ و ﻪﮔ ﺪﻴﺻ و دﺮﻧ و ﺞﻧﺮﻄﺷ
ر زﺎﺑ
ا
و مزر و ﻪﮔ رﺎﺑ و ﯼﻮﮔ و ناﺪﻴﻣ
ار مﺰﺑ
حﻼﺳ و ﺐﺳا
و
ار زﺎﻤﻧ و ﺎﻋد و دﻮﺟ
Bu şe'r bir sıra dəyişikliklə Səid Nəfisidə belə verilmişdir:
1
زﺎﻴﻧ ﺎﻳ ﺖﺳزﺁ ﺮﺳاﺮﺳ نﺎﻬﺟ رﺎﮐ
ار زﺎﻴﻧ و زﺁ مرﺎﻴﻧ لد ﺶﻴﺑ ﻦﻣ
ﻦﻣ
ﺸه
ﻩﺪﻳﺰﮔ ﺮﺑ نﺎﻬﺟ ز ار ﺰﻴﭼ ﺖ
ما
ار زارد ﺮﻤﻋ مراﺬﮔ ناﺪﺑ ﻢه ﺎﺗ
ﺪﻴﻣ
و مزر و ﻪﮔ رﺎﺑ و ﯼﻮﮔ و نا
ار مﺰﺑ
ار زﺎﻤﻧ و ﺎﻋد و دﻮﺟو حﻼﺳ و ﺐﺳا
راﻮﮕﺷﻮﺧ ﯽﻣ و دور و دوﺮﺳ و ﺮﻌﺷ
ار
و زﻮﻳ و ﮓﺳ و ﺪﻴﺻ و دﺮﻧ و ﺞﻧﺮﻄﺷ
ار زﺎﺑ
hər iki şe'rdən göründüyü kimi, onlar arasında müəyyən
fərqlər vardır. İkinci misrada Y. Bertelsdə
مرﺎﻴﺑ
olduğu halda, S. Nəfisidə düz olaraq
مرﺎﻴﻧ
-dir.
Y. E. Bertels də bu sözün məhz "nəyaram" oxunmasının
doğru olacağını həmin şe'rin aşağısında göstərir. Lakin mətnin
özündə təshih etmir. Üçüncü misrada
Y. Bertelsdə
ﺖﺴﻴﺑ
yazıldığı halda.S.Nəfisidə
ﺸه
ﺖ
yazılmışdır. Biz Y. Bertelsdəki variantın düz olduğunu qəbul
1
ناﺮﻬﻃ ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ ﺐﺨﺘﻨﻣ ﯽﺴﻴﻔﻧ ﺪﺒﻌﺳ
1320
ص زﺎﻏﺁ ﺮﺳ
14
20 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
edirik. Y. Bertelsdə və S. Nəfisidə son iki beyt yerlərini
dəyişmişdir.
Bundan əlavə
ﺞﻧﺮﻄﺷ
sözü ilə başlayan misra bir-
birindən fərqlidir. Bizim fikrimizə görə S. Nəfisidəki doğrudur.
Y. E. Bertelsin səhifənin aşağısındakı qeydi məhz həmin
misranın düz olmaması nəticəsində meydana çıxmışdır. Y. E.
Bertels 17-ci qeyddə yazır ki, "saydıqda on doqquz çıxır".
Y. Bertelsin gətirdiyi şe'rin
ﺞﻧﺮﻄﺷ
-lə başlayan
misrasında
ﮓﺳ
olmadığından və onun əvəzinə vəzn pozulmasın
deyə
ﻪﮔ
yazıldığından (yə'ni
ﮓﺳ و ﺪﻴﺻ
əvəzinə
ﺪﻴﺻ
ﻪﮔ
yazıldığından) belə olmuşdur. Bütün bu təshihləri nəzərə
alaraq həmin şe'rin sətri tərcüməsini aşağıdakı kimi veririk:
Dünyanın işi başdan ayağa az və niyazdır,
Mən isə az və niyazı ürəyimə də gətirmirəm.
Mən dünyada iyirmi şeyi seçmişəm,
Uzun ömrü bu iyirmi şeylə də keçirəcəyəm:
Şe'r, nəğmə, musiqi, ləzzətli şərab,
Şahmat, nərd, ov, it, qaplan və şahin,
Meydan, top, şah sarayı, döyüş və kef məclisi,
At, silah, səxavət, dua və namaz.
Bundan əlavə, Qabusun farsca yazılmış daha bir neçə rübai
və qit'əsi vardır.
Qabus, yuxarıda deyildiyi kimi, özü ərəbcə, farsca gözəl
yazmaqla bərabər, sarayını elm, mədəniyyət ocağına çevirməyə
çalışmış və əsrinin bir çox böyuk alimlərini öz himayəsi altına
almışdır.
Öz dövrünün ən məşhur astronom və tarixçisi olan Əl-
Biruni (973-1048) Qabusa hörmət bəsləmiş və özünün "Şərq
xalqlarının xronologiyası əsərində bunu açıq yazmışdır.
Dövrünün ən böyük ensiklopedisti hesab edilən İbn-Sina
zorla Qəznəvilər sarayına göndərilərkən Xarəzmdən qaçdıqda
məhz Qabusun yanına gəlməyi qət etmiş, onun tərəfindən
hörmətlə qarşılanmış və Qabus taxtdan salınana qədər onun
sarayında olmuşdur. Qabusun sarayında özünə sığınacaq tapmış
alimlər içərisində məşhur tarixçi-filoloq Sə'lib Nişaburi (961—
1038), Xosrovi, Qumri Gürgani və başqaları olmuşdur. Bütün
bunlarla birlikdə, Qabus öz sarayında muzdlu məddah şairlərin
toplanmasına sə'y etməmiş, Əl-Biruninin yazdığına görə, belə
şairlərin yazdıqları tərifnamələri və mədhnamələri qeyri-
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
səmimi, saxta adlandırmışdır
1
. Lakin Qabusun özünün şe'r
yazmasına, alimləri himayə etməsinə baxmayaraq, o, rəiyyətə
qarşı çox qəddar olmuş, özünə yaxın adamların ən balaca
günahlarını belə bağışlamayıb onlara ən ağır cəza vermişdir.
Həmin zülmkarlığın nəticəsində saray adamları əlbir olaraq
onun oğlu Mənuçehr Fələkül məalini atasını həbs etməyə
məcbur etmiş, sonra isə Cənaşək qalasında öldürmüşlər.
Bu əhvalatı Keykavus da öz "Qabusnamə"sində belə tesvir
etmişdir:
"Mənim babam Şəmsülməali haqqında nağıl edirlər ki, o
çox qəddar adam imiş və heç kəsi bağışlamazmış. Çox pis adam
imiş, pisliyindən qoşun ondan nifrət edirmiş. Onlar mənim
əmim Fələkülməali ilə əlbir olurlar. O, məcburiyyət üzündən öz
atasını həbs edir, çünki ordu ona demişdi: "Sən bu işdə bizimlə
bir olmasan biz bu şahlığı özgələrə verəcəyik. Şahlığın öz
xanədanının əlindən çıxacağını gördükdə, zərurət üzündən,
şahlıq xatirinə bu işi elədi".
Atasını həbs etdirdikdən sonra onun yerinə keçən
Fələkülməali Mənuçehr də (1012-1039) o zaman şair və alimləri
öz sarayına cəlb etmək ən'ənəsini davam etdirir. Məşhur şair
Əbu əl-Məali Mənuçehrin sarayında olmuş və öz təxəllüsünü
onun şərəfinə olaraq Mənuçehri götürmüşdür. Mənuçehr özünə
möhkəm dayaq tapmaq məqsədi ilə (1014-cü ildən sonra) Soltan
Mahmudun qızını alır. Beləliklə, əvvəllər Sasanilərə arxalanan
Ziyarilər indi də Qəznəvilərə ümid bəsləyir. Lakin Qəznəvilərlə
qohumluq Ziyarilər xanədanını
məğlubiyyət və
məhrumiyyətlərdən xilas edə bilmir.
Feodalizm cəmiyyətində hökmranlıq edən zorakılıq, daxili
çarpışmalar, yadelli basqınlar tezliklə Ziyarilər xanədanına son
qoyur. Soltan Mahmud sağ olduğu müddətdə Ziyarilərə
toxunmur, əksinə, kürəkəni olan Mənuçehr və onun yaxın
adamlarından öz qəsbkarlıq və zəbtkarlıq məqsədləri üçün
Hindistana və başqa ölkələrə yürüşlərdə istifadə edir.
1
Бах: Е. Э. Бертельс. "Кабус-намэ, М., 1958, сящ, 21-22.
22 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
1039-cu ildə Mənuçehr ölür, onun yerinə Ənuşirəvan
Şərəfülməali oturur və ölkəni öz qardaşı Dara və bəlkə də əmisi,
yə'ni "Qabusnamə" kitabının müəllifinin atası İskəndərlə
birlikdə idarə etməyə başlayır.
1030-cu ildə Soltan Mahmud ölür, onun yerinə oğlu Soltan
Məs'ud keçir və dərhal, xarici əzəmət və həşəmətinə
baxmayaraq, Qəznəvilər dövlətinin daxilən zəiflədiyi, çürüdüyü
bütün bəxyələr üzrə dağılmağa hazır olduğu meydana çıxır.
Hələ uşaqlıqdan əyyaşlıq və rüşvətxorluğa öyrənmiş Məs'udun
sərkərdəlik bacarıqsızlığı, ölkəni dolandırmağa layiq olmadığı
özünü büruzə verir. Onsuz da hədsiz müharibə və ağır
vergilərdən təngə gəlmiş rəiyyət artıq yeni zülm və ədalətsizliyə
dözə bilmir, ağalarının qudurğanlığını görən yerli feodallar isə
daha həyasızlaşır və camaata verdikləri əzab və əziyyəti,
soyğunçuluğu qat-qat artırırlar.
XI əsr tarixçisi Beyhəqi öz tarix kitabında belə
feodallardan biri olan Xorasan əmiri Əbulfəzl Surini belə
xarakterizə edir:
"Suri çox qəddar və azğın bir adam idi. O, Xorasanda əl-
qol açdıqdan sonra bütün ə'yan-əşrafı öldürüb, hədsiz miqdarda
pul zəbt etdi. Onun zülmü zəif yoxsulların da axırına çıxmışdı.
Saray məmurla rına və əmirə (Soltan Məs'ud nəzərdə tutulur.-R.
S.) çox qiymətli hədiyyələr göndərməklə sonuncunun tam
e'timadını qazanmışdı, buna görə arası kəsilmədən ondan edilən
şikayətlər heç bir nəticə vermirdi. Əmir (Soltan Məs'ud.-R. S.)
onun (Surinin. R. S.) əleyhinə deyilən heç bir sözə qulaq asmır
və aldığı bəxşişləri onun öz artıq malı hesab edirdi"
1
.
Demək lazımdır ki, başqa vilayətlərin vəziyyəti heç də
bundan yaxşı deyildi. Həmin məsələyə toxunaraq "Qabusnamə"
muəllifi yazır:
"H e k a y ə t. Bil, ey oğul, Məs'ud şahlıq taxtına oturduqda
şücaət və mərdanəlik xülyasına duşdü. Ölkə dolandırmaq
1
История Ирана с древнейших времен до конца 18 века, М., 1958, сящ., 145-146.
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
qaydalarını bilmədiyindən şahlıq əvəzinə kənizlərlə əyyaşlığa
başladı. Ordu və xidmətçilər onun nə ilə məşğul olduğunu
gördükdə qudurmağa başladılar, camaatın işi get-gedə xarab
olmağa üz qoydu, ordu və rəiyyət mütilikdən çıxdılar"
1
.
Yeznənin qayına verdiyi ən yaxşı xasiyyətnamə!
Hekayədə sonra Məs'udun düzəlməsindən danışılır. Lakin
tarix onun əksini göstərir.
Soltan Mahmudun ölümündən bir neçə il sonra (1034/5)
Soltan Məs'ud qohumluq münasibətlərinə baxmayaraq,
Təbəristan və Gürganı ələ keçirmək üçün Ziyarilər üzərinə
hücuma keçir, lakin müvəffəqiyyət qazana bilmir, Xorasana
qayıtmalı olur. Səlcuqilər hər tərəfdən Məs'udu sıxışdırmağa
başlayır. Bir neçə ildən sonra, yə'ni 1037-1038-ci illərdə səlcuqi
Rüknəddövlə Əbutalıb Toğrul bəy Məs'udun ordusunu
darmadarın edərək—Nişaburu zəbt edir. Məsciddə onun adına
xütbə oxunur. Bu il Səlcuqi sülaləsinin başlanğıcı hesab edilir,
Amma az keçməzmiş Məs'ud böyük ordu və fillərlə yürüşə
başlayıb Səlcuqiləri Nişaburdan çıxarmağa müvəffəq olur və
Səlcuqilər üzərinə geniş hücuma keçir. Lakin 1040-cı ilin
mayında Dəndanək altında bir günlük vuruşmadan sonra tam
məğlubiyyətə uğrayır və özünü zorla salamat qurtara bilir.
Həmin ildən sonra Xorasanda Qəznəvilər sülalasinə son
qoyulduğu kimi, Təbəristan və Gürganda da Ziyarilər
xanədanına son qoyulur.
Bə'zi tarixçilər Şərəfülməali Ənuşirəvandan sonra
"Qabusnamə" müəllifi Keykavusun iyirmi bir il və oğlu
Gilanşahın yeddi il hökmranlıq sürdüyünü qeyd edirlər
2
.
1
"Габуснамя", сящ.212.
2
а)
Dostları ilə paylaş: |