4 informasiya c?Miyy?Tinin monitorinqi movcud probleml?R v? Onlarin h?Lli yollari



Yüklə 238,92 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix02.01.2022
ölçüsü238,92 Kb.
#39906
1   2   3   4   5   6
70
Elektron  hökumət  –  icra  hakimiyyəti  orqanlarının  fəaliyyətinin  hər  bir  vətəndaş 

üçün açıq olan şəbəkədə həyata keçirilməsi qarşıya məqsəd qoyulur.  



Elektron  dövlət  –  İKT-nin  köməyilə  icra  hakimiyyəti  orqanlarının  (e-hökumət) 

fəaliyyəti  ilə  yanaşı,  parlament  (elektron  parlament)  və  məhkəmə  hakimiyyəti 

orqanlarının (elektron məhkəmə) fəaliyyətini də dəstəkləyir. 



İnformasiya cəmiyyəti problemləri, №2, 2010  

 

34                                                                  www.jpis.az 



 

“E-dövlət” anlayışı ingilis dilində “e-government” anlayışına daha uyğun gəlir. Bəzi 

hallarda  bu  anlayış  “e-hökumət”  kimi  tərcümə  olunur,  lakin  bu,  onun  mənalarından 

yalnız  biridir.  Müasir  beynəlxalq  hüquqi  sənədlərdə,  xüsusən,  Avropa  İnsan  Hüquqları 

Məhkəməsinin  qərarlarında  “government”  termini  dövləti  bütövlükdə  ifadə  etmək 

mənasında işlədilir [14,18,20,21]. (Qeyd edək ki, gələcəkdə belə anlaşılmazlıqları aradan 

qaldırmaq məqsədilə  e-dövlət anlayışından istifadə edəcəyik.) 

İC-nin inkişaf indikatorlarının müəyyənləşdirilməsi və e-dövlət indikator sisteminin 

formalaşdırılması  məqsədilə  həyata  keçirilən  dövlət  proqramlarının  fəaliyyət  planının  2 

pillədə hazırlanması təklif olunur. Aşağı pillədə ayrı-ayrı mərkəzi, yerli icra hakimiyyəti 

orqanlarının,  məhkəmə,  qanunvericilik,  eyni  zamanda,  bələdiyyə  orqanlarının  sahə 

fəaliyyət  planları  (məsələn,  e-nazirlik,  e-rayon,  e-bələdiyyə  və  s.)  hazırlanır.  Yuxarı 

pillədə  isə  ölkə  üzrə  baş  fəaliyyət  planı  tərtib  olunur.  Sahələr  üzrə  fəaliyyət  planlarında 

müvafiq dövlət hakimiyyəti orqanlarının ölkə səviyyəsində, yerli icra və özünüidarəetmə 

orqanlarının  aid  olduğu  inzibati-ərazi  bölgüləri  üzrə  İKT  layihələri  həyata  keçirilir. 

Bunlara  misal  olaraq,  təhsil  sistemində  İKT-nin  tətbiqinə  dair,  e-elm  üzrə,  gömrük 

sistemi üzrə fəaliyyət proqramlarını və s. göstərmək olar. Baş fəaliyyət planı çərçivəsində 

isə  bu  orqanlar  arasında  informasiya  mübadiləsinin  təşkili,  vətəndaşların  hakimiyyət 

orqanları  ilə  interaktiv,  on-layn  münasibətlərinin  yaradılması,  normativ-hüquqi  bazanın 

təkmilləşdirilməsi  və  yeni  qanunvericilik  aktlarının  işlənməsi,  gov.az  portalının 

yaradılması,  bu  sahə  üzrə  kadrların  hazırlanması,  informasiya  təhlükəsizliyinin  təmin 

olunması,  on-layn  mühitində  dövlət  sirrinin  qorunması,  beynəlxalq  qurumlar  qarşısında 

qəbul  olunmuş  öhdəliklərin  həyata  keçirilməsi,  fərdi  məlumatların  toxunulmazlığı, 

strateji əhəmiyyətli informasiya resurslarının saxlanılması, e-imza və e-sənəd dövriyyəsi 

texnologiyalarının tətbiqi, şəbəkə infrastrukturunun inkişafı, monitorinq mexanizmlərinin 

işlənilməsi və s. kimi məsələlərin  yerinə  yetirilməsi nəzərdə tutulmalıdır. Bu konseptual 

yanaşma  qəbul  olunarsa,  onda  İKT  sahəsində  hər  bir  dövlət  hakimiyyəti  orqanının 

üzərinə  düşən  vəzifə  və  məsuliyyət  aydın  olar,  dövlət  sektorunda  İKT-nin  tətbiqi 

nəticəsində  rəqəmsal  fərqliliklər  minimuma  endirilər,  monitorinqlər  aparmaq  asanlaşar, 

prosesin  menecmenti  yüksək  səviyyədə  aparıla  bilər,  müqayisəli  təhlil  aparmaqla 

gələcəkdə  daha  səmərəli  baş  fəaliyyət  planları  hazırlamaq  olar.  Bu  isə,  öz  növbəsində,                          

e-dövlətin  formalaşması  və  inkişafını  (dinamikasını)  qiymətləndirməyə  imkan  verən 

baza,  sahələr  və  inzibati  ərazi  bölgüləri  üzrə  indikatorların  işlənilməsi,  onların  da 

əsasında monitorinq sisteminin  yaradılmasına imkan verər. 

Təbiidir  ki,  e-dövlətin  qurulması  üçün  bir  sıra  problemlərin  (texnoloji,  normativ-hüquqi 

baza,  kadrların  təhsili,  elmi  və  s.)  həlli  mühüm  şərtdir.  Mövcud  qabaqcıl  təcrübə  əsas 

götürülərək,  ölkəmizdə  də  e-dövlət  quruculuğu  həm  üfüqi,  həm  də  şaquli  idarəetmə 

prinsipləri  əsasında  formalaşdırılmalıdır.  Bu  baxımdan,  e-dövlətin  tərkibinə  daxil  olan 

hər  bir  qurumun  fəaliyyət  planı  olmalı,  inkişafını  xarakterizə  edən  indikatorlar 

müəyyənləşdirilməli,  bu  prosesin  menecmenti  həyata  keçirilməli  və  fasiləsiz  (yaxud 

müəyyən  dövrlər  üzrə)  monitorinqi  aparılmalıdır.  Eləcə  də,  e-dövlətin  baza  və  spesifik  

indikatorlar sistemi işlənməlidir.  

Monitorinq  sisteminin  yaradılmasında  qarşıya  çıxan  əsas  problem  sahələr  üzrə 

indeks  və  indikator  sisteminin  müəyyənləşdirilməsidir.  Qabaqcıl  təcrübədən  istifadə 

edərək, indeks və indikatorlar yerli şərait nəzərə alınmaqla formalaşdırılmalıdır. Sistemin 

özünə  isə  beynəlxalq  səviyyədə  qəbul  edilmiş  indikatorlar  və  lokal  ehtiyaclara  cavab 

verən parametrlər daxil edilməlidir. 



İnformasiya cəmiyyəti problemləri, №2, 2010 

 

 



       www.jpis.az                                                                      35 

 

Ümumiyyətlə,  dövlətin  idarəetmə  formasından  asılı  olaraq,  e-dövlətin  konseptual 



arxitekturasını Şəkil 2-də göstərildiyi kimi təsvir etmək olar. 

Konseptual  arxitekturada  göstərildiyi  kimi,  e-hökumət e-dövlətin  bir  qolunu  təşkil 

edir. 

 

Şəkil 2. E-dövlətin konseptual arxitekturası   



Başqa  sözlə,  e-dövlətin  fəaliyyətini  İKT-nin  köməyi  ilə  icra  hakimiyyəti                           

(e-hökumət)  ilə  yanaşı,  parlament  (e-parlament),  məhkəmə  orqanları  (e-məhkəmə)  və 

yerli  özünüidarəetmə  orqanlarını  (e-bələdiyyə)  da  dəstəkləyir.  Məqsəd  e-qanunvericilik 

hakimiyyətinin,  e-icra  hakimiyyətinin  (e-hökumət),  e-məhkəmənin  və  yerli  özünü-

idarəetmə 

orqanlarının 

(e-bələdiyyə) 

keyfiyyət 

və 

kəmiyyət 



indikatorlarının 

müəyyənləşdirilməsi  və  e-dövlətin  qiymətləndirmə,  monitorinq  sisteminin  yaradıl-

masıdır. 

Monitorinq və qiymətləndirmə sisteminin yaradılmasının nəticəsi kimi aşağıdakıları  

qeyd etmək olar: 

 

Ölkəmizin beynəlxalq reytinq siyahısında daha yuxarı pillələrə qalxması; 




İnformasiya cəmiyyəti problemləri, №2, 2010  

 

36                                                                  www.jpis.az 



 

 

E-dövlətin inkişafına dair daha dəqiq, etibarlı informasiya əldə etmək; 



 

E-dövlətin  inkişafının  zəif  olduğu  regionların  aşkar  olunması  və  müvafiq 

tədbirlərin görülməsi; 

 

Dövlət proqramlarının, layihələrin icrası zamanı büdcə vəsaitlərinin istifadəsində 



səmərəliliyin yüksəldilməsi; 

 

E-dövlət  proqramlarının  həyata  keçirilməsi  prosesində  dövlət  orqanlarının 



motivasiyasının gücləndirilməsi, inteqrasiyasının intensivləşdirilməsi; 

 

İC-nin on-layn monitorinq sisteminin yaradılması.   



Qeyd  etmək  lazımdır  ki,  hal-hazırda  monitorinq  və  qiymətləndirmə  məsələsi, 

xüsusilə  e-dövlət  layihələrinin,  proqramlarının  həyata  keçirilməsi  üçün  aktuallıq  kəsb 

edir. Belə ki, hal-hazırda e-dövlətin mərkəzləşdirilmiş monitorinqi və qiymətləndirilməsi 

sistemi  praktiki  olaraq  mövcud  deyil.  Bu  baxımdan,  ölkəmizin  e-dövlət  proqramının 

həyata  keçirilməsində  hansı  mərhələdə  olduğunu  qiymətləndirmək  çətindir.  Müxtəlif 

mənbələr  özləri  müəyyən  nəticə  çıxarmaqla  hər  zaman  üçün  mötəbərliyə  söykənməyən 

informasiyaya  əsaslanırlar.  Bu  baxımdan,  kompleks  qiymətləndirmə  və  monitorinq 

sisteminin  yaradılmasına  ehtiyac  vardır.  Sistemin  özünə  isə  beynəlxalq  səviyyədə  qəbul 

edilmiş indikatorlar və lokal ehtiyaclara cavab verən parametrlər daxil edilməlidir. 

Monitorinq sisteminin yaradılması e-dövlət layihəsinin həyata keçirilməsində sosial-

iqtisadi səmərəliliyə, şəffaflığa nail olmağa və  fəaliyyət planından irəli gələn tədbirlərin 

həyata  keçirilməsinə,  qoyulmuş  məsələlərin  prioritetliliyinin  müəyyənləşdirilməsində 

dəqiq meyarların təyin olunmasına kömək edə bilər.  

Nəticə 

İC-nin  inkişafı  müxtəlif  dövlətlərin  inkişafının  prioritet  istiqamətini  təşkil  edir. 

Aparılan  araşdırmalardan  da  aydın  olduğu  kimi,  İC-nin  inkişafının  monitorinqi  yalnız 

İKT-nin əlyetərliliyi və ondan istifadə indikatorları ilə məhdudlaşa bilməz. Bu baxımdan, 

İC-nin inkişafına əhəmiyyətli dərəcədə təsir edən amillərə dövlət tərəfindən daim nəzarət 

olunmalı,  analiz  olunaraq  qiymətləndirmə  aparılmalıdır.    İC-nin  inkişaf  strategiyasının 

məqsədi  İKT-nin  istehsalını  və  ondan  istifadəni  stimullaşdıraraq  İKT  infrastrukturunun 

və insan resursunun inkişafını təmin etmək, informasiya mühitinin formalaşmasına zəmin 

yaratmaqdan  ibarətdir.  İC-nin  monitorinq  sisteminin  yaradılması  rəqəmsal  fərqliliyin 

aradan  qaldırılmasına,  İKT  infrastrukturu  zəif  inkişaf  etmiş  regionların  müəyyən-

ləşdirilməsinə,  ucqar  regionlarla  şəhər  mərkəzləri  arasında  əlaqənin  yaradılmasına  və 

regionlarda  həyat  səviyyəsinin  yaxşılaşdırılmasına,  ümumiyyətlə  isə,  ölkədə  İC-nin 

inkişafını ləngidən amillərin aradan qaldırılmasına imkan verəcəkdir.  


Yüklə 238,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə