4 informasiya c?Miyy?Tinin monitorinqi movcud probleml?R v? Onlarin h?Lli yollari



Yüklə 238,92 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix02.01.2022
ölçüsü238,92 Kb.
#39906
  1   2   3   4   5   6
70


İnformasiya cəmiyyəti problemləri, №2, 2010  

 

30                                                                  www.jpis.az 



 

UOT 004.9(738):351/354 

Yusifov F.F.

 

AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan 

farhadysuifov@gmail.com

 

 



İ

NFORMASİYA CƏMİYYƏTİNİN MONİTORİNQİ: MÖVCUD PROBLEMLƏR 

VƏ ONLARIN HƏLLİ YOLLARI 

 

Məqalədə informasiya cəmiyyətinin ölçülməsi problemləri, mövcud vəziyyət şərh olunmuş 

və  bu  sahədə  beynəlxalq  təcrübə  araşdırılmışdır.  E-dövlətin  konseptual  arxitekturası  və 

monitorinq sisteminin yaradılmasına dair təkliflər verilmişdir. 

Açar  sözlər:  informasiya  cəmiyyəti,  elektron  dövlət,  elektron  hökumət,  monitorinq, 

elektron hazırlıq indeksi 

Giriş 

Dövlət  idarəçiliyində  səmərəliliyin  və  İKT-nin  müxtəlif  sahələrdə  istifadə 

səviyyəsinin  monitorinqi  üçün  kompleks  indikator  sisteminin  yaradılması  məsələsi, 

onların  praktiki  tətbiqinin  metodologiyası  1990-cı  illərin  sonlarında  formalaşmağa 

başlamışdır  [1-5].  Hal-hazırda  dünyada  elektron  hazırlığın  qiymətləndirilməsi, 

monitorinqin  aparılması,  ölkələrin  potensialının  analizi  və  müqayisəli  təhlili  üçün 

mövcud  praktiki  təcrübə  və  metodiki  potensial  vardır.  Belə  metodikalar  kimi, 

Ümumdünya  Telekommunikasiya  İttifaqının  İnformasiya  Cəmiyyətinin  (İC-nin) 

ölçülməsinə  dair  İKT-nin  inkişaf  indeksi  (ICT  Development  Index  (IDI)),  BMT-nin 

elektron  dövlətin  (e-dövlətin)  formalaşdırılması  və  istifadəsinə  dair  e-dövlətin  inkişaf 

indeksi  (e-government  development  index),  Ümumdünya  İqtisadi  Forumunun  şəbəkə 

hazırlıq  indeksi  (The  networked  readiness  index),  rəqəmsal  imkanlar  indeksi  (Digital 



Opportunity Index), Avropa Birliyi ölkələrinin e-dövlətin inkişaf səviyyəsinin ölçülməsi 

üçün indikatorlar sistemi (Capgemini şirkəti) göstərilə bilər [4-8].  

Azərbaycan  Respublikasında  dövlət  idarəçiliyinin  və  e-dövlətin  inkişafının 

monitorinqi  metodikasının  işlənməsi  üçün  beynəlxalq  indekslərin  tədqiq  olunmasını 

mühüm amil hesab etmək olar. Həmçinin qeyd etmək lazımdır ki, ölkəmizin beynəlxalq 

reytinqlərin 

hansı 

pilləsində 



qərarlaşması 

regionda 

tutduğumuz 

mövqeyin 

qiymətləndirilməsi  baxımından  çox  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu  indikatorlar  isə 

Azərbaycan  Respublikasında  İC-nin  inkişaf  strategiyasının  yerinə  yetirilməsinin 

göstəricisidir.  Bu  baxımdan,  ölkəmizdə  İC-nin  monitorinq  sisteminin  yaradılması  aktual 

məsələdir. 




Yüklə 238,92 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə