35- sosiologiya qiyabi 2017 2202a, 2252a, 2323a, 2483a, 2473a, 2453a, 2745a, 2922a



Yüklə 0,51 Mb.
tarix13.06.2017
ölçüsü0,51 Mb.
35- SOSIOLOGIYA qiyabi 2017

2202a, 2252a, 2323a, 2483a, 2473a, 2453a, 2745a, 2922a,

1. Sosiologiya müstəqil elm kimi nə vaxt meydana gəlmişdir?

A) XIX əsrin 30-40-cı illərində

B) XX əsrin əvvəllərində

C) XIX əsrin 70-ci illərində

D) XVIII əsrin sonunda

E) XVII əsrin sonunda



2. Sosiologiyanın banisi kimdir?

A) O. Kont

B) A. Ketlen

C) M. Veber

D) E. Dürkheym

E) H. Spenser



3. Sosiologiya terminini elmi dövriyyəyə kim daxil edib?

A) A. Ketlen

B) O. Kont

C) E. Dürkheym

D) H. Spenser

E) M. Veber



4. Kontun fıkrincə, sosiologiyanın predmeti nədir?

A) Sosiologiya insan zəkasının və psixikasının ictimai həyatın təsiri ilə necə təkmilləşdiyini öyrənən elmdir

B) Sosiologiya elə ən ümumi elmdir ki, özündə tarixi inkişafın ümumi nəzəriyyəsini birləşdirir

C) Sosiologiyanın predmetini insanlar arasındakı qarşılıqlı mənəvi münasibətlər təşkil edir

D) Sosiologiyanın predmeti elə xüsusi reallıqdir ki, onunla mövcud elmlərdən heç biri indiyə qədər məşğul olmamışdır

E) Sosiologiya tarixən müəyyən sosial sistemlərin fəaliyyətinin və inkişafının sosial qanunauyğunluqları haqqında elmdir



5. Fəaliyyət müddətinə görə sosial qanunlar hansı növlərə ayrılır?

A) Ümumi qanunlar və spesifık qanunlar

B) Bütövlükdə sosial sferanın inkişafını xarakterizə edən qanunlar

C) Dinamik qanunlar və statik qanunlar

D) Səbəb qanunları və funksional qanunlar

E) İnkişaf qanunları və fəaliyyət qanunları



6. Ümumilik dərəcəsinə görə sosial qanunlar hansı növlərə ayrılır?

A) Bütövlükdə sosial sferanın inkişafını xarakterizə edən qanunlar və sosial sferanın ayrı - ayrı ünsürlərinin inkişafını xarakterizə edən qanunlar

B) Səbəb qanunları və funksional qanunlar

C) Ümumi qanunlar və spesifik qanunlar

D) Dinamik qanunlar və statik qanunlar

E) İnkişaf qanunları və fəaliyyət qanunları



7. Təzahür üsuluna görə sosial qanunlar hansı növlərə ayrılır?

A) Dinamik qanunlar və statik qanunlar

B) Bütövlükdə sosial sferanın inkişafını xarakterizə edən qanunlar

C) İnkişaf qanunları və fəaliyyət qanunları

D) Ümumi qanunlar və spesifık qanunlar

E) Səbəb qanunları və funksional qanunlar



8. Hansı sosial qanunlar vardır?

A) Ümumi, spesifık, dinamik, statistik, səbəbiyyət, funksional, inkişaf

B) Fərdi, ümumi, inkişaf, əxlaqi, səbəbiyyət

C) Kollektiv, spesifık, ümumi, inkişaf

D) Hüquqi, etik, funksional, dinamik

E) Funksional, spesifik, fərdi, kollektiv



9. Sistem termini nə zaman elmi dövriyyəyə daha geniş daxil olub?

A) XVII-XVIII əsrlərdə

B) XVIII-XIX əsrlərdə

C) XIX-XX əsrlərdə

D) XVI-XVII əsrlərdə

E) XV-XVI əsrlərdə



10. Sistemin ənmühüm əlamətləri hansılardır?

A) Davamlılıq, müvazinət, əks əlaqə

B) Bütövlük, diferensiallıq, ərazi

C) Müvazinət, mədəniyyət, sistemlilik

D) Elementlərin əlaqəsi, bütövlük, dinamiklik

E) Strukturluluq, müvazinət, ərazi



11. Formasına görə sosial sistemlər hansı növlərə ayrılır?

A) Kiçik, orta, böyük və mürəkkəb sistemlər

B) Maddi və ideal sistemlər

C) Açıq və qapalı sistemlər

D) Ehtimal edilən və determinasiya olunan sistemlər

E) Dinamik və statik sistemlər



12. Cəmiyyətə makrososioloci yanaşmanı kim təklif edib?

A) O. Kont

B) E. Dürkheym

C) E. Şilz

D) A. Şeffle

E) H. Spenser



13. Cəmiyyətin əsas ünsürləri hansılardır?

A) Sosial birlik, sosial təşkilat, mədəniyyət

B) Sosialinstitut, sosial ərazi, sosial-etnik birliklər

C) Mədəniyyət, sosial sistem, əks əlaqə

D) Sosial təşkilat, sosial sistem, sosial əlaqə

E) Sosial status, sosial struktur, mədəniyyət



14. Cəmiyyətin əlamətləri hansılardır?

A) Ərazi, davamlı əlaqələr, özyetərlilik, mədəniyyətin ümumiliyi

B) Sosial təşkilat, sosial qrup, mədəniyyət

C) Sosial struktur, ərazi, sosial qrup

D) Sosial institut, özyetərlilik, əks əlaqə

E) Sosial birlik, davamlılıq, ərazi



15. Marksizm cəmiyyəti hansı parametrə görə fərqləndirir?

A) İstehsal münasibətlərinin tipinə görə

B) Əhalinin təhsil səviyyəsinə görə

C) Dövlət hakimiyyəti formalarına görə

D) Coğrafı vəziyyətinə görə

E) Sosial inteqrasiya dərəcəsinə görə



16. Müasir sosiologiyada cəmiyyətin əsas tipləri:

A) Ənənəvi, industrial, postindustrial

B) Demokratik, totalitar, avtoritar

C) İbtidai icma, quldarlıq, feodalizm, kapitalizm, sosializm

D) İnkişaf etmiş, inkişaf etməkdə olan, geridə qalmış

E) Yüksək dərəcədə sabit, qismən sabit, qeyri-sabit



17. Dövlət hakimiyyəti formalarına görə cəmiyyətin hansı tipləri vardır?

A) Demokratik, totalitar, avtoritar

B) Oliqarxik, tiraniya, demokratik

C) Aristokratik, monarxiya, avtoritar

D) Demokratik, teokratik, avtoritar

E) Aristokratik, demokratik, totalitar



18. «İndustrial cəmiyyət» termini kim tərəfindən elmi dövriyyəyə daxil edilib?

A) O. Kont

B) D. Bell

C) A. Kinq

D) A. Norman

E) C. Martin



19. Postindustrial cəmiyyət konsepsiyalarının müəllifı kimlərdir?

A) D. Bell, A. Turen, Y. Habermas

B) D. Bell, A. Norman, A. Kinq

C) A. Turen, A. Kinq, A. Norman

D) C. Martin, K. Erikson, T. Parsons

E) D. Bell, F. Perkin, R. Darendorf



20. Müasir sosiologiyada cəmiyyətin hansı konsepsiyaları daha geniş yayılmışdır?

-1- Postindustrial cəmiyyət konsepsiyaları

-2- Sistem-struktur konsepsiyaları

-3- Münaqişə konsepsiyaları

-4- İndustrial cəmiyyət konsepsiyaları

A) 2,3


B) 2,4

C) 1,4


D) 1,3

E) 3,4


21. Cəmiyyətin dörd böyük sferası hansılardır?

A) İqtisadi, sosial, siyasi, mənəvi

B) Sosial, siyasi, maddi, mənəvi

C) İqtisadi, sosial, mədəni, mənəvi

D) İqtisadi, maddi, mənəvi, mədəni

E) Sosial, siyasi, mədəni, mənəvi



22. Məşhur alman sosioloqu R. Darendorf sosial münaqişəni necə nəzərdən keçirirdi?

A) Hakimiyyətlə ona müqavimət göstərilməsi arasındakı antaqonizm kimi

B) Zülm olunanlarla imtiyazlıların qarşıdurması kimi

C) Cəmiyyətin daxili həyatının məhsulu kimi

D) Hakimiyyət uğrunda mübarizənin mənbəyi kimi

E) Ümumi mənafelərin təzahürü zəminində daxili əks qüvvələrə qarşı mübarizə kimi



23. Sosial mobillik anlayışını sosiologiyaya kim daxil edib?

A) P. Sorokin

B) M. Lipset

C) R. Bendiksin

D) P. Blau

E) B. Dyurye



24. P. Sorokin sosial mobillik anlayışını sosiologiyaya neçənci ildə daxil etmişdir?

A) 1927-ci ildə

B) 1827-ci ildə

C) 1937-ciildə

D) 1837-ci ildə

E) 1972-ci ildə



25. Sosial mobillik nədir?

A) Fərdlərin sosial stratifıkasiya sistemində bir qrupdan digərinə keçməsi

B) Fərdlərin bir yaşayış yerindən digərinə keçməsi

C) Fərdlərin bir dini qrupdan digərinə keçməsi

D) Fərdlərin sosial statusunu dəyişməsi

E) Fərdlərin sosial karyera əldə etməsi



26. Cəmiyyətdə sosial mobilliyin mövcudluğunun hansı səbəbləri vardır?

-1- Tarixi inkişaf nəticəsində cəmiyyətlər daim dəyişir, sosial dəyişikliklər isə əmək bölgüsünü dəyişdirir, yeni statuslar yaradır

-2- Tarixi inkişaf nəticəsində cəmiyyətlər dəyişilmir, əmək bölgüsü stabil olaraq qalır

-3- Elita təhsil almaq üçün imkanları inhisara ala bilməz

-4- Elita istedad və qabiliyyətlərin təbii paylanmasını nəzarətdə saxlaya bilər

-5- Elita təhsil almaq üçün imkanları inhisara ala bilər

A) 1,5


B) 1,3

C) 3,4


D) 1,4

E) 2,5


27. Aşağıdakılardan hansı şaquli mobilliyə aiddir?

-1- Fərdin aid olduğu təbəqədən fərqli təbəqəyə keçidi

-2- Fərdin bir sosial vəziyyətdən onunla eyni səviyyədə olan digər sosial vəziyyətə keçidi

-3- Fərdin özünə aid olan sosial statusunun dəyişməməsi

-4- Fərdin aşağı təbəqədən yuxarı təbəqəyə keçidi

-5- Fərdin yuxarı təbəqədən aşağı təbəqəyə keçidi

A) 1,4,5

B) 2,4,5

C) 3,4,5

D) 2,3,4

E) 1,3,5



28. Aqreqasiya nədir?

A) Müəyyən fıziki məkanda toplanmış şüurlu surətdə qarşılıqlı fəaliyyətdə olmayan insanların mexaniki birliyidir

B) Başqalarına münasibətdə fərdlərin fəaliyyət göstərən birliyidir

C) Öz-özünə əmələ gələn qeyri-sabit qruplardır

D) Sabit maraqların olmadığı insan birliyidir

E) Qarşılıqlı fəaliyyətin bitərəfli olduğu insan birliyidir



29. Sosial qrup nədir?

A) Başqalarına münasibətdə qrup üzvünün hər birinin ümumi marağını nəzərə almaqla fəaliyyət göstərən fərdlərin birliyidir

B) Öz-özünə əmələ gələn qeyri-sabit qruplardır

C) Sabit maraqların olmadığı insan birliyidir

D) Qarşılıqlı fəaliyyətin birtərəfli olduğu insan birliyidir

E) Müəyyən fıziki məkanda toplanmış şüurlu surətdə qarşılıqlı fəaliyyətdə olmayan insanların mexaniki birliyidir



30. Sosial qrup üçün zəruri şərtlər hansılardır?

-1- Öz-özünə əmələ gəlməsi

-2- Qrup üzvləri arasında qarşılıqlı fəaliyyətin olması

-3- Hər bir qrup üzvünün ümumi marağınını nəzərə alınması

-4- Qarşılıqlı əlaqələrin qeyri-sabitliyi

-5- Müştərək hərəkətlərin qısamüddətliliyi

A) 2,3


B) 1,4

C) 4,5


D) 2,5

E) 3,4


31. Şərti qrup nədir?

A) Aparılan tədqiqat üçün vacib olan hər hansı bir və ya bir neçə ümumi əlamətlərə görə qruplaşan insanların ixtiyari birliyidir

B) Real münasibətlərdə, qarşılıqlı əlaqələrdə olan insanların birliyidir

C) Bütün üzvlərin bir-birini şəxsən tanımasının mümkün olmadığı insan birliyidir

D) Qrup üzvlərinin bir-biri ilə bilavasitə şəxsi ünsiyyətdə olduğu insan birliyidır

E) Qrup üzvlərinin vəziyyəti və davranışının rəsmi təşkilatçılıq və sosial institutların qaydaları ilə tənzimləndiyi insan birliyidir



32. Real qrup nədir?

A) Real münasibətlərdə, qarşılıqlı əlaqələrdə olan insanların birliyidir

B) Bütün üzvlərin bir-birini şəxsən tanımasının mümkün olmadığı insan birliyidir.

C) Qrup üzvlərinin bir-biri ilə bilavasitə şəxsi ünsiyyətdə olduğu insan birliyidir

D) Qrup üzvlərinin vəziyyəti və davranışının rəsmi təşkilatçılıq və sosial institutların qaydaları ilə tənzimləndiyi insan birliyidir

E) Aparılan tədqiqat üçün vacib olan hər hansı bir və ya bir neçə ümumi əlamətlərə görə qruplaşan insanların ixtiyari birliyidir



33. Liderliyin hansı funksiyası liderin müəyyən keyfiyyətləri formalaşdırmaq və tərbiyə etmək məqsədilə qrup üzvlərinə göstərdiyi təsirləri əks etdirir?

A) Sosiallaşma

B) İnformasiya

C) Təşkilatçılıq

D) Dünyagörüşü

E) Uzaqgörənlik



34. Sosiologiyanın funksiyaları?

A) İdraki, ideoloci, metodoloci, praktiki, proqnozlaşdırma

B) Tarixi, idarəetmə, istehsal, idraki

C) Proqnozlaşdırma, mexaniki, sosial, ekoloci

D) İdraki, requlyativ, humanist, hakimiyyət

E) İqtisadi, siyasi, evristik, rekreativ



35. Böyük qrup nədir?

A) Bütün üzvlərin bir-birini şəxsən tanımasının mümkün olmadığı, üzvlər arasında əlaqələrin vasitəsiz baş vermədiyi insan birliyidir

B) Qrup üzvlərinin bir-biri ilə bilavasitə şəxsi ünsiyyətdə olduğu insan birliyidir

C) Qrup üzvlərinin vəziyyəti və davranışının rəsmi təşkilatçılıq və sosial institutların qaydaları ilə tənzimləndiyi insan birliyidir

D) Aparılan tədqiqat üçün vacib olan hər hansı bir və ya bir neçə ümumi əlamətlərə görə qruplaşan insanların ixtiyari birliyidir

E) Real münasibətlərdə, qarşılıqlı əlaqələrdə olan insanların birliyidir



36. Kiçik qrup nədir?

A) Qrup üzvlərinin bir-biri ilə bilavasitə şəxsi ünsiyyətdə olduğu insan birliyidir

B) Qrup üzvlərinin vəziyyəti və davranışının rəsmi təşkilatçılıq və sosial institutların qaydaları ilə tənzimləndiyi insan birliyidir

C) Bütün üzvlərin bir-birini şəxsən tanımasının mümkün olmadığı, üzvlər arasında əlaqələrin vasitəsiz baş vermədiyi insan birliyidir

D) Aparılan tədqiqat üçün vacib olan hər hansı bir və ya bir neçə ümumi əlamətlərə görə qruplaşan insanların ixtiyari birliyidir

E) Real münasibətlərdə, qarşılıqlı əlaqələrdə olan insanlar birliyidir



37. E. Meyonun Xottorn tədqiqatları neçənci illəri əhatə edir?

A) 1927-1932-ci illəri

B) 1827-1832-ci illəri

C) 1927-1942-ci illəri

D) 1932-1972-ci illəri

E) 1937-1942-ci illəri



38. A. Y. Petrovskiyə görə kiçik qrupun inkişaf fazaları hansılardır?

-1- Diffuz qrup

-2- Referent qrap

-3- Qrup-assosiasiya

-4- Qrup-kollektiv

-5- Şərti qrup

-6- Qrap-kooperasiya

-7- Korporasiya

-8- Real qrup

A) 1,3,-4,6,7

B) 1,3,5,6,7

C) 2,4,5,7,8

D) 2,3,5,6,8

E) 1,2,4,5,8



39. Sosial qrupun fəaliyyətinə müxtəlif əlaqə üsulları ilə təsir göstərilməsi kim tərəfindən öyrənilib?

A) A. Bavelas

B) E. Meyo

C) Y. Moreno

D) A. Petrovski

E) Q. M. Andreyeva



40. A. Bavelas məhdud vaxt ərzində sadə məsələlərin həllində hansı əlaqə üsulunun yüksək effekt verdiyini qeyd edirdi?

A) Şturval əlaqə üsulunun

B) Çevrə əlaqə üsulunun

C) Dairə əlaqə üsulunun

D) Riyazi əlaqə üsulunun

E) Mexaniki əlaqə üsulunun



41. A. Bavelas yaradıcı işlərin həlli üçün hansı əlaqə üsulunun daha əlverişli olduğunu qeyd edir?

A) Çevrə əlaqə üsulunun

B) Dairə əlaqə üsulunun

C) Şturval əlaqə üsulunun

D) Riyazi əlaqə üsulunun

E) Mexaniki əlaqə üsulunun



42. Sosioloci ədəbiyyatda liderliyin neçə funksiyası göstərilir?

A) 3


B) 2

C) 4


D) 5

E) 6


43. Kütlə nədir?

A) Maraqların ümumiliyi ilə qapalı fıziki məkanlarda birləşmiş insanların qısa müddətli toplantısıdır

B) Müəyyən fiziki məkanda toplanmış insanların mexaniki birliyidir

C) Qrup üzvünün hər birinin ümumi marağını nəzərə almaqla fəaliyyət göstərən fərdlərin birliyidir

D) Öz-özünə əmələ gələn,qarşılıqlı fəaliyyətin isə birtərəfli olduğu insan birliyidir

E) Rəsmi təşkilatçılıq və sosial institutların qaydaları ilə tənzimləndiyi insan birliyidir



44. Kütlənin ümumi xüsusiyyətləri hansılardır?

-1- Təlqinetmə

-2- Aşkarlıq

-3- Anonimlik

-4- Dözümlülük

-5- Dözümsüzlük

-6- Öz-ozünə əmələ gəlmə

-7- Planlı təşkil

A) 1,3,4,6

B) 1,2,4,6

C) 1,2,5,7

D) 2,3,5,7

E) 1,3,4,7



45. Fəaliyyətdə olan kütlənin davranışı ilə bağlı sistemli nəzəriyyənin ilkin variantı kim tərəfindən irəli sürülmüşdür?

A) Q. Lebon

B) Q. M. Andreyeva

C) A. V. Petrovski

D) E. Meyon

E) Y. Morenon



46. Q. Lebon hansı əsərin müəllifidir?

A) Kütlə psixologiyası

B) Törəyən normalar nəzəriyyəsi

C) Kütlə sosiologiyası

D) Kütlə erası

E) Kütlə nəzəriyyəsi



47. Q. Lebon kütlənin davranışı ilə bağlı nəzəriyyəsini nə vaxt irəli sürmüşdür?

A) 1895

B) 1985

C) 1958

D) 1859

E) 1964



48. R. Terner «törəyən» normalar nəzəriyyəsini nə vaxt irəli sürüb?

A) 1964

B) 1946

C) 1895

D) 1859

E) 1894



49. R. Temer hansı nəzəriyyənin müəllifidir?

A) Törəyən normalar nəzəriyyəsi

B) Kütlə sosiologiyası

C) Kütlə erası

D) Kütlə nəzəriyyəsi

E) Kütlə psixologiyası



50. Etnos nədir?

A) Tarixən müəyyən ərazidə yaşayan, mədəniyyət və psixoloci xarakterin bəzi xüsusiyyətlərini, eləcə də özünəməxsusluğunu və başqalarından fərqlərini dərk edən insanların sabit məcmusudu

B) Tarixən formalaşmış etnik birlik formasıdır

C) Tarixən müəyyən ərazidə yaşayan insanların sabit birliyidir

D) Öz-özünə əmələ gələn, sabit maraqların olmadığı, qarşılıqlı fəaliyyətin isə birtərəfli olduğu insan birliyidir

E) Müəyyən fiziki məkanda toplanmış şüurlu surətdə qarşılıqlı fəaliyyətdə olmayan insanların mexaniki birliyidir



51. Etnosun əsas əlamətləri hansılardır?

A) Dil, xalq incəsənəti, adətlər, ənənələr, mərasimlər, davranış normaları, vərdişlər

B) Dil, din, ərazi, mədəniyyət, adətlər, ənənələr, qan qohumluğu

C) Dil, xalq incəsənəti, adətlər, ənənələr, vərdişlər, qan qohumluğu, ərazi

D) Din, ərazi, təsərrüfat əlaqələri, qan qohumluğu, mərasimlər, mədəniyyət, davranış normaları

E) Dil, xalq incəsənəti, adətlər, ənənələr, təsərrüfat əlaqələri, qan qohumluğu, ərazi



52. Sosial-etnik münasibətlərin tarixi təkamülü hansı mərhələlərdən keçmişdir?

A) Qəbilə, tayfa, xalq, millət

B) Tayfa, qəbilə, xalq, millət

C) Qəbilə, tayfa, millət, xalq

D) Tayfa, qəbilə, millət, xalq

E) Xalq, tayfa, qəbilə, millət



53. İlk etnik birlik forması hansıdır?

A) Qəbilə

B) Xalq

C) Tayfa

D) Millət

E) Milli azlıq



54. Xalqın qəbilə və tayfadan əsas fərqi:

A) Təsərrüfat və mədəniyyət əlaqələrinin ümumiliyi

B) Qan qohumluğu

C) Ərazi və dil ümumiliyi

D) Mənafe ümumiliyi

E) Adət və etiqadlar ümumiliyi



55. Millət nədir?

A) Tarixən formalaşmış etnos tipi olub, iqtısadi həyatın, dilin, ərazinin ümumiliyi ilə, mədəniyyətin, məişətin, psixoloci durumun və etnik xarakterin bəzi xüsusiyyətləri ilə səciyyələnən insanların xüsusi tarixi birliyidir

B) Tarixən müəyyən ərazidə yaşayan, mədəniyyət və psixoloci xarakterin bəzi xüsusiyyətlərini dərk edən insanların sabit birliyidir

C) Tarixən müəyyən ərazidə yaşayan insanların sabit birliyidir

D) Öz-özünə əmələ gələn, sabit maraqların olmadığı, qarşılıqlı fəaliyyətin isə birtərəfli olduğu insanların birliyidir

E) Müəyyən fıziki məkanda toplanmış şüurlu surətdə qarşılıqlı fəaliyyətdə olmayan insanların mexaniki birliyidir



56. Xalq anlayışı hansı cəmiyyətin məhsuludur?

A) Feodalizm

B) Kapitalizm

C) Sosializm

D) Quldarlıq

E) Ibtidai icma



57. Dağlıq Qarabağm ümumi sahəsi nə qədərdir?

A) 4400 km2

B) 2400 km2

C) 3400 km2

D) 5400 km2

E) 6400 km2



58. Dağlıq Qarabağa hansı rayonlar daxildir?

A) Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran, Hadrud

B) Laçın, Xankəndi, Xocalı, Xocavənd, Ağdam, Ağdərə, Hadrud

C) Şuşa, Laçın, Xankəndi, Xocalı, Xocavənd, Ağdam, Ağdərə

D) Şuşa, Laçın, Xankəndi, Xocalı, Xocavənd, Ağdam, Füzuli

E) Laçın, Xankəndi, Xocalı, Xocavənd, Ağdam, Füzuli, Cəbrayıl



59. Dağlıq Qarabağa daxil olmayan və işğal olunmuş rayonlar hansılardır?

A) Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan

B) Şuşa, Laçın, Kəlbəcər, Xocalı, Xocavənd, Ağdam, Ağdərə

C) Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran, Hadrud

D) Şuşa, Laçın, Kəlbəcər, Cəbrayıl. Füzuli, Qubadlı, Zəngilan

E) Laçın, Kəlbəcər, Cəbrayıl, Füzuli, Əsgəran, Hadrud, Zəngilan



60. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olaraq BMF Fəhlükəsizlik Şurası neçə qətnamə qəbul edib?

A) 4


B) 2

C) 3


D) 1

E) 5


61. Dağlıq Qarabağ probleminin həilini çətinləşdirən mühüm səbəb hansıdır?

A) BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hamısının VI fəslə uyğun olaraq tövsiyə xarakteri daşıması

B) Bəzi beynəlxalq təşkilatların bu problemə ikili standartlarla yanaşmaması

C) BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hamısının məcburi xarakter daşımaması

D) BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hamısının tövsiyə xarakteri daşımaması

E) BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hamısının «Sülhə təhlükə,sülhün pozulması və təcavüz aktları ilə bağlı tədbirlər» adlanan VII fəslə aid olmaması



62. ATƏT-in Minsk qrupu və onun üzvləri olan dövlətlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində birinci təklifi nə zaman irəli sürmüşlər?

A) 18 iyul 1997-ci il

B) 2 dekabr 1997-ci il

C) 7 noyabr 1998-ci il

D) 18 iyul 1998-ci il

E) 2 dekabr 1998-ci il



63. ATƏT-in Minsk qrupu və onun üzvləri olan dövlətlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ikinci təklifı nə zaman irəli sürmüşlər?

A) 2 dekabr 1997-ci il

B) 7 noyabr 1998-ci il

C) 18 iyul 1998-ci il

D) 2 dekabr 1998-ci il

E) 18 iyul 1997-ci il



64. ATƏT-in Minsk qrupu və onun üzvləri olan dövlətlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində üçüncü təklifı nə zaman irəli sürmüşlər?

A) 7 noyabr 1998-ci il

B) 18 iyul 1998-ci il

C) 2 dekabr 1998-ci il

D) 18 iyul 1997-ci il

E) 7 noyabr 1997-ci il



65. Sosial-etnik münaqişələrin əsas səbəbləri hansılardır?

-1- İnkişafın qeyri-bərabərliyi

-2- Öz problemlərini diğər xalqların hesabına həll etmək cəhdləri

-3- Mənəvi həyat və adət-ənənələrin eyniliyi

-4- Milli mədəniyyətlərin özünəməxsusluğunun qorunması

-5- Ərazi

-6- Problemləri diğər xalqların hesabına deyil,özlərinin həll etməsi

-7- Mənəvi həyat və adət-ənənələrin müxtəlifliyi

-8- Dil

-9- Bərabər inkişaf

-10- Sosial nemətlərə nail olmaqdakı fərqlər

A) 1,2,4,5,7,8,10

B) 2,4,5,7,8,9,10

C) 3,4,5,6,8,9,10

D) 1,3,4,5,6,8,10

E) 1,2,3,4,5,8,9



66. «İnsan hüquqlarının Ümumi Bəyannaməsi» BMT-nin Baş Assambleyası tərəfındən nə vaxt qəbul olunmuşdur?

A) 10 dekabr 1948-ci ildə

B) 10 dekabr 1984-cü ildə

C) 10 yanvar 1984-cü ildə

D) 10 yanvar 1948-ci ildə

E) 10 yanvar 1894-cü ildə



67. «Milli və ya etnik dini və dil azlıqlarına məxsus şəxslər haqqında Bəyannamə» İnsan hüquqları komitəsi tərəfindən nə vaxt qəbul olunmuşdur?

A) 1993-cüildə

B) 1994-cüildə

C) 1995-ciildə

D) 1996-cıildə

E) 1997-ci ildə



68. Təhsilin sosiologiyası nəyi öyrənir?

A) Sosial institut olan təhsil sistemini, onun fəaliyyət və inkişaf qanunauyğunluqlarını, cəmiyyətlə qarşılıqlı təsirini öyrənir

B) Elmin dinamikasını və cəmiyyətlə qarşılıqlı münasibətlərini öyrənir

C) Sosial institut olan təhsilin cəmiyyətdə yerini və rolunu öyrənir

D) Sosiomədəni dəyişikliklərin qanunauyğunluqlarını öyrənir

E) Sosial institut olan elmin meydana gəlməsinin, fəaliyyətinin, tarixi təkamülünün sosial qanunauyğunluqlarını öyrənir



69. Dinin sosiologiyası nəyi öyrənir?

A) Sosial institut olan dini, onun genezisini, cəmiyyətdə yerini və rolunu öyrənir

B) Sosioloci biliyin bir sahəsi olub, sosial institut olan dinin cəmiyyətdə qarşılıqlı təsirini öyrənir

C) Elmin dinamikasını və cəmiyyətlə qarşılıqlı münasibətlərini öyrənir

D) Sosiomədəni dəyişikliklərin qanunauyğunluqlarını öyrənir

E) Sosial münasibətlər, strukturlar, institutlar prizmasında mədəniyyətin fəaliyyət xüsusiyyətlərini öyrənir



70. Mədəniyyətin sosiologiyası nəyi öyrənir?

A) Sosiomədəni dəyişikliklərin qanunauyğunluqlarını, sosial münasibətlər, strukturlar, institutlar prizmasında mədəniyyətin fəaliyyət xüsusiyyətlərini öyrənir

B) Sosioloci biliyin bir sahəsi olub, sosial institut olan təhsil sistemini, onun fəaliyyət və inkişaf qanunauyğunluqlarını öyrənir

C) Elmin dinamikasını və cəmiyyətlə qarşılıqlı münasibətlərini öyrənir

D) Sosial institut olan dini öyrənir, onun genezisini, cəmiyyətdə yerini və rolunu öyrənir

E) Sosial institut olan ailəni, onun meydana gəlməsini və digər sosial institularla qarşılıqlı əlaqəsini öyrənir



71. Beynəlxalq Sosiologiya Assosiasiyasında «Təhsilin sosiologiyası» adlı tədqiqat komitəsi nə vaxtdan fəaliyyət göstərir?

A) 1970-ciildən

B) 1960-cıildən

C) 1950-ciildən

D) 1980-ci ildən

E) 1990-cıildən



72. Elmin sosiologiyası nə vaxt elmi fəaliyyətə dair tədqiqatların xüsusi istiqaməti kimi formalaşmağa başlamışdır?

A) XX əsrin 30-cu illərində

B) XX əsrin əvvəllərində

C) XX əsrin 20-ci illərində

D) XIX əsrin sonlarında

E) XIX əsrin 30-cu illərində



73. Elmin sosiologiyası nə vaxt xüsusi sosioloci fənnə çevrilmişdir?

A) XX əsrin 60-cı illərində

B) XX əsrin 30-cu illərində

C) XIX əsrin 30-cu illərində

D) XIX əsrin 60-cı illərində

E) XX əsrin əvvəllərində



74. R. Merton hansı əsərində yeni dövrün elminin təşəkkülündə puritan dininin və əxlaqının rolunu ön plana çəkirdi?

A) «XVII əsrdə İngiltərədə elm,texnika və cəmiyyət» əsərində

B) «Elmi inqilabların strukturu» əsərində

C) «Kütlənin psixologiyası» əsərində

D) «Törəyən normalar» nəzəriyyəsində

E) «Qarşılıqlı təsir» nəzəriyyəsində



75. Etosa aşağıdakılardan hansılar daxildir?

-1- Universalizm

-2- Niyyətlilik

-3- Ən ümumilik

-4- Xüsusilik

-5- Niyyətsizlik

-6- Mütəşəkkil skeptisizm

A) 1,3,5,6

B) 1,2,3,6

C) 1,4,5,6

D) 1,2,4,6

E) 1,3,4,5



76. Qərbdə dinin sosiologiyasının baniləri kimlər hesab olunur?

A) E. Dürkheym və M. Veber

B) E. Dürkheym və H. Spenser

C) O. Kont və M. Veber

D) O. Kont və H. Spenser

E) M. Veber və H. Spenser



77. Dinin «kollektiv təsəvvür» kimi funksional baxımdan öyrənilməsi ənənəsi kimlə bağlıdır?

A) E. Dürkheym

B) M. Veber

C) O. Kont

D) H. Spenser

E) A. Şeffle



78. Dürkheym dini necə izah edirdi?

A) Din cəmiyyətin sıx birləşməsinin, fərdlə sosial bütöv arasında əlaqələrin qərarlaşmasının əsas vasitəsidir

B) Din hər şeydən əvvəl sosial fəaliyyətin motividir

C) Din xüsusi təsəvvürlərin, etiqadların sistemidir

D) Din müxtəlif ünsürlərin mürəkkəb kompleksi kimi çıxış edir

E) Din etiqadlar, normalar və dəyərlər sistemidir



79. M. Veber dini necə izah edirdi?

A) Din sosial fəaliyyətin motividir,bu və ya digər ictimai dəyişiklik prosesində onun rolunu aşkara çıxarır

B) Din xüsusi təsəvvürlərin, etiqadların sistemidir

C) Din müxtəlif ünsürlərin mürəkkəb kompleksidir

D) Din etiqadlar, normalar və dəyərlər sistemidir

E) Din cəmiyyətin sıx birləşməsinin, fərdlə sosial bütöv arasmda əlaqələrin qərarlaşmasının əsas vasitəsidir



80. 60-cı illərin sonu - 70-ci illərin əvvəllərində Qərbin din sosiologiyasında hansı istiqamətin nümayəndələri daha əhəmiyyətli mövqe qazandı?

A) Fenomenoloci

B) Metodoloci

C) Strukturalist

D) Naturalist

E) Funksionalizm



81. Dinin strukturu hansı ünsürlərdən ibarətdir?

A) Dini şüur, dini fəaliyyət, dini təşkilatlar

B) Dini şüur, dini münasibətlər, dini ideologiya

C) Dini təşkilatlar, dini ideologiya, dini psixologiya

D) Dini şüur, dini ideologiya, dini psixologiya

E) Dini fəaliyyət, dini təşkilatlar, dini münasibətlər



82. Dini fəaliyyətin hansı formaları vardır?

A) Kult və kultdankənar

B) Magiya və rəhm dilənən kult

C) Dini ideologiya və dini psixologiya

D) Dini şüur və dini fəaliyyət

E) Dini təşkilatlar və dini fəaliyyət



83. Din hansı funksiyaları yerinə yetirir?

-1- Təminedici funksiya

-2- Dünyagörüşü funksiyası

-3- Kommunikativ funksiya

-4- Latent funksiya

-5- Kompensasiyaedici funksiya

-6- Ötürücü funksiya

-7- İnteqrasiyaedici funksiya

-8- Tənzimedici funksiya

A) 2,3,5,7,8

B) 1,2,3,5,7

C) 1,2,3,4,5

D) 3,4,5,6,7

E) 1,2,4,6,8



84. Mədəniyyətin elmi təhlilinin başlanğıcı neçənci əsrə təsadüf edir?

A) XIX əsrə

B) XX əsrə

C) XVIII əsrə

D) XVII əsrə

E) XVI əsrə



85. Mədəni fəaliyyətin struktur ünsürləri hansılardır?

A) Kommunikativ ünsür, semantik ünsür, normativ-etalon ünsür, informasion ünsür

B) Kommunikativ ünsür, semantik ünsür, normativ-etalon ünsür, inteqrativ ünsür

C) İnteqrativ ünsür, informasion ünsür, semantik ünsür, normativ etalon ünsür

D) İnformasion ünsür, ideoloci ünsür, inteqrativ ünsür, kommunikativ ünsür

E) İnformasion ünsür, kommunikativ ünsür, normativ-etalon ünsür, ideoloci ünsür



86. Bəşəriyyətin mədəni təkamülünün tarixi mərhələləri hansılardır?

A) İbtidai cəmiyyətin mədəniyyəti, qədim dünya mədəniyyəti, orta əsrlər mədəniyyəti, yeni dövr mədəniyyəti

B) İbtidai cəmiyyətin mədəniyyəti, quldarlıq cəmiyyətinin mədəniyyəti, orta əsrlər mədəniyyəti, yeni dövr mədəniyyəti

C) Qədim dünya mədəniyyəti, quldarlıq cəmiyyətinin mədəniyyəti, orta əsrlər mədəniyyəti, yeni dövr mədəniyyəti

D) Qədim dünya mədəniyyəti, ibtidai cəmiyyətin mədəniyyəti, quldarlıq cəmiyyətinin mədəniyyəti, orta əsrlər mədəniyyəti

E) İbtidai cəmiyyətin mədəniyyəti, quldarlıq cəmiyyətinin mədəniyyəti, yeni dövr mədəniyyəti, müasir dövr mədəniyyəti



87. Mədəni dəyişikliklərin əsasını hansı amillər təşkil edir?

-1- Təbii-ehtiyat amilləri

-2- Sosial-siyasi amillər

-3- Müxtəlif mədəniyyətlərin qarşılıqlı təsiri

-4- Sosial təşkilatlar

-5- Sosial institutlar və münasibətlər

-6- Rasional tədqiqatlar və idarəetmə

-7- Coğrafi amillər

-8- Mədəniyyət formalarının məkan yerləşməsi

-9- Mənəvi-ideya amilləri

A) 1,3,5,6,8,9

B) 1,2,4,5,7,9

C) 1,2,4,5,6,8

D) 2,3,5,6,7,9

E) 1,4,5,6,7,9



88. Mədəni dəyişikliklərin hansı formaları var?

-1- Tsiklik yaxud dalğavari dəyişikliklər

-2- Mədəni partlayış

-3- Demoqrafık partlayış

-4- Mədəni böhran

-5- Siyasi böhran

-6- Mədəni durğunluq

-7- Siyasi durğunluq

-8- Mədəni fəlakət

-9- Proqressiv dəyişikliklər

-10- Siyasi fəlakət

-11- Reqressiv dəyişikliklər

A) 1,2,4,6,8,9,11

B) 1,3,5,7,9,10,11

C) 1,3,4,6,8,9,11

D) 2,3,5,7,9,10,11

E) 1,2,3,4,7,9,10



89. Q. Xarçevin ailəyə verdiyi tərif:

A) Ailə həyat yoldaşları, valideynlər və övladlar arasında tarixən konkret münasibətlər sistemi, üzvləri nikah və qohumluq əlaqələri, ümumi məişət və qarşılıqlı məsuliyyətlə birləşmiş insanların birliyidir

B) Ailə ər - arvadlıq - valideynlik - qohumluq əlaqələri ilə bağlanmış insan toplumudur

C) Ailə əhali artımını və ailə ənənələrini,varisliyini təmin edən insan toplumudur

D) Ailə uşaqların sosiallaşdırılmasını və ailə üzvlərinin mövcudluğunu təmin edən insan toplumudur

E) Ailə əhali artımını və ailə ənənələrini təmin edən, vahid ümumailə fəaliyyətinə əsaslanan insan toplumudur



90. Ailənin formalaşması neçə mərhələdən keçmişdir?

A) 5


B) 3

C) 4


D) 6

E) 2


91. Ailə münasibətlərinin nizamlanması nə zaman hüquqi xarakter daşımağa başlamışdır?

A) Dövlətin yaranması ilə

B) Cəmiyyətin yaranması ilə

C) Hüquq elminin yaranması ilə

D) Vətəndaş cəmiyyətinin yaranması ilə

E) Kapitalizm quruluşunun yaranması ilə



92. Ailənin spesifık funksiyaları hansılardır?

-1- Mülkiyyətin toplanması

-2- Ekzistensial

-3- Istirahət və asudə vaxtm təşkili

-4- Reproduktiv

-5- Sosiallaşdırma

-6- Ailə üzvlərinin sağlamlığı

-7- Təsərrüfat-iqtisadi

A) 2,4. 5,7

B) 1,3,6,2

C) 1,2,3,4

D) 3,4,5,7

E) 4,5,6,1



93. Monoqam izdivac nədir?

A) Bir kişinin bir qadınla nikahı

B) Bir qadının bir neçə kişi ilə nikahı

C) Bir kişinin bir neçə qadınla nikahı

D) Bir neçə qardaşın bir qadınla nikahı

E) Bir neçə bacının bir kişi ilə nikahı



94. Poliqamiya nədir?

A) Bir kişinin bir neçə qadınla nikahı

B) Bir qadının bir kişi ilə nikahı

C) Bir kişinin bir qadınla nikahı

D) Bir neçə qardaşın bir qadınla nikahı

E) Bir neçə bacının bir kişi ilə nikahı



95. Hakimiyyət meyarına əsasən hansı ailələr fərqləndirilir?

A) Patriarxal, matriarxal, eqalitar ailələr

B) Patrilineal, matrilineal ailələr

C) Patrilokal, matrilokal ailələr

D) Homogen, heterogen ailələr

E) Nuklear, mürəkkəb ailələr



96. Ərlə arvadın, onlarm valideynlərinin yaxud qohumlarının sosial durumuna görə hansı ailələr fərqləndirilir?

A) Homogen, heterogen ailələr

B) Nuklear, mürəkkəb ailələr

C) Patriarxal, matriarxal, eqalitar ailələr

D) Patrilineal, matrilineal ailələr

E) Patrilokal, matrilokal ailələr



97. Nikah nədir?

A) Nikah kişi ilə qadın arasında cəmiyyət tərəfindən təsdiqlənən və onların bir-birinə və onların uşaqlarına nəzərən hüquq və vəzifələrini tənzimləyən münasibətlər formasıdır

B) Nikah əhali artımını və ailə ənənələrini, varisliyini təmin edən insan toplumudur

C) Nikah uşaqların sosiallaşmasını və ailə üzvlərinin mövcudluğunu təmin edən insan toplumudur

D) Nikah əhali artımını və ailə ənənələrini təmin edən, vahid ümumailə fəaliyyətinə əsaslanan insan toplumudur

E) Nikah həyat yoldaşları,valideynlər və övladlar arasında tarixən konkret münasibətlər sistemidir



98. Sosial institut nədir?

A) İnsanların obyektiv əlaqələri əsasında formalaşan xüsusi tipli inteqrativ bütövlükdür

B) İqtisadi əlaqələr əsasında formalaşan bütövlükdür

C) Ekoloci əlaqələr əsasında formalaşan biitövlükdür

D) İstehsal əlaqələri əsasında formalaşan bütövlükdür

E) Əxlaqi əlaqələr əsasında formalaşan bütövlükdür



99. İnstitut termini hansı dildən götürülmüşdür?

A) Latm

B) Rus

C) Ərəb

D) Fars

E) Azərbaycan



100. XVI-XVIII əsrlərdə geniş yayılmış sosial institut necə adlanır?

A) Duel institutu

B) Biznes institutu

C) İnformatika institutu

D) Hüquq institutu

E) Fəlsəfə institutu



101. Sosial institutlarda baş verən dəyişikliklər hansı amillərlə bağlıdır?

A) Daxili və xarici amillərlə

B) Ekologiyaya təsir edən amillərlə

C) Etnik amillərlə

D) Coğrafi amillərlə

E) Sosial-ərazi amilləri ilə



102. E. Dürkheym sosial institutlara necə yanaşırdı?

A) Müəyyən qaydalar kompleksi və ya normativ sistemlər kimi

B) Sinfı qaydaların mövcudluğu kimi

C) Təbiət-cəmiyyət münasibətləri kimi

D) Fərdlər məcmusu kimi

E) Ərazi münasibətləri kimi



103. İnstitutlaşma prosesinin mərhələləri hansılardır?

A) Sosial tələbatın ödənilməsi, ümumi məqsədlərin formalaşdırılması, norma və qaydalar sisteminin hazırlanması, onlarm qəbul edilməsi və reallaşdırılması

B) Sosial tələbatın öyrənilməsi və dərk edilməsi, iqtisadi baza yaradılması

C) İqtisadi baza yaradılması, mədəni mühitin formalaşdırılması

D) İqtisadi resursların öyrənilməsi, müəyyən prosedurların hazırlanması, qərar qəbul olunması

E) Bina axtarılması, kəşfıyyat aparılması, smaq keçirilməsi, qərar qəbul olunması



104. Təhsil:

A) Sosial institutdur

B) Sosial təşkilatdır

C) Sosial birlikdir

D) Sosial işçilərin ittifaqıdır

E) Təhsil normalarının sintezidir



105. Ordu:

A) Sosial institutdur

B) Sosial təşkilatdır

C) Sosial birlikdir

D) Sosial sistemdir

E) Hərbi qaydaların sintezidir



106. Təhsilin başlıca funksiyası nədir?

A) Biliklərin və vərdişlərin nəsildən-nəslə ötürülməsi

B) Biliklərin öyrənilməsi

C) Vərdişlər qazanmaq

D) Keçmişin dərindən dərk olunması

E) Gələcəyin aydın başa düşülməsi



107. Sosial institutların yaranması prosesi necə adlanır?

A) İnstitutlaşma

B) Sosiallaşma

C) Modemləşmə

D) Siyasi fəallaşma

E) İqtisadi fəallaşma



108. İqtisadiyyat:

A) Sosial institutdur

B) Sosial təşkilatdır

C) Sosial birlikdir

D) Sosial dəyərdir

E) Sosial normadır



109. Hüquq:

A) Sosial institutdur

B) Sosial təşkilatdır

C) Sosial birlikdir

D) İqtisadi normaların məcmusudur

E) Etik normalar sistemidir



110. Aşağıdakı müddəalardan hansı düzgündür?

A) Müasir cəmiyyət institutlar sisteminin mürəkkəbləşməsi ilə səciyyələnir

B) Müasir cəmiyyət institutlar sisteminin bəsitləşməsi ilə səciyyələnir

C) Müasir cəmiyyət institutlarm ləğvini tezləşdirməklə səciyyələnir

D) Müasir cəmiyyətin inkişafı institutlara olan tələbatı aradan qaldırır

E) Müasir cəmiyyətin inkişafı institutların mövqeyini zəiflədir



111. Sosial institutlarm əsas funksiyası nədən ibarətdir?

A) Müvafiq sosial tələbatın ödənilməsindən

B) Müvafiq rolları zəiflətməkdən

C) Müvafıq rolları ləğv etməkdən

D) Müvafıq rollarda qeyri-sabitliyi artırmaqdan

E) İnsanların tələbatlarının yüksəlməsinə mane olmaqdan



112. Sosial institutlarda insanların gizli şəkildə öz məqsədlərinə nail olması onun hansı funksiyasında öz əksini tapır?

A) Latent funksiyasında

B) Ötürücü funksiyasında

C) Xəbərdarlıq funksiyasında

D) Qabaqlayıcı funksiyasında

E) Məhdudlaşdırıcı funksiyasında



113. Sosial institutların funksiyaları açıqlıq səviyyəsinə görə neçə cür olur?

A) Aşkar, latent (gizli)

B) Aşkar, müşahidə olunan

C) Latent, yarılatent

D) Aşkar, qiyabi

E) Aşkar, əyani



114. Cəmiyyətdə hansı sosial institutlar fəaliyyət göstərir?

A) Siyasi, iqtisadi, sosial-mədəni, ailə, elmi, dini

B) İqtisadi, mədəni, ictimai, hüquqi, elmi

C) İqt ısadi, sosial, demoqrafık, hüquqi, dini

D) İstehsal, dövlət, mədəni, xüsusi, ideoloci

E) İctimai, idarəetmə, sosial, siyasi, tarixi



115. Sosiologiyada təhsilin öyrənilməsində hansı yanaşmalar vardır?

A) Əxlaqi, funksional, institutsional, feministik, münaqişə, neofunksional

B) Sistem, radikal, teoloci, klerikal, əxlaqi, feministik

C) Mədəni, hüquqi, funksional, evristik, sosial, neofunksional

D) Biheviorist, strukturalist, feministik, funksional, sistem, əxlaqi

E) Davranış, instrumental, əxlaqi, tarixi, neofunksional, münaqişə



116. “Təhsil haqqında” Azərbaycan Respublikasının son qanunu nə vaxt qəbul edilmişdir?

A) 2009-cu ildə

B) 2008-ci ildə

C) 2010-cuildə

D) 2007-ci ildə

E) 2006-cı ildə



117. Sosioloci tədqiqatların məqsəd və vəzifələri baxımından həlledici əhəmiyyət kəsb edən sosial strukturun növü:

A) Təşkilati struktur

B) Ideal struktur

C) Normativ struktur

D) Təsadüfı xarakterli struktur

E) Hamısı



118. Aşağıda sadalananlardan hansı böyük sosial qrupa aid deyildir?

A) Dostlar

B) Ordu

C) Millət

D) Partiya

E) Sinif



119. Ailə institutu cəmiyyətdə hansı funksiyaları yerinə yetirir?

A) Reproduktiv, tərbiyə, təsərrüfat-iqtisadi, rekreativ, kommunikativ, nizamlayıcı

B) İdarəetmə, tərbiyə, iqtisadi, əxlaqi, sosial, mənəvi

C) Reproduktiv, proqnostik, nizamlayıcı, mədəni, tərbiyə

D) İdraki, iqtisadi, hakimiyyət, kommunikativ, təsərrüfat, rekreativ

E) Metodoloci, praktik, tərbiyə, mənəvi, rekreativ, tarixi



120. Şəxsiyyətin sosiallaşmasında “rol seçimi” nəzəriyyəsinin müəllifı:

A) C. Mid

B) Ç. Kuli

C) Z. Freyd

D) E. Dürkheym

E) T. Parsons



121. Beynəlxalq Sosiologiya Assosiasiyasında “Təhsilin sosiologiyası” adlı tədqiqat komitəsi nə vaxtdan fəaliyyət göstərir?

A) 1970-ciildən

B) 1968-ci ildən

C) 1960-cı ildən

D) 1975-ciildən

E) 1972-ciildən



122. Elmin etnosunun universalizmi aşağıdakılardan hansında ifadə olunur?

A) Bu, elmin müddəalarının obyektivliyinə və subyektdən asılı olmamasına inamı ifadə edir

B) Bu, biliyin ümumin malı olmasını ifadə edir

C) Bu, elmdən şəxsi mənafelər üçün istifadənin qadağan olunmasını nəzərdə tutur

D) Bu, alimin öz həmkarlarının işlərini qiymətləndirməkdə məsuliyyətini ifadə edir

E) Heç birinə aid deyil



123. Dinin hansı funksiyası kult və kultdankənar fəaliyyət prosesində ünsiyyətdə təzahür edir?

A) Kommunikativ funksiya

B) Tənzimedici funksiya

C) Dünyagörüşü funksiyası

D) Kompensasiyaedici funksiya

E) İnteqrasiyaedici funksiya



124. Mədəni fəaliyyətin hansı struktur ünsürü mədəniyyət dillərinin müxtəlifliyini nəzərdə tutur?

A) Kommunikativ ünsür

B) Semantik ünsür

C) Normativ-etalon ünsür

D) İnformasion ünsür

E) Tənzimləyici ünsür



125. Əksmədəniyyət nədir?

A) Özündə elə ustanovkaları birləşdirir ki, onlar hakim mədəniyyətə qarşı durur, inkişafın altemativ prinsiplərini, yəni mənəvi yönümləri irəli sürür

B) Hakim mədəniyyətin tərkib hissəsi olub, öz normativ quruluşu, dəyərləri, ənənələri ilə mövcud mədəniyyətdən fərqlənir

C) İnsanın öz mədəniyyətinə mənsubluq şüurunu, öz xalqına mənəvi yaxınlığını nəzərdə tutur

D) İnsanın fəallığının dəyişkən xarakterində, öz mənafe və tələbatlarının reallaşmasında ifadə olunur

E) İctimai əmək bölgüsü ilə əlaqədar olub, fəaliyyətin sistemli sferalarının olmasını nəzərdə tutur



126. Mədəni dəyişikliklərin hansı forması uzunmüddətli dəyişməzlik, süstlük vəziyvəti ilə səciyyələnir?

A) Mədəni durğunluq

B) Mütərəqqi dəyişikliklər

C) Mədəni fəlakət

D) Tsiklik dəyişikliklər

E) Mədəni böhran



127. Tədqiqat obyekti haqqında ilkin sosioloci məlumatın hadisələrin bilavasitə qavramlması və birbaşa qeydiyyatı yolu ilə toplanılması hansı sosioloci tədqiqat metodunda nəzərdə tutulur?

A) Müşahidə metodu

B) Sorğu metodu

C) Anketləşdirmə

D) Sosial eksperiment

E) Sənədlərin təhlili



128. Əhalinin müxtəlif kateqoriyalar üzrə bölünməsindən hansı seçmə metodunda istifadə olunur?

A) Təbəqələşdirilmiş seçmə

B) Sistematik seçmə

C) Təsadüfı seçmə

D) Təqribi seçmə

E) Üzbəüz seçmə



129. Qrup müsahibəsi nədir?

A) Problem üzrə diskussiya aparmaq məqsədi daşıyan planlaşdırılmış söhbət

B) Eyni respondentlərin dəfələrlə eyni suallar üzrə müəyyən vaxt məsafəsi ilə sorğu olunması

C) Respondentə açıq sualların verilməsi və onlara öz sözləri ilə suallara cavab vermək imkanımn yaradılması

D) Respondentə onun fikrini müəyyənləşdirməkdən ötrü yazılı və şifahi şəkildə müraciət edilməsi

E) Respondentə sualların oxunması və verilən cavabların anketdə qeyd olunması



130. Aşağıdakı alimlərdən kim etnometodologiyanın nümayəndəsi hesab olunur?

A) Q. Qarfinkel

B) H. Spenser

C) O. Kont

D) E. Dürkheym

E) B. Pareto



131. Aşağıdakı sadalananlardan hansı mədəniyyətin elementi sayılmır?

A) İnstinktlər

B) Dəyərlər

C) Davranış normaları

D) Simvollar

E) Universalilər



132. Aşağıdakılardan hansı mədəniyyətin funksiyalarına aid deyildir?

A) Stratifikasiya funksiyası

B) Kommunikativ funksiya

C) Requlyativ funksiya

D) Sosiallaşdırma funksiyası

E) İdentifikasiya funksiyası



133. Sosial strukturun öyrənilməsində hansı paradiqmalar geniş yayılmışdır?

A) İnstitutsional, funksional və konfliktoloci

B) Biheviorist, institutsional

C) Funksional, biheviorist

D) İntereksionizm, biheviorist

E) İnstitutsional, biheviorist



134. Sosial institutların əmələ gəlməsi üçün zəruri olan şərtlər (doğru olmayan cavabı tap)

A) Təbii mühit

B) Tələbat

C) Tələbatı ödəmək üçün vasitələrin olması

D) Müvafiq resurslar

E) Mədəni mühit



135. Sosiallaşma:

A) Yeni norma və dəyərlərə yiyələnmək prosesidir

B) Köhnə norma və dəyərlərdən əl çəkmək prosesidir

C) İnformasiyanın bir subyektdən digərinə ötürülməsi prosesidir

D) Genetik informasiyanın ötürülməsi prosesidir

E) Cəmiyyətdə sosialist əhval-ruhiyyələrin artması deməkdir



136. Sosial institut:

A) İnsanın həyat fəaliyyətinin müxtəlif sferalarını tənzimləyən norma və dəyərlərin məcmusudur

B) Mənafe ümumiliyi ilə birləşmiş insanların məcmusudur

C) Kütləvi sosial birlikdir

D) Şərti sosial birlikdir

E) Sosial qrupların növ müxtəlifliyidir



137. Sosial institutların aşkar və latent funksiyalarının fərqləndirilməsini ilk dəfə kim təklif etmişdir?

A) R. Merton

B) M. Veber

C) E. Dürkheym

D) O. Kont

E) A. Maslou



138. Aşağıda sadalananlardan hansı iqtisadi sosial institutlara aid deyildir?

A) Ordu

B) Pul

C) Bank

D) Birca

E) Mülkiyyət



139. Sosial statifıkasiya:

A) Cəmiyyətdə sosial bərabərsizlik sistemidir

B) Bir sosial mövqedən digərinə keçməkdir

C) Xidməti pilləkanda yerdəyişmədir

D) Xidməti pilləkanda aşağı enməkdir

E) Cəmiyyətdə sosial təbəqələrin olmamasıdır



140. Aşağıda sadalanan elmlərdən hansı xüsusi sosioloci fənlərə aid deyildir?

A) Ümumi sosiologiya

B) Təhsilin sosiologiyası

C) Idmanın sosiologiyası

D) Deviant davramşın sosiologiyası

E) Hüququn sosiologiyası



141. Aşağıda sadalananlardan hansı ilkin sosial qrupa aiddir?

A) Ailə

B) Ordu

C) Partiya

D) Millət

E) Sinif



142. Aşağıda sadalananlardan hansı böyük sosial qrupa aid deyildir?

A) Ailə

B) Ordu

C) Millət

D) Partiya

E) Sinif



143. Sosial-ərazi birliklərinin əsas ünsürləri hansılardır?

A) Şəhər, kənd, region

B) Şəhər, qəsəbə, icma

C) Şəhər, kənd, icma

D) vilayət, kənb, bələdiyyə

E) Diyar, vilayət, region



144. Sosial strukturun elementləri:

A) Siniflər, sosial qruplar, sosial təbəqələr

B) Millətlər, yığıncaq, xalqlar

C) Xalqlar, etnoslar, sinifdaxili qruplar

D) Siniflər, kvaziqruplar, fərdlər

E) Etnik qruplar, təbəqələr, referent qruplar



145. Ailə institutu cəmiyyətdə hansı funksiyaları yerinə yetirir?

A) Reproduktiv, tərbiyə, təsərrüfat-iqtisadi, rekreativ, kommunikativ, nizamlayıcı

B) İdarəetmə, tərbiyə, iqtisadi, əxlaqi, sosial, mənəvi

C) Reproduktiv, proqnostik, nizamlayıcı, mədəni, tərbiyə

D) İdraki, iqtisadi, hakimiyyət, kommunikativ, təsərrüfat, rekreativ

E) Metodoloci, praktik, tərbiyə, mənəvi, rekreativ, tarixi



146. Siyasi sosiallaşmanın formaları hansılardır?

A) Bilavasitə, vasitəli

B) Üfuqi, şaquli

C) Birbaşa, şaquli

D) Formal, rəsmi

E) Verbal, vasitəli



147. Təhsilin sosiologiyası nəyi öyrənir?

A) Təhsil sistemini, onun fəaliyyət və inkişaf qanuna uyğunluqlarını, cəmiyyətlə qarşılıqlı təsirini

B) Təhsil sahəsindəki islahatları

C) Təhsil sisteminin strukturu

D) Təhsildəki innovasional məqamları

E) Təhsilin inkişaf perspektivlərini



148. Dini şüurun əsas komponentləri hansılardır?

A) dini ideologiya, dini psixologiya

B) dini fəaliyyət, dini ideologiya

C) dini fəaliyyət, dini psixologiya

D) dini fəaliyyət, dini ayinlər

E) dini psixologiya, dini təşkilatlar



149. Sosial institutun umumi əlamətinə daxil deyil:

A) Əlaqələndiricilik

B) Mədəni cəhətlər

C) Şifahi və yazılı kodekslər

D) Mədəni somvol

E) İdeologiyanın olması



150. Sosial-ərazi birliklərinin spesifik xüsusiyyətlərinə daxildir:

A) Coğrafı şərait

B) Sosial şərait

C) Siyasi şərait



D) Mədəni şərait

E) İdeoloci şərait
Kataloq: external -> ckfinder -> userfiles -> files -> tifuser -> files
files -> AZƏrbaycan memarliq və İNŞaat universiteti İNŞaat materiallari kafedrasi iNŞaat materiallari və MƏmulatlari fəNNİNDƏN
files -> Avtomatikanın müasir texniki vasitələri
files -> 1. Mətn prosessoru imkan verir
files -> 2. Web-səhifələri hansı dilin köməyi ilə yaratmaq olar?
files -> ZƏRBƏ dalğASl İLƏ ZƏDƏLƏNMƏ
files -> Azərbaycan Memarlıq və İnşaat Universiteti «Ictimai fənlər» kafedrası «Azərbaycan tarixi» fənni üzrə imtahan testləri
files -> 644a Peşə etikası
files -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan memarliq və İNŞaat universiteti
files -> 1. Klassik vergitutma nəzəriyyəsini elmə kimlər daxil etmişdir?
files -> Kafedra: Fənn: “İnsan resurslarının idarə edilməsi” Müəllim: Qruplar

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə