3. Tam olaraq (Semantik adekvatlıq) amerika açmaq



Yüklə 27,53 Kb.
səhifə2/7
tarix02.01.2022
ölçüsü27,53 Kb.
#41107
1   2   3   4   5   6   7
immun
BE IN SEVENTH HEAVEN (GÖYÜN YEDDİNCİ QATINDA OLMAQ) çox xoşbəxt olmaq anlamını ifadə edir. “Şaquli kontekst”i dini inancla əlaqədardır. İngilis xalqında belə bir inanc vardır ki, göydə yeddi səma, yəni yeddi qat vardır. Allah və əsas mələklər ən yüksək ali qatda, yəni yeddinci qatda yaşayırlar. Bu inanca əsasən, bu birləşmə yaranıb. A.V. Kuninə görə, bu frazeoloji vahid İslama əsasən, meydana gəlib. Eyni zamanda İslam dinində belə bir inanc mövcuddur ki, göyün yeddinci qatında cənnət yerləşir və oraya düşən hər kəs ən xoşbəxt şəxslər hesab olunur. Bir sıra mənbələrdə bu frazeoloji vahidin Aristotelin əsərlərində də təsadüf edildiyi qeyd olunub. Aristotelə görə, səma yeddi kristal qatdan ibarətdir və yeddinci qat mələklərin yaşadığı cənnətdir.

Between Scylla and Charybdis (Iki Od Arasında Qalmaq) çıxılmaz vəziyyətdə qalmaq mənasını ifadə edir. Bu ifadənin qeyri-tarixi şaquli konteksti yunan mifologiyasından gəlir. Mifologiyada Ssilla və Xaribda ölümsüz dəniz canavarları olaraq təsvir olunub; Ssilla on iki ayaqlı, altı başlı və üç cərgəli iti dişləri olan qorxunc qadın canavarı, Xaribda isə dəniz suyunu udub və birdən püskürən nəhəng olaraq göstərilib. Əgər bir kəsə Ssilla və Xaribda arasında olduğu söylənirsə, bu, həmin şəxsin eyni anda iki təhlükə ilə qarşı-qarşıya qaldığı mənasını ifadə edir [16, s.423]. Əlavə olaraq onu qeyd edə bilərik ki, frazeoloji birləşmənin dilimizə qarşılığı Nigar Vəliyevanın “Azərbaycanca – ingiliscə – rusca frazeoloji lüğət”ində “iki od arasında qalmaq” şəklində verilib. Fikrimizcə, bu frazeoloji birləşmə dilimizdəki “Yuxarı baxırsan bığ, aşağı baxırsan saqqal” birləşməsi ilə də eyni məna yükünü ifadə edir.




Yüklə 27,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə