3. Tam olaraq (Semantik adekvatlıq) amerika açmaq



Yüklə 27,53 Kb.
səhifə1/7
tarix02.01.2022
ölçüsü27,53 Kb.
#41107
  1   2   3   4   5   6   7
immun

1.Lüğəvi izahı ilə verilən

2.Deformasiya olunaraq

3.Tam olaraq

(Semantik adekvatlıq)

AMERİKA AÇMAQ (TO DISCOVER AMERICA )►Çoxdan vә hamıya mәlum olan bir hәqiqәti, hadisəni, mәsәlәni yenilik kimi tәqdim etmәk istәyәnlәrә qarşı istehza vә kinayә ilə işlәdilən ifadə.

İfadə Amerika qitəsinin kəşfi ilə əlaqədar yaranıb yayılmışdır.

Tarixdən bəllidir ki, Hindistana ən yaxın dəniz yolunu tapmaq məqsədilə səyahətə çıxmış Xristofor Kolumb (1451–1506) tam təsadüf nəticəsində 1492-ci ildə Amerika qitəsini kəşf etmişdi. Gəmilər Amerika torpağına yan aldıqda o, Hindistanın şərq sahillərinə çatdığını güman etmişdi. Bunun nəticəsidir ki, ölkənin yerli əhalisinə hindu deyilir.

Amerika qitəsi, əslində, Kolumbdan çox-çox əvvəl bir sıra xalqlara məlum olmuşdur. İrlandiyalılar 565-ci ildən, Skandinaviya xalqları X əsrdən Amerikanı tanıyırdılar. Çinlilər isə daha qədimlərdə bu torpağı kəşf etmişdilər. Bütün bunlara baxmayaraq Amerika qitəsi nə Kolumbun, nə də başqa dənizçilərin adı ilə deyil, Yeni dünyaya (əvvəllər Amerika qitəsi belə adlandırılırdı) bir neçə dəfə səyahət edən Ameriqo Vespuççinin (1451–1512) adı ilə adlandırılmışdır. Florensiyalı dənizçi Ameriqo Vespuççi ilk dəfə 1499-cu ildə oraya getmiş və vətənə qayıtdıqdan sonra ayaq basdığı yerlərin Hindistan yox, yeni qitə olduğunu bildirmişdir. Coğrafiyaçılar dərnəyi 1507-ci ildə həmin torpağı «Ameriqo torpağı» adlandırmağı qərara almışdı.

Nәhayәt, tarix elmi son illәr belә bir ehtimal irəli sürür ki, Amerika qitәsinә insanlar ilk dәfә iyirmi min il әvvәl Asiyadan gedib çıxmışlar. O zaman Amerika ilә Asiya arasında quru torpaq yol varmış, sonralar bu torpaq çökmüş vә Berinq boğazı meydana gәlmişdir.

«Amerika açmaq» ifadəsinin qarşılığı kimi bəzən dilimizdə «velosiped icad etmək» ifadəsi də işlədilir.


BAL AYI (HONEY MOON)


►Evliliyin toydan sonra, adətən, istirahət və səfərlərlə müşayiət olunan ilk ayı.

İfadə bəzi xalqlarda mövcud olmuş ənənədən qaynaqlanmışdır.

Xoşbəxtlik və səadətin müvəqqəti, ötəri olduğuna işarə vurulan bu ifadənin mənşəyi ilə bağlı müxtəlif mənbələrdə fərqli mülahizələr vardır.

Bəzi mənbələrdə bu ifadə orta əsr Qərb ölkələrində toy mərasimlərində yeni evlənənlər üçün baldan yüngül alkoqollu içkinin hazırlanması ənənəsi ilə izah edilir. Yeni evlənənlərə tünd alkoqollu içki içməyə icazə verilmədiyindən onlar üçün xüsusi yüngül içki hazırlanırmış. Adətə görə, onlar bu içkini həm toy mərasimində, həm də toydan sonrakı bir ay ərzində içirmişlər. Hətta qeyd olunur ki, toy günü evlənənlərə bu məqsədlə içərisində 5–10 kiloqram bal olan kiçik küp hədiyyə edilirmiş. Onlar bir ay ərzində balla dolu küpü boşaltmalı imişlər.

Başqa bir mənbədə isə bu ifadəyə daha əvvəllər rast gəlindiyi bildirilir və misal kimi bu qədim fars zərbi-məsəlindən bəhs olunur: «Evliliyin birinci ayı bal ayıdırsa, ikinci ayı yovşan ayıdır». Maraqlıdır ki, bu fikrə böyük fransız mütəfəkkiri Volterin (1694–1778) «Zadiq, yaxud tale» fəlsəfi əsərində də rast gəlinir.

Sonralar bu frazeoloji ifadə daha geniş məna almış və «həyatın xoşbəxt dövrü», yaxud «hər hansı hadisənin mənfi tərəfləri yaranmamışdan əvvəlki gözəl dövrü» mənasını verməyə başlamışdır




Yüklə 27,53 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə