3. Sərbəst iş (Günəş enerjisi ilə istilik enerji hasilatının prinsipial sxemi )



Yüklə 12,81 Kb.
tarix02.01.2022
ölçüsü12,81 Kb.
#43944
3. Sərbəst iş
001

3. Sərbəst iş

(Günəş enerjisi ilə istilik enerji hasilatının prinsipial sxemi )

Günəş şüalarının enerjisinin istilik enerjisinə çevrilməsinin əsas iki yolu məlumdur: günəş enerjisinin günəş şüaları qəbuledicilərinin səthində qabaqcadan toplanması (yüksək poten-

siallı istilik enerjisi) və toplanmaması (alçaq potensiallı istilik enerjisi). Günəş şüaqəbulediciəri və ya günəş istilik generatorları günəş şüalarının enerjisini istilik enerjisinə çevirməkdən ibarətdir. Əgər süaqəbuledicilərin səthində qabaqcadan enerji toplanarsa, belə halda temperatur 5000 °C çata bilər. Oks halda günəş istilik generatorlarının işçi səthlərində temperatur



200 °C-dən böyük olmur. İsitmə və isti su təchizatı üçün geniş yayılan sxemlər günəş enerjisini aşağı potensiallı istilik enerjisinə çevrilməsi ilə işləyən qurğulardır. Binanın, günəş enerjisi ilə qızdıran hava ilə isidilməsində (şəkil 1.3), soyuq hava ventilyator vasitasilə ətraf mühitdən götürülərək günəş şüa qəbuledicisinə (1) verilir, orada qızdırı- lır və idarə etmə blokundan (2) ya binaya, və ya binanın altında yerləşən istilik akkumlyatoruna (3) ötürülür. Burada soyudulmuş havanın resirkulyasiyası və həm də onun günəş şüaqəbuledicisinin işləməyən müddətində gecə vaxtı istilik akkumlyatoruna verilməsi nəzərdə tutulur. re Binanın su ila istilik təchizatı sxemi (şəkil 1.4) eyni prinsip esasında qurulmuşdur. J Nisbətən təkmilləşmiş sxem iki konturlu istilik təchizatı sxemidir ki, burada istilik daşıyıcısı- birinci konturun suyu nasoslarla (4) günəş istilik generatoruna (1) verilir, oradan su çənakkumlyatorunun istilik mübadilbedicisi (10) ötrülür və orada soyudulduqdan sonra, yenidən günəş istilik generatoruna qaytarılır. İsitmə sistemində su nasosla (4) çən- akkumlya- torun ikinci su istilik qəbuledicisinə (11) və oradan qızdırıcı cihazlara (2) verilir; qızdırıcı cihazlardan su nasosla (4) istilik mübadiləedicisinə (11) və ya aralıq su çəninə (5) qaytarılır. İst su təchizatı konturunda suyun hərəkəti isitmə konturunun sxemindəki suyun hərəkəti ilə eynidir. Bəzən sistemin hesabı istilik şərtini saxlamaq üçün sxem- də elektrik istilik nasosları yerləşdirilir və çənakkumlyatorda

temperatur azalarsa şəbəkəyə qoşulur. İstilik enerjisi hasilatında heotermal suların enerjisindən istifadə olunan qurğular günəş qurğularına nisbətən dahа yığcamdırlar. Əgər heotermal suların temperaturu 100÷150 °C və duzluluğu kiçik olarsa onlar bir başa istilik təchizatı sistemlərində istifadə oluna bilbr. Yüksək temperatur və təzyiqə malik olarsa iki konturlu sxem üzrə istilik daşıyıcısı hasil edilir. (şəkil 1.5,a). Göründüyü kimi heotermal su, yüksək təzyiq və temperatur altında şəbəkə istilik mübadiləedicisinə verilir (2), orada şəbəkə suyunu qızdıraraq soyuyur və yeraltıquyulara vurulur. Yüksək duzlulu və başqa zərərli maddələrlə zəngin olan termal suların tədbiqi zamanı aralıq təmizləyicisi olan sxemlbrdən istifadə edilir (şəkil 1.5,b). Bu sxemdə isti su və ya buxar təzyiq altında quyudan buxar generatorunun (4) istilik mübadiləedicisinə verilir, kondensatlaşır: alınmış su seperator (5) daxil olur, burada ondan zərərli birləşmələr ayrılır; sonra təmizlənmiş su nasos (6) vasitəsilə buxar generatorunun qaynadıcı sahəsinə verilir və orada buxarlandırılır.
Yüklə 12,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə