3. Geoxronologiya. Mütləq və nisbi geoxronologiya



Yüklə 44,5 Kb.
tarix31.01.2022
ölçüsü44,5 Kb.
#51907
Geoxronologiya. Mütləq və nisbi geoxronologiya.


3.Geoxronologiya. Mütləq və nisbi geoxronologiya.
Geoxronologiya Yerin yaşını təyin etməklə məşğul olur. Son zamanlara qədər bu məsələni nisbi geoxronologiya həll edirdi. Nisbi geoxronologiya hər hansı bir layın o birinə nisbətən əvvəl və ya sonra əmələ gəldiyini təyin edir. Nisbi geoxronologiya çökmə süxurların stratiqrafik və paleontoloji xüsusiyyətlərini öyrənməyə əsaslanmışdır. Stratiqrafik üsul layların vəziyyətini təyin etməklə, onların nisbi yaşını öyrənir. Məsələn: hər hansı bir ərazidə altda qumdaşı, onun üzərində gil və daha sonra əhəngdaşı yatırsa, onda ən qədim lay qumdaşı, ən cavan lay isə əhəngdaşıdır. Beləliklə, onların bir-birinənisbətən olan yaşları təyin edilmişdir ki, burada da paleontoloji metoddan istifadə edilir. Yer qabığında çökmə süxurlarda müxtəlif heyvan və bitki qalıqları tapılır. Burada orqanizmlərin bərk hissələri (qabıqlar, sümüklər, balıqların pulları və s. ) daha yaxşı qalır.Bu cür daşlaşmış üzvi qalıqlara fosil deyilir. Uzun müddət ərzində heyvanat aləmi(fauna) və bitki aləmi(flora) qalıqlarının öyrənilməsi üzvi aləmin inkişaf yollarını təyin etməyə imkan verir. Layların nisbi yaşını təyin etmək işində bu orqanizmlər başlıca əhəmiyyətə malik olduğuna görə bunlara, rəhbər fosil və ya orqanizm deyilir. Rəhbər fosillər üfüqi istiqamətdə böyük sahəyə yayıldıqları halda şaquli istiqamətdə az inkişaf etmiş olur.

İçərisində eyni heyvan və ya bitki qalıqları basdırılmış laylar biryaşlıdır. Ona görə də orqanizmin yaşını təyin etməklə,biz layın da yaşını təyin etmış oluruq. Belə məlum olur ki,hər bir heyvan cinsi və növü müəyyən vaxt içərisində yaşayır və inkişaf edir. Bu göstərilənləri və üzvi qalıqlar haqqında olan məlumatı tədqiq edərək stratiqrafik şkala tərtib edilmişdir ki, burada da laylar müəyyən ardıcıllıqla göstərilir. Buna uyğun olaraq geoxronoloji şkala tərtib edilmişdir. Faunaların zaman daxilində inkişafını və məhvini nəzərə alaraq çökmə süxurlar qatını bir neçə vahidə bölmək mümkün olmuşdu. Zaman etibarı ilə ən böyük vahid era, çöküntü etibarı ilə qrup götürülmüşdür. Bunlarda öz növbəsində aşağıdakılara bölünür:

Era-Qrup

Dövr-Sistem

Epoxa-Şöbə

Əsr-Mərtəbə

İstər zaman,istərsə çöküntü üzrə götürülən uyğun vahidlərə eyni adlar verilmişdir. Məsələn:

Kaynozoy erası (qrupu)

Mezozoy *-----* *-----*

Paleozoy *-----* *-----*

Proterozoy *-----* *-----*

Arxeozoy *-----* *-----*

Burada ən qədim zaman arxeozoy və ən yaxın zaman kaynozoydur. Geologiyada bir qanun olaraq laylar aşağıdan yuxarı yazılır.

Eralar aşağıdakı dövrlərə bölünür:

Antropogen

(dördüncü dövr)




Kaynazoy

Mezozoy

Paleozoy

Proterozoy

Arxeozoy

Neogen

Paleogen


Təbaşir

Yura


Trias

Perm

Karbon(daş kömür)

Devon

Silur


Ordovin

Kembri


Dövrlərə

bölünmür


Dövrlərə

bölünmür


Bəzən paleogen və neogen dövrləri üçüncu dövr kimi adlanır.Arxeozoy və proterozoy eralarında heyvan qalıqları kəskin dəyişmiş və metamorfikləşmiş növlərdən ibarət olduğu üçün həmin eraları dövrlərə bölmək mümkün olmamışdır. Faunanın oyrənilməsi keçmiş dövrlərdə yer üzərində olmuş fiziki-coğrafi şəraiti aydınlaşdırmağa imkan verir.

Mütləq geoxronologiya. Yer qabığında ayrı-ayrı hadisələrin nə vaxt baş verdiyini və eləcədə bir çox problemləri öyrənmək üçün bir neçə üsul təklif edilmişdir. Bunlardan biri duz üsuludur.Məlumdur ki ,okeanların suyunda böyük miqdarda duz,xüsusilə NaCl iştirak edir.Bunlar çayların vasitəsilə gətirilmişdir. Okeanlarda duzun miqdarı 35% bərabərdir. Həmin miqdarın neçə il ərzində toplandığını hesablamaq mümkündür.Bu üsulla okeanların yaşı 0,3-1,5 milyard il hesablanır.

Çöküntülərin qalınlığını ölçməyə əsaslanan üsul daha etibarlıdır.Bir il ərzində çaylar vasitəsilə aparılaraq dənizlərdə çökdürülən çöküntüləri bildikdən sonra müəyyən bir qatın neçə vaxt ərzində əmələ gəldiyini təyin etmək olar.

D.Murrey hesab edir ki, çaylarla dənizlərə təxminən 16 km³ süxur parçaları gətirilir. Bu isə dəniz dibində hər il 0,11 mm çöküntü əmələ gətirir. Çökmə süxur təbəqələrinin ümumi qalınlığı 15 km-ə yaxındır. Beləliklə, bu qədər çökmə süxur laylarının əmələ gəlməsi üçün 1,5*10 ildən–70*10 ilə qədər vaxt lazımdır.

Son zamanlar Yer qabığının yaşını təyin üçün radioaktivlik üsulundan istifadə olunur. Məlumdur ki,uran parçalanır və helium qazı ilə qurğuşun əmələ gəlir. Uranın parçalanma dövrü olduqca böyükdür. Belə ki, bütün uran atomlarının yarısı 7*10 il ərzində parçalanır. Radioaktiv mineralın olduğu süxuru analiz etdikdə, orada nə qədər qurğuşun və ya helium atomlarının meydana çıxdığını və nə qədər parçalanmamış radioaktiv element qaldığını təyin etmək olar. Buna əsasən həmin süxurun yaşını hesablamaq mümkündür.

Geoloji tarixin son mərhələlərində əmələ gəlmiş süxurların mütləq yaşını təyin etmək üçün Karbon metodu tətbiq olunur. Atmosferdə yarımparçalanma dövrü 5568 il olan radioaktiv karbon izotopu C iştirak edir. Burada azotun N izotopu ilə reaksiyaya girən neytronlar əmələ gəlir və nəticədə karbonun radioaktiv izotopu alınır. Bitkilər həyat fəaliyyəti üçün atmosferdəki karbonu udur. Bitki yaşadıqca karbonun miqdarı dəyişmir, tələf olduqda radioaktiv karbonun miqdarı azalır. Radioaktiv karbonun miqdarını və yarımparçalanma dövrünü bilərək, bitkinin tələf olduğu vaxtı və deməli, süxurun yaşını təyin edə bilərik.

Radioaktiv parçalanma üsulunun tətbiqilə hər bir eranın neçə mln. il davam etdiyini təyin etmək olar:

Kaynozoy-55-65 mln. il

Mezozoy-135-180 mln. il

Paleozoy-380-540 mln. il

Arxey-1200-1400 mln. il



N.S.Starikin tədqiqatlarına əsasən Yer qabığının yaşı 3-4 milyard il hesab olunur.




Yüklə 44,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə