29 aprel 2016-ci IL tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında “Azərbay- can Respublikasının Nizami Gəncəvi adına Qızıl medal”ı və amea-nın görkəmli alimlərin adlarını daşıyan mükafatların təqdimetmə mərasimi



Yüklə 403,85 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix30.12.2021
ölçüsü403,85 Kb.
#20001
1   2   3
 

 

 

 

 

 

 

 

 


MÜKAFATLAR 

162 


AMEA-NIN AKADEMİK MİRƏSƏDULLA MİRQASIMOV ADINA 

MÜKAFATI –  A.Ə. NAMAZOVA  

 

 

 



Azərbaycanda  körpə  və  uşaqlarda  ürək-damar 

sistemi  xəstəliklərinin  yayılmasının  tədqiqi,  kliniki 

xüsusiyyətlərinin aşkar edilməsi, terapevtik və cər-

rahi müalicə üsullarının sistemli tətbiqinə görə aka-

demik Adilə  Əvəz  qızı  Namazovaya AMEA-nın 

akademik Mirəsədulla  Mirqasımov  adına mükafata 

layiq görülüb. 

Akademik  Adilə  Namazovanın  elmi  fəaliyyə-

tinin  əsas  istiqamətini  uşaqlarda  kəskin  revmatizm 

zamanı  ürək-qan  damar  sisteminin  funksional  və-

ziyyətinin  öyrənilməsi,  anadangəlmə  ürək  qüsur-

larının diaqnostikası, diferensial diaqnozu, belə qü-

surlar  zamanı  cərrahi  əməliyyata  göstəriş  və  əks-

göstərişin  müəyyənləşdirilməsi  problemləri,  uşaq-

larda  hipertoniya  və  hipotoniya  xəstəliklərinin  epi-

demiologiyasının,  kliniki  əlamətlərinin  xüsusiyyət-

lərinin,  təzahür  formalarının,  profilaktika  və  müa-

licə  üsullarının  işlənilib  hazırlanması  və  səhiyyə 

praktikasına tətbiqi təşkil edir. 

A.Ə.Namazova  400-ə  yaxın  elmi  əsərin,  32 

monoqrafiya,  dərslik  və  dərs  vəsaitinin,  5  ixtiranın 

müəllifidir.  Çoxsaylı  beynəlxalq  konqres,  qurultay 

və  simpoziumlarda  elmi  məruzələrlə  iştirak  etmiş, 

dünyanın hər yerində Azərbaycan pediatriya elmin-

in  ləyaqətli  təmsilçisinə  çevrilmiş,  özünün  elmi 

məktəbini yaratmışdır.  

Alimin  rəhbərliyi  altında  60-artıq  tibb  elmləri 

namizədi və tibb elmləri doktoru hazırlanmışdır.  

Akademik  Adilə  Namazova  pediatriya  sahə-

sində beynəlxalq aləmdə tanınmış alimdir. O, Azər-

baycan  Respublikası  Pediatrlar  Assosiasiyasının 

prezidenti,  Ümumdünya  və  Avropa    Pediatrlar  As-

sosiasiyası idarə heyətinin üzvü, Türkdilli Ölkələrin 

Pediatrlar  Assosiasiyasının  vitse-prezidenti  kimi  

yüksək vəzifələrdə çalışmışdır.  

 

 





Yüklə 403,85 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə