http://www.amu.edu.az
15 yanvar 2013-ъц ил
6
S
on illər ölkəmizdə stomatologiya elmi
sahəsində bir çox elmi-nəzəri araşdırmalar
aparılmış, yeni müalicə metodları və üsullarının
öyrənilməsi ilə bağlı xeyli dərs vəsaitləri
yazılmışdır. Belə dərs vəsaitlərindən biri də
Azərbaycan Tibb Universiteti Rezidentura
şöbəsinin müdiri, tibb elmləri üzrə fəlsəfə
doktoru Rizvan Möhsün oğlu Məmmədov və
tibb elmləri üzrə fəlsəfə doktoru Bəhlul Mehbalı
oğlu Həmzəyevin gərgin axtarışlarının bəhrəsi
olan və “ Şərq-Qərb” Nəşriyyat Evi mətbəəsində
nəfis tərtibatla işıq üzü görən “Parodont
xəstəlikləri” adlı dərs vəsaitidir.
ATU-nun
stomatologiya
fakültəsinin
(VII-VIII
semestrlər üçün) kredit sistemi ilə təhsil alan IV kurs
tələbələri üçün nəzərdə tutulmuş bu kitabda “parodon-
tun quruluşu, onun-anatomik-fizioloji xüsusiyyətləri, pa-
rodont xəstəliklərinin etiologiyası və patogenezi, onla-
rın müasir diaqnostikası və metodları” haqqında ətraflı
məlumat verilmiş, bu xəstəlikləri törədən səbəblər, on-
ların müalicə və profilaktikası dərindən araşdırılmışdır.
İlk dəfə Azərbaycan dilində latın qrafikası ilə çap edilən
bu kitab 4 fəsildən ibarətdir.
Müəlliflər “Parodontun anatomiya və fiziologiya-
sı” fəslində parodontun inkişafı, onun quruluşu, qan
təchizatı, ilmfa sistemi barədə oxucularda müfəssəl
məlumat yaratmaqla yanaşı, paradontun funksiyaları-
nın onun anatomo-fizioloji xüsusiyyətləri ilə bağlı elmi
təhlilini vermişlər.
“Xəstəliklərin müayinəsi” adlı ikinci fəsildə para-
dont xəstəliklərinin metodları, paradontoloji statusun
göstəriciləri, üçüncü fəsildə isə “Parodont xəstəliklərinin
klinika və diaqnostikası” ilə əlaqədar məlumatların elmi
şərhi oxucuların diqqətinə çatdırılmışdır.
Parodontoz-bütün parodont toxumalarını zəhərləyən,
generalizə olunmuş distrofik prosesdir. Əsas simptom-
ları alveol sümüyünün horizontal destruksiyası, travma-
tik okklüziya, dişlərin boynunun açılması, pazabənzər
qüsurların yaranması, dişlərin cüzi laxlaması prosesi-
dir ki, onun müalicəsi insan sağlamlığı üçün mühüm
şərtlərdəndir. “Parodont xəstəliklərin müalicə və pro-
filaktikası” fəslində bu haqda geniş məlumat verən
müəlliflər bir sıra yerli qıcıqlandırıcı təsirə malik fak-
torların aradan qaldırılması üçün profilaktik tədbirlərin
həyata keçirilməsinin vacibliyini vurğulayan müəlliflər
tibb sahəsində çalışanların, tələbələrin və qeyri-ixti-
saslı oxucuların maraq dairəsini nəzərə alaraq bütün
fəsillərin sadə, aydın və oxunaqlı dildə yazılmasına nail
olmuşlar.
Bütün bunları nəzərə alaraq deyə bilərik ki, zəngin
elmi-nəzəri məlumatlarla zəngin olan “Parodont
xəstəlikləri” kitabı həm tibb işçilərinin, həm də
geniş oxucu auditoriyasının böyük marağına səbəb
olacaqdır.
Mütəllim HƏSƏNoV
“PARODONT
XƏSTƏLİKLƏRİ”
H
avalar soyuyandan bəri burun-
axma, öskürək, qızdırma və
baş ağrısı ilə müşayiət olu-
nan xəstələrin sayı xeyli artıb.
Bəzən yatağa düşən xəstələrin
antibiotiklər qəbul etmələrinə
baxmayaraq günlərlə həra rət-
ləri aşağı düşmür. Bu da istər-
istəməz xəstələrin ciddi na-
rahatlığına səbəb olur. Əhali
arasında bəzən söz-söhbət
gəzir ki, hazırda insanların yo-
luxduğu qrip “donuz qripi”ndən
güclüdür. Bu səbəbdən qəbul
edilən dərman preparatları və
antibakterial maddələr müsbət
təsir göstərmək gücündə de-
yil. Bu həqiqətənmi belədir?
Bu və digər suallara cavab
almaq məqsədilə Azərbaycan
Tibb Universitetinin yoluxucu
xəstəliklər kafedrasının dosen-
ti Cəlal İsayevə müraciət et-
dik. Cəlal müəllim qış fəslində
daha geniş yayılan xəstəliklərlə
bağlı “Təbib” qəzetinə maraqlı
açıqlamalar verdi:
-
Qış fəslində adətən daha
çox rast gəldiyimiz xəstəlik yuxarı
tənəffüs yollarının virus infeksiya-
larıdır. Yəni bunun da əsas səbəbi
virusların soyuğa davamlı olması
ilə əlaqədardır. Elə bu davamlılıq
xəstəliyin yayılmasını şərtləndirən
əsas faktorlardan biridir. Doğrudur,
orqanizmin soyuqla bağlı immuni-
tetinin zəifləməsi də xəstələnmə ilə
nəticələnə bilər. Amma əsas şərt
həmin virusların soyuğa davamlılı-
ğıdır. Məsələn, ən çox trans olunan
bir xəstəlik - qrip haqqında söhbət
açaq. Məlumdur ki, qrip virusları
soyuğa daha davamlıdır. Otaq tem-
peraturunda adətən onlar haradasa
3-4 saat davam gətirə bilirlərsə, şax-
talı havada illərlə qala bilirlər. Ona
görə də ilin soyuq fəsillərində bu tipli
xəstəliklərin artımı müşahidə olunur.
Onu da qeyd edək ki, qripin,
ümumiyyətlə, reseptor virus infek-
siyalarının yayılmasında müəyyən
bir qanunauyğunluq da mövcuddur.
Əvvəllər hər 3-5 ildən bir bu virus-
ların epidemiya şəklində yayılması
müşahidə olunurdu və bu epidemi-
yalarda adətən 5-10 milyon insan yo-
luxurdu. İndi bu qanunauyğunluqda
müəyyən dəyişmələr hiss olunmağa
başlayıb. Yəni epidemiyaların ya-
yılma müddəti qısalıb və artıq hər
il kütləvi şəkildə yoluxma halları
müşahidə olunur. Buna səbəb kimi
insanların əlaqələrinin genişlənməsi,
onlar arasındakı məsafənin yaxınlaş-
ması, ictimai nəqliyyat vasitələrindən
istifadə, ticari, mədəni əlaqələri
və.s misal çəkmək olar. Yuxarıda
sadaladığım halların mövcudluğu
xəstəliyin qarşısının alınması üçün
lazımi tədbirlərin görülməsinə im-
kan vermir. Bu da sonda xəstəliyin
epidemiya şəkilində yayılmasına
səbəb olur. Son 10 ildə qripin demək
olar ki, hər il epidemiyası baş verir.
- Adi xəstəlik kimi qəbul et -
diyi miz qripin təhlükəlilik də rə-
cəsi barədə nə deyərdiniz?
- Doğurdan da çox vaxt əhali ara -
sında qripə adi xəstəlik kimi baxırlar.
Amma elə deyil. Məlumdur ki, qrip
virus tərəfindən törədilən nəfəs yol-
larının kəskin infeksiya xəstəliyidir.
Əsas simptomları titrəmə, qızdırma,
boğazda göynəmə, sümük, əzələ ağ-
rıları, kəskin baş ağrısı, öskürmə,
zəiflik və ümumən narahatlıqdır.
Əslində bu, çox təhlükəli xəstəlikdir.
Tarixdən məlumdur ki, 1918-ci ildə
yayılan və İspan qripi adı ilə tanı-
nan H1N1 virusu 1 il ərzində davam
edən pandemiyaya səbəb olub və 20
milyondan 50 milyona qədər insanın
ölümü ilə nəticələnib.
Bu da qripin nə dərəcədə təhlükəli
olduğunu düşünməyə əsas verir.
Daha çox 1-5 yaşlı uşaqlar, xroni-
ki xəstələr, yaşlı adamlar, xüsusən
də ağ ciyər, ürək-damar sistemində
problemləri olanların həyatı üçün
təhlükə yaradır.
Hazırda geniş yayılan bu qrip
ilk olaraq 2013-cü ilin sentyabrın-
da ABŞ-da başladı, oradan Avro-
paya, Avropadan Türkiyəyə keçdi
və bizə də gəlib çatdı. Xəstəliyin
genişlənməməsi üçün tədbirlər
görülsə də faydası olmadı, yayıldı.
H3N2 ağır formada keçən bir qrip
virusudur. Bu, reformasiya olunub
insanlar arasında sürətlə yayıla bi-
lir. Bəzən onun əlamətləri insanları
çaş-baş salır ki, bu qripə oxşamır.
Xəstəlik başlayır, ancaq xəstədə
kataral əlamətlər meydana çıxmır,
xəstəlik toksiki formada keçir ki, bu
da çox təhlükəlidir.
Əsasən mərkəzi sinir sisteminə,
ürək-damar sisteminə toksiki təsir
göstərir.
Məlumdur ki, qrip sürətlə inkişaf
edən bir xəstəlikdir. Bir neçə saat
ərzində xəstəni yatağa sala bilir.
İlk dövr- bir-iki gün ərzində kataral
əlamətlər olmur, toksiki əlamətlər,
quru öskürək olur, sonrakı dövrlər
kataral əlamətlər qoşulur, öskürək
yumşalır.
Qrip olan şəxs mütləq yataq
rejimində olmalıdır. Xəstəlik zama-
nı hərarətin yüksəlməsi 2-6 gün
davam edir və bu müddətdə xəstə
yataq rejimində olmasa, ağırlaşma-
ların baş vermə ehtimalı dəfələrlə
yüksəlir. Xəstələrin xəstəxana şə-
raitində müalicə olunmasına elə
də ciddi ehtiyac yoxdur, müalicə ev
şəraitində də aparıla bilər. Xəstəliyin
sağalması üçün yüksək effektli təsirə
malik spesifik müalicə preparatları
da yoxdur və son zamanlar aparılan
tədqiqatlar göstərir ki, H3N2 viru-
sunun mövcud antivirus preparatlara
qarşı rezistentliyi-davamlılığı var.
- Bəs qripə yoluxanlar üçün
hansı preparatlardan istifadə
etməyi məsləhət görərdiniz?
- Virusa yoluxanlar üçün Ozelta-
mivir (həmçinin Tamiflu da adlanır)
və Zanamivir (Relenza) dərmanları
virusun bədənə yayılmasının qarşısı-
nı aldığı üçün müəyyən müsbət təsir
göstərir.
Əsas şərtlərdən biri orqanizmin
müqavimətinin
yüksəldilməsidir.
Yoxsa hansısa xüsusi bir preparat
yoxdur ki, onu qəbul etməklə dərhal
sağalasan.
Xəstədə yüksək hərarətin 6 gündən
artıq davam etməsi xəstəliyin ağır-
laşmasından xəbər verir. Bu zaman
yalnız həkimin məsləhəti ilə antibak-
terial maddələrdən istifadə olunur.
Qripdən əsas qorunmanın yolu
profilaktik olaraq peyvəndlərin apa-
rılmasıdır. Yoluxma ehtimalı olan
qrip virus ştampının peyvəndi apa-
rılmalıdır. Digər ştamp peyvəndinin
aparılması istənilən effekt vermir.
Göstərmək lazımdır ki, qrip epide-
miyası zamanı karantin tədbirlərinin
aparılması da önəmli rol oynayır. İn-
sanların sıx olduğu məkanlarda yo-
luxma ehtimalı dəfələrlə artır.
Ona görə də xəstə insanların
ictimai yerlərdə görünməsi
məq sədə
uyğun
deyil.
Əgər ictimai yerdə olmağa
məcburdursa, onda həmin
xəstə qoruyucu tənzifdən
istifadə etməlidir.
Qabil ABDULLAYEV
C.İSAYEV: “Qrip bir neçə saat
ərzində xəstəni yatağa sala bilir”
Həkim xəstəliyin sağalması üçün spesifik
müalicə preparatlarının olmadığını da bildirdi
Kitab rəfi
Müsahibə
15 yanvar 2013-ъц ил
http://www.amu.edu.az
7
K
eçən əsrin 50-ci illərindən
başlayaraq elektron mik-
roskopunun
morfologi-
yada
tətbiqi
sahəsində
əldə olunmuş məlumatlar
bioloji elmləri tam yeni
səviyyəyə
qaldırmış-
dır. Belə ki, qısa zaman
ərzində istər bitki, istərsə
də heyvan hüceyrələrinin
əsas
kompartmentləri
olan hüceyrə zarının, si-
toplazmanın (onun tərkib
hissələri olan orqanellərin,
sitoskelet elementlərinin)
və nüvənin submikroskopik
səviyyədə tədqiqi həyata
keçirilməyə
başlanılır.
Əldə olunmuş məlumatlar
ilk vaxtlar dünyanın ən
məşhur elmi dərgilərində
məqalələr şəklində, son-
ralar isə elmi işçilərin və
tələbələrin stolüstü ki-
tabları olan monoqrafiya-
lar və dərsliklər şəkilində
dərc olunurlar. Son 10 il
ərzində dərc olunan dərslik
və monoqrafiyaların hamı-
sında müxtəlif tip elektron
mikroskopları ilə çəkilmiş
şəkillər üstünlük təşkil
edirlər. Hal-hazırda istifadə
olunan mikroskopik texni-
kalar içərisində elektron
mikroskopunun imkanları-
nı ABŞ-ın Kaliforniya Uni-
versitetinin
əməkdaşları
G.A. Perkins və b. (2009)
belə
səciyyələndirirlər:
“Müasir flüoressent kon-
fokal
mikroskopların
köməkliyi ilə nişanlanmış
zülalların hüceyrə daxilində
hərəkətini belə izləmək
mümkün olsa da, böyütmə
imkanı məhdud olduğundan
orqanellərin ultrastruktu-
runu tədqiq etmək imkanı
vermir. Sonuncu imkan an-
caq üçölçülü elektron mik-
roskopunun (elektron to-
moqrafiyası) vasitəsilə tam
dəqiqliklə həyata keçirilə
bilir”..
Bioloji elmlər sahəsində müa-
sir istiqamətlərdən biri müxtəlif
şəraitlərdə (yaşla əlaqədar, ekspe-
rimental və patoloji vəziyyətlərdə)
hüceyrələrin
ölüm
formaları-
nın müəyyən edilməsidir. Bu
sahədə çox həssas flüressent,
immunhistokimyəvi və s. metod-
lar kəşf olunmasına baxmayaraq,
hüceyrələrin ölüm formalarının
aşkar edilməsinin “qızıl standart-
ları” hələ də elektron mikroskopik
tədqiqatların nəticələrinə əsasən
müəyyən edilir (S.C.Taatjes et al.,
2008; A.Tinari et al., 2008).
Müasir elektron mikroskopunun
əldə olunmasının aktuallığının bi-
rinci göstəricisi respublikada işlək
vəziyyətda olan bu tip aparatın ol-
mamasıdır. Qeyd etmək lazımdır
ki, keçən əsrin 70-80-cı illərində
AMEA-nın bir çox institutları və
Azərbaycan Tibb Universiteti üçün
keçmış SSR-də, Çexoslovakiya-
da və Yaponyada istehsal olunmuş
10-dan çox TEM əldə edilmiş-
dir. Hal-hazırda onlardan biri də
işlək vəziyyətdə deyildir. Bununla
bərabər o dövrlərdə əldə edilmiş
TEM seriyaları müasir tələblərə ca-
vab vermədiyindən və artıq istehsal
olunmadığından respublikada olan-
ların təmirini təşkil etmək də müm-
kün deyil.
Respublikada elektron mikros-
kopu vasitəsilə yerinə yetirilmış
işlərin səthi analizi göstərir ki,
Sovetlər birliyi dövründə çox sayda
elmi-tədqiqat idarələrinin TEM əldə
etməsi heç də özünü dogrultmamış-
dır. Bu mənada respublikada muasir
tələblərə cavab verən elektron mik-
roskopik mərkəzlərin yaradılması
daha məqsədəuyğun olar. Misal üçün
qeyd etmək olar ki, böyük elmi po-
tensiala malik, 295 institut və klini-
kaları özündə birləşdirən, 7 fakültəsi
olan Surix Universitetində ancaq bir
“Mikroskopiya və təsvirin analizi
mərkəzi” fəaliyyət göstərir. Özü də
həmin mərkəz TEM-lə yanaşı, butun
müasir mikroskop növləri, köməkçi
cihaz və materiallarla tam təhciz
olunmuşdur.
Biologiya və tibb sahəsində mü-
asir tələblərə cavab verən, impakt
faktoru yüksək olan jurnallarda çap
olunan elmi-tədqiqat işlərinin bö-
yük əksəriyyəti müxtəlif növ elekt-
ron mikrospik texnikaların vastəsilə
yerinə yetirilir. Respublikada bu
tipdə işlək vəziyyətdə olan cihazın
olmaması morfologiya sahəsində
texniki geriqalmaların dərəcəsini
günu-gündən artırırdı. Azərbaycan
Respublikasının Prezidenti yanında
Elmin İnkişafı Fondu (EİF) 2011-ci
ildə Gənc alim və mutəxəssislərin
1-ci musabiqəsində, qısa müddət
ərzində əhəmiyyətli elmi nəticələrin
alınmasını stimullaşdırmaq məq-
sədilə, “Biologiya, tibb və aqrar
elmləri” üzrə 1 000 000 manat
məbləğində Pilot layihəsi elan etmiş-
di. AMEA Tibb və Biologiya Elmləri
Bölməsinin akademik-katibi, aka-
demik Əhliman Əmiraslanovun
göstəruşi ilə Azərbaycan Tibb Uni-
versitetinin “histologiya, embriolo-
giya və sitologiya, “patanatomiya”
kafedralarının, AMEA-nın Generik
Ehtiyatlar, Botanika, Zoologiya,
Mikrobiologiya, Fiziologiya institut-
ları əməkdaşlarından ibarət işci qrup
“Respublikada biologiya və tibb
sahəsində ultrastruktur tədqiqtların
müasir səviyyədə təşkili üçün Trans-
missiya Elektron Mikroskopunun,
müvafiq cihaz, avadanlıq və material-
ların alınması” pilot layihəsini tərtib
edib EİF-ə təqdim etdi. Göstərilən
pilot layihəsi EİF səhmdarlar şura-
sının qərarı ilə qalib elan edildikdən
sonra çox gərgin fəaliyyət, ələlxüsus
EİF əməkdaşlarının operativ işləri
nəticəsində 2012-ci ilin dekabr
ayında Yaponyanın JEOL firması-
nın istehsalı olan JEM-1400 trans-
missiya elektron mikroskopu (şəkil
1), Almaniyanın LEİCA firmasının
istehsalı olan Ultracut EM UC7
markalı ultramikrotomu, Leica EM
KMR3 markalı (şəkil 2) şüşə bıçaq
düzəldəni və lazımı reaktivlər əldə
olunmuşdur. Pilot layihəsinin icrası
bizim universitetə həvalə olundu-
ğundan yuxarıda sadalanan apa-
ratura və ləvazımatlar ATU-nun
4-cü korpusunun (fizika-kimya) bi-
rinci mərtəbəsində ayrılmış xüsusi
otaqlarda yerləşdirilmişdir. Qeyd
etmək lazımdır ki, 2013-cü ilin fev-
ral ayından elektron mikroskopu və
əlavə avadanlıqların hamısı işlək
vəziyyətdədir. Nümunə üçün yuxarı-
da qeyd olunan aparaturalar vasitəsi
ilə onurğa beyninin ağ maddəsinin
işıq mikroskopunda, baş-beyin qişa-
sının, dişli bağın və Ganguleterakis
dispar parazitinin orta bağırsağının
isə elektron mikroskopunda çəkilmiş
şəkilləri nümayiş etdirilir (şəkil 3).
Tərtib olunan layihənin məqsədi
göstərilən sahələrdə elmi-tədqiqat
işləri aparan əməkdaşların birgə
istifadəsi üçün Transmission Elekt-
ron Mikroskopu (TEM), köməkci
avadanlıq və materialların alınması-
dır. Layihədə nəzərdə tutulmuş TEM-
in alınması, dar ixtisas çərçivəsində
deyil, respublikada biologiya və tibb
sahələrində aparılan elmi-tədqiqat
işlərinin əsas istiqamətləri ilə yaxn-
dan tanış olan gənc mütəxəssislərin
hazırlanmasına xidmət edəcəkdir.
Bir milyona qədər böyütmə imkanı-
na malik TEM tətbiqi respublikanın
yerli, introduksiya edilmiş və süni
əldə olunmuş flora və faunasının
bütün nümayəndələrinin struktur
xüsusiyyətlərini, onların pasport-
laşdırılmasını 0,38 nm dəqiqliklə
tədqiq etmək imkanına malikdir.
Layihənin
qarşıya
qoyulan
məsələləri:
Viruslardan başlamış istər pro-
karot (bakteriyalar, aktinomisetlər,
göy-yaşıl yosunlar), istərsə də
euka riotların (göbələklər, bitki
və heyvani hüceyrələr) quruluş
xüsusiyyətlərinin
ultrastrukrur
səviyyədə tədqiqi;
Virus və bakteriaya ştammları-
nın, müxtəlif ibtidai bitki və heyvan
növlərinin oxşar və fərqli morfoloji
xüsusiyyətlərinin 0,2 nm dəqiqliyi
ilə aşkarlanması;
Ontogenezin müxtəlif mərhə-
lələrində
bitki
və
heyvani
hüceyrələrin genom daşıyıcı struk-
turlarında baş verən ultrastruk-
tur dəyişikliklərin hüceyrə və to-
xumalarda baş verən degenerativ
proseslərin inkişafında mümkün ro-
lunun araşdırılması;
Prokariotların
eukariotlarla
simbiozu nəticəsində formalaş-
mış orqanellərin (xloroplastlar,
mitoxondrilər) hüceyrələrin həyat
fəaliyyətində və ölümündə iştirakla-
rının molekulyar əsaslarının ultrast-
rutur səviyyədə tədqiqi;
Respublikamızda neft məhsulları
qalıqları ilə çirklənmiş torpaq
sahələrinin və su hövzələrinin ya-
rarlı vəziyyətə gətirilməsində iştirak
edə biləcək bakteriyalarin ultrast-
ruktur tədqiqi və onların aktivlik
dərəcələrinin tənzimi yollarının
müəyyən edilməsi;
maddələrinin bioloji səddlərin
mövcud olduğu orqanlara (mərkəzi
sinir sistemi, xaya və yumurtalıqlar)
çatdırılma yollarının elektron mik-
roskopik olaraq tədqiqi;
Bəd xassəli şişlərin differensial
diaqnostikasında, müalicə üsulla-
rının seçilməsində və proqnozu-
nun müəyyən olunmasinda TEM-in
tətbiqi;
Eksperimental peritonit zama-
nı həyat üçün vacib orqanların da-
mar, birləşdirici toxuma və işcil
törəmələrində baş verən ultrastruk-
tur dəyişikliklər və onların korreksi-
ya yollarının araşdırılması;
Kəskin endotoksemiya zama-
nı mərkəzi və periferik sinir sis-
temlərinin müxtəlif törəmələrində
qişa, damar və sinir elementlərinin
histotopoqrafiyalarında və mikrost-
rukturlarında baş verən də yişik-
liklərin ultrastruktur xarakteristika-
sı;
Müxtəlif mənşəli eksperimental
ödem şəraitində sinir hüceyrələrinin
ölüm formalarının elektrton mikros-
kopik olaraq dəqiqləşdirilməsi;
Respublika alimləri və digər
müəlliflər tərəfindən əldə olunmuş
nanohissəciklərin canlı orqanimlərdə
əmələ gətirdikləri komplekslərin
müxtəlif orqan və sistemlərin mor-
fo-funksional vəziyyətinə təsirinin
müəyyən edilməsi;
Respublikada sintez olunmuş hey-
vani və bitki mənşəli bioloji aktiv
maddələrin ayrı-ayrı orqanlara və
sistemlərə təsir mexanizmlərinin
dəqiqləşdirilməsi və müalicəvi doza-
ların ultrastruktur əsaslandırılması.
Dostları ilə paylaş: