Al qanına sən boyandın.
zəhərli güllələr ilə.
bulanmışdı al qan ilə.
http://www.amu.edu.az
15 yanvar 2013-ъц ил
4
•
2013-cü ilin sonun-
da ATU-nun Tədris
Cərrahiyyə
Klinika-
sında təhsildə yeni
istiqamət olan rezi-
denturanın uğurları və
problemləri ilə bağlı
toplantı keçirilib. Artıq
3 ilin arxada qaldığını,
bu il birinci buraxılı-
şın olduğunu deyən
universitetin rektoru,
millət vəkili, akademik
Əhliman Əmiraslanov
bu sahədə narahat-
lıq doğuran bir çox
məsələlərin mövcud-
luğunu, ona görə də
açıq söhbətə ehtiyac
yarandığını vurğulayıb:
“İstəməzdim ki, burada
təkcə biz danışaq, yal-
nız rezidentura şöbəsinin
müdirini dinləyək. Qoy
müəllimlərimiz, profes-
sorlarımız, rezidentlərin
rəhbərləri çıxış etsinlər,
təkliflərini
versinlər.
İndiyə qədər diplom-
dan sonrakı hazırlıq
bizi qane etmirdi. Hər
birimiz deyirdik ki, 1
il ərzində mütəxəssis
yetişdirmək
mümkün
deyil.
Rezidenturaya
ümidlərimiz çox böyük-
dür. Qarşımıza müəyyən
çətinliklərin
çıxması-
na, hətta tələbələrin ilk
vaxtlar buna qarşı eti-
raz mitinqi keçirməsinə
baxmayaraq
praktiki
mütəxəssis hazırlamaq
üçün bu yolu seçdik.
Təəssüf ki, rezidentlərin
bilik səviyyəsi imtahan
götürən mütəxəssisləri
də, elə mənim özümü də
razı salmır. Görünür, ilk
növbədə rezidentlərin ha-
zırlığına münasibətimizi
dəyişməli,
nəzarəti
gücləndirməliyik”.
Rezidentura
şöbəsinin
müdiri,
dosent
Rizvan
Məmmədov
2011-ci ildən re-
zidenturaya qəbul aparıldığını
bildirərək qeyd edib ki, hal-
hazırda ATU üzrə rezidentura-
nın I kursunda 143 nəfər, II kur-
sunda 132 nəfər, III kursunda
isə 118 nəfər olmaqla 35 ixtisas
üzrə 393 nəfər təhsil alır.
2013-2014-cü tədris ilində
müxtəlif səbəblərdən 16 nəfər
rezidenturadan xaric edil-
miş, 15 nəfər sosial (analıq)
məzuniyyətinə çıxmış, 4 nəfər
akademik məzuniyyət götür-
müşdür. Cari tədris ilində po-
tasiya keçmək üçün 1 nəfər
Almaniyaya, 9 nəfər Türkiyəyə
göndərilmişdir. Ümumiyyətlə,
indiyədək 38 nəfər rezidentimiz
müxtəlif ixtisaslar üzrə xarici
ölkələrdə rotasiya keçmişlər.
Rezidentura
şöbəsinin
əvvəlki illərdə ən böyük
probleminin fərdi iş planı və
gündəliklərlə bağlı olduğunu
deyən R.Məmmədov diqqətə
çatdırıb ki, artıq cərrahi yö-
nümlü və stomatoloji ixti-
saslar üzrə fərdi iş planları
gündəliklərlə birlikdə 60-70
səhifə həcmində çap edilərək
rezidentlərə paylanır. Terapi-
ya yönümlü fərdi iş planları və
gündəliklər isə yaxın günlərdə
rezidentlərə veriləcəkdir. O,
bəzi problemlərin hələ də
qaldığına diqqət yönəldərək
bildirib ki, rezidentlər bəzən
klinikalarda xəstələrin azlı-
ğından, potasiya keçdikdən
sonra onlara sonuncu gün
xasiyyətnamə verilməməsindən
və ya gecikdirilməsindən şika-
yətlənirlər. Bazalarda təmir
işləri ilə əlaqədar yaranan
problemlərə də toxunan şöbə
müdiri artıq Tədris Cərrahiyyə
Klinikasının fəaliyyətə başlama-
sı ilə bu problemin də aradan
qaldırıldığını deyib.
ATU-nun Tədris Terapevtik
Klinikasının
direktoru,
professor Surxay Musayev
rəhbərlik etdiyi klinikada 138
nəfər rezident üçün vahid
bir mexanizmin işlənib ha-
zırlandığını
bildirib:
“Belə
demək mümkündürsə, re-
zidenturanın texniki, kliniki
məsələlərini “rezidentura özünü
idarəetmə sistemi” ilə qururuq.
Hacəttəpə
Universitetindən
gələn mütəxəssislər də bunu
bəyənirlər. Bu sistemi ixtisaslar,
şöbələr üzrə də tətbiq etmişik
və özünü doğruldur. Yəni bizdə
3 kurs rezident var, Türkiyədə
buna “daha irəlidə olan rezi-
dent” deyirlər. III kursdan eyni
ixtisas üzrə rəhbərlik bir nəfərə
tapşırılır, köməkçi II kursdan, ic-
raçı isə I kursdan təyin olunur.
İstər növbələrə qalan zaman,
istərsə də gündəlik iş zamanı
ümumi rəhbərliyi rezidentlərin
rəhbərləri, qalan məsələləri isə
rezidentlər özləri həll edirlər.
Əgər birinci il valideynlər öv-
ladlarının növbəyə qalması-
nı istəmirdilərsə, artıq belə
söhbətlər yoxdur”.
III kurs rezidentlərinə xəstə
qəbul etməyə icazə verdiklərini
söyləyən klinikanın direkto-
ru qeyd edib ki, bizim klini-
ka elektron klinika tipində
fə aliyyət göstərir. Sirr de-
yil ki, yaşlı nəsil, orta nəslin
də bir qismi bu sistemdən
yetərincə istifadə edə bilmirlər.
Rezidentlər bu baxımdan nəinki
klinikaya,
professor-müəllim
heyətinə də yaxından köməklik
edirlər. Rezidentlərimizin nə-
zəri biliklərinin daha da güc-
ləndirilməsi məqsədilə həf-
tə nin III günü rezidentlərin
rəh bərlərinin, həmin şöbənin,
kafedranın professor-müəllim
heyətinin də qatıldığı semi-
narlarda hər dəfə 2 rezidentin
məruzəsi dinlənilir və məruzələr
klinikanın saytında oturdulur.
Mayda ATU-nun Tədris Tera-
pevtik Klinikasında Azərbaycan
Tibb Universiteti rezidentlərinin
I elmi-təcrübi konfransının keçi-
rildiyini söyləyən S.Musayev II
konfransa hazırlaşdıqlarını da
diqqətə çatdırıb.
Psixiatriya
kafedrasının
müdiri,
professor
Gəray
Gəraybəyli
dünyanın heç bir
ölkəsində 2 illik rezidenturanın
olmadığını deyərək bildirib ki,
hələ də cəmiyyətdə rezidentu-
ra təhsili almadan da psixiator
ixtisasına yiyələnməyin müm-
künlüyü haqqında təsəvvürlər
mövcuddur.
Kafedramızda
bu ixtisası seçən 4 nəfərdən
biri rezidenturanı keçib. Digər
3 nəfərdən biri rayonda, iki-
si isə Bakıda tibbi sağlamlıq
mərkəzində çox uğurla işləyirlər.
Halbuki rezidenturanı bitirən
hələ də işlə təmin olunmayıb,
təyinatla hara düşəcəyi də bəlli
deyil. Rezidenturanın birinici ili
qurtarandan sonra proqramın 2
dəfə dəyişildiyini söyləyən ka-
fedra müdiri bu sistemin indi-in-
di reysə düşdüyünü vurğulayıb.
Stomatoloji
Klinikanın
direktoru,
tibb
elmləri
doktoru,
dosent
Alqış
Səfərov
klinikada 107 rezi-
dent üçün hər cür şəraitin ya-
radıldığını, onların təcrübəli,
peşəkar müəllimlərin, həkim-
stomatoloqların rəh bər liyi altın-
da xəstə qəbul etdiklərini deyib.
Universitetin tədris hissə
müdiri, onkoloji Klinikanın
baş həkimi, dosent Nəsimi
Qasımov
universitetimizin bu
istiqamətdə apardığı işi böyük
nailiyyət kimi qiymətləndirib: “
Bu qiymətləndirmə ilə bərabər
biz üzərimizə çox böyük bir
məsuliyyət də götürmüşük.
Məsuliyyət ondan ibarətdir ki,
artıq rezidentlər gərək sərbəst
həkim kimi fəaliyyət göstərə
bilə. Bunun üçün rezident
rəhbərindən, kafedrada çalışan
yüksək ixtisaslı mütəxəssisdən
böyük iş tələb olunur. Bizim
qəbul etdiyimiz rezidentura
ilə Türkiyədəki uzmanlıq və
xaricdəki rezidentura arasında
müəyyən fərqləri nəzərdən qa-
çırmamalıyıq. Çünki ölkəmizdə
həkim-mütəxəssis hazırlığının
həm praktiki, həm də akade-
mik yolu var. Təşkilati və me-
todiki baxımdan rezidentura-
“Rezidentlərin hazırlığına münasibətimizi
Ötən ilin sonunda ATU-nun Tədris Cərrahiyyə Klinikasında təhsildə yeni istiqamət
15 yanvar 2013-ъц ил
http://www.amu.edu.az
5
ya və rezidentlərimizə kömək
etməliyik. Düşünürəm ki, rezi-
denturanın ştatına yenidən ba-
xılmalı, ən azı dekan müavini
yeri ayrılmalı, ayrı-ayrı ixtisas-
lar üzrə pedaqoji şuralar yara-
dılmalıdır. Əsas faktorlardan
biri də klinikalarımızda, kafed-
ralarımızda rezidentə ehtiyac
duyulmasıdır. Kafedralarda ən
qabiliyyətli
rezidentlərimizin
imkanlarından istifadə edərək
onlara xarici dil öyrətməyin
üzərində dayanmalı, eyni za-
manda yeni metodikaların
öyrənilərək tətbiqində rezidentə
inanmalıyıq. Klinikamızda on-
koloji ixtisas üzrə 8 nəfər rezi-
dentura keçir. Kliniki laborato-
riyamız, cərrahi müdaxilə, şüa
diaqnostikası otağımız imkan
verir ki, reanimatologiyadan,
laboratoriya işindən, şüa diaq-
nostikasından da rezidentlər
hazırlayaq. Əsas məqsədimiz
səmərəli işləyən rezidentlərin
fəaliyyətindən
yararlanaraq
gə ləcəkdə kənardan dəvət
etdiyimiz həkimlərdən imtina
etməkdir”.
N.Qasımov
elmi
karye-
ra məsələsinə də toxunaraq
elmlər namizədi, elmlər dok-
toru olmazdan öncə həkim
kimi yetişməyin, rezidentlərə
akademik yazı, akademik dav-
ranış, akademik nitq dərsləri
keçməyin vacibliyindən danı-
şıb.
I cərrahi xəstəliklər ka-
fedrasının müdiri, pro fes-
sor Nuru Bayramov
re zi-
dent lərimizin nəzəri təhsili ilə
əlaqədar keçirilən seminarla-
rın əhəmiyyətindən söz aça-
raq bildirib ki, kafedramızda
hər həftənin I günü saat 10-
da rezidentlər çıxış edirlər. O,
təxminən 2 aya yaxındır ki,
Hollandiyadan gələn profes-
sorun ayda 2 dəfə cərrahi pro-
tokolların müzakirəsi mövzu-
sunda apardığı seminarlardan
rezidentlərin faydalandığını de-
yib. Kafedranın tədris işlərində,
xüsusilə də test suallarının,
tədris-metodik
vəsaitlərin,
video-filmlərin hazırlanmasında
rezidentlərimizin rəhbərləri ilə
birlikdə çox aktiv çalışdıqlarını
vurğulayan N.Bayramov artıq
ATU-nun Tədris Cərrahiyyə
Klinikasında praktiki fəaliyyət
üçün də geniş imkanların ola-
cağını söyləyib.
Universitetin tədris-meto-
dik innovasiya şöbəsinin
mü diri, mikrobiologiya ka-
fed rasının professoru Akif
Qurbanov
rezidenturada yük-
sək bal toplamış məzunların
məhz Azərbaycan Tibb Univer-
sitetini seçdiklərini, bu sistemin
universitetimizdə uğur qazan-
dığını söyləyib. Ancaq uğurlar-
la yanaşı bəzi problemlərin də
qaldığını bildirib: “İlk növbədə
rezidentlərin
rəhbərlərindən
şi ka yətlər ola bilər. Bu da on-
lara kifayət qədər diqqət ay-
rılmaması ilə bağlıdır. Təklif
edirəm ki, rezidentlərin rəy sor-
ğusu keçirilsin və gələcəkdə
öz işinə məsuliyyətlə yanaş-
mayan rezident rəhbərləri
kənarlaşdırılsın. İkincisi, rezi-
dent rotasiyaya göndərilərkən
nəyi öyrənməyi, nələrə fikir
verməyi dəqiqləşdirməlidir”.
Rezidentura
proqramı
üzərində xüsusi işlədiklərini
deyən A.Qurbanov bildirib
ki, biz bu proqramı sonradan
Hacəttəpə Universitetinə rəyə
göndərdik. Ancaq proqram
ortaya çıxanda məlum oldu
ki, onu bizim hazırladığımız
barədə heç bir məlumat yox-
dur. Rezidentura dissertasiya-
sı Türkiyədə önəm verilən bir
məsələdir, buna uzmanlıq testi
deyirlər. Bizdə isə bu məsələ
hələ epizodik xarakter daşıyır.
Rezidentləri elmi fəaliyyətə ha-
zırlamaq da olduqca zəruridir.
Mikrobiologiya ixtisası üzrə re-
zidentura müddəti Türkiyədə
və Avropa ölkələrində 4 ildir.
Bu müddət Azərbaycanda 2 il
nəzərdə tutulub və çox azdır.
ATU-nun Tədris Cərrahiyyə
Klinikasının direktoru, dosent
Hacıqulu Bağırov
rezidentura
üçün sənədlərin hazırlanmasın-
da iştirak etdiyini, ümumilikdə
hər bir başlanğıcın çətin ol-
duğunu vurğulayıb: “Müəyyən
reysə düşəndən sonra adama
elə gəlir ki, çox sadə bir iş imiş.
Dəfələrlə xarici ölkələrə get-
dik, proqramlar gətirdik və bu
sistemin təşkilinə nail olduq.
Düşünürəm ki, fərdi iş planı ol-
madan rezident hərəkət eləyə
bilməz. Rezidentin rəhbəri də
onun fərdi iş planına uyğun
olaraq hərəkət etməlidir. Yəni
rezidentin harada, neçə ay
müddətində rotasiyada olması,
nə vaxt geri qayıtması dəqiq
bilinməlidir. Rezidentlərin semi-
narlarının təşkilinə də ciddi fikir
verilməlidir. Təklif edirəm ki,
kafedrada cərrahi bölümə aid
olan rezidentə yiyə dura biləcək
bir məsul şəxs təyin olunsun.
Onların birbaşa seminarları-
nın keçirilməsinə, növbələrdə
qalmasına yardımçı olsun. Ye-
kun qiymətləndirməni cərrahi
bölümdə mən aparırdım, ancaq
nəticədən razı qalmadım. Əsas
güc kafedraların, klinikaların
üzərinə düşməli, rezidentlərə
nəzarəti artırmaqla yanaşı, on-
lara rəhbərlərini seçmək azad-
lığı verilməlidir”.
Ümumi
gigiyena
və
ekologiya
kafedrasının
müdiri,
professor
Mirzə
Kazımov
kafedrada rezi dent-
lərin 2 il müddətində 6 ixtisas
üzrə hazırlandıqlarını diqqətə
çatdıraraq qeyd edib ki, proq-
ram təminatı, birinci ilin so-
nundakı attestasiya, yekun
attestasiyası, imtahan testi ilə
bağlı heç bir problem olmamış-
dır. Prinsipcə gigiyena ixtisa-
sı üzrə rezidenturanı qurtaran
mütəxəssislə universiteti bitirən
mütəxəssis arasında ciddi fərq
yoxdur. Amma gigiyena üzrə ən
böyük problem praktiki fəaliyyət
üçün bazanın olmamasıdır.
Biz proqramı hazırlayanda
ildə 300-ə qədər obyektin
müayinəsini nəzərdə tutmuş-
duq. Təəssüf ki, hətta ayda bir
dəfə rezidentlərin gigiyena-epi-
demioloji mərkəzlərin həkimləri
ilə birgə müayinə aparması
problemə çevrilib.
Lor kafedrasının assistenti
Ayaz Qasımov
rezidentlərlə
məşğul olan müəllimlərin əmək-
haqqının çox aşağı olmasından
gileylənib. Elektron kitabxa-
nadan rezidentlərin səmərəli
istifadə etmədiyini söyləyərək
rotasiyaların uzunmüddətli ol-
masını məqsədəuyğun sayıb.
Əhliman Əmiraslanov çı-
xışlarda
səslənən
fikirləri
ümumiləşdirərək toplantını ye-
kunlaşdırıb:
“Əməkhaqqının
az olması fikri ilə mən
də razıyam. Unutmayaq
ki, bu təkcə bizim ira-
dəmizdən asılı olan məsələ
deyil. Müstəsna hal ki-
mi rezdentin rəhbərinə
əlavə saatların ayrılması
haqqında
düşünürük.
Ça lışacağıq ki, bunları
yoluna qoyaq. Mənə belə
gəlir ki, hər şeyi əmək
haqqının üstünə atmaq da
yanlış yanaşmadır. Elə
kafedralar var ki, rezdentlər
orada hazırlıq keçməkdən
imtina edirlər. Söhbət
insanların
rezidentlərə
münasibətindən
gedir.
Hamı istəyir ki, gələcəkdə
rezidentlərin
səviyyəsi
yük səlsin. Mən həmişə re-
zi dent lərin rotasiyasına
şərait yaratmışam, an-
caq bunun da qanunla
tənzimlənən yolları var.
İndi bizim xeyli re zi-
dentimiz xaricdədir. On-
ların maaşı saxlanılır.
Universitetlərlə, daha çox
Türkiyə universitetləri ilə
müqavilələr bağlamışıq.
İstər keçid attes ta-
si yası, istərsə də ye-
kun attestasiyası ba-
rədə
deyilən
fikirlər
ta ma milə doğrudur. Ke-
çid attestasiyası for-
mal xarakter daşıyır. Re-
zidentlər də görürlər ki,
formal aparılır, ona görə
də ciddi yanaşmırlar. Təd-
ris hissəsi, rezidentura
şö bəsi bu işə nəzarəti
artırmalıdır. Yekun attes-
tasiyası bu il testlə oldu,
lakin rezidentlər yenə
də yüksək bilik nümayış
etdirə bilmədilər”.
Keçən il elmi konfransların
çox yaxşı keçdiyini xatırladan
rektor bu il konfransları müxtəlif
ixtisas qruplarını birləşdirərək
bir neçı ixtisas üzrə keçirməyi
tövsiyə edib. Elmi işlərlə əla-
qədar müxtəlif fikirlərə də
münasibət bildirərək vurğula-
yıb ki, elmi iş o demək deyil
ki, rezident mütləq dissertasi-
ya yazmalıdır. 50-60 səhifəlik
elmi-tədqiqat işi yazmasını heç
kim rezidentə qadağan etmir.
Ancaq o, rezidenturanı qurtar-
madan dissertasiya müdafiə
edə bilməz.
Dostları ilə paylaş: