u
20 yanvar faciəsi düşünülmüş və xüsusi hazırlıq prosesindən keçmiş,
bir plan idi. Belə ki, 1988-ci ildən başlanan xalq hərəkatını dağıtmaq və
demokratik hərəkatı boğmaq üçün müvafiq vaxt yetişirdi. Keçmiş SSRİ-nin
müttəfiq respublikalarına dərs məhz Azərbaycanda verilməli idi. Yanvarın
13-də təhrikçilərin təşəbbüsü ilə Bakıda başlanan erməni talanları 20 yanvar
faciəsinin reallaşması üçün mərkəzin və maymaq respublika rəhbərliyinin
əlində bir bəhanə oldu. Azərbaycan KP MK-nın yanvarın 13, 15, 17 və 18-də
keçirilən büro iclaslarında respublikadakı vəziyyət müzakirə edilmiş, res-
publikaya güc tədbiq olunmasının vacibliyi bildirilmişdir. Ə.Vəzirov Moskva-
ya göndərdiyi teleqramda tələb edirdi ki, “Anti- sovet, antipartiya şüarları
ilə mitinq edən ekstremislərin liderləri dərhal məsuliyyətə cəlb edilməlidir.
Bunun üçün hüquqi əsaslar vardır. Müxalifətin əlində çoxlu silahın olması
Azərbaycanda sosialist quruluşunun məhvinə gətirib çıxaracaq və buna görə
də dərhal güc tətbiq olunmalıdır.”
Ãÿçåò
1933 - úö èëäÿí ÷ûõûð.
№ 01 (1576) 15 yanvar 2014 - úц èë Ãèéìÿòè 20 ãÿïèê
Y
anvarın 7-də paytaxtda Azərbaycanın ən
böyük tibb müəssisəsi olan Bakı Sağlamlıq
Mərkəzi istifadəyə verilmişdir
.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və xanımı Mehriban Əliyeva açılışda
iştirak etmişlər.
Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını
bildirən lenti kəsdi.
Azərbaycan Prezidenti və xanımı Bakı
Sağlamlıq Mərkəzində yaradılmış şəraitlə tanış
oldular.
Bakı Sağlamlıq Mərkəzi Prezident İlham
Əliyevin 2010-cu il 6 avqust tarixli Sərəncamı
əsasında inşa olunmuşdur. Dövlətimizin başçısı
2011-ci ilin iyulunda mərkəzin təməlqoyma
mərasimində iştirak etmişdir.
Səhiyyə naziri Oqtay Şirəliyev yeni tibb ocağı
barədə Prezident İlham Əliyevə və xanımı
Mehriban Əliyevaya məlumat verdi.
Prezident İlham Əliyev Bakı Sağlamlıq Mərkəzi
ilə tanışlıqdan sonra həkim kollektivi ilə görüşdü.
Bakı Sağlamlıq Mərkəzi
istifadəyə verilmişdir
Prezident İlham Əliyev
açılışda iştirak etmişdir
•
Ə
ziz dostlar, “Təbib” qəzetinin
hörmətli oxucuları, qədəm qoy-
duğunuz bu yeni il sizə ailə səadəti,
könül xoşluğu gətirsin. Üzünüzdən
təbəssüm,
süfrənizdən
bərəkət
əksilməsin. 2014-cü il xalqımız,
ölkəmiz üçün sülh, əmin-amanlıq, bol-
luq ili olsun... Düşmən işğalında olan
torpaqlarımızın azad edilməsi sədası
ilə sevinək-gülək, bayram şadyanalıq-
ları eləyək.
Çox güman ki, bu il inkişaf etməkdə,
çiçəklənməkdə olan Azərbaycanımızın iq-
tisadi, mədəni, sosial həyatında çox böyük
irəliləyiş olacaq.
Artıq yeni il tarixin səhifələrinə çe viril mək də-
dir. Saatlar, günlər bir-birini əvəz eləyə- eləyə
irəliləyir. At ili kimi qəbul etdiyimiz yeni ildən
15 gün keçir. At muraddır demişlər. İnşallah hər
birinizin arzu və istəyi, muradı bu il hasil
olacaq...
“Təbib”
qəzetinin redak-
siyası bu yeni ildə sizin
mənəvi həyatınıza
yeni sürprizlər
hazırlamış-
dır. Möhtərəm
oxucularla biz ayda
iki
dəfə
görüşməklə
qəzetimizi 8 səhifə buraxa-
cağıq. Bu tədris ilindən etibarən
“Təbib” həm də rəngli çap olunmağa
başlayıb. Əvvəllər biz oxucularla istədiyimiz
kimi təmas qura bilmir, onların arzu və
istəklərini normal ödəyə bilmirdik.
“Təbib”
öz ənənəvi mövzularına sadiq qa-
laraq yenə də Universitet həyatını geniş işıq-
landıracaq. Universitetdə baş verən yenilikləri,
tədrisin və təhsilin inkişafındakı nailiyyətləri,
xarici universitetlərlə qurulan əlaqəni, Tələbə
Elmi Cəmiyyətinin müsabiqəsini, tələbə-
gənclərin həyatı ilə bağlı yazılara geniş yer ayı-
racaq, tikinti-abadlıq işlərini diqqət mərkəzində
saxlayacaqdır.
Yeni formatda, yeni üslubda çıxan
“Təbib”
in
səhifələrində həkim məsləhətinə, xalq
təbabətinə, müsahibələrə, istedadlı tələbə-
gənclərin yaradıcılığına geniş yer veriləcəkdir.
Dünya tibb elmində baş verən yeniliklər və
mahaqlı hadisələr ətraflı işıqlandırılacaq.
Əziz dost,
yəqin ki, sən qəzetimizin daha
oxunaqlı, daha məzmunlu olmasını istəyirsən.
O zaman sən
“Təbib”
in fəaliyyətindən kənarda
qalmamalısan. Qəzetin işıq üzü görməsində
redaksiya əməkdaşlarına yaxından yardımçı
olmalısan. Bacarıq və qabiliyyəti, istedad və
səriştəsi olan, qəzetimizin fəaliyyəti ilə maraq-
lanan hər bir oxucuya redaksiyanın qapıları
açıqdır. Buyurun, əlaqə saxlayın...
QƏZETİ
MİZİN O
XUCULAR
INA
Baş redaktordan
XALQIN QAN YADDAŞI- 20 YANVAR
http://www.amu.edu.az
15 yanvar 2013-ъц ил
2
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a
bildirilmişdir ki, Amerika Birləşmiş Ştatları, Kanada, La-
tın Amerikası ölkələri, Avstraliya və Yeni Zelandiya da
daxil olmaqla dünyanın bir çox ölkələrində 20 Yanvar
faciəsinin qurbanları yad ediləcəkdir.
Yanvarın 19-dan başlayaraq Vaşinqton, Hyuston,
Nyu-York, San-Fransisko və azərbaycanlıların kom-
pakt yaşadıqları digər şəhərlərdə anım mərasimlərinin,
“dəyirmi masalar”ın keçirilməsi, faciəni əks etdirən vi-
deoçarxların və sənədli filmlərin nümayişi nəzərdə tu-
tulur.
Almaniyada da 20 Yanvar faciəsi ilə bağlı müxtəlif
formatlı tədbirlər təşkil olunacaqdır. Maqdeburq, Berlin
və digər şəhərlərdə silsilə mərasimlər keçiriləcəkdir.
Yanvarın 18-23-də Niderlandın Haaqa, Amsterdam
və Rotterdam şəhərlərində digər ölkələrin diaspor
təşkilatlarının nümayəndələrinin iştirakı ilə 20 Yan-
var faciəsi qurbanlarının xatirəsinə həsr olunan anım
tədbirlərinin keçirilməsi, həmçinin Niderlandın, Belçi-
kanın və Lüksemburqun siyasi partiyalarına faciə ilə
bağlı bəyannamələrin göndərilməsi planlaşdırılır.
Yanvarın 19-da Türkiyənin Kocaeli şəhərində “41”
televiziya kanalında Türkiyə-Azərbaycan Dərnəkləri
Federasiyasının sədri Bilal Dündarın iştirakı ilə bri-
finq keçiriləcəkdir. Brifinqdə ölkəsinin azadlığı və ərazi
bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə
qarşı Sovet rejiminin törətdiyi kütləvi terror haqqında
ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.
Yanvarın 20-də isə tarixçi-yazıçı Abdulla Köktü-
rün iştirakı ilə konfrans, Mədəniyyət Evində fəaliyyət
göstərən Azərbaycan Muzeyində fotosərgi, Adana
şəhərində isə “Azərbaycan tarixinin qanlı səhifəsi”
mövzusunda elmi-praktik konfrans keçiriləcəkdir.
Yanvarın 19-da Birləşmiş Ərəb Əmirliklərində
qanlı faciədən bəhs edən sənədli filmlərin nüma-
yiş etdirilməsi, yerli qəzetlərdə isə bu barədə ətraflı
məlumatların dərc olunması nəzərdə tutulmuşdur.
Həmçinin yanvarın 19-20-də Gürcüstanın Qarda-
bani, Marneuli, Tbilisi, Rustavi şəhərlərində də faciə
ilə bağlı anım mərasimləri, konfrans, “dəyirmi masa”,
şəhidlərin xatirəsinə həsr olunmuş fotosərgi təşkil olu-
nacaqdır.
Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kiyev, Xar-
kov və Dnepropetrovsk, Minsk, Kişinyov şəhərlərində
də anım mərasimləri keçiriləcəkdir.
Silsilə tədbirlərin davamı olaraq yanvarın 20-də Mi-
sirin Qahirə şəhərində 20 Yanvar faciəsi qurbanlarının
xatirəsinə həsr olunan anım mərasimi keçiriləcək və
“Şəhidlərimiz” mövzusunda fotosərgi nümayiş oluna-
caqdır.
Eyni zamanda, Qırğızıstanın Bişkek şəhərində “20
Yanvar faciəsinin Azərbaycan xalqının milli azad-
lıq hərəkatında yeri və rolu” mövzusunda konfrans
keçiriləcək, fotosərgi və sənədli filmlərin nümayişi
təşkil olunacaq, “20 Yanvar qəhrəmanlıq tariximizin
səhifəsi” mövzusunda “dəyirmi masa” keçiriləcəkdir.
Qazaxıstanın Astana şəhərində “Azərbaycan xalqı-
nın azadlıq uğrunda qəhrəmanlıq mübarizəsi” mövzu-
sunda elmi-praktiki konfrans, Almatı şəhərində isə “20
Yanvar faciəsi Azərbaycan xalqına və insanlığa qarşı
törədilmiş dəhşətli cinayət” mövzusunda konfrans və
fotosərgi təşkil ediləcəkdir.
Digər ölkələrdə də 20 Yanvar faciəsinin 24-cü ildönü-
mü ilə bağlı tədbirlərin keçirilməsi planlaşdırılır.
Ö
lkəmizin ən nüfuzlu
elm məbədi olan
Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA)
Mərkəzi Elmi Kitabxanası
“Azərbaycanın elm və
mədəniyyət xadimləri”
seriyasından görkəmli
oftalmoloq alim, akademik
Zərifə Əziz qızı Əliyevanın
elmi, pedaqoji və ictimai
fəaliyyətini əks etdirən
biobiblioqrafik göstəricini
nəşr etmişdir.
Kitabxanadan
AzərTAc-a
bil dir mişlər ki, nəşrin tərtibçi
müəllifi filologiya üzrə elmlər
doktoru
Aybəniz
Əliyeva-
Kəngərlidir.
Azərbaycan Milli Elmlər Aka-
demiyası rəyasət heyətinin
qərarına əsasən hazırlanan,
AMEA Mərkəzi Elmi Kitabxana-
sının direktor müavini Firəngiz
Hüseynova və akademiyanın
Mərkəzi Elmi Kitabxanasının
bölmə müdiri İsmət Səfərovun
redaktorluğu ilə işıq üzü görən
biobiblioqrafiyaya alimin kitab və
monoqrafiyaları, dərs vəsaitləri,
dövri mətbuatda və ayrı-ay-
rı məcmuələrdə dərc olunmuş
elmi məqalələri və başqaları da-
xil edilmişdir. Göstəricidə mate-
riallar bir neçə bölmədə təqdim
edilmişdir: “Həyatı, elmi-peda-
qoji və ictimai fəaliyyətinin əsas
tarixləri”; “Görkəmli dövlət, elm
və mədəniyyət xadimləri Zərifə
Əliyeva haqqında”; “Əsərlərinin
biblioqrafiyası”; “Dissertasiya-
lara elmi rəhbərlik”; “Həyatı, el-
mi-pedaqoji və ictimai fəaliyyəti
haqqında ədəbiyyat”; “Veblioq-
rafiya”.
Biobiblioqrafiyada
AMEA-
nın
prezidenti,
akademik
Akif Əlizadənin “Böyük in-
san, unudulmaz alim” baş-
lıqlı məqaləsində, akademik
Əhliman Əmiraslanovun “Zərifə
Əliyevanın elmi-pedaqoji və ic-
timai fəaliyyəti haqqında qısa
oçerk”ində alimin elmi-peda-
qoji və ictimai fəaliyyəti, onun
Azərbaycanda tibb elminin in-
kişafında böyük töhfələri üç
dildə - Azərbaycan, rus və ingilis
dillərində geniş işıqlandırılıb.
Biobiblioqrafiyadan istifadəni
asanlaşdırmaq məqsədilə alimin
əsərlərinin, həyat və fəaliyyəti
haqqında və onun barəsində
yazan müəlliflərin adları əlifba
göstəricisi
ilə
verilmişdir.
Biobiblioqrafik-göstərici
aka-
demik Zərifə Əliyeva haqqında
hərtərəfli məlumat almaq istəyən
oxucular üçün əvəzedilməz bir
vəsaitdir.
u
Azərbaycan Tibb Universitetinin insan anatomiyası
kafedrasında yanvarın 10-dan 12-nə kimi “Endosko-
pik sinus və kəllə əsası cərrahiyyəsi” mövzusunda sayca
2-ci disseksiya kursu öz işinə başlamışdır
.
İki gün davam edən tədbiri giriş sözü ilə açan universi-
tetin rektoru, millət vəkili, akademik Əhliman Əmiraslanov
bildirdi ki, hər il neçə- neçə beynəlxalq konfransların və
eləcə də bu cür layihələrin həyata keçirilməsində daim
qardaş Türkiyə Cümhuriyyətinin universitetləri ilə birgə
əməkdaşlıq etmişik. Türkiyəli alimlərin də qatıldığı dis-
seksiya kursunun əhəmiyyətini qeyd edən rektor dedi
ki, biz hər təşəbbüslə bağlı Türkiyə tərəfinin köməyini
hiss etmişik və belə kursların keçirilməsi də gənc həkim-
mütəxəssislərimiz və rezidentlərimiz üçün faydalı olacaq.
Ə. Əmiraslanov bu tədbirə təşkilati dəstək verən hər kəsə
öz dərin təşəkkürünü bildirdi və bütün iştirakçılara uğurlar
dilədi.
Daha sonra toplantının işini davam etdirən universitetin
elmi işlər üzrə prorektoru, ə.e.x, professor İbrahim İsayev
disseksiya kursunun proqramına əsasən nəzəri hissədə çı-
xış etmək üçün sözü məruzəçilərə verdi.
Otorinolarinqologiya kafedrasının müdiri, professor
Əzizağa Talşinski “Otorinolarinqologiyada disseksiya-
nın əhəmiyyəti”, anatomiya kafedrasının müdiri, ə.e.x,
professor Vaqif Şadlinski və həmin kafedranın professo-
ru Ağasəmid İsayev “Burun və burunətrafı ciblərin kliniki
anatomiyası”, uzman doktor Yusif Hacıyev ”Sellar bölgəyə
yanaşma” Türkiyəli alimlər - professor Ömər Taşkın Yü-
cel “Endoskopik sinus cərrahiyyəsinin ağırlaşmaları” və
professor Mustafa Berker isə “ Genişlənmiş endoskopik
kəllə əsası yanaşmaları” mövzusunda məruzələr etdilər.
Məruzəçilər burun içi diaqnostik endoskopiya, orta konxa
rezeksiyası, nazoseptal flep hazırlanması, etmoidekto-
miya, arteria sfenopalatinanın bağlanması, sinus frontalis
açılması, endozal hipofiz cərrahiyyəsinə yanaşma haqqın-
da ətraflı məlumat verdilər .
Məruzələrdən sonra praktiki hissədə tədbir iştirakçılarına
kəsilmiş baş üzərində burunətrafı ciblərin və burun boş-
luqlarının endoskopik müayinəsi və cərrahi əməliyyatları
nümayiş edilib. Məşğələdə ümumilikdə 12 nəfər tibb işçisi
iştirak edib ki, onlardan da 6 nəfəri az təcrübəli, 6 nəfəri isə
peşəkar tibb işçisi olub.
Məşğələnin sonunda tədbirdə iştirak edən bütün
həkimlərə sertifikat təqdim olunub.
Tədbirdə disseksiya kursuna təşkilati dəstək göstərən
bir sıra tibb müəssisələrinin sərgisi də açılmışdır
.
MƏNSUR
ATU-da disseksiya kursu
öz işinə başlamışdır
Akademik Zərifə Əliyevanın elmi,
pedaqoji və ictimai fəaliyyətini əks etdirən
biobiblioqrafik göstərici nəşr olunmuşdur
Dünyanın bir sıra ölkələrində 20 Yanvar faciəsinin
24-cü ildönümü ilə bağlı tədbirlər keçiriləcəkdir
m
Hər il olduğu kimi, bu il də 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar dünyanın bir sıra
ölkələrində Azərbaycan diaspor təşkilatları tərəfindən müxtəlif tədbirlər keçiriləcəkdir.
15 yanvar 2013-ъц ил
http://www.amu.edu.az
3
Həmin
günlərdə
respubli-
ka
rəhbərliyindən
Moskvaya
göndərilmiş digər teleqramda işə
deyilirdi: “ Respublikanın SSRİ güc
nazirlikləri hərbi kontingentini qeyri-
qanuni silahlı birləşmələri tərksilah
etmək üçün əməliyyat keçirəcəkləri
müddətdə yerləşdirmək və ərzaqla
təmin etmək imkanı vardır”.
Azər baycan Ali Soveti Rəyasət
Heyətinin müraciətinə əsasən SSRİ
Ali Soveti Rəyasət Heyəti yanvarın
15-də DQMV və bəzi başqa ra-
yonlarda fövqəladə vəziyyət elan
olunması haqqında” fərman verdi.
Bu fərmanla Azərbaycan SSR Ali
Sovetinə təklif edildi ki, Bakı və
Gəncə şəhərlərində, eləcə də baş-
qa yaşayış məntəqələrində qada-
ğan saatı tətbiq edilməsi də daxil
olmaqla hər cür lazımı tədbirlər
görsün.
İmperiya Azərbaycandakı hakimiy-
yət böhranından, bəzi respublika-
larda olduğu kimi, Bakıda da Sovet
hakimiyyətinin
devriləcəyindən,
be ləliklə, Azərbaycanı itirəcəyindən
qorxub Bakı ətrafına əlavə qoşun
hissələri, ağır texnika gətirməyə
başladı. AKP MK binası qarşısın-
da yanvarın 17-də izdihamlı mitinq
başlandı və ümumi tətil elan olundu.
Mitinqçilər tələb etdilər ki, Moskva
Ermənistanın Azərbaycana ərazi
iddiallarına qəti son qoysun. İmpe-
riyanın Bakıya və ətrafına yığdığı
qoşunlar Dağlıq Qarabağa və daim
erməni basqınlarına məruz qalan
bölgələrə göndərilsin.
SSRİ Ali Soveti Rəyasət Heyəti
yanvarın 20-də “Bakı şəhərində
fövqəladə vəziyyət tətbiq olunma-
sı haqqında” fərman verdi. Xal-
qı qəfildən yaxalamaq, ona divan
tutmaq, qırğın törətmək üçün qo-
şunlardan istifadə ediləcəyi, aman
verilməyəcəyi, habelə ən başlıcası
fövqəladə vəziyyətin elan olunacağı
vaxt gizli saxlanıldı. Bu vaxtın elan
olunması mərkəzin qanlı planları-
nı poza bilərdi. AXC-nin “radikal”
qanadı insanları şəhərin müxtəlif
yerlərində barikadalar qurmağa
təhrik etdi və onlara “silah, kömək
gələcək” vədlərini verdilər. Moskva-
nın Azərbaycan xalqına qarşı qanlı
planları haqqında xalqa məlumat
verilməsin deyə yanvarın 19-da
saat 19.27-də Azərbaycan Televi-
ziyasının enerji bloku partladıldı.
Xalqın xarici aləmlə əlaqəsi kəsildi.
Fövqəladə vəziyyətin yanvarın 20-
də, saat 00.00-dan başlanmasına
göstəriş verilməsinə baxmayaraq,
qoşun hissələri yanvarın 19-da
saat 21-dən ilk olaraq Türkan-Qala
tərəfdən şəhərə yeridildi. Bu qan-
lı əməliyyata SSRİ müdafiə nazi-
ri D.Yazov şəxsən rəhbərlik edirdi.
Ağır hərbi texnika çox asanlıqla ba-
rikadaları dağıtdı, Bakı qarnizonu
qoşunları, gətirilən hərbi hissələr,
hərbi gəmilərdən desant, xüsusi
cəza dəstləri hücuma keçdi. Şəhərin
əksər küçələrində əsgərlər gözya-
şardıcı qazdan istifadə edir, əliyalın
adamlara avtomat silahlardan güclü
atəş açırdılar və qaçıb sığınacaq-
larda gizlənənlər tanklar üzərindəki
projektorların köməyi ilə axtarılıb ta-
pılır, gülləbaran edilirdilər.
O, müdhiş gecədə gözü qanla dol-
muş hərbiçilər təsadüfən yola çıxan-
ları, yaşayış evlərini, təcili yardım
maşınlarını, şəhər nəqliyyatını atəşə
tutur, yaralıları öldürür, meyitləri
yandırır, təhqir edir, adamları tank-
ların tırtılları altına salıb əzabla öl-
dürür, eybəcər hala salırdılar. Bütün
bunlar az imiş kimi əsgərlər tibb
müəssisələrini mühasirəyə ala-
raq yararlı mülki şəxs lərin buraya
gətirilməsinə mane olurdular.
Bakıya və başqa yaşayış məntə-
qə lərinə sovet ordusunun hucumu
vaxtı 131 nəfər, o cümlədən 117
azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 ta-
tar öldürülmüş, 744 nəfər yaralan-
mış, 400 nəfər həbs edilmiş, 4 nəfər
itkin düşmüşdür. Hucum zamanı
evlərə, ictimai və şəxsi nəqliyyat
vasitələrinə, şəhər təsərrüfatına və
vətəndaşlara böyük maddi ziyan
dəymişdi.
Fövqəladə vəziyyət şəraitində par-
tizan müharibəsi aparmaq kimi avan-
türist çağırışları xalq rədd etdi. Qar-
şıya mövcud reallıqlar şəraitində həll
edilməsi mümkün olan məsələlər
qoymağa, mübarizəni dinc siyasi
vasitələrlə davam etdirməyə baş-
ladı. Şair Bəxtiyar Bahabzadə,
yazıçılar Anar və Elçin Ali Sovet
sədrindən fövqəladə sessiya cağırıl-
masını, ha disəyə qiymət verilməsini
tələb etdilər. Deputatların 1/3-nin
təşəbbusü ilə fövqəladə sessiya
keçirildi, baş vermiş faciyəyə siya-
si qiymət verməyə səy göstərildi.
Onu törədən ölkə və respublika
rəhbərlərinə qəti etiraz bildirildi.
Sessiya Bakı şəhərində fövqəladə
vəziyyət tətbiq edilməsi haqqında
fərmanın fəaliyyətini dayandırmaq,
ordu hissələrini şəhərdən çıxarmaq
barədə qərarlar qəbul etdisə də,
Moskva onlara əhəmiyyət vermədi.
Xalq demək olar ki, başsız qal-
mışdı. Belə bir ağır gündə yanvarın
21-də Böyük azərbaycanlı Heydər
Əliyev Azərbaycanın Moskvada-
kı daimi nümayəndəliyinə gələrək,
burada təşkil olunmuş, 6 minədək
adamın iştirak etdiyi izdihamlı yı-
ğıncaqda çıxış etdi, heç yerdən
kömək almayan doğma xalqı ilə
birgə olduğunu bildirdi. Ulu öndər
Heydər Əliyev çıxısında və verdiyi
müsahibələrdə 20 Yanvar faciəsinə
siyasi qiymət verdi. H.Əliyev xal-
qın qırılmasını hüquqa, demokrati-
yaya, humanizimə zidd, mərkəzin
və respublika rəhbərlərinin günahı
üzündən yol verilmiş kobud siya-
si səhv kimi ifşa etdi. O, çıxışın-
da qeyd etdi ki,
“Dağlıq Qarabaq
hadisələrinin ilkin mərhələsində
ölkənin ali partiya siyasi rəbərliyi
tərəfindən
vaxtında
zəruri
tədbirlər görülsə idi, gərginlik
indiki hala çatmaz, tərəflər
itkilərə məruz qalmaz, başlıcası
isə 1990-ci il yanvarın 19-dan 20-
nə keçən gecə çoxlu insan qırğını
ilə nəticələnən hərbi müdaxilə
üçün zəmin yaranmazdı”.
Ulu öndərin Moskvadakı tarixi çı-
xışının mətni, bütün manelərə bax-
mayaraq, respublikada və dünyada
geniş yayıldı.
Bakıda fövqəladə vəziyyət olma-
sına baxmayaraq, yanvarın 22-də
Azərbaycan azadlıq uğrunda öz
canlarını qurban vermiş şəhidləri ilə
vidalaşdı.
İmperiya tərəfindən törədilmiş
bu faciə xalqımızın iradəsini qıra
bilmədi, əksinə onun azadlıq uğ-
runda
mübarizəsini
daha
da
kəskinləşdirdi və ölkənin dövlət
müstəqilliyinin bərpası yolunda ən
böyük addım oldu.
Dostları ilə paylaş: |