2 ulduz (**) Qaz və neft fontanlarında yanğınların söndürülməsi


(**).8. FH zonasından zərərçəkənlərə tibbi yardım və əhalinin təxliyə edilməsi



Yüklə 24,28 Kb.
səhifə8/8
tarix02.01.2022
ölçüsü24,28 Kb.
#40635
1   2   3   4   5   6   7   8
2 ULDUZ

(**).8. FH zonasından zərərçəkənlərə tibbi yardım və əhalinin təxliyə edilməsi
Zərərçəkənlərə ilk tibbi yardım xilasedicilər, sanitar təlimatçıları və xilasetmə dəstə­lə­ri­nin həkimləri tərəfindən, bir qayda olaraq, əl altında olan vasitələrdən isti­fadə etməklə, həm­çinin zərərçəkənlərin özləri tərəfindən özünə kömək və qarşılıqlı kömək kimi gös­tə­ri­lir.

İlk tibbi yardımın göstərilməsinin optimal vaxtı travmanı aldıqdan sonra 30 dəq-yə qədərdir.

İlk tibbi yardımın əsas məqsədi zərərçəkənlərin həyatını xilas etmək, zədələyici amillərin təsirini aradan qaldırmaq və fəlakət zonasından tez təxliyə etməkdir.

İlk həkim yardımının göstərilməsi üçün tibbi yardım məntəqələri (TYM) təşkil olunur. Bu məntəqələr aşağıdakı hallarda yardım göstərilməsi üçün hazır olmalıdır:

- mexaniki travmalarda;

- uzunmüddətli sıxılma sindromunda;

- həddindən artıq soyumada;

- don vurmada;

- suda boğulmada;

- elektrik travmasında;

- kimyəvi maddələrlə zəhərlənmədə;

- karbon qazı ilə zəhərlənmədə;

- kəskin oksigen aclığında;

- ağciyərlərin barotravmasında (təzyiq travmasında);

- kəskin psixi pozulmalarda.

Zərərçəkənlərə tibbi yardımın göstərilməsi üçün məntəqələr aşağıdakı yerlərdə açılır:

- bilavasitə sudan və ya su basmış otaqlardan çıxarıldıqdan sonra zərərçə­kən­lərə yardım göstərilməsi üçün üzən vasitələrdə;

- üzən vasitələrlə çatdırılan zərərçəkənlərə yardım göstərilməsi üçün üzən vasitələrin təhlükəsiz bağlandığı yerlərdə;

- tibbi nöqteyi-nəzərdən dərəcələrə ayırmaq, yardım göstərmək və stasionar tibb müəssisələrinə təxliyə etmək, həmçinin psixoterapevtik kömək tədbirlərini keçirmək üçün zərərçəkənlərin toplaşma məntəqələrinin bilavasitə yaxınlığında.

İlk həkim yardımı tibbi göstərişlərə əsasən TYM həkimləri tərəfindən göstərilir.

İlk həkim yardımının əsas məqsədi zərərçəkənlərin orqanizminin həyat üçün vacib orqan və sistemlərinin funksiyalarının qorunması, təxliyənin bütün mərhələlərində orqanizmin həyat fəaliyyətinin təmin edilməsidir.

Müalicəyə ehtiyacı olan zərərçəkənlərin tibb müəssisələrinə təxliyə edilməsi başlıca olaraq sanitar nəqliyyatı və tibb işçilərinin müşayiəti ilə hərəkət yolunda təxirəsalınmaz tibbi yardımın göstərilməsi təmin olunmaqla həyata keçirilir. Sanitar nəqliyyatının lazımi miqdarı tibbi nöqteyi-nəzərdən dərəcələrə ayırmanı yerinə yetirən, TYM-dən qəza-xilasetmə işlərinin idarəetmə məntəqəsinə gələn operativ məlumata əsasən müəyyən edilir.

Ekstremal vəziyyətin psixotravmatik təsirini azaltmaq məqsədilə − FH zona­sın­da zərərçəkənlərin xilas edilməsi və daşınması üçün tibbi tələbatlar haqqında, TYM-nin yeri, xilasetmə işlərinin gedişatı haqqında əhalinin məlumatlan­dırıl­ması təşkil olunur. Psixoloji gərginliyin azalması və həyat fəaliyyətinin qorunması barədə məsləhətlər verilir.

Qəza-xilasetmə işləri yerinə yetirilən zaman qəza-xilasetmə dəstələrinin tibb işçiləri qəza-xilasetmə dəstələrinin şəxsi heyətinin fiziki və psixi vəziyyətinə nəzarət edirlər. Zərurət olduqda dərmanla yardım edilir və ya xilasedicilərin mak­simal effektiv fəaliyyətinin qorunması və ya bərpası məqsədilə əmək və istirahət rejimi tənzimlənir.

Tibbi bölmələr və qəza-xilasetmə dəstələri təchizat normalarına uyğun olaraq tibbi əmlakla təmin olunur.

Zəruri əmlakın müəyyən edilmiş normalardan çox artırılmasına FH rayonunda tibbi vəziyyətin qiymətləndirilmə­sindən sonra regional tibbi bölmələrin rəhbər­lə­rinin əsaslan­dırmasına görə ehtiyat fond hesabına yol verilir.

FH rayonunda qəza-xilasetmə işləri başa çatdıqdan sonra qəza-xilasetmə dəs­tələrinin və cəlb olunan qüvvələrin şəxsi heyəti sağlamlığın və əmək qabiliyyətinin bərpası üçün tibbi reabilitasiya mərkəzlərinə göndərilir.

Reabilitasiya tədbirlərinin təşkili və davamiyyət müddəti sisteminə daxil olan idarə xilasetmə xidmətlərinin rəhbər sənədlərinin tələblərinə uyğun olaraq həyata keçirilir.

QXİ-nin aparılmasına peşəkar xilasediciləri hazırlayar­kən hidroloji hadisələrin səbəb olduğu FH zonasında xilasetmə işlərinin aparılması üçün xilasedicilərin psixoloji hazır­lı­ğının xüsusiyyətləri və zərərçəkənlər arasında psixoloji dayanıqlığı saxlamaq üçün təd­bir­lər nəzərə alınmalıdır.

QXİ apardıqda lazımi əmək qabiliyyətini qorumaq məqsədilə təhlükəsizlik texni­ka­sının tələblərinə, xilasedicilərin əmək, istirahət və reabilitasiyasının yolve­ri­lən rejiminin təmin edilməsi üzrə tələblərə riayət olunmalıdır.



Daşqın, subasma və sunami zonasından, həmçinin qəza vəziyyətində olan və batmış dəniz (çay) obyektlərindən zərərçəkənlərin və əhalinin axtarışı, xilas edilməsi və təxliyəsi üzrə QXİ-nin yerinə yetirilməsinin konkret texnologiyası, Azərbaycanın idarə xilasetmə xidmətlərinin təlimatları, rəhbər sənədləri, qaydaları və göstərişləri ilə müəyyən edilir. Bu halda su hövzələrində buz yığını (buzun ilişib dayanması) zamanı subasmaların və daş­qın­ların, dəniz çaylarının mənsəblərindəki daşqınların, hidrotexniki qurğuların dağılması zamanı fəlakətli daşqınların nəticələrinin aradan qaldırılmasının xüsusiyyətləri qəza-xilasetmə dəstələrinin və əhalinin planlı təlimatlandırıl­ma­sında nəzərə alınmalıdır.
Yüklə 24,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə