1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix02.01.2022
ölçüsü2,01 Mb.
#1156
1   2   3   4   5   6   7   8   9   10   ...   26
“Şərq qapısı”

Azərbaycan Respublikasının Qarsdakı

Baş Konsulluğunda Xocalı soyqırımının 

21-ci ildönümü qeyd edilmişdir

    Azərbaycan Respublikasının Təb-

rizdəki  Baş  Konsulluğunda  Xocalı

soyqırımı  qurbanlarının  xatirəsini

anma mərasimi keçirilmişdir.

    Mərasimdə İran İslam Respublikası

Xarici İşlər Nazirliyinin Şimal-Qərb

Nümayəndəliyinin rəhbəri, Türkiyənin

Təbrizdəki Baş Konsulluğunun əmək-

daşları,  kütləvi  informasiya  vasitə-

lərinin və şəhər ictimaiyyətinin nü-

mayəndələri iştirak etmişlər. Mərasim

iştirakçıları  Xocalı  soyqırımını  əks

etdirən fotostendlərə, kitab və qəzet

materialları əsasında hazırlanmış sər-

giyə baxmışlar.

    Xocalı  soyqırımı  qurbanlarının

xatirəsi  bir  dəqiqəlik  sükutla  yad

edildikdən sonra çıxış edən Baş kon-

sul Əli Əlizadə erməni millətçilərinin

tarix boyu Azərbaycanda ağır hərbi

cinayətlər törətdiklərini diqqətə çat-

dıraraq demişdir ki, xalqımız dəfə-

lərlə  xain  düşmən  tərəfindən  etnik

təmizləmə  və  soyqırımına  məruz

qalmış,  doğma  torpaqlarından  di-

dərgin salınaraq qaçqın və məcburi

köçkün  həyatı  yaşamağa  məcbur

edilmişdir.

    Keçmiş SSRİ-nin süqutu illərində

erməni millətçilərinin yenidən Azər-

baycana qarşı ərazi iddiası ilə çıxış

etdiklərini bildirən Baş konsul vur-

ğulamışdır ki, bu əsassız və qanunsuz

iddialar  Ermənistan-Azərbaycan,

Dağlıq Qarabağ münaqişəsinə çev-

rilmişdir. Nəticədə, Azərbaycan xal-

qının  başına  XX  əsrin  ən  dəhşətli

faciəsi – Xocalı soyqırımı gətirilmiş,

işğal olunmuş ərazilərimizdə bir-bi-

rindən dəhşətli qətliamlar törədilmiş,

minlərlə günahsız insan itkin düşmüş,

əsir götürülmüş, mədəniyyət müəs-

sisələri, sosial-məişət obyektləri ilə

yanaşı,  məscid  və  qəbiristanlıqlar

yerlə-yeksan  edilmiş,  pirlər  və  zi-

yarətgahlar  təhqirə  məruz  qalaraq

dağıdılmışdır. Xocalı şəhərində azər-

baycanlılara  aid  bütün  tarixi  izlər,

milli-mədəniyyət nümunələri bir ge-

cədə  məhv  edilmişdir.  Ümummilli

lider Heydər Əliyevin təşəbbüsü ilə

1994-cü il fevralın 24-də Azərbaycan

Respublikasının Milli Məclisi tərə-

findən “Xocalı Soyqırımı Günü haq-

qında”  Qərarın  qəbul  olunduğunu

diqqətə çatdıran Ə.Əlizadə bu soy-

qırımına dair acı həqiqətlərin dünya

ictimaiyyətinə  çatdırılması  istiqa-

mətində görülən işlərdən danışmış,

Xocalı soyqırımına Meksika, Pakis-

tan, Kolumbiya, Çexiya, Rumıniya

parlamentləri, eləcə də İslam Əmək-

daşlıq Təşkilatı tərəfindən də hüqu-

qi-siyasi  qiymət  verildiyini  qeyd

etmişdir.

    Baş konsul əsaslı dəlil və faktlarla

sübuta yetirilmiş bu hadisəyə tezliklə

Azərbaycana dost və yaxın olan digər

ölkələr  tərəfindən  də  hüquqi-siyasi

qiymətin  verilməsinin  vacibliyini

qeyd etmişdir.

    Mərasimdə qeyd olunmuşdur ki,

erməni  millətçi  dairələri  XX  əsrin

əvvəllərində Azərbaycan ilə yanaşı,

Türkiyədə, eləcə də İranın Xoy, Maku,

Səlmas və digər şəhərlərində günahsız

insanlara qarşı dəhşətli bəşəri cina-

yətlər  törətmişlər.  Bütün  bu  tarixi

gerçəkliklərin olduğu kimi dünya ic-

timaiyyətinə çatdırılması vacibdir.

    Mərasimdə Azərbaycana qarşı da-

vam edən erməni təcavüzünün tarixi

gerçəkliklərindən və Xocalı soyqırı-

mının dəhşətlərindən bəhs edən film

nümayiş etdirilmiş və faciə qurban-

larının xatirəsinə ehsan verilmişdir.

    Xocalı faciəsindən bəhs edən film-

lər, Xocalı əhalisinin dünya ictima-

iyyətinə  ünvanlanmış  müraciəti  və

fars  dilinə  tərcümə  edilmiş  digər

əyani materiallar mərasim iştirakçı-

larına paylanmışdır.


Kataloq: QezetSekilleri
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Naxçıvan Muxtar Respublikası Əd liyyə Nazirliyi Kəngərli rayonunda in zibati ərazi dairəsi üzrə nümayəndə
QezetSekilleri -> Nax çıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında
QezetSekilleri -> Hər bir yaşayış məntəqəsinin inkişafın da başlıca amil yol infrastrukturudur. Ona
QezetSekilleri -> Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində Məzun günü keçirilib
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım

Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə