1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə6/26
tarix02.01.2022
ölçüsü2,01 Mb.
#1156
1   2   3   4   5   6   7   8   9   ...   26
Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

    Fevralın  25-də  Azərbaycanın  Türkiyənin  Qars  şəhərindəki

Baş  Konsulluğunda  Xocalı  soyqırımının  21-ci  ildönümü  ilə

əlaqədar tədbir keçirilmişdir.

    Əvvəlcə  Xocalı  soyqırımı  qurbanlarının  və  şəhidlərimizin

xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların ruhuna “Qura-

ni-Kərim”dən ayələr oxunmuş, Azərbaycan və Türkiyə respubli-

kalarının Dövlət himnləri səsləndirilmişdir.

    Azərbaycanın  Qarsdakı  Baş  konsulu  Ayxan  Süleymanov

çıxış  edərək  demişdir  ki,  1992-ci  il  fevralın  25-dən  26-na

keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun

Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi

heyətinin  və  döyüş  texnikasının  iştirakı  ilə  şəhərə  hücum

edərək azərbaycanlılara qarşı soyqırımı törətmişlər. Bu hərbi

təcavüz  zamanı  Xocalı  şəhəri  darmadağın  edilmiş,  dinc

sakinlərə divan tutulmuşdur. Xocalı soyqırımı təkcə Azərbaycan

xalqına  qarşı  deyil,  bütün  insanlığa  qarşı  törədilmiş  ən  ağır

cinayətdir.

    Soyqırımı ilə bağlı tarixi faktları tədbir iştirakçılarının diqqətinə

çatdıran Ayxan Süleymanov bildirmişdir ki, Xocalı faciəsinə ilk

hüquqi-siyasi qiymət ümummilli liderimiz Heydər Əliyev tərəfindən

verilmişdir. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də

Azərbaycan  Respublikasının  Milli  Məclisi  tərəfindən  “Xocalı

Soyqırımı  Günü  haqqında”  Qərar  qəbul  olunmuş,  ulu  öndərin

1997-ci il 25 fevral tarixli Sərəncamı ilə hər il fevralın 26-sı saat

17

00



Azərbaycan Respublikasının bütün ərazisində sükut dəqiqəsi

elan edilmişdir.

    Mərasimdə  Xocalı  soyqırımı  ilə  bağlı  hazırlanmış  sənədli

film nümayiş etdirilmiş, tədbir iştirakçıları Dağlıq Qarabağ mü-

naqişəsini və Xocalı soyqırımını əks etdirən fotostendlərə, kitab

və jurnallardan ibarət sərgiyə baxmışlar.

    Tədbirdə Qars valisi Əyyup Təpə, Qars Şəhər Bələdiyyəsinin

sədri Nevzat Bozkuş, qeyri-hökumət təşkilatlarının rəhbərləri və

nümayəndələri, Qars Qafqaz Universitetinin müəllim və tələbələri,

Qars ictimaiyyətinin nümayəndələri iştirak etmiş, ehsan süfrəsi

açılmışdır.

    Dağlıq Qarabağ münaqişəsinə, Xocalı soyqırımına və erməni

terrorçularının törətdikləri cinayətlərə həsr olunmuş “İrs Miras”

jurnalı tədbir iştirakçılarına paylanmışdır. Keçirilmiş tədbir yerli

kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.


Kataloq: QezetSekilleri
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Naxçıvan Muxtar Respublikası Əd liyyə Nazirliyi Kəngərli rayonunda in zibati ərazi dairəsi üzrə nümayəndə
QezetSekilleri -> Nax çıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında
QezetSekilleri -> Hər bir yaşayış məntəqəsinin inkişafın da başlıca amil yol infrastrukturudur. Ona
QezetSekilleri -> Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində Məzun günü keçirilib
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım

Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə