1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə26/26
tarix02.01.2022
ölçüsü2,01 Mb.
#1156
1   ...   18   19   20   21   22   23   24   25   26
Açıq ürək əməliyyatlarına

start verilmişdir

Boz ayın dörd müqwddws çwrşwnbwlwrindwn 

birincisi –

    Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə

iş mərkəzinin təşkilatçılığı ilə Culfa

rayonunun  Əbrəqunus  kəndində

“Yerli özünüidarəetmə orqanlarının

fəaliyyətində bələdiyyələrin reqla-

menti  ilə  bağlı  məsələlərin  tən-

zimlənməsi və qarşıda duran vəzi-

fələr”  mövzusunda  seminar-mü-

şavirə keçirilib. 

    Kənd mərkəzində keçirilən təd-

biri giriş sözü ilə Culfa Rayon İcra

Hakimiyyətinin əməkdaşı Cəlil Ağa-

yev açıb.

     Tədbirdə Naxçıvan Muxtar Res-

publikası Ədliyyə Nazirliyinin Bə-

lədiyyələrlə  iş  mərkəzinin  məslə-

hətçisi, kiçik ədliyyə müşaviri Səttar

Zamanov  “Yerli  özünü idarəetmə

orqanlarında  qanunvericiliyin  tə-

ləblərinə  riayət  olunması  və  bələ-

diyyə  qərarlarının  qəbul  edilməsi

proseduru”  mövzusunda  məruzə

edib.

    Məruzəçi yerli özünüidarəetmə-



nin  inkişafı  istiqamətində  dövlət

tərəfindən  həyata  keçirilən  ardıcıl

tədbirlərdən, bələdiyyələrin fəaliy-

yətini tənzimləyən qanunların mün-

təzəm olaraq təkmilləşdirilməsindən

danışıb, ölkə Prezidenti cənab İlham

Əliyevin 21 dekabr 2012-ci il tarixli

Fərmanı ilə təsdiq edilən “Bələdiy-

yələrin Nümunəvi Reqlamenti”nin

onların fəaliyyətinin qanunauyğun

təşkilində  müstəsna  əhəmiyyətini

qeyd edib.

    Bildirilib ki, nümunəvi reqlament

“Bələdiyyələrin statusu haqqında”

Azərbaycan Respublikası Qanunu-

nun 16-cı maddəsinin 1-ci hissəsinin

5-ci  bəndinə  əsasən  hazırlanıb  və

Azərbaycan Respublikasının ərazi-

sində fəaliyyət göstərən bələdiyyə-

lərə  tövsiyə  olunur.  Bu  reqlament

bələdiyyə iclasının çağırılması, əhali

ilə görüşlərin təşkili qaydalarını və

bələdiyyənin  fəaliyyəti  ilə  bağlı

digər məsələləri tənzimləyir. Req-

lamentə  əsasən,  bələdiyyə  iclası,

ayda bir dəfədən az olmayaraq, bə-

lədiyyənin  sədri  tərəfindən  və  ya

bələdiyyə  ərazisində  yaşayan  və

səsvermə hüququ olan vətəndaşların

azı iyirmi beş faizinin, yaxud bələ-

diyyə üzvlərinin üçdə bir hissəsinin

təşəbbüsü  ilə  çağırılır.  Bələdiyyə

ərazisində  yaşayan,  səsvermə  hü-

ququ olan vətəndaşların azı iyirmi

beş faizinin təşəbbüsü ilə çağırılan

iclasın gündəliyini onun çağırılması

təşəbbüsünü  irəli  sürənlər  müəy-

yənləşdirir və bu barədə iclas gününə

azı 10 gün qalmış bələdiyyənin səd-

rinə və ya icra aparatına məlumat

verilir. 

    Səttar  Zamanov  bələdiyyələrin

fəaliyyətinin təkmilləşdirilməsi üzrə

artıq əldə olunmuş müsbət nəticə-

lərdən,  yeni  qəbul  edilmiş  qanun

və  dəyişikliklərin  bələdiyyələrin

işinin  təşkilində  önəmli  rolundan

danışaraq mövcud problemlərə də

toxunub,  yerli  özünüidarəetmənin

inkişafının əsas istiqamətlərinin hə-

yata keçirilməsində bələdiyyələrin

üzərinə düşən vacib məsələləri qeyd

edib.

    Sonra  Naxçıvan  Muxtar  Res-



publikası Ədliyyə Nazirliyinin Təş-

kilat-nəzarət  şöbəsinin  rəisi,  kiçik

ədliyyə müşaviri Emin Səfərovun,

nazirliyin Qanunvericilik şöbəsinin

rəisi,  ədliyyə  müşaviri  Ayaz  Mə-

hərrəmovun çıxışları olub. Çıxışlarda

bələdiyyə  iclasının  çağırılması  və

əhali ilə görüşün təşkili qaydalarının

tənzimlənməsi, yerli özünüidarəetmə

orqanlarının fəaliyyətinin təşkilində

kargüzarlığın rolu və bu sahəni tən-

zimləyən qanunvericilik barədə söh-

bət açılıb. Çıxış edənlər yerli büd-

cəyə  vergilərin  hesablanması  və

ödənilməsi, maliyyə hesabatlarının

hazırlanması,  bələdiyyələrdə  mü-

hasibat uçotunun təşkili, yerli büd-

cənin formalaşması məsələlərindən

danışaraq  bu  proseslərin  müvafiq

qanunların tələblərinə uyğun şəkildə

həyata keçirilməsini təmin etməklə

bələdiyyələrin  inkişafına  nail  ol-

mağın  mümkünlüyünü  bildiriblər.

    Sonda tədbir iştirakçılarını ma-

raqlandıran suallar cavablandırılıb. 



Səbuhi HÜSEYNOV



Bələdiyyələrin reqlamenti ilə bağlı məsələlərin tənzimlənməsi və

qarşıda duran vəzifələrə həsr olunmuş seminar-müşavirə

Su ç¬rs¬nb¬si



¸

su ç¬rs¬nb¬si



¸

Kataloq: QezetSekilleri
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Naxçıvan Muxtar Respublikası Əd liyyə Nazirliyi Kəngərli rayonunda in zibati ərazi dairəsi üzrə nümayəndə
QezetSekilleri -> Nax çıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında
QezetSekilleri -> Hər bir yaşayış məntəqəsinin inkişafın da başlıca amil yol infrastrukturudur. Ona
QezetSekilleri -> Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində Məzun günü keçirilib
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım

Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə