18 saylı qərarı ilə təsdiq edilmişdir



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə1/4
tarix10.12.2016
ölçüsü1,13 Mb.
  1   2   3   4

 

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

kollegiyasının 05 iyun 2012-ci il tarixli 

18 saylı qərarı ilə təsdiq edilmişdir 

 

 

 

 

 

 

 

 

 

 

 

YENİDOĞULMUŞLARIN 

İLKİN REANİMASİYASI ÜZRƏ 

KLİNİK PROTOKOL 

(2-ci nəşr, yeniləşdirilmiş) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı - 2012 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

57.3 


Y 52 

 

 



 

 

 



 

 

 



 

 

 



Y 52   Yenidoğulmuşların ilkin reanimasiyası üzrə klinik protokol 

(2-ci nəşr, yeniləşdirilmiş). – 36 səh.  

 

Bu klinik protokol Azərbaycan Respublikası  Səhiyyə 



Nazirliyi kollegiyasının 28 noyabr 2008-ci il tarixli 28 saylı 

qərarı ilə təsdiq edilmiş “Yenidoğulmuşların ilkin reanima-

siyası üzrə klinik protokol”un yeniləşdirilmiş variantıdır.  

 

 



2

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

3

 



Klinik protokolun redaktoru:  

C. Məmmədov  

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və 

 

 



İslahatlar Mərkəzinin direktoru, t.f.d. 

 

Klinik protokolun tərtibçilər heyəti: 

F.Əliyeva Elmi-Tədqiqat Mamalıq və Ginekologiya  

 

İnstitutunun direktoru, t.f.d., dosent,  



 RS/AP 

üzrə Milli Koordinator 

R.Hüseynov  

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya  

 

İnstitutu, yenidoğulmuşlar şöbəsinin müdiri 



S.Haqverdiyeva  

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya  

 

İnstitutu, yenidoğulmuşlar şöbəsinin 



 

həkim-neonatoloqu 

Z.Mikayılova Elmi-Tədqiqat Mamalıq və Ginekologiya  

 

İnstitutu, neonatal bölmənin elmi işçisi 



A.Bağırova Elmi-Tədqiqat Mamalıq və Ginekologiya  

 

İnstitutu, neonatal bölmənin elmi işçisi 



N.Şahbazova  

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya  

 

İnstitutu, yenidoğulmuşlar şöbəsinin  



 neonatoloq-reanimatoloqu 

D.Şirinova 

Respublika Perinatal Mərkəzi, neonatologiya  

 

şöbəsinin həkim-neonatoloqu 



M.Rzayeva 

Respublika Perinatal Mərkəzi, neonatologiya  

 

şöbəsinin həkim-neonatoloqu 



L.Aslanova 5 

saylı Doğum Evi, fizioloji uşaq şöbəsinin  

 

həkim-neonatoloqu 



S.Eyvazova  

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya 

İnstitutu, reanimasiya və intensiv terapiya 

şöbəsinin həkim-reanimatoloqu 

G.Hüseynova  

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və 

İslahatlar  Mərkəzi, Tibbi keyfiyyət standartları 

şöbəsinin müdiri 



Rəyçi: 

N.Quliyev   Səhiyyə Nazirliyinin baş pediatrı, K.Y.Fərəcova  

  

    adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun  



 

   


 

direktoru, t.e.d., professor 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

4

İxtisarların siyahısı: 



 

ASV  

– 

ağciyərlərin süni ventilyasiyası 



ÜDS   

 ürək döyüntülərinin sayı 



Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 

Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri 

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqatdan alınmışdır 

IIb 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) 

alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə 

əsaslanmışdır 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

5

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 



Tövsiyənin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyənin əsaslandığı sübutların 

etibarlılıq dərəcəsi 

 



RKT-lərin yüksək keyfiyyətli meta-analizi, sistematik 

icmalı və ya nəticələri uyğun populyasiyaya şamil edilə 

bilən, sistematik səhv ehtimalı çox aşağı olan (++) 

irimiqyaslı RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi Ia. 



 



Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 



keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən



sistematik səhv riski yüksək olmayan (+) RKT. 

 



Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

 



Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və ya 

klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya bilavasitə şamil edilə 



bilməyən, sistematik səhv riski çox aşağı olan və ya 

yüksək olmayan (++ və ya +) RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi IIb. 



 



Klinik hallar seriyasının təsviri, yaxud  

 



Nəzarət edilməyən tədqiqat, yaxud  

 



Ekspertlərin rəyi.  

 



Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 



 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

6

Protokol pediatrlar, neonatoloqlar, mama-ginekoloqlar, mamalar 



və uşaq şöbələrinin tibb bacıları üçün nəzərdə tutulmuşdur. 

 

Protokol yenidoğulmuşa vaxtında, ardıcıl və keyfiyyətli, ilkin və 



reanimasiya yardımının göstərilməsi və  həyati vacib orqan və 

sistemlərin funksiyalarının bərpası üzrə sübutlu təbabətə  əsaslanan 

metodik tövsiyələrin verilməsi məqsədini daşıyır.  

ÜMUMİ MÜDDƏALAR 

Yenidoğulmuşların 10%-nin doğulduqdan sonra cüzi tənəffüs 

yardımına və yalnız 1% yenidoğulmuşun tam həcmdə reanimasiya 

tədbirlərinə ehtiyacı olur. 



DOĞUŞ ZALINDA YENİDOĞULMUŞ UŞAĞA 

REANİMASİYANIN TƏŞKİLİ 

A.  Proqnozlaşdırma 

Yenidoğulmuş  uşağın reanimasiya tədbirlərinə ehtiyacının 

yüksək olduğu vəziyyətlər: 

ananın vəziyyəti ilə əlaqədar 

a.  antenatal 

-

 



şəkərli diabet 

-

 



hamiləlik hipertenziyası  

-

 



ürək-damar, ağciyər, nevroloji xəstəliklər 

-

 



qalxanvarı vəz xəstəlikləri 

-

 



preeklampsiya, eklampsiya 

-

 



2 və 3 trimestrlərdə qanaxma 

-

 



infeksion xəstəliklər 

-

 



ağır dərəcəli anemiya 

-

 



prenatal müşahidənin olmaması və başqa sosial faktorlar 

-

 



anamnezdə ölüdoğulmuş uşaq 

-

 



ananın qəbul etdiyi dərmanlar (maqnezium, litium) 

-

 



ananın narkotik və alkoqol qəbul etməsi 

b.  intranatal 

-

 



dölün qeyri-düzgün vəziyyəti 

-

 



cərrahi doğuş 

-

 



vaxtından əvvəl doğuş 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

7

-



 

vaxtından əvvəl döl qişalarının yırtılması 

-

 

doğuş fəaliyyətinin diskoordinasiyası (sürətli, uzun sürən doğuş) 



-

 

doğuşdan əvvəlki 4 saat ərzində narkotik analgetiklərlə 



ağrısızlaşdırma 

-

 



göbək ciyəsinin düşməsi 

-

 



ciftin vaxtından əvvəl ayrılması 

-

 



cift gəlişi 

dölün vəziyyəti ilə əlaqədar 

-

 



dölün distresi əlamətləri (kardiotokoqrammada dəyişikliklər, 

dölyanı sularda mekonium) 

-

 

bətndaxili infeksiya 



-

 

oliqohidroamnion 



-

 

polihidroamnion 



-

 

dölün hərəkət aktivliyinin aşağı düşməsi 



-

 

çoxdöllü hamiləlik 



-

 

vaxtından əvvəl doğulma (<37 həftə) 



-

 

gecikmiş doğulma (>42 həftə) 



-

 

dölün bətndaxili inkişafının ləngiməsi 



-

 

dölün inkişaf qüsuru 



-

 

əvvəlki rezus immunizasiya 



B.  İlkin reanimasiya üçün iş yerinin hazır olması 

-

 



Optimal temperatur mühiti 

-

 



İş yerinin düzgün yerləşdirilməsi 

-

 



Yenidoğulmuş uşağın reanimasiyası üçün avadanlıq və vasitələr 

(Əlavə №1-ə bax) 



C.  Personal 

Hər bir doğuşda yenidogulmuşların reanimasiyasını tam həcmdə 

bacaran heç olmasa bir şəxs  – reanimasiya tədbirlərinin rəhbəri 

iştirak etməlidir. 



Keyfiyyətli və uğurlu reanimasiya üçün  

adətən iki və ya üç nəfər tələb olunur. 

D.  Sənədləşdirmə 

Aparılan reanimasiya dəqiq sənədləşdirilməlidir: 

-

 

yenidoğulmuş uşağın inkişaf tarixində; 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



-

 

Yenidoğulmuş uşağın reanimasiyası protokolunda (ağciyərlərin 



köməkçi ventilyasiyası aparılan andan) (Əlavə №2-yə bax) 

Uşağın reanimasiyası doğulduqdan dərhal sonra, vəziyyətinin 

Apqar  şkalası ilə birinci dəfə qiymətləndirilməsini gözləmədən 

başlanmalıdır. Reanimasiya tədbirlərinin başlanması, həcmi və 

ardıcıllığı üçün əsas meyar: 

 



tənəffüs 

 



ürəkdöyünməsi 

 



dəri örtüklərinin rəngi 

Reanimasiyanın həcmi və vacibliyi haqqında qərar qəbul 

edilərkən, Apqar şkalası ilə qiymətləndirmə istifadə oluna bilməz. 

Apqar  şkalası daha çox doğulmuş  uşağın ümumi vəziyyətinin və 

aparılan reanimasiyanın effektliliyinin göstəricisidir. 

Aparılan reanimasiya tədbirlərinin həcmindən asılı olmayaraq, 

hərəkətlərin dəqiq ardıcıllığına riayət etmək lazımdır: 

 



uşağın ümumi vəziyyətini qiymətləndirmək 

 



qərar qəbul etmək 

 



tədbirlərə başlamaq 

Bu tədbirlərin ardıcıllığı bir dövr təşkil edir: 

 

Hər dövrə 30 saniyə vaxt ayrılır, sonra yeni dövr başlanır. 



Doğulduqdan dərhal sonra Apqar-taymerin işə salınma vaxtı 

qeyd edilməli və yenidoğulmuşun vəziyyəti qiymətləndirilməlidir: 

-

 

uşaq vaxtında doğulub 



-

 

nəfəs alır və ya ağlayır 



-

 

əzələ tonusunun vəziyyəti 



Əgər dölyanı sular təmizdirsə, uşaq vaxtında doğulubsa, nəfəs 

alır və ya ağlayırsa, onun yaxşı  əzələ tonusu varsa, ona adi qulluq 

lazımdır. 

 

8



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

9

REANİMASİYANIN İLK ADDIMLARI 

Aktivlik, müntəzəm tənəffüs olmadıqda və ya mərkəzi sianoz olduqda: 

-

 



uşaq isti əskidə isidilmiş reanimasiya stolunun üzərinə qoyulur; 

-

 



isti  əski ilə qurulanır və sonra əski dərhal qurusu ilə  dəyişdirilir, 

başına papaq geyindirilir; 

-

 

hestasiya yaşının 28 həftəsinə  qədər doğulan yarımçıq 



yenidoğulanları, doğulduqdan dərhal sonra qurulamadan, boğaza 

qədər polietilen kisəyə salmaq və  şüalandırıcı istilik mənbəyinin 

altına qoymaq lazımdır (А). Əlavə tövsiyələr: 

 



Doğuş zallarında temperaturu >26

o

C təmin etməli 



 

Qızdırıcı döşəyin üzərinə qoymalı (B) 



 

Şüalandırıcı istilik mənbəyinin altına qoymalı (C)  



-

 

yenidoğulmuşun çiyinləri altına mütəkkə formasında bükülmüş əski 



qoyulmaqla düzgün vəziyyət verilir; 

-

 



tənəffüs yollarından möhtəviyyat sorulur (Əlavə №3-ə bax); 

-

 



aktiv taktil stimulyasiya aparılır (ayaqların altına astaca vurulur, 

kürək sümükləri arası sahə ehtiyatla silinir)



İlk addımlardan sonra tənəffüs, ürək döyüntülərinin sayı (ÜDS) və 



dəri örtüklərinin rəngi qiymətləndirilir. 

ÜDS 6 saniyədə x 10 = ÜDS 1 dəqiqədə 

Əgər: 

 



sərbəst tənəffüs bərpa olunubsa, ÜDS>100/dəq., uşağın rəngi 

çəhrayılaşıbsa, uşağı ananın döşünə qoymaq lazımdır; 

 

sərbəst tənəffüs bərpa olunubsa, ÜDS>100/dəq., amma uşaqda 



mərkəzi sianoz qalırsa, sərbəst axınla uşağın rəngi çəhrayılaşana 

qədər ona oksigen verilir (Əlavə №4-ə bax); 

 

parametrlərdən hər hansı biri (tənəffüs, ÜDS, dəri örtüklərinin 



rəngi) bərpa olunmursa, dərhal ağciyərlərin köməkçi 

ventilyasiyasına başlamalı. 



 

Köməkçi ventilyasiyanı başlamaq lazımdır, əgər: 

 



uşaq nəfəs almır və ya onda qeyri-müntəzəm, fasiləli 

tənəffüsdür, qaspinqdir  

 



ÜDS<100 dəqiqədə 

 



mərkəzi sianoz saxlanılır 

                                                 

 Нeç tənəffüs olmadıqda taktil stimulyasiyaya aludə olmaq lazım deyil 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

10

AĞCİYƏRLƏRİN KÖMƏKÇİ VENTİLYASİYASI 



Ağciyərlərin köməkçi ventilyasiyası yenidoğulmuşun ilkin 

reanimasiyası aparılarkən əsas tədbirdir. 

Ağciyərlərin köməkçi ventilyasiyası  tənəffüs funksiyasının və 

normal qaz mübadiləsinin bərpası üçün aparılır.  

Köməkçi ventilyasiya özüdüzələn kisə  və ya T-şəkilli sistemin 

köməyi ilə aparılır (B):

 

 



çox hallarda maska üsulu ilə ventilyasiya effektli nəticə verir, 

yalnız az sayda uşaqlara endotraxeal intubasiya tələb olunur (D) 

(Əlavə №5-ə bax)  

 



köməkçi ventilyasiyanın sayı dəqiqədə 40-60 dəfədir (C) (Əlavə 

№6-ya bax) 

 

Vaxtında doğulan uşaqlarda köməkçi ventilyasiyanı atmosfer 



havası  (A)  və ya yarımçıq doğulanlarda oksigenin aşağı (30%) 

konsentrasiyası ilə başlamaq lazımdır. Aşağı konsentrasiyalı 

oksigen olmadıqda, ventilyasiyanı atmosfer havası ilə başlamaq 

lazımdır (B) 



Ağciyərlərin köməkçi ventilyasiyası oksigenin olub-olmamasından 

asılı olmayaraq aparılır (A). 

Ağciyərlərin köməkçi ventilyasiyası 30 saniyə aparıldıqdan 

sonra, 6 saniyə reanimasiya tədbirləri dayandırılır, uşaqda sərbəst 

tənəffüs, ÜDS və dəri örtüklərinin rəngi qiymətləndirilir.  



ÜDS 6 saniyədə x 10 = ÜDS 1 dəqiqədə 

Əgər: 

 



sərbəst tənəffüs bərpa olunubsa, dərinin rəngi çəhrayıdırsa, 

ÜDS>100/dəq. ağciyərlərin köməkçi ventilyasiyası 

dayandırılır. Bu zaman dinamikada uşağın vəziyyətinə 

nəzarət edilməlidir; 

 

spontan müntəzəm tənəffüs olmadıqda və ÜDS>60/dəq., 



ventilyasiyanın effektliliyi (uşağın vəziyyəti, tənəffüs 

yollarının keçiriciliyi, maskanın vəziyyəti, kisənin işlək 

olması) yoxlanılmalı, ventilyasiya davam etdirilməli və 30 

saniyədən bir vəziyyət qiymətləndirilməlidir. Uzun müddətli 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

11

ventilyasiya zamanı (2 dəqiqədən çox)  mədəyə zond yeridilir 



(Əlavə №7-yə bax); 

 



ÜDS<60/dəq. ventilyasiyanı davam etdirməklə, ürəyin xarici 

masajına başlanılır. 



30 saniyə ağciyərlərin effektli ventilyasiyasından sonra 

ÜDS<60/dəq. olarsa, ürəyin xarici masajına başlamaq lazımdır. 

ÜRƏYİN XARİCİ MASAJI 

Ürəyin xarici masajı yenidoğulmuş  uşağın qan dövranını  bərpa 

etmək və saxlamaq üçün aparılır:

 



 

həmişə effektiv ventilyasiya ilə  eyni zamanda aparılmalı  və 

ikinci şəxs tərəfindən həyata keçirilməlidir; 

 



mütləq ağciyərlərin köməkçi ventilyasiyası ilə sinxronlaşdırılır

 



ürəyin xarici masajının düzgün aparıldığına  əmin olmalı 

(Əlavə №8-ə bax) (D) 

30 saniyə ürəyin xarici masajı ilə  ağciyərlərin köməkçi 

ventilyasiyası aparıldıqdan sonra reanimasiya tədbirləri 6 saniyə 

müddətinə dayandırılır və ÜDS hesablanır. 

ÜDS 6 saniyədə x 10 = ÜDS 1 dəqiqədə 

Əgər: 

 



ÜDS>60/dəq., ürəyin xarici masajı dayandırılır və adekvat 

sərbəst tənəffüs bərpa olunana qədər ağciyərlərin köməkçi 

ventilyasiyası davam etdirilir (B)

 



ÜDS<60/dəq.: 

-

 



ağciyərlərin köməkçi ventilyasiyasının effektliliyini 

yoxlamalı; 

-

 

traxeyanın intubasiyası haqqında fikirləşməli (əgər 



traxeya daha əvvəl intubasiya olunmayıbsa); 

-

 



adrenalin yeritmək üçün göbək venasını kateterizasiya 

etməli (Əlavə №9-a bax). 

 

Əgər 30 saniyə ürəyin xarici masajından və effektiv 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə