170 sual-cavab tərtib edən: Məhəmməd Azəri Entesharate Faiz Kitabın adı: Sual-cavab



Yüklə 1,02 Mb.
səhifə11/18
tarix26.07.2017
ölçüsü1,02 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

Sual 100: Mürtəd kimdir?

Cavab: İslam dinində iman gətirdikdən sonra küfr edən insana mürtəd deyilir. Kitab əhlinə bir o qədər sərt münasibət göstərməyən İslam, İslamı qəbul etdikdən sonra atan mürtədə olduqca kəskin yanaşır. Çünki bu böyük günah bütün İslam dünyasına qarşı qaldırılmış qiyamdır cəmiyyəti parçalayır.

Müsəlman ata və müsəlman anadan doğulmuş bir şəxs dindən çıxarsa, onun tövbəsi zahirən qəbul deyildir. Amma valideynləri müsəlman olmayan bir şəxs dini qəbul edib sonra dindən çıxarsa, tövbəsi qəbuldur.

Görəsən, bu iki şəxs arasında nə üçün fərq qoyulur?

Əvvəlcə onu qeyd edək ki, İslam dini məntiq əsasında qəbul olunmalıdır. Müsəlman ailədə doğulmuş şəxs İslam dininin əsaslarından xəbərdar olduğu üçün onun dindən çıxması məlumatsızlıq yox, xəyanət hesab olunur. Amma dini sonradan qəbul etmiş şəxs, bilməməzlik ucbatından səhv edə bilər.

Sözsüz ki, təzyiq altında dindən çıxdığını deyən şəxs, qəlbən dinindən dönməyibsə, mürtəd hesab olunmur.
Sual 101: Təbii fəlakətlərin səbəbi nədir?

Cavab: Son dövrlər planetimizi bürümüş təbii fəlakətlərin səbəbi hamını maraqlandırır. Əslində isə, bu sualın cavabı olduqca sadədir. Allah-təala buyurur: «Allah bir şəhəri misal gətirir. O şəhər əmin-amanlıq arxayınlıq içində idi. Ruzisi hər yerdən bol-bol gəlirdi. Lakin əhalisi Allahın nemətini inkar etdi. Allah da həmin şəhərin sakinlərinə etdikləri əməllərə görə, aclıq qorxu bəlası daddırdı»1.

Qurani-kərimdə Nuhu inkar edənlərin selə qərq olduğu, Ad və Səmud tayfalarının günahkarlıqları müqabilində dəhşətli sarsıntıya bürünərək diz üstə düşüb qaldıqları, qadınları qoyub, kişilərə şəhvətlə yanaşan Lut tayfasının əzab yağışına düçar olduğu və başqa ibrətamiz əhvalatlar rəvayət olunur. Hər bir millət Allaha etiqadı müqabilində üç böyük nemətlə mükafatlandırılır: əmin-amanlıq, gələcəyə inam, gen-bol ruzi.



İmam Sadiq (ə) buyurur: «Bəni-İsraildən bir tayfa o qədər gen-bolluq, rifah içində yaşayırdı ki, hətta uşaqlarının oyuncaqları da qida maddələrindən hazırlanmışdı. Amma bu tayfa axırda bir günə düşdü ki, həmin oyuncaqları yeməyə məcbur oldu»2.

Demək, bütün bəlaların, eləcə də, təbii fəlakətlərin səbəbi, «İnsanların dünyanı axirətdən üstün tutmasıdır»3.


Sual 102: Müxaliflərlə necə rəftar etməli?

Cavab: İnsanları doğru yola dəvət edib günahdan çəkindirmək, hər bir müsəlman üçün vacib olan dini vəzifələrdəndir. Cəmiyyətdə müəyyən mövqe seçmiş insanlar, təbii olaraq müxaliflərlə üzləşir. Bu müxaliflər sülhsevər təcavüzkar olmaqla, iki qrupa bölünürlər. Birinci qrup müxalifətlə məntiq əxlaqla rəftar etmək olduqca təsirlidir. «Nəhl» surəsinin 125-ci ayəsi uyğun mövzudan bəhs edir. Qurani-kərimin bir sıra başqa ayələrinə də istinad edərək, müxaliflərlə rəftar üsullarını aşağıdakı ardıcıllıqla proqramlaşdırmaq olar:

1. Allahın yoluna hikmətlə dəvət et;

Hikmət dedikdə elm, məntiq, dəlillər nəzərdə tutulur. Bu üsulla yatmış düşüncələri oyatmaq mümkündür.

2. Gözəl öyüd-nəsihətlə dəvət et;

İnsanlar xaraktercə gözəlliyə meyilli olduqlarından, kobud şəkildə ifadə olunmuş həqiqətə maraq göstərmirlər.

3. Ən gözəl şəkildə, şirin dil və mehribanlıqla dəvət et;

4. Təcavüzkar müxaliflərlə rəftarda ədalətli ol. Artıq cəza, zülm və günahdır;

5. Sizə cəza vermiş müxalifəti səbir edib bağışlasanız, daha yaxşıdır;



Ühüd döyüşündə kafirlər Peyğəmbərin (s) əmisi Həmzəni öldürməklə kifayətlənməyib, ciyərini ürəyini çıxarmış, burnunu qulağını kəsmişdilər. Həzrət Peyğəmbər (s) düşməndən intiqam almaq haqqında düşünərkən, ayə nazil oldu: «Əgər səbir etsəniz, bu, daha xeyirlidir»1. Peyğəmbər (s) ərz etdi: «Səbir edirəm, Xudaya».

6. Düşmənin əzabı qarşısında səbir etmək yalnız Allaha xatir olduqda, faydalıdır;

Əslində, Allahın yardımı olmadan vəhşiliyə səbir etmək, qeyri-mümkündür.

7. Dəvət qəbul olunmadığı təqdirdə, kədərlənmə;

Çünki sən öz vəzifəni yerinə yetirmisən

8. Düşmən hiyləsi qarşısında sıxılıb, meydanı boş buraxma;

Sənin sığındığın Allah, bütün hiylələri puça çıxarmağa qadirdir

9. Pis əməllərdən çəkin;

10. Xeyir əməl üçün çalış.
Sual 103: Yəhya peyğəmbərin başı kimə hədiyyə verildi?

Cavab: Allah-təala Zəkəriyya peyğəmbəri qoca yaşlarında övladla müjdələdi. «Məryəm» surəsinin 7-ci ayəsində buyurulur: «Ey Zəkəriyya, sənə bir oğulla müjdə veririk ki, onun adı Yəhyadır. Biz bu adı əvvəllər heç kəsə verməmişik». Uyğun surənin 12-ci ayəsi Yəhyanın kimliyini bəyan edir: «Ey Yəhya, kitabdan bərk yapış! Biz, uşaq ikən ona hikmət verdik».

Yəhya peyğəmbərin ölümü də təvəllüdü kimi qeyri-adi oldu. Məsihi və müsəlman tarixçiləri bu şəhadəti belə təsvir edir: Yəhyanın yaşadığı dövrdə Fələstin padşahı nəfsinə uymuş zalım bir şəxs idi. O, öz qardaşı qızının gözəlliyinə vurulub, bu qızla evlənmək qərarına gəlmişdi. Əmisi kimi şeytana uymuş qız da, bu izdivaca çalışırdı. Bu xəbər Yəhya peyğəmbərə çatdı. Belə bir izdivacın ilahi qanunlara zidd olduğunu elan edən Yəhya, Fələstin padşahı ilə mübarizəyə başladı. Yəhyanın müxalifətçiliyindən xəbər tutan günahkar qız əmisinə dedi: «Yəhya bizim adımızı dillərə saldı. Bütün xalq bizdən danışır. Mən onun başından başqa hədiyyə istəmirəm».

Qızın eşqindən dəli-divanə olmuş padşahın gözləri tutuldu və Yəhyanın boynunu vurdurub, qıza hədiyyə etdi.

Hədislərə əsasən imam Hüseyn (ə) buyurmuşdur: «Dünyanın pisliyinə bax! Zalımlar Zəkəriyya oğlu Yəhyanın başını Bəni-İsraildən olan günahkar bir qadına hədiyyə etdilər».


Sual 104: Məryəm üçün Allahdan ölüm istədi?

Cavab: Bəşəriyyət tarixində bir insan əli toxunmadan, bakirə ikən hamilə olmuş yeganə qadın İsa peyğəmbərin (ə) anası Məryəmdir.

Cahil insanların dedi-qodusundan qorxan Məryəm haqqında Qurani-kərimdə belə buyurulur: «Doğum sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. Məryəm dedi: «Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım ya tamamilə unudulub getmiş olaydım»1.

Həmin qısa müddətdə üzücü çətinliklərlə üzbəüz gələn Məryəm üçün həyat zəhərə dönmüşdü. Şərəf və ləyaqətini qorumaq onun üçün heç də asan deyildi. Məryəm elə düşünürdü ki, bu uşaq doğulan kimi cəmiyyət qarşısında rüsvay olacaq. Hansı ki, Məryəm üçün paklıq həyatından üstün idi. Allahdan ölüm istəmək batil bir iş olduğu halda, Məryəmin öz iffətini qorumağa xatir atdığı bu addım bağışlana bilərdi.

Öz sevimli bəndəsini çətinliklərlə sınağa çəkən Allahın bu bəndə üçün qarşıda hansı açılışlar hazırladığını ağlına gətirməyən insan, bəzən dözümsüzlük göstərir.

Bəziləri Məryəmin başına gələnlərə şübhə edib, «Möcüzə yalnız peyğəmbərlərə və imamlara aiddir», deyirlər. Onlar unudur ki, Məryəmin başına gələnlər, bilavasitə İsa peyğəmbərlə (s) bağlı idi. Bundan əlavə, möcüzədən başqa «kəramət» deyilən bir qeyri-adilik də var. Allah-təala istədiyi mömin bəndəni bu sifətlə mükafatlandırır.
Sual 105: Möminlər cəhənnəmi görəcəkmi?

Cavab: Allah-təala buyurur: «Sizdən elə bir kəs olmaz ki, cəhənnəmə varid olmasın. Bu Rəbbinin buyurduğu vacib bir hökmdür»1. Əksər təfsirçilərin fikirincə, bütün insanlar istisnasız olaraq cəhənnəmə daxil olacaqlar.

Amma bu o demək deyildir ki, bütün insanlar cəhənnəm odunda yanacaqdır. Nəmrudun İbrahim peyğəmbəri oda atdığını xatırlayaq. Od yandırıcı olsa da, Allahın iradəsinə tabedir. Allahın iradəsi ilə od iman nuru qarşısında acizdir.



Cəhənnəmə daxil olan möminlərin iman nuru odu təsirsizləşdirər kimsəyə zərər toxunmaz. Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Bütün əməlisalehlər günahkarlar cəhənnəmə daxil olar. Alov İbrahimin qarşısında hərarətdən düşdüyü kimi, möminlərin qarşısında hərarətini itirər»2.

Bəs möminlərin cəhənnəmə daxil olmasının hikməti nədir? Cəhənnəmi müşahidə etdikdən sonra behiştə qədəm qoyan möminlər, onun nemətlərindən əsl ləzzət aparacaqlar. Həzrət Peyğəmbər (s) buyurur: «İnsanlar cəhənnəmə daxil olduqdan sonra əməlləri nəzərə alınmaqla, oradan bayıra çıxacaqlar. Bəziləri şimşək tək, bəziləri külək kimi, bəziləri iti qaçaraq, bəziləri iti yerişlə, bəziləri adi yerişlə»1.

Möminlərin cəhənnəmdə qalmayacaqları ayələrdə də təsdiq olunur: «Sonra biz Allahdan qorxub pis əməldən çəkinənlərə nicat verəcək, zalımları isə, orada diz üstə çökmüş halda saxlayacağıq»2.
Sual 106: Sehr xürafatdır, yoxsa həqiqət?

Cavab: «Sehr» kəlməsinin lüğəti mənası, «mənbəyi bilinməyən, gizli qalan hadisə» deməkdir. Amma hal-hazırda sehr dedikdə, qeyri-adi bir başa düşülür.

Gözbağlayıcılıq, təlqin, yalnız mütəxəssislərə məlum fiziki və kimyəvi proseslər, cindarlıq vasitəsi ilə nümayiş etdirilən hadisələr sehr kimi qəbul olunur.

Sehrbazlıq həzrət Musanın (ə) dövründə çox güclü idi. Amma hal-hazırda da sirk tamaşalarında sehrbazlıqla tez-tez qarşılaşırıq.

Sehrbazlıqa aid yazılmış kitablarda, sehrbazların bir çox sehrləri açıqlanmışdır. Məsələn, sehrbazın əlindən hər hansı bir predmetin uçması indiki dövrdə, çətin ki, kimsəni təəcübləndirsin. Çünki insanların əksəriyyəti kimyadan xəbərdardır və bir çox maddələrin havadan yüngül olduğunu bilir. Bu maddədən hər hansı bir cismdə yerləşdirməklə, onu hərəkətə gətirmək olar.

Yuxarıda deyilənlərdən məlum olur ki, sehr inkar ediləsi xürafat deyil. Amma bu iş, adətən, insanların aldadılması üçün istifadə olunduğundan, İslam dinində qadağandır və böyük günahlardan hesab olunur.
Sual 107: Həzrət Peyğəmbərdən (s) sonra ümmət səhvə düçar olmuşdusa, həzrət Əli (ə) üçün susurdu?

Cavab: Həzrət Əlinin (ə) ilahi məqamına şübhə edib, onu Peyğəmbərdən (s) sonrakı üç xəlifə ilə eyniləşdirənlər, həmin xəlifələrin müdafiəsinə qalxaraq deyirlər: «Əvvəlki üç xəlifənin doğru yoldan azdığını bilərək, həzrət Əli (ə) üçün susurdu?».

İstər sünni, istər şiə mənbələrindən ətraflı məlumata malik insanlar, Əlinin (ə) həmin dövrdə açıq-aşkar şəkildə öz mövqeyini bəyan etməsindən xəbərdardırlar. Əmin olmaq üçün «Nəhcül-bəlağə»nin 3, 87, 94, 97, 147 və 154-cü xütbələrinə nəzər salmaq kifayətdir. Həzrət Peyğəmbərin (s) vəfatından sonra münafiqlər İslama zərbə vurmaq üçün məqam gözləyirdilər. Bütpərəstliyin kök atdığı bir ölkədə kiçik bir qatışıqlıq, dövlət sütunları kövrək olan İslam üçün çox təhlükəli idi. Həzrət Əli (ə) yalnız İslamı qorumaq xatirinə səbir edirdi. Əli (ə) öz səbri ilə müsəlmanların birliyini qorumağa çalışmasına baxmayaraq, Əbu Bəkrə qarşı qiyama qalxdı. Ömər və Osman isə, qətlə yetirildi.


Sual 108: Çoxallahlıq hansı dəlillərlə inkar olunur?

Cavab: İslam çoxallahlığın bariz nümunəsi olan bütpərəstlik mühitində zühur etdi. İnsanların zaman-zaman etiqad etdiyi bütləri qırıb Allahın birliyinə inam yaratmaq, yalnız əsaslı dəlillər vasitəsi ilə mümkün idi. İslam məntiq və dəlillərlə bu inamı yarada bildi.

Qurani-kərimdə buyurulur: «Əgər yerdə göydə Allahdan başqa tanrılar olsaydı, onların ikisi pozulardı»1. Dünyanın obyektiv nizamlı quruluşu, Allahın birliyinə ən yetərli dəlillərdəndir.

Müşriklər bu dəlil qarşısında «tanrılar bir-birinə zidd olmasa, dünyanın nizamı pozulmaz», dedilər. İslam onlara belə cavab verdi: fərq və ziddiyyəti doğuran çoxluqdur. Fərdlərin oxşarlığı eyniyyət deyil və oxşarlıq ziddiyyəti azaltsa da, tam aradan qaldıra bilməz.

Bir kafir imam Sadiqdən (ə) soruşdu: «Allah necədir?». İmam (ə) buyurdu: «Bir halda ki, yaranış nizamlıdır, ulduzlar səmada öz yolu ilə gedir, bu həmahənglik yaradanın birliyinə dəlildir»1.



Qurani-kərim tərslik edib kainatın nizamını Allahın birliyinə dəlil qəbul etməyənlərə «dəlilinizi gətirin»2 deyir.

Əhli-beyt (ə) hədislərində məntiqə əsaslanan belə bir cavabla da rastlaşırıq: «Allahdan başqa tanrı olsaydı, o da öz peyğəmbərlərini göndərərdi. Hansı ki, bütün peyğəmbərlər bir Allah tərəfindən göndərildiklərini bildirmişlər».


Sual 109: İnsan «tələskənlikdən» yaradılıb?

Cavab: «Ənbiya» surəsinin 37-ci ayəsində buyurulur: «İnsan tələskənlikdən yaradılıb». Bu ayənin «insan tələskən yaradılıb» kimi tərcümə edilməsi doğru deyildir. Ayə ərəbcə belə ifadə olunur: «xuliqəl-insanu min əcəlin».

Təfsirçilər uyğun ayənin heç də hamıya şamil olunmadığını bildirirlər. Ayədə ilahi yoldan azmış zalım və ya cahil insanlar nəzərdə tutulur. Bu ayə bir növ təkiddir. Yəni insan elə tələsir ki, sanki tələskənlikdən yaradılıb.



Ətrafınıza diqqətlə nəzər salın. Əksər adi insanlar tələsir. İstər xeyir olsun, istərsə şər , onlarda hövsələsizlik müşahidə olunur. Hətta günaha batmış insanlara «Allahın qəzəbinə gələrsən» deyəndə, «bəs bu əzab üçün gecikir»-deyə soruşurlar. Onların cavabında Allah-təala buyurur: «Ayələrimi sizə göstərəcəyəm, Məni tələsdirməyin»3. Burada ayə əzab, bəla mənasında işlənmişdir.

Tələskənlik insan talehi üçün o qədər təhlükəlidir ki, hətta onu əbədi axirət səadətindən məhrum edə bilər. Tələsən insan daim zərərdədir. Sürücü ötmə əməliyyatında tələsməklə həyatını əldən verir, əkinçi toxumu vaxtından əvvəl səpməklə, məhsuldan məhrum olur, insan özünə həyat yoldaşı seçərkən tələsməklə, ailə həyatını zəhərə döndərir, oruc tutan insan azanın vaxtını gözləməkdə tələsməklə, gün uzunu çəkdiyi zəhməti bada verir. Ona görə də, İslam dini öz ardıcıllarını səbrə dəvət edir. Əksər ayələrdə səbir və namaz kəlmələri qoşa işlənir.


Каталог: dosya -> uygulama
uygulama -> Sərbəst toplaşmaq azadlığı haqqında
uygulama -> MƏSƏLLƏr müƏLLİF: MÖHSİn qəRAƏTİ
uygulama -> İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri
uygulama -> Quranın təhrİfİnə daİr İttİhamlara cavab
uygulama -> Mİratur-rəŞAD” (Hidayət güzgüsü) Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani
uygulama -> İslamda Qəhrəman Qadınlar Kitabın müəllifi: Məhəmməd Məhəmmədi İştiharidi
uygulama -> İmam hüseyn (Ə) barəSİNDƏ HƏDİSLƏr təRTİb edəN: S. Bağirzadə
uygulama -> Hicri-qəməri tarixi ilə 1319-cu ildə Misirdə «Əl-Kubraye-əmiriyyə» mətbəəsində ikinci dəfə nəşr olunan «Təfsiri-Kəşşaf»da
uygulama -> MÜƏLLİF: ƏBDÜllah məHƏMMƏd vəhhabiLƏRİ belə GÖRDÜM
uygulama -> I. Jurnalistlər və bloqçular

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə