1. Pedaqoji fəaliyyətin psixoloji səciyyəsi Pedaqoji fəaliyyətin funksiyaları. Pedaqoji fəaliyyətin strukturu



Yüklə 58,76 Kb.
səhifə4/8
tarix11.04.2022
ölçüsü58,76 Kb.
#55186
növüMühazirə
1   2   3   4   5   6   7   8
Psixo. 10

4.Pedaqoji mövqelər. Pedaqoji fəaliyyətin zəruri məsələlə­rin­dən biri müəllimin şagirdlə qarşılıqlı təsir prosesində ortaya qoyulan mövqeyində özünü göstərir. Pedaqoji fəaliyyətdə psixoloqlar bir sıra pedaqoji mövqeləri qruplaşdırırlar:

1. Pedaqoqun “qapalı mövqeyi” – şəxssiz, xüsusilə, obyektiv icmal etmə tərzi ilə öz fikir və tərəddüdlərindən, təlimin hər hansı emosional – sərvət dəyərlərindən məhrum olunmuş mövqedir;

2. Pedaqoqun “açıq mövqeyi” – öz pedaqoji hərtərəflili­yin­­dən və səhvsizliyindən qorxma­ya­raq öyrənənlərə şəxsi təc­rübə­sini açır, şagirdlərin və özünün yaşantılarını gerçək­ləş­dirməklə ma­terialı, adətən, qavrama prizmasından şərh edir;

3.Uşağa yönəlmiş “qarşılıqlı hərəkət” mövqeyi. Bu möv­qe­də uşağa səhv etməyə imkan verilir, tənqid isə özünütənqid şək­lin­­də tətbiq olunur. Müəllim uşağa xas olan yanlış düşüncəni özü­nə şamil edir, beləliklə, bu düşüncəni tənqidə məruz qoymaqla səh­­vin nədə olduğunu və ondan necə yaxa qurtarmağı göstərmiş olur (“vaxtılə düşünürdüm ki”, “əvvəllər mənə elə gəlirdi ki”və s. ).

Pedaqoji fəaliyyətin səviyyəsinə və keyfiyyətinə peda­qo­qun peşə uğurluluğu ciddi təsir göstərir. Peşəkar uğurun ən vacib komponentlərinə aşağıdakıları aid etmək olar:


  • peşə sahəsində özünügerçəkləşdirmənin adekvatlığı;

  • peşəkar identifikasiya;

  • dərk olunmuş peşəkar mövqeyin olması;

  • peşəkar tapşırıqları keyfiyyətli icra etmək qabiliyyəti;

  • peşəkar bilik və bacarıqları yaradıcı şəkildə tətbiq etmək qabiliyyəti;

  • müəllimin özünün peşəkar təsirlərinin nəticələrini proqnozlaşdırmaq qabiliyyəti;

  • peşəkar əməllərin məsuliyyətini daşımaq qabiliyyəti;

  • peşəkar refleksiya;

  • peşəkar fəaliyyətdən zövq ala bilmək qabiliyyəti;

  • cəmiyyətlə qarşılıqlı əlaqəyə girmək bacarığı;

  • peşəkar inkişafa və ustalığa meyillilik;

  • peşəkar təkmilləşməyə tələbat.

Pedaqoji fəaliyyətin strukturunda təlim motivləri xüsusi rola malikdir.

Pedaqoji fəaliyyətin motivlərini onun meyarlarından çıxış edərək aşağıdakı kimi qruplaşdırmaq olar:



  • geniş peşəkar motivlər (uşaqlarla yeni üsullarla işləmək istəyi, pedaqoji peşəyə maraq, özünü yaradıcı şəkildə gerçəkləşdirmək imkanı və b. );

  • prestij (yarışmanı qazanmaqla əməkdaşlar tərəfindən qəbul olunmaq istəyi, məktəbdə, şəhərdə, regionda və s. ən yaxşı müəllim olmaq meyili);

  • sosial motivlər (öz statusunu dəyişmək istəyi, karyera qurmaq meyili və b. );

  • əməkdaşlıq motivləri (işdə gördüyündən istifadə etmək istəyi, funksional imkanlarını genişləndirmək meyili, yaradıcı qruplarda əməkdaşlara rəhbərlik etmək və b. );

  • özünüaktuallaşdırma motivləri (ekstraklass müəllim olmaq istəyi, daimi axtarışa tələbat, eksperiment etmək meyili, nəzəriyyə və praktikada yeni nailiyyətlərdən xəbərdar olmaq istəyi, müasir psixologiya və pedaqogikada baş vermiş yenilikləri mənim­səmək və b. ) və s.

Təəssüf ki, müasir cəmiyyətlərdə pedaqoji və pedaqoq (müəllim, tərbiyəçi və s. ) ixtisasının seçimində əsas olan motivlər pedaqoji fəaliyyətə uyğun gəlmir.

E.P.İlin çoxsaylı sorğularının nəticəsi göstərir ki, 30-45% ali məktəbə daxil olmuş tələbə müəllimlik peşəsinə müsbət yana­şır­. Təqribən 40% bu və ya digər fənnə marağa görə, daxil olur, bilavasitə müəllim fəaliyyətinə maraqları olmur. 13-22% tələbələr nə müəllim fəaliyyətinə, nə də profili olan fənnə müsbət yanaşır, ali məktəbə daxil olmaq motivlərini isə ya (oğlanlarda) orduya getməmək, ya da (qızlarda) ali təhsilli olmağın prestiji ilə əlaqələn­dirirlər. Təəssüf ki, bu tendensiya bir neçə onilliklərdir ki, davam edir.

Pedaqoji fakültələri bitirən tələbələrin yalnız ¼-i müəllimliyin onların peşəsi olduğunu qeyd edirlər.


Yüklə 58,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə