1. Pedaqoji fəaliyyətin psixoloji səciyyəsi Pedaqoji fəaliyyətin funksiyaları. Pedaqoji fəaliyyətin strukturu



Yüklə 58,76 Kb.
səhifə6/8
tarix11.04.2022
ölçüsü58,76 Kb.
#55186
növüMühazirə
1   2   3   4   5   6   7   8
Psixo. 10

6.Pedaqoji fəaliyyətin üslubları. Pedaqoji fəaliyyətin üslubu dedikdə, müxtəlif təlim situasiyalarında dayanıqlı və davamlı üsullar, priyomlar sistemi nəzərdə tutulur. Hər hansı fəaliyyətin üslubu fəaliyyətin öz spesifikliyi subyektinin həmin fəaliyyətdə vəzifələri və onun fərdi-psixoloji xüsusiyyətləri ilə şərtlənir. Pedaqoji fəaliyyətin üslub­ları müəllimin idarəçilik, özü­nü­tən­zim, ünsiyyət və koqnitiv xüsusiyyətlərini də özündə ehtiva edir. Pedaqoji fəaliyyətin üs­lub­larının for­malaşmasına bir neçə amil təsir göstərir. Onlardan bəziləri ilə tanış olaq.

  • fəaliyyətin subyektinin - müəllimin fərdi-psixoloji xüsusiyyətləri;

  • fərdi-tipoloji, şəxsi davranış xüsusiyyətləri;

  • öyrənənlərin fərdi-psixoloji xüsusiyyətləri (yaş, cins, status, bilik səviyyəsi və s. ) və s. daxildir.

Pedaqoji fəaliyyət üslublarının ən geniş yayılmış tipolo­giya­sı onun avtoritar, demokratik və liberal bölgüsüdür. Qeyd etmək lazımdır ki, avtoritar tərzdə işləyən pedaqoq üçün məcburi motivasiya, pedaqoji identikliyin orta səviyyəsi, aşağı özünü qiymətləndirmədə orta səviyyəli meyillilik, refleksiyanın orta səviyyəsi, aşağı səviyyəli kreativlik səciyyəvidir.

Liberal üslubda işləyən pedaqoq üçün isə məcburi motiva­siya, fəaliyyətin özünə yönəlməsi, pedaqoji identikliyin orta göstəricisi, aşağı səviyyəli meyillilik, aşağı səviyyəli özünü­qiymət­­lən­­dirmə, aşağı səviyyəli refleksiya, empatiyanın olma­ması, orta səviyyəli kreativlik səciyyəvidir.

Demokratik tərzdə işləyən pedaqoji işçilər üçün başqalarından fərqli olaraq pozitiv motiva­si­ya, digər insanlara yönəlmiş fəaliyyət, pedaqoji identikliyin yüksək səviyyəsi, meyilliliyin və özünü qiy­mətləndirmənin orta səviyyəsi, yüksək səviyyəli refleksi­ya və empatiya, eləcə də orta səviyyəli kreativ­lik səciyyə­vidir.

Müəllimin iş üsulları ilə bağlı A.K.Markova və A.Y.Nikonovanın təklif etdiyi yanaşma da maraqlıdır. Həmin yanaşmanın əsasında üslubun məzmun səciyyəsi (müəllimin prosesə, yaxud əməyi­­nin nəticəsinə bələdləşməsinin üstünlüyü, öz əməyində müəllimin bələdləşmə və nəzarət-qiy­mət­­ləndirmə mərhələlərini bölməsi); üslubun dinamik səciyyəsi (dayanıqlılıq, möhkəmlik və s. ); nəticəliliyi (şagirdlərdə təlim biliklərinin və bacarıqlarının səviyyəsi, o cümlədən fənnə qarşı marağın olması) və s. durur.

Qeyd olunan yanaşma çərçivəsində bir sıra üslub növləri ayırd edilmişdir:

1. Emosional-improvizasiya üslubu (EİÜ). Belə üsluba malik müəllimlər təlim prosesinə daha çox bələdləşməklə seçilirlər. Yeni materialın izahını məntiqlə qurur, dərsi maraqlı keçir, lakin şagirdlərlə əks əlaqəni lazımi şəkildə təşkil edə bilmir. Sorğu zamanı belə müəllim sürətli templə əksər şagirddən dərsi soruşur. Ancaq əsasən onu maraqlandıran, şagirdlərə, qeyri-rəsmi suallar verir, şagirlərə az danışmağa imkan verir, cavabı sərbəst formulə etmələrini gözləmir.

EİÜ ilə fəaliyyət göstərən müəllimlər üçün təlim-tərbiyə prosesinin yetərincə adekvat olma­yan planlaşdırılması xasdır. Məsələn, dərsdə işlənilməsi üçün daha çox maraqlandığı mövzunu se­çib, daha vacib olanını öyrənənlərin ixtiyarına buraxır. Onun fəaliyyətində öyrənilən materialın möh­­kəmləndirilməsi və təkrarı, o cümlədən öyrənənlərin bilik səviyyəsinə nəzarət yetərli səviyyədə deyil.

Belə üslublu müəllimləri fərqləndirən cəhətlər yüksək operativlik və təlimin müxtəlif metodlarından istifadədədir. O, tez-tez kollektiv müzakirələr təşkil edir, iştirakçılarda sponton çıxışlar oyadır. EİÜ-li müəllim üçün dərsindəki fəaliyyətinin yekunlarını təhlil etməkdə və proqnozlaşdırmaqda çətinliklərə səbəb olan intuitivlik xasdır.

2. Emosional- metodik üslub (EMÜ). EMÜ-lu müəllim təlim prosesinə və onun nəticələrinə bələdləşib, ona təlim-tərbiyə prosesini adekvat proqnozlaşdırmaq, yüksək operativlik, müəyyən qədər intuitivliyin refleksivlik üzərində üstünlük təşkil etməsi məxsusdur.

Təlim prosesini və nəticələrini nəzərə alsaq, belə müəllim təlim-tərbiyə prosesini adekvat planlaşdırır, bütün təlim materialları ilə işləyir, iştirakçıların (həm güclü, həm də zəif) bilik səviyyələrinə nəzarət edir, fəaliyyətində daima materialın möhkəmləndirilməsi və təkrarı, o cümlədən yoxlanılması üstünlük təşkil edir. Belə müəllimi fərqləndirən əsas cəhət yüksək operativlikdir. O, tez-tez dərsdə işin təşkilini dəyişir, kollektiv müzakirələr təşkil edir.

Təlim materialının işlənilməsində EİÜ-lu müəllimdə olduğu kimi, zəngin metodik arsenaldan istifadə etməklə EMÜ-lu müəllim şagirdləri daha çox xarici əyləncəli amillərlə fəallaşdırmağa istiqamətlənmir, daha çox öz fənninin xüsusiyyətləri ilə şagirdi hərtərəfli maraqlandırmağa çalışır.

3.Düşündürücü-improvizasiya üslubu (DİÜ). DİÜ-li müəllim üçün təlim-tərbiyə prosesinin adekvat planlaşdırılması, o cümlədən təlim prosesinə və onun nəticəsinə bələdləşmə xarakterikdir. Emosional üslublu müəllimlərlə müqayisədə DİÜ təlim metodlarının seçimi və müxtəlifliyində nisbətən az ixtiraçılıq edir, həmişə işin yüksək tempinə nail ola bilmir, kollektiv müzakirələri nadir hallarda tətbiq edir, onun dərslərində iştirakçıların sponton nitqinə də nisbətən az rast gəlinir.

DİÜ-li müəllim xüsusilə, sorğu zamanı özü az danışır, iştirakçılara cavabı detalları ilə formalaşdırmalarına imkan verərək vasitəli yollarla (ip ucu verməklə, aydınlaşdırmaqla və s. ) təsir etməyi üstün tutur.



4.Düşündürən-metodik üslub (DMÜ). Təlimin nəticələrinə arxalanan və təlim-tərbiyə pro­se­si­ni adekvat planlaşdıran DMÜ-li müəllim pedaqoji fəaliyyətin üsul və vasitələrinin tətbiqində ye­tə­rin­cə konservativdir. Yüksək metodiklik (möhkəmləndirmə və təkrarın, iştirakçıların biliklərinin yox­­lanılmasının sistemliliyi) təlim metodlarının standart azsaylı yığımının tətbiqi ilə çuğlaşır, kollektiv müzakirələr nadir hallarda təşkil olunur, daha çox iştirakçıların reproduktiv fəaliyyətinə üstünlük verilir. Sorğu zamanı DMÜ-li müəllim şagirdlərin çox az hissəsinə müraciət edir və hər birinə cavab üçün uzun zaman ayırmaqla zəif şagirdlərə xüsusi diqqət yetirir. Onun üçün bütövlük­də refleksivlik xasdır.

Bununla yanaşı, pedaqoji fəaliyyətin üslublarının aşağıdakı təsnifatı da aparılmışdır:



  • müəllimin dərsə hazırlığını səciyyələndirən fəaliyyət üslubları;

  • iştirakçıları öyrənməyə təhrik edən üslublar;

  • təlim materialının verilməsi üsulları.

Qeyd etmək lazımdır ki, hansı üslubun seçilməsindən asılı olmayaraq dərsin düşündürücü, yaradıcı təşkili onun optimallıq səviyyəsini artırır.

Yüklə 58,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə